Mehman Ağayev, Sultan Əliyev ÄÈÀËÈÇ Bakı – 2010


Dializ •  EPO dozası Hb səviyyəsindən asılı olaraq dəyişdirilir. –



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə18/34
tarix29.12.2016
ölçüsü9,15 Mb.
#3870
1   ...   14   15   16   17   18   19   20   21   ...   34

Dializ

•  EPO dozası Hb səviyyəsindən asılı olaraq dəyişdirilir.



  korreksiya fazasında:

 Hb hədəf səviyyəsinə çatmaq üçün 

lazım gəldikdə doza artırılır (şəkil 7.2).



 

saxlama fazasında:

 Hb hədəf səviyyəsi daxilində olduqda – 

doza dəyişdirilmir.

– <11 q/dl olduqda doza 25–50% artırılır;

– >12 q/dl olduqda doza 25–50% azaldılır;

– >13 q/dl artıq olduqda preparatın yeridilməsi dayandırılır.

Səkil 7.2.  EPO dozasının seçilməsinin alqoritmi

Hər 2 həftədən bir 

Het yoxlamaq

EPO dozası 

25% azaltmaq

Het >38%


Het >3 v 

endi


Het >4 v 

artdı


Het  ≥34% 

və ≤36


 Het  >36%    

EPO dozasını 

dəyişməmək

EPO dozasını 

25% 

EPO dozasını 



25-50%  

artırmaq


Het ≥34%  

və ≤36                   

EPO  dozasını 

33% azaltmaq

Bəli

Bəli


Bəli

Bəli


Bəli

Bəli


Xeyir

Xeyir


Xeyir

Xeyir


EPO 

yeridilməsini 

dayandırmaq, hər 

dializdə Het yox-

lamaq, Het<38% 

olduqda 25 % 

az dozada EPO 

yeritmək


Qanitirməni, 

hemolizi inkar 

etmək, EPO 

dozasını 25-50% 

artırmaq, bir 

həftə sonra 

müayinə

Daima terapi-



yaya həssaslığı 

qiymətləndirmək. 

EPO dozası 

>5000 V/dializ 

zamanı Het<33% 

olduqda az 

həssaslıq adlanır


221

Fəsil 7. Dializ xəstələrin problemləri

EPO-nun arzuolunmaz təsirləri.

 EPO müalicəsi apardıqda 33% 

xəstələrdə AH yüksəldiyi üçün hipotenziv dərmanların dozasını 

artırmaq lazım gəlir. Bunun səbəbi hipoksiya nəticəsində baş vermiş 

vazodilyatasiyanın, (anemiyanın aradan qaldırılması  nəticəsində 

geri qayıtmasıdır) qanın özlülüyünün artması, damardaraldan 

prostaqlandinlərin damargenişləndiricilərə nisbətən çox artması, 

endotelin I sintezinin artmasıdır. AH-nı  aşağı salmaq üçün KKB 

hipotenziv preparatları daha yaxşı nəticələr verir.

Dializdə sidik cövhəri klirensi kreatinin klirensinə nisbətən bir 

qədər çox azalır.

Fosfatemiya pozğunluqlarının nəzarət olunması  çətinləşir, 

çünki xəstələr artıq miqdarda qida qəbul etməyə başlayırlar. 

Hiperkaliyemiya – ancaq EPO müalicəsinin başlanğıcında müşahidə 

oluna bilər. Bəzən EPO müalicəsinə qarşı rezistentlik müşahidə 

edilir.

EPO müalicəsinə qeyri - adekvat cavabın səbəbləri:

1. Dəmir qıtlığı – EPO müalicəsi başlanandan sonra dəmirin 

ehtiyatlarının utilizasiyası  nəticəsində funksional dəmir qıtlığı 

baş verir. Bu, kliniki olaraq transferrinin doyma dərəcəsinin aşağı 

səviyyəsi ilə xarakterizə olunur. Dəmir qıtlığının başqa səbəbləri də 

ola bilər.

2. Qanitirmə – qanın dializ magistrallarında və dializatorda 

qalması, cərrahi əməliyyatlar, damar yolundan qəfl əti qanitirmələr, 

laborator analizlər üçün qanın götürülməsi və s. nəticəsində baş 

verir. Peroral dəmir preparatları bu qıtlığı aradan qaldıra bilmir. PD 

zamanı qanitirmə az olduğu üçün peroral preparatlar dəmir qıtlığını 

aradan qaldırır. Retikuloendotelial blok dəmir qıtlığını bir qədər də 

ağırlaşdırır, çünki dializ xəstələrində  ləng davam edən infeksiya 

dəmiri yığışdığı yerlərdən azad olmasını pozur. Dəmir qıtlığı 

dəmirin bağırsaqdan pis absorbsiyası ilə bir qədər də ağırlaşır. Fosfat 

birləşdiricilərinin istifadəsi absorbsiyanı bir qədər də pisləşdirir.



222

Dializ

EPO-ya qarşı rezistentliyin başqa səbəbləri:

1. Hiperparatireoz.  Bu zaman rezistentliyin əsas səbəbləri sü-

müyün  fi brozu  dərəcəsi ilə  əlaqələndirilir. EPO rezistentliyi ol-

duqda PTH səviyyəsi yüksək olan xəstələrdə hiperparatireozun daha 

intensiv müalicəsini aparmaq lazımdır.



2. İnfeksiya. İnfeksion proseslər zamanı sitokinlərin azad olması 

sümük toxumasının EPO cavabının zəifl əməsinə  səbəb olur. Ona 

görə EPO-ya qarşı cavab olmayanda infeksiya axtarmaq lazımdır. 

Müvəqqəti olaraq rezistentliyi dəf etmək üçün daha böyük doza 

EPO yeritmək olar.

3.  İltihab. Dializ xəstələrində yarımkəskin az xroniki iltihabi 

proseslər olduqda EPO-ya qarşı  həssaslıq enir. Xroniki iltihabın 

markeri olmadığı üçün ancaq CRP istifadə oluna bilər.

İltihabi proseslər zamanı qaraciyərdə  hepsidinin  səviyyəsinin 

artması müşahidə olunmuşdur.

4. Qeyri-adekvat dializ. Dializin  adekvat olmaması  xəstələrin 

EPO müalicəsinə qarşı  həssaslığını azaldır. Belə hallarda dializin 

optimallaşdırılması və intensivləşdirilməsi tövsiyə olunur. Həmçinin 

high-fl ux dializatorlardan istifadə oluna bilər.



5. Alüminium intoksikasiyası. Alüminium intoksikasiyası dəmirin 

utilizasiyasının pozulması ilə mikrositoz anemiyaya səbəb olur. 

Dəmir qıtlığı zamanı bağırsaqlarda Al sorulması güclənir.  Şübhə 

olduqda qan zərdabında alüminium konsentrasiyası təyin olunur və 

deferoksamin testi aparılır.

6. Qanaxmalar. Aşkar  və gizli (mədə-bağırsaq) qanaxmaları EPO 

rezistentliyinə  səbəb olur. Şübhə olduqda nəcis gizli qanaxmaya 

yoxlanılmalıdır.

7. AÇFİ. Bu preparatların EPO produksiyasını azaltsa da dializ 

xəstələrində EPO rezistentlik yaratması aşkar edilməmişdir.



8. Zərdab albumini. Aşkar bir əlaqə müəyyən edilməmişdir.

9. Başqa hematoloji xəstəliklər.  B

12

 vitamini və fol turşusunun 



qıtlığı, qanyaranma sisteminin bədxassəli  şişləri, mielodisplastik 

223

Fəsil 7. Dializ xəstələrin problemləri

sindromlar, hemoliz kimi problemlər də EPO-ya qarşı rezistentliyə 

səbəb ola bilər. Dəqiq diaqnoz qoymaq üçün bəzən hətta sümük 

iliyinin punksiyası da aparılır.

Anemiyanın müalicəsində EPO müalicəsinə  qədər androgenlər 

istifadə olunurdu, halbuki bunun təsir mexanizmi axıra qədər aydın 

deyildir. Digər tərəfdən, qadınlarda virilizasiyaya, kişilərdə priapizm 

kimi yan təsirlərə səbəb olur. İndi ancaq yaşlı kişilərdə istifadə oluna 

bilər.

Eritrosit kütləsi transfuziyası ancaq ağır anemiyalarda təcili 



kömək kimi istifadə oluna bilər.

Karnitin – EPO həssaslığı artıra bilməsi mümkün olduğu və 

anabolik təsirə malik olduğu üçün geniş istifadə olunur.



Askorbin turşusu. Ferritinin qanda səviyyəsinin 500 mq/ml-dən 

çox olduqda və  xəstələrdə EPO preparatlarına qarşı refrakterlik 

olduqda askorbin turşusunun venaya yeridilməsi EPO-ya həssaslığı 

artırır.


Ümumiyyətlə,  dəmir qıtlığını aradan qaldırdıqda xəstələrə  B

6

,  



B

12

  vitaminlərini və fol turşusu  yeritməklə EPO preparatlarına 



30%-ə qədər qənaət etmək olar.

                              

7.6. Hemoliz

Eritrositlərin yaşama davamiyyəti XBÇ zamanı 70 günə  qədər 

azalır (normada 120 gündür). Bunun uremiya təsirindən baş verdiyi 

güman olunur.

Xroniki hemolizə yüksək LDQ və sərbəst bilirubin və haptoqlobin 

səviyyəsi aşağı olan EPO-ya rezistent xəstələrdə rast gəlmək olur.

Xroniki hemolizin çoxlu səbəbləri vardır (cədvəl 7.10).

                                                                      



224

Dializ

Cədvəl 7.10

Dializ xəstələrində hemolizin səbəbləri:

Dializ prosedurası ilə əlaqədar

– dializ məhlulunun çirklənməsi (xloramin, mis, sink, nitrat, 

nifritlər);

– dializ məhlulun çox qızması;

– hipoosmollyarliq;

Sterilizasiyaedici maddələr, təkrar istifadə (formaldehid)

– eritrositlərin travması (magistralın  əyilməsi, defekti, yararsız 

qan nasosu);

– dializin çatışmazlığı;

Hipersplenizm

Yanaşı xəstəliklər

– oraqvari – hüceyrə anemiyası;

– hemoqlobinopatiyalar;

– birləşdirici toxuma xəstəliyi, vaskulit ilə.



Dərman preparatları

Hipofosfatemiya

Hemostaz pozğunluqları.

 Koaqulyasiya sisteminin pozulması 

dəriyə, selikli qişalara, əzələlərə, oynaqlara qanaxmalara səbəb olur.

Qanaxmaların səbəblərindən  ən geniş  təsadüf olunanı 

trombositlərin funksiyasının pozulmasıdır (trombasteniya). 

Trombosit aqreqasiyasının pozulması trombositlərdə serotoninin 

konsentrasiyasının dəyişməsi, ADF səviyyəsinin azalması  və 

tromboksan A

2

  əmələ  gəlmənin zəifl əməsi hesabına baş verir. 



Azot oksidinin lokal produksiyasının artması da trombositlərin 

funksiyasını  dəyişdirir. Adheziya reseptoru, qlikoproteidlərin IIb– 

IIIa kompleksi trombun formalaşmasını requlə edir. Villebrand 

faktorunun dəyişiklikləri uremiya zamanı hemostazın pozğunluğunda 

müəyyən rol oynayır. Anemiya həmçinin qanaxmanın vaxtının 

artmasına səbəb olur.



225

Fəsil 7. Dializ xəstələrin problemləri

Qanaxmanı qiymətləndirmək üçün trombositlərin sayı, trombin 

vaxtı, hissəvi trombplastın vaxtı  və qanaxma vaxtı  təyin olunur. 

Qanaxma vaxtının 10 dəq-dən artıq olması hemorragik ağırlaşmaların 

təsadüf olunması tezliyini artırır.

Dializin intensifi kasiyası hemostazı yaxşılaşdırır. Kriopresipitatın 

(yüksək konsentrasiyada Villebrand faktoru olan plazma ekstraktı) 

yeridilməsi trombositlərin funksiyasını əhəmiyyətli dərəcədə, amma 

müvəqqəti yaxşılaşdırır. Desmopressin (antidiuretik hormonun 

sintetik analoqu) Villebrand faktorunun çox azad olmasına səbəb 

olur. Vena daxilinə 0,3 mkq/kq dozada 50 ml  fi zioloji  məhlulda 

durulaşdırılmış desmopressin 30 dəq. müddətində infuziya edilir 

və 8 saat ərzində qanaxma vaxtı azalır. Vena daxilinə yeridilmiş 

konyuqasiya edilmiş esterogenlər də qanaxma vaxtını  qısaldır. 

Beləliklə, planlaşdırılan cərrahi  əməliyyat və ya mədə-bağırsaq 

qanaxmalarında esterogenlər istifadə oluna bilər. Bu zaman 

esterogen preparatları daxilə, venadaxili,  transdermal istifadə oluna 

bilər, yaxud esterogen və progesteron kombinasiyası istifadə olunur.

                             

7.7. İnfeksiyalar

Uremiya zamanı orqanizmin immun funksiyasının pisləşməsi. 

Uremiya nəticəsində limfosit və qranulositlərin bir çox funksiyaları 

pozulur. Bu hələ  məlum olmayan uremiya toksinləri, qidalanma 

çatışmazlığı  və vitamin D nəticəsində baş verir. Hemodializ 

xəstələrin müayinəsi bəzi immun pozğunluqlarının qanın dializ 

membranı ilə kontaktı  nəticəsində baş verdiyi sübut olunmuşdur. 

Məsələn: qranulositlərin faqositar aktivliyi, killer hüceyrələrin 

funksiyası, limfositar interleykin-2 (IL-2) qarşı reseptorların sıxlığı 

dializi  əvəzedilməmiş sellüloza membranında apardıqda sintetik 

membranlara nisbətən daha çox dəyişilir. Periton dializ zamanı 

opsoninlərin (immunoqlobulin və kompliment) dializata çıxması 

nəticəsində periton neytrofi llərinin funksiyası aşağı enir.

Dializ xəstələrində  və böyrəyi sağlam olan qocalarda iltihab 

markerləri olan zərdab amiloidi A, interleykin 6 (IL-6), CRP, 



226

Dializ

həmçinin ateroskleroz, UDX və müalicənin pis nəticələrinin markeri 

hesab olunurlar. Bu məsələnin kökü hələ tam açılmamış qalır.

Dializ xəstələrində CRP albuminin aşağı səviyyəsi ölümün yüksək 

göstəricisi və hospitalizasiyalarla əlaqədardır. Dializ pasientləri nin 

dəri və selik qişasının müntəzəm bakterial infeksiyaya məruz qalma-

sı böyrək funksiyasının pozulmasından ortaya çıxır. Bu xəstələrdə 

bakterial infeksiya sürətli inkişaf edir, müalicəyə çətinliklə tabe olur. 

Hemodializ xəstələrinin yarısında bədən hərarəti normadan aşağı 

olur və bunun səbəbi məlum deyil. Bəzi dializ xəstələrində infeksiya 

hərarətsiz keçir.

50–80% halda infeksiyanın mənbəyi damar yolu olur. Bakteremiya 

nəticəsində endokardit, meningit, osteomielit, paravertebral abses və 

septik embol formalaşa bilər.

İnfeksion ağırlaşmalar  ən çox femoral kateterdən olur, odur ki, 

onu 3–7 gündən çox saxlamaq məsləhət görülmür. Uzunmüddətli 

kateter üçün daxili vidaci vena istifadə olunur, amma onda da 

kateteri 3 həftədən artıq saxlamaq tövsiyə olunmur. Kateterin daha 

uzunmüddətli qalması lüzumu olduqda onda:

1. manjet ilə olan kateterdən istifadə etmək;

2. hər 3 həftədən bir kateteri yenisi ilə  əvəz edib başqa yerdə 

qoymaq;


3. infeksiya əlaməti olmadıqda kateteri bələdçi üzərində yenisi ilə 

əvəz etmək.

Bakterial  fl orası, adətən, stafi lakokk, streptokokk olur, bəzən 

qərammənfi  və hətta anaerob mikroblar da infeksiyanın səbəbi ola 

bilərlər.

Adətən, infeksiya üşütmə, yüksək hərarət, intoksikasiya ilə təzahür 

edir.  İnfeksiyalaşmış yerdə  qızartı, ağrı  və eksudasiya müşahidə 

edilir. Xəstəni dializə qoşduqda və ayırdıqda üşütmə, qızdırma baş 

verir. Sepsisin müalicəsi vaxtında aparılmadıqda xəstəni itirmək 

mümkündür.

Dializ zamanı bədən hərarəti pirogen reaksiyadan və infeksiyadan 

ola bilər. Pirogen reaksiya zamanı  bədən hərarəti dializdən qabaq 



227

Fəsil 7. Dializ xəstələrin problemləri

normal olur, amma dializ vaxtı qalxır, dializdən sonra özü keçir. 

Septisemiya ilə olan xəstələr yüksək hərarət ilə dializə  gəlirlər, 

müalicə olunmadıqda yüksək hərarət dializdən sonrakı dövrə qədər 

davam edir. Bütün hallarda qan əkilir. Əgər infeksiya əlaməti kateter 

ətrafında olarsa, kateter çıxarılır.  Əgər infeksiyanın aşkar vizual 

əlamətləri yoxdursa, onda kateter saxlanılır və əkilmənin nəticələrini 

alana qədər vankomitsin və aminoqlikozid kombinasiyası ilə müa-

licə aparılır. 36 saat müalicədən sonra bakteriemiya keçmirsə, onda 

kateter çıxarılır, keçirsə, antibakterial müalicə 4–6 həftə aparılır ki, 

infeksiya qayıtmasın. Xəstələrin 1/3 hissəsində bu yolla kateteri 

xilas etmək olur. Nəzərə almaq lazımdır ki, bəzi antibiotiklər (məs.: 

gentamitsin) heparin ilə bir yerdə uyuşmur.

Dializ xəstələrinə invaziv proseduralardan (dişlərin müalicəsi, 

mədə-bağırsaq traktında, uro-genital proseduralardan) qabaq xəstəyə 

profi laktika məqsədi ilə antibiotiklər amoksisillin 2 q, əməliyyatdan 

1 saat qabaq (və ya ampisillin 2 q əzələdaxili, yaxud venadaxili 

30 dəq. qabaq) yeridilir. Penisillinlərə allergiyası olan xəstələrdə – 

klindamitsin 600 mq per os, yaxud venadaxili, yaxud vankomitsin 1 

q venadaxili yeridilir.

Staphylococcus aureus dəridə  və burun selikli qişasında 

daşıyıcıları dializ pasientlərinin 50%-ni təşkil edir. Rifampisin 

profi 

laktik antibakterial terapiya, yaxud kalsium mupirosin 



məlhəminin intranazal istifadəsi daşıyıcılığın aradan qaldırılmasına 

kömək edir.



Damar yolu ilə  əlaqədar olmayan infeksiyalar.

 Polikistoz 

və sidik kisəsinin atoniyası  (şəkərli diabet) olan xəstələrdə sidik 

yollarının infeksiyası çox müntəzəm inkişaf edir.



Pnevmoniya, xüsusən qrammənfi  infeksiya nəticəsində baş verən 

dializ pasientlərində ölümün əsas səbəblərindən ola bilər.



Qarındaxili infeksiya – divertikulyoz və divertikulit, xolesistit, 

bağırsaq infarktı müşahidə olunur. Bəzən adrenal çatışmazlıqda 

hipotenziya qarında ağrılarla müşayiət olunur. 


228

Dializ

Vərəm.  Ümumi populyasiyaya nisbətən dializ pasientlərində 

10 dəfə daha yüksək tezliklə vərəm müşahidə edilir. Bu xəstələrdə 

vərəm ağciyərlərdə rentgenoloji dəyişikliklərsiz müşahidə edilir. 

Dəri areaktiv olduğu üçün dəri sınaqları  əksərən mənfi   olur. 

Xəstələrdə atipik sindromlar (məs.: assit, keçib-gedən qızdırma, 

yaxud iştahanın və  çəkinin azalması ilə gedən hepatomeqaliya) 

müşahidə edilir. Diaqnoz plevranın, yaxud qaraciyərin biopsiyası 

zamanı qranulyoma, yaxud mikobakteriyanın tapılmasına  əsasən 

qoyulur. Diaqnoz qoyulduqdan sonra spesifi k müalicə aparılır.

Listerioz. Dəmirlə yüklənmiş dializ xəstələrində müşahidə edilir.

Salmonellyoz septisemiyası müşahidə oluna bilər. 

İersinyoz infeksiyası deferoksamin alan xəstələrdə  təsadüf 

olunmuşdur.



Helikobakter pilori infeksiyasının tezliyi adi populyasiya kimi 

olub, müalicəsi də dializ xəstələrində fərqlənmir.



Virus infeksiyaları

Hepatit A – dializ xəstələrində rastgəlmə tezliyi, gedişi adidir. 

Xroniki formaya keçid az olur.



Hepatit B. Hemotransfuziyaların azaldılması hesabına hepatit B 

virusun (HBV) rastgəlmə tezliyi azalmağa başlamışdır. Xəstəlik bəzi 

dializ mərkəzlərində  geniş yayılmış, bəzən kütləvi infeksiyalaşma 

nəzərə çarpır. Bunun qarşısını almaq üçün hepatit B-yə qarşı vaksinin 

yeridilməsi tövsiyə olunur. Ancaq 50–60% xəstədə vaksindən sonra 

müdafi ə anticisimləri  əmələ  gəlir. Hemodializə nisbətən periton 

dializində hepatit B ilə infeksiyalaşma riski azdır.

Dializ xəstələrində HBV əsasən simptomsuz gedir. Adətən 

halsızlıq müşahidə edilir. İnfeksiyanın manifestasiyası qan zər-

dabında AST və ALT səviyyəsinin 2–3 dəfə artıq yüksəlməsi ilə 

başlayır.  Bilirubin əksər hallarda norma daxilində olur. 50% halda 

HBV xroniki formaya keçir. Alfa-interferon müalicəsi ancaq 1/3 

xəstələrdə kömək edir.

HBS aşkar olunmamış hemodializ xəstələri hər 6 aydan bir HBV 

infeksiyasına qarşı yoxlanmalıdırlar: AST, ALT, HBs antigen.


229

Fəsil 7. Dializ xəstələrin problemləri

Xəstələr və tibb personalı arasında HBV infeksiyalaşmasına qarşı 

profi laktik epidemioloji tədbirlər aparılmalıdır (cədvəl 7.11).

İmmunoqlobulin. Xəstə insanın bioloji mayeləri ilə təmasda olan 

şəxslərə vurulmalıdır.

                                                                 Cədvəl 7.11

Hemodializ şöbələrində HBV infeksiyasının profi laktikası

1. Personal və xəstələr üçün ümumi tövsiyələr:

a)  hər 6 aydan bir HBsAg ilə HBsAb yoxlamaq;

b)  HBsAg müsbət xəstələri izolə etmək;

c) dializ cihazların səthini və başqa qanla çirklənmiş yerləri 1%-li 

natrium hipoxlorid məhlulu ilə dezinfeksiya etmək;

d) HBsAg müsbət olan xəstələri hemodializatorlarının təkrar 

istifadəsi qadağan olunmalı.

2. Ümumi tövsiyələr:

a)  personal sukeçirməyən paltar geyməlidir;

b)  qan və başqa bioloji maye ilə təmas zamanı əlcək geymək;

c) hər xəstədən sonra əlcəyi dəyişmək, əlləri yumaq;

d) qan çiləməsi təhlükəsi olduqda eynək geymək;

e) istifadə olunmuş iynələri, birdəfəlik materialı xüsusi konteynerə 

yığmaq;

f) şöbədə yemək, içmək qadağan olmalı.



3. Xəstənin qanı ilə kontaktda:

a) 6 aydan sonra, yaxud gec HBsAg yoxlanmaq;

b) HİV-ə yoxlanmaq (işçinin razılığı olmalıdır) 6 həftə – 6 ay 

sonra;


c) xəstə HBsAg pozitiv olduqda, yaxud yoxlanmadıqda 

immunoqlobulin yeritmək;

d) xəstə  HİV-ə yoxlanmalı (xəstə ancaq bilməlidir, razılığına 

ehtiyac yoxdur).



Hepatit C. Hepatit C qarşı anticisimlərin  (anti-HCV) tapılması 

dializ xəstələrində ümumi populyasiyaya nisbətən daha müntəzəm 



230

Dializ

təsadüf olunur. Xəstələnmə  və yoluxma riskinin yüksək olması 

transfuziyalar, uzunmüddətli dializ müalicəsi, anamnezdə böyrək 

transplantasiyası, venadaxili narkotiklərin istifadəsi ilə əlaqədardır. 

Son illər HCV yoluxma tezliyi azalmağa başlamışdır. Lazımi 

profi laktik, epidemioloji tədbirlərin yerinə yetirilməsi, aseptika və 

antiseptikaya  əməl olunması, transfuziyaların azalması  xəstəliyin 

yayılmasına mane olur. Bəzi mərkəzlərdə HCV testi qoymağı yox, 

biokimyəvi analizləri aparmağı tövsiyə edirlər. Bunun səbəbləri 

aşağıdakılardır:

a) HCV  HBV qədər yoluxucu deyildir;

b) anti- HCV testi keçmiş və davam edən infeksiyanı ayıra bilmir. 

Bundan başqa, 50% halda müsbət testlər yalançı ola bilər, ona görə 

RNT PZR diaqnostika aparılır.

c) anticisimlərin əmələ gəlməsi ilə yoluxma arasında orta interval 

8–10 həftə təşkil edir, ona görə bəzən yoluxma belə anti-HCV testi 

nəticəsində aşkar edilmir.

Personal arasında yoluxma 0-6% arasında olur. Kontakt olduqda 

immunoqlobulin yeridilməsi tövsiyə olunmur.

Hepatit C 1% dializ xəstələri arasında müşahidə olunur. Hazırda 

effektiv müalicə üsulları  məlum deyildir, amma alfa-interferon 

transaminazanın səviyyəsini endirir, biopsiya nəticələrini yaxşı laş-

dırır. Lakin  interferon müalicə saxlandıqdan sonra kliniki təzahür lər 

geri qayıdır, yanaşı əlamətlər (mialgiya, baş ağrıları, zəifl ik, sümük 

iliyinin supressiyası) yenidən müşahidə edilir. Transplantasiya-

dan  əvvəl bu müalicənin aparılması  məqsədəuyğundur, çünki 

interferon+ribavirin kombinasiyası böyrəyin normal funksiyası 

olduqda hepatitin qayıtma ehtimalını aşağı salır. Ribavirinin dializ 

xəstələrində istifadə olunma problemi ortaya çıxır, çünki preparat 

dializlə xaric olmur və onun yarımparçalanma dövrü artmış olur. 



Sitomeqalovirus və mononukleoz dializ pasientlərində az təsadüf 

edilir.


Qrip – dializ xəstələri üçün yüksək təhlükə təşkil edir, odur ki, 

vaksinasiya olunmalıdırlar.



231

Fəsil 7. Dializ xəstələrin problemləri

Qazanılmış immundefi siti sindromu (QİDS) – hemotransfuziya-

lara nəzarət (1986-cı ildən) artdığı üçün, tezliyi dializ xəstələrində 

çox azalmışdır.

Kliniki təzahürləri. Dializ xəstələrində QİDS bəzən gizli, bəzən 

tam kliniki şəkildə  aşkar oluna bilər, hətta QİDS özü də XBÇ 

törədə bilər. Kliniki təzahürlər olduqda 6 aylıq dializ müalicəsində 

xəstələrin 25%-i salamat qalırlar. Gizli QİDS xəstələri isə illərlə 

dializdə yaşaya bilərlər, həmçinin kombinə olunmuş kimyəvi 

terapiya nəticələri ilbəil yaxşılaşdırır.

Bəzi mərkəzlər konfi densiallığı saxlamaqla bütün xəstələri HİV-ə 

qarşı yoxlamağı tövsiyə edirlər.

HİV infeksiyası olan xəstələrə dializ apardıqda HBsAg müsbət 

olan xəstələrin müalicəsində istifadə olunan təhlükəsizlik tədbirlərinə 

oxşar qaydalara əməl olunması tövsiyə olunur. 

G tipi virus hepatiti GB. 3% dializ  xəstələrində müşahidə edilir, 

qaraciyərdə aktiv proses tapılmır.

Vaksinasiya. Dializ xəstələrinin əksəriyyətinə pnevmokokk infek-

siyası, qrip və hepatitə qarşı vaksinasiya olunmalıdır. Hepatit B-dən 

başqa, bütün vaksinlərin dozası adi halda istifadə olunan dozadır 

(cədvəl 7.12).

                    

     Cədvəl 7.12



Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin