Microsoft Word Materiallar Full Mənim gənclərə xüsusi



Yüklə 10,69 Mb.
Pdf görüntüsü
səhifə143/144
tarix06.03.2017
ölçüsü10,69 Mb.
#10325
1   ...   136   137   138   139   140   141   142   143   144

Öncə PROMODEL! 

 

Mehdi QARAYEV 

Qafqaz Universiteti 



mehdigarayev@gmail.com

 

 

Günümüzdə hər bir sahədə tendensiyaların daim dəyişilməsi və yenilənməsi bizim daha çox tədbirli olmağımızı vacib 

edir. Hər hansı bir layihəni və ya işi icra etmək, sona çatdırmaq üçün müəyyən zamana ehtiyac vardır. Bu zaman 

çərçivəsində daim biz dəyişiklikləri göz önündə saxlamalıyıq. Çünki müəyyən bir işin ssenarisini düşünməzdən öncə biz 

bilməliyik ki, bu iş bizə  nə  qədər uğur qazanacağımızı  təmin edəcək. Bir sözlə, istehsal edəcəyimiz məhsulun və ya 

göstərilən xidmətin effektivliyini dəyərləndirmək üçün onun ProModelinin qurulması vacibdir.  

ProModel bir komputer proqram təminatıdır ki, o bizə istənilən biznes sahəsində müxtəlif tərəfdən vizyonun 

formalaşmasına imkan verir. Bu proqram təminatının bizə verdiyi üstünlüklərə fundamental olaraq kapitalın düzgün sahəyə 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

663 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

yatırılması, plana uyğun olaraq qoyulmuş kapitalın nə zaman gəlir kimi geri qayıdacağı  və yaxud hansı sahəyə kapital 

yatırımının məqsədə uyğun olmasını, istehsal və ya xidmət prosesinin daxili zaman kəsiyində  hər hansı problemin aşkar 

olunması və digər analizlərin vizual və təfərrüatlı olaraq maraqlı şəxslərə təqdim edilməsini aid etmək olar. Planlaşdırmanın 

düzgün aparılması, lazım olan resursların  əldə olunması, istehsal prosesi zamanının düzgün bölünməsi, son istehlakçıya 

qədər logistik sistemin qurulması kimi özəllikləri özündə birləşdirən bu proqram paketi biznes sahiblərinə riskin 

azaldılması, xətaların aradan qaldırılması, xərclərin düzgün şəkildə  xərclənməsi kimi üstünlükləri verir. Hər bir biznes 

sahibi fəaliyyət sahəsindən asılı olmayaraq ProModel vasitəsilə  fəaliyyət göstərmək istədiyi sahənin bir neçə modelini 

quraraq əldə etdiyi müxtəlif alternativlər arasında ən düzgününü seçməsini təmin edə bilər.  

ProModel metodologiyası 3 prosesdə özünü göstərir. 

Vizuallaşdırma – Biznes mühitinin dinamik və animasiyalı komputer modelini yaradaraq cari prosesləri və prinsipləri 

hərəkətli olaraq görmək və anlamaq mümkündür. 

Analiz – Biznes məqsədlərinə çatmaq üçün lazım olan məlumatları daxil etdikdən sonra potesial dəyişiklikləri və 

inkişafı görmək mümkün olur. Məlumatları müxtəlif tipdə daxil edərək müstəqil şəkildə alınan nəticələri analiz edib, qərara 

gəlmək çox asandır. 

Optimallaşdırma – Dərhal cari və  gələcək  əməliyyatlardakı  təsiri testdən keçir, riski azalt və  nəyi edəcəyini 

proqnazlaşdır. Ən yüksək şəkildə biznes məqsədlərini qarşılamaq üçün optimal biznes planın müəyyən et. 

Müxtəlif biznes və ya təşkilatı strukturun qurulmasında  əvəzsiz olan proqram mühəndis baxımından çox idealdır. 

Müxtəlif sahələrdə ProModelin qurulmasınının nə qədər əhəmiyyətli olmasını misalla göstərmək olar. 

Günümüzün biznes sahələri üçün, xüsusilə FMCG ( fast moving consumer goods) sektoru üçün ən önəmli məsələlərdən 

biri də təchizat zəncirinin, logistika, distribusiya və anbarlaşdırmanın düzgün qurulmasıdır. Təchizat zəncirində hər hansı bir 

problemin və ya arakəsmənin olması məyus istehlakçıların yaranmasına və gəlir itkisinə səbəb ola bilər. Təchizat zəncirinin 

sistemini qurarkən disturbisiya mərkəzini və anbarların harada qurulmasını, daşınma növlərinin və  xərclərinin 

müqayisəsinin aparılmasını, ehtiyatların səviyyəsini və yenidən doldurma qaydasını  tənzimləmək, tələb səviyyəsini və 

istifadə müddətində optimallaşdırmanın aparılması kimi əməliyyatları icra etmək ProModel vasitəsilə mümkündür.  

Misal olaraq, optik elektronikada aparıcı istehsalçı şirkət yeni məhul hazırlanması üçün qərar verməkdə tərəddüd edirdi. 

Ən böyük çətinlik məhsul portfelini analiz etmək və maliyyə performansını  əks etdirən gələcəyə dair bir sıra qərarlar 

vermək idi. Və  həmçinin  şirkət bir neçə  məhsul  şəklinin kombinasiyasından uğurlu bir məhsul  şəklini almaq üçün test 

etmək və resurs tələblərini növbəti 5 il ərzində planlamaqda çətinlik çəkirdi. Aşağıdakı əsas məqsədlərə çatmaq üçün daha 

əlverişli yol seçərək məhsulu vizuallaşdırmaq, analiz etmək və  gələcəyə dair performansını formalaşdırmaq üçün 

ProModeldən istifadə etmişdir: 

Davamlı kommersiya məhsulları yaratmaq; 

Cari “uçuş” məhsullarının istehsalı üçün inkişaf planının hazırlanması; 

Gələcəkdə satışa çıxarılacaq artıq prototipi hazır olan məhsulların analizi; 

Gələcəkdə potensial  məhsul istehsalı üzərində işləmək. 

Nəticə olaraq, ProModel simulyator proqramından istifadə edərək aşağıdakı əhəmiyyətli suallara cavab tapılmışdır. 

Gələcəkdə potensial məhsulların hansına investisiya yatırmaq olar və nə vaxt? 

Layihələrin hansı kombinasiyası və aralığı uzunmüddətli rentabilliyi təmin edəcək? 

Büdcə çərçivəsində qalmaq və gəlirin stabilliyini saxlamaq üçün hansı dəyişikliklər tələb olunur? 

Növbəti 5 il ərzində yeni məhsullardan gələn gəlirlərin ümumi gəlirlərin 40%-ni təşkil etməsini necə əmin olmaq olar? 

Artıq 25 ildən çoxdur ki, ProModel müəssisələrə müxtəlif sahələrdə öz biznes şəklini qurmağa və inkişaf etdirməyə 

effektiv şəkildə kömək edir. Müəyyən şərtlər daxilində ProModel proqram təminatını həyata keçirən təşkilatın professional 

əməkdaşları konsultasiya, treyninq, texniki dəstək kimi xidmətlər təklif edir. Həmçinin lazım olduqda sizə  təklif olunan 

proqram təminatını optimal nəticəni əldə etmək üçün proqram təminatı müxtəlif şəkildə konfiqurasiya edilə bilər. 

ProModel proqnoz-analitik texnologiya proqram təminatı kimi artıq bir çox sahələrdə hökumətdə, hərbi qurumlarda, 

aviasiya və müdafiə sənayesində, tibbdə və digər xidmət sahələrdə geniş istifadə olunur. 

 

 

İŞ YERINDƏ TƏHLÜKƏSIZ DAVRANIŞ QAYDALARI 



 

Royal  ŞİRİNOV 

Qafqaz Universiteti 



royalm.shirinov@yahoo.com

 

 

İş yerində baş verən xoşagəlməz hadisələrin 90%-i təhlükəsiz davranış qaydalarına riayət etməmək səbəbindən baş 

verir. Əksər şirkətlər belə halların aradan qaldırılması üçün DYT - davranışa yönəlik təhlükəsizlik proqramları tətbiq edirlər 

(BBS – Behavior Based Safety). Davranışa yönəlik təhlükəsizlik proqramları insan davranışlarının real dünya problemlərinə 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

664 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

olan təsirini öyrənir. DYT, insanlar nə edirlər, bunu nəyə görə edirlər kimi faktorların üzərində fokuslaşır və aparılmış 

tədqiqatlar nəticəsində əldə edilmiş informasiyaya əsasən insanlar nə etməlidir sualına cavab tapmaqda kömək edir. Yəni iş 

mühitində edilmiş  səhvlər araşdırılır - bu səhvlər nədir, səhvləri yaradan səbəblər hansılardır və  nəticədə bu səhvlərin 

təkrarlanmaması üçün təkliflər verilir. 

DYT proqramının səmərəli olması üçün o, şirkətin bütün işçilərini əhatə etməlidir. Buraya şirkətin rəhbərindən (CEO) 

tutmuş ən adi işçiyə qədər hamı aiddir, bu saat, maaş, bir qrup işçi kimi göstəricilərlə məhdudlaşmamalıdır. Proqram əgər 

tətbiq olunursa və insanlarım davranışında dəyişiklik  əldə etmək istəyirsinizsə, mütləq  şirkətin ümumi siyasətində, 

sistemində  və prosedurlarında da dəyişikliklər etmək lazımdır. DYT proqramı  şəxslərə  və ümumi biliklərə görə idarə 

olunmur. Bu sistemin tətbiqi üçün elmi əsaslar olmalıdır. 

Davranışa yönəlik təhlükəsizlik proqramının tətbiq edilməsinin əsas məqədləri aşağıdakılardır: 

İşçiləri təhlükəsiz davranış qaydalarından agah etmək və  təhlükəsiz davranış qaydalarına riayət etməklə hadisə  və 

xəsarətlərin qarşısının alınmasında hansı faydaların olacağını göstərmək 

İş yerində davranışın təhlükəsiz davranışla əvəz olunması, təhlükəli davranış qaydalarının qarşısının alınması 

Bütün sahələrdən olan işçilərə təhlükəsiz davranış qaydalarını öyrətmək 

İşçiləri təhlükəsiz davranış qaydalarına riayət etməyə  həvəsləndirmək və bu sahədə özünü nümunəvi aparan işçiləri 

mükafatlandırmaq 

Təhlükəsiz iş mühitinin yaradılması, inkişafı və gücləndirilməsi 

Bütün işçilər arasında ünsiyyət və qarşılıqlı əlaqənin təmin edilməsi 

İşçilərə təhlükəsizlik qaydalarını aşılamaq və iş mühitində bu qaydalara riayət etmələrini təmin etmək 

Bütün işçilərə əgər həmin işin görülməsi hər hansı bir təhlükəyə yol açacaqsa bu işi dayandırmaq, eyni zamanda hər 

hansı işçi özünə və ətrafındakı şəxslərə qarşı müəyyən bir təhlükəyə səbəb olacaq iş görərsə onun  da qarşısısının alışması 

üçün səlahiyyət vermək 

Bizim işimizdə mütəxəssis və ya istifadə etdiyimiz texnologiyaların mütərəqqiliyindən asılı olmayaraq, təhlükəsiz 

davranış sərgilədiyimiz anda qəza və ya xəsarət qaçılmaz olacaqdır. 5 əsas davranış kateqoriyası var ki, bizim iş mühitində 

təhlükəsizlik baxımında mühüm əhəmiyyət kəsb edir, onlar: 

PPE (personal protective equipment), şəxsi qoruyucu ləvazimatlarla davranış qaydaları -  buraya işçilərin gördüyü işdən 

asılı olaraq, istifadə etdikləri gündəlik ləvazimatlardan istifadə qaydaları aiddir. Əllər və baş hissə açıq qalmaqla, bədənin 

bütün hissələrini örtən geyimlər, dəmir örtüklü təhlükəsiz ayaqqabılar, gözü müxtəlif şüa və zədələrdən qoruyan eynəklər, 

təhlükəsizlik dəbilqələri, müxtəlif növ əlcəklər, səs təhlükəsizliyini təmin edən cihazlar, yıxılma əleyhinə avadanlıqlar və s. 

bu sıraya aiddir. Hər bir işçi öz sahəsinə müvafiq olaraq ləvazimatlarından istifadə qaydalarını dəqiq bilməlidir. 

Ümumi davranışlar – buraya işçilərin öz işinə  və  ətrafına təhlükəsiz yanaşma tərzi aiddir. Belə ki, hər bir çalışan öz 

işində  məsuliyyətli,  ədalətli, vicdanlı, öyrənən və öyrətən və bu kimi digər insani keyfiyyətlərə sahib olmalıdır ki, 

təhülükəsizlik qaydalarını, prosedurunu dərk etsin və tətbiq etməkdə maraqlı olsun 

Alətlər və avadanlıqlarla davranış qaydaları – praktikada daha çox hadisə  və  xəsarət halları  məhz işçilərin 

tabeçiliklərində olan avadanlıqlar və cihazlarla təmasda diqqətsiz davranması  səbəbindən baş verir. Buna görə  də  hər bir 

çalışan istifadə etdiyi cihaz və ya avadanlığın istismar qaydalarını  dərindən bilməli və bir an olsun belə diqqətini 

yayındırmamağa çalışmalıdır. 

Bədənin vəziyyəti – işçilər pilləkənlərdən, qaldırıcılardan istifadə edərkən və ya hər hansı əşyanın daşınması zamanı 

bədənin vəziyyətinə diqqət yetirməlidir. (əyilmək, oturmaq, ayaqüstə dayanmaq və s.) 

Prosedurlar – hər bir işin əvvəlcədən müəyyən edilmiş bir ardıcıllığı, bir proseduru var. Hər bir çalışan bu prosedurlara 

əməl etməli, onları dəyişməyə çalışmamalıdır.  

Yekun olaraq qeyd etmək lazımdır ki, hər nə qədər texniki nasazlıq və ya təbii hadisələr nəticəsində hadisələr baş versə 

də, yuxarıda da qeyd edildiyi kimi 90% bu insanın davranışından asılıdır. Buna görə  də, DYT-nin şirkətlərdə  tətbiqi 

zəruridir. Daha təhlükəsiz iş mühiti yaratmaq istəyiriksə davranışa yönəlik təhlükəsizlik proqramını  tətbiq etməkdə  də 

maraqlı olmalıyıq. 

 

  

 

 


 Qafqaz Uni

 İSO

Bu məq


anlayışları  ü

çalışmaqda 

veriləcəkdir. 

Keyfiyy


keyfiyyəti ha

bağlıdır." V.Ş

Keyfiyy

güvəncdir”. E



Beynəlx

yaradılmışdır

tək bir standa

yerində  hər 

qaldırmaq və

Bu məq


baxışdır. Bur

Beynim


zamanda sist

ümumilikdə 

Bəs İSO

İdarəetm


Bildiyim

Bunalar  əsli

prinsiplərini 

Yux


idarəetmə  da

maliyyə resu

nəticələrə  gə

təşkil edər, i

yaradar: 

 İda


idarə edilmə

bütünüylə  bi



II INTER

versity           

O 9001 (QM

QURUL

( İns

qalədə ilk önc

üzərində  bir  q

olduğum  şirk

İndi isə İSO i

yət - "Keyfiy

aqqında  təsəv

Şuxart 


yət – "bazara

E.Deming 

xalq Standart

r.İSO 9001 : 1

art halına gəti

kəs üçün eyn

ə hər kəs üçün

qalədəki  əsas

rada əsas məq

mizdə durmad

temli), bu kəl

resursları səm

O - ya əsasən i

mə - müəssisə

miz kimi idar

ində hamısı 

aşağıdakı şək

xarıda keyfiyy

aima bir məq

urslarından ist

ələrək idarəetm

cra etdirər v y

arəetmə bir pro

si prosesi də,

irlikdə girişlə

RNATIONA

              

MS) BEYNƏ

LMUŞ İNS

san resursla

cə  İSO beynə

qədər duracaq

kətdən prakti

ilə başalayaq: 

yyətin iki asp

vvürlərlə, digə

a uyğun və  a

tizasiya təşki

1994, İSO 900

irmiş və daha

ni, anlaşılan 

n əlçatan və m

s  məqsədim  i

qsəd bu proses

dan üç kəlim

limələrin aras

mrəli idarə etm

idarə etmə və 

əyə rəhbərlik e

rəetmənin funk

birlikdə key

kildə əks etdiri

yətli idarəetm

sədə quluq ed

tifadə edər st

mə ilə  bağlı, 

yoxlayarsınız

osesdir əslində

,  həmçinin bü

ərə  və  çıxış  n

L SCIENTIF

ƏLXALQ S

SAN RESU

arının idar

K

Q

kam

əlxalq keyfiyy

q daha sonra 

iki olaraq iş

pekti mövcudd

əri isə  bizim 

aşağa maya d

ilatı  tərəfində

02 : 1994, İSO

a sonra İSO 90

və müxtəlif 

məqsədə uyğun

isə insan resu

sə bir mühəndi

mə dolaşır dai

sında daima ə

mək üçün keyfi

digər adı ilə m

etmək üçün əl

ksiyaları əsas

yfiyyətli bir 

ilmişdir: 

mənin prinsip

dir yəni sizin

tratejik planla

gələcək həm

. Ümidvaram 

ə öz giriş elem

ütün prosedurl

nəticələrinə  sa

FIC CONFER

665 


STANDAR

RSARI PR

rə edilməsin

 

Kamran KƏR

Qafqaz Univer



mrankerim@ya

 

yət standartlar

isə  hər ikisi

şləyiş formala

dur. Biri insa

bu reallığ  ha

dəyəri ilə  təqd

ən  şirkətlərin 

O 9003 : 1994

001 : 2008 kim

formada  tətbi

n standartlarla 

ursları proses

is sayağı yoru

ima menecm

əlaqələr qurar

fiyyətli bir idar

menecment nə

aqələndirilmi

sən dörd hissə

meencment 

ləri mümkün

n bir məqsədin

ar, taktiki pla

mlələrinizlə  ba

ki, aşağıda tə

mentlərinə, em

ları ( işə  qəbu

ahibdirlər.  İn

RENCE OF Y

 

RTLARININ

ROSESİNİN

nə mühənd

RİMLİ  

rsiteti 


ahoo.com 

rının idarə  ed

inin birgə çal

arını  və halh

anın mövcudl

aqqında düşü

dim edilən is

keyfiyyətli 

4 və İSO 9004

mi təsdiqlənm

iq edilən stan

prosesləri sta

sinin idarə  ed

umlamaqdır. 

ment(idarəetmə

r onları bir bü

rə etmə sistem

ədir ?              

ş fəaliyyətləri

əyə bölünür: p

sisteminin 

n  qədər tərəfi

niz vardır, bu

analar, proqno

ağlı  nəticələrə

əqdim edəcəy

mal olunma və

ul, adaptasiya

san resursları

YOUNG RES

        18-19 A

N TƏLƏBL

N İDARƏ E

dis sayağı bi

dilməsi və ins

lışmasına nəz

hazırda  tətbiq

luğundan asıl

üncələrimiz,  m

stehlakçının  a

idarə etmə  s

4 : 1994  daha

mişdir. İSO - n

ndartların gət

abilliyini təmin

dilməsinə  İSO

ə), keyfiyyət 

ütün olaraq tə

minə ehtiyyacı

            

in məcmusudu

planlama, təşk

prinsipləridirl

 

imdən  əks et



u  məqsədə  ça

ozlar qurar, s

ə  gələrsiniz v

yim şəkil bunu

ə çıxış nəticələ

a, peşə hazırlı

ı  prosesi təsv

SEARCHER

April 2014, B

LƏRİNƏ Ə

EDİLMƏS

ir baxış) 

an resursların

zər yetirəcəyik

q edilməkdə 

lı olmayaraq 

münasibətimiz

arzuladığı  tək

sistemlərinə  b

a sonra İSO 9

nun əsas məqs

tirdiyi texniki

n etməkdir.  

O 9001 : 200

(keyfiyyətli) 

əsəvvür etməy

ımız vardır. 

ur. (İSO 9000 

kiletmə, motiv

lər. Keyfiyyə

tdirilmişdir an

atmaq üçün in

tatistik göstər

ə  nəticələr  əs

unla bağlı dah

ərinə sahibdir

ığı, performan

virini verəcək

RS 

aku, Azerbai

ƏSASƏN 

İ  

nın idarə edilm

k. Eyni zama

olan nümun

əşyanın obye

z  və hisslərim

krarolunmazlıq

bir model ol

001 : 2000 ol

sədi dünyanın

i  əngəlləri ara

08 pəncərəsin

və sistem (

yə çalışırıq çü

: 2005 - 3.2.6

vasiya və nəz

ətli idarəetm

ncaq ümumil

nsan resursun

ricilərlə müəy

sasında planla

ha ətraflı təsəv

 

. Insan resursl



ns  dəyərləndir

k olsam aşağı



ijan 

məsi 


anda 

nələr 


ektiv 

mizlə 


q  və 

laraq 


laraq 

n hər 


adan 

ndən 


(eyni 

ünki 


6 ) 

zarət. 


mənin 

likdə 


ndan, 

yyən 


ayar, 

vvür 


ların 

rmə) 


ıdakı 

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

666 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

şəkildə bunu etmək olar( Qeyd edim ki, bu məqalədəki bilgilər hal hazırda çalışmaqda olduğum Koroğlu MMC - də tətbiq 

edilən sənədlər toplusuna əsaslanmışdır) 

 

Öncəliklə prosesin məqsədi: cəmiyyətin bütün fəaliyyət sahələrində  tələb olunan kəmiyyət vəkeyfiyyətdə insan 



resursları ilə təmin ediməsi, bu resursların səmərəli istifadə olunması və daima təkminləşdirilməsidir. 

 

Bəs prosesin sahibi kimdir? sualı istisanasız qarşınıza çıxacaqdır çünki istənilən bir fəaliyyəti, prosesin mənfi və 



müsbət nəticələrindən məsul olacaq onu n həyata keçirilməsinə birbaşa nəzarət edəcək  şəxsə ehtiyac vardır (amma 

əlbəttə ki, icra edecək və nəzarət edəcək şəxslər fərqli şəxslərdir). Bizim haqqında yazacağımız bu insan resursrının 

idarə ediməsi prosesinin daima işlək vəziyyətdə olması, onun keyfiyyətli idarə olunması, səmərəliliyi və 

təkminləşdirilməsinə məsul şəxs insan resursları şöbəsi müdiridir. 

 

İndi isə  gəldik prosesin ən  əsas hissəlrindən biri olan girişə- prosesin girişləri, təchizatçıları, kriteryaları və standart 



kəmiyyətləri aşağıdakı cədvəldə verilmişdir: 

 

№ 



Giriş 

Təchizatçı 

Kriteriya 

Standart kəmiyyət 

Struktur vahidlərinin ştat 



cədvəlinin layihəsi 

Şöbələr 


Vəzifə və peşələrin, iş 

təlimatları, dərəcələri, vəzifə 

maaşları və sayları. 

Təqdim olunma müddəti 

Razılaşdırılmış  ştat 

cədvəli layihəsi 

 

 



Boş yerlərin komplektləşdirilməsi 

haqqında  sifariş 

Şöbələr 

Vakant vəzifə və peşələrin adı, 

sayı, tələb olunan keyfiyyətlər. 

Təqdim olunma müddəti 

Boş yerlərin tutulması 

barədə sifariş 



İRŞ-P-001 

İşçilərin ixtisas  səviyyələrinin 



artırılması haqqında sifariş 

Şöbələr 


Peşə və ixtisasın adı, tədrisin 

növü, forması, müddəti 

Təqdim olunma müddəti 

İşçinin ixtisas səviyyəs. 

artırılması haqqında 

sifariş


 

İRŞ-P-004 

 

Prosesin giriş elementləri olduğu kimi daha sonra isə proses tətbiqi mərhələsi gəlir. Bu mərhələdə giriş elementlərinə 



əsasən icra prosesi aparılır, bu prosesin ardıcıllığı və icraçıları cədvəldə verilmişdir: 

Hərəkətin təsviri 

İCRACILAR 

Normativ sənəd 

Qeydlər 

 Məsul 

Köməkçi 

Məlumat 













1. 

Cəmiyyətin əməkdaşlarının ştat 

cədvəlinin tərtib edilməsi və təsdiq edilməsi 

İRŞM 


Şöbə rəhbərləri Direktor Təsdiq edilmiş Ştat cədvəli  

Ştat cədvəlinin 

təsdiq edilməsi 

barədə Əmr



2. 

Mövcud əməkdaşların (iş yerlərinin 

)ştat cədvəlinin mövqeləri  ilə müqayisəsi 

və  çatışmayan ( yaxud artıq) işçilərin 

müəyyən olunması 

Şöbə rəhbərləri

İRŞM Direktor 

Təsdiq olunmuş ştat cədvəli 

Boş yerlərin 

tutulması barədə 

sifariş 

3. 

Namizədlərin axtarılması və tapılması 

İRŞM, 

İR menecer 



Şöbə müdirləri Direktor 

 

İşçinin axtarılması, seçimi 



və yerləşdirilməsi 

proseduru 



İRŞ-P-001

 

 



Anketlər,  

CV-lər 


4. 

İddiaçıların qiymətləndirilməsi və 

cəmiyyətin tələblərinə uyğun olan namizədin 

seçilməsi 

 

Müvafiq 


proses sahibləri

İR menecer 

Baş direktor 

Işçinin axtarılması, seçimi 

və yerləşdirilməsi 

proseduru 



İRŞ-P-001

İddiaçıların 

qiymətləndirilmə

vərəqələri 

 

5. 

Yeni əməkdaşların işə qəbul olunması 

 

İRŞM 


 

Şöbə müdirləri 

Direktor 

 

Işçinin axtarılması, seçimi 



və yerləşdirilməsi 

proseduru 



Yüklə 10,69 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin