MahġRƏ naği qizi çapar kazimli


Mahirə Nağı qızı, Çapar Kazımlı



Yüklə 113,22 Kb.
Pdf görüntüsü
səhifə9/17
tarix03.04.2017
ölçüsü113,22 Kb.
#13208
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
98 
döyüşmüşdü.  Görənlər  söyləyirlər  ki,  həlak  olan  yoldaşlarının 
güllələrini  də  götürüb  onların  intiqamını  alıb.  Amma  onun 
qəhrəmanlığının  ən  etibarlı  şahidi  göy  üzüdür.  İndiyə  qədər 
torpaq  yaşadırdı,  bundan  sonra  göy  üzü  yaşadacaq  Nüsrəti”. 
Bu, müəllifin “Göy rəngin ağısı” yazısındandır. 
Müəllif Sədərək şəhidi Məmmədov Faiq Yaqub oğlu haq-
qında  yazının  sərlövhəsinə  də  çox  mənalı  ad  çıxarıb:  “Qırmı-
zının fəryadı”. Orada deyilir ki, Faiq qırmızı rəngi çox sevirdi. 
Novruz bayramında qırmızı boyanmış yumurta ona verilmiş ən 
böyük,  ən qiymətli  hədiyyə  olardı. Toylarda qırmızı xonçalara 
həsrətlə  baxardı.  Qırmızı  rəngin  sevinciylə  yaşayardı.  Lakin 
üzərinə  qırmızı  parça  salınmış  cənazə  çox  tez  qucaqladı  onu. 
Bu dəfə qırmızının fəryadı yola saldı Faiqi. 
Kamran  İmranoğlunun  şəhid  Hüseynov  Şamil  Telman 
oğluna  həsr  etdiyi  “Yaşıl  rəngin  naləsi”  yazısı  da  oxucu 
yaddaşına asanlıqla hörülür: “ Şamil hərbi xidmətdə olarkən də 
namaz  qılar,  ibadət  edərdi.  Onun  qəlbində  əbədi  bir  ilahi  eşq 
məskən  salmışdı.  Tanrı  sevgisi  ona  ölümündə  də  gərək  oldu. 
Meyidlərin şəxsiyyətini  təyin  edən zaman cibdən çıxan möhür 
və  təsbeh  tərəddüdsüz  olaraq  Şamili  nişan  verdi.  Yaşıl  rəngin 
naləsindən tanındı Şamil!” 
Kamran  İmranoğlunun  36  səhifəlik  “Sədərək  döyüşləri” 
kitabı  sədərəklilərə  dərin  hörmət  və  məhəbbətin  ifadəsi  kimi 
birnəfəsə  oxunur,  su  kimi  içilir.  Çünki  əsər  maraqlı  ədəbi 
üsulla-yaddaqalan  epizodlarla,  döyüş  xronikaları  ilə  oxuculara 
təqdim olunmuşdur.   
 

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
99 
DÜġÜNDÜRƏN POVEST 
 
   Bədii  əsərlərdəki  hadisələrin  forma  və  məzmun  toplusu 
oxucunu  dərindən  düşündürəndə  o  əsərlər  sevilə-sevilə  oxunur, 
yüksək  qiymətləndirilir.  1998-ci  ildə  Kamran  İmranoğlunun 
“Yalquzaq  “  povesti  çapdan  çıxan  kimi  tanınmış  tənqidçi  və 
ədəbiyyatşünas  alimlərimizin 
diqqətini cəlb etdi, onlar tərə-
findən yüksək dəyərləndirildi. 
“Yalquzaq”  povestində 
keçən  əsrin  30-cu  illərində 
cəmiyyətdə gedən aşınma və 
deqradasiyalar  bədii  dona 
bürünür. Əsərdə təsvir edilən 
tarixi  dövrün  ictimai  gerçək-
likləri  spesifik  bir  məzmun 
yaradır.  Bu  spesifiklik  K. 
İmranoğlunun 
etnomental 
dünyasında, həyata, insanlara 
baxışında,  cəmiyyətə  çatdır-
dığı fikirlərdə hiss olunur. 
Povestdə  oxucunu  də-
rindən  düşündürən  3  obraz 
var: Hacı Murad, Yalquzaq, Ağ köynəkli. 
“Yalquzaq” povestində K. İmranoğlu Hacı Muradı mərd, 
qeyrətli, namuslu, əliaçıq, səxavətli ağsaqqal kimi təsvir etmiş, 
onu  xaraktercə  bütöv,  bütün  insani  keyfiyyətləri  ilə  birgə 
canlandırmışdır. Müəllif Hacı Murad obrazını yaradarkən onun 
daxili dünyasının açılmasına, ruhi keyfiyyətlərinin aşkarlanma-
sına  daha  çox  əhəmiyyət  vermişdir.  Hacı  Murad  öz  zəmanə-
sinin oğlu kimi düz əməlləri ilə çevrəsindəki insanların böyük 
hörmət və məhəbbətini qazanıb. İndiyə kimi onun ağsaqqallığı 
ilə  idarə  olunan  bu  balaca  kənddə  heç  vaxt  yalquzaq  ulartısı 

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
100 
eşidilməyib.  Bəs  indi  nə  baş  verib  ki,  yalquzaq  ulamağa  baş-
layıb? “Müəllif bildirmək istəyir ki, indiyə qədər sakit görünən 
bu  kənd-bu  balaca  diyar  yerindən  oynayır,  hər  şey  dəyişir; 
ağsaqqallıq,  qarasaqqallıq  itir,  insanlar  arasında  etimadsızlıq 
xəstəlik  halını  alır,  bədbəxtlikllər  baş  alıb  gedir.  Hamının  bir- 
birinə qarışdığı, bir-birinin təhnəsinə əl uzatdığı, toyuna-yasına 
birgə getdiyi kənddə sinfi bölgü, ağıllı-dəli ayrıseçkisi başlanır. 
Mizan,  tərəzi,  ölçü,  meyar  dəyişir”(B.  Yusifli).  Şübhəsiz  ki, 
povestdə bu qayəni şərtləndirən bədii detallar çoxdur. Müəllifin 
təqdimatından  aydın  olur  ki,  Hacı  Muradda  heç  vaxt  əmanətə 
xəyanət  olmayıb.  İndi  onun  xırmanında  müqəddəslik  rəmzi 
olan taxıl oğurluğu baş verib. Müəllif nə üçün bu hadisəni qar-
pız,  xiyar,  pomidor  və  yaxud  meyvə  oğurluğu  üzərində  qur-
mur?  Müəllifin  məqsədi  aydındır,  o,  demək  istəyir  ki,  müqəd-
dəs sandığımız çörəyə, “Quran”a kəm baxanlar hakimiyyət ba-
şına gəliblər. İndən belə həqiqətin səsi batırılacaq, insanlar təh-
qir və təhdid olunacaq, dünyanın mizan-tərəzisi əyiləcək, pozu-
lacaq,  halalla  haram  qarışıq  salınacaq,  doğru  yalana,  sədaqət 
xəyanətə,  mərdlik  namərdliyə  qurban  veriləcək,  əyrilər,  oğru-
lar,  yalançılar,  fırıldaqçılar,  riyakarlar  meydan  sulayacaq,  tə-
mizlər, saflar, zəhmətlə dolananlar, doğru yolun yolçuları əzab-
əziyyətə qatlaşmalı olacaq, ələ salınacaq və bütün bunlara görə 
yalquzağın ulartısı səngiməyəcək. 
Müəllif əsərdə  yalquzaqla Hacı Muradı bir neçə  dəfə üz-
üzə  gətirir.  Yalquzaq  Hacı  Muradı  nə  üçün  parçalamır?  Şüb-
həsiz  ki,  onun  əməli-düzlüyünə,  əməli-salehliyinə  görə.  Kam-
ran  İmranoğlunun  iti  gözü,  müşahidə  qabiliyyəti,  bədii  ümu-
miləşdirmə bacarığı, ən kiçik detalı, cizgini belə, mənalandırma 
xüsusiyyəti povestin hər səhifəsində özünü biruzə verir.  
Povestdə  Hacı  Murad  obrazının  doğurduğu  assosiasiya 
çox genişdir. Bu assosiasiyanın oxucuda doğurduğu duyğular-
dan  biri  də  onun  torpağa,  yurda  sonsuz  sevgisidir.  Bunu  Hacı 
Muradın  daxili  monoloqlarının  birində  aydın  görürük:  “  Hacı 
Murad  fikrə  getmişdi.  Elə  bil  bu  sözləri  də  eşitmirdi:  “Gorun 

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
101 
çatlasın,  ay  Məşədi  Salman!  Bu  Ağıl  üstünü  torpaq  həddinə 
gətirmək üçün sən nə qədər çalışmışdınsa, mən də  bir o qədər 
tər  tökdüm.  Bizim  alnımızın  təriydi  bu  torpağı  hala  gətirən. 
Amma nə  olsun ki,  Ağıl  üstü  bizim  alnımızın  yazısı deyilmiş! 
Ağ köynəklinin  təpərinə bələdəm.  Bundan sonra Ağıl üstündə 
siçanlar  yuva  quracaq,  çaqqallar  oynaşacaqlar!  İndiyə  qədər 
Hacı Muradın qorxusundan buraya bir çaqqal üzükə bilərdi?” 
Hacı Murad hər şeydən əvvəl namus, qeyrət mücəssəmə-
sidir.  Budur,  Arazı  keçərkən  onunla  ikinci  arvadı  Güllü  ara-
sındakı mükalimədə onun gözəl keyfiyyətləri bütün çalarları ilə 
necə  də  üzə  çıxır:  “Bir  xeyli  də  gedəndən  sonra  Arazın  dayaz 
yerinə gəlib çatdılar. Hacı Murad atı saxladı. Arvadlarına dedi 
ki, arabadan düşün! 
Əvvəlcə  Pakizə,  sonra  da  Güllü  arabadan  düşdü.  Güllü 
düşən kimi dilləndi. 
– Ay Hacı, qoy mən qalım, getməyim! 
Hacı  Murad  yenə  Güllüyə  cavab  verməyib,  üzünü  Paki-
zəyə tutdu: 
– Salatının  meyidini  uşaqlar  Arazın  bu  yerində  tutub  çı-
xartdılar.  Qorxmayın  dayazdı!  Rahat  keçəcəyik!  Gündüz  diq-
qətlə baxmışam. 
Sonra da Güllüyə tərəf üz tutdu: 
–  Sən  harda  qalmaq  istəyirsən?  Səni  o  Ağ  köynəklinin 
ümidinə qoyum?  
– Hacı, mən qocalmışam, mənə kimdi tamah salan? 
– O Ağ köynəkli köpəkoğlu var haa, hamıya tamah salar! 
O  da  ola,Hacı  Muradın  arvadı!  Deyəcək,  qoy  Hacı  Muradı 
binamus eyləyim! 
Hacı Murad əvvəlcə Pakizənin qızıl torbasını əlinə götür-
dü və Pakizəni yavaş-yavaş Arazın o tayına keçirməyə başladı. 
Bir  azdan  sonra  Hacı  Murad  geri  qayıtdı.  İndi  də  tüfən-
gini götürüb atı çəkə-çəkə apardı. 
Bir azdan yenə qayıtdı və ay işığında Güllüyə dedi: 
–  İndi  də  növbə  sənindir.  Qızıl  torbanı  as  boynundan! 

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
102 
Əlini də ver keçək! 
Güllü  torbanın  ipini  saldı  boğazına.  Əlini  də  könülsüz-
könülsüz  Hacı  Murada  tərəf  uzatdı.  Hacı  Murad  yavaş-yavaş 
Arazı  keçməyə  başladı.  Arazın  ortasında  enli,  hündür  daşın 
üstündə durub nəfəslərini alanda Güllü yenə dilləndi: 
– Hacı, qoy mən qalım, bəlkə, sənin oradakı var-dövlətinə 
sahiblik eyləyə bildim. 
Hacı Murad bu dəfə qəzəblə qışqırdı: 
–  Hacı  Muradın  yiyəlik  eləyə  bilmədiyi  var-dövlətə  sən 
heç  vaxt  yiyəlik  eləyə  bilməzsən.  Sənə  çatacaq  var-dövlət  o 
boynundakı qızıldı, indi də onu götür apar. 
Hacı Muradın sözünün ağzından qurtarması ilə Güllünün 
Arazın ortasına gumbuldaması bir oldu”. 
Kamran İmranoğlunun yaratdığı obraz və xarakterlər özü-
nəməxsusluğu,  bənzərsizliyi  ilə  seçilir.  Povestdə  Ağ  köynəkli 
obrazı  bu  baxımdan  maraq  doğurur.  Müəllif  bu  obrazı  sovet 
dövründə  yazıb-yaradan  bir  çox  yazıçılar  kimi  mənfi  və  ya 
müsbət  şəkildə  canlandırmır,  onu  daxili  aləminin  bütün  çalar-
ları ilə təqdim etmir. Ağ köynəkli obrazının fərdi çalarları po-
vestdəki əsas (Hacı Murad) və ya epizodik surətlərin danışığın-
da üzə çıxır. Bizcə, Ağ köynəkli kişi obrazı “qırmızı terrorun”-
sovet  quruluşunun  simvoludur.  O,  oğru,  əyri,  saxta  insanları 
mənəviyyatsız,  məsləksiz,  bünövrəsiz-köksüz  bir  cəmiyyətə-
quruluşa  sürükləyən  nakəsdir.  Bu  obraz  sovet  quruluşunun 
eybəcərlikləri barədə oxucuya çox şeyi diqtə edir. 
Kamran  İmranoğlu  keçən  əsrin  30-cu  illərinin  hadisə-
lərini  dərindən  öyrəndiyi,  mənimsədiyi  üçün,  onun  povestdə 
təsvir etdiyi hər bir hadisə, yaxud yaratmış olduğu hər bir surət 
canlı təsir bağışlayır, unudulmur. 
 
 
 
 
 

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
103 
 “VAĞZAL” POVESTĠNDƏ DĠLĠN  
TARAZILIĞI 
 
Filologiya  elmləri  doktoru,  professor  Kamran  Əliyev 
“Kamran  İmranoğlu”  imzası  ilə  bədii  əsərlər  də  yazır.  Onun 
müxtəlif  illərdə  çap  etdirdiyi  “Yalquzaq”  və  “Vağzal”  povest-
ləri  oxucular  tərəfindən  rəğbətlə  qarşılanmış,  sevilə-sevilə 
oxunmuşdur.  Bu  əsərlərin 
rəğbətlə  qarşılanmasını  şərt-
ləndirən  əsas  amillərdən  biri 
də  doğma  dilimizin  incəlik-
lərindən,  geniş  imkanların-
dan istifadə bacarığıdır. Əha-
təli dünyagörüşə malik olma-
dan, xalqın fikri ifadə vasitə-
lərini  duymadan  gözəl  bədii 
əsərlər 
yaratmaq 
olmaz. 
1999-cu  ildə  “Ünsiyyət“  qə-
zetində  dərc  etdirdiyi  “Açıq 
məktub”unda 
К.Əiyevin 
“Yalquzaq” povestinin dilinə 
ötəri toxunan professor Tofiq 
Mustafayev  müəllifə  müra-
ciətlə  yazırdı  ki,  Kamran 
müəllim, povestinin ən gözəl 
məziyyətlərindən biri də əsərdə ana dilimizin geniş imkanların-
dan  istifadə  edə  bilməyinizdir.  Xalqımızın  çox  müdrik  kəlam-
ları, zərb-məsəlləri, atalar sözləri ilə zəngin olan bu əsəri oxu-
duqca  sənə  elə  gəlir  ki,  xalqımızın  ilk  qaynaqlarına  nəzər  sa-
lırsan, çox müdrik qocalarla söhbət edirsən. Bu söhbətlər insanı 
saflaşdırır,  yaxşı  əməllərə,  insanı  düşüncələrə  təhrik  edir(4). 
Tanınmış tənqidçi-alim Vaqif Yusifli yazır ki, povestin dilinə, 
təhkiyə tərzinə irad tutmaq çətindir. Ona görə ki, müəllif təsvir 

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
104 
etdiyi kəndin məxsusi koloritini, adət-ənənələrini çox yaxşı bi-
lir  və  bunlar  dildə  də  rerallaşa  bilir  (5).  Bu  alimlərin  “Yalqu-
zaq”  povestinin  dili  barədə  söylədiklərini  eynilə  müəllifin 
2011-ci ildə çapdan çıxmış “Vağzal” povestinin dilinə də şamil 
edə  bilərik.  Kamran  İmranoğlu  dilin  müxtəlif  rəngarəng  növ-
lərindən  məharətlə  istifadədə  bacarıqlı,  istedadlı  qələm  sahi-
bidir.  Məlumdur  ki,  ünsiyyətin  əsas  vahidi  olan  cümlə  bitmiş 
fikir  ifadə  etsə  də,  onun  ifadə  etdiyi  fikir  bitkinliyi  nisbi  xa-
rakter daşıyır. Cümlə onu əhatə edən cümlələr birliyində, mətn 
mühitində  struktur-semantik  xüsusiyyətlərini  tam  şəkildə  üzə 
çıxara  bilir(3,s.  428).  Bu  baxımdan  Kamran  İmranoğlu  bədii 
mətn  qurmaqda  əsaslı  qanunauyğunluqlara  düzgün  riayət  edir, 
sanki  profosсional  yazıçılara  məxsus  ustalıqla  hərəkər  edir. 
Məsələn,  müəllifin  povestdə  bir  eşşəyin  təsviri  ilə  qurduğu 
mətnə  diqqət  yetirək:  “Dəllək  Rəhim  qonşu  kənddə  yaşayırdı. 
Ağ-ağ  xalları  olan  bir  eşşəyi  var  idi.  Dəmir  yolunun  alt  tə-
rəfindəki  kəndlərdə  heç  kəsin  belə  “sort”  eşşəyi  yox  idi.  Yüz 
eşşəyin içinə qoşsaydın uzaqdan deyərdi ki, mən burdayam. Bu 
eşşəyin digər eşşəklərdən fərqi bir də ondaydı ki, o, başını bir 
az  yuxarı  tutardı.  Başını  yuxarı  tutmaqla  elə  bil  adamlara 
demək istəyirdi ki, mənə eşşək deməyin. Amma dəmir yolunun 
üst  tərəfindəki  kəndin  eşşəklərini  görəndə  adamı  təəccüb 
bürüyürdü.  Hamısı  elə  bil  bir  qəlibdən  çıxmışdı,  başlarını 
yuxarı  qaldırmaqla  araları  yox  idi.  Əksinə,  elə  həmişə  başları 
aşağı gəzərdilər”.(1.s. 14) 
Göründüyü kimi, müəllif bir mikromətndə oxucunun diq-
qətini  bir  eşşəyin  xarici  görünüşünə  yönəldir.  Bununla  da 
möhkəm  daxili  struktur-semantik  əlaqələri  olan  cümlələrin 
birliyi ilə mətni qurur. 
K.İmranoğlunun  “Vağzal”  povestinin  dili  obrazlıdır,  ifa-
dəlidir, emosionaldır. Əsərin dilinin bu cür alınması  onun tez-
tez  ümumxalq  dilinin  frazeologiyasına  daha  çox  müraciət  et-
məsindən irəli gəlir. Sadəlik, yığcamlıq, mənalılıq və ifadəlilik 
müəllifin  bu  əsərinin  dilinin  də  əsas  xüsusiyyətlərindəndir. 

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
105 
Səsini  başına  atmaq-qışqırmaq;  başını  xarab  eləmək-əsəbiləş-
dirmək; kəfən yırtmaq, gor eşmək-dirilmək; ağzını açıb gözünü 
yummaq-özünü  qanmazlığa  qoymaq;  üz  qoymaq-  getmək;  di-
lini  əlindən almaq-lal olmaq; ağlını  əlindən  almaq-dəli olmaq; 
canı çıxmaq-ölmək; ağ dinmək, qara dinmək-danışmamaq; baş 
düzəltmək-saçı  qırxdırmaq;  başara  bilməmək-  anlamamaq; 
üyüdmək-qorxmaq: 
“– Nə olub,  yenə səsini nə atmısan başına, ay qurumuş?” 
(1.s.3);  ...axırda  o  uşağın  da  başını  xarab  eləyib  lənət  qazana-
caqsan”.  (1.s.3);  “İndi  harda  olsa  Baftalı  Salahın  nəvəsi  də 
gələcək,  kəfən  yırtıb,  gor  eşməyə  başlayacaqsan...”(1.s.3);  Ağ-
zını  açıb  gözünü  yumub  səhər-səhər  o  tərəf-bu  tərəfə  şütüyür 
(1.s.3);  Səhnə  yavaş-yavaş  vağzala  tərəf  getməyə  üz  qoydu. 
(1.s.3);  “Anası  da  hərdən  yandığından  deyərdi  ki,  dilini  Allah 
əlindən  alıb,  barı  ağlını  əlindən  almayaydı”  (1.s.12);  “Canın 
çıxacaqdı?”  (1.s12);  “Ülgüc  kort  olanda  Məşədi  Vəli  Dəllək 
Rəhimin üzünə o ki var söyərdi. Dəllək Rəhim də nə ağ dinərdi, 
nə qara” (1.s.15); “O, üz qırxmaqdan, baş düzəltməkdən savayı 
başqa işləri də bacarardı” (1.s. 16); “Camaat baş aça bilməmişdi 
ki,  bu  qəsddən  olub,  ya  naşılıqdan”  (1.s.17);  “Gedib  Hacı 
Muradın qol yetməyən tut ağaclarının budaqlarından qırıb apara 
bilmirsən? Nə oldu, Hacı Muraddan üyüdürsən” (l1.s.20); 
Bu  nümunələrin  sayını  istənilən  qədər  artıra  bilərik. 
Bütün bunlar göstərir ki, K. İmranoğlu təbii xalq ifadələrindən 
istifadə  edərkən  oxucuların  asanlıqla  anlayacağı  bədii  və 
obrazlı bir dilə daha çox üstünlük verir. 
Povestdə  atalar  sözləri  və  məsəllərdən  də  istifadə  edilir 
ki, bunlar da mətndə xüsusi ritm və ahəngdarlıq yaradır: “Tutu 
nənə Məşədi Vəli kişinin eşidə biləcəyi pıçıltıyla dedi ki, adını 
çək,  qulağını  bur!”  (1.s.4);  “Ta  o  birilər  kimi  ayaqlarını  bir 
başmağa dirəyib  “anam mənə kor deyib, gəlib gedənə vur de-
yib” söyləməkdən heç nə çıxmaz”(1.s.43); “Mən də düşündüm 
ki,  nə  olar  inkevedidə  işləyəndə,  palaza  bürün,  elinən  sürün” 
(1.s. 51). 

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
106 
Kamran  İmranoğlu  bəzən  mənfi  surətə  xas  olan  keyfiy-
yətləri açmaq, həm də mənalı gülüş  yaratmaq üçün atalar söz-
lərinin  forma  və  məzmununu  dəyişdirir:  “Sübh  tezdən  kənd-
lərdən  rayon  mərkəzinə  maşın-maşın  ,  avtobus-avtobus  adam 
axışıb  gəlir.  Amma  həmin  gün  adamların  yadında  nə  açılış 
qalır,  nə  də  çıxışlar.  Çünki  Dəllək  Rəhim  də  qarışıq  hamını 
təəccüb  götürür  ki,  bəs  körpünün  lap  yuxarısına  iki  misralıq 
şeiri  kim  çıxıb  yazıb?  Doğrudan  da,  o  yazını,  texnikanın, 
filanın  köməyi  olmadan,  körpünün  yuxarı  hissəsinə  yazmaq 
çox  müşkül  işdi.  Bu,  indi  də  el-aləmə  bir  sirr  olaraq  qalır. 
Adamlar açılışdan dağılıb evlərinə gedəndə özləri ilə körpünün 
sevincindən çox, həmin iki misranı götürüb aparıblar: 
    
Keçmə dəllək körpüsündən, 
Qoy vursun poezd səni (1.s.18) 
Göründüyü  kimi,  müəllif  “Keçmə  namərd  körpüsündən, 
qoy  aparsın  sel  səni”  müdrik  kəlamının  tərkibini  tamamilə 
dəyişdirmiş, Sabir, Mirzə Cəlil sayağı yolla getmişdir. 
İstər  epik,  istərsə  də  drammatik  əsərlərdə  çoxlu  sayda 
personaj  iştirak  edir.  Personajlar  təsvir  olunan  hadislər  zəmi-
nində bir-birilə qarşılaşır, fikir mübadiləsi zamanı biri digərini 
alqışlayır,  yaxud təhqir edir, söyür və  yaxud qarğıyır. Bu nitq 
aktı zamanı personajların bir-birinə olan münasibəti əks olunur. 
Personajın  biri  digərini  təhqir  etmə  məqamında  söyüş  söz  və 
ifadələrdən, razılıq məqamında alqışlardan, narazılıq məqamın-
da  qarğışlardan  istifadə  edir.  Qarğış,  alqış,  söyüş  sözləri  (vul-
qarizmlər!) zaman-zaman xalqın təfəkkür süzgəcindən keçərək 
bədii  əsərlərə  də  yol  açmış,  ayrı-ayrı  personajların  xarakterik 
keyfiyyətlərinin  müəyyənləşməsində  yazıçıya  dil  faktı  verə 
bilmişdir.  Kамран  İmranoğlunun  bu  əsərində  mövzu  ilə  bağlı 
işlənmiş  alqış,  qarğış  vulqarizmlər  surətlərin  münasibətlərinin 
gərginləşməsi  anında  istifadə  olunmuşdur:  “Vay,  gorun  çatla-
sın,  Ağoş,  demə  vağzala  daş  döşətdirəndən  sonra  onun  ağlına 
gəlibmiş ki, evin  açarını aparıb daşın altına qoysun”(1.s.22);  “ 
Kəs  səsini,  qodux!  Anası  bilmirdi,  dədəsi  bilir!  Get,  muştulu-

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
107 
ğumu al gətir!”(1.s.28); “Ay imanınıza tula bağlayım, elə tələs-
mək  kassaya  qalıb?”  (1.s.  38);  “Ə,  köpəkoğlunun  adamı,  ağlı-
nız başınıza nə vaxt gələcək? Bunu deyirəm eləmirsən, onu de-
yirəm  başını  bulayırsan!”(1.s.39);  “Qapını  açan  kimi  Əngiəyri 
Şəmili  gördü  və  qəzəblə  qışqırdı:  –  Üzünü  mürdəşir  yusun, 
görmürsən  pul  sayıram!”(1.s.  38-39);  “Fotoqraf  Qadir  də 
bunun  əvəzində  salam  verib  dedi  ki,  Allaha  şükür  hər  şey 
yaxşıdır” (1.s.48). 
Kamran  İmranoğlu  dialektizmlərdən  də  məqsədli  və  üs-
lubi  bir  vasitə  kimi  istifadə  edir.  Məlumdur  ki,  dialektizmlər 
əhatə dairəsi etibarilə məhduddur. Bu sözləri müəyyən ərazidə 
olanlar,  dialekt  sahibləri  başa  düşürlər.  Buna  görə  də  dialekt 
sözlərini  bədii  əsərlərdə  işlətmək  ən  çox  üslubi  xarakterdə  ola 
bilər. Yazıçılar bir çox hallarda öz surətlərinin haralı olduğunu 
bildirmək  üçün  bu  sözlərdən  istifadə  edirlər  (2.s.  61).  K.  İm-
ranoğlu “Vağzal” povestində öz qəhrəmanlarını Naxçıvan dia-
lektində  danışdırır.  Əsərdə  müəllif  surətin  yerli  koloritini  ver-
mək üçün lavaş, dürmək, nıx, şappan-şappan , təl, ün, kəsəmət, 
nəmbərə,  qənşər,  çimir,  bitik  dialektizmlərindən  istifadə  edir 
ki,  bunların  da  hər  biri  mətn  daxilində  asanlıqla  başa  düşü-
ləndir:  “  Sonra  da  qazıb  yerə  basdırdığı  küpün  içindəki  ovma 
pendirdən yarım ovuc lavaşın arasına qoyub bir dürmək düzəl-
dər,  onu  iştahla  yeyər  və  dabanqırma  evdən  çıxardı!  (1.s.5); 
“Həyət  qapısına  çatanda  əlini  qapının  taxta  dəstəyinə  atmaq 
istəyirdi  ki,  nıx  durub  səksəndi”  (1.s.7);  “Hüseynqulunun  sat-
dığı  şaпpan-şaпpan  qıfıllara  nə  olmuşdu  ki,  birini  alıb  həyət 
qapısına  vurmamışıq”  (1.s.9);  “Başını  düzəldib  şkafın  lap  yu-
xarısında təllənmiş köhnə qəzetlərdən birini götürdü...”(1.s.23); 
“Uşaqlar da ün təpirdilər ki, bəs dünən atamız vağzalda rəis idi, 
indi  sən  gedib  orada  süpürgəçilik  eliyəcəksən?“  (1.s.24); 
“Kərəm anasının qarnında olanda dədəsi anasına kəsəmət kəs-
mişdi”  (1.s.  26);  “Sonra  da  Xədicə  öz  əliylə  öz  başına  bir 
pənbəçə  salıb...”  (1.s.26);  “Apтек  Rəsul  Səhnə  ilə  qabaq-
qənşər dayanıb yenə dilləndi” (1.s. 33); “-Ay bala, gecə səhərə 

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
108 
qədər  uşaqdan  yana  elə  narahat  olmuşam  ki,  bir  çimir  də 
eləməmişəm”. (1.s.43); “Bir bitik də yazıb göndərmir ki, öldü-
qaldılarından xəbər biləm” (1.s. 45). 
   Povestin  dilindəki  bir  sıra  üslubi  xüsusiyyətlərə  malik 
olan onomastik vahidlər də maraq doğurur. Bu xüsusi adlar hər 
şeydən  əvvəl  güclü  informasiya  vericiliyə  malikdir.  Belə  ki, 
müəllif  “Düyərli”  və  “Sulutəpə”  toponimlərindən  istifadə  edə-
rək povestdə cərəyan edən hadisələrin  yerini və məkanını gös-
tərmək  məqsədini  güdür:  “  Dəllək  Rəhim  Düyərlinin  birinci 
evindən başlayıb axırıncı evinədək baş çəkər, öz müştərilərinin 
qulluğunda  canla-başla  durardı”  (1.s.15);  “Sulutəpənin  uşaq-
larının şəklini çəkmisən? Çəkmişəm”( 1.s.29); 
Povestdə Rusiya, Çin kimi xarici toponimlər  yerli şivəyə 
uyğun  şəkildə  verilir:  “Oğlanlar  da  Urusetə  gediblər”(1.s.45); 
“TU-154 göydə-zadda ilişib qalmayıb. Odu eyy... gah Dubaya 
uçur, gah Kitaya”(1.s.40). 
Gerçəkliyi  olduğu  kimi  oxucuya  çatdırmaq,  mənalı  gülüş 
yaratmaq,  povestin  dilini  obrazlı  etmək  üçün  K.  İmranoğlu 
ləqəblərdən  də  bol-bol  istifadə  edir.  Müəllifin  təsvir  etdiyi  bu 
bölgədə  yaranan ləqəblərin bəziləri insanın xarici görkəmindəki 
qüsurla  əlaqədardırsa,  digərləri  onların  peşə  və  sənəti,  xasiyyət 
və  xarakteri  ilə  əlaqədardır:  Əngiəyri  Şəmil,  Bic  Törə,  fotoqraf 
Qadir, Aptek Rəsul, Dazbaş Xruşşov, Çəkməçi Mazan, Inkevedi 
Həsən, Qəssab Əli, Dəllək Rəhim, Barama Nəcəf və s. 
“Dəllək Rəhim qonşu kənddə yaşayırdı” (1.s 44); “Bara-
ma  Nəcəf  də  cavab  vermişdi  ki,  bəs  Hacı  Murad  sizin  kimi 
dinsiz-imansız deyil” (1.s.20); “Bic Törənin bic qızına bax, iki 
il ara verib bir uşaq doğub...” (1.s.25); “Aptek Rəsul da ürəyin-
dəkiləri  gizlədib  ayrı  cavab  verdi...”  (  1.s.33);  “-  Dazbaşı  yıx-
dıq! Xruşşov da belə getdi” (1.s. 35); “ Amma Əngiəyri Şəmil-
lə  Çəkməçi  Mazan  da,  Aptekar  Rəsul  da  heç  nə  verməmişdi. 
Hətta əlini uzadıb Fotoqraf Qadirə öz şəklini neçə dəfə göstərsə 
də,  fotoqraf  Qadirin  də  yanında  Əngiəyri  Şəmilin  əli  boş 
qalmışdı “(1.s. 38). 

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
109 
Povestdə qoşa sözlərdən də nitq prosesində ustalıqla isti-
fadə edilir. Personajların, o cümlədən müəllifin təhkiyə dilində 
qoşa  sözlər  sanki  bərq  vurur.  Povestin  dili  ümumxalq  dilinə 
məxsus  qoşa  sözlərlə  zəngindir:  qazan-qazan:  ...  qazan-qazan 
su qızdır, bu qurumuşu çimizdir”(1.s. 3); İşdi-şayət: ”İşdi-şayət 
qapı bağlı olsa, uşaqlar açarı oradan götürüb qapını açsınlar və 
bayırda qalmasınlar” (1.s. 5); günümüz-dirriyimiz: “Bəlkə, elə 
həyət  qapımız  da  başı  daşlıdı,  ona  görə  günümüz-dirriyimiz 
yoxdu”  (1.s.  9);  öldü-qaldı:  ”Səhnə  də  cavab  verdi  ki,  öldü-
qaldılarından  xəbər  yoxdu”  (1.s.  10);  xəstəxana-məstəxana: 
“Kərəm hələ anasının qarnında olanda dədəsi anasına kəsəmət 
kəsmişdi  ki,  xəstəxana-məstəxana  görməyəcəksən”  (1.s.  12); 
qonaq-qara:  “Bu  gün  qonaq-qara  çox  olacaq”(1.s.  31);  iş-güc: 
“- Ay Səhnə, sənin də işin-gücün qurtarıb, kürəkən budkasının 
qabağından  əl  çəkmirsən!”  (1.s.31);  uşaq-muşaq:  “Evdə  uşaq-
muşaq da yoxdu ki, əlini atıb pencəyin cibindən onu çıxartsın. 
Uşaq-muşaq  olsaydı,  açarı  heç  pencəyin  cibinə  qoymazdım, 
quyruğuna bir ip bağlayıb boynundan asardım” (1.s. 8). 
Bədii dilin  leksikasını  öyrənərkən  əsərin bəhs  etdiyi  mü-
hiti, ictimai şəraiti  nəzərə  alaraq,  yazıçının əcnəbi  sözlərə  mü-
nasibətini müəyyənləşdirmək, ədəbi-ictimai mühitin qohum və 
qonşu  dillərə  təmasının  dərəcə  və  istiqamətini  aydınlaşdırmaq 
lazım  gəlir.(  6.s.  59).  Bu  baxımdan  povestdə  rast  gəldiyimiz: 
sort, prorab, pekarnı, kanduktor, pol, fotoqraf, doxdur, medins-
titut,  vayenkom,  zanit,  qinişqa,  novqod,  inkevedi  kimi  dırnaq 
içərisində  müəllif  tərəfindən  verilən  rusizmlər,  əsasən,  canlı 
danışıq  dilində  işlənən  sözlərdir:  “Dəmir  yolunun  alt  tərəfin-
dəki  kəndlərdə  heç  kəsin  belə  “sort”  eşşəyi  yox  idi  “(1.s.  14); 
”...bütün  rayonda  sayılıb-seçilən  prorab  oldu...”  (1.s.16);  “İki-
üç ay sonra Dəllək Rəhim rayon mərkəzində böyrü üstə yıxılan 
pekarnını ayaq üstə qaldırmışdı “(1.s.17); “... arvadı Xədicə də 
doğranmış ətin hamısını yağda qızardıb qovurma hazırlayar və 
vedrəyə  doldurub  tanış  “kandukturla”  Bakıya  uşaqlara  göndə-
rərdi” (1.s. 25); “...başına əski keçirilmiş “pol ağacını”, süpür-

Yüklə 113,22 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin