Magistratura məRKƏZİ Əlyazması hüququnda


MƏİŞƏT KİMYA MALLARININ  KEYFİYYƏTİNƏ VERİLƏN



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə13/48
tarix05.01.2022
ölçüsü1,22 Mb.
#51018
1   ...   9   10   11   12   13   14   15   16   ...   48
Qas-mov-Hikm-t

1.3.MƏİŞƏT KİMYA MALLARININ  KEYFİYYƏTİNƏ VERİLƏN 

İSTEHLAK TƏLƏBLƏRİNİN XARAKTERİSTİKASI 

 

Məişət  kimya  mallarının,  (sintetik  yuyucu  vasitələrin)  keyfiyyətinə  verilən 

ümumi  tələblər  cari  və  perspektiv  tələblərdən  fərqli  olaraq,  yuyucu  vasitələrin 

təyinatına uyğunluğunu, özünəməxsus konsistensiyasına malik olmasını, istifadəyə 

yararlığını, insan üçün zərərsizliyinin, etibarlılığının və s. özündə cəmləşdirir. 

Sintetik yuyucu vasitələrin təyinatından asılı olaraq, onlara spesifik tələblər 

də verilir. Məsələn, “Ariel” öz tərkibində enzim saxladığına görə ona yun və ipək 

parçaları yuma tələbi verilir. 

Sintetik  yuyucu  vasitələrə  verilən  cari  perspektiv,  ümumi  və  spesifik 

tələblər  onların  istehlakının  hansı  sahəsinin  xarakterizə  etməsindən  asılı  olaraq, 

funksional, erqonomik, gigyenik, estetik, etibarlılıq kimi tələblərə bölünür. 

Sintetik  yuyucu  vasitələrə  verilən  funksional  tələblər  onların  təyinatına 

görə  çeşidləri  ilə  əlaqədardır.  Məsələn,  “Persil”  yuyucu  tozu  öz  tərkibində 

herborat  natriumu  saxladığına  görə  pambıq və  kətan  lilfərini,yuma  funksiyasına 

nişasta  və  antistatiklər  saxlandığına  görə  xüsusi  növ  və  sintetik  lifləri  yuma 

funksiyası daşımalıdırlar.[3] 

Sintetik  yuyucu  vasitələrə  verilən  erqonomik  tələblərin  ödənməsi  üçun 

onların  qoxusu  kəskin  olmalı,  həmin  qoxu  paltara  çökməməli,  onların  aromalı 

qoxusundan  başqa,  qeyri  iy  gəlməməli,  asan  həll  olmalı  və  köpük  əmələ 

gətirməlidirlər. 

 



22 

 

Gigiyenik  tələblərin  ödənilməsi  üçün  sintetik  yuyucu  vasitələr  yuma 



zamanı  aşınma,  zədələnmə  verməməli,  statik  elektrikə  qarşı  həssas 

olmamalıdırlar. 

Estetik  tələbləri  ödəmək  üçün  sintetik  yuyucu  vasitələrin  konsistensiyasına 

uyğunluğu tələb olunur. Məsələn, şampunlar müxtəlif rəngə çalmamalı  və çöküntü 

verməməlidrlər.  Yuyucu  toz  çeşidli  vasitələrdə  qranulların  ölçüsü  3  mm-dən  çox 

olmamalıdır. Sintetik yuyucu vasitələrin rəngi ağ və ya açıq sarı rəngdə olmalıdır. 

Snitetik  yuyucu  vasitələrin qablaşdırılmasında  və etiketində də estetik zövq 

ödəməlidir.Sintetik  yuyucu  vasitələrə  verilən  etibarlılıq  tələbi,  onların  istehlak 

xassələrini, başqa sözlə, ilkin keyfiyyət göstəricilərinin saxlamalıdır. Bütün sintetik 

yuyucu  vasitələr  onlara  verilmiş  saxlanma  müddəti  ərzində,  öz  keyfiyyətlərinin 

saxlamalı və onlara verilmiş funksiyanı yerinə yetirməlidirlər. [2] 

İlkin  xassələrinin  saxlamaeffektivliyi  xüsusiyyəti  yuyucu  vasitələrin  

əksəriyyətində    6-9  ay  intervalında  olur.  Bu  müddət  keçdikdən  sonra  vasitələr 

əvvəlki    xassələrini  sürətlə  itirmiş  olurlar.  Yuyucu  vasitələr  qoxu,  əsasən  də  su 

çəkən  (alkilarilsulfonatlar  hiqroskopik)xüsusiyyətə  malik  olurlar.  Bundan  əlavə 

olaraq  deməliyik  ki,  həmin  yuyucu  vasitələriişıqdan  qorumaq  lazımdır.  Daşınma 

zamanı  mühitin  quru  olması  vacib  şərtdir,  çünkisintetik  yuyucu  vasitələrin 

etibarlılıq tələbi təkcəonlarınquru saxlanması ilə ödənilmir. 

Sintetik yuyucu vasitələrin istehlak xassələri ilə onların keyfiyyətinə verilən 

tələblər arasında tam uyğunluq olmalıdır. Çünki onların bircinsli olması, həll olma 

qabiliyyətləri,yuma  və    köpük  əmələ  gətirmə  qabiliyyətləri,otaq  temperaturunda 

suda  yaxşı  həll  olması  qabiliyyəti,yuyucu  aktiv  maddələrin  miqdarı,əlavə  və  əsas 

maddələrin  miqdarı,yuyucu tozlarda dənəciklərin , yəni qranulkaların ölçüsü, əsas 

istehlak  xassələri  -  xarici  görünüşü,  rəngi  və  qoxusu,  çöküntü  verməsi,  həcmi  və 

s.aid edilirlər. 

Normativ texniki sənədlərdə müasir dövrümüzdə  sintetik yuyucu vasitelerin 

keyfiyyətinin  laboratoriya  üsulu  və  orqanolpetiki  üsulla    təyini  ətraflı  şəkildə 

verilmişdirki, bu da onların istehlak xasselerini aşkar etməyə imkan verir. Yuyucu 

vasitələrdə  dənəciklərin,  yəni  qranulların  ölçüsülərinin  3  mm-dən  çox



23 

 

olmaması,  onların  rənginin  ağ  və  ya  açıq-sarı  rəngdə  olması  və  sairə 



göstəriciləronların istehlak xassələrinə uyğun odluğunu göstərir. İstehlak xassəsinə 

uyğun 


olaraq 

yuyucu 


vasitələrin 

qoxusu 


kəskin 

olmamalı 

və 

paltarlaraçökməməlidir.    Xüsusən  vasitələrdən    neft  və  neft  məhsullarının  iyi 



gəlməməlidir.  Əgər  bu  iy  gəlsə  yuyulan  paltarlara  çökəcək  və  yuyucu  vasitənin 

istehlak  xasələri  pozulmuş  hesab  olunacaq.   Seçdiyimiz  yuyucu  vasitənin  istehlak 

xassələri verilən çeşidə uyğun olaraq, keyfiyyəti yoxlandıqda laboratoriya üsulu ilə 

tam aşkar edilir. 

Dünya  alimləri  tərəfindən  müasir  aktual,  perspektivli  iqtisadi  cəhətdən 

böyük  əhəmiyyət  kəsb  edən  bu  problemə  olduqca  maraqlı  və  çoxlu    tədqiqatlar 

həsr olunmuşdur, bunu sintetik  yuyucu  vasitələrə   dünya  miqyasında  həsr edilmiş 

tədqiqat işlərini diqqətlə nəzərdən yetirdikdəaydın şəkildə görmüş oluruq. Görürük 

ki,  bu  tədqiqat  işlərinin  çoxusu  syv-in  alınma  üsullarına,  texnologiyasının 

təkmilləşdirilməsinə,  kompleksin  tərkibində  olan  maddələrin  daha  ucuz  başa 

gəlməsinə və daha da üstün xassələrə malik olmasınavə yenilərlə əvəz olunmasına 

həsr olunmuşdur. Müstəqil  inkişaf  yoluna qədəm basmış  respublikamızda sintetik 

yuyucu  vasitələrin  istehlak  xassələrinin  öyrənilməsi  ekspertizabaxımındanolduqca 

azöyrənilmişdir.  Elə  bu  baxımdan  da  seçdiyimiz  mövzuda  tədqiqat  işinin 

aparılmasının müasirliyi  və aktuallığı, iqtisadi cəhətdən əhəmiyyətli olması, zəruri 

olması heç bir şübhə doğurmur.[2] 

Aşağıdakı  göstərilən  vəzifələrin  öhdəsindən  gəlmək  üçün,  məqsədimizə 

çatmaq üçün qarşıya qoyduğumuz şərtlər bunlardır: 

1. Respublikamızda(Sumqayıt  şəhərində «Məişət kimyası» istehsalat 

birliyi)  və  xaricdə  istehsal  olunan  ən  keyfiyyətli  və  müasir  sintetik  yuyucu 

vasitələrin  bəzi  istehlak  xassələrinin  tədqiq  etmək,  həmin  istehsal  olunan  yuyucu 

vasitələrin  üstün və çatışmayan cəhətlərini aşkar etmək 

 

2. SYV - in  tərkibində olan müxtəlif birləşmələrin sinergizm  mexanizmi və 



onların yuma prosesində effektiv  təsirinin olması  

 3. SYV


-in müəyyən reseptlər və rejimlər üzrə hazırlanmış yeni eksperiment 

xarakterli bəzi istehlak xassələrinin tədqiq etmək

 

 



24 

 

4. Bəzi növdə olan tərkib elementlərinin faizinin və növünün dəyişilməsinin 



syv – in istehlak xasələrinə necə təsir etməsi və keyfiyyətini tədqiq etmək 

5.  Yüksək  istehsal  xassələrinə  malik  olan  və  müasir  optimal  reseptlərlə 

hazırlanmış eksperiment xarakterli nümunələrin Sumqayıt şəhərində mədəni məişət 

kimya malları istehsal edən “Məişət kimyası birliyində” tətbiq  edilmək. 

 


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin