Microsoft Word Neft-qaz quyularının tamamlanması. docx



Yüklə 166,98 Kb.
Pdf görüntüsü
səhifə6/12
tarix11.07.2023
ölçüsü166,98 Kb.
#136327
1   2   3   4   5   6   7   8   9   ...   12
Neft-qaz quyularının tamamlanması

10. Əks klapanlar 
Dərin quyulara qoruyucu kəmərləri endirdikdə: kəmərin içərisinə qazıma məhlulunun dolmasının qarşısını 
almaq, kəmərin çəkisindən qarmağa düşən yükü azaltmaq, sementləmənin sonunda sement məhlulunun 
boruarxası fəzadan kəmərin içərisinə daxil olmasının qarşısını almaq və daxili izafi təzyiqi çıxarmaq (azaltmaq) 
məqsədilə kəmərə başmaqdan 1,2-2 m, bəzən də 12 m hündürlükdə əks klapan bağlayırlar. 


Qoruyucu kəməri əks klapan ilə endirdikdə boruarxası fəzadakı qazıma məhlulu (gilli məhlul) orada 
qalaraq qazılmış süxur qırıntıları ilə birlikdə intensiv olaraq çıxarılır. 
Endirilən qoruyucu kəmər uzun olduqda, quyruq kəmərini endirdikdə və ya seksiyalı qoruyucu kəmərin 
birinci seksiyasını endirdikdə bir-birindən 8-12 m aralı iki əks klapanın (bunlardan biri ehtiyat üçün) 
yerləşdirilməsi məsləhət görülür. 
Əks klapan ilə qoruyucu kəmər endirdikdə, onun içərisi boş qaldığı üçün qaldırıcı Arximed qüvvəsi 
kəmərin çəkisindən artıq alınmasın deyə və xarici təzyiqdən kəmərin əzilməsi üçün onun içərisinə hər 100-300 
m-dən bir maye vurulur (doldurulur).
 
Quruluşlarına görə əks klapanlar nimçəvari və drossel tipdə ola bilər. 
Əks klapana statik və dinamik yüklər təsir edir. Kəməri endirdikdə onun yuxarı-aşağı yırğalanmasından 
əlavə dinamik yük yaranır. Statik yük quyudakı və kəmərdəki məhlulların sıxlıqları fərqindən və xarici izafi 
təzyiqdən yaranır. 
11. Dayaq halqası

Əks klapandan yuxarıda – bir və ya iki boru məsafədə (10-20 m), sementləmənin sonunda tıxacların 
dayandırılması (oturması) üçün mufta içərisində yerləşdirilir. Adətən, burada uzadılmış mufta işlədilir. Borular 
qaynaqlama ilə buraxıldıqda isə dayaq halqasını borunun ucundan 30-40 mm məsafədə açılmış daxili yivə əl ilə 
baglayırlar. Dayaq halqası çuqundan 12-15 mm qalınlığında şayba şəklində, daxili keçid diametri borunun 
diametrindən 60-75 mm kiçik hazırlanır. Bəzən dayaq halqasında bir keçid əvəzinə bir neçə dəlik açılır. 
Qeyd etmək lazımdır ki, sementləmədən sonra istismar kəmərinin içərisindəki sement daşının qazılması, 
birləşmələrdəki möhkəmliyi pozmaq kimi çətinliklərlə əlaqədardır. Ona görə də daban suları olmayan lay 
şəraitində quyu quruluşunu layihələndirdikdə quyunun bir qədər əlavə dərinlikdə (20-25 m) qazımaq məsləhət 
görülür. Bu zaman istismar kəmərinin aşağı uçunda boruların içərisində qalan sement daşını qazımağa ehtiyac 
olmur. 

Yüklə 166,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin