Ministry of agriculture of azerbaijan republic



Yüklə 1,31 Mb.
səhifə5/16
tarix07.01.2017
ölçüsü1,31 Mb.
#4943
1   2   3   4   5   6   7   8   9   ...   16

II. “SUBTROPIK BITKILƏR”

SELEKSİYA. Subtropik, qərzəkli, sitrus meyvə bitkilərinin şaxtaya, xəstəlik və zərərvericilərə davamlı yerli sortlarını öyrənməklə yeni məhsuldar sortlarını yaratmaq və seçmək C.Məmmədov, P.Əhmədi və F.Abdullayevin rəhbərliyi altında aparılmışdır.

Narın xəstəlik, zərərvericilər və şaxtaya davamlı yeni sortlarını yaratmaq, mövcud sortlarını öyrənmək və ən perspektivlilərini SNSMDK-na təqdim etmək M.Əliyev tərəfindən aparılmışdır.

Tədqiqat işi Göyçay Dayaq Məntəqəsində, nar kolleksiya bağında, 65-ə qədər introduksiya olunmuş, xalq seleksiya yolu ilə əldə edilmiş və həmçinin institutun seleksiya sortları və hibrid formaları üzərində aparılır. Təcrübə sahəsi 8,4 ha olub, bitkilərin qida sahəsi 5x5 m-dir.

Yeni nar sortları yaratmaq məqsədilə 10 kombinasiyada sortlararası çarpazlaşdırma işi aparılmış, hər kombinasiyada 4-5 çiçək olmaqla, cəmi 45 ədəd çiçək tozlandırılmış, 33 ədəd sağlam meyvə alınmış və onlardan 858 ədəd hibrid toxumu tədarük edilmişdir.

Sort və formalardan asılı olaraq bir koldan alınan məhsul 18-45 kq arasında dəyişmiş, hektardan isə 72,0-180,0 sentner təşkil etmişdir.

Xurmanın xəstəlik, zərərvericilər və şaxtaya davamlı olan yeni məhsuldar sortlarını yaratmaq, mövcud sortlarını öyrənmək və ən perspektivlilərini DSS-na təqdim etmək Z.Məmmədova tərəfindən Göyçay DM-də 1.0 hektar kolleksiya xurma bağında, 28 sort və forma üzərində aparılmışdır. Müşahidə altında olan sortların fenologiyası öyrənilmişdir.

Sortlar üzrə zoğların böyümə dinamikası öyrənilmiş və bir zoğun orta uzunluğu 27-33 sm olmuş, ən uzun zoğ 27235 №-li hibriddə, ən qısa isə Qoşo və Xaçia sortunda qeydə alınmışdır. Sortların məhsuldarlığı orta hesabla bir ağacdan 20-200 kq arasında dəyişmiş, ən çox məhsul 27235 № hibrid formasında, ən az isə XX əsr və Tozlayıcı № 8 sortlarında olmuşdur.

Zeytunun xəstəlik və zərərvericilərə davamlı yeni sortlarını yaratmaq, mövcud sort – formalarını öyrənmək və seçmək N.Lisixina tərəfindən aparılmışdır.

Tədqiqat işi Abşeron TS-da, zeytun seleksiya bağında 45 sort, forma və hibrid üzərində aparılır. Müşahidə altında olan bitkilərin fenologiyası öyrənilmişdir.

Sort və formaların məhsuldarlığı orta hesabla bir ağacdan 17,0-23,0 kq arasında dəyişmiş, ən yüksək məhsul 40, 44, 47, 80, 98 və 144 saylı hibrid formalarında (20,0-23,0 kq/ağac), ən az isə 100, 83, 22 və 37 saylı hibrid formalarında (17,0-17,5 kq/ağac) qeydə alınmışdır.

Püstənin mövcud sortlarını öyrənmək və seçməklə ən perspektivlilərini SNSMDK-na təqdim etmək C.Məmmədov, F.İskəndərova tərəfindən Abşeron TS-nın və Göyçay DM-nin kolleksiya bağında, müxtəlif həyətyanı sahələrdə əkilmiş 25 sort və forma üzərində aparılmışdır.

Hesabat ilində müşahidə altında olan sort və formaların fenologiyası öyrənilmiş, sort və formaların xəstəlik və zərərvericilərə davamlılığı, məhsuldarlığı və keyfiyyət göstəriciləri öyrənilmiş, müəyyən edilmişdir ki, sortların məhsuldarlığı bir ağacdan 0,2-14,3 kq, hektardan isə 0,6-39,6 sentner arasında dəyişmiş, ən çox məhsul Binə qəsəbəsində həyətyanı sahədə becərilən formada qeydə alınmışdır.

Azərbaycanda yayılmış əncir sortlarının kolleksiya bağlarını yaratmaqla onların aqrobioloji xüsusiyyətlərinin öyrənilməsi A.İbahov tərəfindən Zərdabi adına ETB-da 2011-ci ildə salınmış 0,04 ha əncir kolleksiya bağında aparılmışdır.

Hesabat müddəti ərzində Abşeron, Göyçay, Quba, Xaçmaz rayonlarında ekspedisiyalar keçirilmiş, əncirin 16 sort və forma müxtəlifliyi aşkar edilməklə pasportlaşdırmış və hər sort və formadan 7 ədəd pöhrə götürülərək Zərdabi ETB-da yaradılmış kolleksiya bağına əkilmişdir. Sort və formaların toplanması istiqamətində işlər davam etdirilir.

İnnabın mövcud sort və formalarının öyrənilməsi və seçilməsi G.Məmmədova tərəfindən aparılmışdır.

Tədqiqat işi Abşeron TS-nın innab kolleksiya bağında aparılır. Tədqiqat obyekti kimi innabın Abşeron, Nəsimi, Əhmədi, İradə, Azəri, Xurmayı, Mərdəkan, Ulduz, Babək sortları və F-43, F-24, F-169 və F-18 saylı hibrid formaları götürülmüşdür.

Müşahidə altında olan sort və formaların fenologiyası öyrənilmişdir. Öyrənilən sort və hibrid formalarının məhsuldarlığı orta hesabla bir ağacdan 17,0-34,0 kq arasında dəyişmiş, ən yüksək məhsul Azəri (34,0 kq), Babək (31,0 kq) və Xəzəri (28,5 kq) sortlarında qeydə alınmış, nəzarət sortu kimi götürülmüş Nəsimi sortunda isə bu göstərici 26,0 kq təşkil etmişdir.

Cari ilin və əvvəlki illərin nəticələrinə görə yüksək təsərrüfat-bioloji və keyfiyyət göstəricilərinə malik olan 2 hibrid forması F-26 (İradə) və F-535 (Babək) Dövlət Sort Sınağına təqdim edilmək üçün seçilmiş, İradə sortu 2015-ci ildə rayonlaşmaya qəbul edilmişdir.

Qərzəkli meyvə bitkilərinin tez məhsula düşən nazik qabıqlı, yüksək yağlılığa malik, kompleks davamlı yeni sortlarını yaratmaq və mövcud sortlarını öyrənmək (fındıq üzrə- Şəki-Zaqatala bölgəsində) P.Əhmədi və İ.Soltanov tərəfindən aparılmışdır.

Tədqiqat işi Zaqatala DM-də fındıq kolleksiya bağında 30 sort və 22 forma üzərində aparılır. Müşahidə altında olan bitkilərin fenologiyası öyrənilmişdir. Sortların məhsuldarlığı orta hesabla bir ağacdan 5,0-16,0 kq arasında dəyişmişdir (qərzəksiz).

Ən az məhsul Kudryavçik sortunda (5,0 kq), ən çox məhsul isə Ata-baba (16,0 kq), Qalib (10,5 kq) və Şiş fındıq (10,0 kq) sortlarında qeydə alınmışdır.

Yeni fındıq sortlarını yaratmaq məqsədilə 15 kombinasiyada 338 ədəd çiçək tozlandırılmış, birinci yoxlamadan sonra 45 ədəd, ikinci yoxlamadan sonra cəmi 56 ədəd, 3-cü yoxlamadan sonra 94 ədəd, cəmi 195 ədəd çiçəyin tökülməsi müşahidə edilmiş, vegetasiyanın sonuna 143 ədəd meyvə əldə edilmişdir. Növbəti ildə onları seleksiya tingliyinə səpmək üçün müvafiq hazırlıq işləri yerinə yetirilir.

Qərzəkli meyvə bitkilərinin tez məhsula düşən, nazik qabıqlı, yüksək yağlılığa malik, kompleks davamlı yeni sortlarını yaratmaq və mövcud sortlarını öyrənmək (yunan qozu üzrə) P.Əhmədi və N.Abdullayeva tərəfindən Zaqatala DM-də 3 ha kolleksiya qoz bağında, 46 sort və forma üzərində aparılmışdır. Bitkilər üzərində fenoloji müşahidələr aparılmış, sort və formaların vegetasiya müddətinin uzunluğu 225-233 gün arasında dəyişmişdir. Sort və formaların məhsuldarlığı orta hesabla bir ağacdan 0-13,0 kq arasında dəyişmişdir.

Əvvəlki illərdə və 2015-ci ildə əldə edilmiş 171 ədəd hibrid toxmacarlarına müvafiq qulluq edilmiş, onların vəziyyəti qənaətbəxş səviyyədədir. Onların daimi yerinə, daha doğrusu hibrid bağına köçürülməsi məqsədilə hazırlıq işləri yerinə yetirilir.

Quba-Xaçmaz bölgəsində mövcud olan Şərq xurması bitkisinin torpaq-iqlim şəraitinə adaptiv, yüksək səmərəliliyə malik olan sortların seçilməsi və yeni sortların yaradılması F.Həsənov tərəfindən Zərdabi ETB-da 2001-ci ildə salınmış 1 ha xurma bağında aparılmışdır.

Hesabat ilində seleksiya işi ilə yanaşı xurma sortlarının təsərrüfat-bioloji xüsusiyyətlərinin öyrənilməsi üzrə tədqiqat işləri aparılmışdır. Müşahidə altında olan sortların inkişaf fazaları, məhsuldarlığı, xəstəlik və zərərvericilərə davamlılığı və keyfiyyət göstəriciləri öyrənilmişdir. Müəyyən edilmişdir ki, yüksək məhsuldarlığına görə Xiakume, Xaçia və Tamopan sortları fərqlənmiş, bu sortların məhsuldarlığı orta hesabla bir ağacdan 60 kq təşkil etmişdir. Ən az məhsul Qoşo sortunda qeydə alınmışdır.

Sitrus meyvə bitkilərinin mövcud sort və formalarının yeni genefond- kolleksiya bağlarını salmaq, narıngi bitkisinin mövcud sortlarını öyrənmək və seçmək üzrə tədqiqat işi N.Məcidova tərəfindən Lənkəran Çay Filialında aparılmışdır.

Kolleksiya bağında 6 naringi, 8 limon, 5 portağal, 3 qreyfrut, 1 kinkan və digər sitrus bitkilərinin cəmi 75 ədəd bitkisi vardır və ümumi sahəsi 0,1 hektardır.

Cari hesabat ilində aşkar edilmiş sort və formalar, eləcə də müşahidə altında olan naringi bitkisinin sort və formaları üzərində müvafiq müşahidə və ölçü işləri aparılmışdır. Müşahidə altında olan naringi bitkisi ağaclarının hündürlüyü 1,4-1,7 m, çətirin diametri 0,7-0,9 m arasında tərəddüd etmişdir. 5 yaşlı ağacların məhsuldarlığı orta hesabla bir ağacdan 3-5 kq təşkil etmişdir. Ən yüksək məhsul Unşiu və Karlik tezyetişən sortlarında, ən az isə Unşiu gecyetişən sortunda qeydə alınmışdır.

Sitrus meyvə bitkilərinin mövcud sort və formalarının yeni genefond-kolleksiya bağlarını salmaq, limon bitkisinin mövcud sortlarını öyrənmək və seçmək Ə.Məlikov tərəfindən Lənkəran Çay Filialında 2009-cu ilin noyabr ayında 4x2,5 m əkin sxemi ilə əkilmiş təcrübə sahəsində kolleksiya bağında aparılmışdır.

Tədqiqatın obyekti limon bitkisinin 8 sort forması olub, daimi müşahidə və ölçü işləri onların 24 ədəd ağaclarında aparılmışdır. Müşahidə altında olan sortların məhsuldarlığı (4-6 yaşlı ağacların) orta hesabla bir ağacdan 3,6-4,5 kq həddində olmuş, ən yüksək məhsul Yeni Gürcüstan sortunda qeydə alınmışdır. Ağaclar cavan olduğuna görə Türkiyə limonu, Evrika və Lisbon sortlarında az məhsul qeydə alınmışdır.

Kivi bitkisinin mövcud sort və formalarını öyrənmək, yeni məhsuldar sortları introduksiya etmək, şaxtaya davamlılığına, məhsuldarlığına, məhsulun keyfiyyətinə görə üstün olanlarını seçmək F.Abdullayev və M.Şirəliyev tərəfindən Lənkəran Çay Filialında 2009-cu ilin yazında 5x3 m sxemi ilə əkilmiş 250 m2 və 2001-ci ildə 5x2 m sxemi ilə əkilmiş 210 m2 sahədə kivi bitkisinin 10-a yaxın sort və formaları, eləcə də bölgənin əsas həyətyanı və kəndli-fermer təsərrüfatlarında becərilən sortlar üzərində aparılmışdır.

Cari ildə sort və formalarda fenoloji fazaların dəyişməsi öyrənilmişdir.

Öyrənilən sortların məhsuldarlığı orta hesabla bir lianda 52-85 kq arasında dəyişmiş, ən yüksək məhsul Şəhla sortunda (85,0 kq), ən az isə Brinq sortunda (52 kq) qeydə alınmışdır.

Feyxoa bitkisinin mövcud sort və formalarını öyrənmək, yeni sortları introduksiya etmək, şaxtaya davamlı, məhsuldar olan sortlarını seçmək F.Abdullayev və Ə.Məlikov tərəfindən Lənkəran Çay Filialının feyxoa kolleksiya bağında aparılmışdır.

Cari ildə müşahidə altında olan 4 forma üzərində fenoloji müşahidələr aparılmış, feyxoa formalarında meyvə bağlama faizi öyrənilmişdir. Sort və formaların məhsuldarlığı 24-30 kq arasında olmuş, bir meyvənin orta kütləsi formalardan asılı olaraq 58,0-97,0 q həddində dəyişmişdir. Yüksək məhsuldarlığına və meyvənin iriliyinə görə əvvəlki ildə olduğu kimi Şölə və Sərxan sortları fərqlənmişlər.



BECƏRİLMƏ TEXNOLOGİYASI. Subtropik və sitrus meyvə bitkilərinin yüksək və sabit məhsuldarlığını təmin edən intensiv becərmə texnologiyasını, onların xəstəlik və zərərvericilərinə qarşı ekoloji cəhətcə təhlükəsiz mübarizə tədbirləri sistemini işləyib hazırlamaq və təkmilləşdirmək C.Məmmədov, Q.Jiqareviç və S.Ramazanovun rəhbərliyi altında aparılmışdır.

Quba rayonu üzrə Şərq xurması bitkisinin azot gübrəsinin müxtəlif dozaları ilə yemləndirilməsini ağacların böyüməsinə və məhsuldarlığına təsirini öyrənmək Z.Həsənov tərəfindən Zərdabi adına ETB-da 2000-ci ildə 6х4 м əkin sxemində əkilmiş 0,93 ha Şərq xurması bağında yerinə yetirilmışdir.

Tədqiqat işi 4 variant (Fon-P120, K90+peyin 20 ton/ha, Fon+N60, Fon + N90, Fon +N120) və 3 təkrarda yerinə yetirilmişdir.

Cari ildə müşahidə altında olan sortlar üzərində müşahidə və biometrik ölçü işləri aparılmış, azot gübrəsi ilə yemləmənin sortların boy və inkişafına təsiri öyrənilmişdir.

Müşahidə altında olan sortların məhsuldarlığı variantlardan asılı olaraq bir ağacdan 50,1-120 kq arasında dəyişmiş, məhsuldarlıq əmsalı çətirin həcminə görə 5,6-6,7 kq, çətirin proyeksiyasına görə isə 7,6-9,2 kq həddində təşkil etmişdir. Ən yüksək məhsul Fon+N120 variantında Xiakume (120 kq) və Xaçia (118 kq) sortlarında, ən az məhsul isə Fon variantında Zənci-Maru (50,1 kq) sortunda qeydə alınmışdır.

Lənkəran-Astara bölgəsi şəraitində müxtəlif növ mineral gübrələrin aktinidiya (kivi) və feyxoa bitkilərinin məhsuldarlığına və məhsulun keyfiyyətinə təsirini öyrənilməsi X.Babayev tərəfindən aparılmışdır.

Tədqiqat işi Lənkəran Çay filialında əkilmiş 0,10 ha kivi və 1,0 ha feyxoa bitkilərinin kolleksiya bağında yerinə yetirilir.

Tədqiqat işləri 8 variant (Nəzarət gübrəsiz, Lənkəran kompostu 20 t/ha + P150 K120 (Fon), Fon + NH4 NO3120, NH4 NO3150, Fon + NH4, NO3180, Fon +CO (NH2)2 150, Fon +CO (NH2)2 180 və 4 təkrarda yerinə yetirilmışdir.

Cari ildə variantlardan asılı olaraq məhsuldarlıq kivi bitkisində 9,8-27,6 s/ha , feyxoda isə 55,4-162,3 s/ha arasında dəyişmiş, nəzarət variantına nisbətən artım kividə 11,1-17,8 s/ha , feyxoada isə 17,8-107,0 s/ha təşkil etmişdir. Təcrübənin birinci ilə ən yüksək məhsul hər iki bitki üzrə Fon+CO (NH2)2 variantında müşahidə edilmişdir.

Yüksək keyfiyyətli əkin materialı yetişdirmək məqsədilə zeytun bitkisinin calaq üsulu ilə çoxaldılması texnologiyasını işləyib hazırlamaq Z.Abbasova tərəfindən Abşeron Təcrübə Stansiyasının tinglik sahəsində yerinə yetirilir.

Hesabat dövründə təcrübə sahəsi seçilərək əkinə hazırlanmış, sahəyə 5 kq cır və 5 kq Pikvales zeytun sortunun toxumları stratifikasiya edildikdən sonra səpilmiş, eyni zamanda qış calağı vurulmuş 100 ədəd zeytun tingi sahəyə əkilmişdir. 2015-ci ilin avqust və sentyabr ayında calağa çatmış toxmacarlara zeytun bitkisinin müxtəlif sortları ilə 500 ədəd “göz”calağı edilmişdir.

Badam bitkisinin çoxaldılmasında müxtəlif calaq üsulları və müddətlərini müqayisəli olaraq öyrənməklə, daha optimal üsul və müddətin müəyyənləşdirilməsi M.Əliyev tərəfindən aparılmışdır.

Tədqiqat işi Abşeron Təcrübə Stansiyasının tinglik sahəsində yerinə yetirilmişdir.

30 kq badam toxumu tədarük edilərək stratifikasiyaya qoyulmuş, ilk yazda sahəyə səpilmişdir.

Calağa çatmış toxmacarlara avqust ayından başlayaraq müxtəlif üsullar (“T” şəkilli və qondarma) və müddətlərdə (5 avqust, 15 avqust və 25 avqust), “göz” calağı vurulacaq təcrübənin variantları yaradılmışdır. Calaqüstü materialı kimi Prinsessa və Nonparel sortlarından istifadə edilərək hər variantda 40 ədəd olmaqla cəmi 480 ədəd calaq vurulmuşdur.

Zeytun bitkisinin həlqəvi xallama xəstəliyinin bioekoloji xüsusiyyətlərini öyrənmək və ona qarşı əlaqəli mübarizə tədbirlərini işləyib hazırlamaq X.Cahangirov tərəfindən aparılmışdır.

Tədqiqat işi Abşeron Təcrübə Stansiyasında zeytun bitkisinin kolleksiya bağında aparılmışdır.Təcrübələr 3 variant və 3 təkrarda qoyulmuşdur. Müşahidə altında türk mənşəli Manzanilla və institutun seleksiya zeytun sortlarıdır.

Müşahidə altında olan sortlarda fenoloji fazaların dəyişməsi, stansiyanın zeytun bağlarında həlqəvi xallama xəstəliyinin yayılma və inkişaf dərəcəsi öyrənilmiş, müəyyən edilmişdir ki, xəstəliyin yayılması 6,2 %, inkişafı 0,6 % olmuş, xəstəliyin inkişafı üçün minimum nisbət 70C, orta 15-16 0C, maksimum isə 27-300C tələb olunur.

İnnab bitkisinin geniş yayılmış xəstəliklərinin bioekoloji xüsusiyyətlərini öyrənmək və onlara qarşı mübarizə tədbirləri sistemini işləyib hazırlamaq Ə.Yusifov tərəfindən aparılmışdır.

Tədqiqat işi Abşeron Təcrübə Stansiyasında innabın genefond-kolleksiya bağında aparılır. Tədqiqat işinə 2015-ci ildən başlanılmış, hesabat dövründə tədqiqatın metodikası, təqvim və iş planları hazırlanaraq təsdiq edilmiş, təcrübə sahəsi seçilərək təcrübələr qoyulmuşdur. Burada ən geniş yayılmış xəstəliklər- serkosporioz və kopnodium xəstəlikləridir, bu xəstəliklərin yayılması 13,2-16,8 %, inkişafı isə 3,5-5,2 % olmuşdur. Serkosporioz xəstəliyi əsasən bitkinin yarpaqlarını, kopnodium xəstəliyi isə ən çox meyvələri zədələyir. Xəstəliklərə qarşı 0,3 %-li Funquran, 0,1 %-li Skor və 0,4 %-li Abiqa-pik preparatlarından istifadə edilmiş, onların bioloji səmərəsi müvafiq olaraq 90,5 %, 79,3 % və 84,7 % olmuşdur.

Zeytun bitkisinə zərər vuran koksidlərin (yastıcaların) növ müxtəlifliyini öyrənmək və onlara qarşı mübarizə tədbirləri sistemini təkmilləşdirmək Q.Jiqareviç tərəfindən Abşeron Təcrübə Stansiyasında zeytun bitkisinin kolleksiya bağında aparılmışdır.

Yastıcaların növ tərkibini müəyyənləşdirmək məqsədilə fenoloji və biomorfoloji müşahidələr və 16 dəfə marşrut tədqiqatları aparılmışdır. Müəyyən edilmişdir ki, zeytun bitkisinə koksidlər qrupuna aid olan çəhrayı qalxanlı yastıca, oleandra yastıcası, yalançı sitrus yastıcası ziyan verir. Çəhrayı və oleandra yastıcalarının 2015-ci il üçün inkişaf fenoqramı tərtib edilmişdir.

Ağacların budanmasının yastıcalarla zədələnməsi dərəcəsini müəyyən etmək məqsədilə 4 variant və 3 təkrarda təcrübələr qoyulmuş, müəyyən edilmişdir ki, texniki səmərə dərin budama variantında 56,1 %, yüngül budama 35,7 % və sanitar budamada isə 31,9 % təşkil etmişdir.

Lənkəran bölgəsində sitrus (limon-naringi) bitkilərinin zərərverici və xəstəliklərinin tədqiqi, onların geniş yayılmış növlərinə qarşı mübarizə tədbirləri sistemini təkmilləşdirmək Ə.Məlikov və F.Əskərov tərəfindən aparılmışdır.

Tədqiqat işi Lənkəran Çay Filialında sitrus meyvə bitkilərinin kolleksiya bağında yerinə yetirilir.

Sitrus bitkilərinin geniş yayılmış xəstəlik və zərərvericilərinin müəyyənləşdirilməsi məqsədilə bölgə şəraitində marşrut tədqiqatları aparılmış müəyyən edilmişdir ki, antraknoz, bakteriya, xloroz və meyvəçürüməsi xəstəliklərindən ibarət olduğu aşkarlanmışdır. Xəstəliklərə qarşı 0,1 % Delan, 0,25 % Mankazeb, 0,25 % Skor və 0,3 % Funquran funqisidləri tətbiq edilmiş, onların bioloji səmərəsi 73,8-84,6 % olmuşdur.



ZƏRƏFAN. Zəfəran bitkisinin məhsuldarlığını artıran mütərəqqi becərmə texnologiyasını işləyib hazırlamaq və təkmilləşdirmək C.Məmmədovun rəhbərliyi altında aparılmışdır.

Zəfəran bitkisinin müxtəlif əkin sxemlərini müqayisəli şəkildə öyrənmək, iqtisadi cəhətdən daha səmərəli əkin sxemini müəyyən etməklə becərmə texnologiyasını təkmilləşdirmək C.Məmmədov və G.Məmmədova tərəfindən aparılmışdır.

Tədqiqat işi Abşeron Təcrübə Stansiyasında aparılması üçün təcrübə sahəsi seçilərək müxtəlif əkin sxemləri (35x3 sm, 35x5 sm, 35x8 sm, 35x10 sm) və müxtəlif əkin dərinlikləri (5,10,15 və 20 sm) üzrə təcrübələr qoyulmuş, müxtəlif suvarma normaları öyrənilmişdir.

Fenoloji fazaların dəyişməsində variantlar arasında fərq müşahidə edilməmiş, zoğların üzə çıxması 18-23 oktyabr, çiçəkləmənin başlanması 30 oktyabr, sonu 22 noyabr tarixlərində qeydə alınmış, vegetasiya müddətinin uzunluğu 156 gün təşkil etmişdir.

Təcrübə sahəsinə kiçik həcmli soğanaqlar əkildiyinə görə (2015-ci ildə) zəfəran çiçəyinin məhsulu olmamışdır.
III. “AZƏRBAYCAN ÇAYI”
SELEKSİYA. Seleksiyanın müasir (klassik və klon) üsullarından və mutagen amillərdən (fiziki-kimyəvi) istifadə etməklə tərkibində yüksək miqdarda tanin və ekstraktiv maddələr olan, gözəl dad keyfiyyətlərinə malik, daha məhsuldar yeni çay sortlarını yaratmaq və seçmək üzrə tədqiqat işinə rəhbərlik F.Quliyev tərəfindən edilmişdir.

Çay bitkisinin sort və formalarını toplanması, Lənkəran-Astara bölgəsi şəraitində introduksiya olunması, öyrənilməsi və ən qiymətlilərinin seçilməsi M.Şirəliyev tərəfindən aparılmışdır.

Tədqiqat işi Lənkəran Çay Filialında çayın kolleksiya sahəsində, 20 forma-klon üzərində aparılır.

Müşahidə altında olan bitkilərin fenologiyası, morfobioloji xüsusiyyətləri, zoğvermə qabiliyyəti, yarpaq ayasının səthi, kolların biometrik ölçüləri, məhsuldarlığı, zoğvermə intensivliyi və boy dinamikası öyrənilmişdir.

Müşahidə altında olan 2/17; 3/341; 4/73 və 5/84 saylı forma- klonlarda məhsuldarlıq göstəriciləri də nəzarətə nisbətən yüksək olmuşdur. Belə ki, nəzarət “Azərbaycan 2” sortuna nisbətən məhsuldarlıq 48-79 % çox olmuş, hektardan məhsuldarlıq 5,94-8,71 ton təşkil etmişdir.

Aparılmış seleksiya işinin nəticəsi olaraq 2014-cü ilin sonunda SNS və MDK-na təqdim edilmiş 3 yeni çay sortu (Fərmançay, Lənkəran və Xəzər) 2015-ci ildə rayonlaşdırmaya qəbul edilmiş, 2 yeni sort “Fərmançay çəhrayı” və 6/44 saylı klon forması SNS və MDK-ya təqdim edilmək üçün seçilmişdir.

Çay plantasiyalarının məhsuldarlığını artıran və yüksək keyfiyyətli yaşıl çay yarpağı əldə edilməsini təmin edən becərmə texnologiyasını təkmilləşdirmək S.Ramazanovun rəhbərliyi altında aparılmışdır.

Çay bitkisinin yeni seleksiya sortları və perspektivli klon formalarının müxtəlif əkin sxemlərində budama və forma vermə üsullarının öyrənilməsi S.Ramazanov və A.Abbasov tərəfindən aparılmışdır.

Təcrübə sahəsi seçilərək, əkin sxemləri üzrə 5 variant (1,5 x 0,25 m (nəzarət), 0,75 x 0,30 m, 1,0 x 0,30 m, 1,25 x 0,30 m və 1,4 x 0,30 m) və 3 təkrarda təcrübələr qoyulmuşdur. Kolların suvarılması damcılama və süni yağış yağdırma, budama isə düz şpaler və şpaler üsulları ilə yerinə yetirilir.

Variantlardan asılı olaraq kolların məhsuldarlığı orta hesabla 2180-4820 kq arasında təşkil etməklə, ən çox məhsul 0,70x0,30 m əkin sxemində, daha sonra 1,40 x0,30 m əkin sxemində qeydə alınmışdır. Nəzarətə nisbətən artım 49,0-81,3 % olmuşdur. Düz şpaler budaması tətbiq olunan variantda nəzarətə nisbətən artım 38 % təşkil etməklə, hektardan məhsuldarlıq 3230 kq təşkil etmişdir.

Üzvi və mineral gübrələrin müxtəlif doza və nisbətlərinin çay bitkisinin boy, inkişaf və yaşıl çay yarpağı məhsulunun keyfiyyətinə təsirini öyrənilməsi N.Nəzərova və K.İbrahimov tərəfindən aparılmışdır.

Hesabat dövründə tədqiqat işi üzrə metodika, təqvim və iş planları hazırlanaraq təsdiq edilmiş, metodikaya uyğun olaraq 7 variant (Nəzarət-gübrəsiz, N90, P90, K90, N90, P90, K90, Peyin 20 t/ha, Sideral herik) və 3 təkrarda təcrübələr qoyulmuş, fosfor və kalium gübrələri tam şəkildə ilk yazda şum altına, azot gübrəsinin 80 %-i mart ayında, qalan hissəsi isə iyun ayının birinci ongünlüyündə yemləmə şəkilində verilmişdir. Təcrübə sahəsi torpağının aqrokimyəvi xüsusiyyətləri və aylar üzrə nəmliyi müəyyən edilmişdir.

Gübrələrin təsiri nəticəsində kollarda normal fleşlərin miqdarı 4,0-9,2 % artmışdır. Ən çox artım N90P90K90, K90 və P90 variantlarında qeydə alınmışdır.

Variantlardan asılı olaraq çay plantasiyasının məhsuldarlığı hektardan 1048-1803 kq arasında dəyişmiş, ən yüksək məhsul N90P90K90 variantında (1803 kq/ha), ən az isə nəzarət variantında (1048 kq/ha) qeydə alınmışdır.



ÜZÜMÇÜLÜK
Dövlət Proqramında respublikamızda müasir bazar tələbləri səviyyəsində üzümçülük və onun emal sənayesinin inkişafını təmin etmək məqsədilə yeni üzümlüklərin salınması, tingçilik təsərrüfatlarının yaradılmasının dəstəklənməsi; üzümçülüyün infrastruktur təminatının yaxşılaşdırılması; üzümçülüyün və şərabçılığın elmi təminatının və kadr potensialının gücləndirilməsi; üzüm istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi; üzüm və şərabçılıq məhsullarının emalı müəssisələrinin fəaliyyətinin bərpası, yeni müəssisələrin yaradılması və üzüm məhsullarının satışının stimullaşdırılması; əhalinin fasiləsiz olaraq süfrə üzümü ilə təmin edilməsi, üzüm və şərabçılıq məhsullarının keyfiyyətinin və rəqabət qabiliyyətinin artırılması, ixracının stimullaşdırılması və s. kimi vəzifələr müəyyən edilmişdir.

“2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq 2020-ci ilə qədər respublikada 50 min hektar yeni üzüm sahəsi salınması və təxminən 455 min ton üzüm istehsal olunması nəzərdə tutulur.

Dövlət Proqramında nəzərdə tutulan məsələlərin elmi əsaslarla həyata keçirilməsində, təşkil edilməsində və tənzimlənməsində Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu mühüm rola malikdir.

İnstitutun əməkdaşları tərəfindən 2012-2016-cı illər üçün 1 problem, 9 mövzu, 15 elmi iş üzrə tədqiqatlar aparılmışdır.

Gəncə və Şamaxı TS, Cəlilabad DM-də üzümün seleksiyası, xəstəlik və zərərvericilərə qarşı davamlı növlərin sınağının aparılması, şərabın hazırlanması texnologiyaların təkmilləşdirilməsi istiqamətində tədqiqatlar aparılır.

Mövzu planına uyğun olaraq 2015-ci ildə aşağıda qeyd olunan elmi-tədqiqat işləri aparılmışdır.



SELEKSİYA. Respublikada üzüm bitkisi genofondunun öyrənilməsi, genetik ehtiyatlarının toplanılması, qiymətləndirilməsi, qorunması, perspektiv sort və formaların seçilməsi və seleksiyada istifadəsi T.Pənahovun rəhbərliyi ilə V.Səlimov, A.Əkbərov X.Abasova, Ə.Zari, K.Kazımov tərəfindən aparılmışdır.

Üzüm sortlarının məhsuldarlığının, məhsulun keyfiyyətinin yüksəldilməsi və hər il sabitliyinə nail olunması hal-hazırda üzümün seleksiya elminin qarşısında duran məsələlərdən biridir. Bunları əsas tutaraq Azərbaycanın qədim yerli Əsgəri, Hüseyni, Zeynəbi, Qırmızı kişmiş, Sarıgilə, Bayanşirə, Xindoqnı, Abşeron xatınısı və introduksiya olunmuş Kardinal, Üzümlüklərin kraliçası sortlarının yüksək və sabit məhsuldar klon formalarının seçilməsinə dair tədqiqatlar aparılmışdır.

Üzümdə klonların seçilməsi mürəkkəb və məsuliyyətli məsələdir. Bunun üçün isə hər bir üzüm sortunun populyasiyasındakı bitkilər ayrı-ayrılıqda kompleks əlamətlər üzrə öyənilərək qiymətləndirilmiş, məhsuldarlığın formalaşmasına birbaşa təsir edən bar elementləri müəyyən edilmişdir.

Bunları nəzərə alaraq hər il müntəzəm olaraq tədqiq edilən protoklonların bar elemetləri ətraflı tədqiq edilir və onların bitkinin məhsuldarlıq xüsusiyyətlərinə təsir səviyyəsi araşdırılır. Belə ki, hər bir sortun ayrı-ayrı tənəklərinə təxminən eyni yük normasının verilməsinə baxmayaraq, bir kolun məhsuldarlığı Əsgəri sortunda 2-7 kq (=4,7), Qırmızı kişmiş sortunda 2,5-7,0 kq (=4,4), Zeynəbi sortunda 2,6-10,6 kq(=5,4), Hüseyni sortunda 2,8-9,2 kq (=5,3), Sarıgilə sortunda 2,9-8,9 kq(=4,8), Bayanşirə sortunda 3,9-10,6 kq (=7,4), Xindoqnı sortunda 3,0-6,8 kq(=3,8), Kardinal sortunda 2,8-7,5 kq (=4,0), Üzümlüklərin kraliçası sortunda 3,0-8,8 kq(=5,2), Abşeron xatınısı sortunda 1,2-10,2 kq(=4,4) arasında tərəddüd etmişdir.

Ağ şanı, Ağ Dərbəndi, Gəncə qızılı üzümü, Novrast, Səfeyi, Abşeron keçiməməsi, Qara üzüm, Qırmızı üzüm, Qara şanı sortları və Ağ şanı x Çəhrayı Tayfı hibrid forması ilə yabanı üzümün erkək çiçək tipli formasının (oidium xəstəliyinə qarşı davamlı) hibrid kombinasiyalarında tənəklərin ildən-ilə inkişafı nəticəsində yeni hibrid bitkilər məhsuldar dövrə keçirlər.

Müəyyən edilmişdir ki, ayrı-ayrı kombinasiyalardakı hibrid bitkilərdə salxımların miqdarı 4-27 ədəd, salxımın kütləsi 86-421 q, kolun məhsuldarlığı 1,0-7,4 kq arasında tərəddüd edir.

Üzümçülükdə də immunoseleksiya üsulları ilə yeni davamlı və tolerant üzüm sortlarının yaradılması və müəyyən edilməsi aktuallığı ilə səciyyələnir. Belə ki, öyrənilən populyasiyalardakı bitkilərin yarpaqlarında oidiuma davamlılığın qiymətləndirilməsi zamanı məlum olmuşdur ki, onlardan 22-si davamlı (2 bal), 24-ü tolerant (3 bal), 2-si isə davamsızdır (4 bal). Hibrid bitkilərdə salxımların oidium xəstəliyinə davamlılığı yarpaqlardan xeyli fərqlənmişdir. Belə ki, 16 bitki davamlı (2 bal), 28 bitki tolerant (3 bal), 4 bitki davamsız (4 bal) və 2 bitki çox davamsız (5 bal) olmuşdur. Göründüyü kimi, populyasiyalardakı bitkilərin 48-56%- tolerant genotiplərdir.

2015-ci ildə Şamaxı Təcrübə Stansiyasında ayrı-ayrı fərdi həyətlərdən Mədrəsə və Şamaxı mərəndəsi sortların klon tənəklərin və perispektiv hibrid sortları üzrə çubuq əkin materialı tədarük edilmişdir. Mədrəsə sortu üzrə 700 ədəd, Şamaxı mərəndəsi üzrə 1200 əd. Tavkveri x Mədrəsə hibrid sortları üzrə 100 əd. və Qoyun gözü x Şamaxı mərəndəsi sortu üzrə 120 ədəd çubuq əkin materialı hazırlanmışdır. Hazırlanan çubuk əkin materialı ting yetişdirmək üçün Şamaxı Təcrübə Stansiyasının tinglik sahəsinə əkilmişdir.

Mədrəsə Şamaxı mərəndəsi sortların klon tənəkləri o cümlədən perispektiv hibrid sortları üzrə onların ikinci vegetativ nəslində irsiləşmə xüsusiyyətlərini öyrənmək üçün Şamaxı Təcrübə Stansiyasında nəzarət tənəklərlə müqaisəli surətdə məhsuldarlıq elemetlərinin uçot işləri aparılmışdır. Aparılan uçot işləri göstərir ki, seçilən klon tənəklər və hibrid sortlar zoğların və barlı zoğların məhsuldarlıq əmsalı etibarı ilə nəzarət tənəklərə nisbətən əhəmiyyətli dərəcədə üstünlüyə malikdirlər (1,3-1,5 dəfə).

2015-ci hesabat ilində respublikamıza yeni introduksiya olunmuş sortların və calaqaltı hibrid formaların Cəlilabad rayonu şəraitində aqribioloji xüsusiyyətlərinin öyrənilməsi istiqamətində elmi-tədqiqatlar bu il də davam etdirilmişdir.Tədqiqatlarla müəyyən olunmuşdur ki, bu sortlar müxtəlif vaxtlarda yetişməklə bərabər, ətraf mühit amillərinə həssaslığı, xəstəlik-zərərverici kompleksinə davamlılığı, məhsuldarlıq və məhsulun keyfiiyətinə görə bir-birindən çox fərqlənirlər.Bu vacib xüsusiyyətlərin müxtəlifliyi ayrı-ayrı sortlarda aqrobioloji xüsusiyyətlərin: tənəyin boy gücünün müxtəlifliyi, salxımın böyüklüyündən və quruluşundan, gilənin dad və ətrindən,gilənin iriliyindən, möhkəmliyindən və kimyəvi tərkibindən asılıdır.

Ancaq qeyd etmək lazımdır ki, 2015-ci ilin yaz-yay aylarının həddindən artıq quraq və isti keçməsi sortlarda əsas üzüm xəstəliklərini müşahidə etməyə imkan verməmişdir. Ancaq buna baxmayaraq isti iqlim bir sıra digər xəstəliklərə, xüsusilə də çürümə xəstəliklərinə qarşı qiymətləndirmə aparmaq üçün çox əlverişli olmuşdur.

Oidium xəstəliyinə qarşı yeni sortların qiymətləndirilməsi göstərir ki, bütün öyrənilən sortlar Cəlilabad rayonu şəraitində bu əsas xəstəliyə qarşı davamsızdırlar. Buna baxmayaraq sortların hamısı oidium xəstəliyinə eyni dərəcədə yoluxmurlar. Red Qlob, Alfons Lavalle oidiuma qarşı müqayisəvi davamlılıq göstərirlər. Eyni zamanda qeyd etmək lazımdır ki, düzgün aqrotexnika və mübarizə sistemi tətbiq etməklə bu sortları müvəffəqiyyətlə becərib yüksək məhsul əldə etmək olar.

İnstitutun Gəncə ÜŞTS-da yaradılmış xəstəliklərə və ziyanvericilərə qarşı davamlı, məhsuldar, perspektiv hibrid formalarının keyfiyyət göstəricilərinə görə seçilib öyrənilməsi T.Pənahov, M.İsmayılov, A.Xəlilova, T.Verdiyev tərəfindən aparılmılşdır.

Tədqiqatların məqsədi Qərb zonasında becərilən üzümün sort tərkibini zənginləşdirmək, yerli sortlarla barəbər stansiyada yaradılan müxtəlif istiqamətdə istifadə olunan, bu zonanın torpaq-iqlim şəraitinə uyğun məhsuldar, xəstəliklərə və zərərvericilərə kompleks davamlı 6-5-14 və 2-3№-li hibrid formalarının tədqiqi aparılmışdır. Müqayisə üçün 6-5-14 və 2-3№-li hibrid formalarının valideyn cütlüyü olan Xindoqnı və Bayanşirə sortları götürülüb.

Tədqiq edilən perspektiv 6-5-14 №-li hibrid forması çoxillik araşdırmaların nəticəsi göstərir ki, funksional dişi tipli yerli texniki üzüm sortu olan Sısaq və ikicinsli yerli texniki Bayanşirə sortunun çarpazlaşdırlımasından alınmışdır.

Vegetasiya dövrü 155-160 gün təşkil edir. Orta məhsuldar sortdur. Salxımın orta çəkisi 186 qramdır. Hektardan məhsuldarlığı 11,3 sentnerdir.

Tam yetişkənlik dövründə şirənin şəkərliliyi 19,9%, turşulugu 12,7 q/l təşkil edir.

Texniki istiqamətli sortdur. Qırmızı şampan şərab materiallarının və turş süfrə şərablarının hazırlanması üçün yararlıdır.

2-3 №-li hibrid forması isə funksional dişi tipli texniki üzüm sortu olan Tavkveri və ikicinsli yerli texniki Xindoqnı üzüm sortunun çarpazlaşdırılmasından alınmışdır.

Hektardan məhsuldarlığı 13-14 sentnerdir.

Qırmızı süfrə və desert şərablarının hazırlanması üçün yararlıdır.

Öyrənilən hər iki yeni hibrid forması keyfiyyət göstəricilərinə görə nəzarət kimi götürdüyümüz Bayanşirə və Xindoqnı sortları ilə müqayisədə üstünlük təşkil edir.

Respublikamızın Qərb regionunda rayonlaşdırılmış üzüm sortları üçün calaq komponentlərinin öyrənilməsi və ting istehsalı ilə məşğul olan təsərrüfatlara tövsiyyə edilməsi Ə.Əliyevin rəhbərliyi ilə M.İsmayılov,İ.Abdinova, A.Xəlilova, T.Verdiyev tərəfindən aparılmışdır.

2015-ci ildə iş proqramına və təqvim planına əsasən fillokseraya davamlı calaqaltılardan, rayonlaşdırılmış üzüm sortlarından və GÜŞTS-da yaradılmış perspektiv hibrid formalarından ibarət anaclıq və tinglik sahəsi yaradılıb. Yaradılmış anaclıq sahəsində beş calaqaltı Rixter-57, CO-4, Kreçunel-2, Rixter-110, Rixter-140; səkkiz hibrid formaları Azəri, Gəncəvi, Bəhrəli, Şirəli, Emin, Elmin, Kəpəz, hibrid 2-3 və calaqüstü Pobeda, Prima kolleksiya sortları salınıb.



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin