Microsoft Word Materiallar Full Mənim gənclərə xüsusi


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 10,69 Mb.
Pdf görüntüsü
səhifə133/144
tarix06.03.2017
ölçüsü10,69 Mb.
#10325
1   ...   129   130   131   132   133   134   135   136   ...   144

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

609 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

düşür. Şəbəkədə nasazlıqları axtarıb-tapmaq üçün Windows Server ƏS-ində bir neçə alət var. Onlardan biri – bizə artıq tanış 

olan Event viewer (hadisələrə  nəzarət) proqramıdır. Event viewer – proqramı sonradan üç jurnala yazacağı - üç 

kateqoriyada – hadisələri izləyir:  

1.  Sistem hadisələri (System events) – ƏS-i ilə çağrılır və system jurnalına yazılır.  

2.  Əlavələr hadisələri (Application events) – Əlavələr ilə çağrılır və əlavələr jurnalına yazılır.  

3.  Təhlükəsizlik hadisələri (Security events) – ƏS ilə çağrılır və hadisələrin uğurlu-uğursuz qurtarmasından asılı 

olmayaraq təhlükəsizlik jurnalına yazılır.  

 

Proqram yükləyəndə  -  susmaya görə system jurnalı göstərilir. Başqa jurnallara baxmaq üçün LOG (Jurnal) menyusuna 



baxmaq olar. Jurnallarda – yazılar beş kateqoriyaya bölünür. Bu kateqoriyalar müxtəlif işarələrlə qeyd olunur.  

        


 

İşarədən sonra hadisə baş verdiyi vaxt, onun mənbəyi və s. Göstərilir. Hadisə barəsində daha ətraflı bilmək üçün onun 

üzərində iki dəfə çıqqıldatmaq lazımdır. 

Performance monitor –  (Sistem monitoru) alətinin köməyilə serverlərdə nə baş verdiyini izləmək və müəyyən hadisə 

baş verəndə ondan xəbər tutmaq olur. Məsələn: elə etmək olar ki, serverin prosessoru 50%-dən çox yükləndikdə 

administratora bu barədə xəbər verilsin. 

 

 

AÇIQ AÇAR İNFRASTRUKTURU VƏ ONUN AZƏRBAYCAN MODELİ 



 

Ali ŞAHINTAŞ, Elvar QƏHRƏMANOV, Orxan ABIŞLI 

Qafqaz Universiteti 



asahintas@qu.edu.az, eqehremanov@qu.edu.az, orxan.abisli@hotmail.com 

AZƏRBAYCAN

 

 

Günümüzdə mühit olaraq İnternetdən istifadə edən WWW, elektron poçt, elektron ticarət kimi müxtəlif xidmətlər 



mövcuddur. Və bu xidmətlər geniş kütlələr tərəfindən istifadə olunmaqdadır. Bu vəziyyət açıq bir şəbəkə olan İnternetdə 

fərqli təhlükəsizlik problemlərini də üzə çıxardır. Xüsusilə elektron bank və elektron ticarət strukturlarındakı təhlükəsizlik 

problemləri nəticəsində meydana gələn itkilərin həcmi daha da artmışdır. Bu xidmətlərdə istifadə edilən statik şifrlər və 

buna oxşar statik şəxsiyyət tanıma üsulları aktiv rol oynasa da, həqiqi bir şəxsiyyət tanıma funksiyasını təmin edə bilmirlər. 

Buna görə  də, məsələn, bank əməliyyatlarını tam və  təhlükəsiz bir şəkildə elektron mühitdə yerinə yetirə bilmək üçün, 

təsdiq və səlahiyyətin (authority) təmin edilməsi kimi məsələlər həll olunmalıdır. 

Dünyanın bir çox ölkəsində elektron hökumət sistemləri və buna bağlı xidmətlər istifadəyə verilmişdir. Bu cür 

sistemlərdə  də  həqiqi bir şəxsiyyət tanıma strukturu vacibdir. İnternet  şəbəkəsində edilən  əməliyyatlarda  şəxsiyyətin 

müəyyən edilməsi üçün rəqəmsal sertifikat sistemi yaradılmışdır. Bütün rəqəmsal sertifikat sistemləri PKI (Public Key 

Infrastructure) yəni Açıq Açar İnfrastrukturu (AAİ) əsasında qurulmuşdur. 

Təhlükəsizlik məsələlərindən biri də İnternetdə gəzən məlumatların yalnız lazımlı insanlar tərəfindən görülə bilməsini 

təmin etməkdir. Qısaca fərdilik adlandırılan bu problemi həll etmək üçün məsləhət görülən bütün sistemlər kriptoqrafiya 

elminə  əsaslanmaqdadır. Həlli  şifrləməyə dayanan digər bir təhlükəsizlik məsələsi isə identifikasiyadır (authentication). 

İdentifikasiya  şəbəkə üzərində  əməliyyat edən bir istifadəçinin həqiqətən iddia etdiyi adam olduğunu qarşı  tərəfə sübut 

etməsidir. Bunun bir sonrakı mərhələsi isə əməliyyat edən istifadəçinin etdiyi əməliyyatı heç bir vaxt inkar edə bilməməsi 

məsələsidir (non-repudiation). İdentifikasiya və inkar edə bilməmə sistemlərində  ən çox istifadə edilən üsul rəqəmsal 

imzalama (digital signature) üsuludur. Rəqəmsal imza, bir məlumatın  şifrləmə metodları istifadə edən bir prosesdən 

keçirilməsi nəticəsində əmələ gələn bir rəqəmsal məlumatdır. Buradakı ən vacib məsələ imzanı sadəcə məlumat sahibinin 

yarada bilməsi və bir başqasının bu imzanı  təqlid edə bilməməsidir. Bundan başqa hər hansı bir alıcının imzalanmış 

məlumat aldıqda, imzanı yoxlayıb doğrulaya bilməsi də lazımdır. Bu şəkildə bir rəqəmsal imza sistemi ancaq açıq açar 

(public key) əsaslı şifrləmə alqoritmləri istifadə edilərək qurula bilər.  

Açıq açar istifadəsindəki ən böyük problem, insanların yanlış açıq açar istifadə etmələri istiqamətində aldadılmalarıdır. 

Bu problemin həll olunmasında  ən çox istifadə edilən üsul sertifikatdır (certification). Sertifikat, bir istifadəçinin açıq 

açarının o istifadəçiyə aid olduğunu göstərən rəqəmsal bir sənəddir. Bu sənəd etibarlı bir insan tərəfindən rəqəmsal olaraq 

imzalanır. Sertifikat imzalayan etibarlı insanlara Sertifikat Avtoriteti (certificate authority - SA) deyilir. 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

610 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

İnternet kimi milyonlarla istifadəçisi olan bir şəbəkədə bir tək SA-nin kifayət etməyəcəyi məlumdur. Sertifikat 

sisteminin effektiv şəkildə qurula bilməsi üçün fərqli SA-lərinin müəyyən bir qaydaya uyğun və qarşılıqlı əlaqədə işləmələri 

və bir qlobal struktur əmələ gətirmələri lazımdır. Bu struktur, Açıq Açar İnfrastrukturu olaraq adlandırılır. 

AAİ açıq və gizli şəbəkə üzərindən istifadəçinin rəqəmsal şəxsiyyətini təsdiqləyən sistemdir. Sistem açıq və gizli açar 

cütünü fərdin  şəxsiyyət etimadnaməsi (identity credentials) ilə birləşdirməklə  işləyir. Açarlar kriptoqrafik alqoritmlərlə 

yaradılır və Sertifkat Avtoritetləri tərəfindən paylanılır. SA bu məlumatları bazasında saxlayır və rəqəmsal sertifikatları çap 

edir. Sertifikat özündə, istifadəçinin şəxsiyyətini doğrulamaq üçün, açıq açar və ya açıq açar haqqında məlumat daşıyır. 

AAİ sistemlərində gizli açar son istifadəçi (end user) tərəfindən saxlanılır. Açıq açar isə rəqəmsal sertifikatın bir hissəsi 

kimi açıq bir kataloqda (directory) saxlanılır. Gizli açar təhlükəsiz qalır və  şəbəkə üzərindən ötürülmür. Bu texnologiya 

şirkətlər üçün geniş miqyaslı təhlükəsizlik imkanları təklif edir. Bunlara identifikasiya, məxfilik, inkar edə bilməmək kimi 

xüsusiyyətlər daxildir. 

Biz Azərbaycan üçün ayrı bir AAİ-nun olmasını təklif edirik. Əsas hədəfimiz, ölkəmizin iqtisadi və hüquqi şərtlərinə 

uyğun və açıq açar əsaslı müxtəlif virtual xidmətləri bir dam altında yığan bir sistemin qurulmasıdır. Bütün dünyada olduğu 

kimi Azərbaycanda da elektron ödəmələr və elektron ticarət, virtual xidmətlər içərisində mühüm yer tutur. SET və SSL 

əsaslı müxtəlif pilot və ya tətbiq olunmuş elektron ticarət sistemləri mövcuddur. Hal hazırda bu xidmətlər üçün bütün lazımi 

sertifikatlar xaricdəki SA-lər tərəfindən təmin edilməkdədir. Bu vəziyyətin potensial təhlükələri də Azərbaycan üçün bir 

AAİ-nun vacibliyinin əsas göstəricilərindəndir. 

Azərbaycan modelini şərti olaraq AAAİ (Azərbaycan Açıq Açar İnfrastrukturu) adlandırmaq olar. AAAİ-nun  əsas 

prinsipi, AAAİ istifadəçilərinin açıq açar tələb edən hər hansı bir sistemdən istifadə edə bilməsi üçün lazımlı bütün 

sertifikatları  təmin etməkdir. Bunun bir nəticəsi olaraq, bu sertifikatları doğrulamaq istəyən bir istifadəçinin AAAİ SA-

lərinə etibar etməsi kifayət edəcək. SA-lərinə müəyyən məsuliyyət vermək üçün AAAİ-nun mərkəzə bağlı  və iyerarxik 

strukturda olması lazımdır. Ancaq bu şəkildəki bir struktur ilə  səlahiyyət və  məsuliyyət müəyyən meyarlar çərçivəsində 

paylanıla bilər. Əks halda, xaotik bir AAİ əmələ gələr. 

Bizim təklifimiz AAAİ-nun sertifikat strukturunun X.509 əsaslı olmasıdır. Çünki, X.509-un alternativi olan PGP əsaslı 

bir sistemdə  mərkəzə bağlı AAİ qurmaq çətindir. X.509-un digər bir müsbət tərəfi də  rəsmi bir standart olması  və AAİ 

əsaslı proqramların inkişafda olmasıdır. Beləliklə, həm AAAİ-nu dəstəkləyəcək tətbiqi proqramları tapmaq asanlaşacaq, 

həm də AAAİ-nun qlobal AAİ-larla inteqrasiyası mümkün olacaqdır. 

 

 

E-DÖVLƏTDƏ İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ HAQQINDA 



 

Xəyyam MƏSIYEV

1

, Lalə VƏLIZADƏ

2

  

AMEA İnformasiya Texnologiyaları İnstitutu

1

, Qafqaz Universiteti



2

 

xmesiyev@qu.edu.az

1

, lalevelizadeh@gmail.com

2

 

AZƏRBAYCAN



 

 

Giriş. E-dövlətin strateji əhəmiyyəti bütün dünyada qəbul edilmişdir. Əsasən, bir və ya bir neçə veb-portallar ayrı-ayrı 

fərdlər və şirkətləri ictimai məlumatlarla, yükləmək üçün ərizə formaları və dövlət nümayəndəlikləri ilə müqavilələri təmin 

edir.Vətəndaşlar vaxtından və necəliyindən asılı olmayaraq təhlükəsiz  şəraitdə yüksək səviyyəli xidmətlər, informasiyaya 

məsafədən çıxış, effektiv əməliyyatlar gözləyirlər. Bu məqalədə biz e-dövlətdə təhlükəsizlik məsələləri barədə danıçacağıq.



 

 

E-dövlət nədir?  Elektron dövlət (e-dövlət) ideyası Amerika Birləşmiş  Ştatlarının vitse-prezidenti Albert Gore 

tərəfindən irəli sürülmüş, vətəndaşlarla müxtəlif dövlət orqanlarının avtomatik yolla əlaqələndirilməsi ilə yanaşı informasiya 

və kommunikasiya texnologiyalarının tətbiqi ilə  xərclərin azaldılması, fəaliyyətin optimallaşdırılması, xidmətlərin 

göstərilmə sürətinin və effektivliyinin artırılması məsələlərini nəzərdə tutmuşdur (Tamara Almarabeh , Amer AbuAli 2010).

 

E-dövlət proqramı  cəmiyyətin bütün seqmentlərindən olan benefisiar və investorlar üçün xidmətlərin göstərilmə 

səviyyəsinin qaldırılması  əsasında dövlət işlərində böyük effektivliyə nail olmaq yollarını axtarır. Online interaktiv 

xidmətlər özündə  ərizə vermək, faiz ödəmək, lisenziyalaşma və informasiya sorğuları kimi xidmətləri  əks etdirir. Belə 

xidmətlər üçün icranın keyfiyyət və səviyyəsində fərqliliklər olmaqda davam edir ( Michael R. Middleton, 2007). 

E-hökumət anlayışını anlamaq üçün, ilk növbədə, ümumi hökumət anlayışını anlamaq lazımdır. Hökumət, faktiki 

olaraq, hədəf, struktur və funksiyaların dinamik qarışığıdır ( Pardo, 2000).  

Elektron hökumət internet vasitəsilən  əməliyyatların emalı, veb-səhifə  və ya elektron poçt deyil. E-hökumət bilik 

cəmiyyəti ilə müşayiət olunan texnoloji inqilabın davamıdır. E-hökumət  şəffaflıq, hesabatlılıq, vətəndaş  iştirakçılığı kimi 

yeni anlayışlar yaranmasına səbəb olmuşdur.(Hiba Mohammad, Tamara Almarabeh, and Amer Abu Ali, 2009). 

E-dövlət anlayışında biz 3 qrup ayıra bilərik: vətəndaşlar, şirkətlər və ölkənin hökumət idarələri. Bu zaman dövlət və 

vətəndaşlar arasında arasında  əlaqəni göstərmək  üçün G2C (Government-to-Citizen), dövlət və  şirkətlər arasında  əlaqə 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

611 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

üçün G2B ( Government-to-Business), müxtəlif dövlət orqanları arasında münasibətlər üçün isə G2G ( Government-to-

Government) abbreviaturalarından istifadə olunur. Dövlətlərin çoxu informasiyanı birbaşa onlayn təmin etməyə başlayırlar, 

lakin xidmətlərin səviyyəsinin cəmiyyətin artan tələblərinə uyğunlaşması tədricən baş verir. E-dövlət daha geniş hal almağa 

başlayır və bir çoxlarının fikrincə bu genişləmə, inkişaf 6 mərhələdən keçir. Heç də bütün dövlətlər bu mərhələlərin 

hamısından keçmir və bu mərhələlərin hər birində müxtəlif dövlət orqanları arasında da fərqlilik olacaqdır. Mərhələlər 

bunlardır: 

(1)  Daxili şəbəkədən istifadə edilməsi və e-poçt sistemi yaradılması. 

(2)  İnformasiyaya  qarşılıqlı təşkilati və ictimai çıxışın olmasına imkan yaradılması. 

(3)  İkitərəfli kommunikasiyaya imkan verilməsi. 

(4)  Dəyərlər mübadiləsinə imkan verilməsi. 

(5)  Rəqəmsal demokratiya 

(6)  Birləşmiş hökumət. 

İnformasiya Təhlükəsizliyinin  İdarəedilməsi Sistemi. Təhlükəsizlik siyasəti bir şirkət və ya təşkilatda informasiya 

təhlükəsizliyinin formal və normativ strukturunu əhatə edən tədbirlər sistemidir. Bu , həmçinin,  şirkətin gündəlik 

əməliyyatları üçün texniki və inzibati tədbirlərin həyata keçirilməsi prosesini təsvir edir.Şirkətin İnformasiya Sistemlərinin 

təhlükəsizlik siyasətinin yaradılmasında ilk addım xüsusi şirkətdə informasiya təhlükəsizliyinin cari vəziyyətini təsvir edən 

informasiya təhlükəsizliyi tədqiqatı hesab olunur.

 

Daha sonra, risk analizi edilir. Şirkətin ətraf mühit ilə yaxşı tanış olan insanlar risk analizi ilə məşğul olmalıdır. Risk 

analizi nəticəsində  əldə olunan məlumat  şirkətin informasiya təhlükəsizliyi üçün əsas olduğu üçün məxfi saxlanmalı  və 

ciddi müəyyən olunmuş auditoriya üçün əlçatan olmalıdır. Risk analizi nəticələrinə  əsasən 2 hissədən ibarət olan 

təhlükəsizlik siyasəti hazırlanır: 

1)  Ümumi təhlükəsizlik siyasəti: Təşkilatın və onun prosesləri, təhlükəsizlik siyasəti məqsədləri , təhlükəsizlik 

infrastrukturunun , aktivlərin identifikasiyası , məxfi məlumatların və ümumi təhdidlərin təsviri , indiki vəziyyəti və 

təhlükəsizlik tədbirləri , fövqəladə planların şərhi . 

2)  Sistem təhlükəsizlik siyasəti : şirkət xüsusi sistemində təhlükəsizlik siyasətinin həyata keçirilməsini müəyyən edir . 

Mövcud olan təhlükəsizlik siyasəti  əsasında təhlükəsizlik mexanizmləri ilə onların faktiki funksionallığına nəzarət etmək 

vacibdir. 

İstinadlar: 

1)  Tamara Almarabeh , Amer AbuAli “A General Framework for E-Government: Definition Maturity Challenges, 

Opportunities, and Success”European Journal of Scientific Research ISSN 1450-216X Vol.39 No.1 (2010), pp.29-42, 

Jordan.

 

2)  Michael R. Middleton, “Approaches to evaluation of websites for public sector services”, IADIS Conference on e-

Society, 2007, Lisbon, Portugal.



 

3)  Theresa A. Pardo, “Realizing the Promise of Digital Government: It’s More than building a Web Site”, Center of 

Technology in Government, University of Albany, 2000. 

4)  Hiba Mohammad, Tamara Almarabeh, and Amer Abu Ali, “E-government in Jordan”, European Journal of 

Scientific Research, Vol.35 No.2 (2009), pp.188-197. 

5)  Rabah Alshboul ,“Security and Vulnerability in the E-Government Society”, Contemporary Engineering Sciences, 

Vol. 5, 2012, no. 5, 215 – 226. 

 

 



ПРИМЕНЕНИЕ ОБЛАЧНЫХ ВЫЧИСЛЕНИЙ В СТАРТАП КОМПАНИЯХ 

 

Фарид ГАСУМОВ 

Университет Кафказ 



fqasumov@qu.edu.az 

AZƏRBAYCAN 

 

CloudComputing или так называемые Облачные Вычисления – это Интернет-сервис предоставляющий конечному 



пользователю компьютерные ресурсы и мощность, и представляющий из себя централизованный удаленный центр 

данных.  Такая  структура  в  скором  времени  позволит  пользоваться  всеми  программами  и  сервисами  напрямую 

через  Интернет.  Уже  сегодня  большинство  производителей  программного  обеспечения  в  большей  степени 

старается  обеспечить  доступ  к  программам  как  локально,  так  и  через  Облако.  Сейчас,  уже  и  в  странах 

постсоветского  пространства  есть  сервис,  называемый  «облачный  хостинг»,  который  является  ничем  иным  как 

моделью организации облачных вычислений. Давайте рассмотрим, что это такое. 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

612 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Обычный  хостинг,  это  когда  вы  берете  в  аренду  за  определенную  цену  целые  сервера  или  виртуальные 

машины или же размещаете свой сервер в каком-нибудь дата-центре опять же за определенную арендную плату. В 

некоторых случаях вы также можете выбрать нужные вам сервисы из пакета услуг, предоставляемых дата-центром 

и платите только за выбранные подключённые услуги. Однако в случае с облачным хостингом вы платите лишь за 

потребляемую  мощность.  Что  на  практике  оказывается  гораздо  выгоднее  потому  что  оплата  уменьшается  или 

увеличивается в зависимости от нагрузки вашего сервиса. Ниже приведены некоторые приблизительные цены на 

ресурсы. 

 

Наименование ресурса 



Цена 

Процессорное время



 

0.3 цента за час процессорного времени 

Оперативная память

 

0.1 цент за гигабайт в час 

Дисковое пространство

 

1.5 цента за терабайт в час 

Диск: запросов на чтение/запись

 

1 цент за миллион запросов 

Диск: прочитанный/записанный объем

 

30 центов за терабайт 

Сеть: получено (входящий трафик)

 

60 центов за терабайт 

Сеть: отправлено (исходящий трафик)

 

3

$ за терабайт 



 

 Например,  если  при  резком  увеличении  числа  пользователей  вашим  сервисом,  вам  не  приходится  думать  о 

замене аппаратного обеспечения, вам всего лишь поднимают цену в соответствии с ростом используемых ресурсов. 

Теперь давайте рассмотрим, что такое Стартап, и как «облачные вычисления» могут быть применены. 

Стартап – это компания, созданная недавно, иногда даже не зарегистрированная официально. Такие компании 

строят  свой бизнес на основе инноваций и находятся на стадии развития, маркетингового исследования и  только 

начинают выходить на рынок. 

Обычно  стартап  компании  создаются  при  сложных  обстоятельствах,  в  крайне  ограниченных  условиях  и  с 

ограниченными  ресурсами.  И  соответственно  такие  компании  при  возможности  ограничиваются  минимальными 

инвестициями,  используют  гаражи  вместо  офисов,  по  возможности  пользуются  бесплатным  программным 

обеспечением и так далее. «Scalefastorfailfast» является основным правилом существования стартап компании. 

Как правило, в зависимости от идеи стартап может или мгновенно взмыть вверх, или мгновенно провалиться. 

Конечно  же  об  этом  правиле  стоить  помнить,  как  стартаперам,  так  и  инвесторам,  которые  желают  рискнуть, 

понимая,  что  при  удачной  реализации  идеи  их  ждет  сверхвысокий  доход.  Но  и  конечно  же  при  неудаче  они 

рискуют потерять свои вложения. 

Как мы уже отметили стартап компании создаются на ограниченных ресурсах. Поэтому они заинтересованы в 

максимальной  работе  используемых  технологий.  Именно  в  этом  ракурсе  Интернет-стартап,  то  есть  стартап 

выведенный в облако, имеет значительные преимущества. Ведь на сегодняшний день техника, производство, наука, 

и  особенно  бизнес  требует  качественного  и  полноценного  сервиса.  Очень  часто  на  пределе  возможностей 

вычислительных  систем.  Например,  вопросы  моделирования  космоса,  энергетики,  прогноза  погоды  или  других 

математических и компьютерных задач. 

Наиболее известны три типа облачных технологий: Software-as-a-Service (SaaS; программное обеспечение как 

услуга), Platform-as-a-Service (PaaS; платформа  как  услуга)  и Infrastructure-as-a-Service (IaaS; инфраструктура  как 

услуга). Но помимо этих типов также важно различать по типу собственности - publicclouds и privateclouds. Таким 

образом, когда компания пользуется не своим облаком a арендует у стороннего провайдера, это означает что она 

работает в publiccloud. Этот вариант более подходит для проектов стартап. 

Эти технологии уже довольно успешно используются в странах Европы. Компания EMC опубликовала вторую 

часть  отчета The Cloud Dividend (58 страниц),  где  подробно  рассматривается  влияние  облачных  вычислений  на 

отрасли экономики крупнейших стран Европы в период с 2010 до 2015 года. 

В  первой  части  отчета были  представлены  общие  аналитические  выводы.  В  новом  отчете  представлены 

конкретные данные. 

Таблица 3 - Экономическая выгода от облачных вычислений, 2010-2015 гг. 

Отрасль экономики 

Велико- 


британия,  

млн. 


€ 

Германия, 

млн. 

€ 

Испания,  



млн. 

€ 

Италия,  



млн. 

€ 

Франция,  



млн. 

€ 

EMEA, 



млн. 

€ 

Рабочие 



места, 

тыс. 


Банковский,финансовый и 

 бизнес-секторы 

30,204 58,503 18,836 32,073 

43,949 183,566 

207 

Государство,образование и 



 здравоохранение 

19,455 31,838 14,704 20,759 

25,783 112,539 

801 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

613 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Дистрибуция, розница и 

 гостиничный бизнес 

40,162 55,540 40,125 51,688 

45,901 233,418 

355 


Промышленность 11,358 

39,305 


12,093 

19,735 


16,013 

98,504 


514 

Другие секторы 16,810 

36,052 

24,792 


26,515 

31,103 


135,271 

519 


Кумулятивная экономическая 

 выгода 


117,989 221,239 110,550 150,770 

162,749 763,297 

2,396 

 

 



 

ELEKTRON DÖVLƏT ÜZRƏ TƏKLİF OLUNMUŞ İNKİŞAF MƏRHƏLƏLƏRİ 

 

Xəyyam MƏSIYEV

1

, Kəmalə ŞƏMILOVA

2

 

AMEA İnformasiya Texnologiyaları İnstitutu

1

, Qafqaz Universiteti



2

 

xmesiyev@qu.edu.az

1

, kshemilova@std.qu.edu.az

2

 

AZƏRBAYCAN



 

 

Xülasə - Bu məqalədə ilkin olaraq elektron dövlət anlayışı, həmçinin söz biləşməsinin müxtəlif tədqiqatçılar tərəfindən 



fərqli açılışı qeyd olunmuşdur. Daha sonra cədvəl 1.-ə əsasən elektron dövlətin müxtəlif qurum və tədqiqatçılar tərəfindən 

irəli sürülmüş bir nəçə inkişaf mərhələsi araşdırılmışdır. Araşdırmalar mərhələlərin sayının və adlarının fərqli olmasına 

baxmayaraq, onların məzmununun o qədər də fərqli olmadığını göstərmişdir. Araşdırmaların növbəti addımı olaraq hər bir 

təklif olunan modeldən yeni bir model təklifi ortaya çıxarılmış və hər bir mərhələnin hansı əsaslarda və hansı funksiyaları 

yerinə yetirərək öz işini tamamlaması göstərilmişdir. Təklif olunan model 4 mərhələdən ibarət olub, hər biri bir-birinin 

davamıdır. 

I. ÖN SÖZ 

1980-ci illərdə informasiya kommunikasiya texnologiyaları və internet şəbəkəsinin inkşafı nəticəsində ölkələr dövlətin 

yenidən qurulmasında bu qüvvələrdən istifadə etməyə    başladılar ki, bunun üçün irəli sürülən layihələr dövlətlərin 

gündəliyinin əsasını təşkil etməyə başladı. Elektron dövlətə olan maraq onun son illərdə ən çox araşdırılan konsepsiyalardan 

birinə çevrilməsinə gətirib çıxardı. 

Elektron dövlət söz birləşməsinin açılışı üzrə çoxlu variantlar irəli sürülmüşdür. Bunlardan bəziləri aşağıda 

sadalanmışdır: 

- Elektron dövlət dövlətin müasir texnologiyaların istifadəsi nəticəsində yüksək  keyfiyyətli dövlət informasiya və 

xidmətlərinə çıxışı əlverişli bir şəkildə təmin etdiyi bir metoddur. Bu insanların demokratik proseslərdə iştirakı üçün daha 

çox imkan yaradır(Fang,2002). 

- Elektron dövlət dövlətin müasir texnologiyalardan istifadə edərək, dövlətin informasiya və xidmətlərinə çıxışı təmin 

edən alətləri hazırladığı və xidmətlərin keyfiyyətini artıraraq proseslərdə daha geniş bir şəkildə iştirak imkanları yaratdığı 

bir sistemdir( Hick,2002). 

Elektron dövlət vətəndaşlar, dövlət işçiləri, bizneslər və digər təşkilatları xüsusi ilə  İKT və Dünya İnternet  Şəbəkəsi 

kimi texnologiya vasitələrinin istifadəsi nəticəsində dövlət xidmətlərinin verilməsidir.  

E-dövlət daha yaxşı idarəetmə  və inzibati effektivlilik yaradılması üçün irəli sürülmüş bir konsepsiyadır. Belə ki, 

idarəetmədən başqa onun siyasi, iqtisadi və sosial- mədəni sahələrdə də təsiri var. Elektron dövlət idarəetmənin daha çox 

iştirak yönümlülük əsasında qurulmasına səbəb olur ki, bu da siyasətçilərin ictimaiyyət üzrə  məsuliyyətlərini daha yaxşı 

anlamalarına  əsas yaradır. O, idarəetmə orqanlarının işini daha effektiv edir, əlverişli biznes mühütü yaradır və zamanla 

iqtisadi artımın əldə olunmasına gətirib çıxarır. Sosial mədəni baxış açısına görə isə o savadlı vətəndaşların yetişməsinə və 

sosial həmrəyliyin yaranmasına rəhbərlik edir.  

 

BMT/ASPA Dünya 



Bankı Gartner 

Layne 


və Lee 

Hillevə  Belanger 

Təklif olunan model 

Meydana gələn veb-iştirak 

Yaratma 

İştirak Kataloqlaşdırma 

İnformasiya 

İnternet üzərindən 

ilkin tanışlıq 

İnkişaf etmiş veb-iştirak 

İlkin xidmətlərin 

daxil edilməsi 



Yüklə 10,69 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin