Magistratura məRKƏZİ Əlyazması hüququnda


Məişət kimya mallarının istehsalı (min ton)



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə11/48
tarix05.01.2022
ölçüsü1,22 Mb.
#51018
1   ...   7   8   9   10   11   12   13   14   ...   48
Qas-mov-Hikm-t

Məişət kimya mallarının istehsalı (min ton) 

Adı 


1995  1998  2000  2005  2010  2014  2015  2016  2017  2018 

SYV 


82,6 

10,2  3,2 

10,2 

11,1 


6,2 

6,9 


7,4 

7,6 


9,2 

 

Təhlil  zamanı  gördük  ki,  iqtisadiyyatın  bu  sahəsinin  vəziyyəti  Azərbaycan 



Respublikasında  əvvəllər    kimya  sənayesi  üzrə  çox  aşağı  səviyyədə  olmuşdur. 

Sonradan  isə bu sahə üzrə  istehsal sürətlə artmağa başlamışdır. 

 

1.2. MƏİŞƏT KİMYA MALLARININ (O CÜMLƏDƏN SİNTETİK YUYUCU 

VASİTƏLƏRİN) XAMMATERİALLARININ TƏHLİLİ 

 

Parçalara  yuyucu  təsir  dedikdə,  hər  şeydən  əvvəl  çirklərin,  ləkələrin  bu  və 

ya digər vasitələrin köməyi ilə çıxarılması başa düşülür. 

Yağ əsasında  əmələ gələn sabunların istehsal və tətbiq tarixinin xeyli qədim 

olmasına  baxmayaraq,tədqiqatçılar  yuma  prosesi  haqqında  esaslı  nəzəri  məlumat 

verməkdən ötrü  uzun zaman ərzində çalışmışlar, lakin   nəticənin əldə olunmasına  

yalnız yaxın illərdə  müvəffəq olmuşlar.[1] 

Sabunlu  məhlulun  yuma  prosesi  zamanı  yuyucu  tesir  mexanizmini  izah 

etmekden ötrü  tədqiqatçılar  bir neçe  tədqiqat işi  aparmış və bu barede müxtəlif 

nezeriyyeler tertib edilmişdir. 

Parçalardan    çirkin    təmizlənməsi  üçünistifadə  olunan  məişət  kimya 

mallarının  (yuyucu  vasitələrin)    etdiyi  yuyuculuq təsirinin,  onun  məhsulda  köpük 

əmələgətirmə,  islatma  və  emulsiya  yaratma  qabiliyyetinden  bilavasite  asılı 

olduğunu  Kraft  və  Donan  apardıqları  tədqiqatlardan  sonra  müəyyən  etmişlər. 

Amma  tədqiqatları  zamanı    onlar  bu  əlamətlərin  bir-biri  ilə  qarşılıqlı  elaqede 

olması barədə  heç bir fikir söyləyə bilməmişlər. 

Sabunun  yuyuculuq  təsirinin  hidroliz  hadisəsi  ilə  əlaqəli  olmasını  1828-ci 



15 

 

ildə  Berselliuz  bildirmişdir.  Berselliuz    hesab  edirdi  ki,  suda  həll  olan  sabun 



tədricən  ionlara  ayrılır,  hidroliz  olur  və  bunun  nəticəsində  sərbəst  qelevi  emele 

gelir.[10] 

Çirkin  içərisində  emele  gelmiş  qelevi  yağları  sabunlaşdırır  və  bunun 

neticesinde  hemin  yağlar  sabunda  həll  olur  və  çirklər  parçanın  lifləri  üzərindən 

asanlıqla ayrılır. 

Rus alimi N.Qrabovski 1875-ci ildə yazmış olduğu “Yuma zamanı sabunun 

təsiri  məqaləsi”  adlı  eserindebu  nəzəriyyənin  nöqsanlı  cəhətlərini  göstərmişdir. 

Tədqiqatçı  Qrabovskiyə  görə  həmin  nəzəriyyənin  yaranmasının  başlıca  səbəbləri 

bunlardır: 

-  yuyulma 

prosesi 

zamanı 


gedən 

hidroliz 

prosesi 

çox 


zeif 

olmasınabaxmayaraq,  emele  gelen  sərbəst  əsas,  miqdarca  yağvari  çirklerin 

sabunlaşması üçün kifayət ede  bilməz. 

-  tədqiqatçının  bu  nəzəriyyəsi  sabunlaşma  qabiliyyəti  olmayan  diger  çirk 

növlerinin yuyulub temizlenme mexanizmini izah edə bilmir. 

-  bir neçə növ məişət kimya malları (yuyucu vasitələr) vardır ki, onlar yuma 

zamanı  nəinki  neytral,  hetta  turş  mehlullarda  da  heç  bir  hidroliz  etmeden 

sabunlaşmaya meruz qalaraq çirki temizleyir. 

Yuma  zamanı  sabun  məhlulunun  islatma  qabiliyyətinin  elə  bir  xüsusi  rol 

oynamadığının  alman  alimi  Qiller  göstərmişdir.    Bu  sahəde  aparılan  bir  çox 

tedqiqatlar  ise    yuma  prosesinin  islatma  qabiliyyətinden  də  asılı  olmasının 

müəyyən etmişdir.[3] 

Rus  alimləri  P.A.Rebinder,  D.A.Rojdestvenski,  B.N.Tyutyunnikov  və 

başqalarıtərəfindən yuyucu vasitələr və səthi aktiv maddələrin yuyuculuq təsirləri 

haqqında ən müasir  və düzgün nəzəriyyələr verilmişdir.  

İlk  dəfə  olaraq  P.A.Rebinder  maksimum  yuyuculuq  təsiri  üçün  lazım  olan 

kritik  konsentrasiyanı  tədqiq  etmişdir.  Bu  nəzəriyyəyə  görə  sulu  məhlulun 

yuyuculuq  tesirinin  effektliyi  başlıca  olaraq  yuyucu  vasitenin  sethi  aktivlik 

derecesinden  emele  gelmiş  emulsiya  layının  mexaniki  davamlılığından, 

özluluyunden ve  həmçinin  islatma qabiliyyetinden asılıdır.  

 



16 

 

Akademik 



A.Rebinder  və  onun  əməkdaşları  yuma  prosesinin 

mexanizmlərini  izah  etmək  üçün  təcrübi  yolla  müəyyən  etmişlər.    Bu  sahədə 

tədqiqat  işləri  aparan  bütün  alimlər  tərəfindən  irəli  sürülmüş  nəzəriyyə  qəbul 

edilməkleen muasir nezeriyye hesab olunur. 

Yuma prosesi bu nəzəriyyəyə görə başlıca olaraq, 3(üç)  əsas merhele üzrə 

gedir: 


Çirk hissələrinin yuyulan səthdən qopması 

↓ 

Qoparılmış çirk hissəciklərinin yuyulmuş səthə yenidən çöküb yapışmasına 



imkan verməyib, məhlulda saxlanılması 

↓ 

Yuyucu məhlula ayrılmış çirk hissəciklərininkeçərək orada həll olunması 



 

Yuyucu vasitelerin yuyuculuq tesirini düzgün anlamaq  üçün I növbede  bizi 

əhatə edən müxtəlif əşyaların və xüsusən cürbəcür parça növlərinin nəyən və necə 

çirklənməsi,  ləkələnməsi,  habelə  çirklənmiş  maddənin  sethi  ilə  çirk  hissəcikləri 

arasındakı  əlaqə  ilə  tanış  olmaq  lazımdır.  Toz,  müxtelif  piy  və  yağları,    tərləmə 

nəticesinde  ayrılan  maddeleri,  neft  məhsullarını  və  s.  çirk  əmələgətirici  maddələr 

kimi göstərmək olar. 

Məlum  olmuşdur  ki,  aparılan  tədqiqatlar  zamanı    normal  həddə  qədər 

ləkələnib  çirklənmiş  100  kq  prçadan  3  -  4  kiloqrama  qədər  çirk  çıxır  və  həmin 

tərkib hissə qramla aşağıdakı kimidir: 

Cədvəl 5. 

Sıra sayı 

Maddələrin adı 

Miqdar 


1. 

Üzvi maddələr 

901 

2. 


Yağ (qliserid tipli) 

301 


3. 

Yağ turşuları 

149 

4. 


Qum, toz və s. 

qalan miqdarda 

 

 



17 

 

Çirk  müxtəlif  tərkibli  maddələrin  heterogen  qarışığından  ibarət  olub,  yuma 



zamanı təmizləmə prosesindən asılı olaraq 4 esas qrupa bölünə bilər: 

 


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin