Mühafizə releləri haqqında ümumi məlumat. Müxtəlif növ relelərin işləmə prinsipi və quruluşu



Yüklə 262,7 Kb.
Pdf görüntüsü
səhifə7/13
tarix25.12.2023
ölçüsü262,7 Kb.
#196117
1   2   3   4   5   6   7   8   9   10   ...   13
EŞS RM VƏ ƏQA -kollokv üçün docx

 
Selektivlik
 
Selektivlik zədələnmə zamanı yalnız həmin hissə üçün nəzərdə tutulmuş 
açarların işləyib zədələnməni aradan qaldırmasıdır.
 
Stabillik
 
Stabillik mühafizənin təsir zonasından kənarda baş verən zədələnmələr
və yaxud da digər təsirlər zamanı mühafizənin düzgün fəaliyyət göstərmək 
qabiliyyətidir.
 
Həssaslıq
 
Rele mühafizəsi öz təsir zonasında bütün hallarda zədələnməni hiss edib 
onu aradan qaldırmalıdır. Əksər hallarda rele mühafizəsi o vaxt həssas sayılır 
ki, əsas işləmə parametrləri ən kiçik olsun.
 
Cəld təsirlik
 
Zədələnmələr zamanı həmin element nə qədər tez açılarsa sistemin işdə 
qalan elementləri və tələbatçıları üçün bir o qədər yaxşıdır. Rele mühafizəsinin 
cəld təsiri aşağıdakı səbəblərə görə vacibdir:
1.Generatorların , mühərriklərin və bütünlükdə sistemin dayanıqlığı artır
2.İşlədicilərin aşağı gərginlik şəraitindəki işləmə müddəti azalır ki, bu da 
öz növbəsində mühərriklərin qısaqapanmanın açılmasından sonra öz
-
özünə işə düşməsini asanlaşdırır.
3.Zədələnmələrin həcminin azalması
4.ATQ 
– 
nin və EAQ 
– 
nın effektivliyi artır.
 
 
 
 
Rele mühafizəsinin selektiv işi
 
Rəqəmli texnikanın köməyi ilə selektivliyi təmin etmək üçün əsasən 
aşağıdakı üsullardan istifadə edilir.
Zamana görə; 
 


Cərəyana görə;
 
İstiqamatə görə; 
 
Məntiqi selektivlik;
 
Qarışıq selektivlik.
 
 
Zamana görə selektivlik
 
Zamana görə selektivliyin əldə edilməsi Şək.1
-
də göstərilmişdir.
Şək.1. Zamana görə selektivliyin əldə edilməsi sxemi
Selektivliyin bu formasından əsasən radial sxemlərdə istifadə olunur. Sonuncu 
xətdə baş verən zədələnməni bütün maksimal cərəyan releləri hiss edir. Lakin 
relelər arasında müxtəlif işləmə vaxtlarının olmasına görə zədələnmə D relesi 
vasitəsilə aradan qaldırıldıqdan sonra digər relelər əvvəlki normal vəziyyətinə 
qayıdırlar. İki ardıcıl rele arasındakı vaxt fərqi 
selektivlik intervalı 
adlanır və 
adətən 0.3 san götürülür. Zamana görə selektivliyin üstün cəhəti odur ki
selektivliyin əldə edilməsi çox asan başa gəlir. Lakin pillələrin sayı çoxaldıqca 
mənbə tərəfdən böyük dözmə müddətinin alınması yolverilməzdir.


Zamana görə selektivliyi əsasən iki formada: asılı olmayan dözmə müddətli və 
əks asılı dözmə müddətli yerinə yetirmək olar. Asılı olmayan dözmə müddətli 
MCM Şək.2
-
də göstərilmişdir
.
Şək.2 Asılı olmayan dözmə müddətli MCM
Aydın məsələdir ki, bu halda IsA > IsB > IsC və ТА > ТВ > ТС olur. Burada 
IsA ,IsB, IsC və ТА, ТВ, ТС uyğun olaraq relelərin işləmə parametrləridir. ∆Т 
selektivlik intervalı adətən 0.3 san götürülür.


Əks asılı dözmə müddətli MCM
-
ni yerinə yetirən zaman ∆Т selektivlik intervalı 
cərəyanların maksimum qiymətlərinə əsasən sazlanır və bu zaman eyni 
əyridən istifadə etmək lazımdır ki, kəsişmə olmasın. Mühafizənin işləmə 
cərəyanları IsA > IsB > IsC kimi götürülür (Şək.3). 
Şək.3. Əks asılı dözmə müddətli MCM
Qeyd edək ki, əks asılı dedikdə 

burada cərəyanın qiymətinin artması ilə işləmə 
müddətinin azalması nəzərdə tutulur.

Yüklə 262,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin