Mühafizə releləri haqqında ümumi məlumat. Müxtəlif növ relelərin işləmə prinsipi və quruluşu



Yüklə 262,7 Kb.
Pdf görüntüsü
səhifə6/13
tarix25.12.2023
ölçüsü262,7 Kb.
#196117
1   2   3   4   5   6   7   8   9   ...   13
EŞS RM VƏ ƏQA -kollokv üçün docx

Dizayn
 
Mühafizə sxeminin düzgün dizayn edilməsi birinci və əsas məsələlərdən 
biridir. Mühafizə sxeminin düzgün seçilməsi mühafizənin istənilən şəraitdə 
düzgün fəaliyyət göstərməsinin və lazım gəldikdə işdən çıxarılmasının
qarantıdır.Burada eyni zamanda hansı növ mühafizə avadanlıqlarından istifadə 
edilməsinin xüsusi önəmi vardır. Mühafizə sistemi layihələndirildikdə hər bir 
əsas mühafizənin ehtiyyat mühafizəsi də olmalıdır.
 
Ayarlar
 
Rele mühafizəsi qurğularının ayarları lazımi tələbləri: sistemin 
parametrlərini, yükün qiymətini, qəzaları, dinamiki tələbləri və s. nəzərə 
almalıdır. Məlum olduğu kimi, sistem parametrləri yükün qiymətindən asılı 
olaraq dəyişilir və ona görə də mühafizənin qoyuluş qiymətləri müəyyən 
intervalada dəyişilmək imkanına malik olmalıdır. 
 
Quraşdırma
 
Mühafizə sisteminin düzgün quraşdırılması vacib məsələlərdəndir , belə 
ki, mühafizə sistemləri arası düzgün olmayan birləşmələr nəticədə 
mühafizənin yoxlanmasını çətinləşdirə bilər.
 
Diaqnostika
 
Diaqnostika mühafizə sistemlərinin bütün sahələrini əhatə 
etməlidir.Düzgün olmayan diaqnostika mühafizənin səhf işləmə ehtimalını 
artırır və etibarlığını azaldır.
Texniki xidmətin düzgün təşkil edilməməsi
 
Zaman keçdikcə rele mühafizə qurğularının texniki istismar parametrləri 
daxili və xarici faktorların təsiri nəticəsində pisləşir. Məsələn: kontaklar tez
-
tez
baş verən əməliyyatlar nəticəsində kobud və yanmış vəziyyətə düşə və yaxud 
da ətraf mühitin təsiri nəticəsində çirklənə bilər, dolaqların və digər sxemlərin 
bütövlüyü və elektron hissələrin fəaliyyəti pozula bilər.Bu da öz növbəsində 
mühafizənin səhf işləməsinə səbəb ola bilər.Ona görə də rele mühafizəsi 


periodik olaraq yoxlanmalı və lazımi hissələr təmir olunmalı və yaxud da 
dəyişdirilməlidir. 

Yüklə 262,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin