Mühafizə releləri haqqında ümumi məlumat. Müxtəlif növ relelərin işləmə prinsipi və quruluşu



Yüklə 262,7 Kb.
Pdf görüntüsü
səhifə4/13
tarix25.12.2023
ölçüsü262,7 Kb.
#196117
1   2   3   4   5   6   7   8   9   ...   13
EŞS RM VƏ ƏQA -kollokv üçün docx

 
 
 
 
Rele mühafizəsinin işi
 
 
Məlumdur ki, elektroenergetika sisteminin əsas vəzifəsi ümumi mənada 
elektrik enerjisini istehsal etmək və işlədiciləri elektrik enerjisi ilə təmin 
etməkdən ibarətdir.Bu baxımdan elektroenergetika sisteminin iş rejimi etibarlı, 
fasiləsiz, keyfiyyətli və maksimum qənaətli olmalıdır. Elektroenergetika 
sisteminin qeyd edilən iş rejimlərini təmin etmək məqsədilə rele mühafizəsi və 
sistem avtomatikası nəzərdə tutulur.
Elektroenergetika sisteminin ayrı 
– 
ayrı hissələrində, xüsusilə elektrik 
stansiyalarında, şəbəkələrdə istismar zamanı müxtəlif zədələnmələr və qeyri 
normal iş rejimləri baş verə bilər. Zədələnmələr xüsusən qısaqapanmalar 
zamanı cərəyanın kəskin artması stansiya və yarımstansiya həcmində böyük 
termiki və dinamiki dağıntılara səbəb olur. Qısaqapanma cərəyanlarının bu cür 
təsiri bahalı olan elektrik avadanlığının sıradan çıxmasına və elektrik 
təchizatının pozulmasına gətirib çıxarır.Eyni zamanda qısaqapanma
zamanı 
gərginliyin kəskin azalması müşahidə olunur ki,bu da enerji mənbələrinin və 
işlədicilərin normal işini pozur. O, paralel işləyən generatorları sinxronluqdan 
çıxarır və mühərriklərin dayanıqlı işini pozur.Əgər zədələnmə tez bir zamanda 
aşkarlanıb aradan qaldırılmasa ən qorxulu hal ümumisistem dayanıqlığının 
pozulması baş verə bilər. Beləliklə, rele mühafizəsinin əsas işi 

zədələnmələrin 
və qeyri

normal iş rejimlərinin aradan qaldırılması və siqnallaşdırılmasıdır.
Rele mühafizəsinin əsas qurğusu reledir.Aşağıdakı şəkildə sadə rəqəmli 
maksimal cərəyan relesi göstərilmişdir (Şək.1). Maksimal cərəyan 
mühafizəsinin iş prinsipi cərəyanın artaraq təyin edilmiş qiymətə çatdığı zaman 
işləyib dövrəni qırmasına 
əsaslanır. Rele əsasən aşağıdakı hissələrdən təşkil edilmişdir.


Şək.1 Relenin işləmə alqoritmi (Dözmə müddətli maksimal cərəyan 
mühafizəsi ANSI 51)
Relenin işləmə alqoritmi:

Cərəyanın qiymətini releyə daxil etmək üçün analoq giriş, 

Yüklə 262,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin