Müəllifin icazəsi olmadan mətbəədə çap etmək və ya internetdə yayınlamaq qəti qadağandır



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/15
tarix24.04.2017
ölçüsü2,8 Kb.
#15620
1   2   3   4   5   6   7   8   9   ...   15

QOVUŞMAQ 
ÜÇÜN 
QARANLIĞA 
MÜQAVİMƏT 
GÖSTƏRMƏK  GƏRƏK”  cavabını  vermiş,  gözünü  yenidən 
dünyaya açmışdı. Keşiş sükutun çox çəkməsinə izn vermədi:  
‐Bir  çiçəklə  bahar  olmur,  bir  cümlə  ilə  küpün  qapağını 
qaldıra bilməzsən... 
Onu  ölümün  ağzından  alan  sözü  Azin  keşişin  ovcuna 
qoydu. Sevindiyindən keşiş az qala göyə tullanacaqdı. Başısarıqlı 
Azini götürüb evinə getdi.  
 
76

Keşişin  qızı  babasıgildən  gəlmişdi.  Ayaqlarını  qabaq‐
qabağa qoyub başı yarılmış mehmanın əlinə su tökdü. Qayanenin 
müsbət  və  sakitləşdirici  aurası  vardı.  Kimisə  öldürməyə  gedən 
adamın  qabağına  çıxsa,  hirsini  tamam  soyudardı.  Çiynində 
məhraba  saxlayanın  verdiyi  müsbət  enerji  ilə  başındakı  tikişləri 
unutdu  Azin.  Tsitsernavanklı  Asya  yenə  yaxşı  süfrə  açmışdı.  Sac 
içində qovrulmuş quzu əti yedilər, iki qədəh armud arağı içdilər. 
Azin  Qayanenin  şərəfinə  tost  dedi.  Bərgüşad  çayının  sahilində 
hava almaq bəhanəsi ilə evdən çıxdılar.  
Keşiş  qaraçıraq  yandırdı.  Qaraçırağın  işığı  kilsənin 
səssizliyinə düşdü. Gəlib küpün yanında dayandılar. Azin başına 
dəyən  daşın  ağlına  gətirdiyi  sözləri  təkrarladı.  Keşiş  qısaca  dua 
oxudu,  xaç  çevirdi  və  harasa  getdi.  Qayıdanda  əlində  kicik  balta 
vardı.  Azin  baltanın  küpüylə  küpün  ağzına  ehtiyyatla  vurdu. 
Qapaq sındı. Küpə kükürd doldurmuşdular.  
‐ Ürəyin yerinə gəlsin, torpaq çıxmadı!‐ Azin keşişə söz atdı.    
Gülə‐gülə kükürdü yerə tökdülər.  
Oho,  bu  nə  qavaldı  belə?‐  Azin  küpün  ortasındakı  ikinci 
qapağın  altından  çıxan  əşyanı  əlinə  aldı.  Qımışdı.  Ətrafda  yəzidi 
kürdlərin yaşayıb‐yaşamadığını soruşdu. Keşiş dillənmədi. Qavalı 
alıb baxdı. Gözü bərəldi. Xəyal qırıqlığına uğradı:  
‐  Bunu  atamdan  soruşmaq  lazımdır,  mütləq  ondan 
soruşmaq  lazımdır‐  narahat  halda  küp  qırıntılarının  başına 
fırlanaraq  nə  edəcəyinə  qərar  vermək  istədi.  Azinin  qolundan 
çəkdi.  Evə  döndülər.  Keşiş  öz  dilində  qapıdakı  itlərə  söydü. 
Qonağı  yatmağa  göndərib,  maşına  oturdu.  Qədim  Tatev 
monastrına yollandı.  
Ay işığında Tatev monastrı çox əzəmətli görünürdü. Çayın 
şırıltısı  monastrın  əzəmətinə  qarışır,  insan  qəlbini  riqqətə  gətirən 
harmoniya yaradırdı. Keşiş harmoniya‐zad hərləmirdi, hərləyəcək 
halda  deyildi.  Sisyandan  vurub  Gorusun  iki  addımlığına‐  o 
hesabla  keşişin  hər  addımı  gərək  18  kilometr  olaydı‐  ay  işığının 
sehrinə düşməyə gəlməmişdi. Üzündə qorxu vardı, sanki küpdən 
 
77

qaval  çıxdığına  görə  atası  onu  çaya  basacaqdı.  Qavazanın 
böyründəki  tikililərdən  birinə,  taxta  qapılı  hücrəyə  girdi. 
Yepiskop  otağında  idi,  kitab  oxuyurdu,  eynəyi  burnunun  ucuna 
sallanmışdı. Çeşməyini düzəldib oğlundan soruşdu:  
‐ Nə xəbərlə gəldin, Qurgen? 
‐ Küpü sındırdıq!..  
Qavalı  atasına  verdi.  Yepiskop  qavalın  hər  iki  üzünü 
incələdi. Maraqlandı:  
‐ Qavalı əlinə alanda nə oxudu kirvə? 
‐  Bir  ağız  Qarabağ  şikəstəsi  dedi!‐  Qurgen  atasının  onu 
acılayacağından  qorxub  başını  aşağı  saldı.  Yepiskop  cavabı 
ciddiyə almadı:   
‐ Ağzına su alıb durdumu?‐ hirsini cilovlamağa çalışdı.  
‐  Yox,  yəzidi  kürdlərin  Ermənistana  nə  zaman  gəldiyini 
soruşdu.  
‐ Sən nə dedin?  
‐ Bir söz demədim!  
Yepiskop  saqqalını  tumarladı.  Erməni  tarixçiləri  haqlı 
olaraq  yezidi  kürdlərin  Qafqazda  cəmi  iki  əsr  öncə  yerləşdiyini 
bəyan edirdilər, bununla belə, Xürrəm hərəkatına dəstək verən və 
xilafətlə Bizans arasında çəkişmələrdən cana doyan bir aşirət Ağrı 
dağına  erkən  orta  əsrlərdə  gəlib  çıxmış,  Kundaksaz  kəndini 
salmışdı.  Azin  ürəyi  istəyəndə  Ermənistana  gəlib‐gedə  biləcək 
adam  deyildi,  iki  daşın  arasında  adı  dəyişdirilmiş  o  kəndi  tapa 
bilməzdi. Kundaksaza ayağı dəyməsə, sirri qaytarıb palazın altına 
soxmaq  lazım  idi.  Yepiskop  yəzidi  kürdlərin  dabbaqda  gönünə 
bələd idi, sözlərinə bütöv və cəsur olan dağ adamlarından əmanət 
küpün heç qulpunu da ala bilməzdi. Elə‐belə onlara qaval aparanı 
yəzidilər  çala‐çala  yola  salardılar.  Qavalın  həqiqiliyinə  pirlərini 
“Qara  kitab”dan  gətiriləcək  sitatla  inandırmaq  gərək  idi.  Pir 
eşitdiklərini  müqəddəs  kitab‐  “Məshəfi  Rəs”də  yazılanlarla 
tutuşduracaq,  düz  gələrsə,  küpü  ortalığa  çıxardacaqdı‐  elə  indicə 
oxuduğu “Babanın əmanəti”ndə belə yazılırdı.  Zülm onda  idi ki, 
 
78

“Qara  kitab”  yəzidi  olmayana  göstərilmirdi,  əgər  göstərilsəydi, 
Babanın əmanətinə xəyanət eləmək bir qurtum su içməkdən asan 
gəlirdi 
yepiskopa. 
Müsəlmanlar, 
xristianlar, 
musəvilər, 
atəşpərəstlər  və  alimlər  “Məshəfi  Rəs”i  oxumağa  cox  can  atmış, 
uğursuzluğa düçar olmuşdular. Kitabın içindəki mifləri, əsatirləri 
və  nəsihətləri  yəzidilər  yüz  illər  boyunca  şifahi  yaşatmışdılar. 
Peyğəmbər  saydıqları  Şeyx  Adi  onların  inanclarını  XI  əsrdə 
qələmə  almışdı.  Şeyx  Adi  təzə  kitab  gətirməmişdi,  yeni  inanc 
yaratmamışdı,  danışanların  ağzını  bir  yerə  yığmışdı.  Yepiskop 
dekabrın  ilk  cüməsində  İmam  Hüseynin  qatili  ibn  Müaviyənin 
doğulmasına  şadyanalıq  edən  yəzidilərin  Abbasi  xəlifələrinə 
nifrət  bəslədiklərini  və  Babanın  üsyanına  dəstək  verdiklərini 
bilirdi.  Zərdüştlüyün,  musəviliyin,  xristianlığın  və  hətta  islamın 
bəzi  prinsiplərini  özündə  cəmləyən  yəzidilərin  canlanmaya 
inamları xürrəmlərdən qalma idi. Qəbir əzabına qatlaşmadan yeni 
bədənə  daxil  olacaq  yəzidilər  öz  ölülərini  zurna‐qavalla  
basdırırdılar.  Yepiskop  dalına  iki  çırtma  vurub  qavalı  oğluna 
verdi.   
‐  Araqatsotn  marzının  Araqats  rayonundakı  Rya  Taza 
kəndinə gedin, pir  Bedonu tapın!  
Mışıl‐mışıl  yatan  Azin  keşişin  onu  oyatmasından  narazı 
qalsa  da,  səsini  çıxartmadı.  Hər  iki  əlini  alnından  yanaqlarına 
çəkərək  zəhrimar  yağan  üzünü  keşişin  tələskən  baxışlarından 
gizlətdi. Nəyin bahasına olursa‐olsun Kundaksaz kəndinə getməli 
və “İnternational alert”in sülhpərvərləri yuxudan oyananacan geri 
dönməliydilər.  Keşişin  planı  real  deyildi,  amma  bərkini  tutsan, 
mümkün  ola  bilərdi.  Azin  yuxulu  olduğundan  keşişi  yaxşı  başa 
düşmədi.  Əynini  geyinib  mızıldana‐mızıldana  onun  qabağına 
düşdü.  Gecənin  ayazı  yuxusunu  qaçırtdı.  “Niva”ya  minməzdən 
qabaq  keşişdən  hara  getdiklərini  soruşdu.  Keşiş  Ermənistanın 
qərbinə  çıxacaqlarını  gözünün  pıçalağını  təmizləyən  Azinə  izah 
elədi.  Ev  yiyəsi  qulağı  alana  sevindi,  qonağı  şirin  yuxudan 
oyatdığına  peşman  oldu  və  işlərin  rast  getməsini  sirrin  özünün 
 
79

açılmağa  can  atmasına‐  atası  həmişə  deyərdi  ki,  “Kolumb 
Amerikanı  o  zaman  kəşf  elədi  ki,  Amerika  özü  kəşf  olunmaq 
istədi”‐ yozdu:   
 ‐  Biz  sabah  Aştarkda  olacağıq,  məktəblilərlə  görüşümüz 
var.  Orada  mehmanxanada  qalacağıq.  Yaxşısı  budur,  sən  sabah 
ora gəl, bir təhər aradan çıxaram... 
Darvazanı  əvəzləyən  köndələn  payanı  qaldırıb  həyətə 
girdilər.  Güntutanına  təzə  təzək  yapılmış  yastı  qayadan  Azinin 
burnuna kəkotu iyi də gəldi. İki dəfə burnunu çəkmək ciyərlərini 
ağırlaşdırsa  da,  kəkotunun  yerini  tapdı,  toyuq‐cücə  eşələməsin 
deyə  onu  elə  təzək  yapışdırılmış  qayanın  başına  sərmişdilər. 
Gərmə tayasının qırağından ev yiyəsini hayladılar:  
‐ Bedo! Bedo!  
Bedonun cavabı ağılın başında qarqaraya bağlanmış itlərin 
hürüşməsini səngitdi. Saçı‐saqqalı çiyninə düşən, qalın və dağınıq 
qılların  arasında  boynu  qıldan  nazik  görsənən  bir  kişi  qapının 
ağzına  qoyulmuş  toppuzlu  çomağı  götürərək  qabaqlarına  gəldi. 
Azinin  Azərbaycandan  olduğunu  biləndə  Pir  söhbətin  ayaqüstü 
olmadığını başa düşdü.    
Pir  qavalın  pullarını  barmaqlarının  arasında  bir‐bir  elə 
sürtdü  ki,  elə  bil  dolların  saxtalığını  yoxlayırdı.  Uzunhacını 
qatlayıb,  aləti  dumbuzladı,  başını  sola  əydi    və  elə  həmin  əliylə 
sağ  qulağının  dalından  basaraq  çıxan  səsi  otaqda  azmağa 
qoymadı.  
Qavalın  dərisinə  Mələk  Tovuz  çəkilmiş,  quş  ayaqlarının 
arasında  günəş  xaçı  tutmuşdu.  Tovuz  quşuna  baxdıqca  Xudaya 
şükür  edirdi.  Xudanın  soraqlanan  bilürü  müqəddəs  çərşəmbə 
günündə  ona  nəsib  etməsinə  sevinir,  heyrətlənir,  inancının 
səhihliyi  ilə  qürrələnirdi.  “Qara  kitab”  qavalın  məhz  çərşənbə 
günü gətiriləcəyini müjdələyirdi...  
Azin  qabağına  qoyulmuş  camın  dibini  sivirdi,  camış 
qatığına  bulaşmış  gümüş  qaşığı  gözə  çarpdırmadan  yalayıb 
boşqabın  içinə  qoydu.  Gümüş  qaşığı  ona  yepiskop  göndərmiş  və 
 
80

yeməyini  yeyib  qurtaranda  pir  Bedoya  bağışlamağı  ismarıc 
etmişdi.  
Ev sahibi keşişi oturduğu yerdə qoyub Azini dalına saldı. 
Girdikləri  otağa  yük  yığılmış,  balışlara  Mələk  Tovuzun  tikməsi 
sərilmişdi.  
“RUHLARI  KÜPLƏRƏ  DOLDURUB  QIRX  GÜN 
GÖZLƏDİLƏR...”‐  Azin  uşaq  vaxtı  gördüyü  yuxunu  yozan 
babası Bayram kişinin ağzından eşitdiyi sözü pirə təkrar elədi.  
Pir  mitilin  arasından  “Qara  kitabı”  götürdü.  Oxuyub 
razılıqla  Azinə  baxdı.  Çarpayının  altına  girib  teşi  və  teşidən  hələ 
üzülməmiş basımbar çıxartdı.  
‐  Bu  mənim  axirət  qardaşımın  hədiyyəsi,‐  Tatev 
monastrının yepiskopunu nəzərdə tutaraq ipi cibinə basdı‐ bu da 
sənin,‐ teşini ona uzatdı,‐ üçüncü küpü saxlayana verərsən!     
Azin  dünən  boynundakı  “Ənx”  medalyonunu  keşişin 
ondan  niyə  aldığını  indi  başa  düşdü.  Canlanmanı  simgələyən 
“Ənx”i  yepiskopa  verməklə  keşiş  atasını  haqqaniyətdən  tam 
arxayın etmişdi.  Bəs o medalyonu yəhudilərin Azinə bağışlaması 
necə,  təsadüf  idimi?  “Hər  halda,  təsadüfdür”‐  Azin  özünü 
inandırmağa çalışdı.    
Çarpayını kənara dartdılar. Divardakı soba yerində küp və 
tanış  rəsm‐  Üçbaşlı  Əsa  göründü.  Küpü  qırdılar.  İçinə  duz 
doldurulmuş, duzun altında zəng gizlədilmişdi.  
 
*** 
Bərdənin  Küm  kəndindəki  dədə  evinə  çatanda  anası 
qapıdakı  şəritə  paltar  asırdı.  Azini  görəndə  sevindiyindən 
əlindəki köynəyi sərə bilməyib yerə saldı.   
‐  Bıy,  başına  dolanım,  Azin‐  ləhcəsində  “sığır  nun”u 
yaşadan  qarabağlı  qadın  oğlunun  qabağına  yüyürdü,  marçamarç 
öpüşüb‐görüşdülər.  
Atası  yatmışdı,  anası  gedib  onu  da  yuxudan  oyatdı. 
Salamlaşdılar.  Ailə  nigaran  qalmışdı.  “Ürəyimiz  qopmuşdu,  nə 
 
81

yaxşı  sağ‐salamat  qayıtdın,  nə  qədər  olmasa,  düşmən  ölkədir, 
uzaq  olsun,  başına  daha  betər  işlər  gələrdi”‐  onun  öz  başını 
Ermənistandan  sarıqlı  olsa  da,  salamat  qaytarmasına  sevindilər. 
Atası  kanalların  səfərə  münasibətindən  danışdı.  Azərbaycan 
QHT‐çilərinin  Qarakilsədə  daşa  basılmalarını  yerli  televiziyalar, 
Anadolu  türkləri  demiş,  abartaraq  veriblərmiş.  Ölkədə  boğulan 
insan haqlarından danışmaqdan qorxub vətənpərvərlik səngərinə 
girənlərin  hamısı  yun  çubuğu  ilə  döyəcləyirmişlər  xalq 
diplomatlarını. “Bunlara boş ver”‐ Azin atasını ayrı söhbətə çəkdi:  
‐ Küpləri tapdım!          
 Nadir  kişinin  rəngi  qaraldı.  Duruxdu.  Nə  deyəcəyini 
bilmədi. Özünü handan‐hana toparladı:  
‐  Küpləri???  
‐  Sizin  axtardıqlarınızı!  Nənəmin  tapacağıma  inandığı,  
dədəmin “tap” dediyi küpləri... 
Nadir  kişi  lap  karıxdı.  Sirr  barədə  Azinlə  danışan 
olmamışdı. Xürrəm olduqlarını, min illər boyu Şirvinə gizli ibadət 
etdiklərini,  Baş  Bəyin  canlanacağını  və  canlanma  əlamətlərinin 
Azində  cəmləndiyini  kim  demişdi  oğluna?  Andına  xilaf  çıxaraq 
kim  açmışdı  sirri?  Özünün  ağzından  söz  qaçmadığına  əmin  idi, 
anası da səhv buraxmazdı. Bəlkə arvadının, yəni Azinin anasının 
dili  dinc  durmayıb?  Di  gəl,  Azinin  çoxdandır  rayona  gəlməməsi 
onu  arvadından  bədgüman  olmağa  qoymurdu.  Azin  atasının 
tərəddüd  elədiyini  başa  düşdü.  Məxfi  sözü  heç  kimdən 
öyrənmədiyi  halda,  atası  onun  gerçək  küpü  tapdığına  əmin 
deyildi. 
Kişini 
intizarda 
saxlamadı: 
“ƏSL 
YOLÇU 
OLMAYANLAR  BİZİ  TƏRK  ETSİNLƏR”,  çünkü,‐  ardınca  ikinci 
cümləni  söylədi‐  “İŞIĞA  QOVUŞMAQ  ÜÇÜN  QARANLIĞLA 
MÜQAVİMƏT GÖSTƏRMƏK GƏRƏK!” 
 Şübhə  ediləcək  yanı  qalmamışdı  işin.  Cümlələr  düz  idi. 
Düz  olsa  da,  oğlu  parolu  haradan  öyrənmişdi,  küpün  içindən  nə 
çıxmışdı?  Sözü  Azin  özü  açdı.  Qanları  bahasına  aldıqları 
torpaqların  xoşhaxoşluqla  geri  qaytarılmasına  razı  olmayan 
 
82

Artsax  əlillərinin  atdığı  daşı,  Qara  kilsəni,  keşiş  Xorenyanı,  pir 
Bedonu,  küpləri  yerli‐yataqlı  təsvir  elədi.  Atasının  əli  üzündə 
qaldı. Nadir kişi anasının yanına getdi, arvadını da çağırdı, onları 
muştuluqladı.  Yurd  Ananın  gözləri  yaşardı.  Əri  Bayram  kişinin 
böyük  günü  xürrəm  ocağının  başında  görə  bilmədiyinə 
kədərləndi. Küplərin həqiqiliyini təsdiqlədi. Alqış elədi:  
 ‐    Baş  Bəy  dünyaya  yenidən  gəldi.  Onun  ruhu  Azinin 
bədəninə  keçib.  Gedib  küpünü  tapdı,  kürəsini  də  tapacaq.  Qoy 
onun  ruhundakı  azadlıq,  canındakı  sevgi  köləliyə  və  qorxuya 
qalib  gəlsin!  Qoy  bizim  tonqallarımızın  atəşi  gur  olsun, 
ağırlığımız‐uğurluğumuz üstünə tökülsün. İşığa həsrət qalmayaq!  
‐  Mənim  əzizlərim,‐  Azin  üzünü  gizli  xürrəmlərə  tutdu‐ 
Siz nəyə inanırsınız, niyə inanırsınız, ondan xəbərim yoxdur. Başa 
düşün,  qəbul  edin,  mən  Babək  deyiləm!  Özümü  Azin  Kürəçidən 
başqa  kimlikdə  təsəvvür  etmirəm  və  etməyəcəm!  Siz  mənim 
doğmalarımsınız,  istəyirəm  biləsiniz  ki,  mən  “ruh”  deyəndə 
dinlərin  söz  açdığı  metafizik  varlığı  nəzərdə  tutmuram.  Ruh‐ 
insanın  ideyalarıdır.  İnsanın  cismi  ölür,  ideyaları  isə  yaşayır, 
başqa bədənlərə, düşüncələrə keçir, mübarizə aparır, qalib gəlir və 
ya məğlub olur. Bu mənada mən Babəkin ruhunu daşımağıma çox 
sevinirəm.  Sevinirəm  ki,  Babəkin  azadlıq    ideyası  mənim  içimə, 
düşüncəmə,  həyatıma  hopub.  O  ideyanın  məni  həzzə,    yoxsa 
edam  kötüyünə  aparacağını  gələcək  göstərəcək.  Şairin  sözü 
olmasın, ölsəm də sevinin, evə dönsəm də!  
 
*** 
Qaş  qaralırdı.  Qalina  barmağındakı  üzüyün  qaşını 
oynadır, Azin onun alınmış qaşlarına baxırdı. Qaşlarını nam‐nazik 
eləmiş  Qalinanın  mavi  gözləri  dumanlı‐çiskinli  havada  üşüyən 
okeana  bənzəyirdi.  Qarnı  burnundaydı,  vaxtına  az  qalmışdı. 
Onun  hamiləliyi  Azinin  canına  xoş  ağrı  salırdı.  Ağrımı?  Ağrı 
deyildi, iz idi. Qalinadan qalan iz...  
 
83

Telefonun dəstəyini qaldıranda ölürdü Azin, yerdə yatırdı, 
ayağa  durub  özünə  bir  stəkan  çay  süzə  bilmirdi.  Gözü  qaralırdı. 
Titrədirdi.  Ağzında  acı  tam  vardı.  Öskürə‐öskürə  cavab  verdi 
qıza.  Dünən  onu  yağışın  altında  gözləyəndə  vermişdi  kürəyini 
soyuğa.  Ayrı  qız  olsaydı,  gözləməzdi,  gedərdi.  Ayrısı  deyildi, 
kəndçisi, “Qapandar” Nəsibin qızı idi. Vacehinə yetəndə, heç onu 
da  gözləməmişdi,  sadəcə,  gedə  bilməmişdi.  Tərslikdən  gözlədiyi 
yerdə  Qalina  ilə  rastlaşmışdı.  Qalina...  Qalya...  Tyotya  Valyanın 
qızı. Azinin “Çapayev”də olan dayısının qonşusu...  
Yeddini  qurtarmışdı.  Leytenant  Şmitd  adına  zavodda 
mühəndis işləyən dayısıgilə tətilə gəlmişdi. Həyət evində yaşayan 
dayısı canına qulluq edən adamıydı, manqala od salmağa bəhanə 
gəzirdi.  Bəhanə  bacısı  oğlunun  gəlişi  olmuşdu,  bir  teşt  kabab 
çəkmiş,  qonşulara  pay  göndərmiş,  lap  yaxın  bildiklərini  ziyafətə 
dəvət etmişdi. Qalyanı ilk dəfə onda görmüşdü. Ziyafətin ardınca 
başlayan  rəqsdə  onunla  vals  oynamışdı.  Oynamamışdı, 
öyrənmişdi, düzünə qalsa. Öz arvadı ilə vals oynayan ağ mayka, 
yaşıl  zolaqlı  pijama,  yaxud  qırağından  barmaq  boyda  iki  ağ  zeh 
keçən  tünd  göy  idman  şalvarı,  altdansa,  heç  şübhəsiz,  dizəcən 
qara  tuman  geymiş  kişilər  ona  göz  basmışdılar.  Cazibədar  Qalya 
ondan  kəsən  qonşuların  acığına  yüngülcə  ovxalamışdı  kürəyini, 
yanağından  öpmüşdü  Azinin.  Hər  dəfə  rastlaşanda  bir  öpüş 
almışdı Qalyadan. Hər dəfə özünü itirmişdi... 
Küpə  salmağa  gələn  qız  ovxaladıqca  bədəninə  isti 
gəlmişdi.  Həzin  bir  musiqi  səslənmişdi.  Çapayev  küçəsindəki 
beynəlmiləl  həyətdə,  tənəyin  altında  Qalya  ilə  rəqs  etmişdi... 
Qalya  onun  yanağından  öpmüşdü.  Qadından  kəsən  dayısı, 
dayısının  loto  oynadığı  lotu  kişilər  o  öpüşə  həsəd  aparmışdılar. 
Qalyanın nazik dodaqlarını öpmək ehtirası ilə alışıb‐yanan Azinin 
içi  özünü  yandırmışdı,  çölü  özgələrini.  Belində  qız  əli  gəzişdikcə 
içini də, çölünü də atəş sarmışdı. Qızdırmışdı... 
Bir gün Qalyanı telefona çağırmağa getmişdi. İçəri girəndə 
onu  lüm‐lüt  görmüşdü.  Əri  olmayan  Qalyanın  qarnı  bekaraca 
 
84

bilinirdi,  vaxtından  təzəcə  keçmişdi...  Qalya  əlləri  ilə  qarnını 
tutmuşdu onda, özünü itirmişdi. Azinin yanından keçib gedəndə 
əyilib üzündən öpmüşdü, “не кому не скажи!”  
Aşağı  əyilən  qadının  balaca,  yupyumru,  ucları  dim‐dik 
məməsinə dəymişdi dodaqları, «xорошо!»  
Qalina “Qapandar“ Nəsibin qızı olmuşdu o gün... 
Dadı damağından getməmişdi... 
O  tamı  bir  səhər  axşamacan  sümürdü  kürəyini 
küpələməyə  gələn  qızın  döşlərindən.  Su  içmədilər,  yemək 
yemədilər,  fasilə  vermədilər...  Küpə?  Qızdırmalı  adama  küpə 
salmazlar...   
“Qapandar“ Nəsibin qızı Qalina oldu o gün...   
Qalsana...  
“Qal sənə, qurban...”  
Qalmadı. Gecənin uzunluğundan qorxdu... Getdi! 
Dadı damağındaydı... 
Qarnı burnuna dəyirdi, vaxtına az qalmışdı... 
Dayanmışdılar.  
Qalina  barmağındakı  üzüyün  qaşını  oynadır,  Azin  onun 
alınmış  qaşlarına  baxırdı.  Pəncərənin  arxasında  payız  ağacları 
soyundururdu. 
Danışmırdılar.  
Qalinanın  mavi  gözləri  dumanlı‐çiskinli  havada  üşüyən 
okeana bənzəyirdi. 
Dalmışdı.  
‐ Qalya! 
Dala‐dala getdi.  
Avazıyaraq çarpayıya söykəndi. Nəfəs ala bilmirdi.   
Qarnını əlləriylə tutub mavi gözləri ilə ürkək‐ürkək baxdı.  
Ağaclardan  qopan  yarpaqları  Gəncə  Dövlət  Kamera 
Orkestri havada oynadırdı. 
Qalinanın  günahkar  hıçqırtıları  qədim  alban  kilsəsindən 
gələn musiqini tamamlayırdı...  
 
85

Avandına  Azini  almış  qarında  bir  cocuq  hər  iki  dünyanı 
təpikləyirdi...  
Azinin  Gəncəyə  fala  baxdırmağa  gəlməsinə  inanmayan 
Gümüş  teşini  görəndə  mətəl  qaldı.  Matı‐qutu  qurumuş  halda  bir 
zamanlar  mollaya  dua  yazdırmasına  acıqlanaraq  ondan  ayrılan 
Azini qınadı: 
‐  Gəldin  mən  deyənə?  İndi  görürsən  ki,  belə  şeylər 
düzdür?  Kim  bilir  hansı  ciyarıyanmış  əməl  eləyib  sənə,  Allah 
gərdəyə  həsrət  qoysun  eləsini...”‐  dalını  ürəyində  gətirdi:  “bəxti 
bağlıdır  ki,  ayrıldıq,  yoxsa  nə  olmuşdu  bizə?  Sən  Allah,  birdən 
ürəyinə  mən  gələrəm,  elə  bilər  mənim  əməlimdir?”  Özündən 
xoflandı, ürəyinə suyu “Pükçü”nün baxıcılığı çilədi:  
‐  Tez geyin, qapını açıram, gələn olar, qalaram boynunda!      
“Qapandar” Nəsibin həkim qızının sözünün o biri başında 
zarafatyana  bir  eyham  da  vardı:  “Boşansam,  vay  halına!..“  Azin 
eyhama  əhəmiyyət  vermədi,  əlindən  tutub  rəqs  edirmişcəsinə 
Gümüşü  geriyə  fırlatdı,  sonuncu  dəfə  qucaqladı  və  divardakı 
güzgüdə gözlərinin içinə baxa‐baxa qarnını sığalladı:  
‐    Deyəsən,  dayısına  oxşayacaq‐  “Qapandar”  Nəsibin 
idmançı oğluna işarə etdi. 
‐ Kimə oxşayırsa oxşasın, bircə əkəninə çəkməsin... 
‐ Çoxmu narazısan?  
‐ ... 
‐ Yerin yaxşı deyilsə, boşan...  
‐ Boşananın da həyatında yaxşının yeri yoxdur, Azin bəy... 
Bərkini  tutmadı.  Qollarını  Gümüşün  boynundan  açdı. 
Gümüş aynaya yaxınlaşıb dodağına pomada çəkdi və utana‐utana 
soruşdu: 
‐ Mənə on manat verə bilərsən? Diri olmasın... 
Azin təəccüblə əlini cibinə atdı.  
‐  Qaşını  düyünləmə,  gördüyün  işin  haqqını  almıram, 
ürəyinə  xal  düşməsin,  baş  həkimə  verəcəm,  yoxsa  işdən  qovar 
 
86

məni,  “xaltura”nı  gizlədiyimi  fikirləşər,  səhərdən  qoymamısan 
siftə edim... 
  Poliklinikanın  boş  koridoruna  çıxdılar.  Xadimənin 
süpürdüyü  palatanın  ağzına  qoyduğu  zibil  vedrəsindən 
Qalinanın  gözləri  baxırdı.  Qəzet  parçasını  götürdü.  Qonşular 
“Çapayev”  küçəsindəki  evinə  sahib  olmaq  üçün  rus  qadını 
zəhərləmişdilər... 
El arasında “Pükçü” ləqəbiylə tanınırdı. Onun aşıqla püşk 
atdığını, mübahisələri bəxtə‐xuda yoluyla həll etdiyini söyləmişdi 
Gümüş.  Bəxti  bağlanan  qızlara,  zifaf  gecəsi  uğursuzluğa  düçar 
olan  oğlanlara  tilsim  qururdu.  Boğazı  gələn  uşaqlara  əl  çəkir, 
çəyirdək  udanların,  qırtlağına  qılçıq  gedənlərin,  ağzına  yumurta 
qabığı  soxanların  çöpünü  çıxardır,  topuğu  burxulanların,  biləyi 
oynayanların  çıxığını  salır,  oğul  arzulayan  gəlinlərin  aybaşısını 
hesablayırdı.  
Növbəsində  xeylaq  adam  varıydı,  hamısı  məyus‐məyus 
oturmuş,    qabaqlarındakı  boş  armudu  stəkan‐nəlbəkiyə  baxır, 
ordan‐burdan  söhbət  edirdilər.  Yastıbaş  bir  uşaq  əlində  podnos 
ağır‐ağır  masanın  başına  fırlanır,  çayını  içib  qurtarmış  qonaqlara 
yemək  təklif  edirdi.  “Pükçü”yə  pənah  gətirənlər  “Allah  var 
eləsin”  alqışıyla  yeməyə  yer  tapmır,  yastıbaş  uşağa,  uzaqbaşı 
qabaqlarındakı  çayı  təzələmək  zəhməti  verirdilər.  Hər  kəs 
ikimərtəbəli  evdən  iki  metr  aralı  çiy  kərpicdən  tikilmiş  daxalın 
qapısını marıtlayırdı. Ora “Pükçü”nün qəbul otağıydı. Hər yarım 
saatdan  bir  “Pükçü”  qapıdan  çıxır,  ucuna  ip  bağlayıb  daxalın 
qabağındakı  ağacdan  asdığı  qırıq  teşini  yelləyir,  komasına 
qayıdırdı.  “Pükçü”nün teşisi srağagün qırılmışdı, neçə gündür fal 
açmır,  cadu  eləmirdi.  İmdad  dalınca  gələnlərə  bu  gün 
günortayacan  ona  teşi  göndəriləcəyini  elan  etmişdi.  Çar‐naçar 
hamı  gözləyirdi,  guya  göydən  qırmızı  zənbillə  adam  düşəcəkdi 
“Pükçü”nün qapısına.  
 
87

Azin  çaxmağı  əlindən  alıb  “Pükçü”nün  müştüyünü 
alışdırmaq istədi. Çaxmaq yanmadı. Arvad siqareti ovcunda əzib, 
tütünü ağzına atdı.  
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin