Mühafizə releləri haqqında ümumi məlumat. Müxtəlif növ relelərin işləmə prinsipi və quruluşu



Yüklə 262,7 Kb.
Pdf görüntüsü
səhifə1/13
tarix25.12.2023
ölçüsü262,7 Kb.
#196117
  1   2   3   4   5   6   7   8   9   ...   13
EŞS RM VƏ ƏQA -kollokv üçün docx



Mövzu:
Mühafizə releləri haqqında ümumi məlumat. Müxtəlif növ relelərin 
işləmə prinsipi və quruluşu.
Rele mühafizəsinin (RM) elektrik qurğuları və enerji sistemlərinin 
avtomatikasında vacib hissə hesab olunurlar.Onun əsas vəzifəsi elektrik 
sisteminin zədələnmiş hissəsini aşkar etmək və mümkün qədər tez bir zamanda 
onun aılması üçün idarəedici siqnal formalaşdırmaqdır. RM
-
in əlavə vəzifəsi 
– 
anormal rejimlərin yaranması barədə siqnalizasiya təmin etməkdir.
Rele mühafizəsinin (RM) istənilən sxemində bir neçə müxtəlif təyinatlı relelər 
olur və bunlar verilmiş proqram əsasında birlikdə təsir göstərirlər.
RM qurğularında elektriki, mexaniki və istilik releləri tətbiq olunur.
Elektriki relesinin iş prinsipi ona təsir edən elektriki kəmiyyətə əsaslanır. 
Elektriki kəmiyyət kimi cərəyan, gərginlik, onların simmetrik toplananları, güc, 
müqavimət və tezlik təsir edə bilər.
Mexaniki və istilik releləri qeyri
-
elektriki kəmiyyətə: təzyiqin qiymətinə, maye və 
ya qazın axın sürətinə, mayenin səviyyəsinə, ayrılan istiliyin miqdarına və 
yaxud temperaturun dəyişməsinə və s. reaksiya verirlər. 
RM-
in əsas hissələri (düyünləri)
 
RM-
nin quruluşu əsasən aşağıdakı əsas hissələrdən ibarət olur:

işəsalma orqanları (
təsiri qəbul edən yissə);

ölçmə orqanları (təsiri 
çevirən hissə)

məntiq hissəsi (
müqayisə edən hissə)

icraedici hissə (
icra edən hissə)

ötürücü hissə (
yavaşıdan hissə)
.
İşəsalma orqanları 
birbaşa və fasiləsiz olaraq mühafizə olunan avadanlığın 
vəziy
-
yətini və iş rejimini nəzarətdə saxlayır və QQ yaranmalarına və ya normal 
iş rejiminin pozulmalarına reaksiya verir. İşəsalma orqanları cərəyan, gərginlik, 
güc və s.relelərin köməyilə yaradılır.
Ölçmə orqanlarının 
əsas vəzifəsi 
– 
zədələnmələrin yerini və xarakterini 
müəyyənləşdirmək və mühafizənin təsir etməsi üçün qərarların qəbul 
edilməsində əsas rol oynayırlar. Ölçmə orqanları da 
cərəyan, gərginlik, güc 
və 
s. relelərin köməyilə yaradılır. İşəsalma və ölçmə orqanlarının funksiyaları bir 
orqan şəklində də birləşdirilə bilər.


Məntiq hissəsi 
– 
sxemdir və o, işəsalma orqnları ilə işə salınırlar və ölçmə 
orqanlarının təsirlərnin ardıcıllığı və təsiretmə müddətlərini müqayisə etməklə 
açarları ani olaraq və yaxud zaman gecikmələri ilə söndürürlər, digər qurğuları 
işə salır, həyəcan siqnalı verir və nəzərdə tutulmuş olan digər təsirləri də həyata 
keçirə bilir, 
aralıq və gööstərici relelərindən 
təşkil olunurlar.
İcraedici hissə 
açarların sönməsinə (qoşulmasına) uyğun və ya digər xarici 
qurğuların üzrə nəzərdə tutulan hərəkətləri yerinə yetirir
Ötürücü hissə 
bir sıra mühafizə növlərində istifadə edilir.Məsələn, diferensial
-
faza mühafizəsində yüksək tezlikli kanalın qəbuledici
-
ötürücü aparatları.
Məsələn, elektromaqnit reledə (EMR) elektromaqnitin dolağı qəbuledici hissə 
hesab olunur ki, ona nəzarət olunan elektriki kəmiyyət təsir edir. EMR (çevirici 
hissə) elektrik enerjisini maqnit sahəsinin enerjisinə, sonra isə yakordakı 
(lövbərdəki) mexaniki təsirə çevirir ki, onun qiyməti burada müqayisəedici hissə 
hesab olunan əks təsir yayının təsiri ilə müqayisə edilir. Relenin icraedici hissəsi 
– 
onun kontaktları hesab edilir. Reledə yavaşıdıcı (yakorun hərəkətə 
başlamasını yavaşıdır) və tənzimləyici (işədüşmə parametrini dəyişdirən) 
hissələr də olur.
Rele mühafizəsində elektriki relelər daha çox tətbiq tapmışdır. Təsiredici 
kəmiyyətdən asılı olaraq elektrik ölçmə releləri cərəyan relesinə (CR), gərginlik 
relesinə (GR), güc relesinə, müqavimət relesinə (MR), tezlik relesinə (TR) 
ayırırlar.
Relelərin qoşulma üsulları və əsas parametrləri
Əgər relenin dolaqları şəbəkənin gərginlik və cərəyanına birbaşa 
qoşularsa, onlara birinci relelər deyilir. Əgər relenin dolaqları şəbəkənin 
gərginlik və cərəyanına birbaşa deyil, ölçü transformatorları vasitəsilə 
qoşularsa, bu halda releləri
ikinci relelər adlandırırlar. Bu hallara uyğun sxemlər 
şəkil 1
-
də göstərilmişdir. 
İkinci relelər daha çox yayılmışdır. Onların əsas üstünlüyü 
-
yüksək gərginlikdən 
izolə olunmaları, mühafizə olunan elementdən müəyyən məsafədə və xidmət 
üçün rahat olan yerdə quraşdırıla mbilirlər. Eyni 5 A və ya 1 A nominal cərəyana 
və nominal 100 v gərginliyə görə standart şəkildə hazırlana bilirlər. 
Birinci kimi adlandırılan relelərin üstünlüyü ondadır ki, onların qoşulması üçün 
ölçü transformatorları, operativ cərəyan mənbələri və nəzarət kabelləri lazım 
olmur. Belə relelər elektrik mühərriklərində, kiçik güclü transformatorlarda və


3 – 6 - 
10 кV
-
luq şəbəkələrdəki kiçik güclü xətlərdə tətbiq olunur ki, orada 
gərginlik və cərəyan releləri sadələşdirilmiş sxemlər üzrə yerinə yetirilir və 
yüksək dəqiqlik tələb olunmur. Yredə qalan digər hallarda ikinci relelərə 
üstünlük verilir. 
Şəkil1. Relelərin qoşulması üsulları:
a)Birbaşa qoşulma (birinci relelər) b) dolayı üsulla qoşulma (ikinci relelər) 
Mühafizənin açarı işlətmə üsulları
Mühafizənin
işləyərək açara təsir etməsi üçün iki üsul mövcuddur:

Birbaşa üsul;

dolayı üsul.
Şəkil 2. Dolayı (a) və birbaşa təsirli (b) relelərə malik mühafizə sxemləri 
 


Şəkil 2,а 
-
da göstərilən sxem dolayı təsirli ikinci releli mühafizəyə aiddir. 1 
-
relesi işə düşərkən onun kontaktları açarın 2

sarğacı olan elektromaqnitin 
dolaq dövrəsini qapayır. Xüsusi mənbədən bu dövrənin sıxaclarına U 
– 
gərginliyi verilir, açma sarğacında cərəyan yaranır, açma dolağının
3-
içliyi 
dartılaraq 4
-
cəftəsini aralayır və 5
-
yayının təsirindən açarın kontaktaları 
aralanaraq açılmış olur. Açar açıldıqdan sonra relenin dolaqlarındakı cərəyan 
kəsilir və onun kontaktları aralanır. Bu halda əlavə olaraq köməkçi BK 
-
bloklayıcı kontaktı da nəzərdə tutulmuşdur. Sxemdə 1

relesinin dalağı 
tərəfindən yaradılan F
e
-
elektromaqnit qüvvəsinin qiyməti yayın F
y
-
qüvvəsindən çox olduqda rele işləyir (işə düşür). Relenin hərəkət edən 2
-
sistemi açarın 3
-
açma dəstəyinə təsir edir və bundan sonra 4
-
yayının 
təsirindən açarın kontaktları aralanmış olur, yəni açar işə düşümüş olur.
Şəkil 2,b
-
də birbaşa təsirli birinci rele mühafizəsi sxemi göstərilmişdir.
 

– 
relesinin dolağı tərəfindən yaradılan Fe 
– 
elektromaqnit qüvvəsi, 5
-
yayının 
yaratdığı F
y
-
dartma qüvvəsindən çox olduqda rele işləyir (işə düşür). Onun 
hərəkət edən sistemi (2) çarın (3) açma dəstəyinə təsir edir və nəticədə açar 
açılmış olur. Birbaşa təsirli rele bilavasitə açarın intiqalında quraşdırılır və ona
görə də ona daxildə quraşdırılan relelər də deyilir. 
Göründüyü kimi, dolayı təsirli rele mühafizəsində köməkçi qida mənbəyi olan 
və operativ cərəyan mənbəyi kimi adlandırılan mənbə lazım gəlir. Birbaşa təsirli 
relelərdə isə belə əlavə mənbəyə ehtiyac olmur. Lakin bu halda açarın etibarlı 
açılmasını tımin etmək üçün böyük qüvvə yaradılmalıdır.

Yüklə 262,7 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin