Microsoft Word Neft-qaz quyularının tamamlanması. docx


 Quyu quruluşunun yüngülləşdirilməsi



Yüklə 166,98 Kb.
Pdf görüntüsü
səhifə5/12
tarix11.07.2023
ölçüsü166,98 Kb.
#136327
1   2   3   4   5   6   7   8   9   ...   12
Neft-qaz quyularının tamamlanması

8. Quyu quruluşunun yüngülləşdirilməsi 
Quyu quruluşunun yüngülləşdirilməsi
-
quyuya endiriləcək konduktorun, aralıq kəmərinin və istismar 
kəmərinin diametrinin mümkün qədər kiçik götürülməsidir:
1. Quyuya endiriləcək kəmərlərdən hər hansı birinin, yaxud ikisinin ixtisara salınmasının mümkünlüyü; 
2. Konduktor yaxud aralıq kəmərinin endirilmə dərinliyinin azaldılmasının mümkünlüyü başa düşülməlidir. 
Nəticədə xeyli metala və vəsaitə qənaət etmək olur. 

Quyu quruluşunun layihələndirilməsini əsaslandıran amillər aşağıdakılardır:


a)quyunun qazılması məqsədi; 
b)quyunun layihə horizontu dərinliyi və istismar kəmərinin diametri
c)stratiqrafik kəsiliş üzrə lay təzyiqinin və süxurların yarılma təzyiqi qiymətləri
ç)süxurlarin bərkliyi üzrə xarakteristikası; 
d)quyunun qurtarması və istismarı üsulları; 
e)quyunun profili (şaquli, maili,və üfqi ), şaquli oxdan layihə üzrə inhirafı, zenit (əyrilik) və azimut 
bucağının dəyişməsi tempi. 
9. Qoruyucu kəmərlərin təchizatı üçün qurğu və alətlər (başmaq istiqamətləndirici tıxaclar). 
Başmaq istiqamətləndirici tıxacları
qoruyucu kəmərlərin başmağına bərkidilir və onun quyuya 
endirilməsi zamanı istiqamətləndirilməsinə qulluq edir. İstiqamətləndirici tıxac olmadıqda kəmərin başmağı 
quyu divarından gil qabığını və süxuru kəsir. Nəticədə, quyu lüləsi güclü çirklənir kəmərin aşağı hissəsi süxurla 
dolur və salnik əmələ gətirir və ya qazıma məhlulunu sıxışdırmaq olmur. Hazırda bir neçə tipdə 
istiqamətləndirici tıxaclar tətbiq edilir; ağac, beton, çuqun, və rolad «hörümçək». 
Bir çox hallarda istismar və quyruq kəmərinin quyuya buraxılması zamanı istiqamətləndirici tıxacları 
başmaq əvəzinə kəmər «hörümçəklə» qurtarır. 
Kəmər başmağı
qoruyucu kəmərin aşağı ucunun əzilmədən qorunması üçün birinci boruya uzunluğu 0,5 
m olan qalın divarlı boru parçası bağlanır. Başmağın xarici diametri boru muftasının diametrinə daxili diametri 
isə qoruyucu borunun daxili diametrinə bərabər olur. 
Qoruyucu kəmər quyuya seksiyalarla endirildikdə ikinci və sonrakı seksiyalarda birinci boruya başmaq 
əvəzinə qazıma və sement məhlulunun çıxması üçün yan deşikli boru bağlanır. 

Yüklə 166,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin