Müəllifin icazəsi olmadan mətbəədə çap etmək və ya internetdə yayınlamaq qəti qadağandır



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/15
tarix24.04.2017
ölçüsü2,8 Kb.
#15620
1   2   3   4   5   6   7   8   9   ...   15

 
BASDIRMA BARBEKÜ  
 
Təkcə  adı  sakitiydi  okeanın.  Çılğın,  ehtiraslı,  gözəliydi. 
Azadıydı, çox azadıydı. Uzaqdan yelli gələn dalğaları çöməldiyim 
qayaya  şapılldayır,  heysiz‐heysiz  geri  qayıdaraq  xışıldayırdı. 
Xışıldadıqca  xısınlaşmaq  istəyirdim  Sakit  okeanla.  Ona  deyiləsi 
çox  sözüm‐sovum  vardı,  hər  nə  qədər  çox  olsa  da,  açıb‐ağarda 
bilmirdim  ürəyimdən  keçənləri.  Qorxurdum,  çox  qorxurdum,  o 
boyda okeanın qabağında kiçik düşməkdən, balaca görünməkdən 
çəkinirdim  öz  dərd‐sərimlə.  Gülərdi  adama.  Ləpələri  atılıb 
adamdan  soruşardı:  “ay  başıbatmış,  sən  nə  haydasan,  mən 
hayandan‐hayanayam?”  
Okeanın  təkcə  adı  sakitiydi.  Qızanda  qabağına  durmaq 
olmazdı.  Böyüyüydü,  ən  böyüyüydü.  Mənim  də  gözlərimi 
böyütmüşdü,  ürəyimi  açmışdı,  içimdəki  havanı  dəyişmişdi.  Heç 
bilmirəm  o  anda  ovuclanan  suya  dönüb  okeana  qarışmaq, 
böyümək,  çoxalmaq,  genişlənmək  istəyirdim,  yoxsa  sahilindəki 
hələ üzünü görmədiyim bir sıldırım qayalıqda çoxdan, lap çoxdan 
tikilmiş  fənər  qülləsinin  keşikçisi  olmaq?  Gecələr  gəmilərin 
yoluna işıq tutmaq, gündüzlər okeana qarmaq sallayaraq siyənək 
tutub yemək, ömür boyu o fənər qülləsinin yaxınlığında yerləşən 
 
46

meşəlikdə  tikilmiş  taxta  komada  yaşamaq  nəyə  deyəsən  dəyərdi.  
Nəyə desən, Azin, nəyə desən..   
Azin    Kürəçi  yanındakı  Meksika  ləhcəsində  danışan 
amerikan  yeniyetmələrdən  birini  tovlayaraq  tilovunu  əlindən 
almışdı,  balıq  tuturdu.  Gözünü  tilovun  döyəcinə  zilləmiş,  xəyala 
dalmışdı. Kirimişcə arxadan yaxınlaşaraq keçmiş zabitə komanda 
verdim: “faragat!” Dik atıldı. Başını bulayaraq “dinc dur, balıqları 
hürkütmə”‐  dedi.  Döyəc  dartındı.  Azin  tilovu  yığdı.  Bir  suyumu 
bizim  külmələrə  bənzəyən  əl  boyda  yaşımtıl,  dombagözlü  balıq 
düşmüşdü  tilova.  Tilovunu  verməklə  qonaqsevərlik  göstərən 
mulat  balığı  görəndə  sevincindən  yerə‐göyə  sığmadı.  Əslində, 
tutulan  balığa  görə  Sakit  okeana  təşəkkür  etməliydi,  lakin  Azini 
təriflədi: “Sən çox mahir balıqçısan!” Sanki o dombagöz dünyanın 
ən  hiyləgər,  ən  bic  balığıymış,  Yer  üzünün  bütün  balıqçıları 
əlləşib‐vuruşub onu tuta bilmirlərmiş, təkcə Azin bacarıbmış onu 
qarmağa salmağı.     
Çox  mahir  balıqçı  ilə  Sakit  okeanı  seyr  edirdik.  Dalğalar 
bizi  qabağına  qatıb  gah  xatirələrin  başlanğıc  yerinəcən,  gah  da 
xəyallarımızın 
sınırınacan 
qovurdu. 
Okeanın 
getdikcə 
tutqunlaşan maviliyi, günəşin anbaan öləziyən parıltısı Bərdədən 
“Qapandar”  Nəsibin  qızları  Gümüşlə,  Xeyransanı  gətirib  saldı 
yadıma.  Bizim  vaxtımızda  məktəbin  ən  gözəl  qızlarıydılar,  hər 
ikisinin  gözləri  mavi,  mas‐maviydi.  ”Qapandar”  Nəsibin  böyük 
qızı  Gümüş  sarışındı,  kiçiyi  Xeyransa  bekaraca  qarabəniz. 
Böyüyünü  Azin  gözaltı  eləmişdi,  kiçiyini  də  mən  istədiyimdən 
hərdən “bacanaq” xitabını qullanmaqla o  qızların üstündə gedən 
davada  bir‐birimizə  mənəvi  dəstək  verərdik.  Üstündən  iyirmi 
sənə keçmiş Sakit okeanın sahilində yadıma düşdü o xitab, illərin 
sayı  yüngülcə  üşütdü  məni,  yanağıma  okeandan  su  sıçratdı  elə 
bil.  
‐  Bacanaq,  ‐  xitabım  Azini  öncə  çaşdırsa  da, sonra  onu  da 
iyirmi il əvvələ apardı‐ axı nə demişdim,  bax, elə bu dilini dinməz 
yerinə  qoyan  okeanın  sahilində,  meşəlikdə,  fənər  qülləsinin  lap 
 
47

yaxınlığında adama bir otaqlı taxta koma tikəydik, gecələr sirənlə 
gəmilərin  yoluna  işıq  tutaydıq,  gündüzlər  okeandan  siyənək 
tutub bişirə, yeyə‐yeyə çox yox ha, hərəyə bircə parç qırmızı çaxır 
içəydik öz su pərilərimizin sağlığına.  
Azin dinmədi. Onun yaşıla çalan gözlərindən heç nə başa 
düşmədim. Sakit idimi, okean idimi o anda, anışdırammadım. Bir 
az  nostalji  vardı,  bir  az  xəyal.  Bir  az  qırğınlıq  vardı,  bir  az  iddia. 
Bir  az  kədər  vardı,  bir  az  mutluluq.  Bir  az  dinclik  vardı,  bir  az 
narahatlıq. Ən çox, amma ən çox sevgi vardı gözlərində. O sevgini 
uşaqlıqdan, 
onun 
“Qapandar” 
Nəsibin 
qızını 
sevdiyi 
zamanlardan,  bizim  sinfin  qabagına  gəlib  Gümüşə  baxdığı 
günlərdən  bəri  həp  görmüşdüm  gözlərində.  Təbiətə  baxanda, 
adamlarla  söhbət  edəndə,  ölkənin  gələcəyindən  danışanda 
gözlərindən  əskik  olmazdı  o  sevgi.  Okeanın  şahə  qalxmış 
dalğasına  baxdı:  “böyük  işlər  bizi  gözləyir,  ay  geridə  qalmış”. 
Mən  dalğanın  arxasına,  okeanın  o  tayına,  üfüqlərin  indi  qaranlıq 
olduğu yerə boylandım... 
 
*** 
Qayalıqdan  yuxarı  çıxdıq.  Sakit  Okeanın  sahilində,  yam‐
yaşıl  çəmənlikdə  San  Diaqo  Vətəndaş  Diplomatiyası  Şurası 
Azərbaycandan  gələn  heyətin  şərəfinə  piknik  təşkil  eləmişdi.  Elə 
ilk görüşdəncə “intermilli nənə” adlandırdığım Kəs DeStefano hər 
şeyi  yaxşı  düşünmüşdü.  ABŞ‐a,    Kaliforniya  ştatına,  Meksika  ilə 
sərhəddəki  San  Diaqo  şəhərinə  ömründə  ilk  dəfə,  özü  də 
Azərbaycandan  gələn  adamları  ovsunlamaq,  onlarda  ölkə 
haqqında müsbət rəy yaratmaq üçün Sakit okeanın sahilində, göy 
çəmənlikdə,  açıq  havada  piknik  düzənləməkdən  daha  yaxşı  nə 
olar? Şuranın proqram koordinatoru, əslən meksikalı olan Henriki 
Meza  (ona  “qardaş”  sözünü  Azərbaycanın  bütün  ləhcələrində 
öyrədəcəkdik) 
adımızı 
yaxamıza 
yapışdırdı. 
Acmışdıq. 
Səbirsizliklə afrika mənşəli amerikan‐ onlara zənci demək olmaz‐  
xalanın  “qazanaçdı”  eləməsini  gözləyirdik.  Gənclər  və  İdman 
 
48

Nazirliyinin şöbə rəisi Ziya müəllim əlində qazanaçdıya hazır pul 
tutmuşdu,  hərdən  mənə  göstərərək  mədəsinin  sivrildiyinə  işarə 
edirdi. Aclıq Sumqayıtdan olan QHT nümayəndəsi Akifin vecinə 
deyildi  bircə.  O,  şəkilçəkənlə  dolanırdı.  Aparatını  “Project 
Harmony”  beynəlxalq  təşkilatının  ABŞ  gənclərinin  ictimai 
fəaliyyətini öyrənmək məqsədi ilə seçdiyi heyət “Kübar” otelində 
bir  araya  gələndən  işə  salmışdı,  orada  çəkdiklərini  qoyuram 
Azərbaycanda,  Henriki  qardaşın  minibusuna  doluşub  hava 
limanından piknikə gələnəcən çaq‐çaq çaqqıldatmışdı.  
Yaxşı ki, qaygıkeş Kəs tanışlığı və dil‐ağızı tez kəsərək piknik 
iştirakçılarını  yeməyə  səslədi.  Qazanlara  cumduq.  Qızardılmış 
toyuq,  sousda  və  soussuz  balıq,  yüngül  salatlar,  cürbəcür 
buterbrodlar  vardı  menyüdə.  Koka‐kola,  mineral  su  və  pivə  içmək 
olardı. Meyli çəkən təamlardan boşqaba yığıb hərə bir tərəfə çəkildi. 
Mən, Azin, Ziya müəllim və ABŞ səfirliyinin məsul əməkdaşı Elşad 
boşqabları  balıq  və  toyuq  qızartması  ilə  təpələtmə  doldurduq, 
tərcüməçi  Məxmər  xanımı  əhatəyə  alıb  okeanın  havasını  tərifləyə‐
tərifləyə  toqqanın  altını  bərkitdik.  Məxmər  xanım  yerlimiydi, 
parlament  seçkilərində  Bərdənin  Küy  kəndinə  exit‐poll  keçirməyə 
gələn amerikanla evlənmiş, San Diaqoya gəlin köçmüşdü.  
Xanım  Kəs  qazanı  taqqıldatdı.  Danışıq,  səs‐küy  kəsildi. 
Onun  başına  komalandıq.  “İntermilli  nənə”miz  əlində  tutduğu 
pivə  butulkasını  yuxarı  qaldıraraq  rəsmən  “xoşgəldin”  elədi. 
Qabağa  hökumətimizin  nümayəndəsi  Ziya  müəllim    çıxdı.  Ziya 
müəllim  gənclərə  yaratdığı  gözəl  fürsətlər  üçün  Azərbaycan  və 
ABŞ hökumətlərinə, “Project Harmony” beynəlxalq təşkilatına və 
başda  Kəs  olmaqla  San  Diaqo  Vətəndaş  Diplomatiyası  Şurasında 
hər  kəsə  təşəkkür  etdi.  Azərbaycan  hökuməti  proqrama  dəstək 
verməsə  də,  “gənclərə  ABŞ‐ı  görmək  fürsəti  yaratdığına  görə” 
Ziya  müəllimdən  müftə  təşəkkür  almasının  üstünü  vurmadıq. 
Belə yerlərdə hər sözün başına ip salmayasan, gərək.  
Kəs  DeStefano  yanımıza  gəlib  bizdən  üzr  istədi.  İcma 
Əlaqələri Proqramının qaydalarına görə, iştirakçılar ABŞ‐da evlərdə 
 
49

qalırlar.  Amerikan  ailələri  xarici  qonaqları  könüllü  şəkildə  öz 
evlərində saxlamağı vətənpərvərlik hesab edir, onların bütün xərcini 
və  əziyyətini  dövlətdən  qarşılıq  ummadan  özləri  çəkirlər.  Ev 
yiyələrinin  hamısı  gəlmişdi,  bizimkindən  başqa;  qalacağımız  evin 
dul  və  tənha  sahibəsi  işdə  olduğundan‐  verilən  məlumata  görə  o, 
ordudan  istefaya  çıxmış  zabitə  idi  və  özəl  təhlükəsizlik  xidmətində 
işləyirdi‐ dörd saatlığa Elşadın düşdüyü evə gedəsiydik.  
   Elşadın  ev  sahibləri  varlı‐karlı  adamlarıydılar.  San 
Diaqonun ən bahalı rayonunda yaşayırdılar. Cənab Markus büllur 
qablar  istehsal  edən  şirkətin  səhmdarıydı.  İki  arvad  almışdı, 
hərəsindən  iki  uşağı  vardı.  O,  xanım  Katalinanın  ilk  əri  deyildi. 
Xanım  Katalina  cənab  Markusla  nigaha  yanıbalalı  gəlmişdi. 
Milyonlarla  dollar  qiyməti,  hovuzu,  çəmənliyi  olan  evləri  sadə, 
geniş  və  yaraşıqlıydı.  Həyətləri  hasarsızydı.  Süni,  lazımsız  əşya 
yoxdu  otaqlarda.  Biri  “Lexus”  olmaqla,  qarajda  dörd  maşınları 
vardı. Heç nəyə təhkim və möhtac deyildilər dünyada.  
Tanışlığımızı bərkitmək naminə onlara suvenir bağışladıq. 
Mən üzərində Azərbaycanın tarixi abidələri olan dörd ədəd taxta 
stəkan altlığı verdim, Azin xalçacıq hədiyyə etdi. Xanım Katalina 
stəkan altlıqlarını tərifləyə bildikcə təriflədi. Sanki bütün ömürləri 
boyu o stəkan altlığının olmamasından əziyyət çəkiblərmiş. Cənab 
Markus xalçacığı çox öydü. Eni‐uzunu cəmi 44 kvadrat santimetr 
olan  o  xalçacıq  4  il  ömrünü  uzadasıydı  guya.  Azərbaycandan, 
doğma  ailələrimizdən  danışdıq.  İngiliscə  az‐çox  qırıldadırdım, 
arabir ağzım divara dirənəndə Azinlə Elşad dadıma çatırdı. Elşad 
qılığına  girmişdi  ev  yiyələrinin,  arvada  hər  “mama”  deyəndə, 
ağzından çullu dovşanlar qaçır, evdə o yana‐bu yana tullanırdılar. 
Dörd  saatın  necə  keçdiyini  bilmədik,  qapı  döyüldü.  Cənab 
Markus  qapını  açaraq  bizim  qalacağımız  evin  dul  və  tənha 
sahibəsini‐  Fiona  Darrini  təntənəylə  içəri  dəvət  etdi.  Hər  ikimiz 
“mama” 
deyib 
kandara 
yüyürdük. 
Elşad 
iştahımızdan 
keçənlərdən  hələ  uçaqdaykən  xəbər  tutduğundan  replika  atdı: 
“çirkin qadın yox, az araq olur...”  
 
50

Fiona  bizi  Portağal  küçəsində  yerləşən  dördgözlü  evinə 
gətirdi.  Ümumi  otaqda  televizor,  musiqi  mərkəzi,  nahar  stolu, 
divan  və  kreslo  vardı.  Odalardan birini  bizə  ayırmışdı.  Tualet  və 
hamamdan  onunla  birgə  istifadə  edəcəkdik.  Balaca  gözə 
kompüter  qoyulmuşdu,  elə  ilk  gündən  bilgisayarın  nasaz 
olduğunu  bəhanə  edərək  bizim  ora  girməyimizə  razılıq  vermədi. 
Fionanın  dediyini  səmimi  qarşıladıq,  hətta  bilgisayarına  yeni 
proqram  yaza  biləcəyimizi  söylədik.  Nədənsə    razı  olmadı.  İlk 
gecəni  çox  gözəl  keçirdik.  Gec  olmasına  baxmayaraq,  ev  sahibəsi  
həyətdə  gözəl  stol  açdı,  bizi  çolpaya  və  xüsusi  reseptlə  limon, 
şəkər, spirtdən düzəltdiyi kokteylə qonaq elədi. Yaxşıca kefləndik. 
Nə  qədər  keflənsək  də,  hər  sözümüzün  başında  və  axırında  ona 
“mama” deməyi unutmadıq.  
 “Mama”  alaqaranlıqda  oyandı.  Qırmızı  xalat  geyindi, 
guya  üçgünlüyün  səhəri  düşdüyü  evin  gözünə  girmək  istəyən 
təzə  gəlin  idi,  arvadlanıb  çay  dəmlədi,  südlü  aş  bişirdi,  suxarı 
qızartdı. 
Azərbaycandan, 
ABŞ‐dan, 
demokratiyadan 
və 
kürəsəlləşmədən  söz  açdıq.  Fiona  insan  haqlarına  inanmır, 
kürəsəlləşməyə  etiraz  edir,  respublikaçıları  sevmir,  demokratlara 
güvənmirdi.  Anadan  əmdiyimiz  süd  burnumuzdan  gəldi, 
dünyada  Fionanı  razı  salan  olay  tapammadıq.  Süfrəni  köməkli 
yığışdırdıq.  Ev  sahibəsi  bizi  Vətəndaş  Diplomatiyası  Şurasının 
“Cənub  Dairəsi”  otelində  yerləşən  ofisinə  apardı.  Günortaya 
qədər  təlimat  dinlədik.  Nahar  fasiləsində  Henriki  qardaşın 
minibusuna  doluşub  meksika  mətbəxinə  getdik.  Qarnımızı 
doyurub axşamacan San Diaqonun görməli yerlərini gəzdik. Gecə 
Fiona  həyətdə  yenə  qəşəng  qonaqlıq  verdi.  Elə  dünənki  qaydada 
bişirdiyi  çolpayla  dörd  şüşə  qırmızı  çaxır  boşaltdıq.  Çaxırın 
keyfiyyətinə  söz  ola  bilməzdi,  bizi  tutdu.  Boşlayana  qədər  hər 
sözün başında və axırında ona “mama” deməyi unutmadıq.  
Cümə  gününü  də  eyni  minvalla  yola  verib,  şənbəyə 
yetişdik.  Səhər  yeməyindən‐  menyüdə  yenə  çay,  südlü  aş, 
qızardılmış  suxarı  vardı‐  sonra  Fiona  evdarlıq  elədi.  Biz  şkafdan 
 
51

vərəqləməyə kitab seçdik və ondan soyuducudan pivə götürməyə 
icazə  istədik.  Əslində,  icazəyə  ehtiyac  olmamalıydı.  Fiona  bizə 
soyuducunun  ağzını  tam  ərklə  açmağa  ixtiyar  verməliydi.  Digər 
ailələr  müsafirlərini  soyuducunun  yanına  aparıb  özlərini  ac 
qoymamağı  tapşırsalar  da,  Fiona  bizi  mətbəxlə  yerli‐dibli  tanış 
etməmişdi.  Əgər  mətbəxlə  tanışlıq  qəsdən  unudulmamışdısa, 
pivələri  soyuducudan  özümüz  götürməyə  təklif  almalıydıq.  “Elə 
bilin öz evinizdəsiniz”‐ gözlədiyimiz söz ev sahibəsinin ağzından 
çıxmadı,  özünü  o  yerə  qoymadı,  soyuducudan  iki  şüşə  pivə 
çıxartdı  və  bakal  gətirdi.  Kor‐peşman  kitabları  qaytarıb  yerinə 
qoyduq, 
pivələri 
və 
bakalları 
götürüb 
həyətə 
çıxdıq. 
Mısmırığımızı  sallayıb  limon  ağacının  altında,  göy  çəmənlikdə 
oturduq,  axşam  diskoteyka  gedərək  eynimizi  açmaq  keçdi 
könlümüzdən...  
Pişiyin  könlü  samanlığaydı,  it  də  vurub  ora  saldı. 
Restoranda nahar zamanı o, adətən, şənbə axşamları diskotekaya 
getdiyindən,  rəqs  edərək  yorğunluğunu  canından  qovduğundan 
dəm  vuranda  çiçəyimiz  çırtlatdı.  Hesabı  vermək  istədik,  əlimizi 
cibimizə  atmağa  qoymadı.  44  dollar  ödədi.  Evdə  cibimə  qələm 
qoydum. Bu axşam ömrümüzə‐günümüzə yazılmalıydı. 
Ev  sahibəsi  ümumi  otaqda  yalandan  aşağı  əyilərək  cins 
şalvarının  altından  tumuşunu  çıxartdı,  qarajda  maşının  açarını 
qəsdən  yerə  salaraq  lifçiyini  göstərdi.  Bu  gecənin  bir  xətası 
çıxacağına  eyham  vurdum.  İngilis  dilində  də  Qarabağ  ləhcəsi  ilə 
danışan  Azin  eyhamı  tərcümə  elədi:  “beyjə  çox  gözəl  keçəjək!” 
Eşitdiyi 
söz 
Fionanı 
xoşhallandırdı, 
üzünü 
güldürdü, 
hırıldayanda  seyrək,  həvə  dişləri  çöldə    qaldı.  Əşi,  rədd  olsun 
onun dişi də, dişiliyi də, gedək, görək başımıza nə gəlir...   
“Qaz  lampası”  San  Diaqo  şəhərində  gecə  həyatının 
mətəsidir. Sadəcə sıra sayı və hərflərlə fərqləndirilən onlarla küçə 
barlarla,  restoranlarla,  diskotekalarla  doludur.  Fiona  bizi  dörd 
küçənin  kəsişməsində  düşürdü,  göstərdiyi  yerdən  tərpənməməyi 
tapşıraraq maşınına dayanacaq axtarmağa getdi.  
 
52

Ulduzlu  iyul  axşamıydı.    Məhəlləyə  adını  vermiş  qaz 
fənərləri  yanır,  restoranların,  gecə  klublarının,  diskotekaların 
lövhələrində,  reklam  şitlərində  hərflər  bərq  vurur,  sayrışır, 
yanımızdan  ötən  qızlar  alışıb‐yanırdılar.  Minlərlə,  bəli,  minlərlə 
qız  sinələri,  ayaqları,  belləri  açıq,  bal  paltarlarında  yanımızdan 
keçirdilər.  Bu  dünyanın  elə  bir  irqi,  milləti  yoxuydu  o  qızların 
arasında  olmayan.  Hər  cür  gözəl  vardı.  Hamısı  biri‐birindən 
qəşəng,  biri‐birindən  qaynar,  biri‐birindən  səmimiydilər.  Elələri 
vardı,  sifətlərini  boyamış,  saçlarına  lələk  düzmüş,  karnaval 
maskaları  taxmışdılar.  Yanımızdan  keçəndə  mahnı  oxuyur, 
köşədə,  səkinin  qırağında  dayanıb  maddım‐maddım  onları  seyr 
etməyimizi gözündən qaçırmayanlar söz atırdılar. Ayaqüstü tanış 
olurduq.  Tanış  olduğumuz  qızlara  ona  görə  dərindən  meyl 
göstərmirdik  ki,  Fionanın  bizi  hansı  diskotekaya  götürəcəyi 
müəmmalıydı.  Gedəcəyimiz  yerdə  qız  əlindən  tərpənməyin 
mümkün  olmayacağını  gözümüzün  qabağına  gətirir,  sərfəli 
planlar cızırdıq.  
Fiona  zabitə  yerişiylə,  tullana‐tullana  gəlirdi.  Bunca  gözəl 
qızları,  qadınları  olan  San  Diaqoda  bəxtimizə  onun  qədər 
eybəcərin  düşməsi  taleyin  ironiyası  idi.  Üzünə  baxanda  kəffarə 
vermək  istədik,  dilənçi  tapmadıq.  Yanımıza  çatanda  çırtıq  çaldı, 
əliylə  gedəcəyimiz  səmti  göstərdi.  Yolda  təəssüratlarımızı 
soruşdu.  Ağzımız  köpükləndi.  Fiona  qabaqda,  biz  arxada  xeyli 
getdik,  küçələr  dəyişdik,  dalanlar  burulduq,  yollar  adladıq,  axırı 
gəlib  “F”  küçəsi  ilə    8‐ci  keçidin  həndəvərindəki  gecə  klubunun 
qabağında  dayandıq.  Fiona  saatına  baxdı,  bizi  klubun  qabağına 
tam vaxtında yetirdiyinə öyündü. Cəmi dördcə dəqiqə gec gəlsək, 
adama dörd dollar giriş haqqı verəsiymişik. İçəri havayı keçdik.  
Gecə  klubu  çox  balacaydı.  Girişdən  solda  bar  yerləşirdi, 
yuxarı  baş  musiqiçilərə  ayırılmışdı,  musiqiçilərin  düz  önündəki 
rəqs  meydançası  darıydı,  sağ  divar  boyunca  uzanan  süngürlü 
oturacağın  qarşısına  miz  düzülmüşdü.  İçəridə  iki  qoca  ər‐arvad, 
yaşı qırx dördü haqlamış iki afrika mənşəli amerikan‐ onlara zənci 
 
53

demək  olmaz‐  kişi  və  adamların  kluba  hələ  təzə  gəlməsinə 
baxmayaraq,  sərxoş  vəziyyətdə  ortalıqda  dingildəyən  kaftar 
fahişə  vardı.  Yanımızdan  keçmiş  minlərlə  gənc  qızın  bircəciyi  də 
bura  uğramamışdı.  Yegənə  təsəllimiz  kluba  müştərilərin  təzəcə 
ayaq  açmasıydı.  Fiona  bizdən  nə  içəcəyimizi  soruşdu.  Gələndən 
pivəyə  dadansaq  da,  qırmızı  çaxır  istədik.  Tez‐tez  ayaqyoluna 
getmək və potensiyamızı zəiflətmək istəmirdik.  
İçəri  yavaş‐yavaş  dolurdu.  Bir  kluba  ayaq  basan  yeni 
adamların,  bir  Azinin  üzünə  baxırdım.  Qapıdan  içəri  bircə  gənc 
qız,  tək  qadın  girmirdi.  Ölən  ümidlərin  xatirəsinə  bakalları 
toqquşdurmadıq.  Arada  hava  almaq  bəhanəsiylə  bayıra  çıxdıq. 
Yanımızdan  minlərlə  gözəl  qız  adlayırdı.  Yanımızdan  adlayan 
minlərlə  gözəl  qızın  bircəciyi  o  xaraba  gecə  klubuna  girməyi 
ağlından  belə  keçirmirdi.  Ovqatımız  təlx  olmuşdu.  Fionanın 
hiyləsini  yavaş‐yavaş  anlayırdıq,  evə  qayıdan  baş  paxırı 
açılacaqdı.  Bizi  maşından  düşürərək  dayanacaq  axtarmağa 
getməmişdi;  arabasına  dərhal  yer  tapmış,  yaşlı  adamların 
toplandığı  gecə  klubu  gəzmişdi.  Əldən  düşmüş  qadınların 
arasında gözümüzə gözəl görünmək istəyirdi. Yanıb yaxıla‐yaxıla 
içəri  qayıtdıq.  Fiona  rəqsə  nə  zaman  başlayacağımızı  soruşdu. 
“Havanın  sümüyümüzə  düşmədiyini”  bəhanə  gətirib  rəqs 
etmədik.  Çöldən  qayıdanda  yaşı  qırx  dördü  haqlamış  afrika 
mənşəli amerikan‐ onlara “zənci” demək olmaz‐ kişilərdən birinin 
Fionaya  girişdiyini  görmüşdük.  Oğraşlıqdan  başqa  çarəmiz 
yoxuydu,  ya  birimiz  “düt”  deyincə  içməli,  canını  dişinə  tutaraq 
gecə  onunla  yatmalı,  ya  da  Fionanı  afrika  mənşəli  amerikana‐ 
onlara “zənci” demək olmaz‐ sırıyıb qarmağa gözəlçə salmalıydıq. 
“Qağa, çaxır az olmadı?”‐ Azinin ağzını aradım. İmtina etdi. Haqlı 
sözə  nə  deyəsən,  dərdimizin  dərmanı  kaş  elə  çaxır  olaydı... 
Sözünü  ingiliscə  gecə  klubunda  sıqaret  çəkilməməsi  ilə  yozdu. 
Məkanda  siqaret  çəkilməsini  qadağan  edən  elanı  onlara 
göstərdim,  hər  ikisi  çevrilib  arxaya  baxanda  ani  imkandan 
yararlanaraq,  onsuz  da  hər  hərəkətimizə  diqqət  yetirən  bayaqkı 
 
54

afrika  mənşəli  amerikana‐  onlara  “zənci”  demək  olmaz‐  göz 
vurdum: “bacarana baş qurban, qağa!” Qağam başıyla təzim etdi. 
Azini  dartıb  cölə  apardım.  Yanımızdan  minlərlə  gözəl  qız 
adlayırdı.  Yanımızdan  adlayan  minlərlə  gözəl  qızın  bircəciyi  o 
xaraba  gecə  klubuna  girməyi  ağlından  belə  keçirmirdi. 
Pəncərədən  içəri  baxdıq.  Fiona  afrika  mənşəli  amerikanla‐  onlara 
“zənci”  demək  olmaz‐  rəqs  eləyirdi.  Bir  qədər  ətrafı  dolaşdıq, 
qızlarla tanış olduq. Marağımıza ən çox iki rəfiqə səbəb oldu. Əsl 
biz deyəniydilər. Rəfiqələri oturduğumuz kluba aparmaq istədik, 
məkanın  adını  eşidəndə  gülümsündülər,  tanışlarının  dörd  tin 
oyandakı  diskotekada  əyləndiklərini  əsas  gətirərək  təklifimizlə 
razılaşmadılar.  İsrarla  bizim  ora  təşrif  buyurmağımızı  xahiş 
etdilər.  Onları  ötürüb  geri  qayıdanda  gördük  ki,  afrika  mənşəli 
amerikan‐ onlara “zənci” demək olmaz‐ Fionaya çaxır ismarlayıb 
və  əlini  belindən  fırlayaraq  döşünü  tapmağa  çalışır.  Fionadan 
rəfiqələrin  əyləndiyi  diskotekaya  getməyə  icazə  istədik.  Bizi 
qırtlağımızdan  sıxdı.  Afrika  mənşəli  amerikan‐  onlara  “zənci” 
demək olmaz‐ da onu xeyli dilə tutdu. Qara oğlanın dərdi varıydı. 
Fiona  ingiliscə  Nuh  dedi,  peygəmdər  demədi.  Gözümüz 
dallarınca  qalsa  da,  rəfiqələrdən  əlimizi  üzmədik,  gələn  həftə 
yanlarına  girməyi  qərara  aldıq.  Qızlar  həmişə  cüt  əylənirdilər. 
Atalar  belə  yerdə  deyiblər,  sən  saydığını  say,  gör  fələk  nə  sayır, 
fələyi  afrika  mənşəli  amerikana‐  onlara  “zənci”  demək  olmaz‐ 
calamaqda  nə  qədər  səhv  etdiyimizi  anlamamışdıq.  Qağamıza 
özünü  əllətmək  həvəsiylə  Fiona  o  xarabadan  əl  çəkməyəcəkdi 
daha.  
Fiona klubu hirslə tərk elədi, bıçaq vursan, qanı çıxmazdı. 
Qanlı‐bıçaq olmuşdu bizimlə, yol boyu heç hansımızı dindirmədi. 
Adətən,  maşın  sürəndə  tək‐tük  nevrotik  səslər  çıxarardı,  o  gecə 
iniltisi  kəsmədi.  “Deyəsən,  başımız  ağrıyacaq”‐  Azinə  dedim. 
Ağzımdan çıxan sürücünün qulağına “gecəmiz çox maraqlı keçdi” 
şəklində  çatdı.  Fiona  sözümü  təsdiq  mənasında  “hımm”  elədi. 
Qəzəbi maşın karvanını dayandırdı. İşıqforun qırmızı işığı yandı. 
 
55

Yaşıl  yananda  Fiona  artıq  inildəmirdi,  zingildəyirdi.  Onu 
ulatmamaq  xatirinə  evə  çatan  təki  yerimizə  girib  yatdıq.  Ertəsi 
gün  isti  çay,  südlü  aş  və  qızardılmış  suxarıdan  ibarət  səhər 
yeməyi  stola  gəlmədi.  Fiona  dünən  gecə  geydiyi  tumanı  stulun 
başından asmışdı. Səhərin gözü açılmamış bizim otağa gəldi, gecə 
lampasını  əvəz  edən  zəif  işığı  daha  yandırmamağı  tələb  etdi. 
Günortayacan ac qaldıq, saat dördə işləmiş bizi nahara apardı. Elə 
bahalı yer tapdı ki, adama 44 dollar xərcləsək də, Fionaya tuman 
tikə 
bilmədik, 
evə 
alaqarın 
qayıtdıq. 
“Günorta 
bərk 
yediyimizdən”  şam  etmədik,  əvvəlki  günlər  yatmazdan  qabaq 
otağa  gətirib  içdiyimiz  pivənin  iznini  itirdik.  O  gündən  evdə 
eşitdiyimiz  bütün  cümlələr  eyni  cür  bitdi:  “in  this  country!” 
Fionanın  “in  this  country”də,  yəni  “bu  ölkədə”  bizə  tutmadığı 
irad  qalmadı.  Evdə  etdiyimiz  nadir  naharların  birində  boşqabın 
altına  saldığı  balaca  dəsmalların  üstünə  çörək  qoymağı  mənə 
qadağan  etdi  və  əppəyin  “in  this  country”də  boşqabın  qırağında 
saxlanmalı  olduğunu  başa  saldı.  Əgər  o  gün  sulu  xörək 
yeməsəydik  və  növbəti  dəfə  Elşadgilə  gedəndə  “burjuy” 
amerikanların  eynən  mənim  kimi  çörəyi  boşqabın  altındakı 
dəsmala  qoyduğunu  görməsəydim,  ömrüm  boyu  “in  this 
country”də  ədəbsizliyə  yol  verdiyimi  düşünəcək,  xəcalət 
çəkəcəkdim. Başqa gün getdiyimiz meksikan mətbəxində çuduya 
oxşayan  kökəni  “in  this  country”  də  düzgün  yeməyin  qaydasını 
izah  elədi  Azinə.  Sən  demə,  o  çuduya  bənzəyən  kökəni  ağıza 
yaxınlaşdırıb  yemək  olmazmış,  ağız  kökəyə  sarı  əyilməliymiş. 
Əlqərəz, “in this country” də ürəyimiz istəyən, ürəyimizcə olacağı 
ehtimal  edilən  hər  şey  yasaqlandı.  Bazarlıq  edib  evə  gətirmək 
olmazdı, 
çimən 
zaman 
hamamın 
içindəki 
şüşəbənd 
parlanmamalıydı,  vanna  otağında  üz  qırxmağa  icazə  yoxuydu... 
Hələ bu harasıdır, həmişə eyni saatda yuxudan dursaq da, işə tez 
gedəcəyini  axşamdan  xəbər  vermədən  bir  gün  bizi  gecikməkdə 
suçladı  və  evdə  qoyub  getdi.  Başqa  bir  yol  supermarketdən 
aldğımız  kökələri  maşında  yeməyə  qoymadı,  yerə  düşməyə 
 
56

razılıq  vermədi,  evə  də  aparmadı,  acından  öldüyümüzü  bilə‐bilə 
bizi maşında saatlarca gəzdirdi. “İn this country”də maşında kökə  
yeməyin  qəbahət  olub‐olmadığını  cənab  Markusdan  xəbər  aldıq. 
Cənab  Markus  xeyli  güldü.  İngiliscə  dedi  ki,  ay  xalası  göyçəklər, 
nə  qoyub,  nə  axtarırsınız,  “in  this  country”də  maşında  kökə 
yemək  nədi,  heç  sekslə  məşğul  olmaq  da  eyib  deyil,  arada 
Hollivud  kinolarına  baxın  barı.  Əlimdəki  brelok‐  onu  Məxmər 
xanım  hədiyyə  vermişdi‐  yerə  düşdü.  Dınq!  Cənab  Markus  sarı 
simə vururdu.  
Bəxtimizdən  Portağal  küçəsində  Kambocanın  Sesant 
mahalının  Fi  kəndindən  siyasi  mühacirlər  məskunlaşmışdılar  və 
Fionayla  get‐gəl  edirdilər.  Kambocalı  gəlin  Azərbaycan 
kulinariyası  ilə  Kamboca  mətbəxini  müqayisə  etməyimiz  üçün 
kömbə  və  xərçəng  bişirmış,  bizə  pay  gətirmişdi.  İçi  ətlə  dolu  iri 
kömbəni  iki,  qızardılmış  xərcəngi  dörd  günə  yedik.  Mühacir 
kömbəni  və  qızartmanı  havayı  yerə  gətirməmişdi,  tanış  olanda, 
göy  çəmənlikdə  oturub  Azərbaycandan,  adət‐ənənələrimizdən, 
yemək‐içməyimizdən  danışanda  korluq  çəkdiyimizi  anlamışdı. 
Anam‐bacım  olsun  yaxşı  gəlin  idi,  kəndlərinin  adının  mənasının 
izah edənəcən min dəfə üzünü ayağımızın altına sərdi. Fi gecələr 
Kambocalı oğlanların yuxusunu qarışdıran pəriymiş.   
‐  Azin,‐  obrazlı  danışdım‐  Amerika  bizim  yuxularımızı 
qarışdıran Fidir.  
‐ Fiona xəyal qırıqlığımız... 
‐ Və Fi kəndindən qaçmış mühacirlərin qonşusu... 
‐ 
Amerika 
macəralar 
ölkəsi 
deyil, 
imkanlar 
bərabərliyidir.... 
İmkanlar  bərabərliyi  ölkəsində  Fiona  Darrinin  yəhudi 
rəfiqəsi  vardı.  Əsl  adı  Juel  idi.  Adını  tez‐tez  dəyişməyi  sevirdi, 
tanış  olanda  özünü    Ctrl  təqdim  etmişdi,  bizdən  ayrılanda  CL 
olmuşdu, hər dəfə adını çəkəndə “bu dünyada olmayan şeylərdən 
xoşuma  gələn  heç  nə  yoxdur”  deyərdi.  O,  yəhudilərin  keçirdiyi 
 
57

ənənəvi  mərasimə  ev  sahibəmizi  qonaqlarıyla  birlikdə  dəvət 
etmişdi. Şənbə günü onlara getdik.  
İki  mərtəbəli  mənzili  sadə,  taxta  və  hasarsız  amerikan 
evlərindən  fərqlənmirdi.  Arxasındakı  balaca  bağçada  Juelin  oğlu 
Kelvin  dovşan  saxlayırdı.  Kelvinin  iyirmi  bir  yaşı  vardı, 
köpəkoğlu yaxşı gitara çalırdı. Juel, Kelvin, Kelvinin gözəlçəsi və 
ev  sahibəsinin  digər  yəhudi  rəfiqəsi‐  Mayra  Kattonla  laqqırtı 
vurduq.  Mayranın  bir  ayağı  gorda,  bir  ayağı  məktəbdəydi, 
qocalığında yorğalaya‐yorğalaya kollecə gedirdi. Əri Cozef mason 
idi.  
Juel  soyuducunun  yanına  gətirib  bizə  yemək‐içmək 
sərbəstliyi  verdi.  Əlimizi  uzatmadıq  soyuducuya,  ABŞ‐a  qarın 
otarmağa  gəlməmişdik.  Süfrə  açılmasını  gözlədik,  onlarla  birgə 
çolpa yedik və ağ çaxır içdik. Süfrəni hamılıqla yığışdırdıq. Kelvin 
gitara çaldı, mahnını qızına ithaf etdi. Mahnı bitəndə dodaqlarını 
qızın,  Borçalı  aşıqları  demiş,  püstə  ləblərinə  birləşdirdi, 
dəqiqələrcə  çəkmədi.  Öpüşənləri  alqışladıq.  Alqışlar  kəsiləndə 
şalvarının  qabağı  dombalmış  Kelvin  qızı  öz  otağına  qaldırdı,  biz 
söhbətə  davam  etdik.  Mayra  qonaq  otağında  Azinə  masonlardan 
danışır,  Juel  mətbəxdə  mənə  üzvü  olduğu  Kabala  təriqəti 
haqqında bilgi verirdi.  
Kabala saylardan istifadə edərək Tövratın gizli mənalarını 
tapmağa  çalışan  mistik  yəhudi  təriqətidir.  Təriqətin  üzvləri 
rəqəmlərlə 
ibrani 
əlifbasındakı 
hərfləri 
əlaqələndirməklə 
müqəddəs  kitablarındakı  gizli  mənaları  açmağa  cəhd  edirlər. 
İbrani  hərfləri  “Həyat  Ağacı”ndakı  yolları  əks  etdirir.  Bizim 
eranın  I  əsrindən  etibarən  formalaşan  və  VI  yüzildən  başlayaraq 
qələmə  alınan  təriqətin  əsas  hədəfi  yəhudiləri  İsanın  dönüşünə 
hazırlamaqdır.  Kabala  təriqətinin  bilgiləri  ustaddan  şagirdə 
ötürülərək  yaşadılır  və  məxfi  saxlanır.  Yəhudi  mistikləri  insanın 
Tanrı ilə birbaşa kontakta girə və adını çəkməyi günah saydıqları 
ali  varlıq‐  YHVH  ilə  bütünləşə  biləcəyini  vurğulayırlar. 
Kabalaçıların  ənənəvi  musəvilərdən  fərqi  bundadır.  Ortodoksal 
 
58

yəhudilər  Musa  peyğəmbərin  qaydalarına  əməl  etdikləri  halda, 
kabalaçılar insanın özünün Yaradanın Hafizəmizdəki Varlıq Halı 
ilə birbaşa rabitəyə girməsini mümkün sayırlar. Kəhanət, tilsim və 
ovsunlama  kabalaçıların  dünyasında  xüsusi  yer  tutur.  Tarot‐  boş 
vaxtlarda  başımızı  qatdığımız  oyun  kartlarına  bənzəyir‐ 
kabalaçıların  okkultik  vasitəsidir.  Juel  öz  arvad  sezgisi,  Tövrat 
bilgisi  və  Tarot  kartları  vasitəsiylə  adamın  “Həyat  ağacı”na  çıxa 
bilirdi,  fərasət  ona  anasından  keçmişdi,  anası  çıxan  ağacı  balası 
budaq‐budaq gəzirdi.  
O,  hər  hansı  kötü  olacağı  üzümə  deməmək  üçün  falıma 
baxmaqdan  imtina  etsə  də,  aramızda  qalmaq  şərtiylə  Azinə  kart 
açdı. Rəfdən Tarotu götürdü, işığı keçirdi, şam yandırdı, görünür, 
bütün  diqqətini  kartlara  cəmləmək  istəyirdi.  Kartları  yaxşı‐yaxşı 
qarışdırdı,  masaya  düzdü,  birini  əlinə  götürdü.  Verdiyi  sualla 
məni çaşdırdı: 
‐ Azin martın 14‐də anadan olubmu?  
‐  Tamamilə  doğrudur!–  dedim  və  maraqla  onun  ağzını 
güddüm. Gözləməyim əbəs oldu. Əlinə aldığı ikinci kart‐ Tərsinə 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin