Mehman Ağayev, Sultan Əliyev ÄÈÀËÈÇ Bakı – 2010


Dializ xəstələrin immunizasiyası



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə19/34
tarix29.12.2016
ölçüsü9,15 Mb.
#3870
1   ...   15   16   17   18   19   20   21   22   ...   34

Dializ xəstələrin immunizasiyası

Vaksina


Yeridilmə tezliyi

Qrip A, B

Hər il

Tetanus, difteriya



Hər 10 il

Pnevmokokk 

infeksiyası

Anticisim reaksiyalarından asılı olaraq 

revaksinasiya

Hepatit B

İlk dəfə 4 ikiqat doza yeridilir (sağ və sol 

deltayabənzər əzələyə) Albumin az olan 

xəstələrə dəriiçi vaksinasiya mümkündür.


232

Dializ

Bütün dializ xəstələri pozitiv HBsAg və hepatit B-yə qarşı 

anticisimləri olanlardan başqa, hepatit B-yə qarşı vaksinasiya olun-

malıdırlar.  İlk seriya immunizasiya üçün 4 əzələdaxili inyeksiya 

40 mkq HBsAg 0. 1, 2, 6 ay intervalla yeridilir (sarğıya vurulmur, 

çünki anticisimlər lazımi qədər  əmələ  gəlmir, yaxud 6-12 ay 

immunizasiyadan sonra anticisimlər itirlər). Dializ xəstələrində 50–

60% vaksinasiya müvəffəqiyyət verir, bu, ümumi populyasiyadan 

azdır. Müvəffəqiyyət olmadıqda (albuminin aşağı  səviyyəsində) 

böyük doza vaksina dəri içinə yeridilir.

Dializ xəstələrində antimikrob, antifunqal və antiviral müalicənin 

xüsusiyyətləri vardır (cədvəl 7.13).



Tetrasiklinlər.

 Antianabolik təsirinə görə XBÇ zamanı istifadə 

olunmur, çünki sidik cövhərinin qanda səviyyəsini və asidozu artırır. 

Çox lazım olduqda doksisiklin istifadə olunur. Doksisiklinin böyrək 

ekskresiyası 40% (tetrasiklin 60%) dializlə pis çıxarılır, doza XBÇ 

zamanı dəyişdirilmir. Eritromitsin 12% normal böyrəklərlə çıxarılır, 

odur ki, XBÇ xəstələrində doza dəyişdirilmir. 

Pensillinlər.

 Normada 40–80% böyrəklə çıxarılır, HD və PD-də 

bir qədər çıxarılır, odur ki, dializ xəstələrində doza həm aşağı salınır 

və həmçinin dializdən sonra əlavə doza yeridilir (yaxud növbəti doza 

dializ bitəndən sonra yeridilir). 

                                                                     Cədvəl 7.13



XBÇ zamanı bəzi darmanların tövsiyə olunan dozaları

Preparat


YFS >60 

mmol/l, doza 

azaldılır, %

YFS 60-15 

mmol/l, doza 

azaldılir, % 

YFS <10 

mmol/l, 


doza 

azaldılır, 

%

HD ilə 


çıxarı -

lır


Beta-adrenoblokatorlar

Atenolol


-

50

75



+

Asebutolol

-

25

50



-

233

Fəsil 7. Dializ xəstələrin problemləri

Bisoprolol

-

25

50



-

Betaksolol

-

-

50



+

Karvedilol

-

-

-



-

Labetalol

-

-

-



-

Metaprolol

-

-

-



+

Nadolol


-

25

50



+

Nebivolol

-

-

-



-

Pindolol


-

-

-



-

Propronalol

-

-

-



-

Timolol


-

-

-



-

Alfa-adrenoblokatorlar və vazodilatatorlar

Hidralazin

-

25



50

-

Doksazozin



-

-

-



-

Diazoksid

-

-

-



+

İzosorbid dinitrat

-

-

-



-

Minoksidil

-

-

-



+

Natrium 


nitroprussid

-

-



-

+

Nitroqliserin



-

-

-



-

Prazozin


-

-

-



-

Urapidil


-

50

75



+

Kalsium kanallarının blokatorları

Amlodipin

-

-



-

-

Verapamil



-

25

50



-

Diltiazem

-

-

-



-

İsradipin

-

-

25-50



-

Lasidipin

-

-

-



-

Mebefradil

-

-

-



-

Nikardipin

-

-

-



-

234

Dializ

Nifedipin

-

-

25-50



-

Felodipin

-

-

-



-

Angiotenzinçevirən fermentin inhibitorları

Benezapril

-

25



50

+

Kaptopril



-

-

50



+

Lizinopril

-

50

75



+

Perindopril

50

50-75


90

+

Ramipril



-

25

50



+

Trandolapril

25

50

75



-

Fozinopril

-

-

-



-

Silazapril

25

50

90



+

Enalapril

-

-

50



+

Angiotenzin II reseptorların antaqonistləri

Valsartan

-

-



-

-

İrbesartan



-

-

-



-

Lozartan


-

-

-



-

Mərkəzi alfa-adrenoreseptorların stimulyatorları

Quafasin

-

-



-

-

Klonidin



-

-

50



-

Metildopa

-

-

50



+

Moksonidin

-

50-75


Əks 

göstəriş


-

Diuretiklər

Asetazolamid

50

50-75



Əks 

göstəriş


-

Bumetanid

-

-

-



Hidroxlortiazid

-

-



Əks 

göstəriş


-

İndapamid

-

-

-



-

235

Fəsil 7. Dializ xəstələrin problemləri

Klopamid


-

-

Əks 



göstəriş

-

Ksipamid



-

-

-



-

Metolazon

-

-

-



-

Spironolakton

50

Əks göstəriş



Əks 

göstəriş


-

Torasemid

-

-

-



-

Furasemid

-

-

-



-

Etakrin turşusu

-

-

-



-

Antiaritmik preparatlar

Amiodaron

-

-



-

-

Diqoksin



-

50

75



-

Digitoksin

-

-

-



-

Dizopiramid

25

50

Əks 



göstəriş

+

Lidokain



-

-

-



-

Prokainamid

-

25

50



+

Sotalol


25

50

Əks 



göstəriş

+

Xinidin



-

-

-



-

Esmolol


-

-

-



-

Antiobiotiklər və kimyəvi preparatlar

Amikasin

50-75


90

90

-



Ampisillin

25

50



50

+

Amfoterisin B 



-

25

50



-

Azitromitsin

-

-

-



-

Asiklovir

25

50

75



-

Azlosillin

-

25

50



+

Aztreonam 25

50

5

+



236

Dializ

Ko-trimoksazol

25

50

75



+

Vankomitsin

50

75

90



-

Gentamitsin

50

75

90



+

Qansiklovir

25

50

75



+

Dikloksasillin

-

-

-



-

Doksisiklin

-

25

25



-

Zidovudin

-

-

-



-

İmipenem


25

50

75



-

İzoniazid

25

50

50



+

Kanamitsin

50

75

90



-

Karbenesillin

25

50

75



+

Klaritromitsin

-

25

50



-

Klindamitsin

-

-

-



-

Ketokonazol

-

-

-



-

Metisillin

25

50

50



-

Metronidazol

-

-

-



+

Minosiklin

-

-

-



-

Moksalaktam 25

50

75

+



Ofl oksasin

25

50



75

-

Oksasillin



-

-

-



-

Benzilpenisillin 25

50

50

+



Pentamidin

-

-



-

-

Pefl oksasin



25

50

50



-

Piperasillin

25

50

50



+

Ribavirin

25

50

50



-

Rifampitsin

-

-

-



-

Roksitromitsin

-

-

-



-

Spiramitsin

-

-

-



-

237

Fəsil 7. Dializ xəstələrin problemləri

Tikarsillin

50

75

75



-

Tobramitsin

50

75

75



-

Flukonazol

25

50

50



-

Fosfomitsin

25

50

75



+

Sefaklor


25

50

75



+

Sefamandol

25

50

75



+

Sefazolin

25

50

75



-

Sefotaksim

25

50

50



+

Seftazidim

25

50

75



+

Sefoperazon

-

-

-



+

Seftriakson

-

-

-



-

Siprofl oksasin

25

50

50



+

Sefuroksim

25

50

75



+

Xloramfenikol

-

-

-



+

Eritromitsin

-

-

-



-

Etambutol

25

50

50



+

Hipolipidemik preparatlar

Atorvastatin

-

-



-

-

Gemfi brazil



-

50

75



-

Lovastatin

-

-

-



-

Pravastatin

-

-

-



-

Simvastatin

-

-

-



-

Fenofi brat

-

25

50



-

Hipoqlikemik preparatlar

Qlibenklamid

-

50



Əks 

göstəriş


-

Qlikvidon

-

-

-



-

Qliklazid

-

-

-



-

238

Dializ

Qlipizid


-

50

Əks 



göstəriş

-

İnsulin



-

25-50


50-75

-

Tolbutamid



-

-

Əks 



göstəriş

-

Tolazamid



-

-

Əks 



göstəriş

-

Qeyri-steroid iltihab əleyhinə preparatlar



AST

-

-



Əks 

göstəriş


+

Diklofenak

-

-

-



-

İbuprofen

-

-

-



-

İndometasin

-

-

-



-

Naproksen

-

-

-



-

Piroksikam

-

-

-



-

İmmunosupressiv preparatlar

Azatioprin

-

25



50

+

Allopurinol



25

50

75



+

Vinkristin

-

-

-



-

Kolxisin


-

25

50



-

Metilprednizolon

-

-

-



+

Metotreksat

-

25

50



+

Prednizolon

-

-

-



+

Siklosporin

-

-

-



-

Siklofosfamid

-

25-50


50

+

Sisplatin



-

25

50



-

Narkotik analgetiklər

Kodein

-

25



50

-

Morfi n



-

25

50



-

239

Fəsil 7. Dializ xəstələrin problemləri

Trankvilizatorlar

Haloperidol

-

-



-

-

Diazepam



-

-

-



-

Meprobamat

-

25

50



-

Oksazepam

-

-

-



-

Xlorpromazin

-

-

25



-

Antidepressantlar

Amitriptilin

-

-



-

-

Nortriptilin



-

-

-



-

Litium karbonat

-

50

75



+

Qıcolma əleyhinə preparatlar

Karbamazepin -

-

25



-

Fenitoin


-

-

-



-

Fenobarbital

-

-

50



+

H

2



-reseptorları, dopamin reseptorlar, H+, K

+

-ATFaza blokatorları



Metoklopramid

-

25



50

-

Omeprazol



-

-

-



-

Ranitidin

-

25

50



+

Famotidin

-

25

75



+

Simetidin

-

25

50



+

Antikoaqulyantlar

Varfarin

-

-



-

-

Natrium heparin



-

-

-



-

Nafsillin və oksasillinin dozaları dəyişdirilmir, çünki onlar böyrək 

və qaraciyərlə eyni qaydada çıxarılırlar.

Sefalosporinlər.

 Əksər sefalosporinlər 30–96% böyrəklərlə xaric 

edilir, ona görə  də dializ xəstələrində dozanı  aşağı salmaq lazım 

gəlir. Uzunmüddətli təsirə malik sefalosporinlər (məs.: sefazolin, 



240

Dializ

seftazidim, seftizoksim) həftədə 3 dəfə hər dializdən sonra yeridilə 

bilər.

Aminoqlikozidlər

 dializ xəstələrində ehtiyatla istifadə edil-

məlidir, çünki 90%-dən çox böyrəklə xaric olduğu üçün doza 

azaldılmalıdır. Dializlə yaxşı çıxarılır və ona görə prosedurdan sonra 

əlavə doza yeridilir. Dializ xəstələrində oto-vestibulyar toksiklik 

yüksəkdir, həmçinin böyrəklərin qalıq funksiyasını da zədələyirlər.



Gentamitsin və tobramitsin.

 Adətən, standart doza (1,5–2,0 mq/

kq, sonra 1 mq/kq) hər dializdən sonra infuziya edilir. PD zamanı 

ilk doza venadaxilinə yeridildikdən sonra hər 1l periton dializi 

məhluluna 6 mq preparat əlavə olunur. Preparatın qanda səviyyəsinə 

nəzarət olunmalıdır.



Amikasin.

 Doydurucu doza 5,0–7,0 mq/kq sonra HD xəstələrində 

40–50 mq/kq davam etdirilir, PD 18–25 mq/l hesabı ilə davam etdi-

rilir.


Netilmitsin.

 Doydurma dozası 2mq/kq, dializdən sonra 1-2 mq/

kq yeridilir.

Streptomitsin adi dozanın yarısı istifadə olunur, PD zamanı 20 

mq/l dozada tətbiq edilir.



Trimetoprim – sulfametoksazol.

 Preparat kreatininin kanalcıq 

sekresiyasına təsir edərək qanda kreatininin səviyyəsini artırır. 

Normada trimetoprim 80–90% böyrəklərlə ekskresiya olunur. 

Sulfametoksazolun renal ekskresiyası 20–30% təşkil edir. hər iki 

preparat HD ilə yaxşı, PD ilə pis çıxarılır.

Sidik yollarının infeksiyasının müalicəsi üçün dializ xəstələrinə 

1 tablet (80 mq) trimetoprim və (400 mq) sulfametoksazol gündə 

2 dəfə  təyin olunur. Venadaxili infuziyası (Pneumocystis carini 

pnevmoniyasının müalicəsi zamanı) dializ xəstələrinə adi dozanın 

50% təyin olunur (trimetoprimə görə 20 mq/kq/gün). Leykopeniya 

olduqda (bu ağırlaşma DX-də müntəzəm təsadüf  olunur) ciddi 

nəzarət aparmaq lazımdır. Dializdən sonra əlavə doza yeridilir.

Vankomitsin.

 DX-də qrammənfi   infeksiyanın müalicəsində 

mün təzəm istifadə olunur. Normalda preparat böyrəklərlə xaric olur, 


241

Fəsil 7. Dializ xəstələrin problemləri

dializlə  çıxarılmır, odur ki, bir doza 7–10 gün intervalla yeridilir. 

Adətən, doza 20 mq/kq, sonra 15 mq/kq (7 gündən bir). Ototoksik 

təsiri olduğu üçün qanda preparatın səviyyəsi təyin olunur: pik 

göstəricisi 30–40 mkq/ml, davamedici göstərici 5–10 mkq/ml ol-

malıdır.


Rifampin.

 Normada böyrək ekskresiyası 7% olur, odur ki, adi 

dozada işlədilir. Kateter çıxan yerlərin dəri infeksiyası (S.aurens) 

olduqda istifadə edilir.



İzoniazid, etambutol, streptomitsin.

İzoniazid

  7–30% böyrəklərlə ekskresiya olunur, dializlə yaxşı 

çıxarılır. DX-də adi dozadan (300 mq/gün) fərqli olaraq azaldılmış 

doza (200 mq/gün) istifadə olunur.

Etambutol və streptomitsin böyrəklərlə 80% və 40% çıxarıldığı 

üçün doza azaldılır.

Klavulanat.

 Beta-laktamazın inhibitoru kimi penissilinləri və 

sefalosporini bakterial parçalanmadan qoruyur. Adətən, amoksisillin 

və tinarsillin ilə kombinasiyada istifadə edilir. XBÇ zamanı 

yarımparçalanma dövrü 0,075-dən 5 saata qədər uzanır, dializlə 

yaxşı çıxarılır.



Ftorxinolonlar.

 Siprofl oksasin, levofl oksasin, qatifl oksasin XBÇ 

zamanı azaldılmış dozada istifadə olunur.

Antiqripoz agentlər.

 Amantadin qripin profi laktikası  məqsədi 

ilə XBÇ zamanı çox ehtiyatla istifadə olunmalıdır, çünki preparat 

normal böyrəklərlə çıxarılır, dializlə pis kənar edilir. Bu xəstələrdə 



remantadinə

 üstünlük verilir, çünki o 25% böyrəklə  çıxarılır. 

Profi laktika və müalicə məqsədi ilə 100 mq/gün təyin edilir, 5–7 gün.

Antiretrovirus preparatları.

 Zidovudin (azidotimidin) XBÇ 

zamanı 50% doza verilir. Lamivudinin də dozası 50% aşağı salınır.

Asiklovir, famsiklovir və valasiklovir.

Bu preparatlar hepres zoster və Varicella-Zoster xəstəliklərinin 

müalicəsi üçün istifadə olunur. Asiklovirin adi dozası (80 mq×2 

dəfə) neyrotoksikliyinə görə DX üçün yüksəkdir, ona görə azaldılmış 



242

Dializ

dozada istifadə olunur. Herpes və sitomeqalovirus infeksiyasının 

müalicəsi üçün qansiklovir, natrium foskarnet, sidofovir istifadə 

olunur. Qansiklovirin dozası 75% azaldılmalıdır. Dializdən sonra 

əlavə doza yeridilir.

XBÇ xəstələrində dozanı azaltmaq, yaxud preparatın bədənə 

yeridilmə intervalını uzatmağa gəldikdə bu iki üsulun ikisi də istifadə 

oluna bilər. Dializdən sonrakı doza preparatın dializlə təmizlənməsi 

əvəzinə yeridilir, bəzən bu müalicə proqramın tərkib hissəsi olur.

7.8. Endokrin pozğunluqlar

DX-də endokrin pozğunluqlar çox mürəkkəb və incə ola bilərlər. 

Alınmış  nəticələrin qiymətləndirilməsi həmişə böyük çətinliklərlə 

qarşılaşır.



İnsulin.

 Uremiyada karbohidrat metabolizminin gözəçarpan de-

fektləri: 

– insulinə qarşı rezistentlik – postreseptor defektin nəticəsi kimi; 

– renal və ekstrarenal mexanizmlərə  əsaslanan insulin klirensi 

azalır;


– pankreasin beta-hüceyrələrinin hiperqlikemiyaya reaksiyası 

pozulur. Bütün bu üç pozğunluq dializ ilə hissəvi bərpa olunur.

XBÇ pasientlərində  şəkərli diabet olmadıqda belə insulinə 

rezistentlik qlikemik əyriliyin dəyişməsində özünü göstərir, insulinin 

deqradasiyasının pozulması hesabına acqarına qlükozanın səviyyəsi 

qanda normal olur. Hiperinsulinemiya LDL sintezini stimulyasiya 

edir, amma lipoproteinlipazanın aktivliyinin insulinə rezistentlik 

nəticəsində pozulması triqliseridlərin səviyyəsinin artmasına səbəb 

olur. Periton dializi məhlulunun tərkibində osmotik agent kimi 

qlükoza çox olduğundan PD-də insulinə tələbat artıq olur. Qlükoza 

ilə yüklənmə nəticəsində piylənmə artır, xəstələrdə müşahidə edilən 

hipertriqliseridemiya dərinləşir.



Qlükaqon. 

XBÇ xəstələrində qlükaqon və preqlükaqonun 

parçalanmasının pozulması  nəticəsində qanda səviyyəsi artır. 

Qlükaqonun sekresiyası norma daxilində olur, çünki qlükoza 



243

Fəsil 7. Dializ xəstələrin problemləri

yeritdikdə onun plazma səviyyəsi azalır, arginin yeritdikdə artır. 

Qlükaqon qlükoneogenezi artırır.

Renin – angiotenzin.

 XBÇ zamanı reninin aktivliyi, adətən, aşağı 

olur, renopriv vəziyyətdə aktivlik təyin olunmur. DX-də ultrafi ltrasiya 

apardıqda və klinostazda renin aktivliyi artır, amma bu artma az olur. 

DX-nin  kiçik bir hissəsində bədəndən artıq suyu çıxartdıqdan sonra 

da yüksək AH davam edir. Bu xəstələrin bəzilərində böyrəklərin 

hipoperfuziyası nəticəsində renin aktivliyi artır.

Böyrəkləri olmayan dializ xəstələrində dializ zamanı ultrafi ltrasiya 

apardıqda reninin azad olmaması nəticəsində hipotenziya baş verir.

Aldosteron.

 DX-də plazmada aldosteron səviyyəsi normal, yaxud 

aşağı olur. Həcmin azalması, ortostaz və  АКТН stimulyasiyası 

nəticəsində DX-də aldosteronun hasili cüzi olur. Aldosteronun hasilinə 

təsir edən  ən güclü faktor plazmada kaliumun konsentrasiyasıdır. 

Aldosteron həmçinin kaliumun nəcis ilə itirilməsini artırır və 

kaliumu hüceyrə daxilinə keçirir ki, bu da hiperkaliyemiya zamanı 

müdafi ə mexanizmidir.



Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin