Müəllifin icazəsi olmadan mətbəədə çap etmək və ya internetdə yayınlamaq qəti qadağandır


Stokholm  şəhəri.  “Küknar  ağacları”  küçəsi.  Nordic



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/15
tarix24.04.2017
ölçüsü2,8 Kb.
#15620
1   ...   7   8   9   10   11   12   13   14   15

Stokholm  şəhəri.  “Küknar  ağacları”  küçəsi.  Nordic 
Light Otel. Ağ otaq. Divarları tamamilə bəyaz rənglənmiş ağ 
mebelli odada yeddi qadın iclas keçirirdi. Üzlərinə ağ niqab 
salmış  ağ  geyimli  qadınlar  ayaq  üstdə  danışan  gənc  qızı 
dinləyirdilər:   
‐  Atam  onun  gəlişini  gözləyirdi.  Qurd  ürəyi  yeyən 
gələcəyini  e‐maillə  qabaqcadan  yazmışdı.  Həmin  gün  kilsəyə 
getmədi,  məbədi  gənc  keşişlərə  tapşırıb  evdə  qonağın  gəlişini 
gözlədi.  Anama  və  mənə  onu  yalnız  Elof  çağırmağı,  səhv 
etməməyi 
tapşırmışdı. 
“İnternational 
Alert”in 
layihəsi 
çərçivəsində  ötən  il  kəndimizə  gəldiyindən  üzü  yadda  qala 
bilərdi. Elof yorğun‐arğın gəldi, yemək yeyib yerə girdi. Atam 
onu  alatoranda  oyatdı.  Elof,  atam  və  mən,  atam  ingiliscə 
bilmədiyindən  başqa  adamların  yanında  onlara  tərcüməçilik 
edəcəkdim,  “Niva”ya  oturub  Gorus  yolunu  tutduq.  Kənddən 
çıxanda  atam  həm  yola  körpü  salmaq,  həm  də  yolu  ona  başa 
salmaq istədi:   
 
203

‐  Ara,  çətini  Gorusa  çatanacandır.  Gorusdan  Berdzora 
gedən yol Tsitsernavank kəndinin yaxınlığından keçir.   
‐  Berdzorda,  Tsitsernavankda  nə  işim  var,  keşiş  baba? 
Mən Laçına gedirəm, “Ağ oğlan” kilsəsinə. 
‐  Ara,  səni  çox  istəyirəm,  qurd  ürəyi  yemisən,  eynən 
Babansan,  mən  də  Səhl  Sumbatın  torunuyam.  Səni  keçi 
qiymətinə sataram, ara, denən görüm, Berdzor... 
Zəhmi atamı basdı.  
Çaya  düşdük.  Bizdən  aralanıb  çay  yuxarı  getdi.  Nə 
fikirləşdiyini,  nə  edəcəyini  bilmirdik.  Onu  səsləmədik.  Atam 
yerdən  əlinə  xırda  daş  götürüb  o  taya  atdı.  Qolunu 
sınayırdımı, 
cavanlığını 
yada 
salırdımı, 
pərtliyini 
qolazlayırdımı,  başımı  yormadım.  Çayın  kökünü  yuduğu 
ağacdan  qurumuş  bir  şax  qopardıb  qıjıltını  döyəclədim.  Elof 
uzaqlaşmışdı.  Dizini  çırmalayırdı.  Göyərmiş  çay  daşını 
sığallayıb  suya  girdi.  Suyu  yardıqca  günəşin  qabağını  kəsmiş 
buludlar  parçalanırdı.  Günəş  çayın  üzünə  axan  göz  yaşına 
dönürdü.  O,  ağlayırdı.  Əlimi  sallayıb  dağların  arasından 
gözümə 
şığıyan 
çayın 
qıjıltısına 
qatışmış 
hıçqırığı 
dayandırmaq  istəyirdim.  Elof  hər  iki  ovcuyla  çayın 
coşğunluğunu,  tələskənliyini  havada  parıldadırdı.  Ayağını 
suya qoyub alqış edirdi aydınlığa.         
Zəhmini  yumuşdu.  Gözlərində  işığa  uzanan  bir  sevgi 
vardı.  Zabux  çayının  sol  tayındakı  Tsitsernavank  kilsəsində 
onun  gözünə  nur  başdakı  əlçatmaz  pəncərədən  gəlirdi,  bəlkə 
də  pəncərədə  ağappaq  vərəqə  dönmüş  işıq  onun  gözlərindəki 
səmimiyyətə  ayna  tuturdu.  Kimiydi  o?  Mənim  gözlədiyim  ağ 
atlı  oğlanmı,  yoxsa  adını  o  kilsəyə  vermiş  ağ  oğlanmı?  Gəlişi 
ilə  hər  şeyi  dəyişmişdi,  suların  sinəsindən  itələdəyi  daşların 
başını  sığallamışdı,  aydınlığı  alqışlamışdı,  ərkəsöyün  çayı 
kövrəltmişdi,  basdaladığımız  torpağın  tərs  üzünü  atama 
göstərmişdi,  bir  kilsə  qalmışdı,  onun  da  xaçını  sinəsinə 
çəkirdi.  Yox,  dünya  bu  qədər  sevgiyə  tab  gətirməzdi,    ya  o 
 
204

içindəki  Tanrıya  bir  şey  qurban  verməliydi,  ya  da    içindəki 
Tanrı ona. Möcüzə baş verəcəkdi, mütləq baş verəcəkdi. Onun 
əllərini yana açıb gərnəşməkdən özünü saxlaya bilməməsi göz 
görə‐gərə  çarmıxa  dönməsiydi,  bu  dəqiqə  ruhunun  o 
çarmıxdan  ayrılacağını,  məbədin  əlçatmaz  pəncərəsindəki 
işığa  qovuşacağını  gözləyirdim.  Mat  qalmışdım,  onun 
ruhunun  əlçatmaz  pəncərədən  necə  çıxmasını  görməkdən 
başqa əlimdən heç nə gəlməzdi. Gözüm işığa düşmüşdü, qəfil 
pəncərədə  görünən  əl  boyda  qaranlığın  ona  çarpılması 
dəqiqələrcə qaşlarımın altında donub qaldı.    
 Kilsənin  içində  bir  qaranquş  uçurdu.  O  qaranquş  hər 
iki  xalqın  ortaq  inancıydı.  Rəvayətə  görə,  kilsənin  tikildiyi 
yerdə  rahiblər  qazan  asıb,  məclis  qurublarmış.  Qazana 
qaranquş  düşür.  Təbləri  yeməyi  çəkməyən  rahiblər  qazanı 
aşırırlar.  Qabdan  ilan  çıxır.  Zəhərlənməkdən  qurtulmuş 
rahiblər  qaranquşu  ehtiramla  basdırır  və  ona  tapınaq  tikirlər. 
Biz “Qaranquş məbədi”ndəydik.  
Qaranquş 
ölənləri 
başına 
yığmışdı. 
Qədim 
qəbiristanlıqda  hər  növ  məzar  vardı‐  at  və  qoç  heykəllər, 
xaçdaşlar,  sandıqlar...  Atam  maşındakı  səhvini  düzəltmək 
istədi: 
‐  Hamını  torpaq  birləşdirir  ara,  bütpərəstini  də, 
lütpərəstini də.   
Axtardığını  sandıqda  tapdı.  Sandığın  sağ  yanına  əl‐ələ 
tutmuş  qadın  və  kişi  şəkilləri  oyulmuşdu.  Baxırsan,‐  atama 
dedi‐ ikisinə bir ağız çəkiblər.   
‐  İki  nəfərə  bir  ağız,  ağız  birliyi,  söz  birliyi,  əhd, 
peyman,  ilqar,  sülh...  Nə  olsun?‐  atam  qəbirə  məna  verə 
bilmədi.  
‐ Yox, dəqiq budur!‐ inamla danışdı.  
‐ Özünə inanmağın yaxşı cəhətdir, amma biz gərək vaxt 
itirməyək.    
 
205

‐  Vaxt  nisbi  şeydir,  ona  bənd  olma,  sən  bura  bax, 
görürsən,  kilsədə  sütuna  oyulmuş  naxışla  sandığımızın 
haşiyəsi  eynidir?  Əlimizdən  tutmağa  dilli‐dilavər  bir  oğul 
lazımdır indi.   
‐ Hardan gətirim sənə bir laçınlı??? 
‐ Laçınlı yoxsa berdzorlu? 
‐  Sən  qabaqlar  Berdzorda  olmusan?‐  atam  atmacanın 
altından çıxdı.  
‐  Laçında  olmamışam,  Qarıqışlaq  kəndindən  əsgərim 
varıiydı. O kənd çoxmu uzaqdır? 
‐ Yox, yaxındadır, üç‐dörd kənd o tərəfdədir.  
‐ Ona nə ad qoymusunuz?  
‐ Hələ fikirləşirik...  
‐  Keşişcan,  Qarıqışlaqdan  köçkün  düşmüş  dostumun 
toyuna  gedəndə  mənə  bir  mağara  haqqında  danışmışdılar. 
Demişdilər  kəndimizin  başının  üstündə  “Ağzıbir”  var.  O 
kahada  daşdan  taxt  və  pəncərə  yonulub.  İki  adama  bir  ağız 
çəkilməsi bəlkə bizi o kahaya yollamaq üçündür?  
 
**** 
Bura  Temirin  bulağıdır,  o  özünü  çəkıb  dağın  başına 
qoyan  Çinar  qayadır,  çayın  zilə  qalxmağının  qabağını  alan 
Hacılar 
yalıdır, 
yandırılmış 
bina 
istifadəyə 
veriləsi 
məktəbiymiş, hə, ora da Göy düzdür‐ “Babalı” Muxtarın bağı! 
Toydan  o  gələn  gəldim,  soraq  tutmadım  qoruqçudan... 
Görəsən, dururmu? Ölübsə də, qalıbsa da sərinlədəcəm kişini, 
onun ağzıyla qurudacam Temirin bulağını.    
Qayane sudan gələn axçilərdən kəndin yaxınlığında bir 
ağızlı  kaha  olub‐olmamasını  soruşdu.  Sənəklərini  çəkdilər. 
Keşiş mənimlə məzələndi: 
‐ Qəribə ad qoymağınız var, ara, hansı kahanın iki ağzı 
olur?  Sözə  bax,  “yuxarı  tərəflər”...  İndi  yuxarı  tüpürəcəm  bığ 
 
206

olacaq,  aşağı  tüpürəcəm  saqqal,  sonra  da  gəl  Babanın  əlində 
sağ qal... 
Keşiş qarnımı cırdı.   
‐  Hələ  konsert  qabaqdadır,  gedək  kluba‐  keşiş  məni 
təmiz dolamışdı.   
Qabırğaları  qalmış  kəndin  arada‐bərədə  his  iyi  verən 
evlərində  Gəncədən,  Şəmkirdən,  Şamaxıdan  didərgin  düşmüş 
ermənilər  məskunlaşmışdılar.  Klub  hələ  də  kino  verirdi, 
işğaldan 
sonrakı 
səhnə 
tamaşaçıların 
xahişi 
ilə 
dondurulmuşdu.      
‐Bu  dəqiqə  bu  kəndi  ən  yaxşı  tanıyan  budur,  tanış  ol, 
kənddə  ən  savadlı  adamdır‐  keşiş  Leninin  heykəlini 
çimdiklədi:  
‐ Bizim Artsax qaziləri çox istədiklərindən başına daraq 
vurdular,  kəlləsinə  dəyən  dəqiqə  keçəli  deşildi,  savad 
qıcqıranda çıxmağa yer axtarır...      
Keşiş heykəldən soruşdu:  
‐  Yoldaş  Lenin,  bilsən  ancaq  sən  biləcəksən,    bu 
yanlarda səndən başqa kimin bir ağzı var?  
 ‐  Lenin  yoldaş  ağzını  açsa,  vay  sənin  halına!‐  dinsizin 
ruhaniyə  verəcəyi  cavabı  mədəni  şəkildə  keşişin  qabağına 
qoydum.  
Qayane  uzaqdakı  qaraltını  göstərdi.  Keşış  qızıyla  fəxr 
elədi: 
‐  Əhsən  Qayaneye,  ağzını  açmasa,  Leninin  başına 
oturan quşu ağzımla tutacaqdım.  
Yarıyolda  qaldıq.  Selin  gətirdiyi  daşlar  dərəni 
bağlamışdı.  Kahaya  piyada  qalxdıq.  Çöldə  ortası  oyulmuş 
nəhəng daş vardı. “Babalı” Muxtarın söz açdığı dəyirmandaşı 
olmalıydı.  Təbii  şərait  buralarda  külək  və  ya  su  dəyirmanı 
işləməsinə  əl  vermirdi.  Daş  göydən  düşmüşdü.  Göydən 
düşənə ağız açmışdılar. Kahanın baş tərəfdə taxt cilalanmışdı, 
taxtın  sağ  və  sol  yanlarında,  babalı  Muxtarın  boynuna,  vəzir‐
 
207

vəkilə  oturacaq  düzəldilmişdi.  İki  pəncərəsi  vardı.  Kahada  nə 
şah oturmuşdu, nə vəzir. “Ağzıbir” qədim tapınaq idi. Burada 
qurbanlar  kəsilər,  diləklər  dilənərmiş.  Dəyirman  daşına 
çıxdım.  Dünyanın  göbəyindən  ətrafa  baxdım.  Meşəliyin 
ortasından dik qalxan ağ, sıldırım qayalıq məni ovsunladı.  
‐ Ora haradır? 
‐ Gavur qalası! 
‐ Kafir kimdir?  
‐  Kim  olacaq,  mən  deyiləm,  sən  deyilsən,  yəqin 
skandinaviyalılardır!  
‐  Üstümü  unlu  bilib,  məni  dəyirmançı  bilmə,  keşiş!‐
əlimlə çiyinlərimi təmizləyib ona gözünü döydürdüm. 
Kahadan nəfəs dərib Ağ qayaya yollandıq. Qalaya bircə 
dar  cığır  çıxırdı.  Tək  adam  tutan  o  cığırla  yuxarı  qalxan 
piyadanı  qaladan  atılan  ox,  daş,  kötük  şil‐küt  edərdi,  azuqə 
qurtarmasa,  almaq  olmazdı  qalanı,  hər  oğulun  dizinə  görə 
deyildi. 
Keşiş 
əldən 
düşmüşdü. 
Şalvarında 
taqət 
qalmadığından qalxa bilmədi. Qayanenin qabağına düşdüm.  
Cığırı  zirinc,  həmərsün,  moruq  kolları  basmışdı.  Kol‐
kos  üz‐gözümü,  əllərimi  cırmışdı,  cinsim  yırtılmışdı. 
Qayanenin  donu  cırıq‐cırıq  idi.  Cığırı  qalxanda  ətəyini 
qaldırır,  tikan  baldırlarını  qanadırdı.  Bəzən  əllərindən,  yaxud 
belindən tuturdum...  
 
*** 
O  zaman  ağrılarını  unudurdu.  Tellərini  bərkitdiyi 
sancağı  yolda  salmışdı,  saçı  dağılmışdı.  O,  Qayaneni  belə 
görəndə  “əsl  cadugərsən”  dedi.  Dağılmış  uzun  saçları,  yuxarı 
dartdığı  donu,  açılan  sinəsi,  çılpaq  qolları,  öpülməmiş 
dodaqları,  kişi  əli  dəyəndə  bədənini  bürüyən  ehtiras,  qan  və 
toz‐torpaq  içində  cadugərə  bənzəyirdi  Qayane.  Elof  getdikcə 
ovsuna düşürdü. Ağ qayanın başına çatanda çevrilib əlini qıza 
 
208

uzatdı.  Cadugərin  döşləri  qalxıb‐yenirdi.  Baxışlarını  yuxarı 
qaldırıb biləyindən yapışdı:  

 
Qurban sənə!.. 

 
“Sən... ”‐ Elof onun dilini yeyirdi.  
Aşağıda işğal olunmuş torpaqlar, dağlar, çaylar vardı... 
Aşağıda  köçmüş  ellər,  talan  edilmiş  yurdlar,  boş  qalmış 
yuvalar  vardı...  Aşağıda  ata  vardı,  qorxu  vardı,  yuxu  vardı...  
Aşağıda  buludlar  yaranırdı.  Buludların  üzərində  Elofun 
sinəsinə  bir  erməni  qız  sıxılıb  “canım  sənə  qurban”  deyirdi. 
Yumruqlarını  ovcuna  sıxmışdı,  canını  dişinə  sıxmışdı,  o 
qayanın təpəsində sıxılası daha nə vardı?  
Əli  qoynuna  necə  girdi,  sinəsini  necə  gözəl  sıxdısa, 
Qayane  bildiyi  bütün  dilləri,  bütün  sözləri  bir  anlıq  unutdu: 
“ah...”    Bütün  dilləri,  bütün  sözləri  bir  anlıq  unudanda 
Qayanenin  canından  qopan  “ah”  qadının  ən  şiddətli  həzzini 
və ən dərin iztirabını eyni güclə ifadə edə bilən tək nida idi, o 
nidanı  son  min  ildə  qarğış  eşitmiş  dağlar‐daşlar  birdən‐birə 
düz  başa  düşmədi,  geri  qaytardı,  silkələndi...  İş‐işdən 
keçmişdi. Qayanenin qızlığından qan damcıları qalmışdı.  
‐ Sən burada olmusan?  
‐ Olmuşam!  
‐ Kiminlə? 
‐ Səninlə! 
‐ Mənimlə?  
‐ Yadına gəlmir?  
‐ Yoo... 
‐ Atam səni köməyə çağırmışdı ha... 
‐ Atan kimdir?  
‐ Knyaz II Vasaq...  
‐ Bu dili sənə kim öyrədib? Keşiş? Yepiskop?  
‐ Yox, onlar öyrətməyiblər... 
‐ Bəs haradan bilirsən?  
‐ Bilmirəm... 
 
209

‐ Necə bilmirsən, xalis danışırsan... 
‐ Bilmirəm, əlini uzadanda hiss elədim ki, məni bir dəfə 
xilas etmisən! 
‐ Mən səni harada xilas eləmişəm?  
‐ Bataqlıqda...  
‐ Hansı bataqlıqda?   
‐  Bizi  təqib  edirdilər,  bataqlığa  qaçmışdıq.  Ətraf 
meşəlik  idi,  üfunətdən  nəfəs  ala  bilmirdik,  bayquşlar  da 
ulamaqdan  qorxurdu  o  gecə.  Göz‐gözü  görmürdü.  Ayağım 
batdı.  Mən  getdim.  Qorxudan  dilim  tutulmuşdu,  qışqıra 
bilmirdim,  yaxına  gəlsən,  sənin  də  ayağın  gedəcəkdi, 
qorxmadın, əlindən yapışanda “qurban sənə” dedim.  
‐  Nə  deyim,  bəlkə  də  səni  çıxartmaq  yox,  batmaq 
istəmişəm o gecə... 
‐ 
Yox, 
batmaq 
istəmirdin, 
çatmaq 
istəyirdin, 
alçaldılmışları  yüksəltmək  arzuna  qovuşmaq  istəyirdin,  vaxt 
udmaq,  güc  toplamaq,  qayıtmaq  niyyətində  idin.  Sən 
qayıtmağa gedirdin.     
‐ Başqa nə xatırlayırsan?  
‐  Sənə  namə  gətirən  adamı  öldürməyini.  Anan  və 
qardaşın  dedi  ki,  nahaq  öldürdün  onu.  Birini  sağ  buraxdın, 
amma  salamat  yerini  qoymadın,  söyüb‐buladın,  sənə  məktub 
yazan oğlundan imtina etdin, anasına fahişə dedin.   
‐ Kimiydi anası? Cavidanın arvadımı?  
‐ Yox, o deyildi, Banu qabaqca ölmüşdü.  
‐ Bəs kim idi?  
‐  Onun  anası  sənin  əsirin  olmuşdu,  götürüb  özünə 
arvad  eləmişdin.  Anan  həmişə  deyərdi  ki,  ondan  sənə  haray 
olmaz.  
‐ Anamı və qardaşımı necə xatırlayırsan?  
‐  Gözümün  qabağına  gəlirlər.  Təkgöz  bir  qarıydı  anan, 
firiştə idi.  
‐ Firiştə?  
 
210

‐ Hə, firiştəydi, ərəblər deyirdilər fitnəni o ifritə salıb. 
‐ Bəs qardaşım?  
‐  Bir  qarından  çıxmışdınız,  sənin  kimi  qorxmazıydı, 
amma  ciddilikdə  sənə  oxşamamışdı,  lağlağıydı,  yatanda  da 
gülərdi,  başı  Bağdadda  körpüdən  asılanda  da  dişləri 
ağarırmış. Sənin qardaşından çox istədiyin adam varıydı.  
‐ Kimiydi?  
‐  Azin!  Son  döyüşdə  öldü.  Onun  ölüm  xəbərini 
eşidəndə  qardaşına  vəsiyyət  elədin  ki,  xürrəmlərə  de,  bir  də 
dünyaya gələndə adımı Azin qoysunlar.  
‐ Qardaşım vəsiyyətimi xürrəmlərə necə çatdırdı?  
‐ Lağlağıya salıb bir dehqana salam göndərdi.  
‐ Dehqan kim idi? 
‐ Tarkanın atası.  
‐ O indi haradadır?  
‐ Baş Bəyin kəfənini qoruyur!   
‐ Goru varıydımı, kəfəni də ola?  
 
*** 
Ölülər xəcalətindən yerə girmişdi, ağzıgünə qalan otlar 
dizəcən 
uzanmışdı. 
Ağ 
qayanın 
şərqindəki 
qədim 
qəbiristanlıqda Qayane basdırıldığı məzarı xəlvətcə Elofa işarə 
etdi. Elof abidənin şəbəkəsini keşişə göstərib “bu olacaq” dedi. 
Keşiş xaçdaşı duzdan betər yaladı.  
‐ Ara, xəzinəni ara, eş goru, görək nə çıxır!   
‐  Yox,  olmaz,  qəbri  açmaq  olmaz.  Bu  iş  burada  bitər! 
Məzar  açılsa, yatanın ruhu bir də qayıtmaz dünyaya.  
‐  Əşi,  sən  nə  qoyub,  nə  axtarırsan,  qayıtmır 
cəhənnəmdən  qayıtmasın,  gordan  qayıtmasın,  özün  fikirləş, 
ara,  Səhl  Sumbat  Afşinə  xəbər  göndərdi,  ov  adıyla  Babanı  ələ 
verməyə  apardı.  Buzbar,  Əbu  Səid,  Sacın  dəstələri  Baş  Bəyi 
araya  aldılar.  Əmr  etdilər:  “atdan  düş!”  Baban  Buzbardan 
soruşdu:  
 
211

‐ Siz kimsiniz?  
Buzbar Afşinin sərkərdələrindən olduğunu dedi. Baban 
əlindəki  qızılquşu  havaya  buraxdı,  onun  pərvazlanmasına, 
göy  üzündə  süzməsinə  baxdı,  atdan  düşdü.  Səhl  Sumbatın 
sifətinə tüpürdü:  
‐  Sən  məni  çox  ucuz  satdın,  istəsəydin,  özümü  səndən 
daha baha qiymətə alardım.  
Babam  tələsdiyini  onda  anladı.  Başına‐dizinə  döydü. 
Babanın  öz  xəzinəsini  Bəzdən  ayrı  yerdə  gizlədəcəyini  ağlına 
gətirməmişdi. Yadına düşdü ki, Baban onun çobanından satın 
aldığı  qoyunun  pulunu  artıqlaması  ilə  ödəyib.  Xoruzun 
quyruğunu  babam  onda  gördü,  Baban  pula  pul  demirdi, 
Bizansa  getməyə,  orada  bəy  kefində  dolanmağa,  qayıdıb 
qoşun  toplamağa,  qala  tikməyə  parası  vardı.  Arvadlarını 
Afşinin  düşərgəsindən  qaçırtmağa  verdiyi  pullar  kisəsinin 
dibindəkilər  deyilmiş.  Babam  Babandan  aldığı  o  pulların, 
bəxşişlərin  yarısını  Afşinin  hərəm  ağasına  vermiş,  onun  əsir 
qız‐gəlinlərinin  çoxunu  azad  eləmişdi.  Baban  Sirounu‐  II 
Vasağın  qızını  dərhal  dədəsinin  xarabasına  göndərmişdi, 
babamın  boğazı  əldə  qalmışdı‐  Afşin  Samirəyə  qayıtmağa 
hazırlaşanda onu öldürmək istəmişdi.  
‐  Səhldən  çıxmaz  iş,  nə  yaxşı  Sirounun  qəsrini 
yağmalamadı?  
‐ Ortada Feofob vardı, Bizansda hörmət‐izzət sahibiydi, 
Ağ  qayanı  Siroundan  alsa,  Konstantinopol  ipini  kəsərdi, 
bədəbəddə  imperatora  sığınmağa  əl  yeri  saxlayırdı.  Feofob 
kükürd  küpünü  göndərəndə  babamın  iştahı  şirəyə  batmış 
dişinin  altından  sıçradı,  damağı  qanıxmışdı,  qandallayıb 
babanın  buynuzlarının  altından  keçirməsəydilər  mütləq  tapıb 
yeyər,  üstündən  də  su  içərdi,  nə  bilmişdin,  babamın  babana 
borcu  yoxdur  ki,  küpünə  qaravul  çəkə?  Ölmüşdü  Xankişi! 
Xəzinənin yerini bilmirik, yerini. Mən ölü, sən diri, kələfin ucu 
külçələrə gedib çıxacaq, qaz bu qəbri!  
 
212

Elofu  inad  edir,  keşiş  onun  damarını  yumşaltmağa 
çalışırdı.  Babanın  törəməsi  iki  ayağını  bir  başmağa  dirəmişdi. 
Daşı  ətəyindən  töksə,  Xorenyan  qayıdıb,  həm  maşına  baxar, 
həm də yemək‐içmək və külüng gətirərdi‐ goru qazmağa əlləri 
boşuydu.  Yüz  fikir  bir  borcu  ödəmirdi.  Ona  hədə‐qorxu  kar 
eləməzdi,  qaş  qayırdığı  yerdə  göz  tökərdi.  Sirounu  qızıla 
tutmamışdılar,    uzaqbaşı  xəndəkdən  xəzinənin  yolunu 
göstərəcək  bir  işarə  çıxacaqdı,  o  işarənin  Berdzordakı  yol 
göstəricilərindən  fərqini  Elofun  varlığı  və  xəzinəni  tapmaq 
istəyi  yaradırdı.  O  da  bildiyindən  qalmırdı.  Vasağın  qızını 
bəxtəvərçilik  basmışdı,  Baban  doşab  almışdı,  bal  çıxmışdı, 
sürmə  olmuş  sümüklər  lələ  qiymət  oxuyurdu.  Qızına  baxdı. 
Cındırından  cin  ürkürdü,  əyin‐başı  cırılmışdı,  hər  yeri 
çöldəydi.  O  gələnə  qədər  yeyərdi  Babanın  başını.  Qızına 
ermənicə  “mən  maşına  tərəf  gedirəm,  bunu  razı  sal”  dedi, 
cavabı xaçdaşın dalından, atasının səsiylə eşitdi:  
‐ Sən həmişə zırrama olmusan!  
Keşiş  səksəndi.  Yepiskopun  əlindəki  daş  yanındakı 
dazbaş  dığanın  qoltuğundan  sallanan  “Kalaşnikov”dan  çox 
gözünü  qorxutdu.  Elofun  dünya  vecinə  deyildi.  Süzən 
qızılquşlara baxırdı.   
‐Ona denən qazsın!‐ Qayaneyə kaftar əmr elədi.  
Yepiskop 
əmri 
oğluna 
türkcə 
verdirməməklə 
əliavtomatlını Elofun milliyətindən duyuq salmaq istəmirdi.  
Qayane  babasının  əmrini  tərcümə  etdi.  Elof  yepiskopa 
kankanlığa  lazım  olduğunu  başa  düşdü.  Saymazyana  dazbaş 
dığanın tulladığı əsgər belini ayağıyla külüngə sarı itələdi.  
Dazbaş  dığa  avtomatı  ayağa  verib  yepiskopa  baxdı. 
Yepiskop əlindəki daşı xaçdaşın ortasına çırpdı:  
‐ Küçüyə denən ayağa dursun!              
Qayane ingiliscə:  
‐  Hansı  küçüyə?‐  soruşaraq  dazbaşın  ingiliscə 
bilmədiyinə arxayın oldu. Elofa sakit‐sakit başa saldı:  
 
213

‐  Dur,  qaz,  qəbir  boşdur!  Mən  evin  tək  qızıyam, 
burnum  qanasa  nəslini  kəsərlər  o  dazbaşın.  Onu  qəzəbləndir 
və  yaxına  gətirməyə  çalış,  mən  boynuna  atılanda  avtomatı 
əlindən al!    
Elof  külüngü  götürdü.    Külüng  torpaqdan  Elofun 
gözlədiyi  səsi  çıxartmadı.  Dazbaş  dığa  dala  qatlandı. 
Xorenyan lüləsinə səsboğucu taxılmış silahını Elofun qabağına 
tulladı:  
‐ Qazmaq istəmirsənsə, qazma!   
Yepiskop  ürəyini  soyutmağa  söz  tapmırdı.  Ot  yolurdu. 
Oğlu  bic‐bic  Elofa  baxırdı.  Onu  tələyə  salmaq  istəmişdi, 
tapançanı  verib,  avtomat  götürmüşdü.  Dığanı  “uf”  demədən 
öldürən  gözünü  qırpmadan  darağı  dədəsinin  də  qarnına 
boşaldardı.  Elof  şirəyə  gəlmədi.  Keşişin  ağlının  indiki 
məqamda  iti  işlədiyini  başa  düşürdü,  eyni  zamanda, 
yepiskopun  xəfiflədiyinə  də  inanmırdı.  İşlərin  bu  yerə  gəlib 
çıxacağını hesablamamışdılarsa, yaxud kələyi ata‐bala birlikdə 
qurmamışdılarsa,  yepiskopa  silah  çəkdirən  nə  isə  olmuşdu, 
keşişin  Elofu  lazımsız  edən  hadisədən  xəbəri  yoxuydu.  Əlini 
saxlamadı.  Külünglə  yeri  yumşadır,  daşları  çıxardır,  bellə 
torpağı kənara atırdı.        
    Keşiş  umsuq  olmuşdu.  Məzardan  qara  muncuq  da 
çıxmamışdı.  Yepiskop  tərs‐tərs  oğluna  baxırdı.  Elof  onların 
arasında  gedən  söhbəti  başa  düşmürdü,  öz  dillərində 
danışırdılar: 
‐  Dəlləkliyə  gedib  pülüksüz  qayıdandan  aldığımız 
kriptoqramı  oxudum.  Alban  əlifbası  ilə,  kilit  dilində 
yazılmışdı.  
‐ Hansı dildə???  
‐  Hər  yola  əl  atıblar  köpəkuşağı,  Kilit  Ordubadda 
balaca  kənddir,  dillərini  iki  yüz  adam  bilə,  ya  bilməyə.  Sirr 
qorumaq asan gəlməsin sənə. 
‐ Nə yazılmışdı? 
 
214

‐ Yazılmışdı ki, səfeh oğulun boynunu yerə soxum!  
Xorenyan cavab qaytarmadı.  
‐ Babanı burada basdırıblar, zırrama, Babanı!  
‐ Babamı? Hansı babamı?   
‐  Babanı  yox,  Babanı!  Onun  babasını!  Sürsümüyünü  də 
yox, qılınc‐qalxanını.  
Keşiş  məsələni  anladı.  Xürrəmlər  gorsuz  adamın 
canlanmayacağına  inandıqlarından  Babana  kenatof  qəbir 
düzəltmiş,  qalxanını,  qılıncını,  dirsəkliyini,  zirehini,  atının 
üzəngisini dəfn etmişdilər. 
‐ Bu gədə bizə lazım deyil daha! 
‐ Niyə?  
‐ Yaraq‐yurağın yanına tısbağa çanağı da basdırıblar. O 
çanağa Babanın möhürünün yeri həkk olunub.  
Qayanenin  ürəyi  düşdü.  Tısbağa  çanağına  xəritə 
çəkdirdiyini xatırlayırdı, möhürün yeri isə yadına gəlmirdi.  
‐  Tutaq  ki,  çanağı  tapdıq,  möhürü  saxlayana  nə 
verəcəyik?  
‐ Möhür sənin arvadındadır!  
‐ Tsitsernavanklı Asyada??? Ola bilməz!    
‐Az  sorğu‐sual  elə,  biqeyrəti  görəndə  ətim  ürpəşir, 
başını  ək,  tez  rədd  elə  onu  gözümün  qabağından,  ASALA 
başına pul qoyub.  
Keşiş  sağ  əlini  yerə  basıb  qalxmaq  istədi,  ağzını 
doldurub  açdı,  açdığını  yuma  bilmədi.  Qan  keşişi  boğdu. 
Özünü  oğluna  atan  yepiskop  səndələyib  yıxıldı.  Qayane 
qışqırdı.  Ora‐bura  baxdı.  Elofun  tükü  də  tərpənmirdi.  Ölülər 
qorxusundan  yerə  girmişdi,  ağzıgünə  qalan  otlar  dizəcən 
uzanmışdı. Keşişi ilan vurmuşdu.  
‐  Baban  mənə  yaxşı  olmuşdu!‐  Qayane  yerdə  zarıyan 
babasına  dedi‐  təkcə  ərlik  eləmədi  mənə,  atamdan, 
qardaşımdan irəli oldu! 
 
215

Yepiskop onu didmək  istədi. Donu əlinə gəldi. Qayane 
Elofu Baş Bəyin kenatof məzarına dartdı: ”Bu xaçdaş sənindir, 
Elof!” 
Elof  bazalt  daşdan  kəsilmiş  xaçdaşa  baxdı.  Xaç 
ortasınacan torpağa batmışdı. Üst‐başını sarı mamır basmışdı. 
Əbədiyyəti əks etdirən günəş simvolunu mamırdan təmizlədi.  
‐ Niyə soruşmursan hanı sənin Sirounun?  
‐ Hanı Sirounum???  
‐  “Sari  siroun  yar....  “‐  Qayane  həzin  bir  erməni 
nəğməsi oxudu.  
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin