Mühafizə releləri haqqında ümumi məlumat. Müxtəlif növ relelərin işləmə prinsipi və quruluşu



Yüklə 262,7 Kb.
Pdf görüntüsü
səhifə9/13
tarix25.12.2023
ölçüsü262,7 Kb.
#196117
1   ...   5   6   7   8   9   10   11   12   13
EŞS RM VƏ ƏQA -kollokv üçün docx

 
Məntiqi selektivlik
 
Məntiqi selektivlik zamana görə selektivliyin çatışmazlıqlarını aradan 
qaldırmaq üçün yerinə yetirilir. Xüsusən radial sxemlərdə zədələnməni tez bir 
zamanda aradan qaldırmaq imkanına malikdir (Şək.8).


Şək.8. Məntiqi selektivlik sxemi
Relelər arası məntiqi gözləmə əmrinin ötürülməsi mənbə tərəfdən 
zədələnməni tez bir zamanda aradan qaldırmaq imkanı yaradır. Adətən relelər 
arası əlaqələr fiber optik əlaqə kanalları vasitəsilə yerinə yetirilir.Mühafizənin 
işləməsi hər relenin özündən bir
pillə əvvəlkinə məntiqi gözləmə əmrini 
ötürməklə reallaşdırılır.Zədələnmə zamanı bütün relelər işləyərək özlərindən 
bir pillə yuxarıdakı releyə məntiqi gözləmə əmri ötürür.Bu zaman hansı releyə 
ki, məntiqi gözləmə əmri gəlmir həmin rele müəyyən dözmə müddəti ilə 
açmaya işləyir.
şəkil 9
-
da məntiqi selektivliyin yerinə yetirilməsi göstərilmişdir. B nöqtəsində 
QQ olduqda B relesi A relesinə məntiqi gözləmə əmri göndərməklə onu 
bloklayır. Əgər B relesinə özündən bir pillə aşağıdan məntiqi gözləmə əmri 


gəlməmişdirsə onda TB müddətində işləyəcəkdir. A relesinin gözləmə vaxtı 
TB+T3 bərabər olur. T3 açarın tam açma müddətidir ( çox vaxt 200msan 
götürülür). 
Beləliklə, əgər zədələnmə B relesi vasitəsilə aradan qaldırılmasa, bu halda A 
relesi TB+T3 müddətindən sonra işləyəcək.Əgər QQ A və B arasında olarsa,
A relesi TA müdətindən sonra zədələnməni aradan qaldıracaq.
Şək.9. məntiqi selektivliyin yerinə yetirilməsi sxemi
 
Qarışıq selektivlik
 
Qarışıq selektivliyi praktiki yerinə yetirmək üçün aşağıda müxtəlif
variantları göstərilmişdir.



Cərəyan + zamana görə

Məntiqi + zamana görə

Zamana + istiqamətə görə

Məntiqi + istiqamətə görə
Cərəyan və zamana görə selektivlik aşağıdakı şəkil 10
-
da göstərilmişdir. 
Burada cərəyana görə selektivlik A1 və B arasında, vaxta görə selektivlik isə 
A2 və B arasında yerinə yetirilmişdir.Beləliklə qarışıq selektivlik əldə edilmiş 
hansı ki, A 

nın mühafizəsi B üçün ehtiyyat mühafizə rolunu yerinə yetirir. 
Şək.10. Cərəyan və zamana görə selektivlik
Məntiqi və zamana görə selektivlik şəkil 11
-
də göstərilmişdir. Şəkildə 
göstərildiyi kimi məntiqi selektivlik A və B, C və D arasında, zamana görə 
selektivlik isə D və B arasında (TB=TD+∆Т) yerinə yetirilir. Bu halda B və C
releləri arasında uzun olan məntiqi əlaqənin qurulmasına ehtiyac qalmır.


Şək.11. Məntiqi və zamana görə selektivlik


MÖVZU: 
ÖLÇÜ TRANSFORMATORLARI BARƏDƏ ƏSAS MƏLUMATLAR

Yüklə 262,7 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin