Müəllifin icazəsi olmadan mətbəədə çap etmək və ya internetdə yayınlamaq qəti qadağandır



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/15
tarix24.04.2017
ölçüsü2,8 Kb.
#15620
1   2   3   4   5   6   7   8   9   ...   15

‐ Haradan gəldin?‐ tanımadığı adamlara həmişə eyni sual 
verərdi.  
Azin nə cavab verəcəyini bilirdi: 
‐ GEDƏCƏYİM YERDƏN GƏLDIM!  
‐ O irəli teşim qırıldı. Hələm‐hələm qırılmaz mənim teşim, 
bilirdim təzə teşi göndərəcəklərini... 
Pir  Bedonun  teşisini  “Pükçü”yə  təqdim  etdi.  Qarıdıqca 
yumağa  dönmüş  arvadın  qırışığı  açıldı,  yaşına  yaraşmayan 
cəldliklə  teşini  ovcunda  fırladıb  dodağının  altında  nə  isə  oxudu, 
Azinin  üzünə  püflədi.  Tütün  qoxusu  siqaret  çəkməyən  Azinin 
ödünü ağzına gətirdi.     
Sən  demə,  vaxtilə  Gəncə  məbədində  bir  küp  varmış.  O 
küpün  içinə  nə  isə  atmaq  qadağanmış.  Küpə  nə  isə  tullayanı 
mütləq  ilan  çalarmış.  Sovet  vaxtı  kilsə  Kamera  Orkestrinin 
ixtiyarına  veriləndə  partiya  komitəsi  qərara  gəlir  ki,  küpü  yerli 
sakinlərindən  birinə  versinlər.  Qoy  aparsın,  içinə  un,  buğda 
yığsın, 
xürafatdan, 
mövhumatdan 
qurtarsın 
camaat. 
Kommunistlər  ha  təbliğat  aparsalar  da,  partiyanın  qərarına  əməl 
edən,  küpə  yaxın  duran  olmur.  Küpü  yığıncağa  gətirirlər.  Yenə 
kimsə  sahib  çıxmaq  istəmir  küpə.  Axırda  avamlıq  nümunəsini 
gələcək  nəsillərə  göstərmək  üçün  məktəb  muzeyinə  verirlər.  O 
gündən  boş  küp  21  saylı  orta  məktəbin  qaranlıq  otağında 
saxlanır...  
Azin  ümidsizliyə,  boşluğa  yuvarlandı.  Kamera  musiqisi 
başında uğultuya çevrilmişdi. Gümüşün ləhləyə‐ləhləyə canından 
çıxartdığı  tər  ətini  yedikcə  peşmançılığı  dərinləşirdi,  otelin  duşu 
xarab  olduğundan  çimə  bilməmişdi.  Paltarından  tər  qoxusu  ilə 
yanaşı,  Gümüşün  ətri  də  gəlirdi  və  “J`Adore”  Azini  özünə 
söydürürdü.  Bunca  il  Qalinadan  Gümüş,  Gümüşdən  Qalina 
düzəldib yataqda qovrulmaqla havayı yerə əzab çəkmişdi. Qalina 
 
88

da,  Gümüş  da  gözündən  düşmüşdü,  adiləşmişdi,  tamını 
qaçırmışdı.  Küpün  boş  çıxmağı  da  onu  bir  yandan  üzürdü. 
Həmişə  kürəklərini  qamçıladığı  kommunistlərə  acıyırdı.  İçi  boş 
olan  küplərdən  başları  az  çəkməmişdi  binəvaların.  Sir‐sifəti 
turşumuş  halda  “Pükçü”yə  baxdı.  İşə  bax,  onun  ləqəbi  tərsinə 
“ÜÇ KÜP” oxunur...  Yox, içi boş‐zad deyil küpün, doludur, tıxılı‐
təpilidir.  Mal  yiyəsinə  oxşayar,  nə  ad  verəsən  indi  bu  arvada? 
Şamanmı, maqmı, kahinmi, övliyamı, möhtəkirmi? Bütövü kəsmə, 
paraya dəymə, doğra, doyunca ye!  
‐Ye oğlum, ye! 
Torpaqla  şirlənmiş  daxalda  qırmızı  ipək  üzlü  döşəkçədə 
oturmuşdu,  hər  iki  dirsəyinin  altında  mütəkkə  vardı,  ayağının 
birini  altına  qatlamış,  süfrənin  qırağını  yığışdıraraq  yarıbükülü 
halda  o  birini  həsirin  üstünə  qoymuşdu,  gözü  “Pükçü”nün 
çoxdan  ölmüş  atasının  divardakı  dəsmalın  qırağından  ağaran 
saqqalına  sataşdıqca  iştahı  lap  pozulur,  xörək  əvəzinə  içini 
yeyirdi: 
‐  Mənim  nə  işim  vardı  cadugərin‐küpəgirənin  süfrəsinin 
qırağında?  Mən  indi  kiməm?  Dinəndə  camaatı  aydınlığa,  elmə, 
inkişafa  səsləyirəm,  özüm  düşmüşəm  bir  səfeh  qarının,  türkün 
sözü,  dalına!  Dalınca  gəldiyim  küpün  də  içi  boş...  Boş  olan  küp 
deyil,  ay  geridəqalmış,  sənin  özcə  başındır,  millətin  taleyini 
falçıya  etibar  etmək  olarmı?  Yepiskop  doladı  məni,  duza 
göndərdi.  Min  ildir  bir  qaşıq  su  ilə  bir  qaşıq  qanın  arasında 
qalmağımıza rişxənd elədi! 
‐  Bir  qaşıq  da  götür,  dibində  qalmasın,  heyfdir,  nişanlın 
çirkin olar yoxsa... 
“Bir dəli şeytan deyir get, dovşan ferması yarat, artımlıdır, 
yaxşı  baxasan  ha,  o  qədər  doğub‐törəyər  ki,  bircə  ilə  sayını 
itirərsən,  özüm  ölüm,  bərk  ayaqda  giriləsi  işdir...  Bərk  ayaqda? 
Bundan  da  o  yana  gün  var?  Amerikanların  “Messenger”  peyki 
günəşin  ağzından  alov  qapır,  sən  görücü  Səyyarənin  ətəyindən 
yapışmısan,  bir  boş  küpün  içinə  girirsən...  Barı,  ay  geridəqalmış 
 
89

dovşan‐  qaşığı  boşqabın  qırağına  qoydu‐  əlinə  o  güncdəki 
süpürgəni də al, cizgi filmlərindəki küpəgərən qarılar sayaq qiyyə 
çək göylərdə...”   
‐ Ayağını çırıp gir içəri, ayaqqabıların toz‐torpaqdır, aləmi 
batırarsan!‐  məktəbin  ayrım  ağzıyla  danışan  qızıldiş  tarix 
müəlliməsi  illərlə  qapısı  açılmayan  qaranlıq  otağın  matahını 
çıxartdı.  Azin  cin  atına  mindi.  “Ay  qıvlasız,  guya  bu  qaranlıq 
otaqla  şagirdlərin  gözünü  qorxutmursunuzmu?‐  yəhərsiz 
olduğundan  atdan  tez  düşdü,  yoxsa  müəllimənin  abrını  bükərdi 
qırçınlı  ətəyinə.  Yenə  özünə  görə  olmadı,  küpü  basan  qalın  tozu 
müəlliməyə  yalatdı.  Toz‐torpağın  altında  Üçbaşlı  Əsa  güclə 
seçilirdi.  Şəklini  çəkmək  istədi.  Özünü  hövlank  qaranlıq  otağa 
yetirən  direktor  müavini  qoymadı.  Direktor  da  gəldi.  Özünü 
təqdim  etməmiş  Azini  məzəmmət  elədi,  ayrı‐ayrı  adamların 
dilindən eyni xəttlə yazılmış təəssüratlar dəftərinə Bakıdan gəlmiş 
qonağa rəy yazdırdı. Boynundan sallaşıb yeməyə aparmaq istədi. 
Azin  qızıldış  tarix  müəlliməsini,  saytal  tədris  hissə  müdirəsini, 
yaxasında Ümummilli liderin nişanını gəzdirən yekəqarın məktəb 
direktorunu  nazirlikdən  gəlmədiyinə  arxayın  salıb  “Xan  bağı”na 
yön aldı.    
Ayaqqabılarının  bağı  açılmışdı.  Qaytanlar  şappıldaya‐
şapıldaya balağının ardınca sürünür, xəzəlləri döyəcləyirdi. Əyilib 
onları  bağlamağa  can  çəkirdi.  İplər  bağa  tələsirdi.  Bağa  gedən 
yolun  qırağındakı  adamlar  ayaqqabısının  açılmış  qaytanlarını 
vecinə  almayan  adama  təəccüblə  baxırdılar,  düyündən  düşmüş 
iplərin 
addımlarına 
dolaşaraq 
ona 
badalaq 
gəlməsini 
gözləyirdilər.  Onu  bağların  açılmasından  agah  eləməyə  lüzum 
yox  idi,  gözü  ayağının  altını  görürdü,  gözü  görə‐görə  əyilib 
ayaqlarını  ilgəhləmirdi.  Həyata  yenidən  bağlanmaq  istəmirdi. 
Qaytanların  ayaqqabıdan,  ayaqqabının  ayaqlarından  çıxsa, 
ayaqyalın  qalacağını  başa  düşürdü,  narahat  olmurdu,  bəlkə  də 
çıxhaçıxda  havaya  bir  təpik  atacaq,  çəkmələrini  cütüylə 
qovacaqdı.   
 
90

Xan bağındakı qoca çinarlar, çınarların gölgəsinə sığınmış 
çayxana, çayxanada tas‐tas vaxtını uduzan müştərilər, müştərilərə 
can  yandıran  çayçı,  çayçının  cəddinə  tapındığı  göy  imam  Azinin 
gözünə oturdu. İcazə almadan bir kişi də altına stul çəkdi:    
‐ Axtarışda olan insanı gözləyən nəticələrdən biri də məhz 
boşluqdur.  Əsl  yolçu  əli  boşa  çıxanda  özünü  itirməyən, 
məqsədindən  çəkinməyəndir.  Ümüdlərinin  puça  çıxması  səni 
ruhdan salmasın, oğlum.   
‐ Siz kimsiniz?‐ ona öyüd verən naqqaldan xəbər aldı. 
‐ Mən qalayçı Qardaşxanam, “Pükçü”...  
“Aşıq atan!”‐ Azin ürəyində dəqiqləşdirdi. 
‐ ... Səyyarənin əri.  
‐ Xoş gördük!  
‐ Dedim bəlkə qonağımıza bir köməyim dəydi! 
‐ Küpün içi boşdur, dayı, sənlik bir şey yoxdur...  
‐  Küp  ona  görə  boşdur  ki,  sən  ora  içindəki  tərəddüdləri, 
qorxuları, əzabları tökəsən,  qaradan azad olasan!  
‐  Səyyarə  xala  dua  yazar,  pencəyimin  astarına  asaram, 
qara‐quram gedər, gözə‐nəzərə də gəlmərəm!..  
‐    Üstümü  unlu  görüb,  yoxsa  məni  dəyirmançı  bildin, 
oğlum?‐  qoca  sağ  əli  ilə  hər  iki  çiynini  ehmalca  döydü.  Azin 
qocanın hərəkətini başa düşmədi, sözünə isə həyasızlıqdan başqa 
məna  verə  bilmədi.  Dillənmədi.  Qalayçını  başından  əkmək 
istəyirdi.  Onun  fikrini  başa  düşən  Qardaşxanın  təvazökarlıqdan 
uzaqlaşmaqdan başqa çarəsi qalmadı:  
‐  Oğlum,  mən  nə  sən  deyən  qalayçılardanam,  nə  də  aşıq 
atdıranlardan! Unut qalayı‐balayı, qulaq as kimyagərə!  
Axsaq at, kor nalbənd, cadugər arvad, kimyagər ər! Yaslan 
bə Halil İbrahimmm!‐ Azin halına güldü.   
‐  Küpün  üstünə  Üçbaşlı  Əsanın  niyə  çəkildiyini  Qardaş 
başa salsınmı sənə?  
‐ Üç dil‐ üç küp!  
 
91

‐  Düz  deyirsən  oğlum,  düz  deyirsən!  Amma  sənin  bu 
qalayçı dayın ayrı şeylər də fikirləşir...   
“Bu  dəqiqə  mənim  özümü  qalaylamaq  lazım,  qopmuşam, 
özü  də  pis  qopmuşam  dünyadan”‐  Azin  başının  hayında  idi. 
Hətta  üzgörənlik  xatirinə  də  ona  qulaq  asmaq  istəmirdi.  Başını 
yana çevirdi. Kor tutduğunu buraxardı, qalayçı əl çəkməzdi: 
‐  Oğlan,  Üçbaşlı  Əsanın  qədim  hindlilərin  Tanrısı  Şivəyə 
məxsus  olduğunu  desəm,  mənə  qulaq  asarsanmı?  Əlbəttə, 
asarsan, savadlı adamsan.  
Şivə 
hara, 
bu 
hara?‐ 
absurdun 
miqyası 
Azini 
heyrətləndirdi. Gözucu kişiyə baxdı.  
‐  Yadında  saxla,  adının  çəkilməsi  ilə  hər  kəsi  saflaşdıran 
Şivə  yıxıcı  Tanrı  idi  və  hind  kimyagərləri  civəni  onun  toxumları 
hesab edirdilər. Saxladınmı? İndi yadına sal, ilk küp sənin qarşına 
Qara Kilsədə çıxdı, Qara Kitabı açdırdın, qara küpləri sındırdın. O 
küplərdən kükürd və duz çıxdı. Oxumuş adamsan, məndən yaxşı 
bilirsən  ki,  ‐  xalis  sənətkar  nəzakəti  ilə  Azini  qılıqladı‐  kükürdlə 
duz  kimyagərliyin  təməl  prinsipləridir‐  yəni,  adi  vaxtda  başa 
düşdüyümüz maddələr yox, onların fəlsəfi təyinatlarıdır. Əgər bir 
küp kükürdlə, o biri duzla doludursa, deməli, bu işarəylə üçüncü 
qaba civə yığılıb!   
‐  Civənin  saxlanması  qadağandır  ey,  bizi  tutarlar‐  Azin 
bayaqkı  qaydada  kimyagəri  aşağılayan  atmaca  atmadı,  hind 
fəlsəfəsindən xəbəri olduğuna görə ona münasibəti dəyişmişdi.   
‐ İndi de görüm, mən gəlməsəydim nə edəcəkdin?  
‐ Gedib dovşan saxlayacaqdım!.. 
‐ Bəs indi səni civəylə ilişdirib həbs etsələr?  
‐ Ömür boyu yatsam, vecimə olmaz!  
‐ Əsl sirr budur, kişi! Sən yad idin, qara aləmə gəldin, yer 
altına düşdün, içindəki özgələri  və kölgələri öldürdün. Dəyişdin, 
işığa  can  atdın,  ona  öz  mənliyini  qət  edərək  çatacağını  başa 
düşdün.  Təbiri‐kimyagəri,  ağardın!  Mükafatmı  istəyirsən?  O  da 
 
92

məndə!  Gedək,  gör  elə  xalçanı  heç  küpdə  çürüdərlərmi? 
Saxlamağa erməniyə versən dalına keçər, kürdə versən oğurlayar!             
Eni  üç,  uzunu  dörd  metr  olan  xalçanın  yeri  qara, 
işləmələrinin çoxu ağ və qızılı idi. Qıraqlarından bir qarış içəriyə   

hərfləri nəqş edilmişdi. Azin seçkiqabağı platformasını yada saldı. 
O,  seçicilərinə  “S”‐lə  başlayan  dörd  perspektiv  vəd  edirdi: 
Sağlamlıq,  Savad,  Sahibkarlıq,  Sevgi!  Xalçadakı  hərflər  də  eyni 
sayda  idi.  Əlbəttə,  orta  əsrlərdən  qalma  xalçadakı  hərf  deyildi, 
sadəcə, ona bənzəyirdi.  
Qalayçı Qardaşxan elə bil bütün ömrü boyu xalçanı Azinə 
şərh etməyə hazırlaşmışdı:   
‐  Bu  “Sı”ya  oxşayan  ƏJDAHAnın  nişanasıdır.  “Bəyin 
oğurlanması”na baxmısan?  
‐ “O əjdahadan niyə xaricdə var, bizdə yoxdur?”  
‐  Nə  qədər  istəyirsən  gül,  könlündən  keçirsə  lağa  qoy 
məni,  amma  ay  başına  dönüm,  gözünü  yediyim  bu  əjdahanın 
yanında xaricdəkilərə kərtənkələ də demərəm!  
‐ Nadir Qafarzadə de!  
‐  Şitlik  eləmə,  qulaq  as,  hər  xalqın  öz  əjdahası  var. 
Cuhudların dünyada iki əjdahası məşhurdur, biri qanadlıdır, biri 
qanadsız,  Davudun  ulduzunu  qoruyurlar.  Çində  itə  daş  atırsan, 
əjdahaya dəyir, ağıllı və xeyirxah varlıqlar sayılırlar. Qədim Babil 
və    şumer  tayfalarının  “uçan  ilan”ı  qanadlı  və  aslan  pəncəli  idi. 
Nemeslerin əjdahadan xoşu gəlməz, kökünü kəsərlər... 
‐  Ağzında “nemes” deyirsən... 
‐ Yunanların əjdahası qaravulçudur...  
‐  Bizim  nağıllarda  da  qaravulçudur,  bir  yana  baxanda... 
Suyun  dəhnəsində  oturur  və  qabağını  açmağa  bir  gözəl  qızı 
qurban istəyir...  
‐  Hə,  indi  yavaş‐yavaş  tutursan  məni,  hərçənd,  hələ 
cavansan,  bir  balaca  tələsirsən,  bizim  nağıllarda  əjdahalar 
qaravulçu deyil, bala, işğalçıdırlar, qəsbkardırlar! Bizim əjdahalar 
 
93

əcayib  məxluqdur,  su,  hava  və  atəş  ünsürlərini  özündə 
cəmləyirlər.  İstəyəndə  yağış  yağdırarlar,  istədiyi  ili  quraq 
gətirərlər,  hərdən  deyirik  ha,  “göydən  od  yağır”,  əjdahanın 
ağzından qalandır...  
‐ Bəs bu zolaqlar?  
‐  Boz  zolaq  soyuğun  çalarıdır,  qəhvəyi  isə  kədərli 
boyaqdır, soyuq rəngin yanını isidir. 
Xalçanın boz və qəhvəyi rəngli haşiyələrə alınmış ortasına 
“Baş Bəyin əsir alınması” səhnəsi işlənmişdi. Ov tazıları Baş Bəyi 
talada  mühasirəyə  alan  əli  qılınclı  müsəlmanlara  hürürdülər. 
Adamlardan  hürkmüş  bir  maral  meşəyə  doğru  sıçrayırdı. 
Yəhərdəki  Səhl  Sumbat  qamçı  ilə  Baş  Bəyi  göstərirdi.  Baş  Bəy 
atdan enmiş və buraxdığı qızılquşun ardınca son dəfə göy üzünə 
baxırdı...  Ortoboylu,  şaqqalı  adam  idi,  başına  ağ  dürrə  bağlamış, 
arxalıq  geymişdi.  Saqqal  buraxmamışdı.  Dırnağıyla  yer  eşən 
atının quyruğu düyünlənmişdi.  
‐ Bu düyün sənə nə deyir?‐ Azindən qəsdən soruşdu. 
‐  Düyünə  salır  məni‐  Azin  artıq  çoxdan  arxada  qalmış 
psixoloji savaşı unudub səmimi cavab verdi.  
‐  Bir  cəngavərin  atının  quyruğunu  düyünləməsi  onun 
ölüm‐dirim  savaşına  girdiyini  göstərər.  Baş  Bəyin  boz  atının 
quyruğu  həmişə  düyünlü  olardı...  O  əjdahayla  döyüşə  ölümünü 
gözünün altına alaraq girmişdi. Əjdaha‐ yurdun düşməni, qurban 
tələb  etdiyi  qız  isə  torpağın  təcəssümüdür.  O,  hər  dəfə  suyun 
qabağını  açmaq  üçün  bir  qız  istəməklə  torpağın  qutsallığını 
korlayır,  sonra  ona  su  verirdi.  Torpaq  həmişə  oğullarından  onu 
qorumağı,  əjdahayla  döyüşməyi,  ona  qalib  gəlməyi,  cövhərinə 
sahib olmağı umur.  
‐ Əjdahanın cövhəri nədir ki?   
‐ Gizli Atəş!      
 
*** 
 
94

 “Iraqın Samirə şəhərində baş verən terror aksiyasında...” – 
televizorun  səsini  aldım.  Baş  Bəyin  edam  olunduğu  şəhərin 
görüntülərinə  şərhsiz  tamaşa  etmək  istəyirdim.  Sarımtıl‐açıq 
qəhvəyi  rəngi  vardı  şəhərin.  Sarının  istiliyi,  ağın  qaytarıcılığı, 
qəhvəyinin  ziddiyyəti  şəhərin  enerjisinə  çökmüşdü.  Vahiməli, 
şübhəli,  saldırıcıydı.  Yuxarıdan  çəkilmiş  görüntülərə  baxdıqca 
filin  belində  edam  kötüyünə  gedirdim  elə  bil.  Bədənimdə  Baş 
Bəyin  yaralarını  hiss  edirdim.  Havam  çatmırdı.  Məni  tuluğa 
salmışdılar.  Samirənin  uçuq  tikililərini,  tüstülənən  evlərini, 
dağılmış  məscidləri  gördükcə  əlimi  ağrıyan  dizlərimə  çırpırdım, 
kim  nə  deyir‐desin,  bu  şəhər  çoxdan,  lap  çoxdan  yaşamalıydı 
xaosu, xilafət yıxılmalıydı, şərq qırmızı günü görməliydi. Qızmar 
günəşin  altında  Samirəyə  çarmıxdan  baxırdım...  Külək  səhra 
qumlarını sovururdu, minarələr susmuşdu, evlər yerə yapışmışdı, 
adamlar... adamlar yoxuydu.... Başımı itirmişdim.  
Külək  rəzəsi  düşmüş  pəncərəni  qəfildən  taybatay  açdı, 
şüşələrini  çilik‐çilik  edərək  evə  səpələdi.  Soyuq  içəri  şığıdı. 
Pəncərənin önündəki xırdaca reyhan dibçəyini aşıraraq gecələr bir 
gözünü  yandırdığım  elektrik  qızdırıcısının  amanabənd  şnurunu 
qopardı.  Yorğanı  başıma  çəkdim.  Nə  büründüyüm  yun  yorğan, 
nə də geydiyim qalın tuman‐köynək qorudu məni buzlamaqdan. 
Sazağın  sındırdığı  reyhan  qanadlarının  giziltisi  iliyimə  işləyirdi. 
Hızır Nəbinin yeriydi. Gəlib çıxmırdı. Bir adama ehtiyacım vardı. 
Elə bir adama ki, ona qərib düşmüş ruhlardan danışım, Hızırın əl 
çəkdiyi  yaralardan  söz  açım,  arvadların  xəşil  bişirdiyi,  kişilərin 
küpdən  bəkməz  çömçələdiyi  qarlı  bir  gündə  qurd  təki  ulayım... 
Nə bir içim su, nə bir udum hava, nə bir qarış torpaq, bir çobanın 
qaladığı  sönmüş  ocaqdakı  küllərin  arasında  balaca  bir  köz... 
kiçicik  bir  qığılçım...  şaxtaya  müqavimət  göstərən  barmaq  boyda 
kösöv!   
“Ruhunmu  ateş,  yoksa  o  gözlərmi  alevden?”‐  bütün  gülərüz 
avropalılar  sayaq  hər  dəfə  rastlaşdığımızda  əcnəbi  qızın  gözü 
gülürdü,  dodaqlarına  təbəssüm  qonurdu.  Alovun  şəklini  çəkirdi, 
 
95

hücrələrin  divarını  oxşayırdı,  ayağını  yerə  basmırdı,  yox,  özüm 
ölüm,  yerə  basmırdı,  torpaq  onu  ovcunun  içində  gəzdirirdi.  Qoy 
yanım‐yaxılım,  qoy  çarmıxdan  yıxılım,  qoy  sənə  sıxılım, 
üşüyürəm,  sümüklərim  sızıldayır,  sən  nə  təhər  qızsan  bəs, 
duymursanmı,  dişlərimin  şaqqıltısını  eşitmirsənmi,  eşitmirsənsə, 
duymursansa  niyə  titrəyirsən?  Sən  atəşgahda  donmağın 
cəhənnəmdə 
yanmaqdan 
daha 
böyük 
əzab 
olduğunun 
fərqindəmisən? Susa bilmədim:  
‐ Üzr istəyirəm xanım, biz tez‐tez qarşılaşırıq. Əgər məbədi 
bərabər gəzsək, belə olmaz! 
Qız  gülərək  “olar”  dedi.  Doğrusu,  sözün  hansı  mənada 
deyildiyini  dərhal  kəsdirəmmədim,  olmazın  olarlığı  ilə,  oların 
olmazlığı arasında qaldım. Nə yaxşı özü soruşdu:  
‐ Bəs, niyə dayanmışıq?  
Loviza  diplomat  idi,  Azərbaycana  yeni  gəlmişdi.  İsveç 
səfirliyinin  viza  şöbəsində  işləyirdi.  Beynəlxalq  münasibətlərdən 
əlavə  mifologiya  və  canlanma  ilə  maraqlanırdı.  Atəşgahdakı 
alovun  növünü  “Avesta”dakı  təsnifata  əsasən  dəqiqləşdirə 
bilməmişdi.  
‐İslama qədər bu məbəddə hərə öz oduna qızınırdı, səd heyif, 
indi hamının atəşi sönüb‐ ruhanilərin də, savaşçıların da, xalqın da! 
‐ Niyə?‐ Loviza təəssüflə soruşdu.  
Eyni  kədərlə  ona  atəşgahın  daş  hasarlarının  o  üzündəki 
neft  buruqlarını  göstərdim.  Hasarın  o  üzündəki  neft  buruqları 
torpağın qanını içirdi.  
Kabab  qanlı,  igid  canlı!‐  ofisant  bəh‐bəhlə  buludu 
qabağımıza  qoydu,  kababçılarını  tərifləyərək  iştahımızı  açmaq 
istədi. Zarafatla ağzından vurub onu yola saldım:  
‐ Sağ ol qardaş, ala bu çaypulunu, çıx get, səni and verirəm 
əzizlərinin canına, bəri gəlmə...  
“İnqilab”  küçəsindəki  “Tonqal”  restoranında  öncəki 
həyatında  vikinq  olduğuna  inanan  qızın  şərab  qədəhini  çənəsinə 
söykəyərək  sənin  deyəcəyin  sağlığı  gözləməsi,  bütün  lənətlərin 
 
96

acığına  çarmıxın  dibində  bitmiş  lalənin  bir  üsyançı  ruhunu  cana 
gətirməsinə bənzəyər...  
Ondan sonra Hızır gəlsə nə olacaq, gəlməsə nə olacaq...      
Mən sənə Hızırın atından danışmayacam, Loviza! 
Mən sənə Azərbaycanda Hızır Nəbi mərasiminə “Qurdlar 
bayramı” deyilməsindən bəhs etməyəcəm!   
Mən sənə qurdun yaşayacağı hər yerdə özümə yuva qura 
biləcəyimdən söz açmayacam, Loviza!  
Mən  sənə  Alim  Qasımovun  bizi  ovsunlayan  mahnısının 
gizəmini anladacam:  
Yaramı sarı!.. 
 
*** 
Ağlım başımdan çıxdı. Cins şalvarlı dalğın qız harasa yoxa 
çıxmış, sarı örpəkli, sarı‐qızılı dekolteli, sarışın, mavi gözlü çılğın 
gözəllik dayanmışdı qapıda. Onu təriflədim:  
‐ Bu qədər gözəl olduğunu təsəvvür etmirdim!  
‐  Mən də bu qədər cəsarətsiz olduğunu!‐ içəri girəndə onu 
öpmədiyimə tənə elədi.  
Hər  ikimizə  qəhvə  süzdü.  Masanın  üzərindəki  kitabı 
götürüb  baxdım.  Kundalinidən  bəhs  edirdi.  Loviza  kitabın 
məzmunu haqda qısa bilgi verdi:  
‐  Kundalini  insanın  içində  yatmış  enerjidir.  Onu  oyandırmaq 
lazımdır!  Hər  insan  özü  körükləyə  bilər  o  alovu.  Sən  daxilən  hazır 
olmalısan, yoxsa yüz kitab, min müəllim qalaya bilməz o ocağı...  
Kundalinidən  çox  danışmadıq.  Şərab  içdik,  vals  oynadıq, 
aram‐aram özümüzə gəldik. Kundalini yada düşmədi, əsla. İşıqlar 
söndü. Zülmətdə qaldıq. Qucaqlaşdıq. Belimin naziyindən bir od 
qalxırdı.  “Eskato!  Bebeloy!”  pıçıldadı.  Mən  Loviza  ilə  ingiliscə 
danışırdım, dediyi son cümlə özgə dildəydi. Mənasını soruşdum.  
‐ Əsl yolçu olmayanlar bizi tərk etsinlər!  
Dövlətləri  otaqdan  qovduq.  Sərhədləri  əynimizdən 
soyunduq. 
 
97

‐  İşığa  qovuşmaq  üçün  qaranlığa  müqavimət  göstərmək 
lazım!  
‐  Sən  mistik  qəhrəmansan‐  dodaqlarından  öpməmə  fürsət 
verdi.  
İşıqlaşana  qədər  ibadət  etdik.  Kundalinidən  söz  açmağa 
macal tapmamışdıq.  
“Saboun xeyir, Odlar Yurdu” proqramında astroloq Ramal 
Yusifzadə sensassiyalı xəbəri şərh edirdi:   
‐  Təbii  odun  atəşgaha  birdən‐birə  qayıtması  Allahın  bizə 
rəhm eləməsidir!  
Allah hara, atəşgah hara!‐ səydərəşin səsini kəsdim. Özümü 
duş qəbul edən Lovizanın yanına saldım. Köpüklü vannada Loviza 
mənə  “Eskato!  Bebeloy!”  cümləsinin  işləndiyi  ezoterik  törəndən, 
yunanların “Elevsin Mistikləri” məktəbindən danışdı:  
‐ Onların rituallarından ancaq yarıyacan xəbərimiz var. İlk 
mərhələləri  adlayanlar  Əsl  Yolçu  elan  edilir,  and  içirdilər.  Uca 
rahib onlara gizli bilgiləri oxuyurdu. Əsl yolçular sirri saxlamağa 
söz verdiklərindən mərasimin axırı bizə qaranlıqdır.  
‐ Günümüzə çatan bilgilər?     
‐ Üzümçülüyə və şərabçılığa nəzarət edən Tanrı Dionis hər 
gün  ölür  və  dirilirmiş.  Hər  bahar  Elevsin  mistikləri  eyni  adlı 
şəhərdə,  tanriça  Persefonanın  şərəfinə  törən  düzənləyərmişlər. 
İştirakçılar  çoxlu  sınaqdan  keçərək  illüziyalar  aləminə  daxil 
olarmışlar.  Buradakı  rahib  əlində  tutduğu  gödək  çubuğu 
buxarların  və  dumanların  içərisinə  uzadar,  rəngarəng  anaforalar 
yaradarmış.  İştirakçılar  halqalara  girən  zaman  onlara  görünməz 
əllərin  toxunduğunu  və  yerə  çırpıldıqlarını  hiss  edərmişlər. 
Qorxaqlar  geri  çəkilər,  cəsurlar  irəli  gedərmişlər.  İrəli  gedənlərin 
girdiyi  tək  sütunlu  salonda  yer  üzündəki  bütün  pislikləri 
zərərsizləşdirən  və  insanlara  hücum  edən  vəhşi  heyvanların 
dilini‐ağzını  qurudan  bürünc  ağacın  altında  taxt  qurulurmuş. 
Taxtda yeraltı dünyanın sahibi Dionis oturar, yanında müqəddəs 
qız  Persefona  əyləşərdi.  İştirakçılar  törənin  əvvəlki  etaplarında 
 
98

baş  rahibənin  təsvir  etdiyi  cəhətlərə  əsasən  tanıyarmışlar  onu. 
Ritualın gedişində Persefona qışqırarmış:  
‐ ANA, İŞIQ!  
O əsnada məşəllər sönər, kimsə bağırarmış:  
‐ ÖLMƏK TƏKRAR DOĞULMAQDIR!  
 
NƏNƏMİN SANDIĞ
 
‐  Buyur,  abi,‐  ənənəvi  xitabla  Cahandar  Bayoğlunun 
zənginə cavab verdim. 
‐ Nə iş görürsən?  
‐ Oturmuşuq Azinlə, qonaqlıq gözləyirik... 
‐ Sən təzə xəbər denən, guya Siz nə vaxt qonaq gözləmisiniz 
ki? Elə həmişə qonaqlıq gözləyərsiniz, nə tüfəngə çaxmaq oldunuz, 
nə sünbəyə toxmaq... 
‐  Neyləyək  abi,  məsəli  səndən  uzaq,  zər  əhlində  kərəm 
yoxdur, kərəm əhlində zər!.. 
‐ Görürəm, darıxırsınız, durun gəlin yanıma... 
‐ Baş üstdə, abi, baş üstdə, sən olmasan, batarıq bataqlıqda!..   
Qapısı  açıq  idi.  Soba  xorhaxor  yanırdı.  Astananın 
qabağındakı  mətbəxdə  çaydan  özünü  öldürürdü.  Abi  soyuqdan 
gələcəyimizi  nəzərə  alıb  çaydanı  doldurmuş,  qırağa  qoymağı  və 
dəmləməyi öz öhdəmizə buraxmışdı. Əgər özümüzü yaxşı aparsaq, 
lap  dəqiqi,  onun  internetdə  dünənki  fəaliyyətini  azacıq  tərifləyə 
bilsək,  çayı  türk  şirniyatı  ilə  içəcəkdik.  Cahandar  Bayoğlu 
virtuallaşan  dünyanın  nəbzini  tutmuş  ilk  millətçilərdən  idi. 
“Paltalk” adlanan internet proqramında öz otağı vardı, hər həftənin 
şənbə günü türk dünyasının müqəddəratı orada həll olunurdı. “Ağ 
ev”ə, Kremlə, Çankaya köşkünə həftəlik mesajlarını Cahandar bəy 
oradan  verər,  Tehranın  sarayına  durmadan  atəş  açardı. 
Bayoğlunun  ofisinin  qalın  divarları  çöldən  həyətdəki  Hökümə 
xalanın  çığırtısına,  içəridən  siqaret  tüstüsünə  və  Araz  Elsəsin 
 
99

türkülərinə  alışmışdı.  O,  hər  dəfə  bilgisayarını  açanda  Boz  Qurd 
ağzını Savalana tutub ulayar, Əbülfəz Elçibəyi salamlayardı. Bəyin 
yanından  Mustafa  Kamal  Atatürk  və  Başbuğ  Alparslan  Türkeş 
asılmışdı.  Küncdəki  televizor  ancaq  “Kurtlar  vadisi”  teleserialı 
gedəndən‐gedənə açılardı, Bayoğlu həmin filmdəki Doğu bəyi çox 
sevər,  bölgədə  gedən  prosesləri  müxtəlif  dövlətlərin  dərin 
maraqları açısından  təhlil edəndə ondan sitatlar gətirərdi. Ayda bir 
dəfə  “Kütləvi  İnformasiya  Vasitələri  Evi”ndə  konfrans  keçirər, 
Güney  Azərbaycanda  azadlıq  mübarizəsini  qızışdırar,  Mahmudəli 
Çöhrəqanlıya qahmar çıxardı. Doktor Çöhrəqanlı xarıcdə sığınacaq 
alan  ərəfədə  yeni  qurum  yaratmış,  Güney  Azərbaycandakı  milli 
fəalların  müdafiəsinə  qalxmışdı.  Bütöv  Azərbaycan  yolunda 
qoyduğu qabığı “ETTELAT” qara dəftərinin arasında saxlayırdı.  
Təzə noutbuk yükünün xoruzun belində olmadığını masaya 
qoyurdu,  əli  yaxşı  idi,  dünən  “paltalk”a  qoşulub  Tehrana  iki 
“enter”  də  biz  vursaydıq,  bir  türk  lokantasında  boğazımızı 
isladırdıq  indi.  Sözü  gələcəkdən  salmaq,  keçmişə  boylanmamaq 
lazım idi. Mümkün deyildi! Araz Elsəsin uddurduğu qanın dalınca 
rakı  kar  eləməzdi  kimsəyə,  adamın  ürəyini,  ələ  düşsə,  qımız 
sərinlədərdi.  Atlar  tappatap,  tappatap,  tappatap,  tappatap 
zamandan  uzaqlaşırdılar.  Tappatap,  tappatap,  tappatap,  tappatap 
zamandan  uzaqlaşan  atlar  özünü  Araza  vururdular.  Çay 
qaynayırdı. 
Çaydan 
özünü 
öldürürdü. 
Atlar 
kişnəyirdi. 
Kişnəyənlər qanad açırdı. Qanad açanlar uçurdu. Uçanların dalınca 
ürəyimiz  atlanırdı,  ürəyimizi  qovurduq;  qovur,  qovur  gətirib  çaya 
tökürdük.  Çay  qaynayırdı.  Çaydan  özünü  öldürürdü.  Atlar  Arazı 
güldürürdü.  Araz  gülə‐gülə  axırdı.  Araz  gilə‐gilə  axırdı.  Arazgilə 
axırdı...   
‐  “Püff...  olmadı  daa!..”‐    Cahandarın  əsəbi  səsi  Arazgildə 
başmağımı cütləyib qabağıma qoydu.  
 ‐  Nə  olub,  abi?‐  bəlkə  onun  qəfil  reaksiyası  olmasaydı 
Arazgildə  Cavidanı  tapacaqdım.  Canlanmış  Cavidanı  çoxdan 
axtarırdım,  tapa  bilmirdim  və  lələyimi  qarlı‐çovgunlu  bir  qış 
 
100

səhərində  Bəz  qalasına  yorğalayan  atların  ayağının  palçığına 
batıra‐batıra  igidlik  eləyib  hələ  ad  qazanmamış  oğuz  oğlunu 
tərkində Baş Bəyliyə aparan ruhun son vücudunu çəkirdim.   
‐  Burada bir sual əskikdir... O sual qoyulmalıydı...  
‐  Özüm  ölüm,  şaqqalatdırar  adamı  Araz,  oxumur,  bir  ağ 
atın quyruğunu düyünlədir adama...‐ Azin hələ özünə gəlməmişdi.  
“Yox  ey,  burada  o  sual  mütləq  qoyulmalıydı  ki,  Babəkin 
atının  adı  nə  olub?  Qoyulmalıdır,  qoyulmalı  deyil?”–  Cahandar 
cavabımı  gözləmədən  Araza  qulaq  asa‐asa  göz  gəzdirdiyi  internet 
səhifəsindən moderatorun sualını oxudu: “Forumumuz üzvlərinə IX 
əsr  Azərbaycan  üsyançısı  Babək  Xürrəmi  haqqında  öz  fikirlərini 
paylaşmaq  imkanı  yaradır.  Onun  özü  və  başçılıq  etdiyi  xürrəm  hərəkatı 
haqqında həm tarixi qaynaqlarda, həm də günümüzdə  ziddiyyətli fikirlər 
söylənir. Bəs, Sizin fikrinizcə Babək kimdir?” 
Əyilib  özüm  baxdım,  sanki  ali  savadlı  adam  düz 
oxumamışdı.  “Yaxın  gəl  ey,  qırğın  gedir  virtual  dünyada”‐  Azini 
səslədim.  O,  divandan  qalxmadı.  Deputatlığa  namizəd  olmuş 
adamların  da  keçmə  belə  işindən,  bəzən  yaman  ağır  otururlar.  
Rəyləri ona oxudum:     
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin