Mühafizə releləri haqqında ümumi məlumat. Müxtəlif növ relelərin işləmə prinsipi və quruluşu



Yüklə 262,7 Kb.
Pdf görüntüsü
səhifə8/13
tarix25.12.2023
ölçüsü262,7 Kb.
#196117
1   ...   5   6   7   8   9   10   11   12   13
EŞS RM VƏ ƏQA -kollokv üçün docx

 
Cərəyana görə selektivlik
 
Cərəyana görə selektivlik qısaqapanma cərəyanının məsafədən asılı 
olaraq dəyişməsinə əsaslanır. Mühafizənin işləmə cərəyanı mühafizə olunan 
zonanın QQ cərəyanının minimal qiymətindən kiçik zona xaricindəki QQ 
cərəyanının maksimal qiymətindən böyük götürülür. 


Şək.4. Transformatorun MCM sxemi
Şək.4 

də transformatorun MCM
-
nin selektivliyini təmin etmək üçün işləmə 
cərəyanı ISA 1.25Iq.qBmax mühafizənin(A,B) selektivliyi təmin olunmuş olur. Ancaq qeyd edək ki,bəzən 
selektivliyi bu formada təmin etmək çətin olur, çünkü qonşu zonaların QQ 
cərəyanları o qədər də fərqlənmirlər, bu hala xüsusən orta gərginliklərdə rast 
gəlinir.Lakin mühafizənin selektivliyi çox sadə əldə olunur, cəldlik yüksəkdir 
(ani) və ucuz başa gəlir.
İstiqamətə görə selektivlik
 
İki tərəfdən bəslənən xətlərdə QQ baş verdikdə selektivliyi təmin etmək 
məqsədilə istiqamətli MCM tətbiq edilir.İstiqaməti təyin etmək üçün releyə həm 
cərəyanın və həm də gərginliyin sinusoidası daxil edilməlidir (Şək.5).


Şək.5. istiqamətli MCM sxemi
Mühafizə relesi bu halda cərəyan və gərginliyin arasındakı bucağa əsasən QQ 
cərəyanının şindən xətdə doğru və yaxud əksinə olduğunu təyin edəcəkdir 
(Şək.6).


Şək.6. 
İstiqamətli cərəyan mühafizəsinin tətbiqinə dair aşağıdakı şəkildə göstərilmişdir 
(Şək.7).1
-
nöqtəsində baş verən QQ zamanı yalnız D1
-
in mühafizəsi 
zədələnməni aşkar edir. D2
-
nin mühafizəsi şindən xətdə doğru olduğu üçün, 
zədələnməni aşkar etmir. 2 

nöqtəsində baş verən zədələnmə zamanı isə heç 
biri işləmir. Bu halda şinin mühafizəsi işləməlidir.


Şək.7. İstiqamətli cərəyan mühafizəsinin tətbiqi
Bu mühafizə sadə başa gəlir və çox hallarda digər mühafizələr ilə birlikdə tətbiq 
edilir.Lakin mühafizəni qurmaq üçün gərginlik transformatoruna ehtiyac var.

Yüklə 262,7 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin