MahġRƏ naği qizi çapar kazimli


Mahirə Nağı qızı, Çapar Kazımlı



Yüklə 113,22 Kb.
Pdf görüntüsü
səhifə8/17
tarix03.04.2017
ölçüsü113,22 Kb.
#13208
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
86 
Məlumdur ki, zəngin bədii irsi elmi-tədqiqatın diqqət mər-
kəzində  olmuş  Sabir  poetikasının  sənətkarlıq  problemlərinin 
tədqiqat obyekti kimi öyrənilməsi daim aktuallıq kəsb etmişdir. 
Azərbaycan  ədəbiyyatşünaslığında  Sabir  nə  qədər  öyrənilsə  də, 
onun  yaradıcılığı  ilə  bağlı  mübahisəli  məsələlər  bu  gün  də 
davam etməkdədir. Prof. K. Əliyev bu mübahisələrin birini belə 
qabardır:  “XX  əsr  Azərbaycan  ədəbiyyatında  romantiklərlə 
realistlər arasında olan münasibətlər öz problematikası ilə müa-
sir  ədəbiyyatşünaslıqda  bir  çox  mübahisələrin  mövzusu  olmuş 
və olacaqdır”. O, bu mübahisəni M. Hadi, H. Cavid, A. Səhhət, 
A.Şaiq  və  Sabir  arasındakı  yaradıcılıq  əlaqələrinin  zəminində 
obyektiv təhlildən keçirir, dürüst ümumiləşdirmələr aparır. 
XX  əsrin  əvvəllərində  daha  çox  məşhurlaşmış  Firudin 
bəy Köçərlinin tənqidçi sənətkarlığı geniş və hərtərəfli səviyyə-
də öyrənilməyə möhtac idi. Bunu nəzərə alan Kamran müəllim 
F.Köçərlinin özünün bədii yaradıcılığın sənətkarlıq məsələləri-
nə  olan  münasibətinə  müəyyən  nəzər  yetirir  və  haqlı  olaraq 
göstərir  ki,  bu  iş  F.  Köçərlinin  tənqidi  irsinin  sənətkarlıq  key-
fiyyətlərini dəqiq müəyyənləşdirməyə açar ola bilər. Monoqra-
fiyada  F.Köçərlinin  əsərlərində  sırf  sənətkarlıq  məsələlərinin 
təhlili bu yolla aparılır və hərtərəfli elmi nəticələr əldə edilir. 
Prof.  K.  Əliyev  monoqrafiyada  Azərbaycan  ədəbi-bədii 
fikrinin  görkəmli  simalarından  biri  olan  Seyid  Hüseyn  Sadıq-
zadənin  də  tənqidçilik  və  yazıçılıq  fəaliyyətinə  böyük  önəm 
verir.  Bu  yazıçının  “Gilan  qızı”,  “Kor  kişinin  arvadı  “,  “Bir 
küçənin tarixi”, “Gələcək həyat yollarında”, “Həzin bir xatirə”, 
“Sarıköynək”, “ İki həyat arasında”, “Hacı Manaf”, “Ağaverdi”, 
“Üç manat cərimə”, “ Gənclik macəraları” kimi hekayələrini və 
eyni zamanda tənqidi məqalələrini təhlilə cəlb edən alim yazıçı 
Seyid  Hüseynlə  tənqidçi  Seyid  Hüseyn  arasında  ortaq  həqi-
qətləri çox dürüst şəkildə üzə çıxarmağa müvəffəq olmuşdur. 
Məlumdur  ki,  Azərbaycan  ədəbiyyatşünaslığının  və  tən-
qidi  fikrinin  böyük  Azərbaycan  şairi  və  dramaturqu  Hüseyn 
Cavidə  münasibəti  birmənalı  olmamışdır.  Ayrı-ayrı  vaxtlarda 

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
87 
H.  Cavidin  müxtəlif  əsərləri  haqqında  ayrı-ayrı  tənqidçilərin 
bir-birinə zidd  mülahizələri olmuşdur. Elmi ümumiləşdirmələr 
və  əsaslandırmalar  aparmağıı  bacarmayanlar  H.  Cavid  yaradı-
cılığınada qüsur xatirinə qüsur axtarmağa çalışmışlar. Bu da H. 
Cavid  haqqında  mənfi  cəhətlərin  meydana  çıxmasının  bazisi 
olmuşdur.  Kamran  müəllim  1920-ci  ildən  1982-ci  ilə  qədər 
(alim bu məqaləsini 1982-ci ildə yazmışdır) H. Cavid haqqında 
yazılanları  saf-çürük  etmiş,  maraqlı  və  cəsarətli  fikirlər  irəli 
sürmüş, bu böyük şair və dramaturqun Azərbaycan ədəbiyyatı 
tarixindəki yüksək mövqeyini tam şəkildə təsdiqləmişdir. 
Keçən əsrin 20-30-cu illərinin  yetirdiyi Əli Nazimin tən-
qidçilik  sənətinə  həsr  edilən  məqalədə  də  alim  öz  dəyərli  sö-
zünü  deyə  bilmişdir.  Bu  məqalədə  Əli  Nazim  tənqidinin  sə-
ciyyəvi keyfiyyətləri, tənqidçinin özünün tənqidçilik taktikaları, 
priyomları üzə çıxarılır.  
Azərbaycan tənqidinin və ədəbiyyatşünaslığının görkəmli 
simalarından olan Mir Cəlal Paşayevin tənqidçilik və nəzəriy-
yəçilik  fəaliyyətini  izləmək  baxımından  Kamran  müəllimin 
“Mir Cəlal Paşayev – tənqdçi və nəzəriyyəçi alim” məqaləsi də 
xüsusi  əhəmiyyət  kəsb  edir.  Müəllif  məqalədə  düzgün  olaraq 
göstərir ki, Azərbaycan nəsrinin inkişafında misilsiz xidmətləri 
olan  Mir  Cəlalı  yüksək  qiymətləndirdiyimiz  kimi,  onun  Azər-
baycan  sovet  ədəbiyyatşünaslığının  inkişafında,  Azərbaycan 
tənqidinin  yeniləşməsindəki  xüsusi  xidmətlərini  də  dəyərlən-
dirməli və dərindən öyrənməliyik. Alim belə düşünür ki, sovet 
dövründə  elə  bir  yaradıcılıq  prosesi  getmişdir  ki,  az  qala  bir 
şəxsiyyətin  simasında  tənqidçini  və  yazıçını  ayırmaq  çətin  ol-
muşdur.  Əvvələn,  həmin  adamların  özləri  bədii  yaradıcılıqla 
ədəbi-tənqidi yaradıcılıq arasında elə bir fərq qoymamışlar. Di-
gər tərəfdən də  yaradıcılığın  iki müxtəlif sahəsi  ilə  məşğul  ol-
mağı  da  qanunauyğun  hesab  etmişlər.  Prof.  K.  Əliyev  bu  iri-
həcmli məqaləsində  Mir Cəlalın elmi  yaradıcılığının mahiyyə-
tini düzgün şərh etmiş və belə nəticəyə gəlmişdir ki, Mir Cəlal 
yaradıcılığında  sənətkarlıq  məsələlərinə  dair  onlarla  fakt  və 

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
88 
mülahizələrə  rast  gəlmək  çətin  deyildir.  Bu  isə  onun  sənəti 
duymaq  və  təhlil  etmək  bacarığını  nümayiş  etdirir.  Hərgah 
“Füzuli  sənətkarlığı”  kitabını  da  nəzərə  alsaq,  belə  demək 
mümkündür  ki,  Mir  Cəlal  Azərbaycan  ədəbiyyatşünaslığı  tari-
xində tənqidçi və ədəbiyyatşünasların diqqətini sənətkarlıq mə-
sələlərinin təhlilinə yönəltməkdə mühüm xidmətləri olan böyük 
simadır. 
Kitabdakı məqalələrin hər birində oxucunu maraqlandıran, 
düşündürən  problemlərin  istiqamətləri  alim  tərəfindən  profes-
sionallıqla  müəyyənləşdirilmişdir.  Müəllifin  tənqidi  məqalələ-
rinin hər biri obrazlıdır, hər birində emosionallıqla akademizm, 
daxili  sərbəstliklə  fikrin  tutumlu  şərhi  sıx  birləşib.  Elə  buna 
görə  də  biz  belə  hesab  edirik  ki,  ixtisasından  asılı  olmayaraq 
hər bir kəs prof. K. Əliyevin bu problemlərlə bağlı maraqlı və 
cəlbedici  təhlillərini  asanlıqla  başa  düşə  bilər.  Ümumiyyətlə, 
Kamran  müəllim  klassik  tənqidçilərimizdən  çox  yazır  və 
onların  parlaq,  yaddaqalan  portretlərini  yaradır.  O,  görkəmli 
ədəbiyyatşünas  və  pedaqoq  Feyzulla  Qasımzadə  haqqında 
yazarkən  onun  gördüyü  işləri  tam  və  hərtərəfli  təhlil  edib 
qiymətləndirmək  üçün  hansı  məsələləri  birinci  plana  çəkmək 
barədə düşünür və bir kitaba sığmayan  F. Qasımzadənin həyat 
və elmi fəaliyyətini hərtərəfli və dolğun şəkildə yeddi səhifəlik 
məqaləyə  sığışdırır  və  bu  məqalənin  səhifələri  bir  yana,  hər 
abzasında yeni-yeni fikirlər ortaya çıxarır. 
Ədəbiyyatımızın inqilabi ənənələri, romantizm və realiz-
min  qarşılıqlı  münasibətləri,  satira  və  onun  tərbiyəvi  əhəmiy-
yəti, sənətkar və ideyalılıq, bədii yaradıcılıq və tənqidin poeti-
kası, qarşılıqlı ədəbi əlaqə kimi ciddi problemlər görkəmli ədə-
biyyatşünas  alim  Kamal  Talıbzadənin  yaradıcılıq  boyu  diqqət 
mərkəzində  durmuşdur.  Prof.  K.  Əliyevin  “Kamal  Talıbzadə-
təmkinli  elmi  yaradıcılıq”  məqaləsində  alimə  məxsus  bu  key-
fiyyətlər  təbii  heyrət  və  vətəndaşlıq  iftixarı  ilə  qələmə  alın-
mışdır. Kamran müəllim Azərbaycan tənqid tarixi kimi mühüm 
problemin  bizim  ədəbiyyatşünaslıqda  yalnız  ilk  dəfə  sistem-

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
89 
ləşdirmək deyil, həmin məsələyə sistemli və davamlı yanaşmaq 
səlahiyyətinin də Kamal Talıbzadənin payına düşdüyünü göstə-
rir.  Ümumiyyətlə,  tədqiqatçının  bu  məqaləsində  Kamal  Talıb-
zadənin  ədəbi  irsinin  ən  qabarıq  cəhətləri  yüksək  qiymətlən-
dirilmiş,  bu  görkəmli  alimin  monoqrafiya  və  məqalələri  haq-
qında maraqlı mülahizələr irəli sürülmüşdür. 
Müəllifin  “Azərbaycan”  jurnalının  1980-ci  il materialları 
əsasında  qələmə  aldığı  “Ədəbi-tənqidin  fikir  imkanları”  mə-
qaləsində bir il  ərzində  bu jurnalda  çap olunmuş ədəbi-tənqidi 
məqalələrin,  ədəbiyyatşünaslıq  tədqiqlərinin  keyfiyyətləri 
aşkarlanır və “Azərbaycan” jurnalında tənqidin öyrənilməsinin 
üç  istiqaməti  meydana  çıxarılır:  Tənqidin  nəzəriyyəsi,  tənqid 
monoqrafiyaları  və  tənqidçi  şəxsiyyətlər  haqqında  məqalələr. 
Alimin  bu  məqaləsində  eyni zamanda 1980-ci ildə çap olunan 
tənqidçilərin yazıları barədə də nisbətən ətraflı məlumat almaq 
mümkündür.  
Son olaraq onu deyə bilərik ki, prof. K. Əliyevin bu əsəri 
zəngin  elmi  faktlarla  doludur.  Poetika  ilə  məşğul  olanlar  bu 
elmi faktlardan istənilən qədər bəhrələnə bilərlər. 

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
90 
TAM VƏ DOLĞUN ġƏKĠLDƏ 
ƏSASLANDIRILMIġ FĠKĠRLƏR 
 
Əsərlərini  sevə-sevə,  maraqla  oxuduğumuz  prof.  Kamran 
Əliyevin 2013-ci ildə çap etdirdiyi “Ədəbiyyat tarixinə bir baxış” 
monoqrafiyası  haqqında  da  düşündüklərimizi  oxucularla  bö-
lüşmək qərarına gəldik. Alimin 300 səhifədən artıq həcmə malik 
bu  əsərində  onun  müxtəlif  il-
lərdə  qələmə  aldığı  50-yə  qə-
dər  müxtəlif  ədəbi  şəxsiy-
yətlər barədə, müxtəlif səpgili 
elmi məqalələri toplanmışdır.  
Öncə  onu  qeyd  etməli-
yik ki, alimin 6 hissədən iba-
rət  olan  bu  əsəri  də  elmi  siq-
lətinə  görə  oxuculara  güclü 
təsir  etmək dəyərindədir. Ye-
nicə çapdan çıxmış əsərin ge-
niş  rezonans  doğuracağına 
şübhəmiz yoxdur. Digər əsər-
ləri kimi, prof. K.Əliyevin bu 
monoqrafiyası  da  zəngin  ta-
pıntıları ilə diqqəti cəlb edir. 
Kitabın “XIX əsr Azərbaycan ədəbiyyatı” hissəsində toplan-
mış “M.F.Axundov və geopolitika”, “Təmsilatın bədii sistemində 
Hacı  Qara  obrazı”,  “A.Bakıxanovun  ədəbi  irsi”,  “Qüdrətli  zəka 
sahibi” adlı məqalələrində alimin qaldırdığı problemlərin ən dərin 
qatlarına nüfuz etmək qabiliyyətini görürük. Başqa sözlə, Kamran 
müəllim qaldırdığı bu məsələlərin nüvəsini ustalıqla axtarıb tapır, 
onların nəbzini tuta bilir. Onun üçün kiçicik bir ədəbi detal lazım-
dır ki, bəhs etdiyi ədəbi şəxsiyyətin həyatı, yaradıcılığı haqqında 
həqiqəti  söyləsin,  ən  ali,  ən  incə  mətləbləri  dərin  elmi  təhlillər 
vasitəsilə  oxucuya  çatdırsın.  Bax,  bu  keyfiyyətləri  müəllifin 
yuxarıda  adını  çəkdiyimiz  məqalələrində  görürük  və  yüksək 

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
91 
qiymətləndiririk. 
Monoqrafiyanın  “XX  əsrin  əvvəlləri”  hissəsində  toplan-
mış  “M.Şahtaxtlı:  bildiklərimiz  və  bilmədiklərimiz.”,  “Mirzə 
Cəlil müdrikliyi”, “Şərqi oyadan zəng səsləri”, “Jurnalın Təbriz 
nömrələri”,  “M.Ə.Sabirin  poetik  sistemində  bədii  sözün 
təkamülü”,  “Unudulmaz  anların  hekayəti”,  “Ədəb  və  mərifət 
dərsi”,  “Hadi  kədəri”, “A.Səhhət əsərlərinin  yeni  nəşri”, “Şaiq 
inamı”, “Romantik nəsrin hüdudları” məqalələrində M.Şahtaxt-
lının,  Mirzə  Cəlilin,  M.Ə.Sabirin,  Hadinin,  A.Səhhətin,  A.Su-
run, A.Şaiqin, Ü.Hacıbəyovun, R.Əfəndiyevin, A.Divanbəyoğ-
lunun həyatı, mühiti və yaradıcılıqlarına gur işıq salınır. 
Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin böyük və 
azman şəxsiyyətlərinin həyat və fəaliyyətlərini dərindən öyrən-
məyə cəhd edən prof. K.Əliyev bu işdə kifayət qədər səciyyəvə 
faktları  qənşərə  çəkir.  O,  yazır  ki,  Azərbaycan  ədəbiyyat  və 
mədəniyyət  tarixinin  böyük  və  azman  şəxsiyyətləri  vardır  ki, 
onların  həyatı  və  fəaliyyətlərinin  öyrənməsi  həmişə  aktual  ol-
muş  və  bu  aktuallıq  öz  məzmununu  xalqın  tarixi  keçmişini, 
özünəməxsus  düşüncə  tərzini,  onların  müasir  məna  və  mahiy-
yətini  üzə  çıxarmaqla  reallaşdırmışdır.  Eyni  zamanda  belə 
mötəbər  adamların  keçdiyi  ömür  yolu,  göstərdiyi  xidmətlərin 
səffaf  və  zəngin  şəbəkəsi,  onların  daxilində  yaşayan  vətən-
daşlıq  duyğuları  o  qədər  geniş  və  rəngarəng  mənzərəyə  ma-
likdir ki, bütün bunları tədqiq etdikcə gözlərimiz önündə daha 
dərin qatlar açılır və tükənməz milli sərvət üzə çıxır.  
Nə qədər acı olsa da, təəssüf doğuracaq başqa bir fakt da 
aydın və aşkardır. Belə ki, bizim mənəvi yaddaşımızda elə ta-
rixi simalar vardır ki, biz hələ də onların həyat və yaradıcılığını 
özümüzə  kifayət  qədər  tanıtdırmamışıq.  O  cür  şəxsiyyətlər 
haqqında elmi məcmuələrdə ara-sıra məqalələr yazmaqla kifa-
yətlənmək,  yaxud  onların  bəzilərinin  fəaliyyətini  dissertasiya 
janrına sığışdırıb bundan təsəlli  tapmaqla işimizi bitmiş hesab 
etmək  və  bu  şəxsiyyətləri  hərtərəfli,  geniş  planda  oxuculara 
çatdırmamaq  ədəbiyyatşünas  günahından  başqa  bir  şey  deyil-

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
92 
dir. Bəli, alim doğru olaraq vaxtında həyəcan təbili çalır. Həqi-
qətən  də,  Azərbaycanda  xalqın  mənəvi  dünyasını  özündə  əks 
etdirən  ədiblərimizin  həyatı,  mühiti,  yaradıcılıqları  dərindən 
öyrənilməlidir.  Bu  zaman  gələcəyə  gedən  yolun  açarını  asan-
lıqla əldə edə bilərik, quru sxolastikadan uzaqlanmış olarıq. 
Monoqrafiyanın “Cümhuriyyət illəri” hissəsində əks olu-
nan  “Demokratik  Respublika  dövründə  romantik  bədii  fikir” 
məqaləsində  də  müəllif  vacib  və  aktual  məsələləri  qabardır. 
Alim yazır: “Qədim tarixə və zəngin ənənələrə malik Azərbay-
can  ədəbiyyatı  bütün  dövrlərdə  insanın  xoş  gələcəyi  üçün 
mübarizə  aparmışdır.  Təkcə  elə  buna  görə  bizim  ədəbiyyatı 
mübarizələrlə dolu salnamə hesab etmək olar. Lakin mübarizlik 
keyfiyyəti  əsrlərdən-əsrlərə,  nəsillərdən-  nəsillərə  nə  qədər 
ardıcıllıqla ötürülsə də, hər bir dövr öz siması ilə tarixin səhifə-
lərinə  həkk  olunur.  Bu  mənada  Azərbaycan  Demokratik  Res-
publikasının  bərqərar  olduğu  illər  də  öz  siması  ilə  seçilir  və 
fərqlənir. Bu dövrün ədəbi həyatının dəqiq təhlili tarix və ədə-
biyyat probleminin elmi təhlilindən başlamalıdır”. 
“Demokratik  Respublika  dövrünün  ədəbiyyat  və  mədə-
niyyətinə  yenidən  qayıdış  bilavasitə  həmin  dövrün  ədəbiyyatı 
və  mədəniyyətinin  təsiri  ilə  yaranmamışdır”  –  tezisini  irəli 
sürən  müəllif  göstərir  ki,  bu  dövrdə  maraq  tarixə  maraqdan 
doğmuşdur.  Bizim  ədəbi  həyatda  tarixi  faktlara  və  hadisələrə 
son  onulliklərin  marağı,  mənə  qalırsa,  müasir  məsələlərə 
münasibət  ifadə  etmək  gücündən  çox  aşağı  olmuşdur.  Başqa 
sözlə, tarixə “ədəbi səfər” bədiiliyin öz mənzərəsinin və tarixi-
nin qüsuru kimi meydana çıxmışdır. 
Prof. K.Əliyev bu məsələnin mahiyyətini dərindən çözələ-
məyə  çalışaraq  qeyd  edir  ki,  tarixlə  tərbiyə  əvəzedilməzdir  və 
onun da öz ənənələri vardır. Bu gün biz tarixlə tərbiyənin aktual 
və  zəruri  olduğunu  dərk  etdiyimiz  bir  vaxtda  Demokratik 
Respublika  dövrünə  üz  tuturuq.  Azərbaycan  Demokratik  Res-
publikası  özündən  əvvəlki  bütün  tarixi  cəhd  və  arzuların  nəti-
cəsi, özündən sonrakı mərhələlərin isə tarixi nisgilidir. Azərbay-

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
93 
can  Demokratik  Respublikasının  təhlili  vasitəsilə  bütün  Azər-
baycan  tarixini  təhlil  etmək  mümkündür.  Məhz  buna  görə  də 
tarixşünaslıqda  və  ədəbiyyatşünaslıqda  bu  dövrə  qayıdış  son 
dərəcə  zəruridir  və  bizim  üçün  tarixlə  tərbiyənin  ən  mühüm 
həlqəsidir. Prof. K.Əliyev o dövrü araşdırmanın sovet dönəmin-
də yasaq, qadağan edilməsinin də əsas səbəbini burada axtarır və 
fikirlərini Mirzə Cəlilin, M.Hadinin, A.Şaiqin, Ə.Haqverdiyevin, 
H.Cavidin əsərləri əsasında tam və dolğun şəkildə əsaslandırır. 
Monoqrafiyanın  “Cümhuriyyət  dövründən  sonra”  hissə-
sində  toplanmış  “O  illərin  ağrısı”,  “Hüseyn  Cavid  kimdir?”, 
“Böyük  sənətkar”,  “Mütəfəkkir  sənətkar”,  “Hümanist  sənət-
kar”,  “Cavid  həqiqəti”,  “Cavid  sənətinin  müasirliyi”,  “H.Ca-
vidin dramaturgiya yolu”, “Məhəbbətdir ən böyük din”, “Ağac, 
dəniz və insan”, “C.Cabbarlının romantik qəhrəmanları”, “Mü-
hüm  axtarışlar”,  “R.Rzanın  yaradıcılıq  yolu”,  “Mübarizliyin 
tərcüməsi”,  “Xalq  hünərinin  salnaməsi”,  “Zirvələrdən  zirvələ-
rə”,  “Şəxsiyyət  və  ideal  vəhdətinin  yeni  mahiyyəti”,  “Ədə-
biyyatımızın  tənha  narı”,  “Yazıçı  ömrünün  işığı”,  “Tarazlıq 
anı”,  “Gələcəyə  məktub”,  “Sürgünlüyün  anatomiyası”,  “Öz 
mahnısı  olan  şair”,  “Yol  çəkən  gözlərin  işığı”  məqalələrində 
H.Cavidin,  C.Cabbarlının,  Y.V.Çəmənzəminlinin,  R.Rzanın, 
rus  şairi  M.Mayakovskinin,  S.Rəhimovun,  Nəbi  Xəzrinin, 
F.Kərimzadənin, Elçinin, İ.Hüseynovun, S.Əhmədovun, Ə.Əy-
lislinin, Anarın, K.Dadaşoğlunun, C.Cavadlının, S.Rüstəmxan-
lının,  Musa  Ələkbərlinin,  K.Ağayevanın,  R.Sultanın,  M.Qası-
movun, E.Eloğlunun, H.Günün, B.Pərişanın, V.Məmmədovun, 
V.Kərimovun həyat və sənət yollarına güzgü tutulur. 
Müəllifin  müxtəlif  illərdə  qələmə  aldığı  bu  məqalələrin 
bəzilərinin  yazılma  tarixindən  bizi  20-30  illik  zaman  məsafəsi 
ayırır. Lakin qaldırılan problemlər öz aktuallığını bu gün qoru-
yub  saxlayır  və  şübhəsiz  ki,  sabah  da  qoruyub  saxlayacaqdır. 
Bəli,  prof.  K.Əliyevin  özünün  dediyi  kimi,  insan  həyatda  az, 
yazıda isə daha çox yaşayır. Bu yazı istər dəri üzərində olsun, 
istərsə  də  daş  kitabə  kimi  heykəlləşsin,  fərqi  yoxdur,  yazının 

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
94 
ömrü  insanın  ömründən  çoxdur.  Ona  görə  də  bizim  yaşadığı-
mız dünyada yazıya olan maraq pula, var-dövlətə tuşlanan ma-
raqdan həm güclüdür, həm də gizlidir. 
Əsərin “Cənubi Azərbaycan ədəbiyyatı” hissəsinə alimin 
2 məqaləsi daxil edilmişdir: “Romantik şairin arzuları” və “Gü-
nəşlə  doğulanlar”.  Birinci  məqalədə  tədqiqatçı  Cənubi  Azər-
baycan  şairi  Səid  Məşədi  Xəlil  oğlu  Səlmasinin  həyatı  və 
sənətə  gəlişi  barədə  aydın  təsəvvür  yaradır.  Müəllif  məqalədə 
Səid Səlmasinin yaradıcılıq yolunu ardıcıl şəkildə izləyir. Onun 
yaradıcılığının  səciyyəvi  cəhətləri,  dünyagörüşündəki  istiqa-
mətləri üzə çıxaran alim haqqlı olaraq yazır ki, üsyana çağırışla 
rəhbərlərin gücünə inanmaq əqidəsinin növbələşməsi S.Səlmasi 
yaradıcılığının  ilk  mərhələsi  üçün  çox  səciyyəvi  idi.  Sonralar 
isə  onun  dünyagörüşündə  yeganə  istiqamət  –  inqlaba  çağırış, 
inqilab işinə qoşulmaq amalı formalaşdı. 
S.Səlmasinin  məqalələrində  “hürriyyət”,  “müsavat”  (bə-
rabərlik),  “ədalət”  sözlərinin  xüsusi  yer  tutduğunu  vurğulayan 
tədqiqatçı  qeyd  edir  ki,  bütün  bunlar  isə  həyatda  görünənlər 
deyil,  məhz  arzu  olunanlardır.  Şairin  bu  istəklərində  milyon-
larla  adamın  muradı,  həmin  milyonları  ayağa  qaldırmaq,  dö-
yüşə səsləmək və mübarizəyə qoşmaq çağırışı vardır. 
S.Səlmasinin  şeir  yaradıcılığı  üzərində  bir  qədər  geniş 
dayanan prof.K.Əliyev göstərir ki, S.Səlmasi yaşadığı mühitin 
hadisələrini  düzgün  qavradığına  görə  onun  şeirləri  mövcud 
şəraitin  inikası  ilə  məhdudlaşmırdı.  Şairin  poetik  düşüncəsi 
dünyanı,  bəşər  həyatını  təhlil  etməkdə  mahir  idi.  Cəmiyyətin 
özündəki  və  təfəkküründəki  ikiliyin  –  Xeyir  və  Şərin  yanaşı 
yaşadığının dərki də buna sübutdur. 
S.Səlmasinin  “Etmə  israr”,  “Xəyali-mənfur”,  “İgbirar”, 
“Müstəbidlərə”, “Farsca bir sönet”, “Liyaliye-iztirar” kimi şeir-
lərinin ictimai-sosial yükünü, məzmununu dərindən təhlil edən 
alim  belə  nəticəyə  gəlir  ki,  Səid  Səlmasinin  ədəbi  irsi  XX  əsr 
Azərbaycan  romantizminin  ayrılmaz  tərkib  hissələrindən  biri-
dir. Onun yüksək ideyalı, mübariz ruhlu əsərləri indi də öz əhə-

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
95 
miyyətini itirməmiş, Cənubi Azərbaycan xalqını səadətə, azad, 
xoşbəxt həyata səsləyir. 
“Günəş”lə doğulanlar” adlı məqaləsində müəllif Arazın o ta-
yında Azərbaycan dilində qəzet, jurnal və kitabların nəşr olunma-
sını  ürəkdən  alqışlayır  və  “Günəş”  məcmuəsinin  ilk  sayında  işıq 
üzü görən Cənubi Azərbaycan yazıçılarının şeir, hekayə və məqa-
lələrini təhlil edir. Bu yazıların hamısında ağrı-acı, istirab və nara-
hatlıq,  sevinc  və  ümidin  olduğunu  vurğulayan  alim  prof.  Abbas 
Zamanovun  ona  verdiyi  “Günəş”  məcmuəsini  oxuyarkən  düşün-
düklərini belə ifadə edir: “Məcmuəni oxuduqca üz-üzə dayanan iki 
həyat  görürsən:  biri  arxada  qalan  və  “tarixin  zibilliyinə  tullanan” 
şah idarə üsulu, digəri isə odlar və alovlar içində doğulan yeni cə-
miyyət,  biri  hələlik  tam  məhv  olmayan,  xarici  imperializmin  kö-
məyini  hər  an  gözləyən  irtica,  digəri  isə  inqilabın  nailiyyətlərini 
qorumağı özünə şərəf və borc bilən insanlar dünyası. Bütün bun-
lara  baxmayaraq,  bu  ziqzaqlar  içərisində  Günəş  hərarəti,  Günəş 
işığı  vardır”.  Alimə  görə,  “Günəş”  məcmuəsinin  işığını  gurlan-
dıran məhz burada özlərinə  yer almış Arazın, H.Tərlanın, R.Fər-
hadın, Ağdaşlının, H.Savalanın, Müzəffərin, S.Sərdarinin, Ə.Məh-
sətinin, B.Çayoğlunun, G.Səbahinin şeir, hekayə və məqalələridir. 
Monoqrafiyanın  “Tarix  deyil,  ədəbiyyatdır”  hissəsində  yer 
almış “Qafqaz davası” və “Parisin süqutu” məqalələri də orijinal 
üslubda  yazıldığına  görə  həddən  artıq  maraqla  oxunur.  Alim 
“Qafqaz davası” məqaləsində XIX əsrin əvvəllərində Azərbaycan 
varlığına  və  Azərbaycan  mədəniyyətinə  “Gülüstan”  və  “Türk-
mənçay”dan  dəyən  zərbələri  xatırladır,  Qafqaz  uğrunda  gedən 
davada  M.F.Axundovun,  Q.  Zakirin,  H.Zərdabinin,  Hadinin  öz 
qələmləri ilə heç də az iş görmədiklərini diqqətimizə çatdırır. Ali-
min “Parisin süqutu” məqaləsi də ibrətlidir, həssas oxucu buradan 
özünə  çox  şeyləri  əxz  edə  bilər.  Nəticə  etibarilə  deyə  bilərik  ki, 
prof. K. Əliyev “Ədəbiyyat tarixinə bir baxış” monoqrafiyasında 
tədqiqata  cəlb  etdiyi  böyük  sənətkarların  cəmiyyətdaxili  mövqe-
yini, zamanla, dövrlə bağlı mübarizə  güclərini və onların şəxsiy-
yət bütövlüyünü böyük ustalıqla xarakterizə edə bilmişdir.  

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
96 
SƏDƏRƏK DÖYÜġLƏRĠ 
KAMRAN ĠMRANOĞLUNUN 
TƏQDĠMATINDA 
 
  Professor Kamran Əliyev təkcə ədəbiyyatşünaslıq prob-
lemləri  ilə  məşğul  olmur,  onun  eyni  zamanda  Sədərək  döyüş-
ləri  haqqında  publisistik səpgidə  dəyərli  yazıları  da  vardır.  Bu 
yazılar  müəllifin  1992-ci  ildə  işıq  üzü  görmüş  “Sədərək  dö-
yüşləri”  kitabında  əks  olun-
muşdur.  Müharibənin  qızğın 
çağında qədim Naxçıvan tor-
pağının  ayrı-ayrı  bölgələrini, 
uzaq-yaxın  kəndlərini  gəzən, 
müxtəlif nəsillərin nümayən-
dələri  və  ayrı-ayrı  peşə  sa-
hibləri  ilə  görüşüb  söhbət 
edən K. Əliyev bu adamların 
içindəki  narahatlığı  və  gər-
ginliyi  vətəndaş  yanğısı  ilə 
duymuş, bunları ürəkləri fəth 
edəcək  səviyyədə  qələmə  al-
mışdır. 
Əslinə 
qalanda, 
müəllifin  “Sədərək  döyüşlə-
ri”ndə bir sıra mühüm həyati 
həqiqətlərə  geniş  yer  ayrılıb: 
müharibə fəlakətdir, müharibə ana-bacılarımızın göz yaşlarıdır, 
müharibə körpələrin çəkdiyi əzab-əziyyətlərdir, müharibə səfa-
lətdir.  Müharibə  həm  də  igidlərimiz,  ərənlərimiz  üçün  sınaq 
meydanıdır. Bu sınaqdan hərə bir cür çıxır. Müharibələrin öz-
lərinin  də  xarakterləri  var.  Kамран  İmranoğlu  bunları  belə 
xarakterizə edir: “Yəqin ki, yaxın və uzaq müharibələr haqqın-
da az və  ya çox dərəcədə məlumatı olanlar var.  Həmin müha-
ribələrdə müxtəlif döyüşlər olub: Çay döyüşü, buz döyüşü, dağ 

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
97 
döyüşü, kənd döyüşü, şəhər döyüşü! Bunların hər biri aparılan 
müharibələrin  xarakterindən,  zamanından,  hazırlıq  səviyyəsin-
dən asılı olaraq salnamələrə düşüb. Sədərək döyüşləri isə sözün 
əsl  mənasında  təpə  döyüşləridir.  Qoy  bunlar  da  tarixə  düş-
sünlər: Qaraburun, Miltəpə, Ucubiz, Qırmızılar...”   
Kitab  1992-ci  ilin  may  ayının  1-dən  iyunun  əvvəllərinə 
kimi  Sədərəkdə  erməni  təcavüzkarlarına  qarşı  qəhrəmanlıq 
döyüşlərindən,  bu  döyüşlərdə  cəsur  oğullarımızın  şücaəti  və 
igidliklərindən  bəhs  edir.  Əsərin  qiymətli  cəhətlərindən  biri 
budur ki, onun amansız, mənfur yağıya-ermənilərə qarşı nifrət 
hissi  oyadan, xalqımızın  ər, igid  oğullarından olan Sədi  Cabir 
oğlu Əsgərova, Asəf Bayram oğlu Rəhimova, Eldar Paşa oğlu 
Əhmədova,  Rüstəm  Rəşid  oğlu  Tağıyevə,  Muxtar  İsa  oğlu 
Məmmədova, Bahadur Bayram oğlu Abbasova, Nüsrət Hüseyn 
oğlu  Məmmədova,  Faiq  Yaqub  oğlu  Məmmədova,  Şamil 
Telman oğlu Hüseynova, Fərhad Səyyad oğlu Mirzəyevə, Şakir 
Səttar oğlu Cəfərova, Fazil İmran oğlu Zamanova, Hamlet Əli 
oğlu Qədimova və başqalarına böyük rəğbət və məhəbbət hissi 
aşılayan  yazıların  orada  yer  almasıdır.  Kamran  İmranoğlu  bu 
vətən oğullarının misilsiz qəhrəmanlıqlarını idrakımızı, düşün-
cəmizi fəth edən bir səviyyədə bizə təqdim edir. 
Klassik  Şərq  ədəbiyyatının  incilərindən  sayılan  “Qabus-
namə”də deyilir ki, döyüşdə bir addım irəli getmək mümkünsə, 
bir qədəm geri qoyma. Düşmən tərəfindən mühasirəyə alınsan, 
vuruşu  dayandırma.  Çünki  yalnız  vuruşla  düşməni  ram  etmək 
olar.  Onlar  sənin  igidliyini  gördükdə  qorxuya  düşərlər.  Belə 
yerdə  ölümü  özün  üçün  xoşbəxtlik  hesab  et.  Sədərəklilər  bu 
xoşbəxtliyə  büründülər,  qeyrətlərini  snayper  eləyib  düşmənin 
alnından vurdular. 
Deyirlər  ki,  hər  kəsin  öz  rəngi  var.  Bu  rənglərin  qəlbi-
mizdə,  mənəviyyatımızda  oyatdığı  duyğular  da  sonsuzdur. 
Kamran  İmranoğlu  Sədərək  şəhidlərini  müxtəlif  rənglərlə  təq-
dim  edərək  onları  mənəviyyatımıza  hopdurur,  yaddaşımıza 
yazdırır: “Nüsrət ermənilərlə vuruşda sonuncu gülləsinə qədər 

Yüklə 113,22 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin