Microsoft Word Neft-qaz quyularının tamamlanması. docx


Birgələşdirilmiş təzyiqlər qrafikinin qurulması



Yüklə 166,98 Kb.
Pdf görüntüsü
səhifə3/12
tarix11.07.2023
ölçüsü166,98 Kb.
#136327
1   2   3   4   5   6   7   8   9   ...   12
Neft-qaz quyularının tamamlanması

4. Birgələşdirilmiş təzyiqlər qrafikinin qurulması 
Birgələşdirilmiş təzyiqlər qrafiki, lay təzyiqi ilə süxurların hidravlik yarılma təzyiqi qiymətlərinin 
dəyişməsini düz səthli koordinat sistemində əks etdirir. 


Bu koordinat sistemi dərinlik və təzyiq qradiyenti ekvivalenti oxlarından ibarətdir. 
Təzyiq qradiyenti ekvivalenti dedikdə, elə mayenin xüsusi çəkisi nəzərdə tutulur ki, həmin mayedən ibarət 
sütunu təyin edilən dərinlik üçün qiymətcə lay təzyiqinə və hidravlik yarılma təzyiqinə bərabər təzyiq yaradır. 
Hər hansı H
i
– dərinlik intervalı üçün lay təzyiqinin (P
lay
) və hidravlik yarılma təzyiqinin (P
h.y.

qiymətlərini bildikdə, həmin təzyiqlər üçün təzyiq qradiyenti ekvivalentlərini: P
lay.i.
, P
h.y.i.
E
lay i
=
i
i
lay
H
P
01
.
0
.
.
E
h.i.
=
i
i
y
h
H
P
01
.
0
.
.
.
ifadələrindən asanlıqla hesablamaq olar.
Lay təzyiqinin və hidravliki yarılma təzyiqinin dərinlik intervalları üzrə dəyişilməsini xarakterizə edən 
əyriləri mədənlərdə aparılan tədqiqat nəticələri əsasında qururlur. Hidravlik yarılma təzyiqi üzrə mədən 
məlumatları olmadıqda onun qiymətini hər hansı dərinlik üçün: 
lay
h
P
H
P
66
,
0
083
,
0
1


düsturu ilə hesablamaq olar. Düsturda H-m, ilə P
lay
sə kqq/sm
2
vahidlərində yazılır. 
5. Qoruyucu kəmərlərin növləri 
Qoruyucu borulardan quyuların möhkəmləndirilməsində istifadə edilir. Bu borular tikişsiz olub, yüksək 
keyfiyyətli poladlardan hazırlanırlar. Qazımada əsasən aşağıdakı ölçülərə malik qoruyucu borular işlənir. 114,3 
(114), 127 (127), 139,7 (140), 146 (146), 168,3 (168), 177,8 (178), 193,7 (194), 219,1 (219), 244,5 245), 273,1 
(273), 298,5 (299), (323,9 (324), 339,7 (340), 351 (351), 377 (377), 406,4 (407), 425,5 (426) və 508 (508). 
Mötərizə içərisində qoruyucu boruların şərti diametrləri verilmişdir. Qoruyucu borular adətən 9,5

13 m 
uzunluğunda olur (qoruyucu borular komplektinə 20%-ə qədər uzunluğu 8

9,5 m və 10%-ə qədər uzunluğu 
5

8 m olan boruların daxil edilməsinə icazə verilir). 
Neft və qaz quyularının möhkəmləndirilməsində quyruq kəmərlərinin və kiçik uzunluğa malik qoruyucu 
kəmərlərin quyuya endirilməsi üçün bəzən muftasız, hamar qoruyucu borulardan da istifadə edirlər. Qoruyucu 
borular quyuya endirilməzdən əvvəl daxili təzyiqə yoxlanmalıdır. Zay borular kənarlaşdırılmalı, müvafiq akt 
tərtib edilməlidir, orada zay boruların sayı, uzunluğu və yararsızlıq səbəbləri göstərilməlidir. 

Yüklə 166,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin