MahġRƏ naği qizi çapar kazimli


Mahirə Nağı qızı, Çapar Kazımlı



Yüklə 113,22 Kb.
Pdf görüntüsü
səhifə7/17
tarix03.04.2017
ölçüsü113,22 Kb.
#13208
1   2   3   4   5   6   7   8   9   10   ...   17

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
74 
təhlil  faktdan  başlayır”-deyən  müəllif  kitabdakı  elmi  faktları 
dərindən  təhlilə  cəlb  edir  və  ustadının  bu  əsərini  klassik  irsi 
araşdırmağın,  klassik  irs  barədəki  axtarışlara  münasibətin 
layiqli nümunəsi olduğunu göstərir. 
Kamran  Əliyev  orijinal  dəsti-xəttə,  bənzərsiz  üsluba  ma-
lik  alimlərimizdəndir.  Müşahidələrimiz  göstərir  ki,  o,  əsər-
lərində  tez-tez  məntiqi  suallar  qoyur  və  məntiqi  baxımdan  da 
bu sualları cavablandırır. Bizcə, bu, alimin üslubunu təyinləyən 
cəhətlərdən  biridir.  Budur,  alimin  “Əməl  dostluğu”  məqalə-
sində 2 sualla üzləşirik: birincisi, əməl dostluğu ideyası Abbas 
Zamanovun dünyagörüşünə haradan sızıb gəlmişdir ? 
Cavab: “Öncə, həmin ideyaya Abbas müəllimin əsl həyat 
təcrübəsinin  nəticəsi  kimi  baxmaq  lazımdır.  Məsələ  burasın-
dadır ki, 1960-cı ildə Azərbaycan MEA-nın Rəyasət Heyətinin 
yerləşdiyi  binanın  geniş  iclas  salonundakı  bir  tədbirdə  Abbas 
Zamanov  tarixi  çıxışı  ilə  qədim  Azərbaycan  torpağı  olan 
Naxçıvanı  bədnam  qonşulara  vermək  istəyənlərə  qarşı  üsyan 
səsini  ucaldır.  Gözlənilmədən  atılan  bu  qeyri-adi  addım  öz 
lazımi müsbət təsirini göstərir, amma həmin çıxış Abbas müəl-
lim kimi vətənpərvər insana o qədər də asan başa gəlmir. Ona 
qarşı təqib və təzyiq maşını işə düşür və Abbas müəllimə sovet 
sisteminin  ən  ağır  bir  cəzası  verilir;  onu  partiya  sıralarından 
xaric  edirlər.  Totalitar  rejimdə  hər  hansı  insanın  bu  vəziyyətə 
düşməsi  37-ci  illərin  təkrarına  bənzəyirdi  və  fürsət  gözləyən 
bədxah insanlar tərəfindən Abbas  Zamanov üçün arzuolunmaz 
ölümlə çarpışma meydanı açılır. Bütün bunlara qarşı bir addım 
belə geri çəkilməyən Abbas müəllim bu qeyri-bərabər döyüşdə 
orta əsr cəngavərlərini və xalq dastan qəhrəmanlarını xatırladır. 
Bəli, o əzablı və keşməkeşli günləri heç vaxt unutmaq mümkün 
olmasa  da  ,  Abbas  Zamanov  dastan  qəhrəmanı  kimi  bu  qeyri-
bərabər döyüşdə qalib gəlir və unudulmaz şəxsiyyətə çevrilir”. 
İkincisi,  bəs  ötən  əsrin  60-cı  illərinin  başlanğıcında  Ab-
bas Zamanovun fövqalədə hadisəyə çevrilən bu tarixi çıxışının 
energetik mənbəyi nə idi? 

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
75 
Abbas  Zamanovun  ötən  əsrin  50-ci  illəri  ilə  bağlı  tərcü-
meyi-halının  real  mənzərəsini  verən  Kamran müəllim bu sualı 
da  doğru  olaraq  belə  cavablandırır:  xalq  sevgisi,  ziyalılıq 
etalonu,  mübarizlik  keyfiyyəti  və  döyüşkənlik  xarakteri.  Əs-
lində  bütün  bunlar  həm  də  Abbas  Zamanovun  xatırladığımız 
məşhur çıxışının energetik mənbələri idi! 
Professor  Abbas  Zamanov  50  il  yorulmaq  bilmədən  ya-
zıb-yaratmışdır.  Kamran  müəllim  özünün  “Müasirləri  Abbas 
Zamanov  haqqında”  məqaləsində  ustadının  eyniadlı  kitabını 
görkəmli alimin öz sözü və öz dili ilə ona qoyulmuş layiqli bir 
abidə hesab edir. Kamran müəllimin təqdimatından belə aydın 
olur  ki,  respublikamızın  ən  nəhəng  alimlərindən  akademik  İsa 
Həbibbəyli Abbas müəllimi Azərbaycanda yaşayan dünya ada-
mı kimi, xalq yazıçısı Əzizə Cəfərzadə fədakar şəxsiyyət kimi, 
xalq  yazıçısı  Anar  bənzərsiz  insan  kimi,  xalq  yazıçısı  Elçin 
tükənməz  həyat  eşqi  olan  bir  şəxsiyyət  kimi,  akademik  Bəkir 
Nəbiyev  elm  fədaisi,  yorulmaz  müəllim,  qeyrətli  vətəndaş  ki-
mi,  professorlar  Yaşar  Qarayev  və  Şamil  Salmanov  insanları, 
nəsilləri və əsrləri bir-biri ilə görüşdürən şəxsiyyət kimi, Alma-
niyada yaşayan Əhməd Şmide böyük dostum kimi, Azərbaycan 
MEA-nın  müxbir  üzvü  Tofiq  Hacıyev  millətin  böyük  oğlu 
kimi,  professor  Yusif  Seyidov  cəsarətli  adam  kimi,  professor 
Pənah  Xəlilov  igid,  fədakar  vətənpərvər,  sözün  yüksək  məna-
sında əsl millətçi vətəndaş, həm də ölkədən-ölkəyə keçən mə-
dəniyyət,  mənəviyyat  yükünün  möhtəşəm  dayağı  kimi,  pro-
fessor  Əli  Yavuz  Akpinar  təmizlik,  düzlük,  həqiqət  etalonu 
kimi,  professor  Şamil  Qurbanov  möhkəm  bir  şəxsiyyət  kimi, 
professor  Xeyrulla  Məmmədov  “qayğı”  sözünün  çərçivəsinə 
sığmayan  insan  kimi,  professor  Qəzənfər  Paşayev  əlçatmaz 
şəxsiyyət kimi, professor Qara Namazov təəssübkeş, vətənpər-
vər,  türksevər  və  xeyirxah  insan  kimi,  Türkiyə  Radiosunun 
Azərbaycan  bölməsinin  rəhbəri  Seyfəddin  Altaylı  mübarək 
şəxsiyyət  kimi,  professor  İsmayıl  Vəliyev  qətiyyətli  şəxsiyyət 
kimi,  professor  Nizaməddin  Şəmsizadə  qeyrət,  mərdlik  və 

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
76 
cəsarət  məktəbi  kimi,  tarix  elmləri  namizədi  Ataxan  Paşayev 
əzizimiz, müəllimimiz kimi dəyərləndirmişlər. Bunlardan əlavə 
Sirus  Təbrizlinin  “Azadlığa  toxum  əkir”,  Xeyrulla  Əliyevin 
”Azərbaycanın  elm  və  mədəniyyət  səfiri”,  İsmixan  Bayramo-
vun  “Alov  saçan  sətirlər”,  Şamil  Zamanın  “Bizim  Abbas 
müəllim“, Xanəli Kərimovun “Yerin məlum, Abbas müəllim”, 
Nazim  Rizvanın  “Su  gələr  arxa  gedər,  insan  qalar  dünyada”, 
Bəxtiyar Məmmədzadənin  “A. F.  Zamanov: fəal  mövqe, aktiv 
ömür”,  Qulam  Sadıqzadənin  ”Xeyirxah  insan,  yorulmaz  təd-
qiqatçı”, Gülşən Əliyevanın “Vətəndaş alimin qeyrəti və cəsa-
rəti”,  Azər  Abdullayevin  “Abbas  Zamanov  cəsarəti”,  Əli  Şa-
milin  “Reallığı  nəzərə  alan  insan”,  Ağasən  Bədəlzadənin  “O, 
insan  münasibətlərini  adiləşdirirdi”,  Zahirə  Bilal  qızının 
“Kövrək  xatirə”,  Lalə  Əliyevanın  “Nə  yaxşı  ki,  siz  vardınız, 
Abbas  müəllim...”,  Musa  Quliyevin  “Abbas  Zamanov  həqiqi 
vətənpərvər  və  görkəmli  alimdir”  məqalələrini  nəzərdən  keçi-
rən  Kamran  Əliyev  bunların  ən  dərin  səmimi  hisslərlə  ifadə 
edildiyini göstərir. 
K.Əliyev Abbas Zamanovun həyat və yaradıcılığının öy-
rənilməsində xüsusi xidmətləri olan filologiya üzrə fəlsəfə dok-
torları  Fərqanə  Kazımova  və  Gülgün  Rzayevanın  da  gördüyü 
işləri bir qədər geniş şəkildə üzə çıxarır və yüksək qiymətlən-
dirir.  
Abbas Zamanov yaşadığı ömür ərzində övlada övlad payı-
nı, nəvəyə nəvə  payını, tələbəyə tələbə payını, müəllimə müəl-
lim  payını,  dosta  dost  payını,  qələmdaşa  qələmdaş  payını,  ən 
başlıcası  isə  millətə  millət  payını  heç  vaxt  əsirgəməyib.  Bu 
paydan  Kamran  Əliyevin  də  qismətinə  düşən  doktorluğudur, 
professorluğudur,  kitablarıdır,  məqalələridir.  Çünki  Kamran 
müəllimin özünün dediyi kimi, Abbas Zamanov olmasaydı, mən 
də qeyri -sadəcə kənd müəllimləri içərisində yaddan çıxmışdım. 
Nəsillərin  mənəvi  tərbiyəsində  bu  etirafın  əvəzsiz  ro-
lundan danışmaq elə bilirik artıqdır. 
 

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
77 
EPOS POETĠKASINA DAĠR  
FUNDAMENTAL MONOQRAFĠYA 
 
Filologiya  elmləri  doktoru,  professor  Kamran  Əliyev 
Azərbaycan  filologiyasının  inkişafı  naminə  ağlını  və  ziyasını 
qətrə-qətrə  əridən,  professional  dəst-xətə  malik,  poetik  və  ic-
timai  fikir  tariximizin  ayrı-ayrı  maraqlı,  lakin  nisbətən  az  öy-
rənilmiş  səhifələrini  araşdı-
ran, filologiyamızda mübahi-
sə  doğuran  vacib  və  aktual 
məsələlərə  vaxtında  münasi-
bət  bildirən  alimlərimizdən-
dir. Obyektiv gerçəkliyə söy-
kənən  alim  15  fundamental 
monoqrafiyanın,  200-dən  ar-
tıq  elmi  və  elmi-publisitik 
məqalənin  müəllifidir.  Bu 
görkəmli  alimin  2011-ci  ildə 
işıq üzü görən “Eposun poe-
tikası:  “Dədə  Qorqud”  və 
“Koroğlu” 
monoqrafiyası 
(Elmi  redaktoru:  filologiya 
elmləri  doktoru,  professor 
İsrafil  Abbaslı)  inandırıcılı-
ğına, mədəni irsə hörmət və etimadına görə, ən başlıcası milli 
mövcudiyyətimizin  tədqiqi  baxımından  misilsiz  dərəcədə  qiy-
mətlidir. 
Sözügedən monoqrafiyada “Dədə Qorqud” və “Koroğlu” 
eposlarının  poetikası  elmi-mədəni  inkişafımızın  zəruri  amili 
kimi  araşdırılmışdır.  “Dədə  Qorqud”  eposunun  poetikasından 
danışan  alim  əvvəlcə  doğru  olaraq  “etnopoetika”  anlayışına 
aydınlıq gətirmiş, bu anlayışın dünya elmi fikrində son dərəcə 
yeni olduğunu və bir elm kimi onun açdığı imkanların hələlik 

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
78 
kifayət  qədər  öyrənilmədiyini  göstərmişdir.  Alim  düzgün  ola-
raq  yazılı  ədəbiyyat  nümunələri  ilə  müqayisədə  folklor  örnək-
lərinin etnopoetika müstəvisini tam aşkarlamaq üçün daha çox 
xammal ehtiyatlarına malik olduğuniu vurğulamış, ən qədim və 
ilk  türk  şeirinin  köklərini  “Dədə  Qorqud”  eposunun  səhifələ-
rində axtarmışdır. O, belə düşünür ki, ən qədim və ilk türk şeiri 
qoşa  misralı  şeirdir.  Elə  buna  görə  də  elmi  mənbələrdəki  ilk 
şeirin  qısa  şeirlər  olduğu  fikrini  də  tamamilə  məqbul  sayır. 
Alim  fikrində  haqlıdır.  Çünki  ibtidada  çox  bəsit  bir  dərəcədə 
olan dil birdən-birə mürəkkəb parçalı vəznləri yarada bilməzdi 
(Abid  Əmin).  İnsanların  həqiqət  və  xəyal  haqqındakı  bilik  və 
təsəvvürləri  zaman-zaman  artıb  çoxaldıqca,  onların  arzu  və 
emosiyalarının  yeni-yeni  çalarları  yarandıqca,  tarix  gələcəyə 
doğru irəlilədikcə şeirimiz də qoşamisralılıqdan çoxmisralılığa 
doğru irəliləmişdir. “Dədə Qorqud” eposunun zəngin örnəkləri 
əsasında  şeirimizin  qədim  poetikasını  bütün  təfsilatı  ilə  araş-
dıran alim belə nəticəyə gəlir ki, məhz qoşa atın yanaşı getməsi 
təsəvvüründən  qoşa  bənd-iki  dördlük  doğula  bilərdi.  Bu  gör-
kəmli alim tam qətiyyətlə bildirir ki, türk etnosu öz həyat tərzi, 
qəhrəmanlığı,  fəaliyyət  dairəsi  və  hətta  o  dünyası  üçün  ata 
borclu olduğu kimi, poetik təffəkürünün formalaşması üçün də 
məhz ata borcludur. 
Uzun  illərdir  ki,  “Dəli  Domrul”  boyunun  digər  boylarla 
və  bütövlükdə  eposun  özü  ilə  əlaqə  və  təmasının  zahirən  zəif 
görünməsi  təbii  olaraq  qorqudşünaslıqda  bir  çox mübahisələrə 
səbəb  olmuşdur.  Şübhə  doğuran  məqamlar,  mülahizə  və  fər-
ziyyələrlə  bağlı  məsələlərə  realist  mövqedən  yanaşan  alim 
nəyin  mülahizə,  nəyin  fərziyyə,  nəyin  isə  həqiqət  olduğunu 
elmi  dəlil  və  inandırıcılıqla  sübut  etməyi  çox  gözəl  bacar-
mışdır. Belə ki,  o, qorqudşünaslıqda mübahisə və fərziyyələrə 
rəvac verən faktlar və dəlilləri diqqətə çatdırır, sonra isə “Dəli 
Domrul”  boyunun  “Dədə  Qorqud”  eposunun  strukturundan  - 
süjetindən,  kompozisiyasından,  poetik  elementlərindən  ayrıl-
maz və təcridolunmazlığını əсaslı arqumentlərlə isbat edir.  

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
79 
Monoqrafiyanı oxuduqca hiss edirsən ki, “Dədə Qorqud” 
eposunun daha qabarıq görünən bütün məsələləri barədə xeyli 
məqalə  və  kitablar  çap  edilməsinə  baxmayaraq,  bu  sahədə  bir 
çox  aktual  problemlırin  təhlili  və  izahı  hələ  də  öz  tədqiqatını 
gözləyir. “Xalq təfəkkürünün və xalq istəyinin təcəssümü olan 
“Dədə  Qorqud“  eposunu  həm  qəhrəmanlıq  abidəsi,  həm  də 
tədqiqat obyekti kimi bütün dövrlərin eposu” hesab edən prof. 
K. Əliyev eposun poetikasında səciyyəviliyi və qeyri-adiliyi ilə 
seçilən  Təpəgözün  sirrinin  hələ  də  qorqudşünaslıqda  kifayət 
qədər açılmadığını göstərir və bunu nəzərə alaraq o, Təpəgözün 
dastana  gəlişini  və  gedişini  əks  etdirən  və  “Basatın  Təpəgözü 
öldürdüyü boy” kimi tanınan bu boydan həm Qalın Oğuz elinin 
özünə,  həm  mifik  dünyaya,  həm  də  eposun  strukturuna  və 
poetika  sisteminə  nəzər  yetirir,  bir  çox  elmi  mülahizələri 
heyrətamiz dərəcədə dəqiqləşdirir və konkretləşdirir. Tədqiqat-
çı  haqlı  olaraq  Təpəgözün  əsl  mahiyyətinin  üzə  çıxarılmasını 
onun mənşəyinin və poetikasının, yəni hər iki məqamın düzgün 
təyin  edilməsində  görür.  O,  bu  yolla  gedərək  Təpəgözün  epo-
sun  poetikasında  tutduğu  yer  və  mövqeyi,  daşıdığı  funksiyanı 
çox  dürüst  şəkildə  izləmiş,  elmi  ümumiləşdirmələrini  həqiqət 
donunda oxucuya təqdim etmişdir. 
“Dədə  Qorqud”  eposunun  əbədiyaşarlığı,  möhtəşəmliyi, 
zənginliyi,  dolğunlğu,  keyfiyyət  genişliyi  barədə  danışılası, 
tədqiq  ediləsi  məsələlər  çoxdur.  Bunlardan  biri  də  eposda  öz 
geniş bədii ifadəsini tapan qəhrəmanlıq motivləridir. Eposdakı 
bu  motivlər  barədə  mötəbər  elmi  mülahizələr  söylənilmiş, 
bunlar uzun illər boyu müxtəlif aspektlərdən öyrənilmişdir. La-
kin  indiyəcən  eposun  gənc  qəhrəmanı  Uruzla  bağlı  müəyyən 
məsələlərə  lazımi  diqqət  göstərilməmişdir.  Eposda  üç  boyun 
iştirakçısı  olan  Uruz  müxtəlif  döyüşlərdə  qələbə  çalmaq  əvə-
zinə,  dəfələrlə  məğlub  olur,  hətta  əsir  də  düşür.  Bəs  konkret 
olaraq  bu  gözlənilməzlik  həm  eposun  strukturu,  həm  də  Oğuz 
eli üçün hansı mahiyyət  kəsb edir? Bəs igidlik  göstərən Oğuz 
bəyinə  Dədə  Qorqudun  gəlib  ad  vermək  ənənəsi  baxımından 

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
80 
Uruzun payına nə düşür? Şübhəsiz ki, bəlli bir faktdır ki, Dədə 
Qorqud  başqa  boylarda  götdüyümüzün  tamam  əksinə  olaraq 
Uruza gəlib ad vermir. Bəs nə üçün? Bu məntiqi ortaya çıxaran 
prof. K. Əliyev özü də bunları müxtəlif aspektlərdən elmi ba-
xımdan  dolğun  şəkildə  cavablandırır.  Bizcə,  alimin  aşağıdakı 
ümumiləşdirilmiş  fikrinə  nəzər  salmaqla  məsələnin  mahiyyə-
tini tam dərk etmiş olarıq: “... eposla bağlı epik ənənə daha çox 
hakimiyyət şəcərəsinin təsiri ilə yaranan ənənədir. Uruz isə hər 
şeydən  qabaq,  eposda  epik  ənənənin  qoruyucusudur.  Həyatda 
sayılıb  seçilən  nəsil  ənənəsi,  yəni  şəcərəsi  olan  və  həyatda 
şəcərəsini qorumağı bacaran eposda da epik ənənəni qorumağa 
daha çox səlahiyyətlidir. Belə bir səlahiyyət sahibi məhz Uruz-
dur, çünki Uruz Qazan xanın oğlu, Bayındır xanın nəvəsidir!” 
Qorqudşünaslıqda  ən  aktual  problemlərdən  biri  də  bəzi 
obrazların  digər  qəhrəmanlarla  müqayisədə  az  öyrənilməsidir. 
Prof. K. Əliyev belə hesab edir ki, dastanda qəhrəmanla bağlı 
hadisələri  düzgün  oxumaq,  qəhrəmanı  olduğu  kimi  dəyərlən-
dirmək, qəhrəmanın şəxsiyyətində  və  fəaliyyətində ehtiva olu-
nan  xalq  fikrini  və  düşüncəsini  tam  dəqiqliyi  ilə  tapmaq  və 
aşkara çıxarmaq folklorşünaslığın ana vəzifəsidir. 
Eposda Dirsə xan oğlu Buğac obrazının mövqeyinə digər 
eposşünaslara  nisbətən  daha  geniş  müstəvidə  aydınlıq  gətirən 
alimin fikirləri yenidir və bizcə, digər obrazlar da elmi uğurlar 
işığında eposşünaslıqda bu qaydada öyrənilməlidir. 
“Dədə Qorqud” eposunun poetikasını öyrənərkən eposda-
kı  qəhrəman  Oğuz  igidləri  ilə  yanaşı  daha  qabarıq  formada 
görünən və bəzi  mətləblərin ideya daşıyıcısı  olan Burla xatun, 
Banuçiçək,  Selcan  xatun  obrazlarından  da  yan  keçmək  olmaz. 
Prof. K. Əliyev müxtəlif boylarda nəql edilən hadisə və əhva-
latlarla  bağlı  olan  bu  xanımların  eposun  mətnində  öz  funk-
siyaları müqabilində necə təsvir və təqdim olunmasını dəqiqlik 
və obyekivlik meyarı ilə saf çürük edir. 
“Dədə Qorqud“ eposundakı boyların istər süjet strukturu, 
istərsə  də  onların  bir-biri  ilə  sıx  əlaqəli  formalarının  öyrənil-

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
81 
məsi tədqiqatçıdan böyük məharət tələb edir. Elə buna görə də 
prof. K. Əliyev boylar arasındakı yaxınlıq və əlaqələri yüksək 
səviyyədə  qabartmış,  onların  təhlil  və  şərhini  əyani  formada 
Beyrək obrazı ilə bağlı məsələlərdə bir daha bütün aydınlığı ilə 
nümayiş  etdirmişdir.  Alimə  görə,  “Dədə  Qorqud”eposunun 
poetikasının,  oradakı  bədii  strukturunun  doğru  və  düzgün  açı-
lışı  Beyrək  obrazının  təhlilindən  xeyli  dərəcədə  asılıdır. 
Tədqiqatçı  monoqrafiyada  Beyrəyin  həyatı  və  taleyini  digər 
döyüşkən qəhrəmanlarla müqayisə etmiş, həmin qəhrəmanlarla 
Beyrək  arasında  nəzərə  çarpacaq  dərəcədə  oxşar  və  fərqli 
məqamları dürüst şəkildə ortaya çıxara bilmişdir. 
Mürəkkəb,  çoxlaylı  obraz  strukturuna  malik  olan  “Ko-
roğlu” eposunun poetikasının da müəyyən məqamlarının ciddi 
elmi  araşdırmaya  ehtiyacı  var  idi.  Məsələn,  götürək,  igidliyin 
mahiyyət  və  məzmununun  rəmzi  kimi  eposda  işlənən  “dəli” 
anlayışını.  Alim  bu  anlayışa  mifopoetik  aspektdən  yanaşaraq 
göstərir  ki,  eposda  “dəli”  anlayışı  üç  məqamı  ehtiva  edir:  bi-
rincisi,  igidlik;  ikincisi,  axmaqlıq;  üçüncüsü,  igidliklə  ax-
maqlığın qovuşuğu.  
Eposun  mətnində  “dəliqanlılıq”,  “dəli  nərə”,  “dəlisov-
luq”, “dəli könül” kimi anlayışların doğurduğu mənaları tədqi-
qatçı düzgün kodlaşdırmış, Korğlunun öz könlünü “dəli könül” 
adlandırması  onun  dəli  nərəsinə,  dəli-dolu  igid  kimi  tanınma-
sına,  bəzən  dəlisovluq  eləməsinə  və  bütövlükdə  dəlilər  dəlisi 
olmasına da tam uyğun gəldiyini göstərmişdir. 
Prof. K. Əliyev “Koroğlu” eposunun poetikasının müəy-
yən  elementlərini  yüksək  professionallıq  və  istedad  meyarları 
ilə üzə çıxarır. Onun eposda ilk dəfə say etibarilə beşinci qolda 
-  “Koroğlunun  Ərzurum  səfəri”  qolunda  görünən  Aşıq  Cünun 
obrazı  ilə bağlı  düşüncələri də  ciddi  əhəmiyyət  kəsb  edən mə-
sələlərdəndir. Ərzurumlu Cəfər paşanın xidmətində duran Aşıq 
Cünunun  Çənlibelə  gəlişinin  əsas  səbəbini  açıqlayan  alim  bu 
aşığın eposun poetikasında son dərəcə zəruri funksiyaların da-
şıyıcısı olduğunu  və eyni zamanda igidlərin - dəlilərin yanında 

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
82 
bir  dəli  aşığın  da  olmasını  Koroğlunun  bitkin  və  mədəni  cə-
miyyətin təmsilçisi kimi dəyərləndirir 
Prof. K. Əliyev “Koroğlu” eposunun poetikasını bir neçə 
istiqamətdə  araşdırmışdır.  Bu  istiqamətlərdən  biri  də  eposda 
bədii məkanın xarakteri məsələsidir. Tədqiqatçı eposda simvol-
ların,  işarələrin,  ifadələrin,  sözlərin  altında  yaşayan  məkanları 
xaraktercə  üç  mühüm  məqamla  təyinləyir:  real  məkan,  ara 
məkan  və  ideal  məkan.  Real  məkan  paşaların  hakim  olduğu 
İstanbul,  Ərzincan,  Rum,  Qars,  Toqat  və  başqalarıdır.  İdeal 
məkan  isə  heç  vaxt  dəyişmir.  Bu,  Çənlibeldir.  Real  məkanla 
ideal məkan arasında keçid xarakteri daşıyan bir ara məkan da 
mövcuddur ki, bu, konfliktin həlli məkanıdır. 
“Koroğlu”  eposunun  aparıcı  xüsusiyyətlərindən  biri  də 
igidliyin  və  qəhrəmanlığın  təntənəli  şəkildə  ifadəsidir.  Bu  ifa-
dəetmənin əksər məqamlarını çözələyən prof. K.Əliyevin epos-
dakı  fiziki  gücün  semantikası  ilə  bağlı  araşdırmaları  da  çox 
maraqlıdır və əminik ki, fiziki güclə bağlı bu mənalandırmalar 
eposşünaslıqda zəruri bir problemin həlli kimi qarşılanacaqdır. 
Folklor poetikasından danışan prof. K. Vəliyev 26 il bun-
dan  əvvəl  həyəcan  siqnalı  çalaraq  qeyd  edirdi  ki,  son  vaxtlar 
folklorçularımız  arasında  bu  termin  geniş  yayılmış  olsa  da, 
əksər hallarda düzgün işlədilmir. Adında “poetika” termini olan 
əksər  yazılarda  poetikanın  heç  bir  ciddi  problemindən  söhbət 
getmir.  Nəticədə  isə  belə  bir  yanlış  təsəvvür  yaranır  ki,  guya 
bizdə  folklor  poetikasına  aid  xeyli  əsər  var.  Əslində  isə  bu 
sahənin  öyrənilməsi  faktik  olaraq  indi  başlanır.  Bir  sözlə, 
“poetika”  terminini  yeri  gəldi-gəlmədi  işlətmək  yox,  poetika 
problemlərini öyrənmək gərəkdir. 
Bəli,  bu  gün  mübaliğə  etmədən  deyə  bilərik  ki,  bizim 
folklorşünaslar içərisində poetika problemləri ilə ciddi və işgü-
zar şəkildə məşğul olan böyük alimlərimiz var. Prof. K. Əliyev 
də  belələrindəndir.  Biz  alimin  “Eposun  poetikası:  “Dədə 
Qorqud” və “Koroğlu” monoqrafiyasını bu sahədə fundamental 
tədqiqat əsəri hesab edirik.   

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
83 
TƏNQĠDĠN POETĠKASININ  
DƏRĠN QATLARININ TƏDQĠQĠ 
 
  Bu  gün  elmi  ictimaiyyətin  yüksək  qiymətləndirdiyi 
alimlərdən biri olan Kamran İmran oğlu Əliyev düz 38 il bun-
dan əvvəl professor Abbas Zamanovun elmi rəhbrliyi ilə “Mus-
tafa Quliyevin ədəbi-tənqidi görüşləri” mövzusunda diplom işi 
yazmışdı.  Bu  elmi  iş  tələbə 
tərəfindən  demək  olar  ki, 
bütün  istiqamətlərdə  tədqiq 
olunmuş, 
eyni 
zamanda 
Mustafa  Quliyevin  müxtəlif 
qəzet  və  jurnallarda  çıxan 
məqalələrinin  biblioqrafiyası 
da  hazırlanıb  diplom  işinə 
əlavə  edilmişdir.  Elmi  işin 
səviyyəsini  yüksək  qiymət-
ləndirən A. Zamanov  yazırdı 
ki,  K.  Əliyevin  diplom  işi 
universitet  təhsilini  başa  çat-
dıran  istedadlı  bir  tələbənin 
ilk  müvəffəqiyyətli  qələm 
təcrübəsidir.  Müdafiəyə  bu-
raxılmasını  məsləhət  gördü-
yümüz  bu  diplom  işinə  əsaslanaraq  ümid  etmək  olar  ki,  əgər 
tələbə  K.  Əliyevə  lazımi  qayğı  göstərilsə,  gələcəkdə  o,  yaxşı 
bir  tədqiqatçı  ola  bilər.  Bəli,  bütün  qayğılarla  əhatə  olunan  K. 
Əliyev elmi rəhbərinin ümid və etimadını ömrün enişlı-yoxuşlu 
yollarında, vaxt-zaman dolaylarında layiqincə doğrultdu. 1976-
1979-cu illərdə Azərbaycan MEA-nın Nizami adına Ədəbiyyat 
İnstitutunun  aspiranturasında  oxudu.  1980-ci  ildə  namizədlik, 
1990-cı ildə doktorluq dissertasiyası müdafiə etdi.  
Alimin müxtəlif illərdə çap etdirdiyi “XX əsr Azərbaycan 

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
84 
romantiklərinin  ədəbi-nəzəri  görüşləri”,  “Hüseyn  Cavidin  şəx-
siyyəti və poetikası”, “Mirzə Fətəlidən Hüseyn Cavidə qədər”, 
“Cavid  möcüzəsi”,  “Azərbaycan  romantizminin  poetikası”, 
“Azərbaycan  romantizminin  nəzəriyyəsi”,  “Romantizm  və 
folklor”, “Teoriya azerbaydjanskoqo romantizma”, “Hüseyn 
Cavid”, “Abbas Zamanov olmasaydı” adlı elmi əsərlərinin, abi-
turiyentlər  üçün  “Ədəbiyyat”,  “Azərbaycan  dili”  adlı  dərs 
vəsaitlərinin,  “Sədərək  döyüşləri”  adlı  publisistik  əsərinin  və 
eyni  zamanda  200-dən  artıq  elmi  və  elmi-publisistik  məqalə-
sinin  hər  birinin  sözün  həqiqi  mənasında  filologiyamızda  xü-
susi yeri, xüsusi çəkisi var. 
Ədəbi tənqidə dair orijinal, saнballı əsərləri bu alimin ol-
duqca  zəhmətsevərliyindən,  işgüzarlığından,  qibtəediləcək  ya-
radıcılıq  enerjisinə  malik  olduğundan  xəbər  verir.  Bu  ensik-
lopedik  biliyə  malik  filoloq-alimin  yenicə  çap  etdirdiyi  “Tən-
qidin poetikası” (Bakı, “Elm və Təhsil”, 2012, 208 səh) (Elmi 
redaktoru: Arif Əmrahoğlu) kitabında da tənqidin poetikasının 
dərin  qatlarına  yetərincə  nüfuz  etməni,  həmin  tədqiqat  pred-
metində  çoxlarının  görə  bilmədiyi  incəlikləri,  sirləri  tapıb  üzə 
çıxarma  qabiliyyətini  görürük.  Alim  öz  yaradıcılıq  tendensi-
yasına sadiq qalaraq bu əsərində də ədəbi tənqidin ən əsas, ən 
dəyərli  məsələlərini  müasir  elmi  tələblər  səviyyəsində  araşdır-
mışdır. Prof. K. Əliyev monoqrafiyada ilkin olaraq özünəməx-
sus  bir  maraq  və  narahatlıqla  ədəbi  tənqiddə  bədiilik  məsələ-
sinə  diqqəti  yönəldir  və  bunun  dərindən  öyrənilməsini  zəruri 
hesab  edir.  Son  vaxtlar  tənqidçilər  və  oxucular  arasında  geniş 
yayılmış  “tənqid  özünü  az  öyrənir”  etirafına  elmi  müsətivədə 
aydınlıq gətirən alimin düşüncələri olduqca məntiqli səslənir və 
eyni  zamanda  tənqidin  elm  və  ya  sənət  növü  olması  barədəki 
mövcud  mübahisələrlə  əlaqədar  tədqiqatçının  analitik  təhlili 
xüsusi  maraq  doğurur.  Alimin  fikrincə,  maraqlı  odur  ki,  tən-
qidin  elm  və  ya  sənət  sahəsinə  daxil  olması  fikri  üzərində  da-
yananların əksəriyyəti elə məhz tənqidçilərin özləridir. Bəs ne-
cə olmuşdur ki, tənqidçilərin bir qrupu tənqidi elm hesab edir, 

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
85 
digər  qrupu  incəsənətin  bir  növü?  (Həm  elm,  həm  də  sənət 
kimi qəbul edənlər də vardır). Belə ikitərəflilik (ikitirəlik) tən-
qidçilərin fərdi görüşlərindən irəli gəlir. Əslində onların hamısı 
tənqidi  yüksək  səviyyədə  mənalandırmaq  istəyirlər.  Aydındır 
ki, hər hansı peşə ilə  yaxından tanış olanlar, onun rolunu, ma-
hiyyətini aşağı salmaq istəməzlər. Fikir ayrılığı da məhz elə bu 
yüksək mənalandırma məqsədindən doğur: elmi sənətdən üstün 
tutanlar tənqidi elm sahəsi kimi qəbul edir, yaxud əksinə, sənəti 
elmdən  yüksək  tutanlar  tənqidi  sənət  aləminə  daxil  edirlər. 
Ədəbi  tənqiddə bədiilikdən danışmaq da  elə məhz bu məsələ-
lərdən danışmaq deməkdir. 
Prof.  K.  Əliyev  monoqrafiyada  çox  vaxt  ədəbi  tənqidin 
kifayət qədər diqqət yetirmədiyi sahələri bir küll halında öyrənir, 
ədəbi  tənqidin  bədiilik  anlayışına  daxil  olan  cəhətləri  ayrı-
ayrılıqda  faktlar  və  dəlillər  əsasında  süzgəcdən  keçirir  və  belə 
nəticəyə  gəlir  ki,  ədəbi  tənqiddə  bədiilik  problemi  “tənqidçi-
yazıçı-oxucu“ mövzusunun müəyyən tərəfidir. Belə ki, bədiilik-
tənqidçinin  sadə  və  aydın  dildə  yazmasına  çağırışdır;  bədiilik-
oxucunun tənqidçi fikrini və yazıçı ideyasını dərindən, hərtərəfli 
dərk  etməsinə  köməkdir;  ən  nəhayət,  bədiilik  –  tənqidin  sənət-
karlıq imkanlarının genişlənməsi və zənginləşməsi deməkdir. 
Təbii olaraq, “Tənqidin poetikası” adlanan bu kitab müəl-
lifin  müxtəlif  illərdə  qələmə  aldığı  məqalələridir.  Kitaba  daxil 
edilmiş  “Ədəbi  tənqiddə  bədiilik“,    “Romantik  tənqid  və  Sa-
bir”,  “F.  Köçərli  tənqidinin  sənətkarlıq  məsələləri”,  “Seyid 
Hüseyn-görkəmli tənqidçi və  yazıçı”, “Hüseyn Cavid və ədəbi 
tənqid”, “Əli Nazimin tənqidçilik sənəti”, “Mir Cəlal Paşayev – 
tənqidçi  və  nəzəriyyəçi  alim”,  “Feyzulla  Qasımzadənin  Azər-
baycan  ədəbiyyatşünaslığının  inkişafındakı  rolu”,  “Kamal  Ta-
lıbzadə – təmkinli elmi yaradıcılıq”, “Ədəbi-tənqidin fikrin im-
kanları”,  “Yazıçının  tənqidçiyə  ehtiyacı  var”  məqalələrini  bir-
birilə  birləşdirən,  bir  axara  salan,  eyni  bir  məqsədə  yönəldən 
güclü bir xətt olmaqla bərabər, ədəbi tənqiddə bədiilik proble-
minin əndazə çərçivəsində müəllif tərəfindən obyektiv həlli var. 

Yüklə 113,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin