Müəllifin icazəsi olmadan mətbəədə çap etmək və ya internetdə yayınlamaq qəti qadağandır



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/15
tarix24.04.2017
ölçüsü2,8 Kb.
#15620
1   2   3   4   5   6   7   8   9   10   ...   15

Tabu:  Lənət  olsun  ona!  O,  zındıq,  məlun,  şeytan  idi!  Allahın 
düşmənlərindən  olub.  Quranda  elələri  haqqında  “nəcis”  sözü 
işlənir.  
Ağa:  Qəhrəmandır,  amma  kafir  və  zındıq  deyil,  Abbasilərə  qarşı 
vuruşurdu, islama qarşı yox 
Ravi:  Sən  o  kafiri  zəlalətdə  olduğumuz  çağlarda  Allahın  kəlamını  
bizə  çatdıran  müsəlmanlarla  vuruşduğuna  görəmi  qəhrəman 
adlandırırsan?  
İftixar:  Babək öz xalqını, torpağını və ideallarını sonacan qoruyan 
ünlü  qəhrəmandır. 
Bilirsiniz necədir?‐ Cahandar Bayoğlu öz fikrini dedi:   
‐  Babək  Azərbaycanda  ərəblərin  anasını  ağladıb.  Xilafətin 
altı  ordusunun  burnunu  ovub,  Həmədandan  Göyçəyəcən  bütöv 
ulus  yaradıb,  o  boyda  Abbasilər  sülaləsini  suquta  aparıb,  qanını 
 
101

üzünə  çəkib  çıxıb  ölümün  qabağına.  Əşi,  özünə  gülür  onu 
bəyənməyən... Bəy dediyin nədir, bəyənmədiyin nə? Hələ də qovur 
yadları Azərbaycandan.  
“Elədir,  abi,  elədir”‐  onunla  razılaşdım  və  www.canlan.ma 
saytından  moderatorun  ikinci  sualını  oxudum:  “Babək  ad  idi, 
yoxsa titul?”  
Nə  cavab  veriblər?‐  qırmızı  qalstukunu  açıb  təzədən 
bağlayan Azinin gönünə yavaş‐yavaş isti keçirdi.  
Tabu:  Mən  ona  Bobik  deyirəm!  Bobik  Allahın  halal  nemətlərinə 
arxa  çevirərək  iyrənc  xürrəmilər  hərəkatını  və  adətlərini  yaymağa 
başlayıb. 
Ağa: Babək fars mənşəli “Papak” sözünün ərəbcə yazılışıdır. 
Ravi: Babəkin əsl adı imamlarımızdan gəlirdi, Həsən idi.  
İftixar:  Xilafət  müsəlmanları  özlərinə  və  başqalarına  təzə  ad 
qoyurdular. “Həsən” ona ərəblərin qoyduğu ad idi.   
Sən nə fikirləşirsən?‐ Cahandar mənim rəyimi soruşdu.  
‐ Düzü, abi, Babəkin adı hamını dolaşdırır. Ermənilər onu 
“Baban”  çağırırlar,  adı  ərəb  mənşəli  deyil,  bizim  dilimizdə  “a” 
səsi  uzadılmır,  farslarsa  “Papak”  deyirlər.  Farsların  aləmində  o, 
özünü Sasani çarı Ərdəşir Papakanla eyniləşdirib. Mən iki səbəbə 
görə  bu  ehtimalı  ciddi  saymıram.  Tarixi  sən  məndən  yaxşı 
bilirsən,  Babək  yoxsul  ailədə  doğulmuşdu,  Sasani  şahının  adına 
iddia  eləyən  baldırıaçığa  el  deyərdi  ki,  arpası  artıq  düşüb.  Bir 
yana  baxanda  da,  xürrəmliyin  mayasındakı  maniçilik  dövlət 
institutuna qarşı çıxırdı. Babəkin ulusu ilə liberal demokratiyanın 
yaradıcılarından  olan  Skandinaviya  vikinqləri,  mənim  aləmimdə 
bir  almadırlar  abi,  ikiyə  bölmüşəm,  meyvənin  saplağı  da  anti‐
dövlətçilikdir.  Xatırlayırsansa,  onu  tabe  olmağa  çağıran  oğluna 
Babək  “mən  rəisəm”  demişdi.    Onun  rəislik  titulu  necəydi?  O, 
sənin sözün olmasın, bir ağzı Həmədanda, bir ağzı Göyçədə olan 
bir  ulusun  iqtisadi,  siyasi,  hərbi  və  mənəvi  lideri  idi,  ancaq  şah, 
xaqan,  əmir,  imperator,  kral  titulları  daşımırdı.  Lider  ola,  onun 
titulu olmaya? Onun titulu Baş Bəy idi, abi, Baş Bəy! 
 
102

‐ Bəs “Ş” hara yoxa çıxdı?  
‐  Əməviləri  qəbul  edən  və  ulduzları  Abbasilərlə 
barışmayan  kürdlər  şeytanın  baş  hərfi  olduğundan  həmin  səsi 
tələffüz etmirdilər.   
Bəs,  Babək  özü  hansı  dildə  danışırdı?‐  Azin  forumun 
növbəti sualını  uzaqdan ”oxudu”.  
Tabu: Kürdcə danışırdı, nəbaticə mahnı oxuyurdu. 
Ağa: Farsca danışırdı. 
Ravi: Babəki gah Ərdəbilli edirsiniz, gah Mədainli, gah Xorasanlı. 
Niyə Babəkin talış olduğunu etiraf eləmək istəmirsiniz?  
İftixar:  Babəkin  üzbəüz  söhbət  elədiyi  adam  Afşin  və  Səhl 
Sumbatdır. Səhl Sumbatın qohumu deyildisə, deməli, türk idi.   
Türk idi, xalis türk idi, ‐ Cahandar bəy tarixə getdi:  
‐  Onlara  qonaq  düşən  Cavidan  Babəkin  biliyini 
yoxlayanda  oğlanın  iranlıların  dilində  qırıq‐qırıq  danışdığına 
şahid  olması  barədə  kitablar  yazıb.  IX  yüzildə  Babəkin  yaşadığı 
coğrafiyada üç əsas dil vardı‐ ərəblərin, iranlıların və turanlıların 
dilləri.  Xəlifə  Mötəsimin  ona  tərcüməçi  vasitəsi  ilə  sual  verdiyi 
bəllidir. İranlıların da dilində qırıq‐qırıq danışdığından...  
Zəng  gəldiyindən  sözünü  tamamlamadı,  bilgisayarın 
arxasından qalxıb pəncərənin qabağına keçdi. Yerində Azin gəlib 
əyləşdi  və  qabaqlaşdığı  ilk  sual  belə  oldu:  “Babəkin  atası  kim 
idi?”   
Tabu: Babəkin atası Mədain nəbatisi olan yağsatan Abdulla idi. O, 
Ərdəbil  yaxınlığında  yağ  satarkən  gələcəkdə  Babəki  doğacaq 
qadınla‐  Bəruməndlə  tanış  olmuşdu.  Bəruməndə  nəbati  dilində 
mahnı  oxuyanda  su  gətirməyə  gedən  kənd  arvadları  onları 
görmüşdülər.  Abdullah  qaçmış,  Bərumənd  isə  kəndə  qayıtmışdı, 
sonradan evlənmişdilər.   
Ağa: Atası Mətər, yaxud Mərdəs adlı dilənçi olub.  
Ravi:  Hamınız  səhv  edirsiniz,  Babək  soylu  insan  idi.  Əməviləri 
yıxan Əbu Müslümün nəvəsiydi.  
İftixar:  Babək Azərbaycanın oğlu idi.  
 
103

Xürrəm:  Xorasan  türkü  və  tarixin  adsız  qəhrəmanlarından  idi. 
Onun atası Cavidanın döyüşçüsü olmuşdu. Ərəblər onu basqında 
öldürmüş,  Cavidan  Bilalabad  kəndinə  onun  ailəsinə  başsağlığı 
verməyə gəlmişdi.   
Babəkin  anası  kim  idi:  avam  kəndli  qadın,    dindar  yoxsa 
fahişə?‐ sual forumda qəsdən köntöy qoyulmuşdu. 
Tabu: Bobikin fahişə anasının adı Bəruməndiydi. 
Ağa: Anasının adı Mehriydi və atəşpərəstiydi. 
Ravi:  Fatma!  Əməvilərin  hakimiyyətinə  son  qoyan  üsyançı  Əbu 
Muslimin qızı!   
İftixar: Anası sadə bir Azərbaycan qadınıydı.   
Xürrəm:  Börümən  varlı  ailələrin  uşaqlarına  süd  analığı  edərdi, 
fahişəyə uşaq əmizdirməzlər!   
Ən  mübahisəli  məsələlərdən  biri    “xürrəm”  sözünün 
mənşəyi ilə bağlıdır‐ moderator mübahisəni canlandırmağa nail 
olmuşdu‐ “Xürrəm” nə deməkdir?  
Tabu: Həramilərə, quldurlara verilən addır. 
Ağa: İranda yaşayış məskənidir. 
Ravi: Deyirlər, Məzdəkin arvadının adıdır...   
İftixar:  “Şən”, “şad” mənasında işlənir. 
Xürrəm: “Gün işığı” deməkdir. 
Moderator  soruşurdu:  Bəbəkin  qalasına  sahib  çıxdığı 
Cavidan kim olub?  
Tabu: Babəkdən qabaqkı zındıq! 
Ağa: Fars və atəşpərəst idi. 
Ravi: Yerli feodal idi. 
İftixar:  Xürrəm sektasına başçılıq edirdi.  
Xürrəm, yaz,‐ dedim:  
‐  Onun  qaynaqlardakı  tam  adı  Cavidan  Sührəkdir.  Səid 
Nəfisi  farsca  “Sührək”  adı  olmadığını  boynuna  alır.  Sührəkin 
təhrif  olunmuş  türk  sözüdür.  Cavidan  farsca  “əbədi  zaman” 
deməkdir. Sührəkin üçüncü səsini tələffüz etməsəniz, eyni anlamı 
 
104

verən  “sürək”  sözünü  ağzınızdan  qaçırdacaqsınız.  Cavidan 
sürəkli yaşama inan sektanın lideri idi.    
Cavidanın  arvadı  ona  vurulmasaydı,‐  moderator  yaman 
tərs suallar verirdi ‐ Babək xürrəmilərin lideri seçilərdimi?   
Tabu:  Cavidanın  arvadı  kəsdiyi  oğlana  ərə  getməyin  dərdindən 
özündən  vəsiyyət  uydurmuşdu.  Saxta  vəsiyyətlə  hakimiyyətə 
gələn necə xalq qəhrəmanı ola bilər?  
Ağa:  Babəkin  lider  seçilməsi  göylərin  rizasıydı.  Allah 
imamlarımızın qisasını onu başa çıxartmaqla aldı. 
Ravi:  Bəyəm  tarixdə  atasını,  qardaşını  öldürüb  padşah  olanlar 
azdır?  Onların  yanında  saxta  vəsiyyətlə  hakimiyyətə  gələnin 
ayağını yuyub,  suyunu içmək olar.  
İftixar: 
Görəsən, 
Xədicə 
ilə 
evlənməsəydi 
Məhəmmədə 
peyğəmbərlik gəlməyəcəkdimi? 
Xürrəm:  Baş  Bəyi  ulus  seçmişdi  və  o,  səsvermədə  Cavidanın 
oğlunu udmuşdu.  
Moderator:  Bəz  qalasında  siyasi  quruluş:  anarxiya, 
monarxiya, yoxsa kommunizm idi?   
Tabu: Onların quruluşu haramçılıq idi.  
Ağa: İmam Hüseynin arzuladığı dövləti qurmuşdular xürrəmilər. 
İnanmırsınızsa, buyurun, “Google”‐ də axtarış aparın.    
Ravi: Necə də gözəl səslənir, IX əsr müsəlman tarixçisi Əl‐Google‐ 
Allah  ondan  razı  olsun‐  yazmışdır:  “Babək  Xürrəmdin  İmam 
Rzanın gizli müridlərindən idi... “  
İftixar: Ərəbistana və İrana baxmayın, Bəzdə quldarlıq olmayıb.  
Xürrəm:  Bəz  qalasında  Skandinaviya  vikinqlərinin  ilkin  liberal 
demokratiyasına  bənzəyən  və  xəzər  idarəçilik  ənənələrindən 
bəhrələnən  sistem  təşəkkül  tapmışdı.  Cavidanın  arvadına 
xürrəmlər  hansı  sualı  vermişdilər?  Yeni  lider  seçməyə  yığışan 
xürrəmlər xəbər almışdılar: Cavidan niyə fikrini birbaşa özümüzə 
bildirmədi, bizi yığmadı? Qadın aydınlıq gətirmişdi: “Hərəniz bir 
kənddə  yaşayırsınız.  Cavidan  sizi  gecə  çağırsaydı,  yolda  ərəblər 
hücum  edər,  sizi  öldürərdilər.”  Hər  yaşayış  məntəqəsinin  öz 
 
105

təmsilçisinin  olması,  liderin  onlara  hesabat  verməsi  mənim 
yadıma  Robert  Dahlın  sözünü  salır:  “demokratiyanı  insanlar  od 
kimi  müxtəlif  yerlərdə,  bəzən  də  bir‐birlərindən  xəbərsiz  kəşf 
ediblər.”  Demokratiyanı  kəşf  edənlərdən  biri  də  biz  olmuşuq. 
Babəkin qalasında demokratiyanı kəşf etməyə əlverişli şərtlər var 
idi.  Ərəblər  Azərbaycanda  “biz”  və  “onlar”  bölgüsü  yaratmışdı, 
demokratiyanı  da  məhz  həmin  bölgü  doğmuşdu.  Xürrəmlər  tam 
olaraq  hərbi  nizamla,  savaş  qaydaları  ilə  yaşamırdılar.  Azad 
adamlar olaraq barabərlik məntiqinə istinad edirdilər.  
‐  Onu  da  qeyd  elə  ki,  Uppsal  Universitetinin  arxeoloqu 
Annika Larssonun tapdığı daraq vikinqlərlə xürrəmlər arasındakı 
telləri  darayır.  Vikinqlər  də  qırmızı  geyinir,  döyüşdən  qabaq 
qalxanlarına  qırmızı  zolaq  çəkir,  düz  tiyəli  qılınclarla 
döyüşürdülər‐ Azinə xatırlatdım. O, dərinə getmədi.     
Moderator: Bəz qalasında seksual münasibətlər necə olub?  
Tabu: O namussuz Babək xalqın arvadına, qızına göz dikirdi, ana‐
bacı ilə cinsi əlaqəni normal sayırdı. 
Ağa:  Şəriətə  əməl  edirdilər,  cinsi  əlaqəyə  girməzdən  qabaq  siğə 
oxuyurdular.   
Ravi:  İranda  islam  inqilabına  qədər  “şam  söndü”  mərasimləri 
qalmaqdaydı... 
İftixar:  17 arvadı vardı...  
Xürrəm:  Bəz  qalasında  yaxın  qohumlar‐  ana  və  oğul,  bacı  və 
qardaş  arasında  cinsi  əlaqələrin  mövcudluğu  ağ  yalandır. 
Salnaməçilər  atəşpərəstlərin  adətini  xürrəmlərin  ayağına  qəsdən 
yazırdılar.  Babək  atəşpərəst  deyildi.  İlin  bir  gecəsində‐  Novruz 
bayramında  dağa  çıxır,  tonqallar  qalayır,  kütləvi  şəkildə  sekslə 
məşğul  olurdular.  Kütləvi  seks  zamanı  qadınlar  püşklə  seçilmir, 
partnyorlar  dəyişmir,  arvadlar  ümumiləşmirdi,  sadəcə,  insanlar 
özünü  oyanan  doğayla  bütünləşdirir,  snerji  yaradırdılar.  Seksual 
əlaqəyə  girmək  qarşılıqlı  istəyə,  evliliyə  və  digər  bənzər 
prinsiplərə söykənirdi. Babək Cavidanın dul arvadı ilə evlənəndə 
gəlin  bəyə  reyhan  qanadı  bağışlamışdı.  Nigah  mərasiminin 
 
106

mövcud  olduğu  heç  bir  toplumda  arvadların  ümumiliyindən 
söhbət gedə bilməz. Xürrəm seksin əsas və pozulmaz şərti qadının 
razılığı  idi.  Həddi‐büluğa  çatmış  oğlan  və  qızlar  özlərinə  sərbəst 
şəkildə  seksual  partnyor  seçirdilər.  O  dövrdə  ərəblərin  başa 
düşmədiyi  və  islama  zidd  saydıqları  məhz  bu  azadlıq  idi.  Bəz 
qalasında  elçi  getmək,  mehr  kəsmək,  başlıq  almaq  adət  deyildi. 
Qızı  öz  razılığı  ilə  qaçırırdılar.  Müsəlmanlara  qızın  qoşulub 
qaçmaq  azadlığı  çatmırdı.  Xürrəmlərin  seksul  azadlığı  indi 
Avropada həyat tərzidir. Cinsəllik qərbdə açıq və azaddır.  
Bəz qalası nəyin simvoludur?‐ forumda son sual belə idi. 
Tabu:  Əxlaqsızlığın!  Şükürlər  olsun,  Ulu  Allah  onu  yerlə  yeksan 
elədi! 
Ağa: Elə qalalardan İranda çoxdur.  
Ravi:  Biri  də  Lerikin  Bəlləvur  kəndindədir.  Orada  kalan  qızıl 
basdırıblarmış... 
İftixar: O qala türklüyün simvoludur! 
Xürrəm: Bəz etiraz enerjisininin qalasıdır!  
Cahandaaar!‐  Hökumə  xala  bağrımızı  yardı.  Qapının 
ağzında  dayanıb  qaloşlarını  yerə  çırpırdı.  Yalandan  qaloşlarının 
qarını‐palçığını  tökə‐tökə  Cahandarı  otağa  girəcəyindən  xəbərdar 
edirdi, oğlu yerində olsa da, ondan çox utanırdı. Cahandar otaqda 
yox  idi,  başımız  foruma  qarışanda  aşağı  düşmüşdü,  çox  güman, 
siqaret  almağa  getmişdi.  Həftə  səkkiz,  mən  doqquz  axşamı 
Bayoğlunun  ofisində  salırdım,  duz  günü  tezdən  Hökumə  xalanın 
ofisi  yağ  töküb  yalayanacan  təmizlədiyini  bilirdim,  Cahandardan 
açar almağa gəlirdi. Masaya baxdım, açar‐zad yox idi. İçəri girmiş 
Hökumə xala qışqırdı:  
‐ Öyünüz yıxılmasın, adə, huşdurumlar...   
Çay  dəmdən  boğulmuşdu.  Çaydan  hirsindən  çatlamışdı. 
Yuxuya getmiş qazın fısıltısı mətbəxi götürmüşdü... 
Cahandar  ofisə  qayıdanacan  ağbirçək  “iraq  olsun” 
sığortasıyla  fövqəladə  hallar  nazirliyinin  bütün  öyüdlərini 
qulağımıza  doldurdu.  Cahandar  malalaya‐malalaya  abrımızı 
 
107

Hökumə  xaladan  birtəhər  geri  aldı.  Abrımızı  özüylə  apara 
bilməyən  Hökumə  xala  dalınca  gəldiyi  açarı  Cahandardan 
istəməyi  unudub  qarşısını  aldığı  faciəni  qonşu  arvadlara 
danışmağa tələsdi.   
 
*** 
Dədəmgilin  qapısında,  kötüyün  üstündə  oturmuşdum. 
Əmim  odun  doğrayırdı.  Baltanın  tappıltısı  kəndin  ayağından 
qayıdırdı. Əmim kəndi dolaşan səsi baltalayırdı. Səs kənddəki tut 
ağaclarının  hamısının  başına  dönüb  özünü  baltanın  ağzına  verir, 
canını  tapşırırdı.  Səsin  canı  baltanın  ağzından  çıxıb  göyə  uçur, 
çəpərin  başında  dayanmış  dumana  qarışırdı.  Duman  başıma 
çökürdü.  Doluxsunurdum.  Mən  gözümü  o  məhlədə  açmışdım,  o 
tutun  altında  ayaq  tutmuşdum,  o  ağacın  budaqlarından  asılmış 
yelləncəkdə  yellənmişdim.  Kölgəsində  xəyallara  daldığım  ağacın 
kötüyündə  büzüşərək  xatirələrə  baş  vururdum.  Anamın  sandığı 
gəlirdi  yadıma.  Qıfılının  altına  “ТОJУНУЗ  MYBAРƏK” 
yazılmışdı.  O  sandığa  anamın  adıma  atdığı  pal‐paltarın,  pay‐
püşün, qır‐qızılın heç biri ortaya çıxmadı mən evlənəndə. Qıfılının 
altına  “ТОJУНУЗ  MYBAРƏK”  yazılmış  sandıqdan  bir  xalat 
çıxardıb  xonçaya  qoymadı  nişana  gedəndə  anam.  Qar  qapıda 
qurdlayan qış oduna pul çatdırmamışdıq, anam sandığını sobaya 
atıb  yandırmışdı.  Anamın  bir  sandıq  arzusu  bircə  gecə  isitmişdi 
balalarını.  Üşüdüyümüzdən  nənəm  gələnə  qədər  yorğanın 
altından çıxmamışdıq ertəsi gün. Nənəm çıraq sönəndə gəlmişdi, 
poçtun  qabağında  ağaca  dönmüşdü,  onu  yandırmayaq  deyə 
aldığı təqaüdü bizə odunpulu gətirmişdi. Niyəsə gözünün yaşını 
anamın  sobanın  külünü  boşaltdığı  çanağa  axıtmışdı,  onda  yekə 
kişi  olduğuma  heç  kimi  inandıra  bilmirdim,  özümü  ağlayan 
nənəmə  göstərmək  üçün  sandıq  külü  ilə  göz  yaşını  qarışdırıb 
evimizin  yırtıq‐deşiklərini  tuturdum.  Hozəki  iş  tutmamağım 
nənəmin  xoşuna  gəldi,  öz  sandığını  mənə  boyun  oldu.  Nənəmin 
sandığında  vaxtilə  bütün  gəlinlərinin,  qızlarının  gözü  varıymış, 
 
108

dilindən  ortancıl  qızına  verəcəyini  qaçırdıbmış.  Ortancıl  qız 
qarabaxt  olandan  hamısı  tamahını  sandıqdan  yığışdırmışdı, 
dalınca  göz  qalmağından,  düşər‐düşməzindən  qorxmuşdular. 
Nənəmə  o  sandığı  açdırmaq  istəyirdim,  əmim  tütəyinin  dilini 
çəkmişdi, odun  doğrayırdı, onun ağzıyla bibim danışırdı:  
‐  Aparma,  halı  xarabdır,  ölüb‐eləyər,  bu  da  bizə  bir  dərd 
olar...  
Arvadın  çənəsi  atırdı,  sadəcə,  canını  ağzından  çıxmağa 
qoymayan  tilişgə  qalmışdı  boğazında,  öskürürdü.  O  tilişgəni 
çıxartmağa  məni  arzulamışdı.  Gəlmişdim.  Yastığının  qırağından 
çəkilməməliydim,  tut  ağacının  başdaşında‐  kəsilmiş  ağaclara 
başdaşı  öz  gövdəsi  olur‐  ağzımı  aralamaya‐aralamaya  əmimlə 
çənə  döyürdüm,  ağac‐ağaca  gəlirdim,  söz  güləşdirirdim.  Əmim 
axırıncı  oduna  siqaret  qutusunu  tulladı.  “Gördün,  bibi”‐  arifə  bir 
işarə etdim‐ məni göndərmədi, özü getdi.  
‐  Əşi,  o  çətin  qayıdar,  dur,  keç  nənənin  yanına‐  bibim 
ərinin  “Rodopi”  axtaracağını  bilirdi,  indiki  əyyamda  o  siqaret 
çətin tapılardı.    
Nənəm  gözləriylə  çağırıb  məni  yanında  oturtdu.  Əlimi 
ovcuna qoyub öpdü, qolumdan yapışıb dikəldi, çiynimə söykənib 
yeridi... 
Otağın  qapısı  qıfıllanmasa  da,  hələm‐hələm  açılmazdı. 
Rəhmətliyin  cehizi  Novruz  bayramında  da  çırpılmazdı.  Divarda 
işığın açarını axtardım. Lampa partladı. Pəncərini açdım. Təzə evin 
eyvanından  sandığın  başına  cüzi  işıq  düşürdü.  Nənəm  döşünün 
arasında gəzdirdiyi kisədən barmaq boyda dəmir çıxartdı. Sandığı 
açdım.  Bibim  boynumuzun  dalını  kəsdirmişdi.  Rəng  verib‐rəng 
alırdı. Rəngini boşalan sandığa verir, üzünə yerə tökülən çürümüş 
pambıq  vururdu.  Ömrü  gödək  olmuş  qızın  yengəliyini  edəndən 
bibim o sandıqdakı pambıqdan qorxurdu. Sandıqdan çıxan yorğan‐
döşək üzlərini, mələfələri nənəm gəlinə verdi:  
‐ Apar işlət, bala, apar işlət...   
 
109

Bibim  suyu  süzülə‐süzülə  otağı  tərk  etdi.  İkimiz  qaldıq. 
Nənəm sandığın dibindən paxlavaqaş üzük çıxartdı:  
‐  Mənim  qızlıq  üzüyümdür,  bala,  rəhmətlik  nənəmdən 
qalıb...  
Dillənmədim. Paxlavaqaş üzüyü ovcumun içində sıxdım.  
‐  Başın  aşağı  olmasın,  bala,  qızın    günahı  yoxuymuş,  üzü 
pambığıymış  balamın.  O  vaxtlar  indiki  həkimlər  yoxuydu  bala, 
yoxuydu,  heç  doxtura‐moxtura  aparan  da  olmadı,  bala,  olmadı, 
başını  qırxıb  üzüqara  elədilər  balamı,  yağlı  əllərini  başıma 
çəkdilər... 
Paxlavaqaş  üzüyü  ovcumun  içində  sıxırdım.  Əlləriylə 
doldurduğu sandığı tökürdü:  
‐  El  içində  rüsvay  olduq,  bala,  rüsvay  olduq,  dədəndən, 
əmindən  gördülər,  bu  xarabada  ala  qarğa  bala  çıxartmaz,  bala, 
bala çıxartmaz, asdı özünü,  aydan arı, sudan duru uşaq...  
 Paxlavaqaş üzüyü ovcumun içində sıxırdım. Nənəm məni 
başa salmağa söz tapmırdı: 
‐  Onun  qızlıq  pərdəsi  anadangəlmə  yoxuymuş,  demə 
nənən  ağzının  danışığını  itirib,  mənım  qarnımdan  çıxandan 
eləymiş, qarnım yansın mənim... 
Paxlavaqaş üzüyü ovcumun içində sıxırdım. 
‐  Ağzımıza  qurd  düşən  iliydi...  İlin  axır  çərşənbəsiydi. 
Bayram  aşımız  zəhər  olmuşdu.  Qapımıza  papaq  atan,  torba 
sallayan  yoxuydu.  Uşaqlar  tonqalın  başındaydılar,  mənim 
ürəyimdə yağ qalmamışdı, yanlarına gedə bilmirdim. Bayaq odun 
doğrayan  əmin  kişiyə  dirənmişdi  ver  tüfəngini  atım,  kişi 
verməmişdi, o da bir yandan qanımı zəhərə döndərmişdi... Bir də 
gördüm,  gəlib  süfrənin  küncündə  oturdu.  İstədim  deyəm:  “az, 
bayramın  günü  süfrənin  qırağında  niyə  oturmusan”,  dilimin 
ucundan  qaytardım,  yadıma  düşdü  ki,  ölü  gəlib  evimizə...  Ürəyi 
durmayıb,  bizi  görməyə  gəlib,  biz  iki  il  onun  qara  bayramına 
getməmişdik 
bala,  yuxaydı, 
ürəyi 
durmamışdı,  bizimlə 
bayramlaşmağa  gəlmişdi.  Dedim:  “bir  boşqab  aş  gətirim 
 
110

yeyirsən?”  Dedi:  “bu  ilki  aşın  yaman  yağlıdır,  yemirəm.”  Qızım 
olanda  nə  olar,  ürpəndim  bala,  ruhdan  ürpəndim,  istədim 
qışqıram,  səsim  çıxmadı,  güldü,  dedi  qorxma,  gəl  otur  yanımda. 
Oturdum.  Dedi,  ürəyini  buz  kimi  saxla,  mənim  heç  kimlə  haqq‐
hesabım  olmayıb,  heç  əlimdən  də  tutan  olmayıb,  soruşdum,  bəs 
bu  işiydi  açdın  başımıza?  Qayıtdı  mən  Bəy  qızıydım  qabaqkı 
həyatımda, dədəmi əsir aparıb doğradılar, mənə də xəlifə sataşdı. 
Ürəyimin  telləri  əsdi.  Dedi,  sənə  dediklərimi  qulağında  saxla, 
yekələndə Barsesə çatdır.  
‐ Barses kimdir?  
‐ Fateh!  
‐  Fateh  kimdir?‐  həyacandan  sənin  əsl  adını  unutmuşdum 
bala.   
‐ Nəsir!  
‐ Nə çox adı var uşağın?  
‐ Onda biri qalsın... 
 ‐ Daha nə dedi?‐ maddım‐maddım ovcumdakı paxlavaqaş 
üzüyə baxdım.  
‐  Dediyini  başa  düşmədim,  bala,  başa  düşməsəm  də, 
yadımdan çıxartmadım:          
T 3 (5) 
H (65) 
*** 
“Kütləvi  İnformasiya  Vasitələri  Evi”ndə  ölkənin  hüquq 
müdafiəçiləri  Azin  Kürəçinin  srağagün  qaldığı  binanın  qabağında 
bıçaqlanmasını 
pisləyir, 
bıçaqlayanın 
tapılmasını 
və 
cəzalandırılmasını  tələb  edirdilər.  Tədbiri  hüquq  müdafiəçisi 
Novella Cəfəroğlu aparırdı. Salon ağzınacan dolmuşdu. Oturmağa 
yer  yox  idi,  jurnalistlər  qapının  ağzında  durmuşdular.  Novella 
xanıma  him‐cimlə  “buralardayam”  deyib  Azin  Kürəçinin  polisə 
verdiyi  izahatın  bir  nüsxəsini  götürdüm,  bayıra  çıxdım.  Uzundraz 
mizdən  tapdığım  qələmlə  hərf  səhvlərini  düzəldə‐düzəldə 
oxudum:   
 
111

‐  Onu  ilk  dəfə  avtobusda  gördüm.  Babək  prospektində 
avtobusa ədası yerə‐göyə sığmayan bir xanım mindi. Elə mindi ki, 
sanki  bütün  dünya  həmən  xanımın  arxasınca  sürünməli, 
qabağında  diz  çökməli,  yalvarıb‐yaxarmalı,  ən  azı  ayağa  qalxıb 
ona yer verməlidir. Gəlib düz burnumun ucunda dayandı. Bahalı 
iyi  avtobusun  bütün  qoxularını  öldürürdü.  Oğlanlar  ehtirasla 
qoxunu  ciyərlərinə  çəkirdilər.  Duxinin  küpünə  girməsi,  əslində, 
qadının vulqarlığından xəbər verirdi. “Püff” edərək onun ədasını 
və  qoxusunu  özümə  yaxın  buraxmadım.  Pərt  oldu.  Pərtliyindən 
üzümə  baxmasa  da,  əlləri  ilə  saçını  geri  sığallayaraq  özünü 
sındırmadı,  ağzını  yüngülcə  büzməklə  ona  yer  təkilf  edəcəyimə 
ümidini itirmədiyini nəzərimə çatdırdı. Özünə gülürdü, canı çıxsa 
da,  ayağa  durmazdım.  Nəfəsini  boynuma  verən  cigid  mənə  ağıl 
öyrətdi:  
‐ Bəlkə durasan, xanım otursun?  
‐ Sən nə zamandan mənim müşavirimsən?  
‐ Mumla, dur ayağa, xanım otursun!– bozardı.  
Burnumun  qabağına  baxdım.  Qadın  dinmirdi.  Cigidin 
özünü  ona  göstərdiyini  anlayır,  dinməməklə  bir  yandan  onu  it 
yerinə  saymır,  bir  yandan  da  mənim  sındırılmağıma  sevinirdi. 
Sizi 
yormayım, 
mübahisəmiz 
iki 
dayanacaqdan 
keçdi, 
üçüncüsünə  çatanda  nazənin  enib  getdi.  Gözləmədiyim  halda 
arxamdakı qadın mənə qahmar çıxdı:  
‐ Belə durmur, əcəb eləyib durmur, sən nə özünü atmısan 
ortalığa?  Açıq  sinəsinə  bənd  oldun,  ya  çılpaq  ayaqlarına?  Dini 
yox,  imanı  yox,  Allah  bilir  kimin  adamıdır,  sən  də  toy toğlusuna 
dönmüsən. Allahın, Quranın buyurduğu görkəmdə olaydı, oğlan 
da durub ona yer verəydi... Eləsinə yer vermək günahdır!  
Mömünə  oturduğumu  burnumdan  tökdü.  Acığımı 
cigiddən çıxdım:  
‐ Mən də avtobusda biletlə gedirəm, o xanım da. Kim ayaq 
üstdə  qalmaq  istəmir,  avtobusa  minməsin.  Camaat  yığışıb 
Nəqliyyat Nazirliyinin qabağında piket keçirsin, ödədikləri  pulun 
 
112

müqabilində  yüksək  xidmət  tələb  etsin.  Guya  sən  nəzakətlisən? 
Geridə qalmısan, geridə! Hələ mənə ağıl verirsən... Elə ağıllısansa, 
sürücüyə çəmkir! Bu qədər adamı avtobusa niyə doldurub?  
Sözüm  özünü  karlığa  qoyan  sürücünü  tutdu.  O,  cigidi 
yamanladı: 
‐  Əmioğlu,  sənə  nə  var  kim  durub  qadına  yer  verir,  kim 
yer  vermir?  Yer  verən  də  özü  bilər,  verməyən  də.  Güc‐bəla  ilə 
planımızı  doldururuq,  evimizə  çörək  pulu  aparırıq,  deyirsən 
ruzimizi aparıb itə‐qurda yedizdirək?   
Yolda  məhəlləmizdə  qalan  idmançı  uşaqlar  mindi 
avtobusa.  Onların  mənə  salam  verməsi  cigidin  pısını  yadızdırdı. 
Söhbəti bağladıq. 
Gecə  birdən‐birə  evdə  telefon  kəsildi,  həyətdəki  internet 
kafeyə 
endim. 
İnternet 
kafedə 
adam 
azıydı. 
Kafenin 
administratoru  kompüterdə  nərd  oynayırdı,  iki  gənc  çatda  qız 
axtarırdı,  bir  nəfər  MSN‐də  mikrafona  bağırırdı.  Ona  fikir 
vermirdim.  Getdikcə  səsini  yüksəldir,  adamı  özündən  çıxardırdı. 
Gənclər  ondan  çığırmamağı  tələb  etdi.  Vecinə  almadı.  Əlbəyaxa 
oldular.  Durub  araya  girdim.  Kimi  görsəm  yeridir?  Avtobusdakı 
cigidi! Cigid siqaret çəkmək bəhanəsi ilə çölə çıxdı və qayıtmadı.  
Səhər  tədbir  varıydı,  evdən  tələsik  çıxdım.  Blokun 
girəcəyində  mini  yubka  geymiş  gül  dəstəsi  dayanmışdı.  Başı 
buketin dalında idi, görünmürdü. Yanından keçməyə yer yox idi. 
“Xanım,  icazə  verin,  keçim”‐  dedim,‐  “güllər  əzilər...”  Xanım 
binanı  pəncərəyə  çıxartdı.  Haradansa  bizim  cigid  peyda  oldu. 
Əlində bıçaq mənə cumdu. Pəncərələrə duy vurdu ki, alçaq özünü 
bacıma sürtüb...“ 
 www.canlan.ma 
portalının 
reportyoru 
yaxınlaşıb 
başsağlığı verdi:  

 
Eşitdik nənəniz rəhmətə gedib, qəbri nurla dolsun! 
Təşəkkür etdim. Müxbir Azinin bıçaqlanmasının əsl səbəbi 
ilə maraqlandı. İzahatı göstərdim. İncəvara, “Kütləvi İnformasiya 
Vasitələri  Evi”ndə  növbəti  tədbir  başlamaq  üzrəydi,  jurnalist 
 
113

sırtıqlıq  eləmədi,  atəşgahda  təbii  odun  yenidən  sönməsinə 
mətbuat  konfransı  həsr  edən  astroloq  Ramal  Yusifzadənin 
hesabına  kofe  içməyə  getdi.  Tədbirdən  çıxmış  Novella  xanım 
məni  yanına  çağırdı,  cibimə  500  manat  qoyub  Azindən  muğayat 
olmağı tapşırdı:  
‐  Mənə  düzünü  de,  Azin  qəsdən  əl  atmayıb  o  gədənin 
bacısına???     
‐ Yox, ey, nə qız, nə əl atmaq, yer olmayıb yanından keçə, 
camışı  qəsdən  salıblar  bloka,  Azinə  vurulan  qanlı  bıçaqla  qurd 
ağzı bağlayıblar... Görmürsünüz, atəşgahın odu təzədən söndü?! 
‐ Hamınız oğraşsınız!‐ Novella xanım məşhur komplimenti 
ilə sözümə güldü. 
Axundova  gəldim.  Hündür  qapısını  aralayanda  çoxdan 
ayaq  kəsdiyim  kitabxananın  sakit,  müdrik  və  gənc  havası  məni 
vurdu.  Fərəhlə  pilləkənləri  qalxdım.  Ustadın  büstünün  yanından 
keçəndə  biləyimi  yanağıma  sürtdüm,  özümdən  ixtiyarsız 
tələbələrə  xidmət  göstərən  zalın  kitabxanaçılarına  boylandım. 
Həyat  xanımı  görmədim,  təbii,  gözümə  dəyməməliydi,  işdən 
çoxdan çıxmışdı; mənim bu məbəddə oxuduğum ən maraqlı sevgi 
romanı  o  kitabxanaçı  idi,  hər  dəfə  Axundovun  yanından 
adlayanda  biləyimi  üzümə  sürtməklə  onu  salamladığıma 
inanardı. Onun sayəsində biblioqrafiyadan az‐çox baş çıxardırdım 
və  nənəmin  verdiyi  şifrənin  tarixi  ədəbiyyat  kataloqlarında 
açılacağına  əmin  idim.  Güzgüsü  əlindən  düşməyən  növbətçi 
biblioqrafı  yüngülvari  əziyyətə  salıb  şifrənin  qoyulduğu  kitabı 
tapdım.  Əbu  Əli  Həsən  ibn  Əli  Xacə  Nizamülmülk, 
“Siyasətnamə”,  “Elm” nəşriyyatı, mamam ölən il.   
Bufetə  endim.  Kitabxanaçıya  sifarişimi  yerinə  yetirmək 
üçün  lazım  olan  yarım  saat  vaxt  getmirdi,  ayağına  sosiska 
cığarasından  papış  tikmək  istəyirdim.  İki  tələbə  bu  romanın 
www.canlan.ma‐da yayınlanmış cızmaqarasını ağ yuyub, qara 
sərirdi.  “Axı  Persefonanın  Azərbaycana  nə  dəxli  var?”  Keçib 
yanlarında  oturdum,  özümə  haqq  qazandırmağa,  nəyisə  başa 
 
114

salmağa  həvəsim  yox  idi,  çaylarının  pulunu  vermək 
istəyirdim.  
Əlimi  kitaba  basdım.  İşarə  gözləyirdim.  Ətrafa  göz 
gəzdirdim.  Təzə  təmir  edilmiş  humanitar  zala  xidmət  edən 
kitabxanaçının özünün və çəkmələrinin boğazının uzunluğundan 
savayı  diqqətimi  cəlb  edən  olmadı.  Kitabı  açdım.  “Siyasətnamə” 
182  və  183‐cü  səhifələrinin  arasından  taybatay  oldu.  183‐cü 
vərəqin  axırdan  üçüncü  abzasına  pıspısa  qurusu  yapışmışdı. 
Salam,  SKARABEY,‐  qədim  misirlilərin  canlanma  simvoluna 
təntənəylə  təzim  elədim,    Əbu  Əli  Həsən  ibn  Əli  Xacə 
Nizamülmülkə baxdım. 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin