Microsoft Word Neft-qaz quyularının tamamlanması. docx



Yüklə 166,98 Kb.
Pdf görüntüsü
səhifə8/12
tarix11.07.2023
ölçüsü166,98 Kb.
#136327
1   ...   4   5   6   7   8   9   10   11   12
Neft-qaz quyularının tamamlanması

14. Qaşıyıcı və turbulizator 
Qaşıyıcı 
qoruyucu kəmərin endirilməsi zamanı quyu divarından gil qabığını qaşımaq üçün tətbiq edilir. 
Onu qoruyucu kəmərin mərkəzləşdirici fənərin qoyulduğu hissələrində yerləşdirirlər. Ən yaxşı effekt 
mərkəzləşdirici fənərlə qaşıyıcının birlikdə tətbiqi zamanı alınır.
Turbulizator
. Qazıma məhlulunun sement məhlulu ilə yaxşı qarışmasını təmin edir. Turbulizator 
qoruyucu boruya tərpənməz bağlanmış elastik (rezindən) boru oxuna nisbətən 30….50
0
bucaq altında 
əyriləşdirilmiş pərlərdən ibarətdir. 
Bundan başqa quyu lüləsi mürəkkəb konfiqurasiyalı olduqda boruarxası fəzanın dar, dayanıqlı zolaqları 
önündə kəmərə məhlulun strukturluğunu artırmaq üçün turbulizatorlar baglanır. 
15. Quyu lüləsinin qoruyucu kəmərlərin endirilməsinə hazırlanması 
Burada əsas tələb qoruyucu kəmərin layihə dərinliyinə müvəffəqiyyətlə endirilməsi və quyunun keyfiyyətlə 
sementlənməsidir. Bu tələbin ödənilməsi aşağıda qeyd edilənlərin ardıcıllıqla yerinə yetirilməsindən çox 
asılıdır. 
Bundan başqa quyu lüləsi mürəkkəb konfiqurasiyalı olduqda boruarxası fəzanın dar, dayanıqlı zolaqları 
önündə kəmərə məhlulun strukturluğunu artırmaq üçün turbulizatorlar baglanır. 
Əgər quyuda mürəkkəbləşmə yoxdursa və quyu lüləsi normal vəziyyətdədirsə, onda qoruyucu kəməri 
endirməzdən əvvəl quyu lüləsi təkrar şablonlaşdırılır. Kəmərin endirilməsi zamanı oturmalar müşahidə olunan 
intervallar yenidən işlənməlidir. 
Quyu divarı işlənərkən qazıma məhlulunun sərfi və sürəti, eləcə də rotorun fırlanma sürəti, lülənin sonuncu 
intervalı qazılarkən istifadə edilən göstəricilər kimi olmalıdır. 
Quyu divarı işləndikdən sonra quyu lüləsi şablonlanmalı, kimyəvi reagentlər və əlavələrlə işləmə sona 
çatdırılmalı və quyu 2 tsikl yuyulduqdan sonra qazıma kəməri qaldırılmalıdır. 
Yalnız bu işlərdən sonra quyu qoruyucu kəmərin endirilməsinə hazırlanmış hesab edilə bilər. 

Yüklə 166,98 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin