Microsoft Word Materiallar Full Mənim gənclərə xüsusi


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 10,69 Mb.
Pdf görüntüsü
səhifə132/144
tarix06.03.2017
ölçüsü10,69 Mb.
#10325
1   ...   128   129   130   131   132   133   134   135   ...   144

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

604 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Cədvəl 1: 8 Avropa ölkərində bulud hesablamalarının e-dövlətdə istifadəsinin müqayisələri 

Ölkələr 

Bulud 


Hesablamalarının 

Milli strategiyada 

istifadəsinin 

təsdiqi 


Bulud 

hesablamalarının 

qəbulu 

Bulud 


hesablamalarının 

qəbulu səviyyələri 

Bulud yerləşdirmə 

modelləri 

Bulud  

xidmət 


modelləri 

Bulud elektron 

dövlətinin 

Nümunə 


xidmətləri 

Avstriya Bəli  

Planlaşdırılıb 

Milli Regional 

Şəhər 

ictimai  



xüsusi  

icma 


Platforma 

Proqram təminatı  

İnfrastruktura 

 

Arxivləşdirmıə 



Bulud 

platformalarının 

elektron dövlət 

tətbiqetmə 

xidmətlərində 

istifadəsi 

Əməkdaşlıq 

dəstələri 

Danimarka Xeyir 

Planlaşdırılıb 

Həyata keçirilir 

Bələdiyyə 

ictimai  

xüsusi  


icma 

Proqram təminatı  

 

E-məktub 



satınalma 

Finlandiya Xeyir 

Planlaşdırılıb 

    


Fransa  

Bəli 


İnkişaf etdirilir 

Milli 


icma 

İnfrastruktura 

 

 

Almaniya Bəli Planlaşdırılıb 



    

İrlandiya Bəli Planlaşdırılıb Milli 

ictimai  

xüsusi  


icma 

Platforma 

Proqram təminatı  

İnfrastruktura 

 

İctimai 


informasiya 

deposu 


Əməkdaşlıq 

dəstələri 

e-məktub 

İspaniya Xeyir 

Planlaşdırılıb 

Həyata keçirilir 

Milli Regional 

Şəhər 


ictimai  

xüsusi  


icma 

hibrid 


Platforma 

Proqram təminatı  

İnfrastruktura 

 

E-dövlət 



xidmətləri 

Açıq hökumət 

Vətəndaş iştirakı 

E-məktub 

Arxivləşdirmə 

Saxlanılma 

Əməkdaşlıq 

Birləşmiş Krallıq Bəli 

İnkişaf etdirilir 

Həyata keçirilir 

Milli xüsusi 

icma 


Platforma 

Proqram təminatı  

İnfrastruktura 

 

E-məktub 



Müştəri əlaqələri 

idarəetməsi 

Offis 

 

References: 

1.  “E-government: Definition, Goals Benefitsand Risks” Guo Yanqing ; Dept. of Public Finance, Tianjin Univ. of 

Finance & Econ., Tianjin, China (http://ieeexplore.ieee.org/xpl/articleDetails.jsp?tp=&arnumber=5576557&queryText%3 

De- government) 

2.  “Research on cloud computing security problem and strategy”  Wentao Liu ; Dept. of Comput. & Inf. Eng., Wuhan 

Polytech. Univ., Wuhan, China (http://ieeexplore.ieee.org/xpl/articleDetails.jsp?tp=&arnumber=6202020&query 

Text%3Dcloud+computing) 

3.  RSA Conference 2013 San Francisco (http://www.rsaconference.com/events/us13) 

4.  “Cloud Computing in E-government across Europe” Bernd Zwattendorfer, Klaus Stranacher, Arne Tauber, Peter 

Reichst


ädter  E-Government Innovation Center (EGIZ), Graz University of Technology, Graz, Austria 

5.  “Research on the application of cloud computing in e-government” Jin Tian ; Inf. Coll., Capital Univ. of Econ. & 

Bus., Beijing, China (http://ieeexplore.ieee.org/xpl/articleDetails.jsp?tp=&arnumber=5973937&queryText%3DCloud+e-

government+in+Sinqapure) 

6.  “Cloud Computing: Deployment Models, Delivery Models, Risks and Research Challenges” Savu, L. ; Inf. 

Security Dept., Univ. of Bucharest, Bucharest, Romania (http://ieeexplore.ieee.org/xpl/articleDetails.jsp?tp=&arnumber 

=5778816&queryText%3DCloud+deployment+models) 

7.  “G-Cloud: The Cloud of Clouds” Chandra, D.G. ; DGE&T, MoLE, New Delhi, India (http://ieeexplore.ieee.org/ 

xpl/articleDetails.jsp?tp=&arnumber=6449785&queryText%3DCloud+e-government+in+Sinqapure) 

 

 



 

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

605 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

ŞƏBƏKƏLƏRDƏ YÖNLƏNDIRMƏ.OPTIMAL MARŞURUTUN TƏYIN EDILMƏSI 

 

Fərid MƏMMƏDOV  

Qafqaz Universiteti 



farid.mamedov.88@mail.ru 

AZƏRBAYCAN



 

 

Müasir dövrdə istifadə etdiyimiz data şəbəkələri öz əhatə  dairəsini gündən günə genişləndirməkdədir. Müasir 

cəmiyyətimizi internetsiz təsəvvür etmək qeyri-mümkündür. Hazırda data şəbəkələri daha da genişlənərək qlobal şəbəkələrə 

çevrilir. Dünyanın müxtəlif ölkələrində  hər gün internet üzərindən milyonlarla əməliyyatlar həyata keçirilir. Bu 

əməliyyatlara misal olaraq e-mail vasitəsilə məktubların göndərişi, web səhifələrə internet üzərindən baxış, online oyunlar 

oynanması, ip telefoniya, tele konfransların təşkili və.s göstərə bilərik. Bütün bu əməliyyatları yerinə yetirən bir proses 

vardır. Bu proses 

yönləndirmə(routing) adlanır. 

Yönləndirmə  prosesi 2 mühüm tapşırığın  öhdəsindən gəlir. Bunlardan biri datanın göndərilməsi üçün lazım olan 

marşurutun seçilməsi və digəri isə paketlərin bu seçilmiş marşurutla göndərilməsidir. Yönləndirmə prosesi OSİ modelinin 

şəbəkə  təbəqəsində  və ya TCP/İP modelinin İnternet təbəqəsində  fəaliyyət göstərən prosesdir. Yönləndirmə prosesi 

yönləndirici(router) adlanan avadanlıq vasitəsilə  həyata keçirilir. Bu avadanlıq daxilində  fəaliyyət göstərən yönləndirmə 

alqoritmi vasitəsilə avadanlıq tərəfindən qəbul olunan paketlərin başqa istiqamətə ötürülməsi təmin edilir. Yönləndirmə 

alqoritmi yönləndirmə protokoluna əsaslanan alqoritmdir. Bu yönləndirmə protokolu data paketlərinin öz ünvanına 

göndərilməsi üçün  optimal marşurut seçir. Bu optimal marşurut yönləndirmə protokolu tərəfindən istifadə edilən metrik 

dəyərə əsasən təyin edilir. Metrik dəyər yönləndirmə protokolu tərəfindən optimal marşurutun seçilməsində istifadə olunan 

dəyərdir. Belə ki,məlumatın göndərilməsi üçün bir neçə müxtəlif marşurutlar ola bilər. Bu marşurutlardan adətən metrik 

dəyəri  ən kiçik olan marşurut seçilir. Yönləndirmə protokolu tərəfindən metrik dəyərin hesablanması üçün bir neçə 

parametrdən istifadə olunur. Bu, 



kanalın sürəti(bandwidth),  şəbəkədə gecikmə(delay), etibarlılıq(reliability) kimi 

parametrlər ola bilər.Yönləndirmə alqoritmi yönləndirmə protokollarından  istifadə  edərək,data paketlərinin öz ünvanına 

çatdırılması üçün ən optimal marşurutu müəyyən edir. 

Yönləndirici avadanlığında(router) yönləndirmə ilə  əlaqədar bütün informasiyalar bu avadanlığın yönləndirmə 

cədvəlində yerləşir. Ümumiyyətlə müxtəlif yönləndirmə alqoritmləri mövcuddur və bu alqoritmlərdən asılı olaraq, 

yönləndirmə  cədvəlində yerləşən informasiyalar öz həcminə görə müxtəlif ola bilər. Hər bir yönləndirici avadanlığın 

özünün yönlənirmə  cədvəli vardır və  hər bir avadanlıq bu cədvələ  məlumatın öz ünvanına göndərilməsi üçün lazım olan 

informasiyaları əlavə edir. 

Yönləndirmə cədvəli yönləndiricinin öz bazasında saxlanılan bir məlumatdır. Bu cədvəl həm məlumat bazası şəklində 

və  həm də sadəcə olaraq fayl şəklində saxlanıla bilər. Yönləndirmə  cədvəlində müxtəlif məlumatın müxtəlif  şəbəkələrə 

daşınması üçün lazım olan ən optimal marşurutlar yerləşir. Bu cədvəldən istifadə edərək, məlumat bir şəbəkədən digərinə ən 

optimal sayılan marşurutla daşına bilər. 

Yönləndirici avadanlığının yönləndirmə  cədvəlinə  məlumatlar yəni marşurutlar  əlavə olunduqca bu cədvəlin bazası 

yenilənir. Bu  marşurutlar həm statik  yəni  şəbəkə mühəndisinin özü tərəfindən, həm də dinamik olaraq avadanlığın 

yönləndirmə cədvəlinə əlavə oluna bilər. Belə ki,  avadanlıqda olan yönləndirmə məlumatları həm statik , həm də dinamik 

olaraq yenilənə bilər. Bu baxımdan yönləndirmə 



statik və dinamik yönləndirməyə ayrılır. 

Statik yönləndirmə - Yuxarıda da qeyd olunduğu kimi, statik yönləndirmədə yönləndirmə  cədvəlinə marşurutlar 

şəbəkə mühəndisinin özü tərəfindən əlavə olunur. Yəni bu cədvəl statik olaraq yenilənir.  

Statik yönləndirmə şəbəkə mühəndisi tərəfindən hər bir marşuruta daha çox nəzarət tələb edir.Çünki bu marşurutların 

hər biri şəbəkə mühəndisi tərəfindən statik olaraq daxil edilib. Miqyas etibarı ilə kiçik olan şəbəkələr üçün statik 

yönləndirmə daha geniş şəkildə istifadə edilir. Lakin,miqyasca böyük şəbəkələrdə bu tip yönləndirmədən istifadə olunması 

məqsədəuyğun deyil. Çünki şəbəkənin miqyası genişləndikcə onun strukturu və idarə olunması da mürəkkəbləşir və bu 

mürəkkəb strukturda statik yönləndirmədən istifadə etmək məqsədəuyğun deyil. 

Dinamik yönləndirmədən fərqli olaraq statik yönləndirmədə avadanlıqlar yönləndirmə məlumatlarını yəni marşurutları 

bir-birilə mübadilə etmirlər.  Bu isə statik yönləndirmənin üstün cəhətidir. Belə ki, bu zaman avadanlıqların prosessorları və 

operativ yaddaşları(RAM)  əlavə yüklənmədən azad olurlar. Həmçinin bu zaman buraxılış kanalı(bandwidth)-nın yəni 

trafikin yüklənməsinin qarşısı alınır. Lakin bu üstünlüklərə baxmayaraq müəyyən çatışmazlıqlar da mövcuddur. Belə 

ki,statik yönləndirmə zamanı şəbəkədə baş verən hər hansı dəyişiklik barədə qonşu avadanlıq məlumat almır. Belə ki,qonşu 

avadanlıqda da bu dəyişiklik şəbəkə mühəndisi tərəfindən(statik) yerinə yetirilməlidir. 

Dinamik Yönləndirmə - dinamik yönləndirmə zamanı avadanlıqlarda yönləndirmə protokolları  işə salınmalıdır. 

Metrik dəyərlərin seçilməsindən asılı olaraq,bir neçə müxtəlif yönləndirmə protokolları mövcuddur. Dinamik 

yönləndirmədə şəbəkədə mövcud olan hər bir yönləndirici avadanlığın marşurut cədvəli və ya yönləndirmə cədvəli dinamik 

olaraq yenilənir. Belə ki,şəbəkə topologiyasında hər hansı bir dəyişiklik baş verirsə yəni topologiyaya yeni şəbəkələr əlavə 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

606 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

olunub və ya çıxarılarsa bu barədə şəbəkədə mövcud olan bütün yönləndirici avadanlıqlar yönləndirmə protokolu vastitəsilə 

xəbər tutacaq və baş verən topologiya dəyişikliyinə uyğun olaraq öz bazasında yəni cədvəlində bu dəyişikliyi edəcək. 

Dinamik yönləndirmədə avadanlıqlar öz bazasında olan yönləndirmə cədvəllərini və ya marşurutları bir-birilə mübadilə 

etməlidirlər. Bu isə dinamik yönləndirmənin mənfi tərəfini üzə  çıxarır. Belə ki, bu zaman topologiyada mövcud olan 

yönləndirici avadanlıqlarında prosessorun(CPU) və operativ yaddaşın(RAM) yüklənmə faizi artacaq. Bundan əlavə bu 

mübadilə zamanı trafikin(bandwidth) yüklənməsi də artacaq. Lakin,bunun üstün tərəfi də vardır. Belə ki, şəbəkə 

topologiyasında hər hansı dəyişikliklər baş verəndə dinamik yönləndirmə protokolu vasitəsilə şəbəkədə mövcud olan bütün 

yönləndirici avadanlıqlar bu dəyişiklik barədə  məlumat alacaq və öz bazalarını  yəni yönləndirmə  cədvəllərini baş verən 

dəyişikliyə uyğun olaraq,dinamik protokol vasitəsilə yeniləyəcəklər. Dinamik yönləndirmə protokollarına misal 

olaraq,

RİP(Routing İnformation Protocol), EİGRP(Enhanced İnterior Gateway Protocol), OSPF(Open Shortest Path 

First), BGP(Border Gateway Protocol) və.s göstərmək olar.  

Statik və dinamik yönləndirmənin müqayisəsi – istər statik, istərsə də dinamik yönləndirmənin üstün və çatışmayan 

cəhətləri vardır.Bu cəhətləri hər bir yönləndirmə növünə uyğun olaraq,aşağıdakı kimi qruplaşdıra bilərik. 



Statik yönləndirmənin üstünlükləri : 

●  Resursun (CPU,RAM) minimal yüklənməsi ; 

● Trafikin az yüklənməsi (yönləndirmə məlumatları avadanlıqlar arasında mübadilə edilmədiyinə görə) ; 

●  Kiçik miqyaslı şəbəkələr üçün optimal seçimdir. 



Statik yönləndirmənin çatışmazlıqları :  

● Şəbəkədə topologiya dəyişiklikləri baş verirsə bütün avadanlıqlarda bu dəyişikliklər statik olaraq şəbəkə mühəndisi 

tərəfindən əlavə edilməlidir ; 

●  Böyük miqyaslı şəbəkələr üçün istifadə olunması əlverişli deyil



Dinamik yönləndirmənin üstünlükləri : 

●    Böyük miqyaslı  şəbəkələr üçün ən optimal seçimdir. Həmçinin yönləndirici avadanlıqlarında dinamik 

yönləndirmənin konfiqurasiyası sadədir ; 

●    Şəbəkə topologiyasında hər hansı  dəyişiklik baş veribsə,şəbəkədə mövcud olan bütün yönləndirici avadanlıqlar 

dinamik yönləndirmə protokolu vasitəsilə bu dəyişikliyə avtomatik olaraq uyğunlaşır və bu dəyişiklik  şəbəkədə mövcud 

olan avadanlığın yönləndirmə cədvəlində yenilənir ; 

●    Məlumatın hər hansı bir ünvana göndərilməsi üçün bir neçə (2) dinamik marşurut varsa onda məlumat  balans 

şəklində hər bir marşurut üzərindən göndəriləcək ; 

Dinamik yönləndirmənin çatışmazlıqları : 

●  Şəbəkə avadanlıqlarında(yönləndiricilərdə) dinamik yönləndirmə protokolunun işə salınması bu avadanlıqlarda 

resursun yüklənməsinə (CPU,RAM) səbəb olur ; 

●  Yönləndirmə cədvəlində olan məlumatların şəbəkədə mövcud olan yönləndirici avadanlıqlar arasında mübadiləsi bu 

avadanlıqlarası trafikin yüklənməsinə səbəb olur ; 

●    Məlumatın lazım olan ünvana göndərilməsi  üçün ən optimal marşurutun seçilməsi statik deyil,dinamik olaraq 

dinamik yönləndirmə protokolu vasitəsilə həyata keçirilir . 

 

 

AZƏRBAYCAN RESPUBLIKASINDA ELEKTRON DÖVLƏTİN FORMALAŞDIRILMASI 

YOLUNDA QANUNVERİCİLİK AKTLARININ ROLU 

 

Xəyyam MƏSIYEV

1

, Namiq  QƏDIROV

2

   

AMEA İnformasiya Texnologiyaları İnstitutu

1

, Qafqaz Universiteti



2

 

xmesiyev@qu.edu.az

1

, namiq.kadirov@mail.ru

2

 

AZƏRBAYCAN



 

 

XÜLASƏ 

Bu məqalə Respublikamızda elektron dövlətin təşkilinin qanuni bazasının formalaşdırılması haqqındadır. Məqalədə 

Respublikamızda elektron dövlət sferasında qəbul edilmiş  əsas qanunvericilik aktları qeyd olunmuşdur. Burada hər bir 

normativ hüquqi aktın məqsədi və    əhəmiyyəti qeyd olunmuşdur. Daha sonra bütün bu proseslərdən gəlinən nəticələr 

verilmişdir. 

Açar sözlər: elektron dövlət, qanunvericilik aktları, informasiya texnologiyaları, normativ hüquqi aktlar,qanun, fərman, 

sərəncam və.s . 

GİRİŞ  

Məlum olduğu kimi, informasiya texnologiyalarının surətlə dəyişdiyi müasir dövrümüzdə  dövlət hakimiyyət orqanları 

da bu dəyişiklikdən kənarda qala bilməzdi. 21-ci əsrin  ən böyük kəşflərindən biri sayılan elektron dövlət layihəsi də bu 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

607 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

dəyişiklik və tələblərdəndir. Belə ki, dəyişən dövrlə uyğunlaşmaq, vətəndaşların tələblərinə daha tez bir zamanda və tam 

şəffaflıqla cavab vermək, pozulmuş insan hüquqlarının və azadlıqlarının  vaxtında bərpa olunması , dövlət orqanlaında 

korrupsiya və rüşvərxorluğun, özbaşnalığın aradan qaldırılması, vətəndaşların dövlət orqanlarına olan inamını artırmaq 

məqsədilə dövlət hakimiyyət orqanları elektron dövlət layihəsini tətbiq edirlər. Təbii ki, bu prossesi aktuallaşdırmaq və sui-

istifadə hallarını aradan qaldırmaq, inkişafın vahid strategiyasını müəyyən etmək məqsədilə dövlət qurumları  müvafiq 

qanunvericilik aktları hazırlayır və  həyata keçirirlər.  Məhz dövrün tələblərini yerinə yetirmək və Azərbaycan 

Respublikasının inkişafını  təmin etmək məqsədilə qanunvericilik və icra hakimiyyəti orqanları öz səlahiyyətləri 

çərçivəsində normativ  hüquqi aktlar qəbul edir.    

 ƏSAS QANUNVERİCİLİK AKTLARI VƏ ONLARIN HÜQUQİ QÜVVƏSİ 

Azərbaycan öz müstəqilliyini  əldə etdikdən sonra informasiya texnologiyalarının inkişafına diqqət artırıldı.Nəticədə 

bütün dünyada yenicə  təşəkkül tapmağa başlamış layihə, elektron dövlət layihəsinə keçmək üçün zəmin yarandı. 

Respublikamızda elektron dövlətin inkişafı üçün atılan ilk addım ümumilli lider Heydər  Əliyev tərəfindən 2003-cü ildə 

qəbul olunan “Azərbaycan Respublikasının inkişafı naminə İKT üzrə Milli Strategiyası (2003-2012-ci illər)” oldu.  Daha 

sonralar prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsində Respublikamızda elektron dövlətin 

formalaşmasında xeyli uğurlar əldə olundu.   

Respublikamızda elektron dövlətin inkişafı üçün qəbul edilmiş qanunvericilik aktlarının ən əsasları aşağıdakılardır: 

«Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın 

(2003—2012-ci illər)» təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Respublikamızda 

elektron dövlətin formalaşmasının  əsasını qurmuşdur.Ümummilli liderimiz Heydər  Əliyev tərəfindən imzalanmış bu 

strategiya respublikamızda elektron dövlətə keçid üçün xüsusi əhmiyyət kəsb etmişdir. Qanunun bir hissəsi də bilavasitə 

Respublikamızda elektron hökumətin formalaşdırılmasının strategiyasından ibarətdir  . 

 

Azərbaycan Respublikasında rabitə  və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008 və 2010-2012-ci illər 

üçün Dövlət Proqramılarının (Elektron Azərbaycan) elektron dövlətin inkişafında müstəsna rolu olmuşdur. Belə ki 

proqramda  Azərbaycanda elektron dövlətin inkişafı üçün zəruri baza , fəaliyyət istiqamətləri, vəzifələrin aidiyyəti qurumlar 

arasında bölüşdürülməsi və s problemlərə toxunulmuş və gələcək inkişaf perspektivləri müzakirə olunmuşdur  . 

Respublikamızda Elektron dövlətin inkişafı üçün ən mühüm fərmanlardan biri də” Dövlət orqanlarının elektron 

xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may 

tarixli Fərmanıdır. Burada da, ölkə prezidenti bəzi dövlət orqanlarının xüsusilə Rabitə  və  İnformasiya Texnologiyaları 

Nazirliyinin qarşısına konkret məqsəd qoyur və həll prossesinin yollarını göstərir, həmçinin Nazirlər Kabinetinə bu barədə 

görülən işlər barədə hər üç aydan bir hesabat verməsi tapşırılır . 



Elektron dövlətin  inkişafında  şübhəsiz e-kommersiyanın da xüsusi rolu vardır. Ölkə prezidenti Respublikamızın 

Dünyaya inteqrasiya prossesində daha qabaqcıl mövqe tutması  və elektron ticarətin genişləndirilməsi, o cümlədən 

elektron ticarətdə sui-istifadə hallarının aradan qaldırılması məqsədilə müvafiq qanunvericilik aktını qəbul etmişdir .  

 Elektron imza və elektron sənəd haqqında qanun Respublikamızda hüquqi dövlət prioritetlərinin formalaşmasında 

mühüm rol oynayır. Qanun elektron imzanın alınması, istifadə qaydaları, elektron sənəd dövriyyəsinin təşkilindən bəhs edir.   

“Dövlət və yerli özünüidarə orqanlarının aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması Qaydasının 

təsdiq edilməsi haqqında”Azərbaycan Respublikası Prezidentinin Fərmanı “ elektron dövlətə keçiddə xüsusi əhmiyyət kəsb 

edir. Bu fərmanla ölkə prezidenti dövlət orqanları qarşısında konkret tapşırıqlar qoyur. 

 “İnformasiya  əldə etmək haqqında”Azərbaycan Respublikasının Qanunu respublikamızda elektron dövlətin 

yaradılmasının ilk bazalarından olmuşdur. Qanunun əsas məqsədi vətəndaşların zəruri informasiyaya sahib olma 

azadlıqlarından bəhs etsə də, bir çox maddələri bilavasitə elektron dövlətin yaradılması tələblərinə söykənir. Bu maddələr 

12,29,30,39 və 43-cü maddələrdir. 



 NƏTİCƏ 

Bütün yuxarıda qeyd olunanları yekunlaşdıraraq aşağıdakı nəticələrə gəlmək olar: 

1)  Qanunvericilik bazası respublikamızda elektron dövlətin inkişafında əsas və təkanverici rol oynayır. 

2)  Qanunvericilik aktlarının müasir tələblərə uyğun olaraq daim təkmilləşdirilməsi vacib məsələlərdəndir. 

3)  Bəzi yeni qanunvericilik aktlarının qəbul edilməsi vacib məsələdir(məs:e-demokratiya haqqında qanun). 

4)  Bu qanunvericilik aktlarının icrasına nəzarətin təşkili də mühüm faktordur. 

Son dövrlər görülən məqsədyönlü tədbirlər , ASAN xidmətin yaradılması, e-hökumət portalının yaradılması da 

gələcəkdə respublikamızda elektron dövlətin inkişafının təkmilləşdirilməsinə kömək edəcəkdir.  Şübhəsiz ki, Azərbaycan 

Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə  təsdiq edilmişdir “Açıq Hökumətin təşviqinə dair 

2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” da prosesə təsir göstərəcəkdir. 



 

ƏDƏBİYYAT SİYAHISI 

1.  www.ict.az 

2.  www.mincom.gov.az 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

608 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

3.  www.e-qanun.az 

4.  www.e-gov.az 

5.  www.president.az 

6.  www.azerbaijan-news.az 

7.  www.unpan.org 

 

 

 



KOMPYUTER ŞƏBƏKƏLƏRININ VƏ ŞƏBƏKƏ ƏMƏLIYYAT SISTEMLƏRININ TƏDQIQI 

 

 



Nərmin MURADLI 

ADPU 


muradlinermin.90@gmail.com 

AZƏRBAYCAN 



 

İki və ya daha artıq kompyuteri bir-birilə birləşdirdikdə kompyuter şəbəkəsi alınır. Ümumiyyətlə kompyuter şəbəkəsini 

yaratmaq üçün xüsusi avadanlıq ( şəbəkə avadanlığı ) və xüsusi proqram təminatı olmalıdır.  Ən sadə yol iki kompüteri 

birləşdirmək üçün kabeldən istifadə olunmasıdır.Məsələn,  əgər kompyuterlərdə Windows ƏS-i yüklənibsə,bunun üçün 

başqa heç bir avadanlıq və ya proqram təminatı lazım deyil. Windows ƏS-nin özündə belə bir imkan var.Bu birbaşa 

birləşmə adlanır. Kompyuter şəbəkəsində kompyuterlər arasında məlumat və ya informasiya axını yaratmaq üçün şəbəkə və 

proqram təminatı bir-birinə uyğun olmalıdır və bir-birilərinə göndərilən informasiyalarının formatı bir standartda olmalıdır. 

Beynəlxalq Standart İnstitutu İSO( İnternational Standarts Organization) belə bir model təklif etmişdir. OSİ (model of Open 

System İnterconnection – bir-birilə əlaqəli açıq sistem) 

 Şəbəkə  əməliyyat sistemləri arasında Windows Server ƏS-i sistemi çoxdan bir standart kimi qəbul olunmuşdur. 

Əməliyyat sistemi hər bir kompüterə lazımdır.Lakin tək işləyən kompyuterlərin tələbləri bir-birilə  işləyən kompyuterin 

tələbləri fərqlidir və buna görə şəbəkə əməliyyat sistemi çox güclü və etibarlı olmalıdır. Şəbəkə əməliyyat sistemi ilə işləyən 

və digər kompyuterləri idarə edən mərkəzi kompyuter server adlanır.Şəbəkədə  işləyən ayrı ayrı kompyuterlər isə klient 

adlanır.Klient kompyuterlərin  əməliyyat sistemlərindən fərqli olaraq Server (şəbəkə  əməliyyat sistemi) daha üstün 

imkanlara malikdir. Şəbəkə  əməliyyat sistemləri xüsusən serverlər üçün yazılıb,ona görə ki,server 10-larla, 100-lərlə 

kompyuterlərə müxtəlif xidmətlər göstərməlidir.Məsələn, fayl xidmətləri,çap xidmətləri və.s.  Şəbəkənin klientləri öz 

işlərində  şəbəkə  əməliyyat sistemlərinə arxalanırlar. Windows Server ilə  işləyən serverlərin kliyent kompyuterlərində 

müxtəlif əməliyyat sistemləri ola bilər. 

Windows Server yeganə şəbəkə ƏS-i deyil. Hətta ola bilər ki, qonşu şöbələrdə müxtəlif şəbəkə ƏS-ləri işləsin. Əvvəllər 

müxtəlif platformalarda olan şəbəkə  ƏS-ləri bir-birilərini görə bilmirdi. Artıq bu problem aradan qaldırılıb. Bir-birini 

görmək üçün, yəni, yanaşı işləmək üçün lazımlı alətlər şəbəkə ƏS-lərində vardır. Məs: Windows Server ƏS-ində Nowell 

NetWare şəbəkə ƏS-i üçün olan alətlərə baxaq:  

Directory Services Manager for Netware (DSMN) – NetWare – kataloq xidmətlərinin dispetçeri: bu alət NetWare 

serverlərin qeydiyyat yazılarını Windows Server domeni ilə sinxronlaşdırmağa imkan verir. DSMN – istifadəçi və qrupların 

qeydiyyat yazılarının idarəetməsinə aid kataloq xidmətlərin imkanlarını Windows Server-dən NetWare serverlərə artırır. 

Həm Windows Server, həm də NetWare serverə daxil omağa hüququ olan istifadəçinin və qrupların qeydiyyat yazıları ilə 

mərkəzləşmiş idarəetmək olar. Hər bir istifadəçinin daxil olma hüququ olan bütün serverlərdə hansı  şəbəkə  ƏS-lərinin 

onlarda işləməsindən asılı olmayaraq bir parol olur. Özü də, bütün serverlərdə parol sinxronlaşdırılmış qalır. Bu proses – 

ikitərəflidir. Bütün istifadəçiləri və qrupları NetWare-dən Windows NT-yə köçürnək olar və  əksinə. Beləliklə, birləşmiş 

şəbəkələrin resurslarına daxil olmağı – idarə etmək olar.  

Sinchronization Manager (Sinxronlaşdırma dispetçeri) – Bu proqramın köməyilə NetWare – kataloq xidməti 

dispetçerinin inzibatlaşdırılması (administrasiyası) keçirilir: Açılan pəncərənin başında daxil oladuğunuz domenin adı 

göstərilir. Pəncərənin özündə bu domendə olan NetWare – serverlərin siyahısını görmək olar. Işarə (qoyulmuş nişan) – 

serverin sinxronlaşıb-sinxronlaşmadığını göstərir. Ümumiyyətlə, burada bir neçə variant ola bilər:  Windows NT 

klientlərinin NetWare şəbəkələrinin resurslarını istifadə etmək imkanının olması üçün Nowell – müəyyən proqram təminatı 

təklif edir. Bu proqram təminatlarından birini quraşdırdıqdan sonar – kompüter həm Windows NT Serverin, həm də 

NetWare-nin klienti ola bilər. Bundan başqa Windows NT klienti - Windows NT Serverdə qurulan – NetWare serverin 

disklərini NetWare şlyuz xidməti (NetWare Gateway Service) vasitəsilə əldə edə bilər.  

Onu da qeyd etmək lazımdır ki, Windows Server ƏS-inin tərkibinə  həm də Apple Macintosh kimi xidmətlər də 

daxildir.  

Əlbəttə, şəbəkədə həmişə hər şey öz qaydası ilə getmir və hərdənbir müəyyən problemlər ortaya çıxır, şəbəkənin işində 

nasazlıq yaranır. Belə hallarda, nasazlığın səbəbinin tapılması və aydınlaşdırılması məhz şəbəkə administratorunun üzərinə 



Yüklə 10,69 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin