Mehman Ağayev, Sultan Əliyev ÄÈÀËÈÇ Bakı – 2010



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə24/34
tarix29.12.2016
ölçüsü9,15 Mb.
#3870
1   ...   20   21   22   23   24   25   26   27   ...   34

Ağırlaşmalar.

 HD ilə HS kombinasiyada aparıldığı zaman dializ 

məhlulunda fosfor olmadığı üçün fosfatların qanda səviyyəsi aşağı 

enir və tənəffüs çatışmazlığına səbəb ola bilər. Bunun qarşısını almaq 

üçün dializata fosfat əlavə etmək lazım gəlir.

Adi dializ məhlulu istifadə olunduqda dializatda bikarbonatın 

yüksək səviyyədə olduğu üçün xəstələrdə metabolik və  tənəffüs 

alkalozu ortaya çıxır. Bunun qarşısını almaq üçün dializatda 

bikarbonatın səviyyəsi aşağı salınır.

Zəhərlənmə ilə eyni zamanda KBÇ müşahidə edilən xəstələrdə 

uzunmüddətli, effektiv HD aparılması  təhlükəlidir – tarazlıq 

poz ğunluğu sindromu meydana çıxa bilər. HS apardıqda trom-

bositopeniya və  leykopeniya müşahidə oluna bilər, amma 24–48 

saata dəyişikliklər bərpa oluna bilir.

Uzunmüddətli HS nəticəsində hemoliz, su-duz mübadiləsinin 

pozğunluqları, qanaxmalar müşahidə oluna bilər və hər bir konkret 

halda lazımi tədbirlər görülür. Ayrı-ayrı maddələrlə  zəhərləndikdə 

göstərilən spesifi k yardımın xüsusiyyəti və həcmi haqda məlumatlar 

toksikologiyaya həsr olunmuş  rəhbərliklərdə verilir. Aşağıdakı 

cədvəldə HD və HS ilə çıxarılan maddələr haqda məlumatlar təqdim 

olunur (cədvəl 10.6).

                                                                             



296

Dializ

Cədvəl 10.6

Bəzi maddələrin qandan çıxarılmasının üstün üsulları

Antimikrobxərçəng əleyhinə 

preparatlar

♦ cefaclor

♦ cefazolin

♦ cefuroxime

♦ amikasin

♦ gentamicin

♦ kanamycin

♦ tetracycline

♦ tinidazole

♦ ofl oxacin

♦ izoniazid

♦ acyclovir

♦ zidovudine

♦ cyclophosphamide

Barbituratlar

♦ amobarbital

♦ qunalbital

Yuxugətiricilər,sedativ dərmanlar, 

trankvilizatorlar

♦ carbamazepin

♦ carbromal

Ürək-damar dərmanları

♦ atenolol

♦ enalapril

♦ methyldopa

Spirtlər


♦ ethanol

Analgetiklər, revmatizm əleyhinə 



HD ilə çıxarılan dərmanlar və

maddələr

HS ilə çıxarılan dərmanlar və 

maddələr

Barbituratlar

♦ amobarbital

♦ butabarbital

♦ heksabarbital

♦ pentobarbital

♦ phenobarbital

♦ quinabarbital

♦ secobarbital

♦ thiopental

♦ vinalbital

Qeyri-barbital yuxugətiriciləri, 

sedativlər, trankvilizatorlar

♦ carbromal

♦ xlorpromazin

♦ meprobamate

♦ promazin

♦ prometazin

Analgetiklər, antirevmatik 

dərmanlar

♦ acetominofen

♦ acetylsalisilic acid

♦ colchicinlər

♦ salicylic acid

Antimikrob preparatlar

♦ ampicillin

♦ gentamicin

♦ izoniazid



297

Fəsil 10. Hemosorbsiya

Antidepressantlar

♦ amitryptiline

♦ imipramine

 Bitki  heyvan mənşəli zəhərlər, 

gerbisidlər,insektisidlər

♦ amanitin

♦ demeton sulfoxide

♦ diquat

♦ methylparathion

♦ nitrostigmine

♦ biphenillər

♦ parathion

Ürək-damar dərmanları

♦ digoxine

♦ diltiazem

♦ metoprolol

Müxtəlif təsirə malik dərmanlar

♦ theophylline

♦ cimetidine

♦ phenollar

Həlledicilərqazlarmetallar

♦ carbon tetrachloride

♦ ethylene oxide

♦ trichloroethane

♦ xylene


♦ alüminium

♦ dəmir


dərmanlar

♦ acetaminophen

Antidepressantlar

♦ amphetaminlər

♦ isocarboxazid

♦ MAO inhibitorları

Həlledicilərqazlar

♦ aceton


♦ carbon monoxide

Bitki  heyvan zəhərləri, 

herbisidlər, insektisidlər

♦ alkyl phosphate

♦ amanitin

♦ demethoate

♦ ilan sancması

Müxtəlif mexanizmlə təsir edən 

maddələr

♦ acipimox

♦ allopurinol

♦ aminophylline

♦ aniline

♦ bor turşusu

♦ fol turşusu

♦ methylprednizolone

♦ thiocyanate

♦ ranitidine



298

Dializ

Fəsil 11

 

Dializ xəstələrinin müxtəlif orqan 

və sistemlərində müşahidə olunan 

spesifi k dəyişikliklər

11. 1. Ürək-damar sistemi

Ü

rək-damar sistemi (ÜDS) pozğunluqları dializ xəstələri 

(DX) arasında daha çox müşahidə edilir, çünki onlarda 

aterosklerozu yaradan risk faktorları tezliyi artır, xüsusən AH və 

şəkərli diabet olduqda bu tezlik daha çox yüksəlir. Həmçi nin  uremiya 

üçün spesifi k olan faktorlar: triqlisevidemiya, hiperpa 

ratireoz, 

damarların kalsifi kasiyası, kalsium-fosfor mübadiləsi anomaliya-

ları, homosistein, urat və oksalatların səviyyəsinin yüksəlməsi də 

müəyyən rol oynayır. Müşahidələr göstərir ki, HD və PD xəstələrin 

ölümünə  ən çox təsadüf olunan səbəbləri ÜDS problemləri olub, 

50% təşkil edir.



Arterial hipertenziya

 dializ müalicəsinə  qədər 80–90% xəs-

tələrdə müşahidə edilir və 6-cı  fəsildə onun müalicəsi haqqında 

ətrafl ı məlumat verilmişdir. 



Hiperlipidemiya

  – triqliseridemiya 1/3 xəstələrdə müşahidə 

edilir. Bunun səbəbi XBÇ zamanı lipoproteinlipaza qıtlığı olur və 

LDL artır. Böyrək lipazasının qıtlığı  və beta-blokatorların qəbulu 

aşağı sıxlıqlı lipoproteidlərin səviyyəsinin yüksəlməsinə səbəb olur. 

Yüksək sıxlıqlı lipoproteidlərin və apolipoproteid A-I səviyyəsi 

aşağı düşür. Hipertriqliseridemiyanın müalicəsi üçün pəhrizə riayət 

etmək, balıq məhsulları və yağı istifadə edilməsi tövsiyə edilir.

Dərman vasitələrindən bezafi brat,  fenofi brat,  hemfi brozil 

25% azaldılmış dozada istifadə olunur. Fiziki hərəkətlər artırılır. 

Beta-blokatorlarlar triqliseridləri artırdığı üçün imtina edilir. PD 



299

Fəsil 11. 

Dializ xəstələrinin müxtəlif orqan və sistemlərində müşahidə olunan spesifi k dəyişikliklər

xəstələrinə natrium və suyun qəbulu azaldılır. Yüksək keçiricilikli 

dializatorlar və kiçikmolekullu heparin lipid mübadiləsinə yaxşı 

təsir göstərir;

•  Apolipoproteinlərin zərdabda səviyyəsi pozulur, Apo A-I, 

Apo A-II azalır. Apo B, apoC-I, apoC-II, apoC-III və apoE artır;

•  Lipidlərin peroksid oksidləşməsi sürətlənir. Bunun səbəbi 

antioksidant fermentlərin aktivliyinin qanda azalması, həmçinin 

hüceyrə daxilində askorbin turşusunun və tokoferolun səviyyəsinin 

enməsidir;



Hiperxolesterinemiya.

 Dializ xəstələrində, adətən, xolesterinin 

səviyyəsi aşağı olur ki, bu da qidalanma ilə əlaqədardır. Xolesterinin 

səviyyəsinin normal olmasına baxmayaraq HDL səviyyəsi aşağı 

olur. Bu zaman xəstələrə yarımdoymamış yağ turşuları ilə zəngin, 

doymuş yağ turşusu və xolesterinlə kasıb olan pəhriz verilir və bəzən 

atorvastatin 10–40 mq/gün dozada təyin edilir.

Ürəyin işemik xəstəliyi. 

XBÇ zamanı aterosklerozun risk 

faktorları çoxdur və aşağıdakı cədvəldə verilir (Cədvəl 11.1).

                                  



Cədvəl 11.1

XBÇ zamanı aterosklerozun risk faktorları

Arterial hipertenziya

Siqaret çəkmək

Şəkərli diabet

İnsulinə rezistentlik

Lipid mübadiləsinin pozğunluqları:

– triqliseridemiya;

– yüksək sıxlıqlı lipoproteidlərin azalması;

– apoenzim A-I səviyyəsinin azalması;

– hiperxolesterinemiya – anamnazində nefrotik 

sindrom olanlar.

Damarların kalsifi kasiyası:

– hiperparatireoz;

– fosfor kalsium hasilinin artması.



300

Dializ

Zərdab homosisteinin səviyyəsinin artması

C – reaktiv zülalın zərdabda artması

Plazmada uratların və oksalatların artması

Sərbəst radikallar

Poliaminlər



Stenokardiyanın

 müalicəsində ümumi xəstələrdə olduğu kimi 

nitratlar, uzunmüddətli təsir edən nitratlar, beta-blokatorlar və 

kalsium kanal blokatorları istifadə olunur.

Ağır anemiyanı aradan qaldırmaq üçün EPO təyin edilir.

Dializ zamanı stenokardiya olduqda hipertenziyanı aradan qal-

dırmaq lazım gəlir. AT normal olduqda nitroqliserin dilin altına 

verilir.


Aortakoronar  şuntlama və angioplastika.

  Dializ xəstələrində 

stenokardiya olduqda onlarda revaskulyarizasiya əməliyyatları 

aparılır. Amma əməliyyatdan sonra 20% halda ölüm müşahidə 

olunduğu üçün sol mədəcik miokardının ağır zədələnməsində 

əməliyyat göstəriş sayılmır. Translyuminal koronar angioplastikadan 

sonra 100% halda kliniki əlamətlər yaxşılaşsalar da, 6 aydan sonra 

stenokardiya yenidən baş qaldırır. Angioqrafi yanın aparılma riski 

çox deyil, amma ondan sonra rentgenkontrast maddəni bədəndən 

çıxartmaq üçün dializ aparılır.

Kəskin miokard

 infarkt zamanı dializ apardıqda arterial 

hipotenziyaya qarşı tədbirlər görülür və Hb səviyyəsi 110 q/l yüksəyə 

qaldırılır.



Perikard xəstəlikləri.

 Dializ xəstələrinin 3-4% ölümün səbəbi 

perikardit olur, çünki tamponada, aritmiya və ürək çatışmazlığına 

səbəb olurlar. Perikardit uremik və dializlə əlaqədar ola bilər.



Uremik perikardit

 dializin başlanğıcında olur, hazırda dializ 

tez başlandığı üçün müşahidə olunmur. Perikardit dializə mütləq 

göstəriş sayılmalıdır.

Dializlə əlaqədar perikarditlərin səbəbi interkurrent, yaxud virus 

infeksiyası, hiperkatabolizm, həcmlə yüklənmə, hiperurinemiya 



301

Fəsil 11. 

Dializ xəstələrinin müxtəlif orqan və sistemlərində müşahidə olunan spesifi k dəyişikliklər

və qidalanmanın çatışmazlığı ola bilər. Perikarditin əlamətləri: 

perikardın sürtünmə küyü, döş  qəfəsində  ağrılar, dializ vaxtı 

hipotenziya və USM zamanı perikard boşluğunda mayenin olmasıdır.



Müalicə – 100 ml maye müalicə tələb etmir. Təhlükəli hal ürəyin 

tamponadasıdır, ona görə də ExoKQ nəzarət edilir. Əgər perikardın 

sürtünmə küyü itirsə, ürək tonları karlaşırsa, AT aşağı düşürsə, onda  

eksudatın artması (tamponada?) haqda düşünmək lazım gəlir.

Dializin intensifi kasiyası – həftədə 5–7 dəfə 2–4 həftə davam 

edilir. Uremik perikardit dializ perikarditinə nisbətən müalicəyə 

yaxşı tabe olur. Dərman müalicəsi effektsizdir.

Cərrahi müalicə – perikardin tamponadası birdən başladığı üçün 

nəticəsi xəstə üçün fatal ola bilər. Odur ki, mayenin miqdarına daima 

ExoKQ nəzarət aparılır. Mayenin həcmi 250 ml-ə çatdıqda (arxa 

exoneqativ sahə 1 sm-dən çox olduqda) subksifoid (xəncərəbənzər 

çıxıntıaltı) perikardiostomiya, yaxud aşağıdakı proseduralardan biri 

edilir:


1. perikardiostomiya – perikard boşluğuna drenaj qoyulur;

2. perikardiosentez – tamponada olduqda edilir;

3. ön perikardektomiya – xəstənin həyatı üçün çox risklidir.

Konstruktiv (sıxıcı) perikardit

 – dializ perikarditdən sonra 

müşahidə edilir. Əksər halda durğun ürək çatışmazlığı maskası 

altında manifestasiya edir. Ancaq perikardektomiyadan sonra son 

dəqiq diaqnoz qoyula bilir.

İrinli perikardit.

  Əksər halda damar yolundan baş verən 

septisemiyadan sonra müşahidə edilir. Ön perikardektomiya və 

antibakterial müalicə aparılır. Perikarditi olan xəstələrdə dializ 

keçirmək müəyyən risk ilə əlaqəli olur:

1. qanaxma – heparinsiz dializ aparılmalı;

2. aritmiya – iltihab nəticəsində ürək ritmini verən strukturlar 

zədələnirlər, plazmada kaliumun səviyyəsi nəzarət olunmalı;

3. tamponada əlaməti olaraq hipotenziya baş verir;

4. dehidratasiya – gündəlik dializ zamanı baş verə bilər;



302

Dializ

5. hipokaliyemiya və hipofosfatemiya – müşahidə edildikdə dia-

liz məhlulunda K (4,0 mekv/l) və fosfor (1,3 mmol/l) səviyyəsinə 

qədər qaldırılır;

6. metabolik alkaloz – hər gün dializ metabolik alkaloz verə bilər, 

onda dializ məhlulunda bikarbonatın səviyyəsi 25 mmol/l endirilir.



Sol mədəciyin disfunksiyası  və hipertrofi yası.

  Dializ xəs-

tə lərində sol mədəciyin hipertrofi yası, onun sistolik və diastolik 

funksiyaların pozulması müşahidə edilir. Sol mədəciyin divarının 

hipertrofi yası qeyri–adekvat olaraq hiperparatiroidizm, yaxud 

vitamin D defi siti nəticəsində ola bilər.

Dializ xəstələrində ürək çatışmazlığı  və maye ilə yüklənməni 

ayırmaq üçün bədən çəkisini nəzarətdə saxlamaq lazımdır.

Sol mədəciyin disfunksiyasının səbəbləri çoxdur:

– arterial hipertenziya;

– maye ilə yüklənmə;

– anemiya;

– ürəyin işemik xəstəliyi;

– arterio-venoz fi stulada qanın venaya sürətlə atılması;

– miokardın kalsifi kasiyası;

– sistem xəstəlikləri (məs. amiloidoz, poliartrit, sklerodermiya);

– uremiya.

Sol mədəciyin hipertrofi yası (SMH) ExoKQ üsulun və doppler 

metodun köməyi ilə aşkar edilir və dinamikada nəzarət aparılır. 

SMH və disfunksiyasının aradan qaldırılması:

1. AT və maye balansını nəzarətə almaq;

2. Aarterio-venoz fi stula və protezlər – bəzən ürək atımını artırır 

(Brenxem simptomu – AV fi stulanı sıxdıqda bradikardiya baş verir);

3. Anemiya – EPO istifadə olunduqda Hb-nin səviyyəsi 10 q/dl-

dən çox yüksəlir və bu da SMH azalmasına səbəb olur.



Müalicə – ağciyərin kəskin ödemi sol mədəciyin disfunksiyası 

olduqda, adətən, maye ilə yüklənmədən sonra baş verir. Ürəyin 

postyüklənməsi olduqda (ətrafl ar soyuq, sianozlu) nitratlar təyin 


303

Fəsil 11. 

Dializ xəstələrinin müxtəlif orqan və sistemlərində müşahidə olunan spesifi k dəyişikliklər

edilir, hətta AT 100 mm c. süt. olsa da. Təcili izolə olunmuş UF 

aparılır. Xəstə  vəziyyətdən çıxarılandan sonra onun yeni “quru” 

çəkisi tapılır.



Xroniki ürək çatışmazlığı (XÜÇ).

 Bəzən XÜÇ-ni hipotenziya 

səbəbindən HD ilə müalicə etmək mümkün olmur, onda xəstə periton 

dializinə keçirilir və onun çəkisi nəzarətə alınır.

Ürək qlikozidləri – diqoksin yarım dozada 0,0625 mq günaşırı 

istifadə edilir, AÇFI tətbiq Hb 110–120 q/l səviyyəsinə qaldırılması 

SMH-ni azaldır.

Endokardit

  – infeksiyanın damar yolundan disseminasiyası 

nəticəsində baş verir. Əksər xəstələrdə staphylococcus aureus 

bakteremiyasının ağırlaşması kimi kəskin bakterial endokardit baş 

verir. Müalicə məqsədi ilə iki antistafi lakokk agentdən (fl oksasillin, 

eritromitsin, gentamitsin, vankomitsin) 4–6 həftə  ərzində müalicə 

aparılır. Endokardit simptomları ürək küyləri, baş gicəllənməsi və 

bəzən ürək çatışmazlığı əlamətləri müşahidə edilir.

Müalicə.  Xəstələrdə immun sisteminin zədələndiyi üçün qa-

paqlarda, miokarda abseslər inkişaf edə bilir. Adekvat antimikrob 

müalicədən başqa, bəzən hətta cərrahi əməliyyat – qapaqların pro-

tezlənməsi də aparılır.



Aritmiyalar. 

Dializ xəstələrində SMH, ÜİX, iyon mübadiləsinin– 

K, Na, Ca, Mg, H ionlarının səviyyələrinin pozğunluqları aritmiyaya 

səbəb olur. Hipoksiya, hipofosfatemiya, keçirici sistemə yaxın yer-

ləşən miokardın kalsifi kasiyası da ritm pozğunluğu verə bilər. 

Səbəblərinə görə aşağıdakı qruplara ayrılır:

– digitalis qəbulu ilə əlaqədar aritmiyalar. Digitalis alan xəstələrin 

plazmasında K səviyyəsi 3,5 mekv/l-dən az olmamalıdır (K dializatda 

3,0–3,5 mekv/l-ə qaldırılır). Davamedici mədəcik aritmiyaları 

xinidinlə, qulaqcıq fi brilyasiyası amiodaron ilə müalicə oluna bilər;

– SMH, ÜİX, perikardit, amiloidoz. Hipotenziya başlanğıc 

mexanizmi rolunu oynaya bilər. Miokardda işemik dəyişiklikləri ST 

seqmentinin dinamik EKQ nəzarəti aparmaqla aşkar etmək olar;


304

Dializ

– dializ zamanı aritmiya müşahidə edildikdə dializ dayandırılmır 

və adi qaydada müalicə aparılır. Xroniki aritmiyalarda siqaret 

çəkməkdən imtina olunmalı, tünd qəhvə, medikamentoz və s. 

müalicə aparılır.

Antiaritmik preparatlar:

I sinif – membran stabilizatorları;

I a–preparatlar – xinidin, prokainamid, dizopramid fəaliyyət 

potensialının davamiyyətini (FPD) artırırlar.  Əsasən böyrəklərlə 

xaric olurlar, intoksikasiyada QT intervalını uzadırlar;

I b-preparatları – lidokain, meksiletin, fenitoin FPD-ni azaldır, 

dializ xəstələrində toksik təsir etmirlər;

I c-preparatları – fl ekainid, enkainid, lorkainid, propafenon – 

FPD-yə təsir etmir. Bunların arasında propafenon XBÇ zamanı ən 

təhlükəsizdir, bir qədər beta-blokator təsiri də göstərir.

II sinif – simpatolitiklər. Beta-blokatorların dozası ürək vurğuların 

sayına görə titrələnir. Bretilium həmçinin III sinif preparatları təsiri 

göstərir – FPD-ni artırır.

III sinif – FPD-ni artıran preparatlar. Amiodaron dializ xəstələrin-

də bu qrupdan olan yeganə dərman kimi istifadə olunur.

IV sinif – preparatlar kalsium kanal blokatorları. Böyrəklərlə 

xaric olmadığı üçün adi dozada istifadə edilir. Verapamilin təsiri sol 

mədəciyin funksiyasının pozulduğu xəstələrdə daha güclü olur.

 Dializ xəstələrinin qəfl ətən ölümü – adətən, ürək problemləri, 

hiperkaliyemiya ilə  əlaqəli olur. Bu zaman təcili dializlə yanaşı, 

kalsium xlorid, yaxud kalsium qlükonat, qlükoza insulinlə yeridi lir. 

Qlükoza ilə insulin kimi albuterol da yeridilə bilər.



11.2. Mədə-bağırsaq tra

k

tı (MBT)

 Dializ xəstələrində aşağıdakı simptomlar müşahidə olunur:

– anoreksiya;

– ürəkbulanma və qusma – uremiya və su-elektrolit mübadiləsinin 

pozulması nəticəsində müşahidə edilir.


305

Fəsil 11. 

Dializ xəstələrinin müxtəlif orqan və sistemlərində müşahidə olunan spesifi k dəyişikliklər

Dializdən əvvəl olan simptomlar dializ başladıqdan sonra itirlər. 

Əgər dializ prosesində müşahidə olunursa, onda ilk növbədə qeyri-

adekvat dializ haqda düşünmək lazımdır. Dializ zamanı ürəkbulanma 

və qusma hipotenziya zamanı meydana çıxır, UF nəticəsində, yaxud 

asetat dializatı istifadə edildikdə olur. Ona görə xəstələr dializarası 

dövrdə suyu və duzu az istifadə etməlidirlər. Bunun qarşısını almaq 

üçün  əvvəl izolə olunmuş UF, yaxud Na-un profi lləşdirilməsi 

aparılır. Bəzən öyümə  və qusmanın dializ ilə  əlaqəsi olmur, onda 

MBT müayinə olunur. 



Dispepsiya

 – epiqastriumda diskomfort kimi hiss olunur. Bura 

epiqastriumda ağırlıq, havanın yığılması, gəyirmə aid edilir. Bu 

əlamətlər MBT xəstəlikləri–xora xəstəliyi, qastroezofaqal reftyuks, 

qastrit, duodenit, yaxud da şəkərli diabet xəstələrində müşahidə 

edilən mədənin parezi zamanı ola bilər. Bəzən isə fosfor birləşdirən 

dərmanlar, dəmir preparatların qəbulu ilə də əlaqələr ola bilər. Əgər 

anamnezdə MBT xəstəliyi vardırsa, onda xəstələr  müayinədən 

keçməlidirlər. Xəstələrin müalicəsində prokinetik agentlər, anta-

sidlər, H

2

- histamin reseptorlarının antaqonistləri, proton nasosu 



blokatorları və s. istifadə edilir.

Qəbizlik

  – dializ xəstələrində maye qəbulunun məh dud laş -

dırılması, kaliumun artıqlığına görə meyvə-tərəvəzin azal 

dıl-

ması, fosfor birləşdiricilərinin, dəmir preparatlarının qəbulu,  fi -



ziki aktivliyin azlığı, narkotik analgetiklərin (kodein, meperidin) 

qəbulu qəbizliyə səbəb olur, divertikulit, babasil baş verə bilir. Belə 

hallarda xəstələrə yumşaldıcı, stimuləedici (bisakodil), hiperosmotik 

(sorbitol 70%-li məhluldan 30 ml, laktuloza) istifadə edilir. Bəzən 

təxirəsalınmaz nəticə üçün sabun suyu ilə, mineral yağlarla imalə, 

yaxud bisakodil-qliserinli şamlardan istifadə olunur.



Diareya

 – ishal əsas 4 mexanizm ilə baş verir:

1. osmotik diareya;

2. sekretor diareya;

3. bağırsaq motorikasının pozulmasından baş verən diareya;

4. seliyin eksudasiyası, qan və zülalın iltihab nahiyəsində ifrazı.



306

Dializ

Bəzən pəhriz və virus xəstəliklərdən də diareya müşahidə edilə 

bilər. Bağırsaq divarının işemiyası, yaxud infarktı dializ zamanı 

qanlı diareya, qarında ağrı, hərarətin yüksəlməsi, sepsis əlamətləri, 

hipotenziya ilə müşayiət olunur. AH, ŞD və dislipidemiya olan 

xəstələrdə arteroskleroz müşahidə edildiyi üçün çox təsadüf olunur. 

Diareya yüksək hərarət ilə olduqda infeksiya haqda düşünmək 

lazım gəlir. Qanı və kalı bakteriyalara müayinə etmək lazım gəlir. 

Uzunmüddətli antimikrob dərmanlarla müalicədən sonra Clostridum 

diffi cile entereti inkişaf edə bilər. Belə enteritin müalicəsində per os 

vankomitsin, yaxud metronidazol istifadə edilir.

ŞD-də periodik diareya vegetativ neyropatiya nəticəsində baş 

verə bilər. Bəzən endoskopik müayinə aparılır. Stulda lifl ər və 

yağlar olduqda malabsorbsiya sindromu haqda düşünmək olar – 

onda pəhriz və həzm fermentlərin təyini problemi aradan qaldırar. 

Qeyri infeksion mənşəli diareyalarda müvəqqəti kömək məqsədi ilə 

loperamid hidroxlorid (İmodium), yaxud difenoksilat hidroxlorid və 

atropin (lomotil) istifadə oluna bilər.



Hıçqırma. 

Diafraqmanın qəfl ətən yığılması  və  səs yarığının 

bağlanması nəticəsində baş verir. Səbəbi diafraqmanın qıcıqlanması, 

hiponatriyemiya və uremiya ilə  əlaqədar başqa metabolik 

dəyişikliklər də ola bilər. Uremiya ilə əlaqədar olan hıçqırma dializ 

ilə yaxşı müalicə olunur. Xlorpromazin, metoklopramid, xinidin, 

fenitoin, valproin turşusu, baklofen, nifedipin istifadə oluna bilər.

Dializ xəstələrində dadın dəyişməsi

, ağızda metal dadı, spesifi k 

iy ola bilər. Bunların səbəbi uremik stomatit, parotit və  ağızda 

quruluq sindromu ola bilər. Belə hallarda dializin intensifi kasiyası 

və Zn qəbulu tövsiyə edilir.


Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin