Microsoft Word Materiallar Full Mənim gənclərə xüsusi



Yüklə 10,69 Mb.
Pdf görüntüsü
səhifə131/144
tarix06.03.2017
ölçüsü10,69 Mb.
#10325
1   ...   127   128   129   130   131   132   133   134   ...   144

 Ədəbiyyat 

1 - www.mckinsey.com/mgi 

2 - Hadoop For Dummies

®, Special Edition, Robert D. Schneider, John Wiley & Sons Canada, Ltd., 2012  

3 - Understanding Big Data: analytics for enterprise class hadoop and streaming data, Paul C. Zikopoulos,   

     McGraw Hill, 2012 

4 - www.tr.wikipedia.org/wiki/B%C3%BCy%C3%BCk_veri 

5 - Hadoop: The Definitive Guide, Second Edition, Tom White, O’Reilly, 2011 

6 - www.computerworld.com.tr/featured/buyuk-veri-ile-gelen-tasarruf/ 

7 - www.karel.com.tr/blog/buyuk-veri-big-data-nedir-uygulamalar-ve-firsatlar-yonetici-ozeti 

 

 

 



VƏTƏNDAŞ MƏRKƏZLI ELEKTRON DÖVLƏT 

 

Xəyyam MƏSIYEV

1

, Aynur ƏHMƏDZADƏ

2

  

AMEA İnformasiya Texnologiyaları İnstitutu

1

, Qafqaz Universiteti



2

 

xmesiyev@qu.edu.az

1

, aynurahmedzadeh@yahoo.com

2

  

AZƏRBAYCAN

 

 

Giriş: Azərbaycanda “elektron hökumət”in formalaşdırılmasının əsası ümummilli lider Heydər Əliyev tərəfindən 2003-



cü ildə imzalanmış “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli 

Strategiya ilə qoyulmuşdur. Daha sonra ölkəmizdə bu fəaliyyət Prezident İlham  Əliyev tərəfindən imzalanmış “Açıq 

Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nı və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-

2015-ci illər üçün Milli Fəaliyyət Planı”na aid sərəncamla davam etdirilmişdir. 



Açıq və e-hökumət. Vətəndaş mərkəzli elektron dövlət. Açıq hökumət vətəndaşlara açıq olan, onlara hökumətin sə-

nədlərinə,  digər məlumatlara daxil olmaq hüququ verən və eyni zamanda, qərarvermə prosesində iştirakını təmin edən idarə 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

600 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

etmə formasıdır. Açıq hökumətin yaradılmasının əsas şərtlərindən biri e-mühitin mövcudluğudur. E-mühit istənilən dövlət 

qurumun öz fəaliyyətinə uyğun olan xidmətlərinin elektron platformada təqdim olunmasıdır. (Teresa M. Harrison, Santiago 

Guerrero, G. Brian Burke, Meghan Cook, Anthony Cresswell, Natalie Helbig, Jana Hrdinov

á, & Theresa Pardo 2011) 

Artıq ölkəmizdə  də açıq hökumətin inkişafında bir çox məqsədlərə nail olunmuşdur. Belə ki, hazırda elektron 

xidmətlərin bir çoxu- rəsmi sənədlərin verilməsi, vergi və gömrük bəyannamələrinin, statistik hesabatların təqdim olunması, 

məşğulluq orqanları vasitəsilə iş axtarışı, ali məktəblərə və dövlət qulluğuna qəbul üzrə test imtahanlarında iştirak etmək 

üçün elektron ərizələrin qəbulu və digər bu kimi məsələlər ölkəmizdə açıq hökumət çərçivəsində təqdim olunan xidmətlərin 

tərkib hissələrindəndir. 

Açıq hökumətin aşağıda göstərilmiş standartları mövcuddur:(http://www.opengovstandards.org/) 

1.  Şəffaflıq 

2.  İştirak 

3.  Hesabatlılıq 

Açıq hökumətin əsas şərtlərindən biri olan 



şəffaflıq rəsmi qurumlara aid olan məlumatların dolğun, şəffaf və heç bir 

təhrifə  uğramadan ictimaiyyətlə paylaşılmasına  əsaslanır. Məlumat  şəffaf olaraq, cüzi istisna hallar xaric, cəmiyyət 

tərəfindən əlçatan, təkrar istifadəyə açıq və yararlı olmalıdır. Məlumat üzərində edilmiş istənilən dəyişiklik, və ya müəyyən 

bir hissənin gizlədilməsi açıq hökumətin şəffaflıq prinsipinin pozulmasına gətirib çıxarır. 

Digər şərt olan 

e-iştirak da önəmli faktorlardan biri olub, ictimaiyyətin siyasi, hüquqi, ictimai və vətəndaşlarla bağlı 

olan digər məsələlərlə bağlı qərarvermə prosesində iştirakına əsaslanır. E-iştirakın məqsədi xidmətlərin şəffaflığının təmin 

edilməsidir. Eyni zamanda, e-iştirakın təmin olunmasının nəticəsi olaraq, ictimai fərdlərin iştirakı ilə daha şəffaf xidmətlər 

formalaşdırılacaqdır. (Conference for E-Democracy and Open Government 2013 Call for Papers 21-25 May 2013) 

Açıq hökumətdə 

hesabatlılıq dedikdə isə daha çox hökumətin ictimaiyyət tərəfindən ünvanlandırılacaq suallara nə 

dərəcədə açıq olması nəzərdə tutulur. Belə ki, ictimaiyyət qarşısında hesabatlı hesab edilən hökumət həyata keçirilmiş 

fəaliyyətlər barədə ona ünvanlanmış sualları cavablandırır, eyni zamanda,  bu standarta aid olan çərçivədə verdiyi bütün 

qəraralara və həyata keçirdiyi bütün fəaliyyətlərə görə məsuliyyət daşıyır. Hökumət korrupsiyaya qarşı müfəssəl və spesifik 

mübarizə strukturu tərtib etməli və eyni zamanda maraqların toqquşması ehtimalını da nəzərə almalıdır. (Press Release 

Waseda University 2013 March, 25th 2013) 

Açıq hökumətin əsas tərkib hissəsi olan e-hökumət mahiyyət baxımından, dövlət orqanlarının göstərdikləri xidmətlərin 

informasiya texnologiyalarından istifadə edilməklə  vətəndaşlara, biznes qurumlarına, həmçinin dövlət orqanlarına 

ötürülməsi üsuludur.  E-hökümətin  əsas məqsədi vətəndaşlara müasir texnologiyaların imkanlarından istifadə etməklə, 

dövlət orqanları  tərəfindən təqdim olunan elektron xidmətlərdən istifadə imkanının təşkilidir. (Vitalizing Democracy 

through E-Participation and Open Government) (http://www.opengovpartnership.org/) 

Azərbaycan Respublikasında vətəndaş mərkəzli elektron dövlət. Cari vəziyyət və perspektivlər. Açıq hökumətin 

əsasında vahid pəncərə (one window) prinsipi durur. Bu prinsip əsasında yaradılmış 



www.e-gov.az saytı 29 dövlət qurumu 

və eyni zamanda onlar tərəfindən təqdim olunmuş 252 elektron xidmət növünü əhatə edən hökumət portalıdır. Yaradılmış 

bu portal vətəndaşlara yaşayış yerlərini tərk etmədən, istənilən zaman itkisini aradan qaldıraraq öz işlərini daha rahat 

şəraitdə həll etməyə şərait yaradır. (http://www.mincom.gov.az/) (https://www.e-gov.az/) 

Ölkə başçısının 23 may 2011-ci il tarixli "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi 

tədbirlər haqqında" imzaladığı  Fərmandan sonra dövlət orqanlarında vətəndaşlara göstərilən xidmətlərin bir çoxu 

elektronlaşdırılmağa başlanılmışdır. 

Lakin bütün bu qısa zaman kəsiyində əldə edilmiş nailiyyətlərə baxmayaraq, bəzi xidmətlərin elektron versiyası hələlik 

mövcud deyildir. İnanırıq ki, müəyyən bir vaxtdan sonra ölkəmizdə də inkişaf etmiş ölkələrdə olduğu kimi, vətəndaşların 

hər hansı bir xidmətə görə dövlət orqanlarına birbaşa müraciət etməsinə ehtiyac qalmayacaq və onlar ən qısa vaxt ərzində, 

heç bir məsrəf etmədən, zaman itirmədən lazımi xidməti elektron platformada əldə edə biləcəklər. (http://www.asan.gov.az/) 

İstinadlar 

1.  Conference for E-Democracy and Open Government 2013 Call for Papers (21-25 May 2013 Danube University 

Krems, Austria) 



2.  Press Release Waseda University International e-Government Ranking 2013 March, 25th 2013 

3. 

Vitalizing Democracy through E-Participation and Open Government: An Austrian and Eastern 

European Perspective  

4. 

Open Government and E-Government: Democratic Challenges from a Public Value Perspective 

(Teresa M. Harrison, Santiago Guerrero, G. Brian Burke, Meghan Cook, Anthony Cresswell, Natalie 

Helbig, Jana Hrdinov

á, & Theresa Pardo) 

5. 

http://www.opengovpartnership.org/ 



6. 

http://www.opengovstandards.org/ 



7. 

http://www.asan.gov.az/ 



8. 

http://www.mincom.gov.az/ 



9. 

https://www.e-gov.az/ 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

601 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

SUGGESTED MODEL FOR MOBILE NUMBER PORTABILITY 

 

Khayyam MASIYEV, Bahri MAMMADGULUBAY  

Qafqaz University 



xmesiyev@qu.edu.az, mammadb@bakcell.com 

AZƏRBAYCAN 

 

Nowadays, Mobile Telecommunications became an important part of our lives. More and more people cannot imagine 



their life without mobile phone, mobile services, accessing to internet through mobile devices. At the same time, Mobile 

Technologies are developing day by day, giving customers’ new opportunities, and opening new ways of communication, 

entertainment and business.  One of the new features of Mobile Technologies, which has been introduced recently, is 

switching mobile service providers without changing mobile telephone number. It is called Mobile Number Portability 

(MNP).  

Mobile Number Portability service is very popular in the range of countries around the globe. If by the end of the XX

th 

century, there were only five counties which have enabled this feature, by 2014 this number has increased to 65. It is very 



positive fact that, finally Azerbaijan is also among those countries. The Ministry of Communications and Information 

Technologies of Azerbaijan has declared the end of “mobile slavery” in the country. The Ministry announced that the MNP 

service has been officially launched on February 1

st

, 2014. The service is being provided by all mobile operators, which 



achieved readiness for service status and fulfilled all the necessary prerequisites by MCIT of Azerbaijan. The service launch 

has been expected in August 2013, however not all mobile operators were able to complete the preparatory work last year. 

MNP enables mobile subscribers to retain their mobile numbers while changing from one mobile operator to another. It 

allows subscribers to switch their telecom service provider without changing numbers and prefixes used previously. Before 

Mobile Number Portability the following prefixes were distributed between mobile network operators in Azerbaijan: 

(051,050) for Azercell; (070,077) for Azerfon and (055) for Bakcell. After implementation of MNP, this prefix division 

loses its actuality. At the moment NDCs (National Destination Codes. Ex: 055) is not a firm indicator which mobile 

operator is serving a particular subscriber. Subscribers can enjoy special offers and promotions of any mobile operator 

within the Country irrespectively on which NDC is being used. In long term perspective MNP will improve the competition 

on the market and the quality of service.   

MNP is implemented in different ways across the globe. The method of implementation depends on regulatory defined 

rules and IT technologies involvements. There are different types Call routings: Direct (ACQ) and Indirect (OR). Also MNP 

numbers database can be centralized or distributed. The specific role played by duration of porting process. This is time 

period between subscribers requested to switch his mobile service provider and migration to this provider accomplished. 

Depending on country, porting process period is changing between 0-30 working days. Also the price for porting execution 

which deducting from customer varies. The service is for free in most of countries, but it’s chargeable in others.  

The purpose of this study is to investigate the MNP solution applied is Azerbaijan. The analysis of the model is 

necessary to find main advantages and disadvantages of current MNP model. One of the main and noticeable problems of 

current model in Azerbaijan is relatively long period of porting duration. For subscribers, 6 days of porting process is long 

enough period that might influence the subscriber decision to switch between service providers. Studies of international 

experiences have shown that the porting duration is very important and directly impacts porting rate of numbers.  

Porting time depends both on the technical implementation of porting systems and on the willingness of networks to 

speed up the porting process. Involved MNP technologies play an important role in determining the porting duration. 

Reducing the porting time increases the cost of MNP implementation.  

Thebest practices of worldwide MNP implementations, countries’ related specifics will be rewired. Overall MNP 

related problems will be indicated and possible solutions will be proposed in this thesis. As the result, it’s expected to find 

the balance between the implementation costs, processes effectiveness and orientation on customer which will be the best 

indication for potential enhancement of MNP service in Azerbaijan. 



References 

1.  Kwame A.P. Agyekum, Eric T. Tchao and Emmanuel Affum.: “Evaluation of Mobile Number Portability 

Implementation in Ghana” Working paper, October 2013. Online: http://www.ijcst.org/Volume4/Issue10/p6_4_10.pdf 

2.  ANNEX No.2 TO THE AGREEMENT ON MOBILE NUMBER PORTABILITY CLEARINGHOUSE SERVICE 

in Azerbaijan, ADMINISTRATIVE PROCEDURES, June 2012 

3.  Ashish Siwach.: “Mobile Number Portability in INDIA”, Article, December 2011. Online: http://research.ijcaonl 

ine.org/rtmc/number6/rtmc1043.pdf 

4.  “Azerbaijani mobile operator launches Mobile Number Portability service” Article, online: 

http://en.trend.az/regions/scaucasus/azerbaijan/2176097.html 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

602 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

5.  Jennifer Pigg.: “Number Portability Through the Global Lens” Article, online: July 2012, online: 

http://www.neustar.biz/corporate/docs/number-portability-through-global-lens.pdf 

6.  Stefan BOhler, Ralf Dewenter and Justus Haucap.: “Mobile Number Portability in Europe” , Discussion paper, 

August 2005 online: [http://www.hsu-hh.de/download-1.4.1.php?brick_id=3x8avPxOQYSbkX4q] 

 

 



WHY DO WE NEED PASSWORD BASED CRYPTOGRAPHY                                               

INSTEAD OF SIMPLE PASSWORDS? 

 

Ulvi ISMAYILOV 

Qafqaz University 



ulviismayilov@yahoo.com 

AZƏRBAYCAN



 

 

There are more answers for this question that will be diverse according to the person who is answering. Although, this 

question has a lot of answers, all answers are extended from one - Privacy.  

Privacy -is a significant nuance not only in computer science but also in our daily life .So, how we may lose privacy in 

daily life? For example, if we put key of our house under towel, lying in front of the door, we may think that we hided the 

key in good secure place. So, for us this type of hiding may be seem as secure, but security is a relative conception. For 

other malicious person it is not seem such. He comes and puts your key and enters to your house easily. After this example, 

we understood that the performance of security belongs to owner. It means that the main reason of losing privacy is owner 

(not hackers). 

During the improvement of technology scientists invented that for the secure system we must have passwords to log in. 

But afterwards, they observed that using of passwords also isn’t the most suitable method for security. And started 

application of cryptography to passwords .I comprehend this situation like that if we put cryptographic approach to 

passwords in network systems we put password to password .So, if we put password to password any time as iteration, our 

system becomes very-very difficult to hack . 

It can be concluded that, Cryptography is the science of reducing of system hacking probability. In another hand we can 

say that cryptography is method of security which picks up high level of confidentiality and integrity. It gives us such 

meaning that  cryptography is the best method of security nowadays, but what will happen in technology world after 20 

years anybody can’t predict exactly .I mentioned that how will cryptography exposure to development process, really is 

more interesting. 

Another main reason of privacy problem is network. Network is not a problem in our life generally. Network provides 

society with more opportunities. (For example: to send, share data to each other, to communicate with each other , to 

research necessary information from net ).Existence of network facilitate portability of information but  reduce security of 

sent data. So, Network systems are useful platform for hackers. In Computer networks, we can’t exactly recognize the 

person whom we communicate in mailing process but with a telephone call, you hear what your friend says directly. 

Cryptography is made by encryption. Encryption is the process of encoding data in such a way that only author can 

read it. Necessary information is called as Plain Text, encrypted information gives Cipher Text, transitional Information 

Text is called Key. After encryption we get Cipher and for achieving privacy performance systems work on sending not 

Plain text but on sending Cipher Text .It means, if malicious attackers want to hack password they may reach to Cipher not 

to Plain text. For getting the real password hacker must know key of system we used. 

In conclusion of all, we can advance an idea that the main difference between Cryptographic  Approach System and 

Simple Password Systems is high performance of confidentiality, integrity and availability . 

 

 



BULUD HESABLAMALARI ANLAYIŞINA ƏSASLANAN                                                   

E-DÖVLƏTIN SƏMƏRƏLI QURULMASI

 

 

Xəyyam MƏSIYEV

1

, Nicat ƏFƏNDIYEV

2

  

AMEA İnformasiya Texnologiyaları İnstitutu

1

, Qafqaz Universiteti



2

 

xmesiyev@qu.edu.az

1

, oracul91@gmail.com

2

 

AZƏRBAYCAN 



 

Giriş: Bu məqalə Bulud hesablamalarının elektron dövlətdə  işlədilməsi, bu bulud hesablamalarının elektron dövlətə 

verə biləcəyi müsbət və  mənfi cəhətlərinin araşdırılması, mövcud bulud elektron dövlətlərinin incələnməsi haqqındadır. 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

603 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Buna görə birinci sırada elektron dövlət və bulud hesablamaları ayrı ayrılıqda araşdırılıb onların yarada biləcəyi imkanları 

və problemləri araşdırmaq lazımdır.  

Elektron dövlət və Bulud hesablamaları: E-dövlət milli və yerli dövlət məlumat və xidmətlərinin İnternet və ya digər 

rəqəmsal vasitələrlə vətəndaşlara, müəssisə və digər dövlət agentliklərinə çatdırılmasına əsaslanır. E-dövlət milli, dövlət və 

federal dövlət və ya hakimiyyət orqanlarından alınan  İnternet –texnologiyalarına  əsaslanan xidmətlər üçün ümumi bir 

məvhumdur. E-dövlətdə hakimiyyət  idarəetmə  əməliyyatlarına dəstək vermək, vətandaşlarını  məşğul etmək və dövlət 

(hakimiyyət) xidmətlərini asanlaşdırmaq üçün informasiya texnologiyalarından, xüsusilə İnternetdən istifadə edir. E-dövlət 

istifadəçilərin qrafik interfeysi (İQİ), ani xəbərlər mübadiləsi (instant messaginq-İM), audio-video təqdimat, və saytda 

təqdim edilən ünvana sadə elektron poçt məktubu göndərməkdən  daha mürəkkəb olan üsullardan, o cümlədən   

qulluqçulara, biznes tərəfdaşlarına, vətəndaşlara fayda verən dövlət xidmətlərinin çatdırılması və bu xidmətlərdən istifadəyə 

daxil olma imkanının yüksəldilməsi üşün tələb olunan texnologiyalardan istifadə etməklə      İnternet vasitəsi ilə veb-sayta 

girən hər bir insana  şəbəkə  və ya veb-saytda yerləşən digər istifadəçilərlə qarşılıqlı  əlaqə  və kommunikasiya  yaratmaq 

üçün hüquq və imkan verməlidir.[1] Dünya ərazisinin bir çox ölkələrində  İnternet xidmətlərinin çatdırılmasında inkişaf 

davam edir.2012-ci il Birləşmiş Millətlər Təşkilatının E-Dövlət Tədqiqatı hesab edir ki, ölkələrdən çoxu dövlət sektorunun 

səmərəliliyini yüksəltmək, idarəetmə sistemini optimallaşdırmaq və dayanıqlı inkişafa dəstək vermək üçün e-dövlət 

yaratmaq və informasiya kommunikasiya texnologiyalarını genişləndirmək təşəbbüsünü irəli sürmüşdür. Lider E-dövlət 

ölkələri arasında innovasiya texnologiyalarının həlli geridə qalmış iqtisadiyyat və sosial sahələri  aktivləşdirmək vasitəsi 

kimi tanınmışdır.  

     Paralel hesablamalar, paylayıcı hesablamalar, şəbəkə hesablamalarının inkişafı ilə yeni hesablama metodu meydana 

gəldi. Bulud hesablamalarının  əsas prinsipi hesablamaların hər hansı local kompyuterə  və ya ayrıca götürülmüş serverə 

deyil, cox miqdarda paylanmış kompyuterlərə aid edilməsidir.[2]  O məlumatların təhlükəsiz və inamlı saxlanılması 

mərkəzini təmin edir ki, artıq istifadəçi verilənlərin qorunması, virusun öldürülməsi kimi çətin tapşırıqları  həll etmir, bu 

işlərlə yüksək ixtisaslı mütəxəssislər məşğul olur. Bulud hesablamaları vasitəsilə  hər kəs veb-serverlərdən, satış 

bölümlərindən və avtomatlaşmış offis proqramlarından, hətta bloq-saytlardan  yararlana bilir. İş adamları daha yaxşı işləmə 

imkanları ilə təmin edilir və onlar verilənlərin itməsi, kompyuter virusları, sistem yüklənməsi və s. kimi sonrakı texnoloji 

fəlakətlərdən yaxa qurtarırlar. 

     Bulud  hesablamaları istifadəçilərə texnoloji məsələləri cəld və sürətlə etməkdə kömək edir və bununla da biznes 

riskləri azalmış olur. Aparıcı kompaniyalar adətən müxtəlif fəaliyyət imkanlarına malik olduğundan  texnoloji məsələlərin 

cəlbedici formada həlli üçün bulud hesablamaları onlara əsrarəngsiz imkanlar verir. 

     Bulud hesablamaları üzrə əlavə kritik müvəffəqiyyət faktorları (KMF) aşağıdakıları birləşdirir: 

  Alicı  və satıcılar üçüncü tərəf bulud xidmətlərindən istifadə etdikdə, kompaniyalar investisiya xərclərini azalda 

bilir və tətbiqləri genişləndirir, bu səbəbdən öz xüsusi vəsaitləri hesabına investisiya qoyuluşu ehtiyacından yan keçirlər. 

  Özünəxidmət vasitəsilə qoşulma xərcləri azalır: Özünəxidmət və açıq alternativ xidmət kanalları, məsələn veb 

saytlar və mobil şəbəkə  və fonlar üzrə portallar daha geniş girişə  və  İT fəaliyyətlər üçün İT xidmətləri seçiminə imkan 

yaradır. 

  Maneələr xidmətinə giriş səviyyəsi azalır. Online tələbli giriş imkanları vasitəsilə satınalma sürəti artır ki, bu da 

daxili provayderlərdən xarici provayderlərə qədər cavabdehlik riskini dəyişdirir. 

  Vasitəçiləri aradan götürür (və ya yeni vasitəçilər/aqreqatorlar /brokerlər  yaradır):Biznes düz xətt boyunca 

irəliləyir ki, rahat, yeni xidmətlər yaratsın. 

  İnnovasiyalara giriş maneələrini azaldır: İT xidmətləri sürətlə və daha müntəzəm təzələnə bilər. 

  Artım potensialını artırır: Bulud girişləri və xidmətlərindən istifadə edən biznesmenlər üçün yeni yüksək potensial 

təmin edən həm yeni, həm də mövcud bazarlar vasitəsi ilə gəlir qazanmağın əlavə mənbələri əldə edilə və istismar oluna 

bilir. 

     Bulud  hesabatlarının e-dövlətdə bu yaxınlarda istifadə edilməsinə başlanıldığından burada bəzi təhlükələr və 



problemlər vardır. Bulud Təhlükəsizliyi İttifaqının verdiyi məlumata əsasən onlar bulud hesabatlarının ən əsas  problemləri 

haqqında məlumat vermişdilər. Bu problemlərə aiddir:   məlumat itkisi, məlumatlarda baş verən pozuntular, təhlükəsizlik 

riskləri, interfeysin etibarsızlığı və s. kimi promlemlər.[3] 

     Bulud sistemlərinin bütün müsbət və  mənfi cəhətlərini nəzərə aldıqdan sonra onun e-dövlətdə istifadə edərkən nə 

kimi problemlərin ortaya çıxacağını araşdırmaq və bu problərin həlli yollarını tapmaq lazımdır. Buna görə  də bulud 

sistemlərini e-dövlətdə istifadə edən ölkələrdən nümunə götürmək olar. Bu ölkələrə misal olaraq Sinqapuru, Birləşmiş Ərəb 

Əmirliklərini və bir neçə Avropa ölkələrini göstərə bilərik. Aşağıdakı  cədvəl 1-də Avropanın 8 ölkəsində bulud 

hesablamalarının elektron dövlətdə istifadəsinin müqayisəli təhlili verilmişdir[4]:  

 

 

 



 


Yüklə 10,69 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin