MahġRƏ naği qizi çapar kazimli


Mahirə Nağı qızı, Çapar Kazımlı



Yüklə 113,22 Kb.
Pdf görüntüsü
səhifə3/17
tarix03.04.2017
ölçüsü113,22 Kb.
#13208
1   2   3   4   5   6   7   8   9   ...   17

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
26 
Kitabın sonuncu bölməsi “Romantizmin estetikası” adla-
nır.  Tədqiqatçı  burada  H.  Cavidin  ədəbiyyata  baxışı  və  pub-
lisistiksı haqqında dəyərli elmi mülahizələr yürüdür. K. Əliyev 
Cavidin  ədəbiyyata  və  sənətə  baxışını  görün  necə  də  düşün-
cəsinin  itiliyi,  dərinliyi  və  zənginliyi  ilə  bu  böyük  sənətkarın 
boyuna  biçir:  “  Hüseyn  Cavidin  ədəbiyyata  və  sənətə  baxışı 
onun  həyat  təcrübəsindən  və  həyata  olan  münasibətindən  do-
ğulmuş  və  inkişaf  etmişdir.  Gənclik  illərinin  çətinlikləri, 
böyüdüyü  və  təhsil  aldığı  yerlərin  ağır  və  dözülməz  güzəranı, 
şairi  “acı-acı  həqiqətləri”  əks  etdirən  ədəbiyyatın  tərəfdarına 
çevirmişdir.  Bu  mənada  H.  Cavidin  ədəbiyyata  baxışının  ilk 
addımları  onun  ədəbiyyata  -  şeir  və  dramaturgiyaya  gəlişini 
tarixən qabaqlamışdır”. 
Bəli, H. Cavid yaradıcılığını müxtəlif istiqamətlərdən təh-
lil  edən,  öz  qənaətlərini  oxucuya  aydın  və  inandırıcı  şəkildə 
çatdıran  prof.  K.  Əliyevin  “Hüseyn  Cavidin  şəxsiyyəti  və 
poetikası” əsəri indi ədəbiyyatşünaslarımızın stolüstü kitabıdır. 
Çünki  alimin  bu  kitabı  da  vətəndaş  yanğısı  ilə,  professional-
lıqla, ən yüksək peşəkarlıqla qələmə alınmışdır.  
 

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
27 
ELMĠ TAPINTILARLA ZƏNGĠN ƏSƏR 
 
Prof.  Kamran  Əliyevin  1998-ci  ildə  “Yazıçı”  nəşriyya-
tında çapdan buraxılan “Mirzə Fətəlidən Hüseyn Cavidə qədər” 
kitabında indiyə qədər Mirzə Fətəli Axundov, Cəlil Məmməd-
quluzadə,  Mirzə  Ələkbər  Sabir,  Üzeyir  bəy  Hacıbəyov,  Ab-
dullabəy Divanbəyoğlu, Səid 
Səlmasi,  Məhəmməd  Hadi, 
Abdulla  Sur,  Abdulla  Şaiq, 
Abbas Səhhət, Cəfər Cabbar-
lı,  Hüseyn  Cavid  haqqında 
tədqiqatçıların  diqqətini  cəlb 
etməyən  cəhətlər  araşdırma 
obyektinə çevrilir. 
Kitaba  müəllifin  XIX-
XX  əsrdə  yaşayıb  yaratmış 
Azərbaycanın  görkəmli  sə-
nətkarının  həyat  və  yaradıcı-
lığından bəhs edən 21 məqa-
ləsi  daxil  edilmişdir.  “Hacı 
Qara obrazı “Təmsilat”ın bə-
dii  sistemində”  məqaləsində 
prof.  K.Əliyev  ədəbiyyatşü-
naslığımızda  M.  F.  Axundo-
vuн  filosof  kimi,  tənqidçi  kimi,  yazıçı  və  dramaturq  kmi  öy-
rənildiyini,  onun  bütün  hallarda  yeni  ədəbiyyatın  banisi  hesab 
edldiyini  göstərir  və  oxucunun  diqqətini  ciddi  və  əhəmiyyətli 
faktlarla  dolu  olan  bu  mütəfəkkirin  yaradıcılığının  hələ  də 
öyrənilməyən, araşdırıcılar tərəfindən tədqiqata cəlb edilməyən 
cəhətlərinə  yönəldir.  Alim  doğru  olaraq  yazır  ki,  bədii  yara-
dıcılığın belə bir sirli-sehrli əlaməti Mirzə Fətəli sənətinin bədii 
cəhətlərinin hələ öyrənilmədiyinə, eyni zamanda tədqiqata cəlb 
olunmasına  tam  əsas  verir.  Yalnız  dramaturq  kimi  onun  yara-

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
28 
dıcılığında  elə  qatlar  vardır  ki,  həmin  cəhətlər  Axundova  mü-
nasibətdə  yeni  ədəbi  nəsillərin  formalaşmasını  gözləyir.  Bu 
mənada  sadə  bir  suala  cavab  verək:  Hacı  Qara  obrazı  necə 
yaranmışdır? Bu sualı aydınlaşdırmaq məqsədilə tədqiqatçı M. 
F.  Axundovun  xəsis  tipləri  ilə  Hacı  Qaranı  müqayisə  edir  və 
müqayisələr  zəminində  Hacı  Qara  obrazının  Mirzə  Fətəli 
“Təmsilatı”ının  bədii  sistemində  doğulması,  inkişaf  etməsi  və 
formalaşması məsələlərini meydana çıxarır.  
“Molla  Nəsrəddin  “  jurnalının  mövzu  dairəsi  son  dərəcə 
geniş olmuşdur.  İslam və xristian fanatizminin saf-çürük  edil-
məsi, gerilik və ətalətin, Şərq despotizminin Qərbə məxsus ye-
ni  istibdad  üsullarının  böyük  sənət  dili  ilə  amansız  şəkildə 
ifşası yolu ilə yaranan bu jurnal Mirzə Cəlil zəhmətinin, Mirzə 
Cəlil  cəsarətinin  məhsulu  idi.  “Mirzə  Cəlil  müdrikliyi”  mə-
qaləsində  bütün  bu  məsələləri  təhlilə  cəlb  edən  alim  düzgün 
olaraq göstərir ki, bu müdriklik ictimai hadisələri qabaqlamaq-
da, dövrün mütərəqqi meyllərinə tərəfdar çıxmaqda çox böyük 
işlər görmüşdü. Məqalədə tədqiqatçı Mirzə Cəlil müdrikliyinin 
mahiyyətini  bütün  istiqamətlərdə  araşdırır  və  sonda  belə 
qənaətə  gəlir ki,  “Molla Nəsrəddin” jurnalının və “Molla Nəs-
rəddin”  ədəbi  məktəbinin  tədqiqində  Mirzə  Cəlilin  fədakarlığı 
və sənət möcüzəsi, Mirzə Cəlilin şəxsiyyəti həmişə ağsaqqallıq 
pyedestalında  dayanmasıdır.  Yalnız  belə  bir  həqiqət  doğru  və 
dürüst elmi nəticələrin əsası ola bilər. 
Prof.  K.  Əliyev  Mirzə  Cəlilə  həsr  etdiyi  “Şərqi  oyadan 
zəng  səsləri”  adlı  ikinci  məqaləsində  “Molla  Nəsrəddin“  jur-
nalının  milli  mətbuat  tariximizdəki  rolundan,  jurnalın  ədəbi 
məktəb  səviyyəsinə  qalxmasından,  həmçinin  onun  özünəməx-
sus üslub çalarlarından danışır. 
Alim  Mirzə  Cəlilə  həsr  etdiyi  məqalələrinin  hər  birində 
müxtəlif  məsələlərə  toxunur.  “Molla  Nəsrəddin”  jurnalının 
“Təbriz  nömrələri”  adlı  məqaləsində  1921-ci  ildə  8  səhifədən 
ibarət olan bu jurnalın Təbrizdə cəmi 8 nömrəsinin çıxardığını 
göstərir və nömrələrdəki felyetonların tənqid və ifşa hədəflərini 

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
29 
müəyyənləşdirir,  jurnalın  Təbrizdə  nəşr  olunması  səbəblərini 
açıqlayır, oxucuda dolğun elmi təsəvvür yaradır. 
“Elmi  konkretlik,  ədəbi  faktların  geniş  nəzəri  miqyası, 
fikrin  yığcam  şəkildə  çatdırılması”  (Əbülfəz  Əzimov)  K. 
Əliyevin  yaradıcılıq üslubunu xarakterizə edən cəhətlərdəndir. 
“Sabirin  poetik  sistemində  bədii  sözün  təkamülü”  adlı  məqa-
ləsində  də  alim  öz  üslubuna  sadiq  qalaraq  həyata,  real  ger-
çəkliyə  son  dərəcə  yaxın  olan  Sabir  sənətinin  mövzu  dairəsini 
və onun sənətkarlıq xüsusiyyətlərinə diqqət  yetirir və  oxucuda 
xüsusi maraq oyadır. 
Prof.  K.  Əliyev  “XX  əsr  Azərbaycan  romantikləri  Sabir 
haqqında”  məqaləsində  bu  dövr  Azərbaycan  ədəbiyyatında 
romantiklərlə  realistlər  arasında  olan  münasibətlər  məsələsinə 
toxunur, M. Hadı, H. Cavid, A. Səhhət və A. Şaiqlə Sabir ara-
sındakı yaradıcılıq əlaqələrini konkret faktlarla izah edir. 
“Şərqin böyük mütəfəkkiri” məqaləsində Üzeyir Hacıbə-
yovu görkəmli bəstəkar və musiqişünas, mahir publisist və re-
daktor,  dramaturq  və  mütərcim,  müəllim  və  pedaqogika  nəzə-
riyyəçisi  kimi  dəyərləndirən  alim  bu  böyük  düha  sahibinin 
bütün  xidmət  sahələrinə  toxunur,  bu  xidmətin  əhəmiyyətini 
konkret  faktlarla  şərh  edir  və  sübut  edir  ki,  ömrünü  yüksək 
ideallar  uğrunda  yaşamaqla  keçirən  Ü.  Hacıbəyov  Şərq  mu-
siqisi  və Şərq həyatı ilə  bağlı sənətkar olmuşdur. Başqa sözlə, 
Üzeyir  Hacıbəyov  bütün  dünyada  tanınan  əsl  musiqişünas 
mütəfəkkir idi. 
Prof.  K.  Əliyev  “Böyük  sənətin  hikməti”  məqaləsində 
Üzeyir  Hacıbəyovun  ədəbiyyat  aləminə  öz  publisist  addımları 
ilə daxil olduğunu və onun dərin məzmunlu, aktual mündəricəli 
felyetonları  ilə  geniş  oxucu  kütləsinin  rəğbətini  və  hörmətini 
qazandığını,  bu  ölməz  sənətkarın  bütün  yaradıcılığı  boyu  öz 
əqidə  və  məsləkindən  ayrılmadığını,  bütün  həyatını  xalqa 
xidmətə həsr etdiyini göstərir . 
“Unudulmaz  anların  hekayəti”  məqaləsində  alimi  daha 
çox  Ü.Hacıbəyovun  çəkdirdiyi  şəkillər  maraqlandırmış,  bu 

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
30 
məqaləsində  şagird  və  seminarist,  müəllim  və  bəstəkar,  yazıçı 
və  deputat  Ü.  Hacıbəyovun  vaxtilə  çəkdirdiyi  fotoların  məna 
və məzmunundan bəhs edir. 
 “Romantik nəsrin hüdudları” məqaləsində prof. K.Əliyev 
Abdulla  bəy  Divanbəyoğlunun  XX  əsrin  əvvəllərində  qələmə 
aldığı  bir  sıra  nəsr  əsərlərinin  poetikasını  tədqiqata  cəlb  edir. 
Müəllifin təqdimindən öyrənirik ki, Divanbəyoğlu bizim yüzil-
liyin  ilk  onilliklərində  təşəkkül  tapıb  formalaşmış  romantizm 
yaradıcılıq  metoduna  mənsub  olan  sənətkarlardandır  və  onun 
nəsr  əsərlərində  Azərbaycan  romantizmi  üçün  səciyyəvi  olan 
bir çox cəhətlər özünü göstərməkdədir. Tədqiqatçı bu səciyyəvi 
cəhətləri  izah  edərkən  yazıçının  “Əbdül  və  Şahzadə”,  “Can 
yanğısı” əsərlərini müqayisə edir, onun romantik nəsrinin ağrı 
və acılarını üzə çıxarır. 
“Romantik şairin arzuları” məqaləsində alim Səid Məşədi 
Xəlil oğlu Səlmasinin “Təzə həyat”, “İrşad”, “Füyüzat”, “Yeni 
füyüzat”  və  sair  mətbu  orqanlarında  çap  olunan  publisistik 
məqalə  və  şeirlərini  təhlilə  cəlb  edir və  onun həyata  və  sənətə 
baxışı barədə oxucuda aydın təsəvvür yarada bilir. 
“Hadi  kədəri”  məqaləsində  prof.  K.  Əliyev  “Kədər  yan-
ğıdır”,  iztirabdır,  durumdur”-deyən  romantik  şair  Məhəmməd 
Hadi  kədərinin  köklərini,  rişələrini  axtarır.  O,  bu  kədərin  hər 
şeydən qabaq şairin romantik arzu və istəklərinin, xəyallarının 
mühitin  darlığına  sığa  bilməməsində  görür.  Alim  haqlı  olaraq 
yazır ki, Hadinin kədəri özünün çətin şəraitdə, çətin güzəranda 
yaşamasında, yaxud bir tanışının, bir yaşıdının dilənçi kökündə 
olmasında  deyil,  Hadinin  kədəri  istədiyi  bir  qıza  qovuşa  bil-
məsində, yaxud bir quşa yas saxlamsında da deyil. Hadinin kə-
dəri  həm  də  bunların  hamısında,  bunların  şahidliyindədir  və 
bunlardan qida ala-ala , şəxsi çərçivələri aşa-aşa yaranan dünya 
kədəridir. 
Abdulla  Surun  ədəbiyyatşünaslıq  və  bədii  yaradıcılığını 
tədqiqat obyektinə çevirən alim “Ədəbiyyatşünas, şair və pub-
lisist”  məqaləsində  onun  bu  sahələrdəki  fəaliyyətini  işıqlandı-

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
31 
rır, Abdulla Surun 1898-ci ildən 1912-ci ilə qədər “Şərqi-rus”, 
“Həyat”,  “İrşad”,  “Həqiqət”,  “Tərəqqi”,  “Günəş”,  “Məktəb”, 
“Yeni  irşad”  və  başqa  qəzetlərdə,  jurnallarda  “Abdulla 
Məhəmmədzadə”,  “Abdulla  Sur”,  “Abdulla  Tofiq”  və  digər 
imzalarla  çıxış  etdiyini  və  bu  vətənpərvər  insanın  dövrünün 
qabaqcıl ziyalılarından olduğunu diqqətə çatdırır. 
Prof. K. Əliyev Abdulla Sura həsr etdiyi digər məqalələ-
rində  də  (“Azərbaycan  romantiklərinin  həmkarı”  və  “Abdulla 
Surun  bədii  yaradıcılığı”)  bu  dəyərli  qələm  sahibinin  yara-
dıcılığını bu və ya digər dərəcədə öyrənir. 
Araşdırıcı “Şaiq inamı” məqaləsində Abdulla Şaiqin şeir 
yaradıcılığının özünəməxsusluqlarını aşkarlayır. 
Prof. K. Əliyev A. Şaiqin ədəbi-nəzəri məqalələrini də el-
mi  baxımdan  təhlil  obyektinə  çevirir.  Tədqiqatçı  haqlı  olaraq 
yazır  ki,  Azərbaycan  ədədbiyyatının  görkəmli  nümayəndələ-
rindən  biri  olan  Abdulla  Şaiqin  ədəbi-nəzəri  məqalələri  sübut 
edir  ki,  o,  bədii  yaradıcılıqla  yanaşı,  tədqiqatla  da  məşğul 
olmuş, dövrün, zamanın mütərəqqi ruhunu tuta bilmişdir. Alim 
A. Şaiqin Yunis İmrə, Nəsimi, Xətai, Füzuli, Nəfi, Seyid Əzim, 
Vaqif,  Vidadi,  Zakir,  Axundov,  Ə.  Haqverdiyev  yaradıcılığı 
barədə söylədiklərini bu gün də çox aktual sayır. 
Prof.  K.  Əliyev  “Səhhət  sızıltıları”  məqaləsində  A.  Səh-
hətin  sızıltılarının  mənbəyini  çözələyir  və  düzgün  olaraq 
göstərir  ki,  Səhhət  sızlıtıları  ürəkdən  və  candan  bağlandığı 
Vətənin taleyindən sıxılıb gəlmişdi. Bu sızıltılar bircə anın ahı 
və  fəryadı  deyildi.  Axı  “Şəni-vətənü  milləti  biganəyə  çatdı” 
həqiqəti  arxasında  heç  bir  vətəndaş  dözümü  tab gətirə  bilməz. 
O da ki, “Ey Vətən, getmə ki, əldən gedəriz” üsyanını qaldıran 
Səhhət olaydı. 
Prof.  K.  Əliyev  “C.  Cabbarlının  romantik  qəhrəmanları” 
məqaləsində  Azərbaycan  bədii  fikir  tarixində  realizmin  gör-
kəmli  nümayəndəsi  və  bir  çox  romantik  əsərlərin  yaradıcısı 
olan  Cəfər  Cabbarlının  “Solğun  çiçəklər”,  “Aydın”,  “Oqtay 
Eloğlu”,  “Od  gəlini”  pyeslərinin  romantizm  baxımından  əsas 

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
32 
səciyyəvi  xüsusiyyətlərini  və  bu  əsərlərin  qəhrəmanlarının 
hansı bədii prosesdən keçdiklərini bütün istiqamətlərdə izləyir. 
Prof. K. Əliyevin yaradıcılığının ən əsas hissəsini Hüseyn 
Cavidlə  bağlı  araşdırmaları  tutur.  Onun  bu  dahi  şəxsiyyətlə 
bağlı təhlil istiqamətlərindən, nəzəri yanaşma və araşdırma for-
mullarından  indiki  nəsillər  bəhrələndiyi  kimi,  gələcək  nəsillər 
də  bol-bol  faydalanacaqlar.  Bu  mənada  “Mirzə  Fətəlidən 
Hüseyn Cavidə qədər” kitabına daxil edilmiş “Cavid həqiqəti” 
və  “H.Cavid  dramaturgiyasında  romantik  qəhrəman”  məqalə-
ləri də istinad olunmalı dəyərli mənbələrdir. 
Bəli,  cəsarətlə  deyə  bilərik  ki,  prof. Kamran Əliyevin  bu 
kitabı  da  yeni  çalarda,  yeni  üslubda  yazılmış  elmi  tapıntılarla 
zəngin qiymətli tədqiqat əsəridir.  
 
 
 
 
 
 
 
 

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
33 
UZUNÖMÜRLÜ ƏSƏR 
 
Azərbaycan romantizminin poetikası ilə bağlı bir sıra təd-
qiqatlarda  ara-sıra  bəhs  edilməsinə  baxmayaraq,  bu  problemlə 
bağlı sistemli araşdırma olmadığından prof. Kamran Əliyev bu 
zəruri ehtiyacı nəzərə alaraq 2002-ci ildə “Azərbaycan roman-
tizminin  poetikası”  kitabını 
çap etdirir. Bununla da müəl-
lif 
ədəbiyyatşünaslığımızda 
həmin boşluğu aradan qaldır-
mağa nail olur. Doğrudan da, 
bu tədqiqatda qaldırılan prob-
lem ətraflı şərhini tapmış, ay-
rı-ayrı fəsillər üzrə gərgin ax-
tarışlar aparılmışdır. 
Alim  əsərin  “Giriş” 
hissəsində  başlayacağı  möv-
zuya  aydınlıq  gətirərək  qal-
dırdığı  problemin  qoyuluşu 
məsələlərini  ətraflı  şərh  et-
miş,  oxucularda  əsərin  ümu-
mi  istiqamətləri  barədə  dol-
ğun  təsəvvür  yarada  bilmişdir.  Buradaн  aydın  olur  ki,  mono-
qrafiyada  XX  əsr  Azərbaycan  romantizminin  obrazlar  şəbə-
kəsinin tədqiqi əsas diqqət mərkəzinə çəkilib. 
Digər  tərəfdən  alim  bu  tədqiqat  əsərində  romantiklərin 
yaradıcılığının inkişaf xüsusiyyətlərini, onların bir sənətkar kimi 
həm  fərdi,  həm  də  ümumi  keyfiyyətləriни,  ayrı-ayrı  yazıçıların 
bədii yaradıcılıq sirlərini, bütövlükdə Azərbaycan romantizminin 
özünəməxsusluqlarını aşkara çıxarmış, romantik inikas üsulunun 
spesifikasını,  ayrı-ayrı  çalarlarını,  tələblərini  və  prinsiplərini 
aydınlaşdırmış, Azərbaycan romantizminin ədəbiyyat tariximiz-
dəki yerini və mövqeyini müəyyənləşdirmişdir. 

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
34 
Prof. K. Əliyev monoqrafiyada XX əsr Azərbaycan yazı-
çı-romantiklərindən  M.Hadi,  H.Cavid,  A.  Səhhət,  A.  Şaiq,  A. 
Divanbəyoğlu, A. Sur və S. Səlmasinin əsərlərinə istinad etmiş, 
bu  romantiklərin  yaradıcılığı  ilə  təmsil  olunan  Azərbaycan 
romantizminin  obrazlar  sistemini  tədqiq  etməyi,  onun  ideya 
axtarışlarının qabaqcıl, mütərəqqi mahiyyətini açıb göstərməyi 
və bu romantizmin poetika problemlərini araşdırmağı qarşısına 
məqsəd qoymuşdur. 
Alim qarşısına qoyduğu vəzifələri də aşağıdakı kimi elan 
edir: 
–  Romantik  qəhrəman  konsepsiyasının  məzmununu  şərh 
etmək. 
–  Nəsrin,  lirikanın  və  dramaturgiyanın  qəhrəmanlarının 
mövqe və xarakterlərinin izahını vermək. 
–  Təbiət  obrazlarını  və  mifoloji  obrazları  səciyyələndir-
mək. 
– Bədii qarşıdurma təşkil edən obrazları müəyyənləşdirmək. 
– XX əsr Azərbaycan romantizminin özünəməxsus cəhət-
lərini,  romantiklərin  bədii  yaradıcılıqları  ilə  onların  ədəbi-
nəzəri görüşlərinin vəhdətini meydana çıxarmaq. 
Monoqrafiya iki böyük hissədən ibarətdir. Kitabda müəl-
lif  hissələri  fəsillərə  ayırmış  və  hər  fəsli  isə  paraqraflara  böl-
müşdür. “Romantik qəhrəman” hissəsinin “Nəsrdə və poeziya-
da  romantik  qəhrəman”  fəslinin  “Romantik  nəsrin  qəhrəman-
ları“  paraqrafında  romantik  qəhrəman  probleminin  ayrı-ayrı 
ədəbi  növlər,  yaxud  janrlar  ətrafında  öyrənilməsini  tamamilə 
təbii  və  qanunauyğun  hesab  edən  prof.  K.  Əliyev  göstərir  ki, 
qəhrəmanların  təsviri  və  təqdiminin  özü  bunu  tələb  edir.  Yəni 
psixoloji  duyğu  və  düşüncələri  ilə  görünən  nəsr  qəhrəmanları, 
dramatik hərəkətləri ilə seçilən və fərqlənən dramaturgiya qəh-
rəmanları,  eyni  zamanda  şeirin  misraları  içərisində  boy  atıb 
ucalan  lirik  qəhrəmanlar  sənətkarlıq  mövqelərinin  də  müxtə-
lifliyni şərtləndirmiş olurlar. 
Monoqrafiyada əvvəlcə nəsrin, sonra lirikanın, daha son-

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
35 
ra  dramaturgiyanın  romantik  qəhrəmanları  öyrənilir.  Bu  isə 
müəllifin  özünün  qeyd  etdiyi  kimi,  romantizm  səciyyəli  ayrı-
ayrı  ədəbi  növlərin  tarixən  yaranma  ardıcıllığından  irəli 
gəlmişdir. Belə ki, XX əsrin lap başlanğıcında (1902-1909 ) A. 
Divanbəyoğlunun  nəsr  əsərləri  meydana  çıxmış,  bir  müddət 
sonra  M.  Hadinin,  H.  Cavidin,  A.  Səhhətin,  A.  Şaiqin,  S.Səl-
masinin  şeirləri,  həmçinin  A.  Surun  həm  şeirləri,  həm  də  he-
kayələri, mənsur şeirləri  və  A. Şaiqin də nəsr  əsərləri mətbuat 
səhifələrində  görünmüş,  H.  Cavid  dramaturgiyası  isə  onların 
yeni formada davamı olmuşdur. 
Azərbaycan romantizminin ilk nümunələri olan nəsr əsər-
lərində  romantik  qəhrəmanların  mövqeyinin  necəliyini  ətraflı 
və  düzgün  şərh  edən  alim  sonda  belə  nəticəyə  gəlir  ki,  ro-
mantik nəsrin qəhrəmanları XX əsr Azərbaycan romantizminin 
səciyyəvi  xüsusiyyətlərini  yaşadan  ilk  nümayəndələrdir.  Onla-
rın  daşıdığı  keyfiyyətlər  lirikanın  və  dramaturgiyanın  qəhrə-
manları tərəfindən davam və inkişaf etdirilmişdir. 
Monoqrafiyanın  “Lirik  qəhrəman“  adlı  ikinci  paraqra-
fında alim romantik şeir nümunələrinin romantik nəsrdən sonra 
meydana çıxdığını, geniş vüsətlə inkişaf etdiyini göstərir və bir 
faktı da qeyd edir ki, bütün romantiklər nəsr əsərləri yazdıqları 
halda  A.  Divanbəyoğludan  başqa  onların  hamısı,  əsasən,  şair 
olmuşdur.  Tədqiqatçı  burada  eyni  zamanda  romantik  şeirdə 
qəhrəmanla  müəllif  və  müəllif  obrazı  arasında  tam  yaxınlığı, 
hətta eyniləşmə hallarını da düzgün olaraq üzə çıxarır. Bir söz-
lə,  alim  bu  paraqrafda  romantik  şeirdə  lirik  qəhrəmanın  bədii 
strukturunu  aydınlaşdırır  və  eyni  zamanda,  həmin  qəhrəmanın 
realist lirikanın qəhrəmanından fərqli cəhətlərini aşkar edir. 
Birinci  hissənin  ikinci  fəsli  “Dramaturgiyada  romantik 
qəhrəman”  adlanır.  Alim  Azərbaycan  romantik  dramaturgiya-
sının  problemlərinin,  spesifik  xüsusiyyətlərinin,  ayrı-ayrı  poe-
tika  əlamətlərinin  Hüseyn  Cavid  yaradıcılığında  daha  bariz 
şəkildə meydana çıxdığını, faciə janrının yaranmasından sonra 
H. Cavidin dramaturgiya tarixində yeni mərhələlərin qapılarını 

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
36 
açdığını göstərir və bunu romantik dramaturgiya adlandırır. 
Alim  burada  diqqətimizi  mühüm  bir  cəhətə  də  yönəldir. 
O  da  bundan  ibarətdir  ki,  H.  Cavid  öz  poetik  istedadının  gü-
cünə arxalanaraq mənzum dram yaratmaq sahəsində müqəddəs 
bir  ənənənin  başlanğıcını  qoydu.  Beləliklə,  sənətkarın  şeir  ya-
radıcılığından dramaturgiyaya keçməsinin səbəblərindən birini 
məhz  yüksək  ehtiraslara  malik  romantik  qəhrəman  axtarıcılı-
ğında aramaq lazımdır. 
Monoqrafiyanın  bu  fəslinin  elmi  cəhətləri  həddən  artıq 
çoxdur. Bunlardan biri də H. Cavid dramaturgiyasında roman-
tik qəhrəmanın süjet və kompozisiya daxilindəki hərəkətinin bu 
qəhrəmanın  bədii  zaman  və  məkan  çərçivəsindəki  mövqeyinin 
mahiyyətinin təhlilidir. 
Monoqrafiyanın “Simvolik - poetik obrazlar” adlı II his-
sənin  I  fəsli  “Simvolik  obrazlar”  adlanır.  Alim  burada  XX  əsr 
Azərbaycan  romantizminin  bədii  xüsusiyyətlərinin  meydana 
çıxarılmasında  simvolik-poetik  obrazların  əhəmiyyətini  qeyd 
edir  və  romantizmi  simvollarsız  təsəvvür  etməyin  mümkün-
süzlüyünü göstərir və simvolik obrazları iki qrupa ayırır: təbiət 
obrazları və mifoloji obrazlar. 
Prof.  K.  Əliyev  istər  təbiət,  istərsə  də  mifoloji  obrazlar 
üzərində  ayrıca  dayanıb,  bunların  hər  birinin  simvolik  çalar-
larını və örtüklərini açıqlayır və belə nəticəyə gəlir ki, ayrı-ayrı 
təbiət  vahidləri,  o  cümlədən  gül,  çiçək  və  bir  sıra  peyzaj 
əlamətləri  romantiklərin  əsərlərində  öz  simvolik  örtükləri  ilə 
səciyyəvidirlər.  Elə  simvolik  çalarlar  və  obrazlar  da  vardır  ki, 
onlar  romantiklərin  yaradıcılığında  müəyyən  vasitələrlə  öz 
açılışını tapır. Bunun məhz romantizm üçün xas olması mühüm 
amillərdəndir. 
Azərbaycan romantizminin  folklor və mifologiya  ilə  əla-
qəsindən  danışan  alim  yazır  ki,  folklora  aid  obrazlar,  süjetlər 
romantiklərin  əsərlərində  davamlı  xətt  kimi  görünür.  “Şeyx 
Sənan”  faciəsinin  “Əsli-Kərəm”  dastanı  ilə  müqayisəsindən 
bəlli  olur  ki,  H  .Cavid  sözün  həqiqi  mənasında  əfsanəyə  əsas-

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
37 
lansa  belə  el  ədəbiyyatı  nümunəsindən  də  xeyli  dərəcədə  bəh-
rələnmişdir.  Eyni  zamanda,  onun  xalq  dramlarından  istifadəsi 
sadəcə  olaraq  folklora  söykənmək  yox,  daha  artıq  dərəcədə 
şifahi ədəbiyyat nümunəsinin bədii əsərin poetikasında yüksək 
keyfiyyətə çevrilməsi demək idi. 
Prof. K. Əliyev XX əsr Azərbaycan romantiklərinin əsər-
lərində ayrı-ayrı mifoloji və dini obrazların ( Pəri, Mələk, İblis) 
da  simvolik  səciyyəyə  malik  olduğunu  göstərir  və  bunların 
romantizm üçün nə qədər doğma obrazlar olması həqiqətini üzə 
çıxarır. 
Monoqrafiyanın  “Poetik  qarşıdurmalar”  adlı  II  fəsli  üç 
paraqrafdan  ibarətdir:  “Qərb  və  Şərq”,  “Yaxın  və  Uzaq”, 
“Həyat və Ölüm”. 
Bu poetik qarşıdurmaların tədqiqinə də alim cəsarətlə gi-
rişir. Burada da alimin elmi mühakimələrinin dərinliyini görü-
rük. Belə ki, müəllif Qərb və Şərq obrazlarının qarşılaşmasının 
üç  mərhələdən  keçdiyini,  əvvəlcə  Qərbə  üstünlük  verildiyini, 
sonra  Qərb  və  Şərqin  bərabər  tutulduğunu,  daha  sonra  isə 
Şərqin  ön  plana  keçdiyini  qeyd  edir  və  bu  məsələlərin  H. 
Cavidin  “Uçurum”  pyesində  hərtərəfli  və  dəqiq  həllini  tap-
dığını açıqlayır. 
Prof. K. Əliyev romantik poetikada Yaxın və Uzaq obraz-
larını  təmsil  edən  bədii  vahidlərin  dəqiq  ünvanı  və  işlənmə 
miqyasını,  onların  sənətkar  fikrinin  açılışındakı  rolu  və  əhə-
miyyətini də bütün aydınlığı ilə təhlil süzgəcindən keçirir. 
Romantizmin  fəlsəfi  mahiyyətinin  aşkara  çıxarılmasında 
“Həyat və Ölüm” qarşıdurması da güclü maraq kəsb edir. Prof. 
K.  Əliyev  heyrətamiz  özünəməxsusluğu  ilə  bu  problematik 
məsələyə də aydınlıq gətirir. 
Bəli,  10  ildən  çoxdur  ki,  prof.  K.  Əliyevin  qələmindən 
çıxmış  “Azərbaycan  romantizminin  poetikası”  kitabı  elmi-
ədəbi  ictimaiyyətin  dərin  rəğbətini  qazanmış,  ali  məktəblərin 
müəllim və tələbələri tərəfindən sevilə-sevilə oxunmuş və oxu-
nacaqdır. 

Yüklə 113,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin