Müəllifin icazəsi olmadan mətbəədə çap etmək və ya internetdə yayınlamaq qəti qadağandır



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/15
tarix24.04.2017
ölçüsü2,8 Kb.
#15620
1   ...   7   8   9   10   11   12   13   14   15

(PƏRDƏ ENIR) 
(Ma Obanın xalq artisti Fa Una “Qayıt” mahnısını oxuyur) 
*** 
 
138

(PƏRDƏ QALXIR) 
(İşıq qapıya düşür) 
Hər  iki  əli  dəmirdən  olan  uca  boylu  kişi  qətiyyətli 
addımlarla  səhnəyə  irəliləyir.  Sızıldayanlar  qoz  ağacının  ətrafına 
cızıq  çəkirlər.  Cızığı  polis  qoruyur.  Başların  üzərində  qırmızı 
kreslo gətirilir. Kişi oturmur, ayaq üstdə çıxış edir:  
‐  Bilırsınız,  mən  dəfələrlə  dedim,  yaşlı  adamam,  mənə 
təmiz  hava  lazımdır,  qoz  ağacının  altında  otursam,  havam 
çatmayacaq. Ona görə bura gəlmək istəmirdim. Xalq tələb etdi, siz 
tələb etdinız...  
Səhnənin güncündə  kimsə mızıldayır. Natiq ona: 
‐ Axı sən nə istəyirsən To Fiq Qa Sım Ov?  
‐ Mızzz... Mızzz... Mızzz... 
‐ Müstəqilliyimiz əbədidir, sarsılmazdır, dönməzdir!‐ natiq 
yumruqlarını hamının başı üzərinə qaldırır.  
Polislər  Tonu  aparırlar.  Yenə  mızıldayan  var.  Kişi  ona 
acıqlanır:        
    ‐ İb Ra, mən qoz qabığına soxmağa adam axtaranda, sən 
əyninə  aşırma  şalvar  geyinib  Zey  kəndində  qoz‐qoz  oynayırdın, 
moqeyini  bildir!  Mən  qiyam  nəticəsində  gəlməmişəm  bura.  Sur‐ 
əliylə öncəki pərdədə səhnəyə hücum edəni göstərərək‐ obamızın 
qəhrəmanıdır!  
İb Ranı qandallayıb zaldan çıxarırlar.  
Natiq sözünə davam edir: 
‐ Mən çox dedim, Sur, sən Baş nazirsən, suçu deyilsən, heç 
qoçu da deyilsən, ha‐ha‐ha, lopatkanı yerə qoy, o, az eşitdi. Dövlət 
çevrilişi  etmək  istəyir!  Mən  buna  imkan  verməyəcəm!  Mən 
həyatımın qalan hissəsini da obama bağışlayıram!  
O,  beli  Surun  əlindən  alır,  sapını  dəmir  əlləri  ilə  ikiyə 
bölür,  sağ  əlindəkini  Surun  kürəyinin  ortasına  ilişdirir.  Polislər 
beli qırılmış Suru sürüyüb aparırlar.  
Obada sabitlik yaranır. “Əsrin müqaviləsi” bağlanılır. Xalq 
əlində aftafa neftdən pay gözləyir.    
 
139

Sabitliyin  qurucusu  bel  qulpunun  qırıqlarını  salabey  edib 
qoz ağacına atır. Yerə düşən qozu götürür.  
‐  Yeyən var?  
Sızıldayanların arasından bir nəfər ağzı sulana‐sulana ona 
yaxınlaşır.  
‐Ul Rəs gəl, gəl qoz ye... 
Kişi əlindəki qozu onun başına qoyub sındırır.  Dəmir əllə 
vurulan  zərbə  Ulu  yarımcan  edir.  Təcili  tibbi  yardım  onu  ABŞ 
bayrağına  bükür,  xərəkdə  səhnədən  çıxardır.  Kişi  yenidən  zala 
səslənir: 
‐ Başqa kim yemək istəyir? 
Obada sakitlikdir. 
Dəmir əlli lider qəfil ürəyini tutur və yerə yıxılır.  
(PƏRDƏ ENIR) 
(Ümummilli sakitlik elan edilir) 
 
*** 
(PƏRDƏ QALXIR) 
(İşıq mərkəzə verilir) 
Səhnədə  yekə  küp  qoyulub.  Küpün  başında  beynəlxalq 
müşahidəçilər‐  baboçkalı  ingilis,  şərfli  fransız,  fəsli  türk  və  rus 
generalı  dayanıb.  Arxadan  bir  molla  da  burnunu  soxmağa  çalışır, 
onu  çimdikləyib  qovurlar.  Adamlar  sırayla  gəlir,  küpə  qoz  atırlar. 
Qozatma  qurtarır.  Küpdən  qəlyan, dalınca  qəlyanı  çəkən  çıxır.  Qoz 
ağacının altında durmuş polislər dərhal yüyürüb onu qırılmış belin 
sapıyla  döyürlər,  səhnənin  güncünə  balaca  çevrə  çəkir  və  dairəyə 
salırlar.  Baboçkalı  ingilis  dairəyə  salınana  təsəlli  verir.  General 
istehzayla gülür. Türk deyiləni tərcümə edir:  
‐  Sayın  büyük  elçimiz  sayın  Asi  beye  diyor  ki,  “ana 
mühalifet lideri olmak büyük şeref!” 
         Sayın  Asi  bəy  dairədən  çıxmadan  ağacın  altını  hədələyir: 
“Bızzz...” 
 
140

Bu  dəfə  qutudan  başqa  adam  çıxır.  Cavan  oğlandır. 
Qutunun  başında  duran  ingilis,  fransız,  rus  və  türk  onunla 
öpüşüb‐görüşürlər. Şəxsən zəhmət çəkib ona taxt gətirirlər. Cavan 
oğlan ingiliscə bəyan edir:  
‐ Biz öz ümummilli liderimizin yolu ilə gedəcəyik!  
O, sürəkli alqış sədaları altında taxta çıxır.   
(PƏRDƏ ENIR) 
(Ma Obanın əməkdar artisti Xum Ar “Döz” mahnısı 
oxuyur) 
 
*** 
(PƏRDƏ QALXIR) 
(Səhnənin bütün işıqları yanır) 
Qoz  ağacına  gələn  cığırların  qırağına  üstünə  “Cızzz!” 
yazılmış işarələr  qoyulub. Səhnə balaca‐balaca ərazilərə bölünüb, 
ərazilər çəpərlənib. Çəpərlənən ərazilərdə qəsrlər gözə dəyir. Hər 
yerdə çal‐çağırdır. Sol tərəfdə qoyulmuş lövhədə yazılıb: “Hərəyə 
bir qoz ağacı əkək!” 
Qoz  ağacı  kəsilib.  Ondan  çəllək  düzəldib,  içinə  neft 
doldurublar.  Bayaqkı  beynəlxalq  müşahidəçilər  vedrə‐vedrə  neft 
daşıyırlar.  Xalq  əlində  aftafa  evdə  çırağa  tökmək  üçün  neft 
növbəsinə  dayanıb.  Asi  bəy  neft  daşıyanları  durduğu  dairədən 
hədələyir: “Bızzz...” Taxtın qabağında yerə palaz sərilib. Bellərinə 
ditdili  qanadları  taxmış  deputatlar  bardaş  qurublar.  Ma  Oba 
Tayfalar  Məsclisinin  sessiyası  gedir.  Hamısı  əlləriylə  Asini  asıb‐
kəsirlər: Dızzz!!! Dızzz!!! Dızzz!!!  
Cavan  Oğlan  taxtda  oturub.  Taxtda  oturan  hərdən 
qabağındakı  xonçadan  qoz  götürür,  deputatların  birindən  Asinin 
çevrəsindəkilərə göndərir. Qozu alan milçək qanadı çıxarır, vızıldayıb 
ağcaqanadların yaxınlığında toplaşırlar: Vızzz... Vızzz... Vızzz... 
  
(PƏRDƏ ENIR) 
(Meyxana ustası Miq Na Rıncıçuxurlu  
 
141

“Tikilməyib körpülər birdən‐birə, 
Çevrilibdir dövlətimiz liderə”  
qafiyəli  meyxana oxuyur) 
*** 
(PƏRDƏ QALXIR) 
Şam işığı restorana romantika verir. Masada iki gənc qol‐boyun 
olub.  Oğlanın  adı  Du  Raq,  qızın  adı  Da  Raqdır.  Əmiuşağıdırlar,  təzə 
nişanlanıblar.  Gənclər  özlərini  yığışdırırlar.  Ofisant  əlində  şampan  içəri 
girir, Du Raq qoz ləpəsi sifariş verir. Ofisant “vallah, ləpəmiz qurtarıb” 
deyə sifarişdən imtina edir. Du Raq hirslənir: 
‐ Ə, mən ABŞ prezidenti Ba Rakın əmisinəvəgillərdənəm.  
Ofisant “vallah, ləpəmiz qurtarıb” deyə üzrxahlıq edir. Du 
Raq  cızığından  çıxır,  ofisantı  təpiyinin  altına  salır.  Polislər  ona 
cumurlar.  Xaos  yaranır.  Du  Raq  qardaşına  “vızov”  atır.  Qardaşı 
Ya Raq tayfanın cayıllarını yığıb davaya gətirir.  
Du Raq yaralanıb və qan içində uzanıbdır. Polislər Da Rağın 
şalvarını çıxartmaq istəyirlər. Dunun qardaşı Ya şampan butulkasını 
götürüb polislərə cumur, onların başını yarır. Va Raq varağa yazdığı 
“uğur duasını” aparıb Asi bəyin döş cibinə basır. Danın qardaşı Ma 
Raq nərə çəkib dızıldayanlara cumur. Onlar dızıdıb qanadlarını yerə 
atır,  aradan  çıxırlar.  Milçəklər  “vızz”  edib  geri  qayıdır,  qanadlarını 
çıxardıb yelpik düzəldir, Asi bəyi yelləyirlər.  
Tamaşaçılar  ayağa  qalxır,  səhnəyə  axışırlar.  Xalqın  ilk 
nümayəndəsinin  ayağı  səhnəyə  dəyəndə  Cavan  Oğlan  taxtdan 
enir, kirimişcə qapıya sarı gedir. 
Taxt  üstündə  dava  düşür.  Ras,  Eti,  Asi  və  Vuş  Siya  adlı 
gözlənilməz  iddiaçının  hərəsi  taxtın  bir  ayağını  dartır.  Taxtın 
ayaqları qırılır.  
Xalqın  zirək  oğulları  qarışıqlıqdan  yararlanıb  neft 
aparmağa  yüyürürlər.  Aftafanı  daha  öncə  doldurmaq  üstündə 
itələşəndə çəlləyi aşırırlar.  
Çəlləyin içi boşdur. Onu diyirləyib səhnədən yerə salırlar.  
 
142

İşi  belə  görən  Ras,  Eti  və  Vuş  Siya  aradan  çıxır,  ortada 
təkcə Asi qalır.  
(PƏRDƏ ENIR) 
(Ma Oba aşıqları “Çaxmağı çək” oxuyurlar) 
*** 
(PƏRDƏ QALXIR) 
(İşıq arxa dekorasiyaya salınır) 
Dünya Bankının Baş ofisi. 
(İşıq dekorasiyanın qabağına salınır) 
Dünya  Bankının  baş  ofisinin  qarşısında  Asi  bəy  çəlləkdən 
neft  daşıyanların  atdığı  vedrələrin  birini  tərsinə  çevirərək  altına 
qoyub, nağara əvəzinə o birinin dalını döyəcləyir, üçüncüsünü də 
qabağına qoyub pul dilənir.   
(PƏRDƏ ENIR) 
 
*** 
 (İşıq mikrafona salınır) 
Ramin Hacılının monoloqu:   
Hər şey belə olmaya bilərdi! Hər şey belə də ola bilərdi! 
Olmadı! Sizi referendum münasibətilə təbrik edirəm! Rəiyyətinlə 
baş‐başa, yaşa, padşahım, yaşa!  
 
(PƏRDƏ ENIR və QALXMIR) 
 
*** 
Ramin Hacılının əlini sıxa bilmədim. Sabit əmimgil yanımı 
kəsdirdilər.  
Əmim  və  onun  uşaqlıq  dostu  Sabir  bağlıbadaşdılar, 
şərikinə  çörəkbişirmə  sexi  işlədirlər,  qabaqlar  Bərdə  bazarında 
ələk  düzəldib    satarmışlar.  Sabit  ələkçiymiş,  Sabir  də  qıl  verəni. 
Teatra  ayaqları  birinci  dəfə  dəyirdi.  Tamaşadan  xəbər  tutmuş, 
başıalovlu  teatra  soxulmuşdular.  Həmişə  əsəbləşəndə  əmim 
cümlənin son sözünü demirdi, fikrini qıl verəni tamamlayırdı: 
 
143

‐ Min dəfə demişəm ki, bu işlərdən  
‐ qurtar!  
‐ Məni türmələrdə  
‐ süründürmə!  
‐ Ə, bala, sizin axırınız  
‐yoxdur!  
‐Hamınızın yeri  
‐türmədir!  
‐Gedib  kişinin  oğlunun  ətrafında  birləşməkdən,  Ulu 
Öndərin  ruhundan  üzr  istəməkdən,  hələ  durub  camaatı  lağa 
qoyursan, teatr  
‐ çıxardırsan!  
‐  Demir  ey,  biri  başa  düşər,  gedib  çatdırar,  KQB  də  gəlib 
bunun boğazını  
‐üzər!  
‐ Yaza bilirsən, götür babaya şeir yaz, oğluna poema 
‐ qoş!  
‐  O  da  çağırsın  sənə  ev  versin,  eşik  versin,  iş  versin,  fəxri 
ad versin, şöhrət ordeni versin, sən də get  
‐ dolan!  
‐ Savad olmaqla deyil, gərək adamın ağlı, fərasəti də 
‐ ola!  
‐  Min  dəfə  demişəm,  ha  yazsanızda,  pozsanız  da  xeyiri 
yoxdur, o taxt ömürlük  
‐ onlarındır!  
‐  O  boyda  Şəhriyar  “Heydər  babaya  salam”  poemasını 
yazmışdı, sən heç onun əlinə su tökməyə layiq  
‐ deyilsən!  
‐  Ağlın  olsun,  o  “Heydər  babaya  salam”  yazıb,  sən  də 
“Heydər balaya salam”  
‐ yaz!   
Əmimgildən qurtulanda Həyat xanım zəng elədi:  
 
144

‐  Nəsir,  ‐  mənə  kənddə  və  ailəmizdə  Nəsir  deyirlər‐  təcili 
evə gəl, evə mişovul girib!  
Evə  göz  gəzdirdikcə  Loviza  dolurdu,  ağlamaqdan  və  “bu 
nə  yaşayışdır”  sualını  verməkdən  özünü  zorla  saxlayırdı. 
Dərnəgüldə  qaçqınların  məskunlaşdığı  yataqxanaların  arasında, 
sovet  dövründə  televizor  anbarı  olmuş  zirzəmiyə  soxmuşuq 
başımızı.  Arxadan  üst  tərəfi  “Səadət”  şadlıq  evidir.  Səadətin 
arxasında və zirzəmisində başımıza yataqxanalardan bəxtəvərçilik 
yağır.  Dincliyimizi  hərdən  mişovullar  pozur.  Azinlə  köməkləşib 
mişovulu öldürdük.  
Həyat  xanım  anda  versə  də,  yeməyə  oturmadılar, 
ditdililərə  yem  olmaq  istəmədilər.  Evi  abıra  salan  və  rayona 
getməyə yır‐yığış edən arvadıma dedim: 
‐ Həyatım, narahat olma, biz özümüzü ac qoymarıq.  
Həyatım ditdililərə qarğış elədi. Üzünə baxdım. Pəjmürdə 
idi. Həyatın çoxdan gülümsəmədiyinin fərqinə o anda vardım. Eh, 
həyatım, bəzən biz sevgini məyus edirik, bəzən sevgi bizi... 
Zibilxananın  yanından  vəhhabilərin  dükanına  tərəf 
burulanda  bomba  partladı.  Vəhhabiləri  görmüş  Loviza  hər  iki 
əlini  qulaqlarına  aparıb  qorxa‐qorxa  ətrafa  boylandı.  Narahat 
olma, sağıq,‐ onu vahimədən çıxartdım‐ partlayan zibil torbasıdır. 
Loviza  yataqxanadan  vızıldadılmış  torbaya  baxdıqca  əsim‐əsim 
əsirdi.  Gölməçə,  zibil  və  dolma  qoxusu  aləmi  bürümüşdü. 
Diplomat  qız  hər  ikimizin  qoluna  girdi,  “Azəri”  un  məmulatları 
mağazasının qabağından yolun o tayına keçdik.  
‐ Ta bura qədər gəlmisiniz, Gülü dayıya baş çəkməsək eyib 
olar... 
‐  Görək,  nə  deyir‐  rəyini  öyrənmək  məqsədiylə  qıza  Gülü 
dayının kababxanasını təsvir elədi. Loviza gözlərini döydü. Yalnız 
ingiliscə  “underground”  kəlməsini  eşidəndə  “doğrudanmı” 
sualını verdi.  
Müştərilərin  və  qonşu  kababçıların  “Gülü”  dediyi  ahıl  və 
istiqanlı kişini Lovizaya əsl adıyla təqdim etdim:  
 
145

‐  Güloğlan  dayı  Dərnəgül  kababçılarının  kralıdır, 
Füzulidəndir. Anası rus imiş. 
Füzulidən 
gələndən 
Dərnəgül 
yataqxanalarında 
məskunlaşmışdı, 
dayanacağa 
manqal 
qoymuş, 
avtobus 
gözləyənləri  kabab  iyinə  vermişdi.  Qazancına  qızırğalanmayıb 
daş  dayanacağı  satın  almış,  iki  kabinet  düzəldərək  Qarabağın 
sabiq  kassirlərinin,  mühasiblərinin,  mağaza  müdirlərinin,  kolxoz 
sədrlərinin  ixtiyarına  vermişdi.  Qaçqınpulu  alandan‐alana  əli 
qalınlaşan  sabiq  qarabağlılar  o  kabinetlərdə  vəzifəli  günlərini 
xatırlayar,  qabırğaları  sananan  xidmətçi  xalanın  masaya  salfetka 
qoyan  cod  əllərinə  yanağından  qan  daman  keçmiş  katibələrinin 
vurduğu lakdan yaxmamağına təəssüflənərlər.   
Gülü dayı xidmətçiyə səsləndi:  
‐ Ağız, Məhrə!      
Mahirə  yaşlı  arvadıydı,  qulaqları  ağır  eşidirdi.  Gülü  dayı 
yenə çağırdı:    
‐ Ağız, Məhrə!      
Mahirə  cavab  əvəzinə  armud  saplağına  dönmüş  boğazını 
uzatdı. Gülü dayı ona Lovizanı göstərdi:  
‐ İsveç səfirliyində işləyir, qıza yaxşı qulluq elə!  
Kababxanasına  İsveç  diplomatının  təşrif  buyurması  Gülü 
dayının  nəzərində  çox  böyük  hadisəydi,  qıza  yaxşı  qulluq 
göstərmək Qarabağın xətasız‐bəlasız geri qaytarılmasına təsir edə 
bilərdi. “Belə şanslar çətin ələ düşür”‐ Gülü dayı ATƏT‐in düzüb‐
qoşduğu sülh danışıqlarını izləməyən Mahirənin siyasi hazırlığını 
artırdı.  
Tikə,  lülə,  içalat  kababı  sifariş  elədik,  içməyə  rus  istehsalı 
“Monarxiya”  arağı  və  “Coca‐cola”  istədik.  Mahirə  xala  xalqın 
əziyyətini çəkərək qab‐qaşıq gətirdi. Gülü dayı kababın bişməsinə 
bütün  təcrübəsini  qoymuşdu,  isti‐isti  gətirib  boşqaba  çəkirdi. 
Loviza  başlanğıcda  əllə  yeməyə  tərəddüd  eləsə  də,  daldan‐dala 
barmaqlarının beşini də yalayırdı. 
 
146

Marşuruta mindik. Sürücünün üzündən kir, gözündən kin 
yağırdı.  Damağında  siqaret  tüstülədir,  hərdən  digər  marşrutlarla 
ötüşür, meyxanaya qulaq asırdı. “Gənclik” metrosuna çathaçatda 
yol  polisi  bizi  saxladı.  Sürücü  cibindən  çıxartdığı  manatlıqları 
köməkçisinə verdi. Uşaq kirli  əllərini tüpürcəkləyərək  əskinasları 
ütülədi,  dəstələdi,  sayıb  sürücüyə  qaytardı.  Sürücü  sükandan 
düşdü,  köynəyini  şalvarına  sala‐sala  getdi,  hırıldaya‐hırıldaya 
qayıtdı.  Sərnişinlər  ağını  çıxartmış  yol  polislərinin  qarasına 
deyindilər.  
Metronun qırağında hər ikisi ilə ikiəlli sağollaşıb “Gənclik” 
mehmanxanasına  tərəf  adladım.  Zirzəmidə  yerləşən  internet 
kafeyə düşdüm. İnternetdən  aralananda Azin qabağımda iki dəfə 
asqırdı.  
‐ Qağa, qabaq tək səbr  idin, indi cütlədin, təki  axırı  xeyir 
olsun!  
Başına  gələnləri  danışdı.  Piyada  “Azadlıq”  prospektinə 
gedirmişlər. 
Mc.Donaldsın 
arxasındakı 
parkdan 
keçəndə 
öpüşüblər və polis başlarını alıb:  
‐  Niyə  milli  əxlaqımıza  yaraşmayan  hərəkətlər  edirsiniz? 
Özü də zooparkın yanında!  
‐ Ona görə ki, belə istəyirik. 
‐  Sənə  qalsa,  çox  şey  istəyərsən!  İstəməklədir?  Qayda  var, 
qanun var, əxlaq var! Zooparkın yanıdır bura!..  
‐  Hansı  qayda‐qanunda  yazılıb  axı  parkda  öpüşmək 
olmaz? 
‐ Bura park deyil, zooparkın yanıdır!  
‐ Deyirsən, heyvanların əxlaqını poza bilərik?     
  Serjant  onları  bölməyə  aparmış,  rəisə  Azinin  müqavimət 
göstərdiyini  məruzə  etmişdi.  Polisə  müqavimət  göstərməyin  nə 
demək  olduğunu  cinayətkara  başa  salmaq  həvəsiylə  rəis  əllərini 
sinəsində çarpazlayıb sakit görkəmlə nə baş verdiyini soruşanda, 
qanlarının  arasına  Lovizanın  diplomatik  pasportu  girmişdi. 
Qonağın  yanında  hər  iki  üzümüzü  qara  edən,  Azinin  diplomat 
 
147

qızla  yuxarıların  tapşırığıyla  öpüşdüyünü  anlamayan  polis 
nəfərinə rəis itin sözünü demiş, onu işdən it kimi qovacağına and 
içmiş, itin dalında həbs etmişdi. 
Səhəri 
gün 
avtovağzala 
getdik. 
Avtovağzalın 
həndəvərində  şoferlərin  çığırtısından  qulaq  tutulur.  Gəncəyə  bir 
nəfər!  Ağcabədi,  Agcabədi!  Bərdəyə  çıxıram!  Tərtərə  maşın 
tərpənir ha!.. Əlimdəki çantanı görən qarğa sürüsü üstümə şığıdı.  
Guya  məni  çoxdan  tanıyan  sürücü  əl  çəkmədi,  qır‐saqqız 
olub boğazıma keçdi:  
‐  Yerri,  Ətağa  (fikir  ver,  gör  kimin  cəddinə  and  içirəm, 
Bakıda  yer  almışam)    bəyaxdan  bir  nəfər  gözləyirəm,  otur,  srazı 
çıxax!  
‐  Yerli,  İmamzada  haqqı  (bərəkallah,  mən  neçə  ildir 
Bakıdayam,  yarım  sot  torpağım  yoxdur)  rayona  indi  getmirəm. 
“Varis”  şadlıq  evində  kəndçimiz  Böyükağa  müəllimin  oğlunun 
toyudur  axşam.  Saat  altıda  toya,  oradan  da  kəndçilərimi  Bakıya 
gətirən  avtobusla  rayona  gedəcəm.  Arvad‐uşağı  dayım  öz 
maşınında aparacaq.   
‐  Xeyirdimi  onda?  Pul‐pənə  göndərirsənsə,  ver  çatdırım, 
bir nəfər gözləyirəm, gəlsin, srazı çıxıram!  
‐  Sağ  ol  qağa,  iki  nəfər  yola  salacam,  sənin  maşınında  da 
bir yer boşdur,‐ bunu deyəndə Azinlə Loviza özünü yetirmişdilər‐
mənə bənd olma, bir nəfər axtar!  
‐  “İllaf  yaxşı,  iki  nəfər  də  gələr,  çıxarıq  dana...”‐  sürücü 
burnunda  mızıldandı  və  belə  məlum  oldu  ki,  “bir  nəfər 
gözləyirəm”  deyəndə,  o,  ilk  müştərini  nəzərdə  tuturmuş.  Üzeyir 
Hacıbəyovun “Yevlax–Şuşa yolu” hekayəsini xatırladım. Xalqımız 
dilicandan  düşüb  “Moskviç”ə,  “Moskviç”dən  enib  “Merseders”ə 
mindi,  Yevlax‐Şuşa  yolunda  satiraya  tuş  gəldi,  xeyri  olmadı, 
dəyişmədi, dəyişmədi, dəyişmədi...  
 
*** 
 
148

Toydan  çıxıb  “Doxsan”  Məzahirin  avtobusuna  doluşduq. 
Hərə  mərifətinə,  fərasətinə,  tayfasına  uyğun  yer  tutdu  özünə. 
Maşın  tərpənəndə  Seyid  Əhməd  “Allah,  Məhəmməd,  ya  Əli” 
qışqırdı.  Sürücü  “prrobblem  yoxdur”  dedi.  Ağa  çaşqınlıqla  onu 
süzdü, yanında oturmuş Şahsevən gülümsündü. Yolda‐irizdə ala 
itdən  məşhuruydu  Məzahir,  PAZ‐ını  tanımayan  yoxuydu, 
avtobusunu  şosedə  doxsandan  yuxarı  sürməzdi,  ondan  artıq 
çəkmirdi  də.  Ləqəbinə  layiq  olduğunu  gözə  soxdu:  “cəddinə 
qurban  olum  ağa,  doxsandan  yuxarı  getmirəm,  nə  prrobblem 
olasıdır...”  Bundan  yekə  nə  prrobblem  olacaq,‐  ağzını  əydim 
dodağımın altında‐ tıxaca düşdük.  
Siqnal  səslərinin  arasında  Ağanın  ona  verdiyi  öyüd 
eşidildi: 
 ‐  Heylə  demə,  heylə  demə,  Xudavəndi‐Kərim  min  ağac 
uzaq eləsin, olacağa çarə yoxdur, ölüm qaşla göz arasındadır. 
Ölümdən  söz  düşəndə  Qəssab  İbişin  arvadı  Cəhrə 
zoqquldadı. ”Ona min dəfə dedim qoqa‐qoladan az iç, öhd olmadı!”‐ 
camaatı arvadının mərəzindən agah elədi. Arvadlı‐kişili hamı özünü 
gecənin  soyuğuna  verməmək  üçün  qoyun  kürkü  geyindi.  Qəssab 
İbiş öz kürkünü arvadının çiyninə atdı, oğrun‐oğrun avtobusdakıları 
süzdü, mən də altdan‐altdan ona göz qoydum.   
Arvadı  naxoşlamışdı,  belini  ovmağa  keçi  piyi  gərəkiydi, 
piy  nə  gəzirdi,  piydən  ötəri  gərək  kəndə  çataydı,  bir  dıbır 
boğazlayaydı,  ətini  sataydı,  piyini  kürəyinə  sürtəydi,  yelini 
qovaydı,  azarını  öldürəydi,  üstünü  möhkəm‐möhkəm  örtəydi, 
kəkotulu  çay  gətirəydi  qızı  Sərəncam,  içəydilər,  çəkəydilər  onun 
da dərdinə əncam, döşü baş yarırdı, üstündə baş yarılırdı, qıza nə 
var, başlı‐başına qoysan ya halvaçıya gedər, ya zurnaçıya, zurnaçı 
Sadığın  oğlu  fır‐fırlanır  darvazalarının  qabağında,  qabağına 
çıxana  bax,  camaat  quş  gətirir,  Şahqulu  bayquş,  bayquş  ulayır 
dədə  yurdunda,  fərasətli  oğul  olsa,  ocağını  kor  qoymaz  atasının, 
atası  ondan  nə  xeyir  gördü,  qayınatası  nə  görə,  gör‐götür 
dünyasıdır,  adamın  gərək  qanacağı  ola,  qanacağı  qancıqdanmı 
 
149

alaydı  “Dıbır”  İsmayıl,  anası  ölmüşdü,  xalası  Səkinənin  südünü 
əmmişdi,  əmdiyi  burnundan  gəlsin,  cərrahlıq  oxuyub  guya, 
arvadın  sol  döşünün  yerinə,  sağ  əmcəyini  kəsib,  əmlik  keçir 
könlündən,  buynuzu  gicişir,  ayama  qoyur,  söz  çıxardır  gül  kimi 
qızın  adına,  hünəri  var  adını  çəksin  birdə,  çəksə  tayfa  davası 
düşər, başını üzərlər, dərisini boğazından çıxardarlar, aşılanmağa 
verərlər,  dabbaqda  gönləri  gendən  tanınır  hamısının,  dıbırın  da, 
aslanın da, Aslana kimdi qız verən, erkəkliyi‐dişiliyi bilinmir, bir 
heylə  ət  alsa  da  yediyi‐içdiyi  üzə  çıxmır,  soxulcana  oxşayır,  zifaf 
gecəsində  gəlinin  üzünü  çətin  ağarda,  gözü  ağarsın  ona  xanəndə 
deyənin,  toya  gedir,  oxuya  da  bilmir,  ciy‐ciy  ciyildəyir,  ciyarlı 
oğlan  Cavanşirdi,  rəhmətlik  dədəsi  də  yaxşı  bənnaydı,  maşallah, 
biləkləri  ət  kötüyündən  yoğundu,  almasa‐almasa  hər  şənbə  bir 
şaqqa ət aparır evlərinə, denən, yavanlıq olurmu o boyda külfətə, 
olmasa‐olmasa  on  beş  baş  adam  var  evdə,  ağız  deyəni  qulaq 
eşitmir,  qulağının  dincəlməsinə  çox  var,  ayrı  ev‐eşik  olması 
uzundərədi,  dərənin  qırağında  torpaq  qalmayıb,  “Tülkü”  Mahir 
qamarlayıb hər yeri, deyir, ev‐eşik yiyəsi olmaq hər oğulun hünəri 
deyil,  bələdiyyəsi  var,  icra  hakimiyyəti  var,  iti  var,  qurdu  var, 
qurdun  adı  bədnamdır,  indiki  zamanda  ev  tikmək  üçün  ev 
yıxmaq lazımdır, Allah saxlamış Cövdət də ev yıxan deyil, adam 
yıxandır,  özünə  iş  tapıb  o  da,  buna  badalaq  gəl,  onun  kürəyini 
yerə  vur,  yiyəsi  olsa,  güləşə‐müləşə  qoymaz,  polisə  düzəldər, 
oduhana  “köpəyoğlu”  Hüsü,  maaşı  alır,  hörməti  qazanır, 
qulaqları da iy bilir itin, sür‐sümük  verəndə yaxın durmur, yağlı 
yer  axtarır,  “Əmlik”də  o  boyda  quyruq  nə  gəzir,  getdi  rəisin 
qohumunu  aldı,  buna  bax,  camışa  oxşayır,  əşi,  elini  ürküt, 
axsağından yapış, elə axsaq yaxşıdır, sürü geri qayıdanda qabağa 
düşür, düz qabaqda oturub Şahsevən, qoçdu, qoçaqdı, ilanı seyid 
Əhməd  əliylə  tutandı,  o  boyda  kişini  elçi  göndərməyə  hazırlaşır, 
bir  dəfə  gələnə  qız  verməzlər,  amma  yüz  elə  qız  qurban  olsun 
ağanın cəddinə... 
 
150

Ağa  “dərəyə  sür”  dedi,  sürücü  əlini  gözünün  üstünə 
qoydu:  “prrobblem  yoxdu!”  Şamaxı  yoluyla  gedəsi  olduq.  Ağsu 
aşırımlarına  çathaçatda  gözümə  bir  lövhə  dəydi,  üzərinə  Ulu 
Öndərin  kəlamı  yazılmışdı:  “Biz  tamamilə  demokratiya  yolu  ilə 
gedirik!”  Demokratiya  yolunda  məni  mürgü  tütdu.  Nə  yata 
bildim, nə oyaq qala. Məzahir camaatı demokratiya dolamasında 
dolandırır,  avtobus  ləngərləyir,  mən  yuxuyla  oyaqlıq  arasında 
vurnuxurdum,  bilmirəm  yatmışdım  yuxu  görürdüm,  yoxsa 
oyağıydım  gerçəkliyi;  sərxoşuydummu,  ayığıydımmı,  hər  nə 
haldaydımsa, 
avtobusdakıların 
90 
faizi 
gözümə 
qoyun 
görünürdü.  Qoyunların  arasında  bir  əmlik  vardı,  seyid  Əhməd 
qəssab  İbişlə  Şahsevənin  yerini  dəyişdirib  ona  elçilik  edir, 
atalardan  misal  gətirirdi:  “quzunu  qurda  tapşırmaq  olmaz...” 
Məzahir  təsdiq  edirdi:  “prrobblem  yoxdur...”  Nətəhər  yoxdu  əə, 
korsan? Bu nə PAZ‐dır bizi mindirmisən, içində çoban var, qəssab 
var, keçi var, qoyun var, qoç var, anaş var, əmlik var, aslan var, şir 
var,  tülkü  var,  bayquş  var,  avtobus  deyil,  meşədir,  cəngəllikdir, 
Seyid  Əhməd  gedib  ilanını  tutmaq  əvəzinə,  bayaqdan  qurdun 
qarasınca  danışır...  Mənim  qeybət  qıran  adamla  aram  yoxdur, 
istəyirsən seyid ol, istəyirsən ağa, kişisən, sözü üzə de, qurd üzü 
mübarəkdir!  “Əşi,  denən  mübarək  olsun,  bir  xınalı  quzu  gətirək, 
bir  dıbır  yeyib  gedək”‐  Ağa  üz  vurdu,  sürücünün  tanış 
reaksiyasını  təkrarən  eşitdim:  “prrobblem  yoxdur.”  Düzlük  deyil 
ha  əlindən  gəlməyə,  sənə  nə  var,  prrobblem  çıxardacaqsan  bu 
saat,  belə  yerdə  heç  doxsanla  sürərlər  Məzi,  qurd  ürəyi  yemisən 
nədir,  avtoşluq  eləmək  istəyirdin,  eləyəydin,  ipək  yolunu  qoyub 
bizi  bu  dolamaya  niyə  gətirib  çıxartdın?  Niyə  gərək  həmişə  ağa 
dediyi  dərəyə  sürəsən?  Göz‐gözü  görmür  dumandan,  tamamilə 
demokratiya  yolu  ilə  getdiyimiz  yerdə  qəza  baş  verər,  ‐  bəlkə  də 
hansısa  seyid  onu  min  ağac  bəri  göndərib‐  kəllə‐mayallaq 
aşırdarsan  bizi,  PAZ‐dan  çıxıb  paza  keçərik!  “Prrobblem 
yoxdur!”‐  nəyə  gətirdi  bunu?  Hə,  Seyid  Əhmədin  sözünə,  “qurd 
duman  axtarar”  deməyinə...  Camaatı  dolamadan  salamat 
 
151

çıxaracağına  əmin  etmək  istədi.  Təki,  salamatçılıq  olsun!..  Off, 
adam  nə  qədər  atalar  sözü  deyər,  zərb‐məsəl  çəkər,  “sən  qurda 
tikməyi  öyrət,  yırtmağı  atasından  dərs  alıb”,  and  olsun  cəddinə, 
“Səma”  TV‐yə  çıxsan  ayrı  cür  danışarsan,  deyərsən  ki,  “qurddan 
qurd  törəyər.”  Təbiətdə  də,  insanın  xarakterində  komponentlər 
bir‐birinə  bağlıdır.  Seyid  Əhməd  tamahkardır,  tamahkar  xəsis 
olar, xəsis hiyləgər, hiyləgər yalançı, yalançı yaltaq... Qəssab İbişin 
ağlı  olsa,  kor  qız  da  verməz  yaltağa!  “Prrobblem  yoxdur”‐ 
partlayacaq ürəyim, yenə dedi, nənəm, yenə dediiii! Bu “doxsan” 
Məzahir  ya  çox  qanmaz  adamdır,  ya  sırtıq,  heç  vaxt  adam 
olmayacaq,  doxsanında  öyrənən,  gorunda  çalar.  Fikrim  dağıldı, 
eşidəmmədim,  Qəssab  İbiş  nə  soruşdu,  Seyid  Əhməd  ona  “qurd 
qapıda  əhilləşməz”  cavabını  niyə  verdi.  Əcəb  edər  əhilləşməz, 
əlinin  içindən  gələr,  çölündən  çıxar,  niyə  əhilləşib  azadlığını 
itirməlidir?  İt  qurdun  qohumudur,  qağa,  onu  əhilləşdirib  ağ 
günəmi  çıxartdınız?  Səkinə  müəlliməyə  demoqoqluğuna  görə 
“qancıq”  demirsinizmi?  İtlərin  azadlığını,  liderliyini  əlindən  alıb 
sürüyə  güdükçü  qoymamısınızmı?  Utanmırlar,  üzləri  də  var 
danışmağa...  Yox  ey,  işin  içində  iş  var,  axı  qurda  nə  verib  Seyid 
Əhməd,  ala  bilmir?  ”Qurdun  üzü  ağ  olsaydı,  gündüz  çölə 
çıxardı”‐  sözgəlişi  demir  bunu,  kininin  kökü  dərindir,  kim  bilir 
haralara  gedib  çıxır.  Görəsən,  qurdun  üzü  niyə  qaradır 
əmmaməlilərin  yanında?  Seyid  Əhmədin  yanınca  toya  gətirdiyi 
nəvəsi  “Dıbır”  İsmayıla  boz  keçinin  şeirini  deyirdi.  Yalqız  gəzib 
dolanma,  tək  olma,  təşəbbüskar  olma...  Dağa‐daşa  dırmanma, 
etiraz  eləməyə,  dağa  çıxmağa  qorx,  çobansız  hərəkət  eləmə, 
sürüdən  aralanma,  qoyunların  qabağında  get,  qabaqcıl  qoyun  ol, 
qıllan,  sənə  ev  verək,  eşik  verək,  orden  verək,  medal  verək, 
deputat seçək... Ay uşaq, əzbərlə, böyü, adam olma keçi ol, ziyalı 
olma,  kozyol  ol!  Piyinə  ehtiyac  olanda,  kozyolu  günahkar 
çıxartmağa nə var? Yox, bu, keçinin şeiri deyil, kozyolun şeiridir! 
Kozyolu elə qurd yesə, yaxşıdır! Hanı o qurd, hanı o bir‐birinə dal 
çevirməyən  gözəl  canlıların  boz  nümayəndəsi?  Niyə  gəlib  çıxmır 
 
152

bu  sürünün  axırına?  Nə  demişəm    özünü  sala  sürüyə,  salamat 
qoyun  buraxmaya,  anaşına‐əmliyinə,  şişəyinə‐şişliyinə,  qoçuna‐
qıçına baxmaya, boğazlaya hamısını... 
Boğulurdum,  pəncərəni  açan  olsa,  bir  az  hava  gələrdi, 
bilərdim, yatmışammı, oyağımmı, sərxoşammı, ayığammı... Başım 
hərlənirdi,  başımda  yer  kürəsi  tərsinə  fırlanırdı.  Tərsinə 
fırlanırdırsa, zaman da tərsinə axırdı, deməli...  
14 yaşım vardı. O vaxtlar belə deyildi, bərisindən baxanda 
o yanı görünmürdü Küt meşəsinin. Meşə çaqqalsız olmaz, amma 
çaqqal  deyildi,  qurduydu,  talada  uzanmışdım,  yatmışdımmı, 
oyağıydımmı  bilmirdi,  məni  iyləyirdi.  Gözümü  açanda  düz  içinə 
baxdı,  baxışdıq,  gülümsündü,  üstümdən  keçib  getdi.  Niyə  getdi? 
Hara  getdi?  Məni  niyə  parçalamadı?  Getdi  sinif  yoldaşım 
Şahsevənin  otardığı  sürünü  tapdı,  özünü  haya  yetirən 
çobancığazın  ayağını  gəmirdi,  ömürlük  axsaq  qoydu.  Çox 
axtardılar izini, tapa bilmədilər. İlim‐ilim itmişdi o qurd. Nə işiydi 
o?  Kimiydi  o  qurd?  Məniydimmi?  Nənəm  deyərdi  ki,  qurd  əti 
qurda haramdır, şükür, qoyun deyilmişəm, qoyun Şahsevəniymiş. 
Şahsevən  elə  indi  də  qoyundur,  “qoç”  ləqəbidir,  bəs  qabaqlar  nə 
olub?  Seyid  Əhmədin  anası  ölər,  qabaqlar  işinə  yaramayanın 
qabağına  düşə,  elçilik  eləyə.  Huşum  başımdan  çıxıb,  adı  nə  idi  o 
türk  savçısının?  Yadıma  düşdü,  Sabih  Qanadoğlu,  başına  iş 
açmasalar  yaxşıdır,  hansısa  dinin  mənsublarını  “qoyun  sürüsü” 
adlandırmışdı.  Məzahir  belə  yerdə  deyəmməz  “prrobblem 
yoxdur!”  O  boyda  Türkiyə  problem  içindədir,  düyünə  düşüb 
Avropa  Birliyinə  girməyi.  Bu  nə  düyündür?  Boğazıma  qayıdır 
kabab  tikəsi,  yeyəndə  ürəyimə  dammışdı  dünəndən  qaldığı, 
çeynəyəmmədim,  diri‐diri  uddum.  Öz  aramızdır,  yaman  ət 
yeyənəm,  görən  doğrudanmı  mən  qurd  olmuşam?  Qurd 
olmuşamsa,  niyə  atılmıram  bu  qoyunların  üstünə?  Gör  ey,  necə 
rahat  hiss  edirlər  özlərini  kürkün  arasında.  Toyda  oturmaqlarını 
görəydin,  ağıldaydılar,  hamısı  bir  ağıldaydılar,  oynamaqlarına 
baxaydın,  o  yekəlikdə  şadlıq  sarayında  küncə  qısılırdılar...  Öz 
 
153

aramızdır,  qəşəng  oynadın  ha  “Gizir  oğlu  Mustafa  bəy”i, 
oynamadın, uçdun, oynamaq deyildi o, uçmağıydı... Yox, nənəm, 
yox,  mən  qurd  olmamışam,  quzğun  olmuşam,  budur,  dövrə 
vururam  səmada,  başım  fırlanmır,  qanad  açıb  süzürəm...  Quu... 
Quu..  Bu  səs  hardan  çıxdı?  Yox,  məndən  çıxmadı,  mən  “qu” 
desəm,  qusaram  yediyimi,  avtobusdan  çıxdı,  siqnal  verdi 
“Doxsan”  Məzahir.  Bəs  niyə  mələmir,  bu  nənəsi  mələr  qalmışın 
siqnalı mələyə gərək... İmitasiya edir, doxsan yox, doxsan doqquz 
yox,  lap  yüz  faiz  imitasiya  edir!  Səhv  dedimsə,  bağışla,  dilimə 
yatmır  belə  sözlər,  dilim  ağzımda  yanır  susuzluqdan,  ürəyim 
yaman  pis  qalxır,  özümü  saxlaya  bilmirəm,  mayor  Aranlı  demiş, 
içməyin  də  qusmağı  olmaya.  Həyat  xanım  çox  deyir  mədənə 
yazığın gəlsin, mədə neyləsin ey, “Monarxiya” arağının zayı çıxıb, 
rossiyski  adına  satdıqlarına  baxma,  Bakıda  bağlayırlar,  camaat 
dadanıb, əl çəkə bilmir. Əlim hanı, əlimi tapa bilmirəm cibimdən 
dəsmal  çıxardıb  burnuma  tutum,  qığ  iyi  öldürdü  məni,  ödüm 
ağzıma  gəlir.  Gərək  bir  belə  içməyəydim,  küpünə  girdim  əməlli 
başlı, bəs küpdən necə çıxdım? Necə çıxacam uça‐uça, qanadlarım 
var  axı  mənim,  quzğunam,  Akgün  Akova  necə  deyib, 
“qanadlarına  güvən!”  Qanadlarıma  güvənirəm  güvənməyinə, 
amma  qurd  harada  qaldı?  Niyə  gecikir,  niyə  gəlib  “kozyol”u  
yemir? Anasının əmcəyini səhv kəsəndən mömin olub, adama nə 
təhər  tərs‐tərs  baxır,  guya  dilinə  araq  dəyməyib  ömründə. 
Gəlmişkən  “Qoç”u  da  yesin,  namaza  başlayıb,  elə  bilir  cənnətə 
düşəndə  Pekin  olimpiadasına  qaçmağa  gedəcək,  başına  nə 
qusaram  onun,  yediyim  zeytunları  bir‐bir  pencəyinə  düymə 
düzərəm,  uşaqlıqdan  zəhləm  gedir  ondan.  Gəl  çıx  ay  qurd,  gəl, 
sürüyə  gir,  qoyunları  boğ,  kozyolları  boğazla,  çobanları  axsaq 
qoy, itləri did, mən də leşinə darışım sürünün, leşinə. Yadındadır, 
bir  dəfə  qulağını  burdum,  özünü  tezcənə  yetirdin  ha...  Yaxşı 
yeyib‐içdik  səninlə  dembellər  tərxis  olunan  gün...  Kiminlə  yeyib‐
içdim,  qurdla,  ya  Azinlə?  Azin  haranın  qurdudur  axı?  Azin  nə 
zamandan  haralı  sualına  cavab  verən  olub?  Sərxoş!  O  kürəçidir, 
 
154

canlanmış  Babəkdir!  Şirvin  də  məni  bağışlasın,  tutub  yaxasından 
soruşmaq lazımdır, indiyə qədər haralarda sülənirdin? Gerçəkdən 
haralardaydı Babəkin ruhu? Kimiydi, nəçiydi?  
Yer kürəsi başımda tərsinə fırlanır, tərsinə fırlanırsa zaman 
geriyə axır deməli... Bura haradır, bunlar kimdir, bu nə kötükdür, 
bu  nə  baltadır,  doğranan  kimdir?  838‐ci  ildir,  mart  ayının  on 
dördüdür,  Samirə  şəhəridir,  xəlifə  Mötəsimin  sarayıdır,  altına 
inək  dərisi  salınmış  edam  kötüyündə  doğranan  Baş  Bəydir, 
nənəm,  Baş  Bəydir.  Biləyinin  qanını  üzünə  çəkib  artıq,  can  verir 
Baş Bəy... Kimə verir canını, bu nə qəhqəhədir gəlir qulağıma? Baş 
Bəydir, ASENA!‐ qışqıraraq ucadan gülür, son qəhqəhəsini çəkir, 
canı ağzından çıxır. Qurda dönür, qurda nənəəəəm, qutsal qurda! 
Dağa götürülür, dağa, dişisini bulmağa, qisasını almağa!  
Səndələyə‐səndələyə  gəlib  Seyid  Əhmədlə  qəssab  İbişin 
dizinin qabağında durdum:  
‐ Ağa, bilirsən, Şopenhauer nə deyib? Şalampur yox seyid, 
şalampur  yoox,  SO‐PEN‐HA‐U‐ER  deyib  ki,  “ən  erkək  olan  ən 
dişisəl olanı axtarar!”  
Ağa məni itələdi, qəssab İbiş qolumdan yapışıb yıxılmağa 
qoymadı,  müvazinətimi düzəldib ona qayıtdım:  
‐İbo,  sənin  qurdlar  aləmindəki  alfa  cütlüyündən  xəbərin 
var?  
Məni  yerimdə  otuzdurmağa  “Qoç”  Şahsevən  durdu.  Ay 
qoyun, ‐ ondan soruşdum‐ sən heç bilirsən, qurdlar aləmində lider 
özünü necə qurban verir?  
Şahsevən  qulağımın  dibinə  bir  qapaz  qoydu,  içən  adamı 
vurmazlar, namərd!... Gözlərim Seyid Əhmədin ovcuna düşdü.  
‐ Böö‐yüüük‐ağaaaa...  
Məktəbdə  də  beləydim,  “Qoç”  Şahsevən  məni  döyəndə 
Böyükağa müəllimə şikayət edərdim.      
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin