Microsoft Word Neft-qaz quyularının tamamlanması. docx


Sərtliyi artıran halqalar



Yüklə 166,98 Kb.
Pdf görüntüsü
səhifə7/12
tarix11.07.2023
ölçüsü166,98 Kb.
#136327
1   2   3   4   5   6   7   8   9   ...   12
Neft-qaz quyularının tamamlanması

12. Sərtliyi artıran halqalar. 
Konduktorun və aralıq qoruyucu kəmərin aşagı hissəsini gücləndirmək və birləşmələrdəki möhkəmliyi 
artırmaq üçün aşağıdakı 4-5 borunun birləşdirici muftalarının altına 100-200 mm ölçüdə gödək halqalar 
geydirilir. 
Bu halqalar boruya aşağıdan və yuxarıdan elektrik qaynağı ilə pərçimləndirilir. Mufta ilə gucləndirici halqa 
arasında bütov qaynaq tikişi, qoruyucu kəmər ilə halqa ucuna isə qaynaq tikişi, 100-150 mm uzunluğunda
100mm aralı sektorlarla qoyulur. Gücləndirici halqalar üstünə geydirilən kəmərdən diametri 25mm böyük olan 
qoruyucu borulardan (məsələn 273 mm kəmər üçün 299 mm borulardan) 100-200 mm uzunlugunda kəsilib 
hazırlanır. 
13

Mərkəzləşdirici fənərlər
Qoruyucu kəməri quyu lüləsi üzrə mərkəzləşdirmək və boruarxası fəzadakı qazıma məhlulunu tamponaj 
məhlulu ilə tamam (en kəsik üzrə bərabər) əvəz etmək üçün qoruyucu boruların xarici səthinə mərkəzləşdirici 
fənərlər bağlayırlar. Mərkəzləşdirici fənər elastik-yaylı və sərt quruluşlu ola bilər. Fənərlər adətən qoruyucu 
kəmərin aşağı hissəsində məhsuldar laydan aşağı və ondan 200-300 m yuxarı hissədə bir-birindən 10-15 m aralı 
məsafədə yerləşdirilir. 
Elastik-yaylı fənər iki ədəd açılıb baglanan şarnirli halqadan və onları birləşdirən bir neçə (6-ya qədər) 
ortadan xaricə əyilmiş səthli yaylardan ibarətdir. Adətən, fənəri qoruyucu kəmərə elə geydirirlər ki, boru 
muftası şarnirli halqalar arasında qalsın. Fənər yayının diametri quyunun diametrindən 15-20% artıq 
götürülməlidir və kəmər quyuya endirilməzdən əvvəl fənərlərin sərtliyi quyu lüləsinin dar olan yerlərindən keçə 
bilməsi yoxlanılmalıdır. 
Sərt fənərlər iki halqa üzərinə –paralel və ya müəyyən bucaq altında (spiral formada) qaynaqlanmış 
qabırqavari plankalardan ibarətdir. Sərt fənərlərin diametri quyunun ən dar yerindəki diametrindən kiçik 
olmalıdır. Sərt fənərlərdən quyu divarı ilə qoruyucu kəmər arasındakı ara az olduqda istifadə olunur.
Ümumiyyətlə, fənərlər quyunun sementlənən intervalında kavernalar olmayan hissələrdə qoyulmalıdır.



Yüklə 166,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin