Microsoft Word Neft-qaz quyularının tamamlanması. docx


Qoruyucu kəmərlərin növlərinin seçilməsi



Yüklə 166,98 Kb.
Pdf görüntüsü
səhifə4/12
tarix11.07.2023
ölçüsü166,98 Kb.
#136327
1   2   3   4   5   6   7   8   9   ...   12
Neft-qaz quyularının tamamlanması

6. Qoruyucu kəmərlərin növlərinin seçilməsi. 
Quyu quruluşu layihələndirildikdə qoruyucu kəmərlərin növünü də seçmək lazımdır. Bunun üçün 
qazımanın geoloji-texniki şəəraitinə uyğun olaraq aşağıda göstərilən qoruyucu kəmər növləri təklif edilir. 
1.Əgər qazıma geoloji çətinliklər şəraitində aparılırsa, quyunun etibarlı möhkəmləndirilməsini bütöv 
qoruyucu kəmərlər işlətməklə əldə etmək olar
2.Metalın və materiallrın işlədilməsinə qənaətetmə, quyunun möhkəmləndirilməsi üçün sürətləndirmə
qazıma və sementləmə proseslərində hidravlik müqavimətləri azaltma məqsədinə uyğun olaraq geoloji şərait 
yol verən hallarda bütöv qoruyucu kəmərlər əvəzinə “quyruq kəmərləri” işlətmək lazımdır; 
3.Udulma kimi ağır çətinliklərin qarşısını almaq üçün o biri kəmərlərlə əlaqəsi olmayan “letuçka” tipli 
qoruyucu kəmər işlətmək olar; 
4.Əgər aşağı intervalların qazılması başmaqdan yuxarı qoruyucu borular şiddətli sürtünməyə məruz 
qalarsa, “nadstavka” tipli və yaxud dəyişdirilən qoruyucu kəmərlərin işlədilməsi nəzərdə tutula bilər. 
7. Quyu quruluşunun hesabı
Quyu quruluşunun hesabı aşağıdan-yuxarıya doğru aparılır. Əvvəlcə yuxarıda qeyd edilən tələblərin 
yerinə yetirilməsini təmin edəcək istismar kəmərinin diametri seçilir İstismar kəmərinin diametri qazılan 
quyudan gözlənilən maye (neft, su) və qazın hasilatından, quyunun istismar üsulundan (fontan-kompressor, 
dərinlik nasos üsulu) və istismar avadanlığının ölçüsündən, quyuda tutma və təmir işləri aparılmasının mümkün 
olmasından asılı olaraq seçilir. 
İstismar kəməri üçün xarici diametri 

114 mm, 127 mm, 140mm,146 mm və 168 mm borular, çoxdebitli 
qaz quyuları üçün isə 178 mm, 219mm və 273 mm olan borular işlədilir. Dərin quyular üçün istismar kəməəri 


iki-

114 mm x 127 mm; 146 mm x 168 mm diametrdən ibarət və üç -114mm x 127mm x 146 mm; 127mm x 
146 mm x 168 mm diametrdən ibarət borulardan komplektləşdirilə bilər. 
Bundan sonra istismar kəmərinin yerini qazıyacaq baltanın diametri aşağıdakı ifadədən tapılır və dövlət 
standartına uyğunlaşdırılır. 
D
b
= D
m
+ 2


burada D
b
-qazıma baltasının diametri; D
m
-qoruyucu kəmərin muftasının diametri; 

-qoruyucu kəmərin 
muftasının diametri ilə quyu divarı arasında olan fərqdir (boşluqdur). 
İstismar kəmərindən əvvəl quyuya endiriləcək aralıq kəmərinin daxili diametri ilə istismar kəmərinin xarici 
diametri arasında olan fərq 6

8 mm olmalıdır. Aralıq kəmərinin diametri məlum olduqda onun xarici diametrini 
3.2 saylı cədvəldən təyin edirik və onun yerini qazacaq baltanın diametrini yuxarıda qeyd edilən ifadənin 
köməyi ilə tapırıq, 3.3 saylı cədvəldən standart ölçüyə malik baltanı seçirik. Bu ardıcıllıqla hesabı aşağıdan 
yuxarıya doğru davam etdirməklə, quyuya endiriləcək qoruyucu kəmərlərin və onların yerini qazacaq baltaların 
diametrlərini müəyyən edib quyu quruluşunun sxemini tərtib etmək mümkündür. 

Yüklə 166,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin