Ministry of agriculture of azerbaijan republic


Tədqiqat işinin aparıldığı təsərrüfat və material -



Yüklə 1,31 Mb.
səhifə9/16
tarix07.01.2017
ölçüsü1,31 Mb.
#4943
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

Tədqiqat işinin aparıldığı təsərrüfat və material - Azərbaycan Elmi- Tədqiqat Heyvandarlıq İnstitutunun Yardımçı Təcrübə Təsərrüfatı, orada yetişdirilən Qara-ala cinsli düyələr olmuşdur.

Tədqiqat işinin məqsədi düyələrin yem payına premiks və vitaminlər qatmaqla optimal yem qarışığı hazırlamaqdan ibarətdir.

Kənd təsərrüfatında heyvanların yemləndirilməsi məqsədi ilə təbii otlaqlardan və səpilib becərilən (mədəni) otlaqlardan istifadə olunur. Otlaq sahələrindən və əkilmiş mədəni otlaqlardan, həmçinin dən yemlərindən əldə edilmiş yemlər heyvanların zülal, vitamin və s. mineral maddələrə olan tələbatını tam ödəmir. Ona görə də 2015-ci ildə qarşımıza məqsəd qoyulmuşdur ki, düyələr üçün balanslaşdırılmış və fizioloji cəhətdən əsaslandırılmış yem payları hazırlamaq üçün zülal-vitamin və mineral əlavələrindən (premiksdən) istifadə edilsin. Bu məqsədlə tədqiqatın aparılması üçün HETİ-nin Yardımçı Təcrübə Təsərrüfatında düyələrdən ibarət hər birində 5 baş olmaqla nəzarət və təcrübə qrupları təşkil edilmişdir. Nəzarət qrupunda hec bir əlavə etmədən otlardan və qüvvəli yemlərdən ibarət yem payından istifadə edilmiş, təcrübə qrupunda isə bu yemlərdən əlavə qüvvəli yemə qatılmış premiks qarışığından istifadə edilmişdir.

Tədqiqatın aparılması üçün HETİ-nin Yardımçı Təcrübə Təsərrüfatında 10 baş düyə analoq üzrə seçilərək hərəsində 5 baş olmaqla iki qrupa bölünmüşdür (nəzarət, təcrübə qrupları). Təcrübənin müddəti 90 gün davam etməklə heyvanlar ayda bir dəfə çəkilərək, onların fərdi diri çəkiləri müəyyənləşdirilmişdir.

Təcrübə altında olan düyələrin rasionunda olan premiks nümunəsi aşağıdakı tərkibdə olmuşdur.

Kobalt sulfat- 2,4 qr; Dəmir sulfat- 15 qr; Mis sulfat- 18 qr; Kalium sulfat- 1,0 qr; Vitamin D2 - 0,06 mq; Vitami E- 18 mq.

Beləliklə, nəzarət qrupunda I kq çəki artımına 9,7 yem vahidi sərf olunduğu halda təcrübə qrupunda 7,8 yem vahidi sərf olunmuşdur. Premikslə zənginləşdirilmiş qarışıq yemlə yemləndirilən düyələrin çəki artımına yem sərfi ənənəvi yem payı ilə yemləndirilən düyələrdən fərqli olaraq 24,3% ucuz başa gəlmişdir ki, bu da 2 yem vahidi yaxud 2,0 kq qarışıq yem deməkdir.

Şəxsi təsərrüfatlarda saxlanan arı cinslərinin və arı populyasiyalarının məhsuldarlıq xüsusiyyətlərinin qorunmasında mütərəqqi texnologiyanın tətbiqi F.Musayev tərəfindən İsmayıllı rayonu Qaraqaya, Təzəkənd, Gədəbəy rayonu Böyük Qaramurad, N.Saratovka kəndlərində özəl arıçılıq təsərrüfatlarında aparılmışdır. Tədqiqatın obyekti isə orada yetişdirilən Qabaqtəpə, Bozdağ və Qafqaz arılarıdır.

Hesabat dövründə Gədəbəy və İsmayıllı rayonlarının təcrübə obyektlərində qışlamaya qoyulmuş Bozdağ, Qafqaz cinsi və Qabaqtəpə populyasiyalarından olan arıların qışlamanı normal keçirməsi üçün fermerlərin müvafiq qaydalara vaxtında əməl etmələrinə dair lazımi təlimatlar verilmişdir. Məlum olmuşdur ki, Gədəbəy təcrübə obyektində qışlamaya qoyulmuş 75 arı ailəsindən 69 ailə salamat və normal, 3 ailə anasız, 3 ailə isə zəif, İsmayıllıda isə 86 ailədən 75 ailə qənaətbəxş, 4 ailə anasız və 7 ailə isə zəif çıxmışdır. Hər iki təsərrüfatda güclü anasız ailələr cavan və sağlam analı ailələrlə birləşdirilmişdir.

Arıxanalarda xəstəliklərə qarşı profilaktik tədbirlər yerinə yetirilmişdir.

Qabaqtəpə arılarının məhsuldarlığını artırmaq məqsədilə hər biri 12 ailədən ibarət iki qrup təşkil olunmuş və qrupların hər biri 12 çərçivəli “Dadamblat” tipli və 10 çərçivəli, çox gövdəli pətəklərə yerləşdirilmişdir. Hər bir qrupda ailələrin inkişafı, nektar toplama və şan toxuma xüsusiyyətlərini tənzim edən tədbirlər yerinə yetirilir və bu barədə məlumatlar kitaba yazılır. Qruplarda ana arıları axtarmadan tez tapılması üçün və onların yaşını asan müəyyən etmək üçün onlar xüsusi rənglə işarələndirilir. Ana arının reproduktiv fəaliyyətini artırmaq məqsədilə müvafiq əlavələrlə (arı polvit preparatı) ailələr təmin edilir.

İsmayıllı rayonu Qaraqaya, Təzəkənd, Gədəbəy rayonu Böyük Qaramurad, N.Saratovka kəndlərində özəl arıçılıq təsərrüfatlarda mütərəqqi texnologiyaların tətbiqi nəticəsində 2014-cü ildən fərqli olaraq 01.09.2015-ci il tarixdə təcrübə obyektlərində Qabaqtəpə arısından olan arıçılıq təsərrüfatlarının sayı Gədəbəydə 15, arı ailələrinin sayı 140 ailə, İsmayıllıda təcrübə təsərrüfatlarının sayı 16, arı ailələrinin sayı isə 230-a çatdırılmışdır.

Ləzgi mənşəli qoyunların yaş qrupları üzrə mütərəqqi texnologiya ilə yemləndirilməsini və bəslənilməsini təşkil etməklə məhsuldarlığının artırılması yollarını işləmək və tətbiq etmək N.İsmayılov, S.Abbasova, N.Əhmədov tərəfindən aparılmışdır.

Tədqiqat işinin aparıldığı təsərrüfatlar Balakən rayonunun “Yunis Namazov” adına qoyunçuluq kəndli fermer təsərrüfatında yetişdirilən Ləzgi mənşəli qoyunlar olmuşdur.

Təcrübə altında olan ana qoyunların süd məhsuldarlığını öyrənmək üçün, qoyunları fərdi olaraq sağılmış və quzuları əmizdirib çəkmək üsulu ilə müəyyən edilmişdir. Ana qoyunları fərdi olaraq əllə sağdıqda hər bir qoyunun orta süd məhsuldarlığı 0,298 kq olmaqla 0,200-0,450 kq arasında tərəddüd etmişdir. Təcrübə qoyunlarının südünü əmizdirmək üsulu ilə təyin etmək üçün, quzuları ac qarına anasını əmməmiş çəkərək, analarının altına buraxılmış, onlar əmib qurtardıqdan sonra, onların diri çəkiləri müəyyənləşdirilmişdir. Sonra isə axırıncı diri çəkidən əvvəlki diri çəkilərini çıxaraq quzuların əmdiyi süd müəyyənləşdirilmişdir. Quzuların əmdiyi südün miqdarı orta hesabla 0,410 l olmaqla 0,150-0,450 kq arasında tərəddüd etmişdir. Bu da, qanunauyğundur.

Təcrübə altında olan qoyunların yun məhsuldarlığı da öyrənilmişdir. Yaz yun qırxımı vaxtı ana qoyunların yun məhsuldarlığı orta hesabla 2,74 kq olmaqla 2,0-4,0 kq arasında tərəddüd etimişdir.

Təcrübə altında olan bir yaşlı toğluları bonitirə edilərək çıxdaş edilmiş, qoyunları bordaqda və otlaqda kökəltmək üçün seçərək müxtəlif yaş və cinsiyyət qruplarına ayrılmışdır.

BAYTARLIQ VƏ BAYTARLIQ PRЕPARATLARINA ELMİ NƏZARƏT
Hеsаbаt dövründə institutun mövzulаr plаnınа uyğun оlаrаq “Kənd təsərrüfаtı hеyvаnlаrının, quşlаrın, аrı və bаlıqlаrın infеksiоn, invаziоn, yоluхmаyаn хəstəliklərinin öyrənilməsi, yеni müаlicə prоfilаktikа vаsitələrinin hаzırlаnmаsı və bаytаrlıq sаnitаriyа tədbirlərinin аpаrılmаsı” istiqаmətində 2 prоblеmi əhаtə еdən işlər аpаrılmışdır.

1-ci prоblеm “Kənd Təsərrüfatı heyvanlarının və ev quşlarının infeksion xəstəliklərinin ekoloji-epizootoloji xüsusiyyətlərinin öyrənilməsi və onlara qarşı kompleks mübarizə vasitələrinin axtarılması və mövcud üsullarının təkmilləşdirilməsi” üzrə 1 mövzuyа dаir, 4 еlmi tədqiqаt işləri,

2-ci prоblеm “Heyvanların, quşların və balıqların baytarlıq sanitariyası, parazitar xəstəliklərinin ekoloji-epizootoloji vəziyyətinin öyrənilməsi və səmərəli müalicə profilaktika vasitələrinin işlənib hazırlanması” 2 mövzu üzrə, 8 еlmi tədqiqаt işləri аpаrılmışdır.

Kənd təsərrüfatı heyvanların və quşların infeksion xəstəliklərinin epizootoloji monitorinqinin aparılması və səmərəli profilaktika tədbirlərinin işlənib hazırlanması M.Mikayılov, S.Abbasov, V.Hacıyev, Ü.Abdullayeva, A.Quliyeva, Q.Məhərrəmov, Ş. Əliyeva tərəfindən aparılmışdır.

Tədqiqat işləri 2015-ci ildə Abşeron, Xaçmaz və Şamaxı rayonlarının fermer quşçuluq təsərrüfatlarında, bakterioloji müayinələr isə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun Quş xəstəlikləri laboratoriyasında aparılmışdır. Normadan artıq tələbat olan binalardakı quşlar kliniki nəzərdən keçirilmiş, tələfatın dinamikası, aparılmış müalicə və profilaktika tədbirlərinin səmərəsi təhlil edilmişdir.

Patogen və şərti patogen mikrobların törətdikləri xəstəliklərin baş verməsi və yayılmasını aydınlaşdırmaq üçün 15-20 quş cəsədi patoloji anatomik yarılmış, patoloji materiallar, lülə sümükləri, yumurta, inkubasiyanın axırında ölmüş embrionlar, inkubasiyanın müxtəlif obyektlərindən və quş binalarından qaşıntı və hava nümunələri, yem və onun əlavələri bakterioloji müayinə edilmişdir.

Götürülmüş materiallarda E.koli 43 (33%) və S.enteritidis 69 (53%) törədicilərinə yoluxma qeydə alınmışdır. Həmin xəstəlik törədicilərin enrolin, gentamisin , kolistin, tilazin, furazalidon və neomisin preparatlarına görə həssaslıq dərəcələri öyrənilmişdir.

E.koli-nin enrolin preparatına, S, enteritidisin isə kolistin antibiotikinə, həssas olmasını nəzərə alaraq bu dərman preparatlarının istifadəsinə görə quşçuluq təsərrüfatlarına tövsiyələr verilmişdir.

Kənd təsərrüfatı heyvanlarının pasterelyozunun epizootik vəziyyətinin öyrənilməsi, müalicə-profilaktika tədbirlərinin təkmilləşdirilməsi M.Abdullayev, R.Muradov, A.Səfərova, A.Səfərova, A.Həsənov, M.Cəmilzadə tərəfindən aparılmışdır.

Carı ildə Kənd Təsərrüfatı heyvanlarının pasterelyozunun epizootiki vəziyyətinin öyrənilməsi, müalicə-profilaktika tədbirlərinin təkmilləşdirilməsi mövzusu üzrə laborator müayinələri davam etdirilmişdir.

Eyni zamanda icraçılar bir sıra adyuvantlar (təmizlənmiş və təmizlənməmiş naftalan nefti, ölkəmizdə istehsal olunan çaytikanı yağı, şərti adlandırılan Peçorin-1, Peçorin-2, sirkonil naftenat ZrO (R-COO) 2 MB-585 Zr-20% və sirkonil etilqeksenat ZrO(C8 H15 O2) 2 MB- 393 Zr- 27,22%) maddələr üzərində təcrübələr aparmışlar. Hazırda müəlliflər ağ naftalan nefti yağını həll edərək hazırlanmış vaksini inaktivləşdirən zaman hazır vaksinə əlavə etməklə bir cinsli emulsiya əldə etmişlər. Vaksin hazırlayarkən təmiz ağ naftalan nefti qarışığından istifadə edilmişdir. Eksperimental şəraitdə az miqdar naftalan qarışığı olan vaksin hazırlanmış və həmin vaksinin immunogenliyi, zərərsizliyi və sterilliyi laborator şəraitində dovşanlar üzərində təsiri öyrənilmişdir.

Aparılan müayinələrin nəticələri müsbət olduğundan yeni vaksinin hazırlanması üzərində təqvim planı əsasında təcrübələrin aparılması davam etdirilmişdir. Hazırda respublikamızın ərazisində xəstəliyin epizootiki vəziyyəti araşdırılmaqla laborator şəraitində vaksin ştamlarının saxlanılması üzərində müayinələr davam etdirilir.

Müasir fermer heyvandarlıq təsərrüfatlarında xlamidiozun epizootik vəziyyətinin öyrənilməsi, yeni mübarizə tədbirlərin işlənib hazırlanması Q.Sarıyev, A.Əsgərov, N.Mustafayeva, K.Əliyev, H.İsgəndərov, F.Gülalıyeva tərəfindən aparılmışdır.

Epizootiki vəziyyəti aydınlaşdırmaq üçün heyvandarlıq təsərrüfatlarının axırıncı 3 illik baytarlıq hesabatları təhlil edilmişdir. Müayinələr aparılan vaxtı heyvanların sayı, saxlama şəraiti, yemləndirilməsi, ana sürünün komplektləşmə mənbəyi nəzərə alınmışdır. Təsərrüfat və nəqliyyat əlaqələri, baytarlıq obyektləri, baytarlıq sanitariya obyektləri (baytarlıq sanitariya buraxılış məntəqələri, dezbaryerlər, və. s) və onların vəziyyəti aydınlaşdırılmışdır. Heyvandarlıq binalarındakı heyvanlar kliniki nəzərdən keçirilmiş, xəstəliyin kliniki gedişi izlənmışdir. Eyni zamanda aparılmış müalicə və profilaktika tədbirlərinin səmərəsi təhlil edilmişdir.

Bununla yanaşı götürülmüş materialların təhlili göstərmişdir ki, Respublika baytarlıq laboratoriyasına daxil olan patoloyi materialların və qan nümunələrinin müayinəsi zamanı ayrı-ayrı növ heyvanların müayinəsi nəticəsində xlamidioz xəstəliyi müşahidə olunmuşdur. İlkin aldığımız nəticələri nəzərə alaraq xlamidioza qarşı bəzi dərman preparatlarının istifadəsinə görə heyvandarlıq təsərrüfatlarına tövsiyələr verilmişdir.

Bal arılarının paratif xəstəlyinin öyrənilməsi və ona qarşı mübarizə tədbirlərinin hazırlanması Q.Sultanlı, A.Səfərova, F.Gülaliyeva tərəfindən aparılmışdır.

İş proqramına və təqvim planına uyğun olaraq hesabat dövründə Masallı rayonunun Sərcuvar kəndində Məmmədov Gəncəliyə məxsus arıçılıq fermer təsərrüfatında 120 və həmin kənddə Məmmədov Əsədullaya məxsus arıçılıq fermer təsərrüfatında 70 arı ailəsini, Biləsuvar rayonunun Əmən kəndində Əliyev Hikmət Yusif oğluna məxsus arıxanada 50 və Zəhmətabad kəndində İbrahimov Ədalətə məxsus arıxanada 45 arı ailəsində kliniki müayinə apardılmışdır.

Beləliklə, ümumilikdə 3 rayonun 4 arıxanasında 285 arı ailəsində kliniki müayinə aparılaraq şübhələndiyimiz arı ailələrindən patoloji material götürüb institutun laboratoriyasına gətirilmişdir.

İnstitutun heyvanların infeksion xəstəliklərini öyrənən laboratoriyasında gətirilmiş patoloji materiallardan yaxmalar hazırlanaraq mikroskopik müayinələr aparılmış və müxtəlif qida mühitlərindən, o cümlədən ƏPA, Endo mühitindən, ƏPB və bismut sulfat qida mühitlərindən istifadə edilmişdir.

Bunlardan əlavə seroloji müayinələrdən salmonelyoz, şigelyoz və eşerexyoz serumları ilə müayinələr aparılmışdır.

Azərbaycanın müxtəlif bölgələrində iri və xırda buynuzlu heyvanların, eləcə də quşların əsas helmint xəstəlikləri, törədicilərin növ tərkibinin öyrənilməsi, onlara qarşı mübarizə tədbirlərinin hazırlanması S.Bayramov, Y.Seyidov, S.Məmmədova, A.Əzizova, M.Məmmədova və R.Əkbərova tərəfindən aparılmışdır.

Hesabat dövründə Respublikanın Şirvan bölgəsinin Ucar, Göyçay, İsmayıllı rayonlarının fermer təsərrüfatlarında tədqiqat işləri aparılmışdır. Helmintozları müəyyən etmək üçün müayinələr həm koproloji (Fülleborn, Vişnyauskas), həm də Skryabinin natamam yarma üsulu ilə aparılmış, aşkar olunmuş trematod və sestodlar 70 %-li etil spirtində, nematodlar isə Barbaqallo məhlulunda fiksə edilərək parazitologiya laboratoriyasının kolleksiyasına daxil edilmişdir. Bunlar: Moniezia benedeni, Moniezia expansa, Oesophagostomum columbianum, Trichocephalus ovis, Trichocephalus skrjabini, Trichostrongylus colubriformis, Trichostrongylus axeiNematodirus spathiger.

Qoyunların trixosefalyozunun yumurtalarına qarşı müxtəlif kimyəvi preparatlar (xloroform, göy metil, qırmızı qan duzu və spirt ) istifadə edilmişdir bu preparatlardan xloroformun yüksək təsirə malik olduğu müəyyən olunmuşdur.

Ev toyuqlarının fəsillər üzrə invazion xəstəliklərinin epizootik situasiyasını müəyyənləşdirmək məqsədi ilə, yaz fəslində Xaçmaz rayonunun təsərrüfatlarından gətirilən 35 kal nümunələrinin koproloji müayinəsi zamanı sestodlardan rayetinoz, nematodlardan askaridioz, kapillyarioz, heterakidoz, sinqamoz aşkar olundu. Belə ki, rayetinozla 17,1%, askaridiozla 28,6%, kapillyariozla 11,4%, sinqamozla 14,3%, heterakidozla 31,4% yoluxma müəyyən edilmişdir.

Eyni zamanda yarma müayinəsi də aparılmışdır.Yuxarıda qeyd edilən xəstəliklərin parazitləri toplanmış, müxtəlif məhlullarda fiksasiya edilərək parazitologiya laboratoriyasının kolleksiyasına daxil edilmişdir.

Azərbaycanın cənub zonasında kənd təsərrüfatı heyvanlarının və ev quşlarının helmintozlarının törədicilərinin növ tərkibini müəyyənləşdirmək məqsədilə 20 baş qoyun bağırsaqları müayinəsi zamanı toplanmış helmint nüsxələri cinsiyyətlərə görə (erkək, dişi) ayrılmışdır. Cəmi 1520 erkək və 5697 ədəd dişi helmint toplanmışdır.

Mübarizə tədbirləri məqsədi ilə qoyunçuluq təsərrüfatlarıda geniş yayılmış mədə-bağırsaq nematodlarına qarşı yüksək səmərə verən və bizim tərəfimizdən sınaqdan keçirilmiş “İntermektin” preparatı istifadə olunmuşdur.

Respublikanın bölgələrində kənd təsərrüfatı heyvanlarının qan-parazitar xəstəliklərinin epizootologiyasının öyrənilməsi, piroplazmidozların müalicə-profilaktika tədbirlərinin hazırlanması və K.Mirzəbəyov, Ə.Şahmarov, R.Məmmədova, Ü.Mehralıyeva, G.Məmmədova, N.Həsənalıyev tərəfindən aparılmışdır.

Təcrübənin birinci qrupunda 27 baş iri buynuzlu heyvanlara diminazin aseturat tərkibli preparatlar (Piroplazmin, Tryponil və s. preparatlar) hər bir baş heyvana aprelin 11-15-dən (B.calcaratus gənəsinin aktivləşmə zamanı) başlayaraq hər 14-15 gündən bir mayın sonuna qədər, iyun ayında bir dəfə və sentyabr ayında isə iki inyeksiya edilir. Hər inyeksiyada preparat 3,5 mq/kq dozada (5 ml hər 100 kq diri çəkiyə) əzələ daxilinə işlədilir. May ayının sonuna qədər hər bir heyvana dörd dəfə inyeksiya edilmişdir.

Təcrübənin ikinci qrupunda beş baş iri buynuzlu heyvana diminazin aseturat tərkibli preparatlardan bir baş heyvana dozanı bir qədər artıraraq 7,0 mq/kq (hər heyvana əzələ daxilinə 100 kq diri çəkiyə 10 ml preparatın məhlulu) yeridilir.

İstifadə edilən preparatın profilaktik effektliyini müəyyən etmək üçün hər qrupda 2-3 heyvan kontrol saxlanılır. Kontrolda olan heyvanlara parazitotrop preparat işlənilmir. Təcrübələrdə və kontrolda olan heyvanlarda gənələrə qarşı tədbirlər aparılmır. Heyvanlar sentyabr ayının sonuna (B.calcaratus-un aktiv dövrü) qədər nəzarətdə saxlanılır.

Təcrübədə olan heyvanlar icraçıların nəzarətində olmuşlar. Təcrübədə olan heyvanlar arasında fransaielloz və piroplazmoz müşahidə olunmamışdır.

Respublikanın müxtəlif göl balıqçılıq təsərrüfatlarında balıqların parazitar xəstəliklərinə qarşı mübarizə tədbirlərinin işlənməsi və tətbiqi A.Süleymanova, X.Abdullayeva, R.Əkbərova tərəfindən yerinə yetirilmişdir.

Hesabat dövründə əmtəə təsərrrüfatlarında yetişdirilən qızılxallı, karpkimi balıqların parazitar xəstəliklərinə görə epizootoloji vəziyyəti öyrənilmişdir.

Bu dövrdə Çaykənd qızılbalıq artırma zavodunda 25 ədəd forel balıqları parazitoloji yarma üsulu ilə balıq müayinədən keçirilmişdir. Müayinələr zamanı qarın boşluğunda çoxlu miqdarda başı tikanlı qurdlar aşkarlanmışdır.

Belə ki, akantosefalyozla yoluxma ekstensivliyi 60%, intensivliyi isə 1-58 ədəd arasında olmuşdur. Əvvəlki illərdə aparılan tədqiqatlara əsasən 2015-ci ildə forel balıqlarının akantosefalyoz xəstəliyinin törədiciləri ilə yüksək yoluxmaya təsədüf edilmişdir.

Samux rayonunun göl balıqçılıq təsərrüfatından 150 ədəd ağ-amur balıqları kliniki müayinədən keçirilmiş, yaşı 1 illik olan balıqların 15 ədədi tam parazitoloji müayinədən keçirilmiş, yay fəslində əsasən botriosefalyozun və akantosefalyozun geniş yayıldığı müəyyənləşdirilmişdir. Belə ki, botriosefalyozla yoluxma ekstensivliyi 80%, intensivlik 1-25 ədəd, liqulyozla yoluxma ekstensivliyi 50 %, intensivlik 1-2 ədəd arasında olmuşdur.

Ağstafa rayonu, Kür ətrafında yaradılan göl balıqçılıq təsərrüfatında havaların çox isti keçməsiylə bağlı ixtioftrioz xəsətəliyindən karpkimi balıqlar arasında müəyyən miqdarda balıq itkiləri olmuşdur.

Balıqçılıq təsərrüfatlarında akantosefalyoz xəstəliyinin qarşısını almaq məqsədilə anthelmint preparatlardan “Fenodek”, “Fenosal” və “Tetramizol” 20% preparatı sxem üzrə müalicə kursu təyin olunmuşdur.

Hovuzların dezinvaziya məqsədilə hər m2 sahəyə 1lt hesabı ilə 0,25 % natrium hipoxlorid məhlulu(tərkibində aktiv xlor 8%) 50 dəq. exspozisiyadan sonra yuyulması və 1 gün boş saxlanmaqla istifadəsi məsləhəti verilmişdir.

Müasir heyvandarlıqda boğaz inək və düyələrin saxlanma və yemləndirilməsinin sanitar-gigiyenik qiymətləndirilməsi və onun yaxşılaşdırılması yolları Ə.Məmmədli, Y.Bağırov, R.Məmmədov, Z.Rzayeva, G.Həmidova tərəfindən işlənmişdir.

Hesabat dövründə kəndli-fermer təsərrüfatlarında 4717 baş iri buynuzlu heyvanlar (əsasən boğaz inək və düyələr) ümumi baytarlıq baxışından keçirilmişdir. Eyni zamanda boğaz inək və düyələrin düzgün saxlanması, bəslənməsi xüsusən də yemləndirilməsi vəziyyəti sanitariya-gigiyena baxımından qiymətləndirilmişdir. Müşahidələr göstərmişdir ki, boğaz heyvanlar doğuma 60 gün qalmış südünü qurutmur və doğum yaxınlaşana kimi sağılır. Yeni doğulmuş buzovlar vaxtında (doğuşdan 1,0-1,5 saat ərzində) ağız südü ilə təmin olunmur və nəticədə mədə-bağırsaq pozğunluqları xəstəlikləri baş verir. Kəndli-fermer təsərrüfatından gətirilmiş yem nümunələrində kalsium, fosfor və karotinin miqdarı müəyyən edilmişdir.Yemlərdə adığedən göstəricilərin miqdarı normadan çox aşağı olmuşdır.

Boğaz heyvanlara verilən yemləri zəhərli göbələklərə görə müayinə edərkən müxtəlif rayonlardan gətirilmiş yem nümunələrində aşağıdakı göbələklər müəyyən edilmişdir:

Göbələklərin toksikliyi qəbul olunmuş metodlara uyğun olaraq yoxlanılmış və çoxunun zəhərli olması müəyyən edilmişdir. Odur ki, çirklənmiş yemlərin zərərsizləşdirilməsi laboratoriayanın təklif etdiyi hipoxlorit natriumla həyata keçirilməsi tövsiyə edilmişdir.

İnəklərdə metritlər, onların yeni müalicə profilaktikasının işlənib hazırlanması və tətbiqi Ə.Məmmədli, Q.Murtuzov, İ.Tağıyev, S.Əlişzadə, T.Babayeva, T.Aşurova tərəfindən aparılmışdır.

Mövzunun icrası ilə əlaqədar olaraq, metrit xəstəliyinin yayılma dərəcəsini müəyyən etmək üçün respubilkanın 5 təbii-iqlim zonalarında (Abşeron, Quba-Xaçmaz, Masallı-Lənkəran, Gəncə-Qazax, Muğan-Şirvan) yerləşən kəndli-fermer və damazlıq heyvandarlıq təsərrüfatlarında 3850 baş inək metritlərə görə kliniki müayinədən keçirilmişdir. Nəticədə 38 baş inəkdə endometrit, 24 baş inəkdə sonun ləngiməsi, 26 baş inəyin isə qısır olması aşkar edilmişdir.

Müşahidələr göstərmişdir ki, metritlərlə yoluxma ən çox Qara-ala cins inəklər arasında müəyyən olunmuşdur. Yerli cinsdən olan inəklər arasında metrit xəstəliklərinə tutulma dərəcəsi aşağı faiz təşkil edir. Bunu onunla izah etmək olar ki, yerli cinslər uzun müddət respublikanın iqlim şəraitinə uyğunlaşmış, adaptasiya olmuş, bu və digər xəstəliklərə davamlıdırlar. Cins mal-qarada, ilk növbədə cins heyvanlar arasında qabaqlayıcı və profilaktiki tədbirlər aparılmalıdır.

Eyni zamanda müxtəlif təsərrüfatlardan yem nümunələri gətirilmiş və onlarda karotinin, fosforun və kalsiumun miqdarı müəyyən edilmişdir.

Metritlər ən çox inəklərdə doğumdan sonra 3-7 və bəzən də 10 gün keçdikdən sonra baş verir.

Yuxarıda qeyd edildiyi kimi metritlərin baş verməsində yem rasionlarında orqanizmin müqavimətini artıran vitaminlərin, makro və mikroelementlərin çatışmamasıdır. Digər yoluxmayan xəstəliklərin mürəkkəbləşməsindən də metritlər baş verə bilir.

Baytarlıq dezinfeksiyası üçün yeni neftkimya maddələrinin axtarılması və sınaqdan keçirilməsi A.Yusifov, C.Əsgərov, G.Dilbazi, M.Həsənova, K.Orucova tərəfindən aparılmışdır.

Hesabat dövründə Respublika Baytarlıq Laboratoriyasından E.coli mikrobunun təmiz kulturası əldə olunmuşdur. Bu mikrobun bəzi morfoloji-kultural, biokimyəvi, eləcə də temperatura davamlılığı xassələri öyrənilmişdir.

Məlum olmuşdur ki, E.coli laktoza, qlükoza, maltoza, saxaroza, arabinoza, mannit, dulsid, ksiloza və ramnozanı qıcqırdır, lakin adonit və inoziti qıcqırtmır.

Müəyyən edilmişdir ki, E.coli jelatini durulaşdırmır. Kultuvasiya zamanı törədici indol ayırır, ancaq hidrogen sulfid əmələ gətirmir. Bundan başqa E.coli qırmızı metil ilə müsbət reaksiya verir. Eyni zamanda AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun 2 və 6 saylı laboratoriyalarından 5 ədəd aşağıda göstərilən yeni maddələr alınmışdır. Həmin maddələrin müxtəlif temperaturda suda həll olunması yoxlanılmışdır. 2-morfolil 6-metiltsiklo heksil və izopropil aminofenol suda həll olurlar. Digər 3 birləşmələr üçün həlledici kimi sulfonatdan istifadə edilmişdir. Müəyyən edilmişdir ki, 2-tsirkonil etil gersenatın, tsirkonil naftenatın və ağ naftalanın suda həll olunması üçün onların sulfonatla 5:1 və 2:1 nisbətində qarışıqları optimal variant hesab olunur.

Yuxarıda göstərilən 5 ədəd neft-kimya maddələrinin bakterisidliyi müxtəlif faizlərdə və ekspozisiyalarda sınaqdan keçirilmişdir. Müəyyən edilmişdir ki, 2-tsirkonil etil gersenat, tsirkonil naftenat və ağ naftalan ayrı-ayrılıqda emulqator sulfonat ilə 2:1 nisbətində qarışıqlarının 20%-li məhlulları 1 saat müddətində bağırsaq çöpləri mikroblarını zərərsizləşdirmir. Eyni zamanda 2-morfolil 6-metiltsiklo heksalin və izopropil aminofenolun 20%-li suda məhlulları 1 saat ekspozisiyada E.coli mikroblarına parça test-obyektlərdə bakterisid təsir göstərir.

Azərbaycanın quşçuluq təsərrüfatlarında yetişdirilən quşların orqanizmində və onların məhsullarında biokimyəvi göstəricilərin öyrənilməsi Q.Cəlladov, T.Pürhani, N.Şiriyeva, R.Kəngərli, İ.Səfərova, H.Bağırova, T.Zeynalova tərəfindən aparılmışdır.

Hesabat ilində quşların və həmçinin yemlərin tərkibində bir sıra biokimyəvi göstəricilərin tədqiqatı ilə məşğul olunmuşdur. Quşların yemləndirilməsində istifadə olunan müxtəlif dənli və paxlalı yemlərin lipid tərkibləri bir-birindən xeyli fərqlidir. Uyğun lipid komponentləri miqdarca müxtəlif konsentrasiyalarda olsa da tədqiq olunan bütün yem nümunələrində aşkar edilmişdir. Onların arasında xüsusən fosfolipidlər və sitosterolların çox olmasını həmin yemlərin dəyərli olmasının göstəricisi kimi qeyd etmək olar. Müxtəlif rayonların ərazisindəki təsərrüfatlarda saxlanılan quşların qan zərdabında ümumi zülallar və ümumi lipidlərin miqdarlarının bir-birindən fərqlənməsi də müəyyən edilmişdir. Bu göstəricilər Şabran rayonu ərazisində saxlanılan quşların qan zərdabında daha yüksək olmuşdur, görünür ki, Səba Quşçuluq təsərrüfatında yetişdirilən quşların bəslənmə şəraiti daha yaxşı təşkil olunmuşdur. Istifadə olunan yemlərin qidalılıq tərkibinin fərqli olması təbii ki, qanın struktur göstəricilərinə öz təsirini göstərməyə bilməz.

Müasir heyvandarlıq təsərrüfatlarında yemlərin toksikoloji qiymətləndirilməsi və profilaktik tədbirlərin hazırlanması Y.Bağırov, E.Vahidov, N.Quliyev, N.Abdullayeva tərəfindən aparılmışdır.

Müxtəlif fermer təsərrüfatlarında aparılan monitorinqlərin nəticəsində qaramalın helmintozlarına qarşı işlədilən dərman preparatlarından düzgün istifadə etmədikdə, heyvanları gənələrdən qorumaq məqsədi ilə çimizdirilməsi təlimata uyğun aparılmadıqda, kiflənmiş yemlə yemlədikdə, gübrə ilə çirklənmiş su hövzələrindən su qəbul etdikdə və ziyanvericilərə qarşı işlənmiş preparatlarla təmasda olduqda heyvanlar arasında zəhərlənmələr baş verir.

Fermer təsərrüfatlarından 54 müxtəlif yem nümunələri və içməli su hövzələrindən su gətirilərək şöbədə mikoloji müayinələrə cəlb edilmiş və yemlərin müxtəlif göbələklərlə çirklənmə dərəcəsi, eləcə də onların Aspergillus niger və Aspergillus clavatus göbələklərinin toksiki olmamsı müəyyənləşmişdir. Göbələklərlə çirklənmiş yemlərin zərərsizləşdirilməsi hipoxlorit natriumla həyata keçirilməsi tövsiyə edilmişdir.



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin