Ministry of agriculture of azerbaijan republic



Yüklə 1,31 Mb.
səhifə3/16
tarix07.01.2017
ölçüsü1,31 Mb.
#4943
1   2   3   4   5   6   7   8   9   ...   16

SELEKSİYA. Mövcud və mütərəqqi genetik üsullarla əməli seleksiya üçün zəngin başlanğıç material və donorların yaradılması T.Mahmudovun rəhbərliyi altında S.Eldarov, L.Sadıxova, R.Məmmədrzayeva, A.Abbasov və T.Əhmədov tərəfindən tədqiqat işi davam etdirilmişdir.

Hesabat illərində eksperimental poliploid yolla alınmış G.arboreum x G.pal­merii və G.hirsutum x G.sturtii amfidiploid və seskvidiploid formaların ploidliyini təyin etmək üçün onların yarpaq aparatında ağızcıqların ölçüsü müəyyənləş­di­ril­mişdir.

Sekvidiploidlərdə dəyişkənlik əmsallarının nisbətən az olması artıq forma əmələ­gəlmə prosesinin getməsini sübut edir.

Digər ploidlik dərəcəsinin təyini üçün çiçəkdə tozcuq dənələrinin diametr ölçüləridir.

Hər iki amfidiploid formaların tozcuq dənələrinin diametrinin böyük olması xromosom sayı ilə əlaqədar olub, yəni xromosom sayı artdıqca hibridin orqanla­rının həcmcə iri olması müəyyənləşdirilmişdir.

Beləliklə, hər iki seskvidiploid kombinasiyaların istərsə ağızcıqların ölçüləri və istərsə də tozcuqların diametr ölcüləri müqayisə edilərək müəyyən olunmuşdur ki, bun­lar G.hirsutum növünün sortlarına uyğun olan göstəricilərdir. Bu sekvidip­loid­lərdə forma əmələgəlmə prosesinin tədricən tənzimlənərək, stabilliyə doğru istiqa­mətlənməsi ilə izah olunur.

Amfidiploid və seskvidiploid formaların təkrar olaraq G.hirsutum növünün sortları ilə hibridləşməsi 52 xromosomlu formaların sintez olunmasına zəmin yarada bilər. Bu da seleksiya və genetika tədqiqatlarında ümidverici donor kimi istifadə etmək mümkünlüyünü artırır.

Tədqiqatın digər istiqaməti eksperimental yolla alınmış amfidiploid və seskvi­diploid formaların sito-genetik metodla xromosom tiplərinin assosiasiyasının öyrə­nil­məsinə həsr edilmişdir. Belə ki, G.arboreum x G.palmerii heksaploidinin soma­tik hüceyrəsində dəqiq 78 xromosom olması müəyyən edilmişdir.

G.hirsutum x G.sturtii 2[(AD)1C1] genomuna malik heksaploidlərin somatik hüceyrəsində 74, 75 və müstəsna halda 78 xromosom sayına təsadüf olunmuşdur. Bu onu sübut edir ki, bu növlər genetik cəhətdən bir-birinə çox uzaqdır.

Həmçinin 18 ailə uzaq hibridləşdirmə, 15 ailə poligenom formalarla, 30 ailə heksaploid mənşəli formalardan, 15 ailə növlərarası hibridləşmədən, 14 ailə növ­daxili və 13 ailə mutagenez yolu ilə alınmışdır.

Bunlardan əlavə kəskin dilimli ağ və rəngli karlik formaları da alınmışdır ki, onla­rın üzərində istiqamətli iş aparılır.

Zəngin baş­lan­ğıc materialı əldə etmək üçün müxtəlif metod­lardan istifadə olunur ki, onlardan biri eksperimental mutagenez metodunu hesab etmək olar. Fiziki və kimyəvi mutagenləri ilə toxuma, bitkilərə, tozcuqlara təsir etmək­lə nəsildə bitkilərin genotipi dəyişilir və nəticədə istiqamətli fərqli seçmə və hibrid­ləşmə apararaq praktiki əhəmiyyətli formalar almaq olur.

Alınan nəticələr göstərir ki, mutant ailələrin bir çoxu 1, 2 və az miqdarda 3 əlamətə görə valideyn sortdan üstün olmuşlar. Bunlardan AzNİXİ-195-dən – 16 mu­tant ailəsi, Gəncə-80 – 8 seçilmişlər. Mutant ailələrdən –M3/36, M4/2, M4/3, M6/18 kompleks əlamətlərə görə seleksiya pitomnikinə keçirilə bilər, bir və iki əlaməti ilə fərqlənən mutantlar hibridləşmədə istifadə oluna bilər.

Beləliklə dünya kolleksiyasının öyrənilməsi nəticəsində kompleks göstəricilərinə görə normativ tələbata cavab verən nümunələr qeydə götürülmüşdür. Seçilmiş yüksək təsərrüfat qiymətli formaların se­lek­siyaçılar tərəfindən istifadə edilməsi tövsiyyə olunmuşdur.

Yüksək potensiallı, əlverişsiz xarici şəraitin törətdiyi streslərə, xüsusilə quraqlığa davamlı orta və zəriflifli pambıq sortlarının yaradılması Ə.Tağıyevin rəhbərliyi ilə N.Kazımov, M.Rzayeva, F.Qəhrəmanov, T.Bürcəliyeva, S.Süleymanova, İ.Ələsgərov, N.Namazova tərəfindən aparılmışdır.

Tədqiqat ilində fundamental xarakterli yaradıcı seleksiya işi, prosesin müxtəlif mərhələləri üzrə toplanmış hibrid, seleksiya, xətt və sortluq ma­te­rialların istiqamətli işlənməsi və sınağı davam etdirilmişdir.

Seleksiya prosesinin ilk mərhələsi olan bioloji tarlada (1-3 nəsil hibrid tarlası) 861 kombinasiyanın nəsli üzrə 2541 ailə istiqamətli öyrənilmiş, müvafiq mərhə­lələrdə öyrənilmək üçün 7025 ədəd fərdi seçmə yığılmışdır.

Bioloji tarlalarda (üç hibrid tarlasında) 124 hibrid kombinasiyasından 260 ailə istiqamətli işlənmiş, müxtəlif təsərrüfat göstəricilərinə görə 468 fərdi seçmə götü­rül­müşdür.

Seleksiya tarlalarında (üç seleksiya tarlasında) 54 hibrid kombinasiyası üzrə 126 ailə öyrənilmiş, 189 fərdi seçmə yığılmış, 56 ailə hesablı seçilmişdir.

Hesabat dövründə aparılan hibridləşmədə (40 kombinasiya) üstünlük bekk­ross üsuluna verilmişdir.

Müxtəlif torpaq iqlim şəraitində yeni pambıq sortlarının sınağı Ə.Tağıyevin rəhbərliyi ilə N.Əliyeva, D.Əliyeva, H.Yolcuyev, S.Ələsgərova tərəfindən aparılmışdır.

Hesabat dövründə müsabiqəli sort sınağında 287 yeni pambıq sortu öyrənilmişdir. Bunlardan Gəncə RAEM-də 115, Mil Təcrübə Stansi­yasında 102, Şirvan Təcrübə Stansiyasında isə 70 yeni pambıq sortu müsabiqəli yoxlanılmışdır.

2015-ci ildə Dövlət sort sınağına təqdim etmək üçün Gən­cə-185, Gəncə-195, Gəncə-200, Gəncə-202 pambıq sortları perspektivli hesab edilmişdir.

PAMBIĞIN TOXUMÇULUĞU. Toxumluq pambıq istehsalı üsullarının mövcud təsərrüfat qurumları şəraitinə uyğun təkmilləşdirilməsi M.Abbasovun rəhbərliyi ilə P.Əyyubova, Y.Namazova, S.Əliyeva, Ə.Aslanov, M.Kazımov tərəfindən yerinə yetirilmişdir.

2015-ci ildə 20 perpektivli sortun toxumçuluğu ilə məşğul olunmuşdur: Gəncə-182, Gəncə-181, Gəncə-170, Gəncə-158, Gəncə-132, Gəncə-164, Gəncə-160, Gəncə-180, Gəncə-195, Gəncə-185, Gəncə-202, Gəncə-200.

Gəncə-225, Gəncə-226, Gəncə-183, Gəncə-193, Gəncə-201, Gəncə-205, Gəncə-196, Gəncə-46 sortlardan ancaq ikisi Gəncə-196, Gəncə-46 pambığın goss.barbadenze növünə aiddir.

Sortların təmizliyi aprobasiyaya uyğun olmaqla emal və saxlanması tələb olunan qaydada yerinə yetirilmişdir: 3038, AzNİXİ-33, AzNİXİ-195, Muğan-395, AzNİXİ-104, AzNİXİ-170, Gəncə-8, Gəncə-2, Gəncə-78, Gəncə-80, Gəncə-110, Gəncə-114 sortlarının kifayət qədər toxum fondu yaradılmışdır.

Pambıq və şəkər çuğunduru sortlarının xəstəlik və zərərvericilərlə sirayətlənmə dərəcələrinə görə qimətləndirilməsi O.Məmmədovun rəhbərliyi altında T.Mürsəlova tərəfindən aparılmışdır.

Aparılmış tədqiqatda məqsəd yeni pambıq sortları, sort nümunələri və selek­si­ya materiallarının süni yaradılmış vilt fonunda xəstəliyə davamlılığına görə qiy­mət­ləndirilərək vilt və hommoz xəstəliklərinə qarşı potensial davamlılığını aşkar etməklə seleksiyaçılara sortların yaradılmasında başlanğıç ümidverici materiallar tövsiyyə etməkdən ibarətdir. Bu məqsədlə hesabat ilində seleksiyaçılar tərəfindən 20 yeni pambıq sortları, sort nümunələri və seleksiya materialları, eyni zamanda genetika laboratoriyası tərəfindən verilmiş pambığın dünya kolleksiyasının 20 nümunəsi öyrənilmişdir.

Tədqiqatın nəticələrində göstərilmişdir ki, hommoz xəs­təliyinin filqə yarpaq fazasında yeni pambıq sortları, sort nümunələri və seleksiya materiallarında yoluxma faizi, zərif lifli pambıq sortlarından Gəncə-196 və Gəncə-46-da, 5,3-9,1% təşkil edib.

Orta lifli pambıq sortlarında Gəncə-200 0,7%; Gəncə-205 1,7%; Nəzarət-3038– 2,1%, Gəncə-202-2,4%; Gəncə-222-3,1% hommoz xəstəliyinə yoluxmuşlar.

Qalan sortlar isə hommoz xəstəliyinə yoluxmamışlar: AzNİXİ-195; Gəncə-183; Gəncə-184; Gəncə-193; Gəncə-195; Gəncə-201; Gəncə-212; Gəncə-213; Gəncə-219; Gəncə-220; Gəncə-221; Gəncə-223 və Gəncə-226.

Gəncə-46; Gəncə-196; Gəncə-200; Gəncə-202; Gəncə-205; Gəncə-222 və Nəzarət 3038 hommoz xəstəliyinin filqə yarpaq fazasında yoluxma 9,1-0,7% arasında olmuşdur. Qalan sortlarda yoluxma müşahidə edilməmişdir.

Apardığımız tədqiqatın nəticəsi göstərmişdir ki, avqust ayının axırında, yeni pambıq sortları, sort nümunələri və seleksiya materialları arasında zərif lifli pam­bıq sortlarından Gəncə-196 və Gəncə-46, Fuzarioz vilt xəstəliyinə yoluxmuşlar.

Orta lifli pambıq sortlarından vilt xəstəliyinə nisbətən az yoluxan sortlardan Gəncə-212; Gəncə-184; Gəncə-195; Gəncə-219 və Gəncə-222 olmuşdur. Bu sortlarda yoluxma 19,0-21,6% arasında olmuşdur.

Qalan sortlarda yoluxma 22,6-37,5% arasında dəyişmişdir.

V.vilt xəstəliyinə orta dərəcədə yoluxan sort və nümunlərində (M.C.Hair-307; S-36 M-2, EXP-121; Seh star; Lanqard-548; Highland-34 SŞA; Striopen-31 A; S-9063) yoluxma faizi 20,9-27,5% 20,9-27,5% arasında təşkil etmişdir.

Qalan sortlarda yoluxma faizi çox 28,2-42,4% arasında qeydə alınmışdır.

Şəkər çuğunduru xalq təsərrüfatı əhəmiyyətli bitkidir. Şəkər çuğunduru şəkə­rin və heyvanı yemin istehsalında əsas texniki bitkidir.

Aparılmış tədqiqatda şəkər çuğundurunun üç xəstəliyi aşkar edilmişdir. Ser­kos­poroz (ağ ləkə), sarılıq və unlu seh.

Şəkər çuğundurunda aşkar edilmiş serkosporoz (ağ ləkə), sarılıq və unlu şeh xəstəliklərinə qarşı mübarizə tədbirləri: Məhsul yığımından sonra sahəni bitki qalıqlarından təmiz­lə­məli. Dərin şum etməli. Torpağı kalium (kalium xlorid) gübrəsi verilməsi bitkilərin xəstəliyə qarşı davamlılığını artırır. Vegetasiya dövründə xəstəliyə qarşı, kimyəvi mübarizə məqsədilə bitkilərə 10-12 gündən bir, cəmi 2-3 dəfə 1%-li Bordo mayesi çiləməli. Bu maye yarpaqların alt tərəfinə çilənməlidir. Hektara 500-600 litr istifa­dəsi səmərli olur.

0,4%-li sıneb, xlorlu mis-oksidi və polikarbamsin kimi preparatlardan biri ilə 2-3 dəfə çiləmənin aparılması çox faydalıdır. Serkosporoza qarşı güclü təsirə malik olan benlatın (0,6 kq/ha) istifadəsi məqsədəuyğundur.

Unlu şeh xəstəlik törədicisi göbələkdir. Sahəni bitki qalıqlarından təmizləməli növbəli əkin aparmaq və dərin şum etmək. Xəstəliyə qarşı bitkilərə iki dəfə (10-15 gün ara verməklə) kükürd çiçəyi tozlamalı. Bir hektar çuğundur sahəsinə 15-20 kq kükürd çiçəyi sərf olunur və ya 1%-li kükürdün kolloid suspenziyası (10 kq 1 hek.) çilənməlidir.

Eyni zamanda şəkər çuğunduru bitkisində zərərvericilərin sirayətlənməsi və yo­luxma dərəcəsinə görə qiymətləndirilməsi və davamlılığı öyrənilmişdir.

Zərərvericilərin növ tərkibi və miqdarını müəyyənləşdirmək üçün 7 gündən bir diaqonal üsulu ilə hesabat aparılıbdır.

Pambıq mənənəsi ilə rayonlaşmış və perspektivli sortlar bir mövsüm ərzində 0-2% arasında sirayətlənmişdir.

Tripslə mövsüm ərzində zədələnmə rayonlaşmış sortlarda 2-11%, perspektiv sortlarda isə 3-8% olmuşdur.

Kökdən gəmirən sovkalarla zədələnmə faizi rayonlaşmış sortlarda 5-8%, perspektivli sortlarda isə 3-6% olmuşdur.

BECƏRİLMƏ TEXNOLOGİYASI. Müxtəlif metodlarla torpağın münbitliyini yaxşılaşdıran və yüksək məhsul yetişdirilməsini təmin edən mütərəqqi texnologiyaların işlənib hazırlanması D.Marlamovanın rəhbərliyi altında G.Əliyeva, İ.Nəbiyev, İ.Əmiraslanov, A.Hacıyev, R.Həsənov, A.Əliyeva tərəfindən aparılmışdır.

Tədqiqatın apa­rıl­­masında məqsəd Gəncə-Qazax bölgəsinin suvarılan boz-qəhvəyi (açıq-şa­ba­lıdı) torpaqlarının münbitliyini artırmaq, şəkər çuğundurundan yüksək və key­fiy­yətli məhsul almaq üçün peyin zəminində mineral gübrələrin səmərəli nor­malarını müəyyən etmək olmuşdur.

Becərmə dövründə təcrübə sahəsində nəzərdə tutulmuş bütün işlər yerinə ye­ti­rilmiş və tələb olunan fenoloji müşahidələr aparılmışdır.

Üzvi və mineral gübrələrin, həm­çinin səpin müddətlərinin günəbaxan bitkisinin böyüməsinə, inkişafına və məhsul­darlığına təsirinin öyrənilməsi zamanı iş proqramında nəzərdə tutulan bütün aqrotexniki tədbirlərə əməl edilmiş, fenoloji müşahidələr başa çatmış və avqust ayının 1-ci ongünlüyündə məhsul toplanmışdır.

Qida sahəsindən asılı olaraq 1-ci variant üzrə 30,8; 2-ci variant-35,3; 3-cü variant üzrə isə 37,9 sentner məhsul götürülmüşdür.

Bu tədqiqatın davamı olaraq Şirvan bölgəsində də günəbaxan bitkisinin optimal aqrotexnologiyasının öyrənilməsinə başlanılmışdır.

Tədqiqatın təcrübələri Şirvan təcrübə stansiyasında ağır boz-çəmən torpaqlarında 3 təkrar 6 variantda (2 səpin müddətində) qoyulmuşdur. Təcrübədə iş proqramına əsasən aqrotexniki tədbirlər yerinə yetirilmişdir. Məhsuldarlıq faktiki olaraq orta hesaba 27,8 sentner olmuşdur.

2 variant 4 təkrarda Gəncə-195 pambıq sortu üzrə təcrübə qoyulmuşdur. Becərmə zamanı ilk olaraq şum aparılmayan variantlar­da alaqlanma səviyyəsi öyrənilmişdir.

Gəncə-Qazax bölgəsində Soya bitkisinin becərilmə texnologiyasının öyrənilməsi A. Əliyeva tərəfindən aparılmışdır.

Tədqiqatı aparmaqda məqsəd soyanın faydalılığını nəzərə alaraq onun optimal səpin müddətlərini, əkin sxemlərini və becərmə texnologiyasını öyrənib istehsalata töv­siyə etməkdir.

Burada 70x10 sm; 70x5 sm və 27x10 sm; 27x5 sm - 1 bitki saxlamaqla səpin sxemləri öyrənilmişdir. Becərmə dövründə nə­zər­də tutulan aqrotexniki tədbirlər yerinə yetirilmişdir.

Pambıq bitkisinin optimal gübrələmə sisteminin işlənib hazırlanması A.İbrahimov, H.Mustafayeva, L.Hüseynova tərəfindən aparılmışdır.

Aparılmış elmi-tədqiqat işləri sübut etmişdir ki, 6 tarlalı pambıq-yonca-taxıl növbəli əkin dövriyyəsində iki illik yoncanın yaratdığı münbitlik dörd il ərzində 3 il pambığın və 1 il taxılın qidalanmasını lazımi səviyyədə təmin etmir. Iki illik yon­­cadan sonra yaranmış münbitliyi saxlamaq üçün mütləq mineral və üzvü gübrələrdən istifadə olunmalıdır.

Gəncə Regional Aqrar Elm Mərkəzinin açıq şabalıdı torpaq tipində aparılmış çoxillik tədqiqat işi 12 variant üzrə ayrı-ayrı sahədə səpin 60x25x2 bitki sxemi ilə aparılmış və AzNİXİ-195 pambıq sortu səpilmişdir.

Aparılan tədqiqat nəticələrindən məlum olmuşdur ki, qida maddələrinin müştərək verilməsi, hər ikisindən istifadə olunmanı artırır. Buna görə də mineral gübrələrlə üzvi gübrələrin birgə verilməsində yaxşı nəticələr alınmışdır. N75P75 kq zəminində 5-10 ton peyinin (üzvi gübrə) əlavə olunmasında məhsuldarlıq orta hesabla 31,4-33,0 sentner olmuşdur ki, bu da nəzarət variantına nisbətən 9,7-11,3 sentner əlavə məhsulun alınması deməkdir.

Fasiləsiz pambıq əkinlərində üzvi və mineral gübrələrin norma və nisbətlərinin torpağın fiziki və kimyəvi xassələrinə və pambıq bitkisinin məhsuldarlığına təsiri A.İbrahimov, N.Hüseynov, R.Kərəvəliyev, G.Mehdiyeva tərəfindən həyata keçirilmişdir.

Torpağın münbitliyinin qorunması, onun saxlanması və yüksəldilməsi üçün respublikanın müxtəlif torpaq-iqlim şəraitində pambıqçılıq bölgələrində tədqiqat işləri aparılmışdır. Gəncə-Qazax bölgəsinin (AzETPİ-nin) boz-qəhvəyi, Şirvan böl­gəsinin (Şirvan TS) boz torpaqlarında gübrələrin sistematik olaraq verilməsi ilə tədqiqat işi aparılmışdır.

Təcrübə Gəncə Regional Aqrar Elm Mərkəzinin açıq-şabalıdı torpaqlarında 13 variantda aparılmışdır. Hər variant üzrə təcrübə ləklərinin sahəsi 120 m2 (40 m x 3 m) olmaqla 4 təkrardan ibarət qoyulmuş və AzNİXİ-195 pambıq sortundan istifadə edilmişdir. Fasiləsiz pambıq əkinlərində üzvi və mineral gübrələrin düzgün norma və nisbətdə verilməsi torpaqda münbitlik yaradır, onun keyfiyyətini yaxşı­laş­dırır, bu da öz növbəsində bitkinin inkişafına və məhsulun artmasına zəmin yaradır.

Üzvi və mineral gübrələrin birlikdə verilməsi hər iki bölgədə daha münasib olmuşdur, ələlxüsus mineral gübrələrin artırılan variantlarında. Boz-qəhvəyi tor­paq­larda nəzarətə nisbətən 4 ildə orta məhsul artımı 4,9-7,4 sentnerə qədər olduğu halda bu göstərici boz torpaqlarda 6,6-10,1 sentner olmuşdur. Ən yüksək məhsul hektara 9 ton peyin + N90P90K45 (hər il) variantda olmuşdur. Beləliklə, buradan be­lə nəticəyə gəlmək olar ki, gübrələrin sistematik olaraq uzun müddət pambıq sahə­lərində tətbiqi ilə hər iki bölgədə optimal normada verilməsi (yəni 9 ton peyin+ N90P90K45 (hər il) daha səmərəli olmuşdur.

Pambıq və çuğundur əkinlərində suya qənaət edici mütərəqqi suvarma rejimi və texnikasının işlənib hazırlanması Ə.Cabbarovun rəhbərliyi ilə S.Əliyev, Ə.İmanov tərəfindən aparılmışdır.

Təcrübə 2015-ci ildə Gəncə RAEM-in ərazisində Soyuz NİXİ metodikasına əsaslanaraq dörd variantda və dörd təkrarda qoyulmuşdur. Toxumların isladılması üçün subartezian quyusunun suyunun CO-3 cihazı vasitəsilə maqnitləşdirilmiş suyundan istifadə edilmişdir.

Cari ildə təcrübə sahəsində üç suvarma aparılmışdır. Buna əsaslanaraq pam­bıq və şəkər çuğundurunun vegetasiya müddətlərində birinci suvarma qabağı 70 sm, sonrakı suvarmalar qabağı isə 100 sm torpaq nümunələri götürülərək termo-çəki üsulu ilə torpaqda olan nəmlik ehtiyatı təyin edilmiş və variantlara müvafiq olaraq torpağın mütləq quru çəkisinə görə 15,5-16,3%, tam tarla su tutumuna görə isə 69,0-70,9% arasında tərəddüd etmişdir.

Pambıq bitkisinin böyüməsi və inkişafı üzərində aparılan fenoloji müşahidələr göstərmişdir ki, bitkilərin hündürlüyü variantlardan asılı olaraq 74,4-88,9 sm, bir kolda olan qozaların miqdarı 7,6-9,8 ədəd arasında dəyişmişdir. Hal-hazırda yığım qabağı bir qozanın çəkisini təyin etmək məqsədilə 25 bitki üzərində 50 qozanın yığılması nəzərdə tutulur.

Şəkər çuğundurunun inkişafına dair fenoloji müşahidələr onun köklərinin diametrlərinin ölçülməsi ilə aparılmışdır. Bu ölçmələrin nəticəsinə əsasən maqnitləşmiş su ilə isladılaraq əkilmiş çuğundur köklərinin diametri 9,7 sm, adi üsulla becərilmiş çuğundur köklərinin diametri 9,1 sm olmuşdur.

Pambığın vegetasiya suvarmalarının qlobal istiləşmə şəraitinə uyğunlaşdırılması üzrə də tədqiqat işi davam etdirilmişdir.

Elmi-tədqiqat işi Soyuz NİXİ metodikasına əsas­la­naraq Gəncə RAEM-in ərazisində qoyulmuşdur.

Təcrübə sahəsində aqrotexnoloji işləri Gəncə-Qazax bölgəsi üçün AzETPİ-nin işləyib hazırladığı və tətbiqi nəzərdə tutulan tövsiyələr əsasındakı ardıcıllıqlar nə­zərə alınaraq yüksək məhsul yetişdirmək üçün tətbiq edilən tədbirlər kompleksi həyata keçirilmişdir.

Təcrübədə iş proqramına əsasən birinci variantda vegetasiya suvarmaları tor­paq­da nəmlik ehtiyatı təyin edilməklə 70-70-65% suvarma rejimində, ikinci va­riant­da torpaq səthindən 0,5 metr hündürlükdə ölçülən effektiv temperatur göstəri­cilə­rinə əsasən və üçüncü variantda üç dəfə suvarmanın gününü (təqvim günü) tə­yin etmə yolu ilə suvarmalar aparılmışdır.

Elmi yeniliklərin, hazırlanmış texnologiyaların və yaradılmış yeni sortların istehsalata tətbiqi və təbliği üzrə işlər M.Vəliyeva tərəfindən aparılmışdır.

Cari ildə üç bölgədə (Gəncə, Tərtər və Beyləqan) nümayiş əkinləri aparılmış, 3 dəfə seminar və tarla günləri keçirilmişdir.



TƏRƏVƏZ, BOSTAN BİTKİLƏRİ VƏ KARTOF
Respublika əhalisinin tərəvəz, bostan və kartof məhsullarına olan tələbatının ilboyu təmin edilməsində yeni, ən müasir seleksiya və fizioloji metodlarla yüksək məhsuldar, müxtəlif yetişkənliyə malik, əsas xəstəlik və zərərvericilərə, abiotik amillərin stress təsirlərinə qarşı davamlı, açıq və örtülü sahə sort və birinci nəsil hibridlərinin yaradılaraq, əsas tərəvəzçilik bölgələrinin müxtəlif aqroekoloji torpaq-iqlim şəraitində sınaqdan keçirilərək seçilməsi, onların ilkin və reproduksiya toxumçuluğunun təşkil edilməsi istiqamətində tədqiqatlar ET Tərəvəzçilik İnstitutunda aparılmışdır.

Elmi-tədqiqat işləri Abşeron YTT, Qusarçay BTS, Lənkəran BTS, Tovuz BTS və Şəmkir DM-də aparılmışdır.



SELEKSİYA. Tərəvəz və bostan bitkilərinin seleksiya və fizioloji metodlar əsasında yeni, yüksək məhsuldar, əsas xəstəliklərə və zərərvericilərə, abiotik amillərin stress təsirlərinə qarşı davamlı sortların yaradılması, əlverişli nümunələrin respublikanın əsas tərəvəzçilik bölgələrində ekoloji sınağının keçirilməsi, seçilməsi və ilkin toxumçuluq işinin təşkili Z.Əliyeva və M.Yusifovun rəhbərliyi altında aparılmışdır.

Məhsuldar, zoğa getməyə davamlı payızlıq və yazlıq ağbaş kələm sortlarının yaradılması və ilkin toxumçuluğunun təşkili işi Z.Əliyeva, C.Rəşidov (Qusarçay BTS), M.Muradov (Lənkəran BTS) tərəfindən aparılmışdır.

Yazlıq ağbaş kələmin seleksiya işi üzrə təqdiqat hibrid, seleksiya, nəzarət, müsabiqəli sort sınaq sahəsi və 2014-cü ilin təcrübəsindən seçilmiş anaclıq bitkilərin 2015-ci ildə erkən yazda izolyasiyaya əməl edilməklə əkilmiş toxumluq bitkilər üzərində aparılmışdır.

Toxumlar şitilliyə may ayının 25-də səpilmiş, əkin isə iyul ayının 30-da aparılmışdır.

Oktyabrın 9-da I yığım aparılmış, 12-13 kq məhsul olmuşdur. Yığım dekabr ayının sonlarına qədər davam etmişdir.

Pomidorun müxtəlif yetişkənliyə malik məhsuldar, fuzarioz xəstəliyinə və əlverişsiz abiotik amillərə qarşı davamlı sortlarının yaradılması və ilkin toxumçuluğunun təşkili Ə.Eyvazov, İ.Əliyeva (Abşeronda), Ə.Məmmədov (Qusarçay BTS), S.Mahmudova (Lənkəran BTS) tərəfindən aparılmışdır.

Abşeron şəraitində hesabat ilində pomidorun 45 sortnümunəsi əkilmişdir.

Bu sortnümunələri müxtəlif vaxtlarda yetişkənliyinə, məhsuldarlığına, keyfiyyət göstəricilərinə, biomorfoloji əlamətlərinə, abiotik amillərin stress təsirinə qarşı davamlılığına görə sınaqdan keçirilmişdir.

Cari ildə pomidor üzrə elmi- tədqiqat işi aşağıdakı sahələrdə davam etdirilmişdir:

1. Başlanğıc material pitomnikinin kolleksiya sahəsində 12- nümunə (122, 124, 125, 127, 132, 133, 135, 136, 136a, 137, 138, 144) təkrarsız əkilmiş, nəzarət olaraq Volqoqrad 5/95 və Noviçok sortları götürülmüşdür.

Tezyetişkənliyinə görə 122 və 124 nömrəli sortnümunələr seçilmişdir.

Seleksiya pitomnikində- 6 nümunə (114,116, 119, 120, 121, 123) 2 təkrarda əkilmişdir. Nəzarət olaraq isə Elim və Yubiley-60 sortları götürülmüşdür.

Qiymətli- təsərrüfat göstəricilərinə görə isə sortnümunələrinin ümumi məhsul- darlığı 463,1- 514,2 s/ha arasında dəyişmişdir. Nəzarət sortlarda isə 472,0- 492,0 s/ha arasında olmuşdur.

Nəzarət pitomnikində 8 nümunə (4, 58, 87, 117, 118, 121, 129, 588) 2 təkrarda yetişdirilmiş, nəzarət olaraq Elim və Yubiley- 60 sortları ilə müqayisə olunmuşdur.

Qiymətli təsərrüfat xüsusiyyətlərinə görə də hibrid nəsillər seçilmişlər. Belə ki, ümumi məhsuldarlıq 490,4- 535,7 s/ha arasında olmuşdur.

Müsabiqəli sort- sınaq pitomnikində 7 əlverişli sort (80, 83, 93, 104, 111, A-75, X-142) 4 təkrarda yetişdirilmiş, nəzarət sort olaraq isə Elim və Zərrabi sortlarından istifadə olunmuşdur.

Qiymətli təsərrüfat göstəricilərinə görə cari ildə əlverişli sortların ümumi məhsuldarlığı 536,3- 593,7 s/ha olmuşdur. Nəzarət sortlarda isə 466,0- 502,6 s/ha arasında dəyişmişdir.

Çoxaltma sahəsində Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim olunmuş Azərbaycan-94, Mirvari sortları və bərpa məqsədilə Titan sortu əkilmişdir.

Toxumluq sahədə - Elim, Zərrabi, Nuru, Yubiley- 60, Xəzər, Şəkər və Leyla sortları əkilmişdir. Əsas məqsəd hər iki sahədən superelit və elit toxumların alınmasıdır.

Metodikaya tam uyğun olaraq 3 dəfə aprobasiya işləri aparılmış, bütün sortlardan 1,0 kq toxum istehsal olunmuşdur.

Lənkəran-Astara bölgəsi şəraitində pomidorun bərk meyvəli, rayonlaşdırılmış İlkin, Leyla, Zəfər və perspektiv 255, 256, 261 və s. sortlarının ilkin toxumçuluğunun elmi əsaslarla işlənməsi işi Ə.Babayev, H. Hüseynov tərəfindən yerinə yetirilmişdir.

Pomidorun bərkmeyvəli və rayonlaşmış İlkin, Leyla, Alsu, Zəfər və perspektiv 255, 257, 258, 708 sort nümunələrinin toxumçuluğunun elmi əsaslarla təşkilinə və həmçinin onların keyfiyyətli toxum istehalının genişləndirilməsinə böyük ehtiyac vardır.

Perspektiv və rayonlaşmış pomidor sortlarının məhsuldarlığı Alsu 227 s/ha, T-708- də isə 441 s/ha olmuşdur. St. İlkin sortu (424 s/ha) və st. Leyla (419,3 s/ha ilə müqayisədə ən az məhsuldarlıq Alsu sortunda (227 s/ha) müşahidə olunmuşdur. Ən yüksək məhsuldarlıq T-708 (441 s/ha)da müşahidə olunmuşdur ki, bu da st İlkin (419,3 s/ha) sortu ilə müqayisədə 17,0 s/ha, yaxud da 4,0%, st. Leyla (419,3 s/ha) sortu ilə müqayisədə 18 s/ha və ya 4,3% artım deməkdir.

Rayonlaşmış və perspektiv sortlardan 10 tipik bitki nişanlanmış, onlar üzərində müşahidələr, eyni zamanda təcrübə sahəsinə qulluq işləri aqrotexniki qaydalarına uyğun olaraq aparılmışdır.

“Məhsuldar, perenosporoz (yalançı unlu şeh) xəstəliyinə davamlı, saxlanmaya yararlı baş soğan sortlarının yaradılması və ilkin toxumçuluğunun təşkili O.Babayev tərəfindən aparılmışdır.

Hesabat ilində soğanın seleksiyası aşağıdakı pitomniklər üzrə aparılmışdır:

Kolleksiya pitomniki, müsabiqəli sort sınağı pitomniki, çoxaltma sahəsi.

Kolleksiya pitomnikində 4 (1, 14, 15, 16), müsabiqəli sort sınağı pitomnikində 3 (1, 8, 9) nömrəli sortnümunələri sınaqdan keçirilmişdir. Çoxaltma sahəsində 8 nömrəli sortnümunəsi artırıldı.

Kolleksiya pitomnikində hektardan orta məhsuldarlıq nəzarət sortda 218,0 sentner olduğu halda, sınaqdan keçirilən 14, 16 nömrəli sortnümunələrində 220,0-225,0 sentner olmuşdur.

Müqayisəli sortsınağı pitomnikində nəzarət sortda məhsuldarlıq 218,0 sentner olmuşdursa, 8 və 9 nömrəlidə 230,0-235,0 sentner olmuşdur ki, bu da nəzarət sortdan 12,0-17,0 sentner çoxdur.

Çoxaltma sahəsində 8 nömrəli sortnümunə artırılmışdır. Həmin nümunədən və təcrübə sahəsindən 251 kq baş soğan məhsulu istehsal olunmuşdur.

Hesabat ilində soğanın toxumçuluğu nəzarət sortla müqayisəli 8, 14, 15 nömrəli sortnümunələrində fenoloji müşahidələr aparılmış və təsərrüfat göstəricilərindən əsas hesab edilən bir çətirin toxumla və bir çətirdə olan toxumun çəkisi öyrənilnmiş, məlum olmuşdur ki, 8 nömrəli sortnümunədən bir çətirdən alınan toxumun çəkisi 14, 15 nömrəlidən və nəzarət sortdan 0,2-0,6 qram çoxdur.

Məhsuldar, pas xəstəliyinə davamlı, saxlanmaya yararlı sarımsaq sortlarının yaradılması və ilkin toxumçuluğunun təşkili A.Əliyev (Abşeron) və Z.Dadaşov (Qusarçay) tərəfindən aparılmışdır.

Hesabat ilində sarımsağın seleksiyası aşağıdakı pitomniklər üzrə aparılmışdır:

1. Başlanğıc material pitomnikinin kolleksiya sahəsi;

2. Seleksiya pitomniki;

3. Nəzarət pitomniki;

4. Müsabiqəli sortsınağı pitomniki;

5. Çoxaltma sahəsi;

Başlanğıc materiallar pitomnikinin kolleksiya sahəsi 3 (1, 2, 3), seleksiya pitomnikində 3 (1, 9, 16), nəzarət pitomnikində 4 (1, 90, 91, 92), müsabiqəli sortsınağı pitomnikində 4 (1, 23, 25, 93), çoxaltma sahəsində isə 3 (1, 2, 3) nömrəli sortnümunələri əkilmişdir.

Kolleksiya sahəsində 1m2 sahədən məhsul istehsalı nəzarət sortda 1,2 kq, 2; 3 nömrəli sortnümunələrində isə 1,4-1,6kq olmuşdur. Orta məhsuldarlıq nəzarət sortda 120 s/ha olduğu halda 2; 3 nömrəli sortnümunələrində 140-160 s/ha olmuşdur.

Seleksiya pitomnikində vahid sahədən məhsul istehsalı nəzarət sortda 5,8 kq; 9; 16 nömrəli sortnümunələrində isə 5,0-7,0 kq olmuşdur.

Orta məhsuldarlıq nəzarət sortda 58,0 s/ha olduğu halda, 9; 16 nömrəli sortnümunələrində 50,0-70,0 s/ha, bir ədəd soğanağın çəkisi nəzarət sortda 30,0 qr, 9; 16 nömrəli sortnümunələrində 28,8-37,0 qr, bir ədəd dişin çəkisi nəzarət sortda 3,3 qr, 9; 16 nömrəli sortnümunələrində isə 3,1-4,0 qram olmuşdur.

Nəzarət pitomnikində vahid sahədən nəzarət sortdan 5,3 kq, digər sortnümunələrindən isə 5,4-5,9 kq məhsul yığılmışdır. Ən çox məhsul 92 nömrəli sortnümunəsindən alınmışdır (5,9 kq).

Orta məhsuldarlıq nəzarət sortda 53,0 s/ha olduğu halda digər sortnümunələrində 54,0-59,0 s/ha olmuşdur. Ən yüksək məhsul 92 nömrəli sortnümunələrində qeydə alınmışdır (59,0 s/ha).

Müsabiqəli sortsınağı pitomnikində vahid sahədən nəzarət sortdan 4,1 kq məhsul alınmışdır. Bu göstərici digər sortnümunələrində 3,3-5.5 kq arasında olmuşdur. Ən çox məhsul 25 nömrəli sortnümunəsində olmuşdur (5,5 kq). Əmtəəlik məhsul nəzarət sortda 89,5 % olduğu halda, digər öyrənilən sortnümunələrində 90,5-92,5 % arasında olmuşdur.

Çoxaltma sahəsində 1, 2, 3 nömrəli sortnümunələri artırılmışdır. 1 nömrəlidən vahid sahədən 5,0 kq, 2 nömrəlidən 6,6 kq, 3 nömrəlidən isə 8,5 kq məhsul alınmışdır. Əmtəəlik faizi 1 nömrəlidə 90,1 2 nömrəlidə 94,8; 3 nömrəlidə isə 94,3% olmuşdur.

Ən çox məhsuldarlıq 3 nömrəli sortnümunəsində müşahidə edilmişdir (85,0 s/ha).

Badımcanın müxtəlif yetişkənliyə malik məhsuldar, fuzarioz xəstəliyinə və əlverişsiz abiotik amillərə qarşı davamlı sortlarının yaradılması və ilkin toxumçuluğunun təşkili Ə.Eyvazov, İ.Ş.Əliyeva (Abşeronda) tərəfindən aparılmışdır.

2015- ci ildə badımcanın seleksiya işi üzrə onun 29 sortnümunəsindən istifadə olunmuşdur.

Sortnümunələr müxtəlif vaxtlarda yetişkənliyinə, morfoloji əlamətlərinə, abiotik amillərin mənfi təsirinə qarşı davamlılığı istiqmətində sınaqdan keçirilmişdir.

Başlanğıc material pitomnikinin kolleksiya sahəsində 7 nümunə (137b, 140a, 140b, 141, 142, 143, 69b) təkrarsız, nəzarət kimi Zəhra, Gəncə sortları öyrənilmişdir.

Fenoloji müşahidələrin nəticələrinə görə sortnümunələr yetişkənliyi tez və ortayetişən qrupa aid olmaqla 99- 120 gün arasında dəyişmişdir.

Bir bitkidən alınan məhsuldarlıq sortnümunələri arasında 0,8- 1,5 kq olmuşdur.

Seleksiya pitomnikində - 4 nümunə ( 10, 15, 64, 134) 2 təkrarda, nəzarət olaraq Zəhra, Gəncə sortları götürülmüşdür.

Badımcanın seçilmiş tezyetişən nümunələrində vegetasiya dövrünün uzunluğu 117-118 gün olmuşdur ki, bu göstərici nəzarət Gəncə sortunda 111 gün, Zəhra sortunda 127 gündür.

Qiymətli- təsərrüfat göstəricilərinə görə sortnümunələrdə ümumi məhsuldarlıq 478,2- 517,6 s/ha , nəzarət sortlarda isə 449,1- 454,7 s/ha arasında olmuşdur.

Ümumi məhsuldarlığa görə 15 və 134 nömrəli sortnümunələr seçilmişdir.

Nəzarət pitomnikində 6 yekcins sort (69, 69a, 24, 93, 75, 77) öyrənilmiş, nəzarət kimi Zəhra və Məhərrəm sortları ilə müqayisə olunmuşdur.

Yetişkənliyinə görə sortnümunələr tez və ortayetişən qrupa daxil olmaqla 117- 128 gün arasında dəyişmşdir.

Qiymətli- təsərrüfat göstəricilərinə görə məhsuldarlıq yekcins sortlarda 505,0- 550,0 sen/ha, nəzarət sortlarda isə 468,3- 469,6 s/ha arasında dəyişmişdir. Ən yüksək məhsul 75və 69 nömrəli sortnümunələrdə müşahidə olunmuşdur.

Müsabiqəli sort sınaq pitomnikində 7 əlverişli sort (43, 50, 51, 52, 94, 95, 122) nəzarət kimi Zəhra, Gəncə və Məhərrəm sortları ilə müqayisəli öyrənilmişdir.

Fenoloji müşahidələrin göstəricilərinə görə sortlar 117- 124 gün olmaqla tez və ortayetişən qrupa aid olmuşdur. Nəzarət sortlar isə ortayetişən qrupa daxil olmaqla 122- 124 günə yetişirlər.

Qiymətli- təsərrüfat göstəricilərinə görə sortlarda ümumi məhsuldarlıq 494,8- 557,8 s/ha arasında olmuşdur.

Toxumluq sahədə 5 rayonlaşmış sort Zəhra, Gəncə, Billur, Türkan, Məhərrəm yerləşdirilmişdir. Əsas məqsəd bu sahədə olan sortlardan superelit toxumlarının alınması olmuşdur.

Yalançı unlu şeh xəstəliklərinə davamlı xiyar sortlarının yaradılması və ilkin toxumçuluğun təşkili B.Məmmədzadə, S.İsmayılova (Abşeron), A.Qurbanov (Qusarçay BZTS) tərəfindən aparılmışdır.

2015-cü ilin elmi-tədqiqat işində kolleksiya sahəsində Rusiya, İndoneziya və Macarıstandan gətirilmiş 12 sortnümunə (1,2,3,4,5,6,7,8,9,10,11,12) təkrarsız öyrənilmişdir. Bu sortnümunələr yerli Azəri sortu ilə müqayisə olunmuşdur.

Müsabiqəli sort- sınaq pitomnikində 4 sortnümunə Azəri sortu ilə müqayisəli şəkildə aparılmışdır.

Məhsuldar, unlu-şeh və antraknoz xəstəliklərinə davamlı, saxlanmaya yararlı, yüksək biokimyəvi tərkibə malik bostan bitkiləri (qarpız və yemiş) sortlarının yaradılması və ilkin toxumçuluğunun təşkili Z.Əliyeva tərəfindən aparılmışdır.

Bostan bitkilərinin seleksiyası üzrə tədqiqat işi başlanğıc material pitomnikinin kolleksiya sahəsi, müsabiqəli sort-sınaq pitomniki, çoxaltma sahəsində aparılmışdır.

Başlanğıc material kimi pitomnikin kolleksiya sahəsində İndoneziyadan alınmış 7 yemiş nümunəsi və 2 qarpız nümunəsi səpilmişdir. Bundan əlavə Sabirabaddan gətirilmiş 2 yerli yemiş nümunəsi (№8, №9 ) öyrənilmişdir.

Müsabiqəli sort-sınaq pitomnikində qarpızın №10, №11 və Şaban sortnümunələri yerləşdirilmişdir.

Toxumluq sahədə qarpızın rayonlaşmış “Mərcan” sortu, yemişin SNSMüDK-da olan “Veteran” və rayonlaşmış “Kolxoznitsa” sortları yerləşdirilmişdir.

Yemiş sortnümunələrindən-1400q, qarpız sortnümunələrindən isə-900 q toxum istehsal olunmuşdur.

Bibər (şirin və acı) bitkisinin rayonlaşdırılmış və SNSM üzrə DK-na təqdim olunmaq üçün nəzərdə tutulmuş perspektiv sortlarının ilkin toxumçuluğunun təşkili Z.Əliyeva, A.Dadaşov (Qusarçay BZTS) tərəfindən həyata keçirilmişdir.

Bibər bitkisinin (şirin və acı) tədqiqat işi rayonlaşdırılmış və perspektiv sortların ilkin toxumçuluğundan ibarət olmuşdur.

Bu iş çiçəklərin qarışıq tozlanmaya məruz qalmaması üçün şirin və acı bibər olaraq illər üzrə növbələşir. Cari ildə bu məqsədlə rayonlaşmış acı bibər sortu olan Göy göl sortundan superelit və elit toxum almaq məqsədilə 6 apreldə səpin, 23 mayda isə əkin aparılmışdır.

Cari ildə bu sortun üzərində 3 dəfə aprobasiya işləri aparılmış, seçilmiş elit bitkilərdən əl ilə 300 q superelit toxum, toxumçıxaran maşınla isə 1,5kq yüksək reproduksiyalı elit toxum əldə edilmişdir.

Rayonlaşmış və perspektiv lobya sortlarının fotosintez fəaliyyətinin və məhsuldarlığının su rejimi ilə əlaqədar öyrənilməsi M.Yusifov tərəfindən aparılmışdır.

Bu iş üzrə tədqiqat işlərini aparmaq üçün lobya bitkisinin Sevinc və Bəyaz sortlarından istifadə olunmuşdur. Bu sortlar vegetasiya suvarmalarının sayına görə təsnif edilmiş, kəskin (4 dəfə suvarma), sərt (8 suvarma ilə) və normal (12 suvarma) suvarma rejimlərində aşağıdakı məsələlər öyrənilmişdir:



  1. Bitkilərdə yarpaqların sayı

  2. Yarpaq səthinin böyümə dinamikası

  3. Yarpaqlarda suyun miqdarı

  4. Yarpaqların mütləq səth sıxlığı

  5. Yarpaqlarda fotosintez piqmentlərinin toplanma dinamikası

  6. Gövdələrin uzunluğu

  7. Bioloji kütlənin toplanma dinamikası

  8. Məhsuldarlığın təyin edilməsi

  9. Məhsulun struktur elementləri

Aparılmış tədqiqatların nəticələri göstərmişdir ki, kəskin (4 suvarma) və sərt (8 suvarma) suvarma rejimlərində yaranmış su qıtlığının nəticəsində baş vermiş torpaq quraqlığı göstərilmiş məsələlərdə özünün mənfi təsirini göstərmiş və bitkilərin boy və inkişafı zəifləmişdir. Bu zaman bitkilərin boyu qısalmış, yarpaqların sayı və səthləri azalmış, yarpaqlarda suyun və piqmentlərin miqdarı, həmçinin bioloji kütlənin miqdarı və məhsuldarlığı xeyli azalmışdır.

Rayonlaşdırılmış və prespektiv bibər sortlarının stress amillərə qarşı davamlılığının təyin edilməsi G.Qati tərəfindən aparılmışdır.

Bu iş üzrə tədqiqat işlərini aparmaq üçün acı bibərin Göygöl sortu götürülmüşdür. Bu sortun quraqlığa davamlılığını təyin etmək üçün yarpaqlarda suyun miqdarı, su qıtlığı və susaxlama kimi su mübadiləsi məsələləri tədqiq olunmuşdur. Həmin məsələlər üzrə göstəricilər müvafiq olaraq 80,0, 19,2 və 19,4% təşkil etmişdir. Alınmış bu göstəricilər Göygöl acı bibər sortunun orta dərəcəli quraqlığa davamlı olmasını göstərmişdir.

Kartof sortlarının gübrə rejimi ilə əlaqədar fotosintez fəaliyyətinin və məhsuldarlığının öyrənilməsi K.Qasımov tərəfindən aparılmışdır.

Tədqiqat işlərini aparmaq üçün Sevinc, yerli və introduksiya olunmuş Monoliza kartof sortları istifadə olunmuşdur. Bu sortlar mineral və üzvi gübrələr sxemində müqayisəli şəkildə öyrənilmişdir.

Gübrə sxemi aşağıdakı kimi olmuşdur:

1.Gübrəsiz (nəzarət), 2. N120 P120 K90, 3. N120 P120, K90 +20 t.p, 4. N169 P160 K120

Tədqiqat işlərində aşağıdakı məsələlər öyrənilmişdir: yarpaq səthinin böyüməsi, dinamikası, yarpaq səthinin mütləq səth sıxlığı, yarpaq səthinin fotosintez potensialı, fotosintezin xalis məhsuldarlığı, bioloji kütlənin toplanma dinamikası, bir bitkinin kökündə yumruların sayı və orta çəkisi, məhsulun yığılması və hesablanması.

Göstərilən məsələlər vegetasiya ərzində dinamik şəkildə öyrənilmişdir. Məlum olmuşdur ki, yarpaqların maksimal həddi bütün sortlarda bitkilərin çiçəkləmə, inkişaf fazasında yaranmışdır. Bu zaman Sevinc və Monoliza sortlarında daha çox yarpaq səthi yaranmışdır.

Bioloji kütlənin miqdarında da oxşar nəticə olmuşdur, yəni həmin sortlar üzrə gübrə dozalarında müvafiq olaraq 33,0 və 36,9; 38,6 və 42,0; 41,0 və 45,8; 39,7 və 43,3 sen/hek təşkil etmişdir.



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin