Microsoft Word Materiallar Full Mənim gənclərə xüsusi



Yüklə 10,69 Mb.
Pdf görüntüsü
səhifə140/144
tarix06.03.2017
ölçüsü10,69 Mb.
#10325
1   ...   136   137   138   139   140   141   142   143   144

 

 

 

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

650 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

NANOTEXNOLOJİ ÇÖKDÜRMƏ METODU İLƏ DƏMİR ƏSASLI 

KOMPOZİSİYA MATERİALININ LEGİRLƏNMƏSİ 

 

Səyami HÜSEYNOV 

Azərbaycan Dövlət Neft Akademiyası 



seyami.nano@gmail.com

 

 

Dəmir  əsaslı ovuntu materialın borla legirlənməsi üçün ilk dəfə olaraq Abşeron yarmadasının palçıq vulkanından 

alınmış bor turşusunun perspektivliyi müəyyənləşdirilmiş, bu ideya əsasında Fe-B sistemli kompozisiya materialları sinifi 

yaradılmışdır. 

Ovuntu materialın müntəzəm strukturunu təmin edən bor turşusunun  şixtəyə  həlledicidən nanotexnoloji çökdürülmə 

yolu ilə daxil edilmə texnologiyası işlənmiş və bu texnologiya Azərbaycan Respublikasının patentinə layiq görülmüşdür.  

Bor turşusundan istifadə etməklə yüksək texnoloji, mexaniki və tribotexniki xassələrə malik dəmir  əsaslı ovuntu 

material alınmasının elmi-metodoloji əsasları işlənmişdir.  

Müxtəlif sinif metallik materialların alınmasında bor elementi mikrolegirləyici, ya da doldurucu kimi geniş istifadə 

edilir. Birinci halda bor metalın və ya ərintinin strukturunu xırda dənəli etməklə onun bəzi xassələrini kəskin surətdə 

yaxşılaşdırır. İkinci halda isə strukturu xırdalamaqla yanaşı bor həm də səth qatlarında boridlər, nitridlər və karbidlər kimi 

yüksək bərkliyə malik fazalar yaratmaqla materialın işçi səthinə keyfiyyətcə yeni çalar verir. Onun yeyilmə, korroziyaya və 

digər təsirlərə qarşı müqavimətini kəskin surətdə artırır. Ona görə  də son zamanlar tədqiqatçılar bu elementdən istifadə 

etməklə yeni materialların sintez edilməsinə xüsusi önəm verirlər. 

Bor turşusunun məhluldan çökdürülməsi ilə hazırlanan Fe-H3BO3 şixtəsinin dəmir  əsasdan formalaşma prosesi 

müvafiq sxem üzrə baş verir. Dəmir ovuntu zərrəciyinin səthində müxtəlif formada və ölçüdə mikroboşluqlar, yarıqlar və s. 

hesabına məhlulda olan bor turşusu zərrəciklərinin aktiv hərəkəti və dəmir zərrəcik tərəfindən kapilyar qüvvələr sayəsində 

çökmə sürətlə yerinə yetirilir. Belə bir üsulla şixtənin hazırlanması nəticəsində dənələrarası məsamədə və dənə səthindəki 

əlavə çökük və yarıqlarda eyni quruluşda bor turşusunun yerləşməsi baş verir. Bu isə digər üsullarla müqayisədə bor 

turşusunun  şixtədə tam bərabər paylanmasına və seqreqasiyanın baş verməsinə  gətirir. Çünki məhlul  şəklində  şixtəyə 

qatılmış bor turşusu yağlayıcılıqla bərabər yapışqanlıq qabiliyyətinə malik olduğundan o, qarışdırma prosesində  dəmir 

zərrəciklərin üzərinə adsorbsiya edir. Yəni texnoloji sürtkü olan sink stearatı kimi özünü aparır. Lakin sink stearatından 

fərqli olaraq bişirmə prosesində bor turşusu parçalandıqdan sonra bor atomar vəziyyətə  gəlir, onun aktivləşmə enerjisi 

kəskin yüksələrək dəmirə diffuziya edir və onu legirləyir. Bor turşusunun şixtədə özünü yağlayıcı kimi aparması hesabına 

prespəstahların sıxlığı  kəskin artır və aydındır ki, məsaməlik uyğun olaraq azalır, nəticədə hazırlanma prosesini 

yaxşılaşdırır, onun fiziki-mexaniki və digər xassələri yüksəlir. 

Belə şixtədən hazırlanmış nümunə və ya məmulatlar bişirildikdə bütün dəmir zərrəcikləri borlanaraq bircinsli struktur 

əmələ gəlir və borun materialın həcmində bərabər paylanmasına nail olunur. Yeni üsulla alınan müxtəlif tərkibli dəmir-bor 

kompozisiyasının struktur quruluşu, nisbi sıxlığı  və ümumi bərkliyinin nəticələri bircins kompozisiya alındığını 

təsdiqləmişdir. 

Dəmir-bor ovuntu kompozisiyasının fiziki-mexaniki xassələrinə və borid qatlarının formalaşmasına texnoloji rejimlərin 

təsirini öyrənmək üçün müasir tələblərə cavab verən metodlar tətbiq edilmiş, tədqiqat üçün müvafiq forma və ölçülü 

nümunələr hazırlanmış, onların həndəsi parametrlərinin, bərklik, sıxılmada,  əyilmədə möhkəmlik, zərbə özlülüyü 

öyrənilmişdir. Mexaniki xassələrin yüksəlməsi legirləyici element olan borun kompozisiyanın həcmində bərabər paylanması 

ilə izah edilir. 

 

 

“HOLLAND  SİNDROMU” ANLAYIŞI   

 

Tural DƏMİROV 

Qafqaz universiteti 



demirov.tural@gmail.com 

 

İqtisadi lüğətdə “Holland sindromu” adını alan bu fenomen təbii resursların istismarı ilə istehsal sektorunun tənəzzülü 



arasında qarşılıqlı  əlaqəni izah etmək üçün istifadə edilən iqtisadi konsepsiyadır. Nəzəri yanaşmaya görə, "Holland 

sindromu"  şəraitində  təbii sərvətlərdən daxil olan böyük gəlirlər milli valyutanın mübadilə kursunu artırmaqla istehsal 

sektorunun rəqabət qabiliyyətini zəiflədir. 

“Holland sindromu” bütünlükdə istehsal sektorunun sadəcə  təbii sərvətlərdən asılılığını yaradır və digər sahələrin 

inkişaf perspektivini azaldır. Bu halda iqtisadiyyatda süni canlanma meydana gəlir, kapital qoyuluşu təbii sərvətlərin 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

651 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

istismarına və daşınmasına sərf edilir. Təbii sərvətlər tamamilə istismar edilib tükəndikdə isə  sənaye qısa zamanda 

strukturunu dəyişə bilmir. XVIII əsrin sonlarında bir sıra neft hasil edən dövlətlər bu vəziyyətə düşmüşdülər.  

“Holland sindromu”  Hekşer - Olinin nəzəriyyəsinə əsaslanan iqtisadi bir fenomen olaraq praktik müstəvidə böyük neft 

hasilatçısı olan bir sıra ölkələrdə, daha qabaritli formada isə Niderlandda empirik sınaqdan keçmişdir. İzafi qaz potensialını 

ixracata yönəltməklə büdcəni və iqtisadiyyatını bilmərəkdən müvafiq resursun inhisarına buraxan Niderlandda gəlir artımı 

qeyri-ticari əmtəənin istehsal tələbinin genişlənməsinə gətirmiş və ənənəvi ixracat yönümlü emal sənayesi sahələrində isə 

istehsalın məhdudlaşması  nəticəsində ölkədə çatışmayan  əmtəələrin idxalının yüksəlişinə  səbəb olaraq davamlı böhranla 

müşaiyət olunmuşdur. “Holland sindromu” gerçəkdən ayrı-ayrı zamanlarda müxtəlif səviyyədə Norveç, İngiltərə, 

Meksikada, Səudiyyə Ərəbistanı, Nigeriya və s. böyük neft ölkələrində yaşanmışdır. 

“Holland sindromu” termininin meydana gəlməsi ötən  əsrin 50-ci illərinin sonu, 60-cı illərinin  əvvəllərində  Şimal 

dənizinin Hollandiyaya məxsus sektorunda təbii qaz yataqlarının kəşfi ilə əlaqədardır. O dövrdə ölkədən təbii qaz ixracının 

kəskin artması milli valyutanın əhəmiyyətli dərəcədə möhkəmlənməsinə  gətirib çıxarmışdı ki, bu da digər ixrac yönümlü 

sahələrə özünün mənfi təsirini göstərmişdir. Ölkə qaz yataqlarının istismarı və qaz sektorunu inkişaf etdirmək məqsədi ilə 

insan və kapital resurslarını kütləvi  şəkildə bu sektora yönəltməyə  başlamışdır. Qaz sektorunun sürətli inkişafı  qısa 

zamanda ölkəyə böyük gəlirlər gətirməsi nəticəsində qeyri-ixtiyari olaraq resurslar qaz sektoruna yatırılmışdır. Artıq 

insanlar aqrar və xidmət sektorlarında yox, qaz sektorunda işləməyə  səy göstərməyə başlamışdılar. Buna səbəb kimi 

kapitalın qaz sektoruna və ona yaxın olan sahələrə axması qaz sektorunda əmək haqqı və rentabelliyin yüksək olması misal 

göstərilə bilər. Digər tərəfdən məsələni qəlizləşdirən amillərdən biri kimi holland hökümətinin əldə edilən gəlirlərin iri bir 

hissəsini əhalinin sosial yönümdən dəstəklənməsinə yönəltməsi olub.  Hətta bəzən işsizlik üçün verilen müavinətin həcmi 

kənd təsərrüfatında işləyən aqronomun aldığı  əmək haqqından yüksək olmuşdur. Bütün bu amillərin təsiri altında ölkə 

iqtisadiyyatının digər sektorlarının inkişafı  zəifləmiş  və ya ümumiyyətlə dayanmış, ölkə iqtisadiyyatı birtərəfli inkişaf 

etməyə başlamışdır. 

“Holland sindromu” termini ilə yanaşı iqtisadi lüğətdə “Qroningen effekti” termini də yer alır ki, hər iki fenomen 

demək olar, eyni mənanı daşıyır. Sadəcə olaraq "Qroningen effekti" ümumilikdə ölkədən daim xammal ixracı nəticəsində 

(xüsusilə,  əgər həmin xammal dünya bazarında yüksək tələbat obyektidirsə) ölkənin milli valyutasının xarici valyutalara 

nisbətən bahalaşmasıdır ki, bunun da nəticəsində ölkə iqtisadiyyatının digər sahələri (qeyri-xammal) ixrac prosesində iştirak 

etməməklə yanaşı, xarici istehsalçıların milli bazardakı  rəqabətlərinə  də tab gətirə bilmir. Nəticədə olkə xammal 

ixracatçısına çevrilir ki, bu da sonralar həmin resursların tükənməsi  şəraitində ölkə iqtisadiyyatının böhran yaşamasına 

gətirib çıxara bilər. “Holland sindromu” termini “Qroningen effekti” termininin daxilində yer alır və digər termindən fərqli 

olaraq sırf  neft-qaz sahəsinə aid edilir . Ümumiyyətlə bu iqtisadi konsepsiya “Holland sindromu” adı ilə daha məşhur olsa 

da, “Qroningen effekti” xəstəliyinə tutulan ölkələr də az deyil. Bu sindrom  özünü iqtisadi amillərin (kapital, emek, insan 

resursu və s.) konkret bir sektorda cəmləşdiyi ölkələrdə göstərir. Misal olaraq, mis hasilatı ilə Çilini, banan yetişdirməklə 

Ekvadoru, kakao və kofe ixracatı ilə Fil Dişi Sahillərini və s.-ni göstərmək olar. 

Holland sindromu bütünlükdə istehsal sektorunun sadəcə təbii sərvətlərdən asılılığını yaradır və digər sahələrin inkişaf 

perspektivini azaldır. Bu halda iqtisadiyyatda süni canlanma meydana gəlir, kapital qoyuluşu təbii sərvətlərin istismarına və 

daşınmasına sərf edilməsi ilə yanaşı, ölkə xammal ixrac edən ölkəyə çevrilir. Təbii sərvətlər tamamilə istismar edilib 

tükəndikdə isə sənaye qısa zamanda strukturunu dəyişə bilmir. XVIII əsrin sonlarında bir sıra neft hasil edən dövlətlər bu 

vəziyyətə düşmüşdülər. Holland sindromunun baş verməsini  əngəlləmək üçün kapital qoyuluşu sənayenin bütün sahələri 

üzrə balanslı və tədricən paylanmalı, əldə edilən gəlirin düzgün istiqamətləndirilməsli və sənayenin inkişaf  etdirilməlidir. 

 

 

OVUNTU KONSTRUKSİYA POLADLARININ TERMİKİ EMAL PROSESİNƏ  



MƏSAMƏLİYİN TƏSİRİ XÜSUSİYYƏTLƏRİ 

 

Taryel TAĞIYEV 

Azərbaycan Dövlət Neft Akademiyası  



s.m.mustafayev@gmail.com

 

 

Ovuntu poladların termiki emalının ümumi qanunauyğunluqları cəhətdən öz xüsusiyyətləri vardır. Bu isə məsaməlik və 

digər struktur qüsurları ilə bağlı məsələlərə aid edilir.  

Məsaməliyin və yüksək miqdarda mikroqüsurların ovuntu poladlarda olması böhran nöqtələrin vəziyyətinə, 

austenitləşməyə və ifratsoyudulmuş austenitin çevrilməsinə təsir edir.  

Məlum olduğu kimi istənilən faza çevrilmələrinin kinetikası kristallaşma mərkəzlərinin yaranma sürətilə müəyyən 

edilir. Ovuntu poladında böyük miqdarda makro və mikroqüsurların olması yeni fazaların kristallaşma mərkəzlərinin az 

enerji hesabına  yaranmasına səbəb olur və proses yüngülləşdirilir. Məsaməliyin yüksəldilməsi çevrilmənin böhran 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

652 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

temperaturunu - Ac1-i azaldır və Ar1-i isə yüksəldir. Bu bilavasitə qızdırılma və soyudulma dərəcələrinin  azalması ilə baş 

verir və məsaməli materialın termodinamiki dayanıqlığının azalmasında özünü büruzə verir. 

Bir sıra tədqiqatlarda məsaməli poladlarda termiki emalda böhran nöqtələri vəziyyətinin dəyişməsi barədə məlumatlar 

və bu effektə məsaməliyin (θ) təsiri verilmişdir.  

Bu tədqiqat işində yuxarıda göstərilən tədqiqatlardan fərqli olaraq bişirmə  və sementitləmə proseslərinin birlikdə 

aparılması  nəticəsində alınmış  dəmir  əsaslı ovuntu konstruksiya poladların termiki emal rejimlərinə  və xassələrə 

məsaməliyin təsiri ilk dəfə olaraq işlənmişdir. Tədqiqat zamanı bişirilmə ilə birlikdə sementitləmənin aparılması ЖГр0,65, 

ЖГр0,65Х, ЖГр0,65М, ЖГр0,65МН markalı məsaməli konstruksiya poladlarında yerinə yetirilmişdir. Göstərilən ovuntu 

konstruksiya materiallarında məsaməlik 13-25% olmuşdur.  

Müxtəlif məsaməliyə malik bişirilmiş  dəmir  əsaslı  ЖГр0,65 markalı ovuntu poladının ifrat soyudulan austenitinin 

parçalanma kinetikası qanunauyğunluğu müəyyən edilmişdir (C-şəkilli  əyri qurulmuşdur).  Əyridən göründüyü kimi 

nümunələrdə məsaməliyin artması ilə ifrat soyumuş austenitin dayanıqlığı azalır, bu da C-şəkilli əyrinin sola doğru yerini 

dəyişir. Əyrinin bu halı və formasının məsaməlikdən belə asılılığını məsaməli austenitin böyük səth enerjisinə malik olması 

və kompakt poladla müqayisədə termodinamiki cəhətdən az dayanıqlı olması ilə izah edilə bilər.  

Dəmir və  dəmir  əsaslı  ЖГр0,65 ovuntu poladının ifrat soyudulmuş austenitin minimal dayanıqlığının, tablanmanın 

böhran sürətinin və martensit çevrilməsinin başlanğıc temperaturunun məsaməlikdən asılılıq qrafikindən görünür ki, 

bişirilmiş poladın məsaməliyi artdıqca ifrat soyudulmuş austenitin dayanıqlığı azalır, ancaq martensit çevrilməsinin 

başlanğıc temperaturu yüksəlir. Digər tərəfdən məsaməliyin artırılması tablandırmanın böhran sürətini yüksəldir, lakin 

legirlənmə dərəcəsinin yüksəldilməsi zamanı məsaməliyin tablandırmanın böhran temperaturuna təsiri zəifləyir.  

Nəticə. Ovuntu konstruksiya poladların termiki emalının ümumi qanunauyğunluq-larının əsas xüsusiyyətlərindən biri 

məsaməlik və digər struktur qüsurlarıdır. Bu isə böhran nöqtəsinə və austenit çevrilməsinə təsir edən amil sayılır.  

Müəyyənləşdirilmişdir ki, faza çevrilmələrinin istənilən növlərinin kinetikası kristallaşma mərkəzlərinin yaranma 

sürətilə müəyyən edilir. Məsaməliyin yüksəldilməsi çevrilmənin böhran temperaturunu Ac1 azaldır və Ar1 isə yüksəldir. İlk 

dəfə olaraq bişirilmə ilə birlikdə aparılan sementitləmənin materialın termiki emal rejimlərinə  və xassələrinə  təsiri 

öyrənilmişdir. 

 

 

İNKİŞAF ETMƏKDƏ OLAN ÖLKƏLƏRİN İDXAL ƏVƏZLƏYİCİ                    



SƏNAYELƏŞMƏ STRATEGİYASI UĞURLUDURMU? 

 

  Altay İSMAYILOV 

Qafqaz Universiteti 

aismayilov@qu.edu.az

 

 

İqtisadi ədəbiyyatda inkişaf etməkdə olan ölkələrin (İEOÖ) sənayeləşmə strategiyası əsasən iki başlıq altında ələ alınır. 

Bunlar: 


İdxal əvəzləyici sənayeləşmə, ixracata əsaslanan sənayeləşmə strategiyalarıdır. 

Burada idxal əvəzləyici sənayeləşmə strategiyasının İEOÖ-lərdə tətbiqinin uğurlu olub olmaması nəzəri aspektdən ələ 

alınacaqdır. 

İdxal  əvəzləyici sənayeləşmə, iqtisadiyyatda xaricdən idxal edilən məhsulların, qoruyucu və  təşviq edici siyasət 

tədbirlərilə ölkə daxilində istehsal edilməsini təmin  etməyə çalışan sənayeləşmə strategiyasıdır. Bu strategiyanın xüsusilə 

İEOÖ-lərə  çəkici görünən bəzi tərəfləri mövcüddür. Belə ki, burada məsələ daxili bazarda hal-hazırda mövcüd olan bir 

tələbin ödənilməsidir. Halbuki xarici bazarlar üçün istehsal həyata keçirmək o qədər asan deyildir. Çünkü xarici bazarlara 

çıxmaq üçün müəyyən səviyyədə bilik, texnologiya və təcrübə lazımdır ki, bu da İEOÖ-lərin ən zəif cəhətlərindən sayılır. 

Ümumiyyətlə  sənaye inqilabına ilk öncə nail olanların xaricində qalan ölkələrdə milli sənayenin idxal əvəzləyici 

sənayeləşmə strategiyası ilə qurulduğu irəli sürülən iddialardandır. Bu baxımdan  İEOÖ-lərin iqtisadi inkişafında, 

sənayeləşməsində bu strategiyanın ortaya çıxması təbii qəbul edilə bilər. Əlavə olaraq, bu ölkələrin sözü edilən strategiyaya 

yönəlmək istəmələrinin bir digər səbəbi də, istehsalda nisbi üstünlüyə sahib olduqları, ancaq qiymətləri tez-tez dəyişmələrə 

məruz qalan və tələblərinin gəlir elastikliyinin nisbətən kiçik olduğuna inanılan bir -neçə malın ixracatından asılılıqlarını 

azaltmaq istəkləridir. 

İdxal  əvəzləyici strategiyanın ilkin mərhələsində gündəlik istehlak mallarının, daha sonra isə yarımfabrikat və 

investisiya mallarının ölkə daxilində istehsalının həyata keçirilməsi olmaqla iki mərhələdə reallaşdırılabiləcəyi nəzərdə 

tutulur. Bu strategiyanın seçimində  ən məqbul göruşlərdən biri "gənc sənaye" yanaşması olmuşdur.  Əsası F.Listə  qədər 

gedib çıxan bu yanaşmaya görə, sənayeləşmənin başlanğıcında istehsalda parça başına düşən xərclərin yüksək olması 

qaçınılmaz olduğu üçün yeni qurulan sənayelərin müəyyən bir müddətə qədər xarici rəqabətdən qorunması lazımdır. Listə 

görə bu qorunma adı keçən sənayelərin xarici rəqabətə dayanaqlı hala gəlməsinə qədər davam etməlidir.      



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

653 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Xammal gəlirlərinin dəyişkənliyi səbəbilə uzun dövrdə sənaye mallarına nəzərən zəif olmasına görə ticarətdə davamlı 

şəkildə  zərərə  məruz qalmamaq üçün İEOÖ-lərin beynəlxalq ixtisaslaşmada sənaye malları ixracatcısı ölkə  səviyyəsinə 

gəlmələrini zəruri edir. Bu halda qorunan sənayelərin bir müddətdən sonra inkişaf edib, öncə daxili bazarın ehtiyaclarını 

ödəyəcəyi, sonra da məhsullarını dünya bazarlarına ixrac etməyə başlayacağına inanılır.  

İdxal  əvəzləyici sənayeləşmə modeli İEOÖ-lərin qarşısında bir sıra fərqli alternativlər qoyur. Bunlar aşağıdakı kimi 

qruplandırılabilər:  

Mövcud olan valyuta ehtiyatlarının investisiya malları  və yarımfabrikatların idxalında istifadə edilib bu idxalat ilə 

ölkədə istehlak mallarının istehsal edilməsi; 

Mövcud olan valyuta ehtiyatlarının investisiya malları istehsalını  təmin edəcək investisiya malları idxalında istifadə 

edilməsi və istehsal edilən investisiya malları ilə istehlak mallarının istehsal edilməsi; 

Mövcud olan valyuta ehtiyatlarının investisiya malları istehsalını  təmin edəcək investisiya malları idxalında istifadə 

edilməsi və mövcud investisiyalarla yeniden investisiya mallarının istehsal edilməsi. 

Bu alternativlerden birincisi, İEOÖ-lərin  əksəriyyətinin 1950-ci illərdən sonra tətbiq etdiyi sənayeləşmə siyasəti 

olmuşdur. Bu ölkələrdən bəziləri, məsələn Braziliya, bir müddət ikinci alternativi də ortaya qoyduğu halda, Türkiyə kimi 

ölkələr ikinci qismə keçə bilməmiş  və  sənayeləşmədə önəmli problemlərlə qarşı-qarşıya qalmışdır. Üçüncü alternativ isə 

keçmiş Sovet modeli olaraq qeyd oluna bilər. 

Bütün bu qeyd olunanara baxmayaraq təcrübədə idxal əvəzləyici sənayeləşmə strategiyasına yönəlik optimist 

yanaşmaların  əksəriyyətlə özünü doğrultmadığı görülmüşdür. Bu istiqamətdfəki tənqidi fikirlər strategiyanın 

müdafiəçilərindən olan R.Prebisch tərəfindən belə xülasə edilmişdir: "bu siyasətin nisbətən sadə  və asan mərhələsində 

sənayeləşmədə ilkin olaraq bur uğur əldə ediləbilər. Ancaq bu mərhələdən sonra çətin və texnoloji baxımdan  kompleks bir 

prosses başlanmalıdr. Çünki bu dövrdə qurulacaq firmalar texnoloji ağırlıqlıdır və geniş bir bazar tələb edir. Halbuki, İEOÖ-

lərdə bazarın kiçik olması, kiçik miqyaslı və səmərəli olmayan firmaların parça başına istehsal xərclərinin yüksək olması 

xarici rəqabətə qarşı idxalat kvotalarına və yüksək gömrük rüsumlarının tətbiqinə  gətirib çıxarır. Qoruma siyasəti isə 

sənayedə texnoloji inkişafı  əngəlləyərək məhsuldarlığın azalmasına yol açdığı üçün sənaye strukturuna da mənfi təsir 

göstərir. 

Sənayeləşmədə idxal əvəzləməsinə yönəlmək bir plan və proqram nəticəsində deyil, xarici iqtisadi təsirlərdən ortaya 

çıxır. Bu durumda lazım olmayan məhsulların idxalatına  əngəllər qoymaqla, yerli istehsal yüksək gömrük faizləri ilə 

qorunaraq, maya dəyərinə baxılmadan sənayeləşmə  təşviq edilir. Nəhayət aşırı qoruma siyasəti ölkənin xarici bazar və 

rəqabətlə  əlaqəsini kəsdiyi üçün istehsalda keyfiyyətin artması  və  xərclərin düşürülməsi yolundakı  təşviq və  təzyiqlər 

ortadan qalxır.  

Təcrübədə idxal əvəzləməsinin ancaq idxal edilən parçaları birləşdirən montaj tipli istehsal səviyyəsində  həyata 

keçirilməsi, istehsalda idxal edilən amillərin payının yüksək nisbətdə olmasına və idxalatın yerli sənaye istehsalından daha 

sürətlə artmasına gətirib çıxarmışdır. Xaricdən təçhizat, texnologiya, xammal, hətda məhsulun bir sıra parçalarının idxal 

edilməsi, tədiyyə balansı problemlərindən qurtulmaq üçün müraciət edilən idxal əvəzləməsinin qısa müddətdə  yeni 

problemləri ortaya çıxarmasına səbəb olmuşdur. Digər tərəfdən, bu şəkildə idxal əvəzləyici siyasət yürudən sənayelərin 

əhəmiyyətli dərəcədə xaricdən asılı olması, bu ölkə iqtisadiyyatlarını dünya bazarındakı dalğalanmalardan təsirlənən

idxalatdan asılı (import senstive) iqtisadiyyat halına gətirmişdir.  Əgər idxal əvəzləməsi xarici investisiyalı  şirkətlər 

tərəfindən həyata keçirilirsə bu asılılığa bir də texnoloji asılılığı da əlavə etmək lazımdır. Bu asılılığın davam etməsi isə 

İEOÖ-lərin istehlak mallarına yönəlik idxal əvəzləmə siyasətindən investisiya malları əvəzləməsinə keçə bilməmələrindən 

olmuşdur. 

İEOÖ-lərin idxal əvəzləyici sənayeləşmə strategiyası nəticəsində struktur asılılıqlarının artdığını qeyd edən iqtisadçılara 

görə texnologiya istehsalı  İEÖ-lərin inhisarında qaldığı müddətdə, bu ölkələrin "uyğun" texnologiya seçimində bir 

sərbəstliyə də malik olmaları mümkün olmur. Buna görə texnologya istehsalı həm İEÖ-lərin inhisarında qalmaqda, həm də 

beynəlxalq qanunlarla qorunmaqdadır. 

Ümumiləşdiriləcək olursa, idxal əvəzləyici sənayeləşmə siyasətinə yönəldilən tənqidlər aşağıdak başlıqlar altında qeyd 

oluna bilər: 

İqtisadi ehtiyatların israfı, 

Xaricdən asılılıq, 

İxracat sənayesinin əleyhinə formalaşan struktur, 

Xarici borcların artması. 

Nəticə olaraq, yuxarıda qeyd olunanları da nəzərə alaraq inkişaf etməkdə olan bir sıra ölkələrdə  tətbiq edilən idxal 

əvəzləyici sənayeləşmə strategiyası  təcrübəsinin çox uğurlu bir təcrübə olmadığı qeyd oluna bilər. Bunun yerinə bir çox 

iqtisadçılar uzun müddətli, dayanıqlı iqtisadi inkişaf üçün ixracata əsaslanan sənayeləşmənin daha uğurlu bir strategiya 

olduğu üzərində həmfikirdirlər. 

 

 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

654 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

İKİLAYLI QEYRİBİRCİNS DAİRƏVİ SİLİNDRİK ÖRTÜKLƏRİN                                        

QEYRİ XƏTTİ DAYANIQLIĞI   

 

Səfər HÜSEYNOV  

AzMİU 


safar.huseynov65@mail.ru   

  

İzotrop  qeyribirgins elastik materialdan hazırlanmış planda kvadrat şəklində olan ikilaylı  dairəvi silindrik   örtüklərin  

müxtəlif yüklərin təsirindən dayanıqlıq məsələsinə baxaq.  

     Koordinat  sistemi aşağıdakı kimi semilmişdir: OX və OY-oxları örtüyün laylarını ayıran orta müstəvidə yerləşir; 

OZ-oxu isə bu müstəviyə perpendikulyar olaraq yönəlib. Örtüyün hər bir layında gərginlik və deformasiya komponentləri 

arasındakı əlaqə aşağıdakı kimi qəbul edilir: 

      (1) 

Burada fərz edilir ki,örtüyün laylarının materiallarının elastiki xarakteristikaları qalınlıq koordinatının kəsilməz 

funksiyalarıdır,yəni

Kirxhof-Lyav hipotezasının örtüyün bütün qalınlıq elementi üçün doğru olduğunu qəbul edək,yəni: 



        (2) 

Burada


 -örtüyün  orta  müstəvisinin sonsuz kiçik deformasiyaları  və  əyintiləridir.Həndəsi qeyri xəttiliyi nəzərə 

aldıqda bu kəmiyyətlərlə yerdəyişmə komponentləri arasındakı əlaqələr aşağıdakı şəkildə olur: 

 

         (3) 



 Burada 

 - uyğun olaraq 

 - oxları istiqamətlərindəki yerdəyişmələrdir. 

Məlumdur ki,qüvvə və moment komponentləri aşağıdakı kimi təyin olunurlar:  

 (4) 

Burada  


və  

-uyğun layların qalınlıqlarıdır. (1) - (3) formullarını (4)-də yerinə yazmaqla qüvvə və momentlər 

üçün ümumi şəkildə aşağıdakı analitik ifadələr alınır:  

           (5) 

        (6) 

Baxılan qabığın tarazlıq tənlikləri sistemi aşağıdakılardan ibarətdir. 



,

0

y

T

x

T

12

11







0

y

T

x

T

22

12





   (7) 


       (8) 

2

2



2

2

2



2

2

2



12

2

2



22

2

2



11

2

1



)

(

2



x

w

R

y

w

x

w

y

x

w

y

x

e

x

e

y

e

















          (9) 

(8) -sistemindən görünür ki, gərginlik funksiyasını aşağıdakı kimi daxil etsək,bu sistem eynilik kimi ödənir: 



,

y

F

T

2

2

11





,

x

F

T

2

2

22





y

x

F

T

2

12





   

     (10) 

 (5)-(6) ifadələrini(9) və (10) tənliklərində nəzərə alaraq bəzi çevirmələrdən sonra alarıq: 

 

11



11 11

12 22


22

21 11


22 22

12

33 12



,

,

( 1,2)



i

i

i

i

i

i

i

i

i

 



 

 



 

 







( )

k

k

k

ij

ij

i

a z



11



11

11

22



22

22

12



12

12

,



,

2(

)



l

z

l

z

l

z





 




,

ij



ij

l

2



2

11

22



12

1

1



,

,

,



2

2

u



w

w

w

u

w

w

l

l

l

x

x

y

x

R

y

x

x

y



























2

2



2

11

22



12

2

2



,

,

w



w

w

x

y

x y









 

, ,


u w

, ,



x y z

1

1



2

2

0



0

2

1



2

1

0



0

,

h



h

ij

ij

ij

ij

ij

ij

h

h

T

dz

dz

M

zdz

zdz











1

h

2

h

2

0

2



0

2

1



2

1

11



11 11 11

12 12 22


11 11 11

12 12


22

,...


T

A l

A l

A

A







2 1



2

1

2



2

2

2



11

11 11 11


12 12 22

11 11 11


12 12 22

,...


M

A l

A l

A

A







2



2

2

11



12

22

22



11

11

12



12

22

22



2

2

2



æ

2 æ


æ

0

M



M

M

T

T

T

T

x

x y

y

R









 





4

4

4



4

4

4



2

2

1



5

3

4



6

1

4



4

2

2



4

4

2



2

2

1



2

2

( , )



0,

F

F

F

w

w

w

F

C

C

C

C

C

C

L w F

x

y

x y

x

y

x y

R x











 









 


 







Yüklə 10,69 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin