Microsoft Word Neft-qaz quyularının tamamlanması. docx


Məhsuldar laylaların açılması



Yüklə 166,98 Kb.
Pdf görüntüsü
səhifə12/12
tarix11.07.2023
ölçüsü166,98 Kb.
#136327
1   ...   4   5   6   7   8   9   10   11   12
Neft-qaz quyularının tamamlanması

 
20. Məhsuldar laylaların açılması 
Neft və qaz yataqlarının kəsilişində külli miqdarda məsaməli laylara – kollektorlara rast gəlinir: qum, qum 
daşı, əhəng və s. Bunlar, gillər, mergeller, bərkimiş qumdaşları ilə bir-birindən təcrid edilmiş olurlar. Bu laylar 
adətən, neftli, qazlı, sulu və ya bunlarsız, yəni quru olurlar. 
Quyunun tamamlanması zamanı quyudibi quruluşa xüsusi diqqət yetirilməlidir. Qazıma təcrübəsində laya 
daxil olmada aşağıdakı üsullar tətbiq edilir: 
I üsul
. Məhsuldar lay yuxarıda yerləşən süxurları qazıyan balta ilə açılır. Quyuya aşağı hissəsi perforasiya 
olunmuş süzgəc rolunu oynayan istismar kəməri endirilir. Quyu məhsuldar laydan yuxarı sementlənir.
II üsul
. I-ci üsuldan onunla fərqlənir ki, quyu qazıldıqdan sonra istismar kəməri endirilir və sementlənir. 
İstismar kəməri ilə məhsuldar lay arasında əlaqə yaratmaq üçün onu perforasiya edirlər.
III üsul
. Məhsuldar lay açılmazdan əvvəl yuxarıda yerləşən süxur qatını qoruyucu kəmərlə bağlayırlar və 
onu sementləyirlər. Bundan sonra məhsuldar layı kiçik diametrli balta ilə qazırlar və lüləni açıq saxlayırlar.. 
IV üsul
. Əvvəlki üsuldan fərqli olaraq məhsuldar layda quyu lüləsi pakerlə izolə edilmiş və qoruyucu 
kəmərdən asılmış süzgəclə təmin edilirlər.
V üsul
. Bu üsulda məhsuldar laya qədər qoruyucu kəmər endirib onu sementləyirlər. Bundan sonra 
məhsuldar layı kiçik diametrli balta ilə qazırlar və quyruq kəməri vasitəsilə layı bağlayırlar. Quyruq kəməri 
bütün uzunluğu boyu sementlənir və lazım olan intervalların qarşısı perforasiya edilir. 
21. İstismar kəmərinin perforasiya edilməsi üsulları 
Yuxarıda qeyd etdiyimiz kimi layların açılmasının iki növü mövcuddur:
1.İlkin açılma;
2.Təkrar açılma. 
İlkin açılmada laya qazıma zamanı daxil olunur. 
Təkrar açılma zamanı lay ilə quyu gövdəsi arasında əlaqənin yaradılması üçün müxtəlif növlü və 
konstruksiyalı deşici və partlayış yaradan aparatlardan istifadə olunur. Layların təkrar açılması perforatorlar 
vasitəsilə həyata keçirilir. Bir neçə növ perforator vardır: 
1. Hidroqumşırnaqlı; 
2. Kumulyativ; 
3. Gülləli; 
4. Torpedalı. 

Yüklə 166,98 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin