MahġRƏ naği qizi çapar kazimli


Mahirə Nağı qızı, Çapar Kazımlı



Yüklə 113,22 Kb.
Pdf görüntüsü
səhifə12/17
tarix03.04.2017
ölçüsü113,22 Kb.
#13208
1   ...   9   10   11   12   13   14   15   16   17

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
132 
elmlərin  yenidən  yaradılması  istiqamətində  yeni  bir  addım” 
məqaləsində Kamran Əliyevlə ilk tanışlığından, onunla qurulan 
münasibətlərinin  köklərindən,  bu  münasibətləri  dərinləşdirən 
“Yalquzaq”  povestinin  əsas  rolundan  söhbət  açır:  “Kamran 
Əliyevlə  aspirantlıq  illərindən  tanış  idim,  xoş  münasibətimiz 
var  idi.  O,  Naxçıvan  özəl  Universitetinin  prorektoru  olanda 
mən  də  baş  müəllim  idim.  Elə  münasibətlərimiz  də  buradan 
başladı.  Lakin  münasibətlərimizi  dərinləşdirən  əsas  amil  onun 
1998-ci ildə nəşr etdirdiyi “Yalquzaq” povesti oldu.  
Ruhu  sarsıntılar,  məyusluq,  məğlubluq  hissi  keçirdiyim 
günlərdə  oxuduğum  bu  əsər  məni  təlatümə  gətirdi,  mənə  ya-
şam, yaradıcılıq ruhu və mövzu verdi. Onun yaratdığı “Yalqu-
zaq”  obrazı  məni  elə  silkələmişdi  ki,  əsərdə  çatışmazlıq,  hər 
hansı  bir  nöqsan  görə  bilmirdim.  Lap  uzaq  keçmişimə,  gənc-
liyimə  qayıtmaq,  yenidən  bədii  ədəbiyyata  keçmək  fikrinə  də 
düşdüm. Bədii yazılarımın əlyazmasını oxuyub, nəşrini məslə-
hət bilməyən, böyük şəxsiyyəti və bənzərsiz qələmi ilə seçilən 
xalq yazıçısı Sabir Əhmədovun cərrah bıçağıtək sərt təsiredici 
sözləri: “Xəliyyəddin, sən hamı kimi  yazırsan, hamı kimi  yaz-
maqdan pis şey yoxdur, hamı kimi yazanlar, gəncləri, ümumən 
oxucuları  bədii  ədəbiyyatdan  uzaqlaşdırırlar.  Bu  tip  yazıçılar 
Azərbaycanda  bədii  ədəbiyyatı  ölümcül  vəziyyətə  gətirmişlər, 
sən də onlara qoşulsan...” sözləri qulağımda səsləndi. Bu sözlər 
“Yalquzaq”  povestinin  oyatdığı  bədii  ədəbiyyata  qayıtmaq 
fikrindən imtinaya məcbur etsə də, yalquzaq ideyasının simvo-
lunun  Azərbaycan  xalqının  milli  təfəkküründə  tarixi  funksi-
yasını obyektiv şəkildə dərk etmək, milli tariximizdə onun ye-
rini  müəyyən  etmək  yanğısı  süurumda  sönməz  bir  istəyə  çev-
rildi. Beləliklə, mən “Yalquzaq” povestinin təsiri altında “Türk 
xalqlarının  mənəvi,  tarixi  qələbəsini  təmin  edən  “Bozqurd” 
(“Dədə Qorqud” jurnalı, 2003, №3) məqaləsini yazdım. Bura-
dan isə, bütün ideyaları bozqurd mənəviyyatı üzərində qurulan 
“Dədə Qorqud” oğuznaməsinin tədqiqinə keçdim. 
Sonra mən Kamran bəyin “Hüseyn Cavid: həyatı və yara-

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
133 
dıcılığı”  monoqrafiyasını  oxudum.  Monoqrafiya  dünyanın  uc-
suz-bucaqsız, qarlı-boranlı, fırtınalı, zəlzələli, qışlı-baharlı,  yay-
lı-payızlı  mənəviyyat  aləmində  nəcabətlilər,  ləyaqətlilər,  şə-
rəflilər,qürurlular  üçün  nümunə  olmaqla  yol  göstərən  Hüseyn 
Cavid əzəməti bütün çalarları, aydınlığı ilə ifadə olunmuşdur. O, 
tədqiqatçısı K.Əliyevin də ruhuna hakim olmuş, onu mənəviyyat 
dünyasının  sakini  etmiş,  yalquzaq  aləminə,  Dədə  Qorqud 
dünyasına  çəkmişdir.  Beləliklə,  Kamran  qələminin  yaratdığı 
yalquzaq  obrazının  əcdadlara  çağıran  ulartısı  ruhumu  oyadıb, 
“Dədə Qorqud” oğuznamələri ilə yaşanacağına impuls verdi.” 
Etnoqraf  alim  yazır:  “Kamran  Əliyevin  yaradıcılığında 
özünü  göstərən  başlıca  keyfiyyət  XX  əsrin  40-cı  illərindən 
Azərbaycan  ictimai  elmlərində  görünməyən  orijinal  nəzəri 
mühakimələrdir. Belə ki, 1920-ci il kommunist işğalından son-
ra   Azərbaycan milli ziyalısına qarşı keçirilən repressiya ilə, – 
akademik Z.Bünyadovun sözləri ilə desək, –  “Respublikamız-
da yüzlərlə alim ”millətçi” damğası ilə ağlasığmaz cinayətlərdə 
günahlandırılıb,  fiziki  cəhətdən  məhv  edilmişdir.  Azərbaycan 
elmi başsız qalmış, ictimai və tarix elmləri sahəsində nəsillərin 
bir-birini  əvəz  etməsi  ənənəsi  pozulmuşdur.  Bunun  müqabi-
lində  isə  respublikada  ictimai  elmlərin  yaradıcı  inkişafına 
böyük  ziyan  və  dağıdıcı  zərbə  vurmağa  hazır  olan  könüllü  və 
yetişdirilmiş  apolegetlər  meydana  çıxmışdır”.  Elə  bunun  nəti-
cəsidir  ki,  kommunist  rus  imperiyasının  ictimai  elmlər  sahə-
sində  Azərbaycanda  yetişdirdiyi  onlarla  akademik,  yüzlərlə 
elmlər  doktorunun  ünvanında  bir  dənə  nəzəriyyə,  hətta  adicə 
tədqiqat  metodu  belə  yoxdur.  Dünya  elmində  birmənalı  sübut 
edilmişdir  ki,  nəzəriyyə  olmayan  yerdə  elm  yoxdur.  Bütün 
elmlər  nəzəri  yaradıcılıq  prosesində  yaranır,  formalaşır.  Sovet 
imperiyası  dövründə  və  son  illərdə  çox  az,  tək-tək  alimlərin 
yaradıcılığı  istisna  olunmaqla,  Azərbaycanda  ictimai  elmlər 
sahəsində  yazılanların  böyük  əksəriyyəti  manipulyasiyadan 
başqa bir şey deyildir. Odur ki, K.Əliyevin yaradıcılığı müasiri 
olduğu  ictimai  elm  tədqiqatçılarının  (99  faizinin)  əsərləri  ilə 

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
134 
müqayisədə  yeni  keyfiyyəti  ilə  dərhal  diqqəti  cəlb  edir.  Azər-
baycan ictimai elminə K. Əliyevin haqqında danışılan əsəri ilə 
yaşadığımız  günlərdə  Azərbaycan  elminə  gələn  yeniliklərdən 
biri  məsələnin  sual  formasında  dəqiq  qoyuluşu  və  sistemli, 
müxtəlif variantlı (üslubu) birmənalı cavablandırmasıdır. 
K.Əliyevin  yaradıcılığında  Azərbaycanın  müasir  ictimai 
elmlərinə gətirdiyi digər yenilik odur ki, burada “Rus sovet ic-
timai  elmi”ndən  və  başqa  ölkə  alimlərinin  əsərlərindən  nəzə-
riyyə kimi iqtibas edilmiş, yerli-yersiz, tez-tez, çox vaxt da süni 
uyğunlaşdırılaraq  istinad  edilən  fikirlər  bir  kənara  atılır,  dil, 
hallar,  vəziyyətlər,  proses,  hadisə  və  sistemlər  sosial,  mənəvi, 
siyasi,  iqtisadi  və  təbiət  qanunlarının  qarşılıqlı  fəaliyyət  vəh-
dətindən  doğan  hallar  və  proseslər  kimi  izah  edilib  əsaslandı-
rılır. Şərh etdiyi etnososial və mənəvi proseslərin, situasiyaların 
və  sistemlərin  öz  elementlərini,  hissələrini  haradan  necə 
aldığını dəqiqliklə göstərən müəllif “Dədə Qorqud” oğuznamə-
lərində  əks  olunmuş  faktları  lazım  gəldikdə  ümumiləşdirir, 
ehtiyac olduqda xüsusiləşdirir, ən incə məqamlarda fərdiləşdir-
mədən ustalıqla istifadə edir. 
Avropa ictimai elmlərində XX əsrdən mövcud olan – izah 
edəcəyi  məsələyə  şəxsi  nəzəri  baxışı  irəli  sürüb  –  ardınca 
məsələlərin  qoyulması  və  izah  edilməsi  ənənəsini  Azərbaycan 
ictimai fikrinə gətirir”. 
X.Xəlilli  diqqətimizi  Azərbaycan  və  ümumtürk  şeirinin 
yaranma tarixi, şeir formalarının inkişafı və strukturu haqqında 
prof. K.Əliyevin mülahizələrinə yönəldir. O göstərir ki, K.Əli-
yev  Azərbaycan  ictimai  elmlərinin  cavab  verməli  olduğu  və 
yan keçdiyi, ən yaxşı halda xatırlatmaqla izahsız üstündən ötüb 
keçdiyi  bir  problemi  diqqətə  çəkərək  yazır:  “Bunlar  nə  qədər 
doğru  olsa  da  (özünün  şeir  formaları  haqqında  mülahizələrini 
nəzərdə  tutur!),  amma  yenə  bir  mühüm  sual  açıq  qalır:  bütün 
bu şeir strukturunun etnosun təbiəti ilə nə əlaqəsi vardır?” 
X.Xəlilli  bu  sualı  prof.  K.Əliyevin  belə  cavablandırma-
sını qeyd edir: “Qədim türk şeirinin poetik qaynağı və bu mə-

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
135 
nada  şərti  olaraq,  onun  toteimi  Atdır!  Türk  təfəkürünün  və 
dünyagörüşünün, türk məişətinin  və həyat  tərzinin  yenilənmə-
sində,  türk  qəhrəmanlarının  təşəkkül  tapması  və  formalaşma-
sında atın rolu əvəzsizdir. Qədim türkün atı çöllərdən yığışdırıb 
mədəniləşdirməsinə  cavab  olaraq,  at  da  bunun  əvəzində  türkə, 
sözün həqiqi mənasında, dünyanı bəxş etmişdir”. 
Alimin bu mülahizələrini verəndən sonra X.Xəlilli tədqi-
qatçının ona qədər türkün həyatında atın rolu haqqında mühüm 
mülahizələri  təfəkkür  süzgəcindən  keçirdiyini,  atın  hər  bir 
əzasını  türkün  həyatındakı  rolundan  ayrılıqda  bəhs  etdiyini, 
ayaqlarının və  yerişinin türk şeir formalarının  yaranması üçün 
əsas  olduğunu,  yorğa  yerişdən  qoşa  misranın,  dördnala  çapış-
dan  dördlüyün,  yortamdan  doğan  ritmdən  çarpaz  qafiyənin 
yarandığını incəliyinə qədər şərh etdiyini vurğulayır.  
X.Xəlilli elə buradaca təəssüflə qeyd edir ki, türk, o cüm-
lədən Şərq musiqisinin, yaranması və inkişafında dəvə yerişin-
dən doğan ritmin rolundan musiqi  ədəbiyyatında kifayət qədər 
bəhs olunsa da, at yerişindəki ritmin musiqiyə hər hansı forma-
da təsirindən bəhs olunmamışdır. “Oğuz cəmiyyətində at bütün 
dinamikanın mənbəyi” hesab olunursa, şeir formalarının yaran-
masında işitirak edirsə, o, mütləq musiqidə də iz buraxmalıdır. 
Arzu  edərdik  ki,  xalq  musiqi  tədqiqatçılarımız,  musiqi  tarix-
çilərimiz məsələnin bu çəhətini diqqətdə saxlasınlar. 
Tarixçi-etnoqraf alimin bu fikrində yüzə-yüz həqiqət var-
dır. Biz də belə hesab edirik ki, “Cəngi”, “Yallı”, “Tərəkəmə” 
və  sair  kimi  xalq  musiqilərimizdə  atın  yerişindən,  qaçışından 
doğan ritmin əks-sədası mövcuddur. 
X.Xəlilli  irihəcmli  və  samballı  məqaləsində  prof.  K.Əli-
yevin monoqrafiyada qaldırdığı məsələlərə dəqiq və birmənalı 
şəkildə yanaşdığını, “Dədə Qorqud” oğuznaməlirinin tədqiqin-
də  obyektiv  elmi  nəticələrə  nail  olmağa  cəhd  etdiyini,  eyni 
zamanda  ictimai  elmlərimizdə  elm  adına  gələn  manipulya-
siyanın qarşısını almaq üçün çoxlu sayda nümunələr verdiyini 
göstərir.  O,  haqlı  olaraq  belə  hesab  edir  ki,  “Dədə  Qorqud” 

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
136 
oğuznamələrinin tədqiqatçıları arasında ilk dəfə K.Əliyev oğuz 
türklərinin etnomənəvi inkişafında xüsusi, yeni keçid mərhələsi 
olan çoxlu sayda məqamları görmüş və qiymətləndirmişdir. 
X.Xəlilli  prof.  K.Əliyevin  dastanın  tədqiqində  hər  hansı 
fərdi obrazdan və ya hadisədən bəhs edərkən onu eposun poetik 
sistemi çərçivəsində araşdırdığını, odur ki, obraz və hadisəni əks 
etdirən  poetik  sistemlə  bərabər  sosial  sistemin  də  özünəməx-
susluqlarını aşkarladığını, üzə çıxardığını yüksək dəyərləndirir. 
Prof. K.Əliyevin analitik təfəkkürünü, məntiqi mühakimə-
lərini  yüksək  qiymətləndirən  məqalə  müəllifi  əsərdə  toplanmış 
məqalələrin  düzülüşünə  də  diqqət  yetirir:  Əsərdə  məqalələrin 
düzülüşü  “Dədə  Qorqud”  boylarının  hər  birinin  ayrılıqda  təd-
qiqata  cəlb  olunması  görüntüsü  yaratsa  da,  məqalələrlə  tanışlıq 
onun  hər  birinin  eposda  əks  olunan  etnososial  mənəvi  sistemi 
bütövlüklə əks etdirdiyini göstərir. K.Əliyev ilkin olaraq tək-tək 
fərdlərdə  özünü  göstərən  qəhrəmanlıq  xüsusiyyətlərinin  müəy-
yən  hadisələrlə  bağlı  ilkin  formalaşma  mərhələsində,  Vətən  – 
Oğuz  eli,  Oğuz  ağsaqqalları  ilə  bağlı  hadisələrdə  kişili-qadınlı 
bütün  oğuzların  eyni  dəyərlərə  malik  igidlər,  döyüşçülər  oldu-
ğunu konkret faktlar əsasında izah edir və əsaslandırır. 
X.Xəlilli  “dastanda  qəhrəmanlarla  bağlı  hadisələri  düz-
gün  oxumaq,  qəhrəmanı  olduğu  kimi  dəyərləndirmək,  qəhrə-
manın şəxsiyyətində və fəaliyyətində ehtiva olunan xalq fikrini 
və  düşüncəsini  tam  dəqiqliyi  ilə  tapmaq  və  aşkara  çıxarmağı 
folklorşünaslığın  ana  vəzifəsidir”  –  tələbkarlığına  prof.  K.Əli-
yevin  tam  riayət  etdiyini  qeyd  edir  və  belə  nəticəyə  gəlir  ki, 
müəllifin  “Etnosun  poetikası:  Dədə  Qorqud  və  Koroğlu”  əsəri 
həm  milli  mənlik  şüuruna,  həm  də  müstəqil  elmi  tədqiqat  üs-
lubuna yiyələnmiş gənclərin stolüstü kitabı olmağa layiqdir. 
Filologiya  üzrə  fəlsəfə  doktoru  Mahirə  Nağıqızının 
“Təhsil”  jurnalının  2012-ci  il  noyabr  sayında  dərc  etdirdiyi 
“Eposun  poetikası:  Dədə  Qorqud  və  Koroğlu”  məqaləsində 
prof.  K.Əliyevin  eyniadlı  əsəri  konkret  və  yığcam  detallarla 
təhlil  edilir,  açılır.  Alimin  bu  monoqrafiyası  onun  elmi  yanaş-

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
137 
malarına görə fundamental tədqiqat əsəri hesab edilir.   
Filologiya  üzrə  fəlsəfə  doktoru  ġakir  Əlifoğlu  prof. 
K.Əliyevin  bu  kitabını  analitik  elmi  təfəkkürün  bəhrəsi  hesab 
edir və “Kredo” qəzetinin 21 iyul 2012- ci il sayında dərc etdir-
diyi “Etnopoetika anlayıĢına orijinal baxıĢ” məqaləsində ya-
zır: “K.Əliyevin etnopoetika istiqamətində araşdırmaları qəribə 
məntiqlərə söykənməklə  çözülür.  Belə  ki,  “türk  etnosunun  ya-
ratdığı bədii irsin, o cümlədən şeir sənətinin etnik mahiyyətini 
izləmək  bu  sənətin  necə  təsnif  olunmasından  çox  asılıdır”  – 
fikrini  irəli  sürən  müəllif  eyni  zamanda  şeirin  janr  zənginlik-
lərinin  də  bu  məsələnin  açımında  sonrakı  proses  olduğunu  – 
“etnik keyfiyyətləri ifadə etmək baxımından xeyli gecikdiyini” 
–  söyləyir  ki,  bu  da  onu  göstərir  ki,  alim  şeir  janrlarının  hələ 
tam formalaşma həddinə düşmədiyi ilkin çağlara öz külüngünü 
çalmaqla etnopoetikanın mahiyyətini üzə çıxarmaqda israrlıdır. 
Və  gerisini  oxuduqca,  doğrudan  da,  professor  ilkin  şeir 
qəliblərinin  yaranıb  formalaşacağı  real  zəmini  axtarıb  tapmış 
və bu prizmadan yanaşmaqla etnopoetik məqamları incələməyə 
müvəffəq  olmuşdur.  Müəllif  onu  da  diqqətdən  yayındırmır  ki, 
“janrlar  bir-birindən  törəmədir...  struktur  baxımından  bir- 
birinin  davamı  və  ekvivalentidir”  və  s.  Hətta  obrazlı  deyimlə 
qoşma  və  gəraylını  “janr  qardaşlığı”  (böyük  və  kiçik  qardaş 
timsalında) təqdim edən alim digər bir məsələni də unutmur ki, 
bayatı,  mani,  gəraylı,  türkü,  varsağı  və  başqa  şeir  janrları  öz 
adlarını  türk  tayfa  adlarından  götürməklə  “etnik  mənşəyi 
göstərən şəkillər”olsalar belə  bu faktlar da janr və etnopoetika 
arasındakı bağlılıqları tam mənası ilə açıb ortalığa qoymur.  
Əlbəttə,  professorun  bu  kimi  incə  nüansları  unutmayıb 
diqqətə  çəkməsi  ilk  baxışda  bir  yandan  adamı  bir  qədər  təəc-
cübləndirirsə, digər tərəfdən də  o hissi  təlqin edir ki,  etnopoe-
tika  məsələsinə  münasibət  məsələsi  burada  olduqca  kökündən 
qavranılmış  şəkildə  öz  elmi  şərhini  tapacaqdır.  Və  doğrudan 
da,  yazılanları  oxuduqca  deyilənlərin  təsdiqini  görürük.  Hələ 
yuxarıdakı xatırlamalar azmış kimi, Kamran müəllim obraz və 

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
138 
obrazlılıq anlayışlarının da etnopoetikanın açıqlanmasında mü-
hüm rolu olacağı faktını danmadan bunlarlа da bu məsələnin – 
problemin tam açıqlanmaması fikrini nümayiş etdirir” . 
Filologiya  elmləri  doktoru,  professor  Mahmud  Allah-
manlı  “525-ci  qəzet”in  20  oktyabr  sayında  dərc  etdirdiyi 
“Eposumuz,  bədii  düĢüncəmiz  və  etnopoetikamız” məqalə-
sində  ədəbiyyatşünas  alimimiz  Kamran  Əliyevin  “Eposun 
poetikası:  “Dədə  Qorqud”  və  “Koroğlu”  kitabının  mühüm  və 
maraqlı  tərəflərini  təhlil  edir.  Məqalə  müəllifi  göstərir  ki, 
“Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanları ilə bağlı kifayət 
qədər  araşdırmalar  aparılıb  və  indi  də  aparılmaqdadır.  Dilçilər 
dil  tarixinin  öyrənilməsi,  etimologiyası  və  s.  etnoqraflar  xalq 
məişətinin  görünüşünü,  etnoqrafik  faktları,  tarixçilər  tarixi 
faktların hansı səviyyədə təqdimini, ədəbiyyatşünaslar bədiilik, 
poetika  tərəflərini  və  s.  öyrənməkdədirlər.  ”Kitabi-Dədə  Qor-
qud”  elm  aləminə  məlum  olduğu  gündən  araşdırılır  və  elə 
möhtəşəm abidədir ki, yenə də araşdırmalara, yeni tədqiqatlara 
yol  açır.  Ona  əl  uzadanın  heç  birinin  əli  boş  qalmayıb. 
Ədəbiyyatşünas  alimimiz  K.Əliyevin  də  bu  kitabı  onun  əlinin 
boşda qalmadığınıн, əksinə əlinə zər gəldiyinin təsdiqidir. 
M.  Allahmanlı  məqalədə  prof.  K.Əliyevin  bu  kitabı  ilə 
folklorşünaslığımıza  özünün  qiymətli  töhfəsini  verdiyini,  ali-
min  dastandakı  hadisələrə  orijinal,  tamamilə  fərqli  və  özünə-
məxsus prizmadan baxmasını göstərir. Məqalə müəllifi onu da 
vurğulayır ki, düzdür, qaldırılan problemlə bağlı qorqudşünas-
lıqda  kifayət  qədər  təhlilər  aparılıb,  mülahizələr  söylənmişdi. 
Bu  mülahizələr,  mübahisələr  sırasında  diqqəti  daha  çox  cəlb 
edən  “Kitabi-Dədə  Qorqud”  dastanlarında  şeir  məsələsi  ilə 
bağlıdır. Bəzi tədqiqatçılar bu nümunələri, yəni şeir məsələsini 
qəbul  etmir,  onu  qafiyəli  nəsr  kimi  vurğulayırlar.  Etiraf  edək 
ki,  “Kitabi-Dədə  Qorqud”  dastanlarında  olduqca  diqqəti  cəlb 
edəcək  qafiyəli  nəsr  faktları  var.  Bu  mənada  bu  dastan  əvəz-
sizdi,  heç  nə  ilə  müqayisə  oluna  bilməz.  Di  gəl,  qafiyəli  nəsr 
oradakı poeziya nümunələrinin olmasını kənarlaşdırmır. Bu, bir 

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
139 
başqa  istiqamətdi.  Məsələnin  mahiyyətinə  vardıqda  da  bu 
görünür. Etiraf edək ki, “Kitabi-Dədə Qorqud” dastanları özün-
də  çox  gizlinləri  qoruyub  saxladığı  kimi,  poeziya  məsələlərini 
də  bir  ədəbiyyat  hadisəsi  kimi  günümüzə  çatdırıb.  Səmavi 
kitablardakı bədii nümunələrin məziyyətlərindən danışan Mah-
mud müəllim prof. K.Əliyevin “Etnopoetika məsələləri” məqa-
ləsində  alimin  dastandakı  şeir  nümunələrini  ortaya  qoyulma-
sını, aydınlaşdırılmasını və onun bu məqaləsinin mahiyyətində 
məhz onların da dayanmasını xüsusi qeyd edir. M. Allahmanlı 
diqqətimizi  tədqiqatçı-alimin  aşağıdakı  fikrinə  yönəldir:  “Ay-
dın  məsələdir  ki,  bədii  düşüncə  birdən-  birə  doğulmur  və 
reallığa çevrilən bədii fakt və nümunələr də birdən-birə yaran-
mır. Onun təkamülü və formalaşması xeyli vaxt və zaman tələb 
edir. Bununla bərabər bədii düşüncənin məzmun və ifadə planı 
aid  olduğu  etnosun  təbiətindən  kənarda  deyil.  Əslində,  etno-
poetika  bədii  düşüncə  ilə  etnosun  təbiəti  arasındakı  əlaqə  və 
təması öyrənən, bu əlaqə və təmasın xüsusiyyət və əlamətlərini 
meydana  çıxaran  bir  elm  sahəsi  kimi  qavranılır”.  Müəllif 
bunun  ardınca  alimin  mülahizələrini  belə  şərh  edir:  “Burada 
bədii  düşüncənin  birdən-birə  doğulmaması  və  bədii  nümunə-
lərin  birdən-birə  yaranmaması  məsələsi  xüsusi  olaraq  vurğu-
lanır. Türk düşüncə tərzində bədii düşüncənin formalaşması və 
inkişaf  tarixi  həmişə  öyrənilmə  zərurətindədir.  “Kitabi-Dədə 
Qorqud”  dastanları  poeziya  müstəvisində  bu  tarixin  daha  qə-
dimdəki  qatlarına  nəzər  yetirmək  anlamında  əvəzsizdi.  Müəl-
lifin  də  şeir  nümunələrinin  mövcudluğunu  mətndən  çıxış  et-
məklə  konkret  faktlar  əsasında  göstərməsi  bu  istiqamətin 
müəyyənləşməsi sahəsində çox gərəkli görünür. 
Monoqrafiyanı geniş şəkildə təhlil süzgəcindən keçirən M. 
Allahmanlı alimin bu kitabındakı “Dəli Domrul” boyu: təsadüf, 
yoxsa zərurət?” adında bölməyə də münasibətini bildirir. Məqalə 
müəllifi  alimin  bu  sualı  necə  cavablandırmasını  xüsusi  olaraq 
vurğulayır, onun dərin mündəricəli elmi fikirlərini verir: “Dədə 
Qorqud kitabı” süjet və kompozisiyası, struktur əlamətləri, bədii 

Mahirə Nağı qızı, Çapar Kazımlı
 ______________________  
 
 
140 
dil  xüsusiyyətləri  və  nəhayət,  ideya  siqləti  ilə  bitkin  bir  mədə-
niyyət hadisəsidir”. Mahmud Allahmanlının nəzərincə də dastan 
bütün  müstəvilərdə  bitkin  mədəniyyət  hadisəsidir.  Ozanların 
dilindən  yazıya  alan  şəxs  özü  də  dastandan  görünür  ki,  ozanlar 
qədər vergili, əvəzsiz istedada malikmiş. Və tədqiqatçı alimimi-
zin dediyi kimi abidənin “yüz dəfə ölçülüb, bir dəfə biçilməsinə 
şübhə  yeri  qalmır”.  Bunu  tam  aydınlığı  ilə  görmək  üçün 
Mahmud müəllim dastandakı müqəddimə ilə bütün dastan boyu 
səpələnən  hadisələri,  hadisələrin  gedişini  və  rəngarəngliyini, 
cümlə,  söz  və  ifadələrin  alt  qatında  gizlənənləri,  bütünlükdə  alt 
və  üst  qatdakı  mahiyyəti  izləməyi  vacib  hesab  edir  və  prof.  K. 
Əliyevin  bu  yolla  gedərək  dastandan  və  boyun  özündən  gələn 
gizlinləri doğru-dürüst üzə çıxardığını yüzə yüz təsdiqləyir. 
Məlumdur ki, Azərbaycan ədəbiyyatşünaslığında, folklor-
şünaslığında  Təpəgözlə  bağlı  çoxlu  təhlillər  aparılıb,  müxtəlif 
fikirlər  söylənilib.  M  Allahmanlı  Ф.Ditsdən  prof.  K.  Əliyevə 
qədər dastanla bağlı yazılanlara diqqət  yetirməyimizi məsləhət 
bilir.  Və  bu  zaman  biz  asanlıqla  bir  məsələnin  –  “Basatın 
Təpəgözü  öldürdüyü”  boyun  uzun  illər  araşdırmaların  əsas 
mövzuzsuna çevrildiyini görə bilirik. Bu problemin həllinin də 
Kamran  müəllim  tərəfindən  kifayət  qədər  mükəmməlliklə  və 
nəzəri baxımdan  yüksək səviyyədə aparıldığı Mahmud müəlli-
min məqaləsində öz əksini tapır. 
Məqalədə eyni zamanda “Kitabi-Dədə Qorqud” dastanları 
ilə  bağlı  daha  üç  problem  ətrafında  da  ədəbiyyatşünas  alimi-
mizin  mülahizələri,  maraqlı  qənaətləri  təhlil  edilir  və  prof. 
K.Əliyev  hərtərəfli  düşünən  bir  qorqudşünas  alim  kimi  oxu-
cuya  təqdim  olunur.  Mahmud  Allahmanlının  fikrincə,  “Dirsə 
xan  oğlu  Buğac”  boyu  özünün  informasiya  yükü,  təsvirin 
özünəməxsusluğu,  xarakterlərin  və  həyat  hadisələrinin  ifadəsi, 
məişət  faktlarının  zənginliyi  baxımından  daha  çox  araşdır-
maların problem faktıdı və yəqin ki, hələ çox zamanlar bu belə 
də  olacaq.  Burada  Oğuz  cəmiyyətində  övladsızlıq  məsələsi, 
qadın  sevgisi,  qadına  sevgi,  cəmiyyətin  özündəki  nizamın 

____________________ ƏdəbiyyatĢünaslığa xidmət əzmi ilə 
 
 
141 
fərdlərin  kimliyindən,  hansı  səviyyədə  dayanmasından  asılı 
olmayaraq sabitqədəmliyi məsələsi qoyulur və əksini tapır. M. 
Allahmanlının  bu  məqaləsində  prof.  K.Əliyevin  bu  sahədəki 
bütün  xidmətləri  qabardılır  və  qorqudşünaslıqda  indiyə  qədər 
həllini  tapmayan  problemlərin  bu  alim  tərəfindən  xüsusi  bir 
məhəbbətlə  araşdırıldığı,  elmi  təfsirinin  verildiyi  diqqətimizə 
çatdırılır.  Məqalə  müəllifi  “Dirsə  xan  oğlu  Buğac”  boyu  ilə 
bağlı  prof.  K.Əliyevin  düşüncələrindən  bir  məqamı  da  diqqə-
timizə  çatdırmağı  vacib  sayır:  “...Dədə  Qorqud  “  eposu  vahid 
mexanizm  halında  götürüldükdə  boyların  ayrı-ayrı  təhlili  ilə 
müqayisədə  nəhəng  və  möhtəşəm  görünür  və  əzəmətli  ideya-
ların  daşıyıcısına  çevrilir”.  Prof.  K.Əliyevin  bu  qiymətli  fik-
rinin  ardınca  Mahmud  müəllim  yazır:  “Bu  möhtəşəmlik  das-
tanın  elm  aləminə  məlum  olduğu  vaxtdan  araşdırılmasında, 
sirləri  ilə  ortaya  qoyulma  məqsədindədi.  Elə  “Dirsə  xan  oğlu 
Buğac“  boyu  ilə  bağlı  kitabdakı  təhlil  də  buna  xidmət  edir. 
Maraqlı  məsələdir  ki,  hansı  səbəbdən  ozan-yazıçı  bu  boyu  ilk 
yerə  çıxarmışdı.  Bu  bir  başqa  araşdırmanın  problem  mövzu-
sudu. Bizim diqqətimizdə Bayandır xanın təşkil etdiyi məclisdə 
Dirsə  xanın  yerinin  yaratdığı  problemdi.  Bu  isə  Oğuz  elində 
övladı  olmayana  münasibətin  ifadəsidi.  Dirsə  xanın  “bəri  gəl-
gil, başım baxtı, evim taxtı” münasibəti ilə Xan qızının (həyat 
yoldaşının) “xan babamın göygüsü, qadın anamın sevgisi, göz 
açıban  gördüyüm,  könül verib sevdiyim  Dirsə xan” düşüncəsi 
arasında böyük mətləblər, Oğuz elinin  ailə nizamı, davamlılıq 
dərəcəsi aşağıdan yuxarıya qədər aydınlıqla cızılır. 
M.Allahmanlı  məqaləsinin  ikinci  hissəsini  kitabda  “Ko-
roğlu” dastanı ilə bağlı prof. K. Əliyevin apardığı araşdırmalara 
həsr edib. Məqalədə deyilir ki, kitab müəllifinin qənaətləri dörd 
problem yazıda (“Koroğlu – dəlilərinin dəlisi”, “Koroğlu” epo-
sunda  dəli  aşıq”,  “Bədii  məkanın  xarakteri”,  “Fiziki  gücün 
semantikası”) ümumiləşdirilir. Məqalə müəllifi bu məsələlərdə 
də prof. K.Əliyevin hərtərəfli düşünən, problemləri çox əhatəli 
şəkildə dərk edən tədqiqatçı kimi oxucuya təqdim оlunur. 

Yüklə 113,22 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin