Microsoft Word Materiallar Full Mənim gənclərə xüsusi


Partial D Partial d Exampl



Yüklə 10,69 Mb.
Pdf görüntüsü
səhifə135/144
tarix06.03.2017
ölçüsü10,69 Mb.
#10325
1   ...   131   132   133   134   135   136   137   138   ...   144
Partial D

Partial d



Exampl

Solution

>

We illus


>

Compute


Entering

>

Compute


>

Conclus

This res


school based

difficulty. Fi

Maple. Also 

derivative ea

 

 

WEB 



BAZA

Giriş. 

Müxtəlif


üzərindən ko

90-cı ill

mövcud idi:  

  Müə


  İnfo

Bu texno


və müəssisəl

II INTER

versity           

second derivat



m 2. Let y=f(x

’’(x) >0 for all

’’(x)<0 for all 

Derivative 

derivatives of f



le: Calculate 

n: After defini

strate use of  D

es . 

g  


es 

.

sion 

earch devoted

d math.This w

irstly we wrot

we had show

asily and quick

TEXNOLO

ASININ QU

f coğrafi  əraz

oordinasiya olu

lərin  əvvəllər

əssisənin resu

ormasiya saxla

ologiyalardan E

ər öz tələbləri



RNATIONA

              

tive, we have 

x) have a seco

l x in (a,b), th

x in (a,b), the

functions of tw

ing  

D and diff to c



 

 

 



. Remember th

d to teaching 

work shows 

te definition a

wn some grapi

kly.  


OGİYASI Ü

URULMAS

E

zilərdə yerləşm

unmuş  iş rejim

rindən etibarə

urslarının  payl

ancı (Data Wa

ERP sistemlər k

inə uyğun olar



L SCIENTIF

following the

ond derivative 

en the graph o

en the graph o

wo or more va

 

compute the pa



hat under appr

 

limit and der



how pupils m

and related iss

ical examples 

ÜZƏRİND

SI, VERİLƏ

MALİ PRO

Q

miş topdan və



minin, korpor

ən müəssisələ

lanması sistem

arehouse) texn

kompaniya və

raq və daxili p



FIC CONFER

627 


eorem. 

on (a,b). 

of f(x) is conc

of f(x) is conca

ariables are co

 

artial derivativ



ropriate assum

rivative relate

may lean suc

sues theorems

about topics.W

DƏ KORPO

ƏNLƏRİN 

OBLEMLƏ

 

Kenan KIL

Qafqaz Univer



kkilic@qu.ed

AZƏRBAYC


ə  pərakəndə  s

rativ informas

ərin korporativ

mləri (Enterpr

nologiyası.  

müəssisələrdə

potensiallarınd

RENCE OF Y

 

cave up on (a,b

ave down on (

omputed with 

ves. Entering

 

mptions, 



 

ed topics throu

h issues by t

s about topics

We hope that

ORATİV İN

TƏSVİRİ,

ƏRİNİN HƏ

LIÇ 

rsiteti 


du.az 

CAN 


satış kompaniy

iya sistemləri 

v informasiya

rise Resource 

bu günə kimi 

dan istifadə ed



YOUNG RES

        18-19 A

b). 


(a,b). 

Maple using 

 

ugh the help 



the help of M

s.Then, gave e

t this thesis w

NFORMAS

, ANALİZİ

ƏLLİ 

ya və müəssi

bazasının  (K

a vasitələrinin

Planning, ERP

geniş tətbiq ta

dərək spesifik 

SEARCHER

April 2014, B

diff and D. Fo

. Entering  

of Maple Pro

Maple easily 

examples abou

ill help pupil 



SİYA SİST

İ VƏ SORĞ

sələri, vahid 

KİS)  qurulmas

n inteqrasiya

P); 

apmışdır. Belə k



k ERP sistemlə

RS 

aku, Azerbai

or z=f(x,y), 

ograms from 

despite its b

ut the topics 

to learn limit



TEMLƏRİ 

ĞULARIN 

internet  şəbə

sını tələb edir

sına iki yana

ki, bəzi kompa

ər qurmuşdur.



ijan 

high 


being 

with 


t and 

əkəsi 


aşma 


aniya 

 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

628 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Məsələnin qoyuluşu. 

Tədqiqatlar göstərmişdir ki, Microsoft Excel, Paradox, Foxpro, Dbase, Microsoft SQL və s. verilənlər bazalarında  

yadda saxlanılan verilənlərin vahid bir inteqrasiya olunmuş informasiya saxlancına transfer olunmasına və sonradan vahid 

texnologiya üzrə emalına imkan verən Data Warehouse texnologiyası üzrə işləyən KİS-lər bizim   müəssisələrimizdə xüsusi 

qaydalar üzrə,  ancaq həmin  müəssisələrin bəzi biznes məsələlərinin yerinə yetirilməsi üçün qurulmuş  və demək olar ki, 

geniş istifadə üçün nəzərdə tutulmamışdır.  

Ayrıca bu üsullar əsasında qurulmuş sistemlər ayrı-ayrılıqda fəaliyyət göstərirlər, spesifik olurlar, onların administrativ 

və proqram müşaiyəti çox böyük xərclər tələb edir və bəzi hallarda verilənlər bazasının genişlənməsi və yeni məsələlərinin 

həlli tələblərinə  cavab vermirlər. 

Son dövrlərdə informasiya texnologiyalarının inkişafı KİS-lərin qurulmasının bu iki üsulundan səmərəli istifadə etməyə 

imkan verən WEB – texnologiyası yanaşma üsulunu meydana çıxarmışdır. 

WEB – texnologiyasına əsaslanan həlldə:  

  böyük həcmdə verilənlərin ötürülməsinə və replikasiyasına;  

  proqramların bütün iş yerlərində yenilənməsinə və   

  uzaq məsafələrdə yerləşmiş qovşaqların hər birində ixtisaslaşmış mütəxəssislərin saxlanmasına ehtiyac qalmır.  

WEB – texnologiya sifarişçilərə, biznes-tərəfdaşlara, potensial müştərilərə istədikləri kompaniya və müəssisələrin 

verilənlər bazasına müraciət etməyə imkan verir, biznes funksiyaların (malların çeşidinin öyrənilməsi, sifariş verilməsi və 

s.)  tədarükçülərə  və istifadəçilərə verilməsinə  şərait verir. Eyni zamanda müştərilərin, və  əsasən rəhbər işçilər və 

menecerlərin operativ,   səmərəli iş  şəraitinin qurulması, onlar  üçün  operativ və keyfiyyətli hesabatların hazırlanması 

imkanlarını verir. 

Problemin həlli yolları.  

Mövcud ədəbiyyatların və sistemlərin analizi göstərmişdir ki, WEB texnologiyaları əsasında KİS-in qurulması üçün ilk 

növbədə: 

müəssisənin vahid informasiya mühitinin,  

korporativ verilənlər bazası (paylanmış verilənlər bazasının) qurulması,  

biznes proseslərinin avtomatlaşdırılması,  

qərar qəbuletmə sisteminin qurulması  

məsələlərini həll etmək lazımdır. 

Nəticə.  

Beləliklə, korporativ informasiya sistemlərində verilənlərin təsviri, analizi və sorğuların emali problemlərinin həlli üzrə 

mövcud mənbələrin analizi aşağıdakıları əsaslandırmağa imkan verir: 

  KİS-in məqsədi müəssisənin mövcud informasiya vasitələrinin WEB inteqrasiyası nəticəsində  idarəetmə personalına 

gündəlik və analitik hesabatların hazırlanmasına imkan vermək  və qərar qəbuletmə prosesinin keyfiyyətinin artırılmasını 

təmin etməkdir.  

  WEB texnologiyaları  KİS-ə daxil olan bütün altsistemlərə operativ rejimdə eyni metod və üsullarla korporativ 

verilənlər bazasına daxil olan biznes informasiyaları yadda saxlamağa, redaktə və analiz etməyə imkan verir.  

  Korporativ verilənlər bazası  KİS-in nüvəsi olmaqla özündə bütün normativ-sorgular (kontaqentlər, müştərilər, 

materiallar, müqavilələr, texniki vasitələr haqqında), sənədlər,   köçürmələr , nəzarət jurnalları,  və s. məlumatları yadda 

saxlayır.  

  Digər tərəfdən korporativ verilənlərdən qərarqəbuletmə prosesində  səmərəli istifadə etmək və informasiyaların 

analitiklərə, menecerlərə və idarəetmə personalına lazımı formada təqdim olunması üçün verilənlərin yadda saxlanılması və 

analizinin instrumental vasitələri olmalıdır. 



ƏDƏBİYYATLAR 

1-  Тенденция развития современных корпоративных информационных систем. 

http://www.management.com.ua/ims/ims010.html. 

2-  Генерация 

корпоративной 

отчетности 

и 

распространение 



информации 

в 

Интернете.http://www.pogrambank.ru/pbsite.ntfs. 



3- http://www.profi-club.kiev.ua.К.Вавилов,С.Щербина.WEB-нтеграциякорпоративных систем.  

4. http://www.topsbi.ru/default.asp?trId=92. Разработка и внедрение корпоративных порталов. 

5.Альперович  М.  Технология  хранения  и  обработки  корпоративных  данных(DataWarehousing, OLAP, 

DataMining).- http://www.sft.ru/reviews/DevConv97/DC2/DC2T12.htm. 

6. Inmon W.H.Building the Data Warehouse(Second Edition). New York: John Wiley & Sons, Inc.,1993. 

7. Алесандр Лопарев, Финансовая газета №17, апрель 2001 г.   

8. www.atlas.ua/rus/abil.html. 

 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

629 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

KİTABXANA-İNFORMASİYASAHƏSİNDƏ KOMPÜTERTEXNOLOGİYASININ 

TƏTBİQİNƏ DAİRDÖVLƏTSİYASƏTİ 

(2003-2013-CÜ İLLƏRDƏ) 

 

Natiq MÜRSƏLOV 

AMEAMərkəziElmiKitabxanasınınelmiişçisi 



Magistrant_bdu@mail.ru 

AZƏRBAYCAN 

 

 Dünyanın bir çox görkəmli dövlət, ictimai-siyasi, elm və mədəniyyət xadimləri, filosofları, yazıçıları kitab və kitabxa-



na haqqında olduqca dəyərli, hikmətamiz fikirlər söyləmişlər. Bu fikirlər içərisində Heydər Əliyevin kitabxana, onun əhə-

miyyəti, cəmiyyətdə tutduğu yer, elm və mədəniyyətin, ümumiyyətlə, mənəviyyatın inkişafında rolu haqqında fikirləri olduqca 

yüksəkdə durur və böyük bəşəri əhəmiyyət kəsb edir. 

Ümummilli  liderimiz Heydər  Əliyevin  əsasını qoyduğu demokratik dövlət quruculuğu işlərini davam etdirən cənab 

İlham Əliyev prezidentlik fəaliyyətinə başlayarkən xalqa verdiyi “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacam” 

vədinə əməl edərək həyata keçirilən işləri inamla irəliyə aparmaq qüdrətinə malik olduğunu sübuta yetirdi.  

2003-2013-cü illərdə ölkəmizdə iqtisadi inkişaf ilə yanaşı  mədəniyyətin inkişafı sahəsində  də böyük tərəqqi  əldə 

edilmiş, mədəni quruculuğun bütün sahələrində dönüş illəri olmuşdur. Mədəniyyətimizin bütövlükdə inkişafı ilə yanaşı 

olaraq onun ayrı-ayrı sahələrinin inkişafına da xüsusi diqqət yetirilməyə başlanmışdır. Respublikada mədəniyyətin mühüm 

tərkib hissələrindən biri olan kitabxana işi sahəsində aparılan məqsədyönlü mütərəqqi tədbirlər buna parlaq sübutdur. 

Müstəqil Azərbaycanda  əsası ulu öndər Heydər  Əliyev tərəfindən qoyulmuş kitabxana siyasəti müvəffəqiyyətlə davam 

etdirməkdədir.  Bu siyasətin  əsasında kitabxana işinə dövlət qayğısı, dövlət tərəfindən maliyyələşdirilməsi, ardıcıl olaraq 

maddi-texniki bazasının möhkəmləndirilməsi, kitabxanaların  ümumaçıq olması, kitabxana işinin informasiyalaşdırılması, 

dünya standartları səviyyəsinə yüksəldilməsi, kitabxanaçıların sosial vəziyyətinin yaxşılaşdırılması və digər vəzifələr durur. 

Müasir  şəraitdə bütün kitabxanaları yeni ədəbiyyatla təmin etmək, kitabxana fondlarını  zənginləşdirmək üçün ardıcıl 

tədbirlər həyata keçirilir. Belə  tədbirlərdən biri kütləvi kitabxanaların və  məktəb kitabxanalarının pulsuz olaraq latın 

qrafikası ilə çap edilən yeni nəşrlərlə komplektləşdirilməsi haqqında prezident sərəncamı olduqca böyük tarixi əhəmiyyət 

kəsb edir. Prezident İlham  Əliyevin 12 yanvar 2004-cü ildə imzaladığı  “Azərbaycan dilində    latın qrafikası ilə kütləvi 



nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam, dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan ana dilinə dövlət 

qayğısının daha da artırılmasını təmin etmək, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrini müasir 

dövrdə təbliğ etmək və gələcək nəsillərə çatdırmaq məqsədi ilə Azərbaycan dilində əvvəllər kiril qrafikası ilə çap olunmuş 

əsərlərin latın qrafikası ilə yenidən nəşrinin kütləvi şəkildə həyata keçirilməsini nəzərdə tuturdu. 

Daha sonra cənab prezident 2004-cü il 27 dekabr tarixli 526 nömrəli daha mühüm “2005-2006-cı illərdə Azərbaycan 

dilində latın qrafikası ilə capı  nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında”  sərəncam imzaladı. 

Sərəncama əsasən hazırlanan siyahıya 546 adda kitab daxil edilmişdir ki, onların da ümumi sayı 13 milyon 650 min nüsxə 

olmuşdur. Həmin  kitablar 2005-2009-cu illərdə çap edilib, pulsuz olaraq respublika kitabxanalarına hədiyyə edilmişdir. 

Dünyada analoqu olmayan bu tədbir müstəqil Azərbaycan dövlətinin mədəni siyasətinin təzahürüdür. 

Kitabxanalarımızın fondu 4-5 il müddətində 13 milyondan çox artması dövlətimizin kitabxana işinə, Azərbaycan elm

mədəniyyət və təhsilinə, çoxmilyonlu kitabxana oxucularına böyük diqqət və qayğısını bir daha təsdiq edir. 

Dövlətin bu sahədə  həyata keçirdiyi işlər müvəffəqiyyətlə davam etdirilir. “Azərbaycan Respublika regionlarının 

sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, “Bakı  şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının 

sürətləndirilməsinə dair tədbirlər proqram”, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı 

üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”, “Azərbaycan Respublikası ümumtəhsil 

məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə  təminatı Proqramı (2005-2007-ci illər)” kimi mühüm 

sənədlərdə kitabxana informasiya sahəsinin inkişafı, modernləşdirilməsi və ayrı-ayrı idarə  və müəssisələrin kitabxana 

şəbəkəsinin inkişafına, əhaliyə kitabxana xidmətinin təşkilinə olduqca mühüm təsir göstərmişdir. 

Adlarını göstərdiyimiz sənədlərlə yanaşı dövlətimizin başçısı  İlham  Əliyev bilavasitə kitabxana işinə  həsr edilən və 

böyük strateji əhəmiyyət daşıyan mühüm proqram əhəmiyyətinə malik 2007-ci ilin aprelində “Azərbaycanda kitabxana 

fəaliyyətinin yaxşılaşdırılması” və 6 oktyabr 2008-ci ildə “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 

2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nı imzalamışdır. 

Nəticə olaraq qeyd edək ki, 2003-2013-cü illərdə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi kitabxana işi siyasəti 

Azərbaycan kitabxana-informasiya sahəsinin  inkişafının əsasını təşkil etmiş və  bu  siyasət  uğurla  davam  etdirilmişdir. 

 

 



 

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

630 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

AZƏRBAYCAN KİTABXANALARINDA İNFORMASİYA                          

TEXNOLOGİYALARININ TƏTBİQİ MƏSƏLƏLƏRİ 

 

Sevda MƏMMƏDOVA  

Bakı Dövlət Universiteti 



sevda_memmedli @mail.ru  

AZƏRBAYCAN 



 

Dövlətimizin hərtərəfli inkişafı respublikada bir çox sahələrdə olduğu kimi kitabxana işinin də getdikcə inkişaf 

etməsinə, kitabxana işində  dəyişikliklər aparılmasına  şərait yaratmışdır. Bu dəyişikliklər həm kitabxana işi təcrübəsində, 

həm də onun elmi nəzəri bazasını  təşkil edən kitabxanaşünaslıq elmləri silsiləsində özünü göstərir. Müstəqillik dövründə 

baş verən hadisələr dövlətimizə kitabxana işi sahəsində yeni, müstəqil, demokratik siyasət yeritməsi ucun şərait 

yaratdı.Cəmiyyətdə informasiya proseslərinin avtomatlaşdırılması xeyli dərəcədə genişlənmiş, yeni tipli informasiya 

sistemləri yaradılmışdır və onları funksiyalarından asılı olaraq informasiya axtarışı, informasiya idarəetmə, hesablama, 

məlumatın işlənməsi, kitabxana-informasiya sistemləri və s. adlandırılmışdır. 

Yeni informasiya texnologiyalarına keçid nəinki Azərbaycan kitabxanaları, həm də dünya kitabxanaları üçün xarakterik 

olan bir sıra mürəkkəb problemlərin həllini qarşıya qoyur. Kitabxana və informasiya mərkəzləri kommunikasiya və texniki 

vasitələrlə birlikdə ölkənin informasiya infrastrukturunu təşkil edir. Bu səbəbdən təsadüfi deyildir ki, kitabxana informasiya 

texnologiyaları kitabxana-informasiya işinə təsir göstərən əsas faktorlardan biridir, cəmiyyətin informasiyalaşması səviyyəsi 

bilavasitə bu texnologiyaların  inkişaf səviyyəsindən asılıdır. Bu isə ənənəvi kitabxana proseslərinin avtomatlaşdırılmasını 

tələb edir. Kitabxana proseslərinin avtomatlaşdırılması isə, öz növbəsində müasir kitabxana-informasiya texnologiyalarının 

tətbiqi ilə  sıx  əlaqədardır.  İnformasiya texnologiyaları – obyektin, prosesin və ya hadisənin (informasiya məhsulunun) 

vəziyyəti haqqında yeni informasiyaların alınması üçün məlumatın (ilkin informasiyanın) toplanması, emalı  və 

mübadiləsində istifadə olunan metod və vasitələrin məcmudur.  İnformasiya texnologiyalarının inkişafı  və onların insan 

fəaliyyətinin müxtəlif sahələrinə tətbiqi, müasir cəmiyyətin bütün quruluş elementlərini dəyişərək onu transformasiya edir. 

Xüsusilə kitabxana fəaliyyətinin bütün sahələrinə surətlə nüfuz etməkdə olan informasiya texnologiyaları  (şəbəkə 

texnologiyaları), hər bir istifadəçiyə informasiya proseslərində (informasiya hazırlanması  və yayılması, informasiya 

xidmətlərinin təqdim edilməsi və onların istifadə edilməsi) iştirak etmək imkanı yaradan şəbəkə infrastrukturunun 

interaktivliyi, o cümlədən, kommunikasiya  mühitinin özünü təşkil və özünü inkişafa uyğunlaşması ilə şərtlənir. 

İnformasiyalaşdırılmış cəmiyyətin mühüm təzahür forması olan kitabxana-informasiya texnologiyalarının bir çox tətbiq 

vasitələri və istiqamətləri vardır ki, bunlardan ən vacibləri aşağıdakılardır: 

- CD-ROM 

- Şəbəkə texnologiyaları 

- Elektron kataloq 

- Elektron kitabxana 

- Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemləri və s. 

Son illərdə Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarından istifadə sahəsində müəyyən addımlar 

atılmış, bir sıra sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılmış  və ümumiyyətlə, bu istiqamət dövlət 

siyasətinin prioritetlərindən birinə çevrilmişdir. Kitabxanalar informasiyalaşdırılmış  cəmiyyətin  əsas atributlarından biri, 

informasiya müəssisələrinin  ən mühüm vasitəsi olduğu kimi, müasir kitabxana da informasiya texnologiyası olmadan 

səmərəli fəaliyyət göstərə bilməz. Bu fəaliyyətin də  əsas elementləri kimi kitabxanaların texniki təchizatını,  İnternetə 

qoşulması  və veb saytının yaradılmasını göstərmək olar. Saytın  əsas resurslarına isə  məlumat bazaları, elektron kataloq, 

elektron kitabxana, kitabxananın fəaliyyətini əks etdirən məlumatlar, keciriləcək tədbirlər haqqında anonslar və s. daxildir. 

XX  əsrin sonlarında kitabxanaların həyatında  ən böyük dəyişikliklər elektron kataloq və elektron kitabxanaların 

yaranması oldu. Yeni kitabxana informasiya mühiti kompüter texnologiyalarının və telerabitə vasitələrinin geniş istifadəsi 

bazasında korporativ, milli və qlobal kitabxana-informasiya sistemləri şəbəkəsinin yaradılması ilə müəyyənləşir. Şəbəkənin 

əsas seqmentləri elektron kitabxana kataloqları, elektron informasiya resursları bazasında formalaşdırılan elektron 

kitabxanalar, online rejimində sənəd-informasiya mübadiləsi və yaxın gələcəkdə reallaşdırılması nəzərdə tutulan intellektual 

elektron kitabxanalardır. 

Ölkənin informasiya cəmiyyətinə doğru irəliləməsinin səviyyəsini müəyyənləşdirmək və mövcud problemləri aradan 

qaldırmaq məqsədilə respublika kitabxanalarında  informasiya texnologiyalarının tətbiqinin müasir vəziyyətinin daimi 

monitorinqinin aparılması məqsədəuyğundur. Belə monitorinqlər kitabxanada həyata keçirilən müxtəlif proseslərin işləmə 

mexanizminin yoxlanılması, tətbiq edilən elektron kitabxana sistemlərinin təhlili, oxuculara xidmətin, onların informasiya 

tələbatının ödənilməsinin səviyyəsinin müəyyən edilməsi məqsədilə keçirilə bilər. 

 

 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

631 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

 

18-19, April 2014, Baku, Azerbaijan 

 

 

PROCEEDINGS 

SECTION III 

ENGINEERING SCIENCES 

 

MECHANICAL AND 

INDUSTRIAL ENGINEERING 

 

 

 

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

632 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

MİKROPROSESSORLU DİZEL YANACAQ PÜSKÜRMƏ SİSTEMLƏRİNİN 

ELEKTROMAQNİT KLAPANLI ELEKTROHİDRAVLİK FORSUNKALARININ 

KONSTRUKSIYASI QARŞISINDA DURAN PROBLEMLƏR 

 

Mirəli CƏFƏRLİ  

Azərbaycan Texniki Universiteti 



ceferliMK@yahoo.com 

 

Dizel mühərriklərinin texniki-iqtisadi və ekoloji göstəriciləri  əsas etibarilə yanacaq sisteminin konstruksiyasından 

asılıdır. Buna görə də son dövrlərdə dizel yanacaq sistemlərinin konstruksiyasında xeyli təkmilləşdirmə işləri aparılmışdır. 

Bu sahədə  ən son nailiyyət kimi Common Rail tipli elektron idarəetməli yanacaq sistemlərinin yaradılmasını göstərmək 

olar. Müasir dövrdə mühərrikin göstəricilərinə qoyulan yüksək tələblər məhz bu tip yanacaq sistemlərinin tətbiqi vasitəsilə 

təmin olunur. Bu sistemlər mikroprosessor vasitəsilə idarə olunurlar. Mühərrikin iş rejimi haqqında sensorlardan qəbul 

edilən məlumat əsasında yaddaşda saxlanılan proqram vasitəsilə mikroprosessor icra elementlərini idarə edir. Beləliklə, bu 

sistem mühərrikin göstəricilərinin optimal qiymətlərini təmin edə bilir. Burada tətbiq olunan icra mexanizmlərindən biri və 

çox əhəmiyyətlisi elektrohidravlik forsunkalardır. Dizel mühərrikinin silindrinə tək və çoxpilləli püskürmə zamanı hər bir 

pillədə püskürülən yanacağın miqdarı, davamiyyət müddəti, püskürmə anı və s. kimi əsas parametrlər məhz elektrohidravlik 

forsunkanın konstruksiyası vasitəsilə mikroprosessor tərəfindən idarə olunur. Buna görə də müasir dövrdə bu forsunkaların 

konstruksiyalarının təkmilləşdirilməsi böyük əhəmiyyət kəsb edir. Belə ki, bu təkmilləşmələrin nəticəsində dizel 

mühərrikinin daha dəqiq və etibarlı idarə olunması  əldə edilir. Elektrohidravlik forsunkalar arasında BOSCH şirkətinin 

elektromaqnit klapanlı elektrohidravlik forsunkaları daha geniş  tətbiq tapmışdır. Buna görə  də  təqdim olunan işdə  məhz 

elektron idarəetməli Common Rail tipli dizel yanacaq sistemlərinin məhz BOSCH şirkətinin istehsalı olan elektrohidravlik 

forsunkalarının konstruksiyası  təhlil olunmuşdur. Belə ki, elektromaqnit klapanlı elektrohidravlik forsunkaların dörd iş 

mərhələsi zamanı onların kanallarında, həcmlərində, drossellərində baş verən proseslər nəzərdən keçirilmiş, burada yaranan 

təzyiq qüvvələri, onların forsunkanın iş  mərhələlərinin reallaşmasında rolu və bu qüvvələrin elektron idarəetmə bloku 

vasitəsilə lazımi xarakteristika üzrə idarəolunması prinsipi ətraflı şəkildə nəzərdən keçirilmişdir. 

Göstərilmişdir ki,elektrohidravlik forsunkaların əsas mənfi cəhəti onlarda verilən yanacağın bir hissəsi idarəetməyə sərf 

olunduğundan, yüksək enerji itkilərinin olması  və buna görə  də f.i.ə.-nın aşağı olmasıdır. Çünki, bu sistemlərdə yüksək 

təzyiqli yanacaq nasosunun elektrohidravlik forsunkaya yanacaq akkumulyatoru vasitəsilə verdiyi yüksək təzyiqli yanacağın 

bir hissəsi forsunkanın idarə olunması üçün alçaq təzyiq xəttinə və ya birbaşa çənə qaytarılır. Buna görə də elektrohidravlik 

forsunkaların layihəçiləri qarşısında duran problemlərdən birincisi idarəetməyə  sərf olunan yanacaq miqdarının 

azaldılmasıdır. 

Qeyd olunmuşdur ki, idarəedici yanacaq sərfi digər mənfi cəhətə - forsunkadakı püskürmə  təzyiqinin yanacaq 

akkumulyatorundakı  təzyiqə nisbətən bir qədər aşağı düşməsinə  səbəb olur. Çünki, idarəedici yanacaq miqdarı geri axın 

magistralına püskürmə prosesi zamanı axdığından, yanacaq akkumulyatorundan forsunkaya verilən yanacağın təzyiq itkisi 

baş verir və beləliklə, həmin zaman tozlandırıcı soplo deşiklərdən püskürülən yanacağın təzyiqi yanacaq 

akkumulyatorundakı təzyiqdən az olur. 

Elektrohidravlik forsunkalarda digər bir problemin isə yanacaq sızmalarının olması ilə bağlı olduğu vurğulanmışdır. 

Belə ki, püskürmə prosesi zamanı çıxış drosselinin açıq olması nəticəsində hidroidarəetmə kamerində təzyiq tozlandırıcının 

kamerindəki təzyiqdən az olur. Buna görə  də tozlandırıcının kamerindəki yanacağın bir hissəsi tozlandırıcı iynəsinin 

istiqamətverici səthi ilə forsunkanın gövdəsi arasındakı presizion araboşluğundan keçərək, hidroidarəetmə kamerinə sızır və 

buradan da idarəedici yanacaq miqdarı ilə birlikdə geri axın magistralına daxil olur.Ənənəvi sistemlərin forsunkasında bu 

yanacaq sızmasına bənzər sızma problem kimi qəbul olunmasa da, Common Rail tipli sistemlərdə forsunkanın tozlandırıcı 

kamerasında təzyiq 200 MPa-dan yüksək olduğundan, bu məsələ mənfi cəhət kimi qəbul olunmalıdır. Əslində bu səbəbdən 

presizion cütlərin hazırlanmasına qoyulan sərtləşdirilmiş  tələblər təmin olunsa da, mühərrikin istismarı zamanı  həmin 

presizion araboşluğu artır. Bunun nəticəsində sızan yanacağın miqdarı da artır. Həm fırlanma tezliyinin aşağı qiymətlərində 

(xüsusilə  də  işəsalma rejimində), həm də  aşağı özlülüklü yanacaqlar tətbiq olunduqda yanacaq sızması xeyli dərəcədə 

yüksəlir. 

Elektromaqnit klapanlı elektrohidravlik forsunkalarda elektrik idarəetməli klapandan (diyircəkli klapandan) da yanacaq 

sızmaları olur. Bunun nəticəsində tozlandırıcı iynənin öz yəhərinə aşağı sürətlə (yavaş) oturması baş verir ki, bu da bu tip 

forsunkaların digər mənfi cəhətidir. 

Beləliklə, təqdim olunan işdə aparılmış  nəzəri təhlillər nəticəsində BOSCH şirkətinin elektromaqnit klapanlı 

elektrohidravlik forsunkalarının konstruksiyası qarşısında duran problemlər və onların yaranması  səbəbləri 

müəyyənləşdirilmişdir ki, bu da aparılacaq gələcək tədqiqatların istiqaməti üçün böyük əhəmiyyət kəsb edir. 

 


Yüklə 10,69 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin