Mehman Ağayev, Sultan Əliyev ÄÈÀËÈÇ Bakı – 2010



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə23/34
tarix29.12.2016
ölçüsü9,15 Mb.
#3870
1   ...   19   20   21   22   23   24   25   26   ...   34

Dializ

verir. Metabolik mexanizmlərdən ən əhəmiyyətlisi hiperlipidemiya, 

hüceyrədaxili kalsiumun səviyyəsinin artması, hiperkoaqulyasiya, 

qanda qlükozanın və sidik turşusunun artması sayılmalıdır. 

Bu mexanizmlərdən əksəriyyəti hədəf kimi ancaq yumaqcığı yox, 

həmçinin tubulointerstisial aparatı da zədələyir. Bu isə  gələcəkdə 

böyrək funksiyasının pozulmasının müstəqil bir həlqəsi olur. 

Qeyd olunanları  nəzərə alaraq ağır kliniki gediş müşahidə edilən 

və müalicəyə pis tabe olan xronoki qlomerulonefritlər zamanı 

immunodepressiv terapiya ilə yanaşı, plazmaferez də aparılır.

Beləliklə, hər bir nozoloji formanın patogenezinin xüsusiyyətinə 

uyğun olaraq nefroloji xəstənin efferent terapiyasının fərdi stra-

tegiyası qurulur.

Plazmaferezə göstərişlər

Bir qrup xəstəliklərdə plazmaferez əsas və ümumi qəbul olunmuş 

müalicə üsulu kimi tətbiq edilir, digər xəstəliklərdə isə onun 

aparılması hamı tərəfi ndən qəbul olunur, amma əsas müalicə üsuluna 

bir əlavə kimi tətbiq edilir (cədvəl 9.7).

                                                                                   Cədvəl 9.7



Plazmaferezə göstərişlər

1.  Müalicəsində plazmaferezin əsas üsul kimi tətbiqi elmi 



araşdırmalarla sübut olunan xəstəliklər:

Qudpasçer sindromu (anti-YBM-xəstəliyi)

Trombotik-trombositopenik purpura/hemolitik uremik sindrom

Krioqlobulinemiya

Qan özlülüyünün artması sindromu

Mieloma nefropatiyası

Eritromieloz

Hemoblastozlarda leykositoz və trombositoz

Posttranfuzion purpura

Oraq-nüvəli anemiya



283

Fəsil 9. Plazmaferez.

Porfi riya

Birincili hemoxromatoz

Zulallarla bırləşən zəhərlərlə intoksikasiya (göbələklər, insek-

tisidlər, pestisidlər)

Kəskin demielinləşdirici polineyropatiya (Qiyen-Barre)

Miastenik kriz

Xroniki iltihabi demielinləşdirici polineyropatiya

Miastenik İton-Lampert sindromu

Refsum sindromu

Dəri limfoması (fotoferez)

HİV ilə  əlaqədar sindromlar(polineyropatiya, qatılığın artması, 

TTP)

Koaqulyasiya faktorların inhibitorları



Paraprotein periferik neyropatiyası 

Sistem vaskulit, ANSA ilə əlaqədar

ABO-uyğungəlməyən sümük iliyi transplantatı

İmmun trombositopeniya

Yenidoğulmuşların hemolitik xəstəliyi

2.  Əsas müalicə üsuluna bir əlavə kimi plazmaferezin 



istifadə olunduğu xəstəliklər:

Sistem vaskuliti

Qırmızı qurd eşənəyi (serebrit)

Revmatoid artriti

Sürətli proqressedən qlomerulonefrit (bazal membrana qarşı 

antitellər olmayanda)

Psoriaz

Pemfi gus vulqaris



Ağır formalı allergik və psevdoallergik reaksiyalar

Bronxial astma

Dağınıq  skleroz

Hipertireoz



284

Dializ

Müalicəyə tabe olmayan hiperxolesterinemiya  (ailəvi homoziqot 

hiperxolesterinemiya)

Bəzi xəstəliklər zamanı xəstənin həyatına yaxud həyati əhəmiy-

yətli orqanlar üçün təhlükə olduqda təcili plazmaferez aparılır 

(cədvəl 9.8)



                                                                                      Cədvəl 9.8

Təcili plazmaferezə göstərişlər

1. Yumaqcıqların bazal membranına (YBM) anticisimlərin olması 

və yaxud ağciyər qanaxması – Qudpasçer sindromu 

2. Özlülüyün artması sindromu insult və görmənin itirilməsi 

qorxusu simptomları ilə

3. Mikroangiopatiya ilə trombositopeniya (TTP/HUS)

4. Əməliyyata gedən xəstələrdə VIII faktorun inhibitorlarının çox 

yüksək səviyyəsi

5. Giyen-Barre sindromunda tənəffüs çatışmazlığı

6. Miasteniya, medikamentoz müalicəyə tabe olmayan respirator 

distress-sindrom

7. Bəzi göbələklər ilə  zəhərlənmələr, yaxud zülal ilə möhkəm 

birləşən pestisid və gerbisidlər ilə ağır intoksikasiyalar olduqda

Böyrəklərin immun xəstəliklərində plazmaferezin aparılması 

xüsusi əhəmiyyətə malikdir (cədvəl 9.9).

XBM qarşı anticisimlər olduqda xəstəliyin ağır gedişi zamanı 

(oliquriya, zərdabda kreatinin səviyyəsi 600 mkmol/l) ancaq ağciyər 

qanaxması olan xəstələrə plazmaferez aparılır. Dövrədən an 

ti-


cisimlərin səviyyəsini tez bir zamanda aşağı salmaq üçün hər gün 7 

seans plazmaferez aparılır. Çıxarılmış plazmanın yeri 5% albumin 

məhlulu ilə doldurulur. Xəstədə hiperhidratasiya olduqda yeridilən 

albumin məhlulunun miqdarı 85%-ə qədər azaldıla bilər.

                                                                         


285

Fəsil 9. Plazmaferez.

Cədvəl 9.9

Böyrək xəstəliklərində plazma çıxarılmasının təyinatı

Göstəriş Başlama vaxtı Davamiyyəti

Əvəzolu-

nan məhlul

Müştərək 

immu-


nosup-

sessiya


Qudpasçer 

xəstəliyi

HD-dən 

qabaq, yaxud



ağciyər 

qanaxması 

olduqda

Hər gün, 



anti-GBM  

anticisimləri  

7 seansa 

<20% enir

5%-li 


albumin, 

4 mmol 


KCL,

4,6 


mmol Ca 

qlükonat


Prednizo  lon 

və 


siklofosfa-

mid


Kicik 

damarların 

ANCA-

müsbət


Ağciyər 

qanaxması

Hər gün 5 

prosedura, 

bəzən 7 

gündən cox

Yuxarıdakı 

kimi


Yuxarı dakı 

kimi


Krioqlo-

buline miya 

(II tip)

MPQN


Hər gun 

çıxartmaq,

kliniki effektə 

qədər


Yuxarıdakı 

kimi


İnterferon/

ribavirin 

HCV üçün, 

prednizon+

siklo-

fosfamid 



ağır 

vaskulit 

üçün

HUS/TTP


Diaqnoz 

qoyulan kimi

Hər gün 

trombosit 

>80x10

9

/l-ə 



qədər

Təzə don-

durulmuş 

plazma, 


5-8 ml/kg

Heç nə


           

Ağırlaşmalar 

 Plazma dəyişdikdə, adətən, ağır yanaşı  təsirlər 

olmur, onlara əvvəlcədən hazır olduqda asanlıqla aradan götürülürlər. 

Ağırlaşmalar orta hesabla 10% arasında (4–25%) tərəddüd edir 

(cədvəl 8.7). Yüngül reaksiya 5% halda olur – övrə, paresteziya, 



286

Dializ

ürəkbulanma, başgicəllənmə, əzələ qıcolması ilə xarakterizə olunur. 

5–10% orta dərəcəli ağırlaşmalar – hipotoniya, döş qəfəsində ağrı, 

aritmiya olur. 3% halda ağır ağırlaşma müşahidə edilir, əsasən təzə 

dondurulmuş plazma istifadə edildikdə anafi laktik reaksiyadan ibarət 

olur (cədvəl 9.10,). 10000 proseduradan 3–6 halda ölüm ola bilər.

                                                    

Cədvəl 9.10

Plazmaferezin ağırlaşmaları

Damar yolu ilə əlaqədar:

– Hematoma;

– Pnevmotoraks;

– Retroperitoneal qanaxma.



Prosedura ilə əlaqədar:

– Hipotenziya – qanın ekstrakorporal kontura buraxılması;

– Hipotenziya – qanın onkotik təzyiqinin düşməsi;

– Qanaxmalar – laxtalanma faktorlarının aşağı düşməsi;

– Ödemlər – damardaxili onkotik təzyiqin düşməsi;

– Qan hüceyrəsi elementlərinin itməsi (trombositlər);

– Hiperhəssaslıq reaksiyaları.

Antikoaqulyasiya ilə əlaqədar:

– Qanaxmalar – heparindən istifadə olunduqda;

– Hipokoaqulyasiya simptomları–sitratdan istifadə olunduqda;

– Aritmiya;

– Hipotenziya;

– Ətrafl arın keyiməsi və onlara iynə batırılması hissi;

– Metabolik alkaloz (sitrata görə). 

Plazmaferezin agırlaşmalarının müxtəlifl iyinə  və çoxluğuna 

baxmayaraq onları minimuma endirmək üçün aşağıdakı punktları 

yerinə yetirmək lazımdır:

1. Plazmaferez prosedurasının aparılma prinsiplərinə əməl etmək.

2. Prosedura zamanı və ondan sonra xəstələrin ciddi müşahidəsini 

aparmaq.


287

Fəsil 9. Plazmaferez.

3. Aferezə göstəriş  və  əks-göstərişi düzgün təyin etməklə 

ağırlaşmaların qarşısını almaq mümkün olur (cədvəl 9.11).

                                                                                         

                                                                      Cədvəl 9.11

Plazmaferez zamanı ağırlaşmaların profi laktikası

Ağırlaşma

Profi laktika və müalicə

Hipokalsiyemiya

Profi laktik 10%-li CaCl, yaxud Ca qlükonat 

yeridilməsi

Qanaxma

Proseduranın axırında 2 doza təzə dondurulmuş 



plazma

Trombositopeniya

Membran plazmaseparasiya tətbiq etmək

Həcm-asılı 

hipotenziya

Daimi plazmaseparasiya, çıxarılan həcmin yerini 

doldurmaq

Plazmaferezdən 

sonra infeksiya

Venadaxilinə immunoqlobulin vurmaq (100-400 

mq/kq)

Hipokaliyemiya



Yeridilən məhlulda kalium 4 mekv/l olmalı

Membranın 

biouyğunluğu

Membranı dəyişmək, yaxud sentrifuqaya keçmək

Hipotermiya

Yeridilən məhlulu qızdırmaq

AÇF inhibitorları

Plazmaferezdən 24-48 saat qabaq AÇFİ qəbul 

etməmək

Əvəzedən mayelərə 



həssaslıq

Diaqnostik qiymət vermək (yoxlamaq: anti-

İgA-anticisimlər, etilenoksidə anticisimlər, 

insan albumininə anticisimlər, endotoksinlərin 

səviyyəsini təyin etmək və əvəzedici mayeləri 

bakteriyaya əkmək

   Pasientlərin premedikasiyası:

a) Prednizolon 50 mq daxilə, proseduraya 13,7 və 

1 saat qalmış;

b) Difi ninhidramin 50 mq daxilə, proseduraya 1 

saat qalmış;

c) Efedrin 25 mq daxilə, proseduraya 1 saat 

qalmış


288

Dializ

Plazmaferez prosedurasının aparılmasının ümumi strategiyası 

tövsiyələri aşağıdakı cədvəldə verilir (cədvəl 9.12).

                                                                          

                                                                         Cədvəl 9.12

Plazmaferez prosedurasının aparılmasına ümumi tövsiyələr 

1.Plazmanın həcmi tapılır

2.Plazmaferezdən əvvəl HTV PV və trombositlərin miqdarı təyin 

edilir.


3. Çıxarılması lazım olan maddənin bədəndə miqdarını  təyin 

etmək (əgər mümkünsə)

4. Seanslar arasındakı 24 saatlıq intervalı saxlamaq lazımdır.

5. Antikoaqulyasiya qaydalarına ciddi əməl etmək

6. Lazım olduqda kalsium yeridilir

7. Ürək fəaliyyətinə nəzarət etmək

8. Planlı  dərman təyinatları ancaq proseduradan sonra yerinə 

yetirilir.

9. Damar yoluna (kateterə) qulluq.

                              



289

Fəsil 10. Hemosorbsiya

Fəsil 10

  

Hemosorbsiya



H

emosorbsiya (HS) – ekstrakorporal hemokorreksiya  üsulu 

olub, xəstənin qanının sorbentdən ekstrakorporal perfuzuya 

etməklə ondan endogen və ekzogen mənşəli toksiki maddələrin 

çıxarılmasıdır. 

Texnoloji cəhətdən qanın və onun komponentlərinin üzərində 

aparılan  əməliyyatların köməyi ilə yerinə yetirilir və sorbent kimi 

aktivləşdirilmiş kömür, ionmübadilə edən qətranlar və  həmçinin 

selektiv (immun, affi n reseptor) sorbentlər istifadə edilir (cədvəl 

10.1).

Müasir daxili xəstəliklər klinikası efferent (çıxartmaq) metodların 



istifadəsi üçün böyük imkanlar verir. Sorbsion texnologiya bioloji 

məhlullardan sorbentin səthində  əmələ  gələn aktiv mərkəzlər ilə 

əmələ  gələn  əlaqələr nəticəsində maddələrin udulmasıdır. Bunun 

əsasında spesifi k  və qeyri-spesifi k  mexanizmlər (adsorbsiya, he-

mosorbsiya, ion mübadiləsi və kompleks əmələ gətirmə) durur.

Hazırda istifadə olunan bütün sorbentlər iki böyük qrupa 

bölünürlər: spesifi k və qeyri-spesifi k (cədvəl 10.2). 

Spesifi k  sorbentlərin bahalılığına, az effektivliyinə görə geniş 

istifadə olunmur. Rusiyada hazırda biospesifi k  hemosorbent 

“Ovosorb” və plazmosorbent “İmmotin” (Rusiya kardioloji mərkəzi) 

proteazları  çıxartmaq üçün istifadə edilir, plazmasorbsiya sistemi 

“İmmunoliposorber” – Apo B-lipoproteidləri (Pokard, Rusiya) 

çıxartmaq üçün, “İmmunosorba” (Exkorim, İsveç) və plazmosorbent 

immobilizə olunmuş A proteini ilə (Sankt–Peterburq Amerkard) – 

immunoqlobulinləri çıxartmaq üçün istifadə olunur.

Qeyri-spesifi k  sorbentlərdən aktivləşdirilmiş kömürlər (CKH, 

CKT-6A, BЧ,  ФА-С,  ВНИИТУ,  СУМС,  УВГ,  СУГС) Müstəqil 

Dövlətlər Birliyi (MDB) ərazisində geniş istifadə olunur.

                                                                             


290

Dializ

                              Cədvəl 10.1



Ekstrakorporeal hemokorreksiya əməliyyatlarının 

texnoloji əsasları

Texnologiya

Əməliyyatın növü

Membran


Hemodializ

Ultrafi ltrasiya

Hemofi ltrasiya

Hemodiafi ltrasiya

Plazmafi ltrasiya

Hemoksigenasiya

Sentrifuqa

Plazmaferez:

    diskret

    aparat

Leykositaferez

Trombositaferez

Eritrositaferez

Sorbsiya


Hemosorbsiya

Plazmasorbsiya

Limfosorbsiya

Ksenoperfuziya

Presipitasiya

Turşu heparin presipitasiyası

Kriopresipitasiya (krioaferez)

Krioplazmasorbsiya

Termopresipitasiya (termofi ltrasiya)

Termoplazmasorbsiya

Elektromaqnit

Qanın fotomodifi kasiyası (QUBŞ, görünən işıqla 

şüalanma)

Qanın maqnit işlənməsi

Qanın rentgen şüalanması

Elektrokimya

Vasıtəli elektrokimyəvi oksidləşmə

Qanın ozonlaşdırılması

        


291

Fəsil 10. Hemosorbsiya

Başqa sorbentlərdən “Hemosorba” (Asahi, Yaponiya), “Absorba” 

(Qambro, İsveç), “Haemoresin” (Braun, Almaniya), “Biocompatible 

system” (Klark, ABŞ), “Hemosol” (Cmit və Nevyu, ABŞ), 

“Hemopur”  (Orqanon Teknika) və s istifadə olunur. 

Cədvəl 10.2

Sorbentlərin əsas qrupları və növləri

Sorbent 


qrupları

Növün adı

Təsir prinsipi

Qeyri-spesifi k

Aktivləşdirilmiş kömür

İonmübadiləsi sorbentləri

Oksidləşdirici sorbentlər

Fiziki adsorbsiya və 

absorbsiya, kimyəvi 

sorbsiya


İon mübadiləsi

Modifi kasiya: oksidləşmə

Spesifi k

Affi n sorbentlər

Ferment sorbentlər

İmmunosorbentlər

Reseptor (biospesifi k) 

sorbentlər

Spesifi k birləşmə:

      liqand – maddə

Modifi kasiya:

      ferment – substrat

Kompliment birləşmə:

      antigen – anticisim

Kompliment birləşmə:

      reseptor – maddə

Hazırda hemosorbsiyaya göstərişlər çox daralmışdır, ona görə ki, 

üstünlük az travmatik əməiyyatlara: plazmaferez və enterosorbsiya-

ya verilir. Hemosorbsiyaya yeganə mütləq göstəriş  kəskin zə hər-

lənmələr hesab olunur. Bu zaman kəskin endotoksikozda 1,5–2,5 

DQH, ekzotoksikozda 10–12 DQH həcmi miqdarında perfuziya 

aparılır. Əksər sorbsiya kolonkaları 10–15 l qanın perfuziyası üçün 

nəzərdə tutulmuşdur, odur ki, bu miqdar qan kolonkadan keçdikdən 

sonra o, yenisinə dəyişilir.

Hemosorbsiyanın üstünlüyü onun konturunun sadəliyi, bahalı 

cihazlara ehtiyacın olmaması olsa da, qanın formalı elementlərinin 

zədələnməsi, qan laxtalanması sisteminin pozulması kimi mənfi  


292

Dializ

təsirləri də vardır ki, bunlar da proseduraya göstərişləri analiz etdikdə 

nəzərə alınır (cərvəl 10.3).

                                                                 



Cədvəl 10.3

Hemosorbsiyanın aparılmasına əsas göstərişlər

•  Yuxugətirici dərmanlar, xlor və fosforüzvi birləşmələr, alka-

loidlər, salisilatlar, ağır metallar, amitriptilin və başqa maddələrlə 

kəskin zəhərlənmələr;

•  İnfeksion xəstəliklərin ağır, generalizə olunmuş formaları 

(qarın yatalağı, virus hepatiti, difteriya və s);

•  Cərrahi və terapevtik xəstəliklər nəticəsində    ağır endogen 

intosiksikasiyanın erkən mərhələsində;

•  Narkomaniya, toksomaniya, alkoholizm zamanı abstinent 

sindrom;


•  Psixiki xəstəlik zamanı maniakal və depressıv vəziyyət.

Bəzi dərmanların artıq dozada qəbul olunması (artıq dozalanma-

sı) və bəzi maddələrin bilərəkdən (suisid məqsədi ilə), yaxud səhvən 

qəbul olunması  zəhərlənmələrə  səbəb olur. Vaxtında xəstələrə 

lazımi yardım göstərdikdə: UDS, tənəffüs sistemi pozğunluqlarının 

bərpası, mədənin erkən yuyulması (lazım və  təhlükəsiz olduqda), 

aktivləşdirilmiş kömürün daxilə  qəbulu, antidotların istifadəsi, 

böyrək funksiyası saxlanmış  xəstələrdə gücləndirilmiş diurez, 

sidiyin turşulaşdırılması, yaxud qələviləşdirilməsi toksiki mad-

dələri bədəndən çıxarmaqla yanaşı, xəstələri kritik haldan xilas edir. 

Aktivləşdirilmiş kömürün daxilə istifadə olunması toksiki maddələri 

bədəndən çıxarmağa kömək edir. Digər tərəfdən, hemo sorbsiyanın 

(HS) müstəqil şəkildə istifadə olunması, onun hemodializlə kombi-

nasiyası kliniki təcrübədə daha geniş istifadə olunur (cədvəl 10.4).



293

Fəsil 10. Hemosorbsiya

Cədvəl 10.4

Zəhərlənmələr zamanı HD və HS aparılmasına göstərişlər

1. İntensiv terapiyanın aparılmasına baxmayaraq xəstənin vəziy-

yətinin proqressiv pisləşməsi;

2. Ağır intoksikasiya nəticəsində orta beynin fəaliyyətinin 

pozulması – hipotenziya, hipoventilyasiya, hipotermiya ilə;

3. Komatoz ağırlaşmalar – pnevmoniya, septisemiya və başqa fon 

xəstəlikləri, məs., ağciyərin obstruktiv xəstəliyi;

4. Qaraciyər, böyrək və ürək çatışmazlığı nəticəsində dərmanların 

bədəndən çıxarılmasının pozulması;

5. Metabolik, yaxud təsirli maddələrlə ağır intoksikasiya, məs., 

metanol, etilenqlikol və s.;

6. Bədəndən çıxarılması mümkün olan maddələrlə intoksikasiya.

Bəzi maddələrin zərdabda miqdarı  həyat üçün təhlükəli 

həddə çatırlarsa, onda da HD və HS erkən istifadə olunmalıdır                     

(cədvəl 10.5).                                                                              

                                                                          Cədvəl 10.5



Bəzi maddələrin zərdabda HD və HS aparılmasına göstəriş 

olan təhlükəli səviyyəsi

Preparat


Zərdabda qatılığı, mq/l

Tətbiq olunan üsul

Fenobarbital

100


HS > HD

Qlyutetimid

30-40

HS

Metakvalon



40

HS

Salisilatlar



800

HD

Teofi llin



40

HS > HD


Parakvat

0,1


HS > HD

Metanol


500

HD

Trixloretanol



500

HS + HD


Meprobamat

100


HS

Qeyd: HD – hemodializ, HS 

 hemosorbsiya



294

Dializ

Bu ümumi bir göstəriş olsa da hər bir xəstə üçün konkret olaraq 

lazım olan depurasiya üsulu və onun forması seçilir. Bəzən hətta 

ayrıca götürülmüş ətraf və orqandan axan qan lazım olan maddədən 

(məsələn: şiş əleyhinə preparatlardan) təmizlənir və beləliklə, onla-

rın sistem təsiri azaldılır.

HD zəhərlənmələrdə suda həll olan və kiçik molekullu maddələrin 

bədəndən çıxarılması üçün istifadə olunur. Belə maddələrə salisilatlar

etanol, metanol, litium və s. aiddirlər. Bir qədər yüksək molekulları 

olan maddələr, məs.: amfoteritsin B, vankomitsin yüksəkkeçiricilikli 

membranların köməyi ilə çıxarıla bilərlər. HD köməyi ilə yağda həll 

olan və zülallarla birləşən maddələri çıxartmaq olmur. HS zamanı 

qan ağac kömürü ilə, yaxud karbon sorbenti ilə dolu kartricdən 

keçirilir. Bu zaman aktivləşmiş kömür patronda qan zərdabındakı 

zülalla rəqabətə girir və  zəhərlə birləşir və onu dövrandan çıxarır. 

Eyni yolla yağda həll olmuş maddələri də qandan HS effektiv çıxarır. 

Maddənin HD və HS ilə eyni çıxarıldığı halda HD-yə üstünlük 

verilir, çünki yanaşı qələvi-turşu müvazinəti və s. də bərpa olunur.



Texniki problemlər. 

Damar yolu – böyük mərkəzi venalara 

kateterin qoyulması ilə alınır. Adətən, yüksək effektli və yüksək 

keçiricilikli dializatorlar istifadə olunur. Sorbentlər  əsasən aktiv-

ləşdirilmiş kömür (ağac kömürü), ionmübadiləsi edən qətran, yaxud 

qeyri-ionmübadiləedən böyükdəlikli qətran istifadə olunur. Kartric 

(patron) müxtəlif miqdar sorbentlər ilə doldurulur.

HS üçün ekstrakorporal konturda qəbuledicisi və venoz hava 

tutucusu olur. Qanı sorbent olan patrondan keçirmək üçün ona qədər 

qan nasosu yerləşdirilir. Dializator sorbentdən sonra yerləşdirilir və 

dializatordan dializat buraxılmır.

Konturun doldurulması  hər bir sorbentin rəhbərliyində qeyd 

olunmuşdur və ona uyğun aparılır. Əksərən 500 ml 5%-li qlükoza 

ilə, sonra 2 l heparinli (2500 v/l) 0,9%-li fi zioloji məhlul ilə yuyulur 

və 300 ml/dəq sürətlə kontur yoxlanılır.


295

Fəsil 10. Hemosorbsiya

HS zamanı heparinləşdirmə. 

Sorbent kolonkası yuyulduqdan 

sonra arterial boruya bolyus yolu ilə 2000–3000 v heparin yeridilir 

(1 slanş HS zamanı 6000–10000 v heparin işlədilir). Qanın 

laxtalanması vaxtı Lee-White üsulu ilə 30 dəq-dən çox olmalı, 

LAV, yaxud HTV normal rəqəmlərdən iki dəfə çox olmalıdır. HS 

davamiyyəti 3 saatdan artıq olmamalıdır. HS-dən sonra qanda əksər 

toksiki maddələrin səviyyəsi enir. Zəhərin toxumalardan çıxması 

(rikoşet effekti) müşahidə edildikdə bir neçə gün təkrari HS aparılır. 

Bəzən isə fasiləsiz proseduralar aparılır ki, bu zaman hər 4 saatdan 

bir hemosorbent patronu yenisi ilə əvəz olunur.


Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin