Odlar Yurdu Kolleci İstehsalat Təcrübəsi Hesabatı



Yüklə 157,69 Kb.
səhifə1/4
tarix03.05.2023
ölçüsü157,69 Kb.
#106487
  1   2   3   4
Əliyeva Aygül



Odlar Yurdu Kolleci
İstehsalat Təcrübəsi
Hesabatı
İxtisas: Marketinq
Qrup: 21 MR
Ad: Aygül
Soyad: Əliyeva
Mövzu: Sеrvis və nəqliyyаt хidmətləri mаrkеtinqi.
Təcrübə yeri: “İqtisadiyyat, Menecment və Biznes institutu”
Təcrübə rəhbəri: B/m Yunusova Nuranə Ramiz


Bakı 2023

Plan:
1) Аzərbаycаn Rеspublikаsında nəqliyyаtın maddi-texniki bazası.
2) Nəqliyyat tarifləri.
3) Müxtəlif ölkələrdə maşın və nəqliyyatın inkişafının müasir vəziyyəti.

Hesabat
Аzərbаycаn Rеspublikаsında nəqliyyаtın maddi-texniki bazası
Müasir şəraitdə nəqliyyatın inkişafı istənilən dövlətin məhsuldar qüvvələrinin artımı və onun xarici əlaqələrilə bağlıdır.
Rəqabətli bazar münasibətləri, müasir dövrün iqtisadi inteqrasiya prosesləri, Şərq-Qərb və Şimal - Cənub nəqliyyat dəhlizində yerləşən Azərbaycan Respublikasının iqtisadiyyatının inkişafında nəqliyyat sisteminin rolunu ön plana çəkir.
İqtisadiyyatın bütün sahələrində istehsalın səmərəliliyinin və rəqabət qabiliyyətinin yüksəldilməsi nəqliyyat sisteminin inkişafından və onun işindən bilavasitə asılıdır.
Nəqliyyat sisteminin səmərəliyinin və regionda rəqabət qabiliyyətinin yüksəldilməsi üçün ilk növbədə onun maddi - texniki bazası möhkəmləndiriməlidir. Bu baxımdan Azərbaycanın nəqliyyat sisteminin maddi - texniki bazasının tədqiqi zəruridir.
Nəqliyyat prosesini yerinə yetirən istehsal vasitələrinin, onun texnoloji və təşkilati səviyyəsi ilə məcmusu nəqliyyat sisteminin maddi - texniki bazasını təşkil edir.
Azərbaycan Respublikasının nəqliyyat sisteminin maddi - texniki bazasına daşımaları yerinə yetirən bütün nəqliyyat müəssisələri, hava və dəniz limanları, terminallar, yollar və yol təsərrüfatları, nəqliyyat vasitələrinin texniki xidmət və təmiri ilə məşğul olan zavodlar, müəssisələr, yükləmə - boşaltma stansiyaları, rabitə vasitələri və s. aiddir.
Respublikamızda bütün nəqliyyat növləri fəaliyyət göstərir. Daşımaların yerinə yetirilməsində ayrı - ayrı nəqliyyat növlərinin payı respublikamızda və dünyada müxtəlifdir.
Dünyada, o cümlədən Şərqi Avropa ölkələrində yükdaşımaların 23%-i su nəqliyyatının, 64%-i yerüstü nəqliyyatın, 13%-i isə digər növ nəqliyyatların payına düşür. Sənayecə inkişaf etmiş ölkələrdə bu rəqəm uyğun olaraq 62%, 27% və 11%, inkişaf etməkdə olan ölkələr üçün uyğun olaraq 84%, 10% və 6% təşkil edir. Azərbaycan Respublikasında (2012 - ci ildə) yük daşımalarının 20,7% - i dəmir yolunun, 9,3% dəniz nəqliyyatının, 0,1% - aviasiya (hava) nəqliyyatının, 18,8% boru kəməri nəqliyyatının, 51,1% - i isə avtomobil nəqliyyatının payına düşür. Yük dövriyyəsinin 25,5% - dəmir yolunun, 18,6% dəniz nəqliyyatının, 0,7% hava (aviasiya) nəqliyyatının, 36,2% boru kəməri nəqliyyatının, 19% - i isə avtomobil nəqliyyatının payına düşür.
Dünyada 9800 dəniz limanı, (onlardan 1000 - ü beynəlxalq) 15950 hava limanı, (onlardan 1020 - si beynəlxalq) vardır. Azərbaycan Respublikasında isə əsasən bir dəniz limanı və dörd hava limanı beynəlxalq daşımaları yerinə yetirir. Lakin hal-hazırda respublikamızda yeni limanların tikintisi və yenidənqurma işləri davam edir. Aparılan araşdırmalara, statistik məlumatlara görə dünyada 1 km2 sahədə 8,8 metr dəmiryolu, 103 metr avtomobil yolu və 0,4 metr daxili su yolları vardır. Azərbaycan Respublikasının (2012- ci il) ərazisinin hər 1000 km2 – nə 34,3 km dəmiryolu, o cümlədən nəqliyyat sektorunda 24,5 km, qeyri - nəqliyyat sektorunda 9,8 km dəmiryolu, 53,2 km magistral boru kəməri, o cümlədən 21,5 km magistral neft kəməri, 31,7 km magistral qaz kəməri 217,4 km şose (bərk örtüklü avtomobil) yolları düşür.
Dünyanın ayrı - ayrı ölkələri, qitələri və regionları üzrə xətti nəqliyyat infrastrukturlarının paylanması eyni deyil. Belə ki, dəmiryollarının sıxlığı Afrikada Şimali Amerikadan 15 dəfə az, avtomobil yollarının sıxlığı Asiyada Avropa ölkələrindən 10 dəfə azdır. Azərbaycan Respublikasının şəhərlərində və aran rayonlarında xətti nəqliyyat infrastrukturunun sıxlığı dağlıq rayonlara nisbətən daha çoxdur. Xətti nəqliyyat infrastrukturunun qeyri - bərabərliyinin səbəbi, sənayenin inkişafının, xammal ehtiyatlarının mənimsənilməsi səviyyəsinin və coğrafi mövqe xüsusiyyətlərinin müxtəlif olmasıdır.
Hər bir nəqliyyat növü üç əsas komponenti və ya tərkib hissəsini özündə birləşdirir. Bunlar yollar, terminallar və nəqliyyat vasitələridir (hərəkət tərkibləridir).
Əlaqə yolları dedikdə, nəqliyyat vasitəsi hərəkət edərək özünün funksiyasını yerinə yetirdiyi mühit başa düşülür. Yolların üç növü mövcuddur. Bunlar təbii, yaxşılaşdırılmış və süni yollardır. Təbii yollar ucuzdur, böyük buraxılış qabiliyyətinə malikdir və cari təmir xərcləri tələb etmir. Bu yollara hava və dəniz yollarını mühitini misal göstərmək olar. Lakin, bunların tərkibinə təkcə bu mühit daxil deyil. Əsrlər boyu gəmilərin hərəkət etdiyi çaylar, dəvə karvanlarının hərəkət etdiyi səhra və yarımsəhralar avtomobil nəqliyyatının və dəmiryolunun meydana gəlməsinə qədər əsas əlaqə yolları olmuşdır.
Bütün dünyada elə geniş torpaq sahələri var ki, bu sahələrdə nəqliyyat vasitələri çox asanlıqla hərəkət edə bilir. Belə sahələrə səhralar və düzənlikləri göstərmək olar.
İqtisadi inkişafla əlaqədar olaraq səmərəli nəqliyyata təlabat yarandı. Daha səmərəli yerüstü nəqliyyata təlabatın artması təbii əlaqə yollarının yaxşılaşdırılmasını tələb etdi.
Müasir daşıma prosesinin həcmi, sürəti və kütləsi daha yüksək tələblərə cavab verən yollar tələb edir. Belə yollar ancaq xüsusi tikililər vasitəsilə təmin edilə bilər. Avtomobil yolları, kanallar, dəmir yolları, tramvay yolları, tunellər və çoxrelsli yollar -süni yollardır. Ənənəvi olaraq belə yolların yaradılmasına ayrı - ayrı şəxslər yox, cəmiyyət əsaslı vəsait xərcləyir.
Tarixən bəzi süni və ya yaxşılaşdırılmış əlaqə yolları özəl şirkətlər tərəfindən salınmışdır. Əksər hallarda belə yolların yaradılması, yolu inşa edən müəssisənin nəqliyyatının rahat hərəkət etməsi və ya səmərəliliyinin yüksəldilməsi nəticəsində yüksək mənfəət əldə edilməsi üçün nəzərdə tutulur. Eyni zamanda, bu yollar ümumi istifadə üçün açıq olur.
Əlaqə yolları üzrə daşımaların təmin edilməsi üçün xüsusi nəqliyyat tikililəri lazımdır. Bu tikililər yollarla hərəkət edən hərəkət tərkiblərinə asan (açıq) yolu, həmçinin marşurut üzrə daşımaları yerinə yetirən elə həmin hərəkət tərkibinin və ya müxtəlif nəqliyyat növlərinin əlaqəsini təmin edir. Bu tikililər (yerlər) terminal adlanır.
Terminal aşağıdakıları təmin edir:
- müəyyən əlaqə yolu ilə işləyən hərəkət tərkiblərinə çıxışı;
- verilən əlaqə yolu ilə hərəkət edən nəqliyyat vasitəsini digər nəqliyyat vasitəsi ilə və ya digər nəqliyyat növünün nəqliyyat vasitəsilə asan dəyişməsini;
- yük axınlarının birləşdirilməsini.
Avtomobil, dəmiryolu, hava, dəniz nəqliyyatı ilə daşıma terminalları ölçüsünə və avadanlıqlarına görə fərqlənirlər. Dəniz limanlarında yerinə yetirilən əməliyyatlar dəniz nəqliyyatı terminallarının çoxfunksiyalılığını və fəaliyyətinin çətinliyini açıq - aydın göstərir.
Nəqliyyatın hərəkət tərkibiləri dartıcı və yükdaşıyan vasitələrindən ibarətdir. Dartıcı vasitələr yükdaşıyan vasitələrin hərəkət etdirilməsi üçün nəzərdə tutulmuşdur. Yükdaşıyan vasitələr – yüklərin yerləşdirilməsi üçün nəzərdə tutulmuşdur və yüklərin daşınması üçün xüsusi konstruksiyası vardır. Nəqliyyat vasitələrinin iki növü vardır. Bunlar qarışıq nəqliyyat vasitələri (özüyeriyən) və birləşdirilmiş (bağlanmış) nəqliyyat vasitələridir. Qarışıq nəqliyyat vasitəsinin konstruksiyasına güc avadanlıqları daxildir. Birləşdirilmiş nəqliyyat vasitələrinin ayrı - ayrı güc və yük hissələri vardır. Avtomobil daşımalarının texnologiyasından və yükün növün­dən asılı olaraq avtofurqonlardan, acıq tipli yük avtomo­billərindən, yükü özüboşaldanlardan, avtoplatfor­ma­lar­dan, avtosisternlərdən, özüyeriyən avtomobillərdən istifadə edilir.
Həmçinin çoxlu digər növ avtonəqliyyat vasitələri mövcuddur. Onların əksəriyyətinin xarakterik xüsusiyyəti yükləmə - boşaltma işlərini özləri yerinə yetirməsidir. Belə ki, onların özlərinin yükləmə və boşaltma mexanizmləri vardır.
ABŞ - da 1950 - ci illərdən başlayaraq uzaq məsafələrə yük daşınmalarında xüsusiləşdirilmiş avtomobillərdən istifadə edilir.
Təcrübə göstərir ki, bahalı yüklərin və tez xarab olunan yüklərinin avtomobil nəqliyyatı ilə 1000 km məsafəyə qədər daşınması iqtisadi səmərəlilik cəhətdən özünü doğruldur. Avtomobil nəqliyyatı «qapıdan - qapıya» daşımanı həyata keçirir.
Nəqliyyat vasitəsinin yükgötürmə qabiliyyəti nə qədər yüksək olarsa, daşımalar bir o qədər rentabellidir.
Qoşqu və yarımqoşqulardan istifadə etməklə avtomobil dartqıları ilə daşımaların məkik üsulu ilə təşkil edilməsi daşımaların səmərəliliyinin xeyli yüksəldilməsinə imkan verir. Həmçinin avtomobil dartqılarının tətbiqi nəqliyyat vasitəsinin birdəfəlik yükgötürmə qabiliyyətinin artması hesabına daşımaların maya dəyərinin aşağı salınmasına, əmək məhsuldarlığının yüksəldilməsinə şərait yaradır. Avtomobil dartqılarının qoşqu və yarımqoşqularla hərəkətinin səmərəli təşkili, nəticədə nəqliyyat vasitələrinin səmərəsiz boş dayanmalarının aradan qaldırılmasına imkan yaradır. Avtomobil dartqıları bir neçə yarımqoşquya xidmət göstərmək imkanına malikdir. Qoşqu və yarımqoşquların qiyməti avtomobillərin və dartqıların qiymətindən xeyli aşağı olduğundan daşımaların qoşqu və yarımqoşqulardan istifadə etməklə yerinə yetirilməsi kapital qoyuluşu xərclərindən səmərəli və məqsədyönlü istifadə edilməsinə imkan verir.
Dəmiryolu nəqliyyatının nəqliyyat vasitələri lokomativlərdən, mühərrik və qoşqu vaqonlarından ibarətdir. İşlətdiyi enerjinin növünə görə lokomativlər aşağıdakı kimi təsnifatlandırılır: elektrovozlar, teplovozlar, paravozlar, qazturbavozlar və s.
Dəmir yolu ilə daşınan yüklərin müxtəlifliliyi yük vaqonları parkının qurluşunu müəyyən edir. Vaqon parkı ayrı - ayrı yük növləri və ya qrupların daşınması üçün nəzərdə tutulan müxtəlif tip vaqonlardan ibarətdir. Yük vaqonları müəyyən istismar tələblərinə cavab verməlidir. Yükləmə üsuluna görə vaqonlar açıq və qapalı vaqonlara ayrılır.
Son illərdə bütün dünyada və o cümələdən də Azərbaycan Respublikasında yük vaqonları parkının qurluşunun yaxşılaşdırılması istiqamətlərindən biri onun ixtisaslaşma (xüsusiləşdirmə) səviyyəsinin yüksəldilməsidir. Bir sıra ölkələrdə (ABŞ, Almaniya və s.) vaqon parkının xüsusiləşdirmə (ixtisaslaşma) səviyyəsi 30 - 45% təşkil edir. Kecmiş SSRİ -də xüsusiləşdirilmiş vaqonların payı 1960 - cı ildə 1,6%, Rusiyada isə 1996 - cı ildə 18,2% - ə qədər çatmışdır. Azərbaycan Respublikasının vaqon parkında xüsusiləşdirilmiş vaqonların xüsusi çəkisi təqribən 19% təşkil edir. Respublikamızda xüsusiləşdirilmiş vaqon parkından – sisternlərdən neft məhsullarının daşınması üçün geniş istifadə edilir.
Su (dəniz və çay) nəqliyyatı vasitələri gəmi adlanır. Gəmilərə özü hərəkət edən (güç qurğuları və yük sahəsi olan), özü hərəkət etməyən və həmçinin yedəklərə və dartqılara (itələyicilərə) ayrılır. Əsas mühərrikin tipi üzrə gəmilər teploxodlara (dizel), paroxodlara, qazaturbaxodlara, dizelelek­troxodlara, atomaxodlara ayrılır.
Gəmilər iri, baha qiymətli, avtomobil və dəmiryolu nəqliyyatı vasitələrinə nisbətən daha az standartlara uyğun­laş­dırılan nəqliyyat vasitələridir. Onlar fərdi qaydada tikilir. Eyni tip gəmilərin seriyalı tikintisi nəticəsində səmərə əldə etmək olar.
Hal - hazırda Azərbaycan Respublikasında gəmi tikintisi aparılmır. Lakin, gələcəkdə Qaradağ rayonunun Ələt qəsəbəsində tərsanə (gəmi tikintisi zavodu) inşası nəzərdə tutulmuşdur. Respublikamızın Xəzər Dəniz Gəmiçiliyinin gəmi­ləri əsasən Xəzər dənizində daşımaları həyata kecirir. Lakin, Qara dənizdə və digər dənizlərdə də üzən gəmilərimiz vardır.
Son dövrdə cox böyük miqdarda müxtəlif tipli gəmilər yaranmışdır. Hal - hazırda mövcud olan gəmilərin tipləri əsasən aşağıdakılardır:
- general yükləri daşıyan gəmilər;
- konteyner daşıyan gəmilər;
- gəmi bərələr;
- rolekerlər;
- lixteravozlar;
- çox böyük tankerlər (VLCC);
- təbii sıxılmış qaz daşıyan tankerlər (gəmi - LNG);
- sıxılmış qaz daşıyan tankerlər (gəmi - LPG);
- sualtı qanadlar üzərində gəmilər;
- hava yastıqları üzərində gəmilər.
Yuxarıda sadalanan gəmilərdən əksəriyyəti respub­lika­mı­zın dəniz nəqliyyatı müəssisəsində - Xəzər Dəniz Gəmiçili­yin­də var və dənizdə daşımalar yerinə yetirilən zaman onlardan isti­fadə olunar.
Hal - hazırda Azərbaycan Respublikasının hava nəqliyyatı ilə beynəlxalq əlaqələrdə yük və sərnişin daşımaları yerinə yetirilir. Beynəlxalq yük daşımalarının yerinə yetirilməsində digər nəqliyyat növləri ilə müqayisədə respublikamızın hava nəqliyyatının daşıma imkanları o qədər də yüksək deyil.
Respublikamızda yük daşımalarının ancaq 0,1% - i hava nəq­liyyatı (təyyarə, vertalyot) ilə həyata kecirilir. Hava nəq­liy­ya­tı ilə daşıma xərcləri xeyli yüksəkdir. Böyük İpək Yolunun bər­pası ilə əlaqədar olaraq beynəlxalq yük daşıma­la­rında res­pub­likamızın boru kəməri nəqliyyatının (BTC ilə neft daşı­ma­ları hesabına) payı artmış və şəbəkəsi xeyli genişlənmişdir.



Yüklə 157,69 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin