Magistratura məRKƏZİ Əlyazması hüququnda


YUYUCU VASİTƏLƏRİN MÜASİR DÖVRDƏ



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə14/48
tarix05.01.2022
ölçüsü1,22 Mb.
#51018
1   ...   10   11   12   13   14   15   16   17   ...   48
Qas-mov-Hikm-t

1.4.YUYUCU VASİTƏLƏRİN MÜASİR DÖVRDƏ 

İNTEQRASİYASININ ÖYRƏNİLMƏSİ 

 

Sintetik yuyucu vasitələr (SYV) bir neçə mürəkkəb qarışıq  maddələrin bir-

birinə qarışdırılmasından  əmələ gəlir. Müəyyən reseptlər əsasında sintetik yuyucu 

vasitələrin tərkibinə daxil olan maddələri dəyişsək, fərqli bir yeni vasitə əldə etmiş 

olarıq.  

Kətan  parçalar,  yun  parçalar,  süni  parçalar,  qarışıq  rəngli  parçalar  üçün 

nəzərdə  tutulmuş  sintetik  yuyucu  vasitələr  tərkibinə  görə  bir  birindən  fərqlənir. 

Bundan  əlavə  yucu  vasitələr  formasına  görə  həm  toz  halında,  həm  duru  məhlul 

halında, həm də tabletka formasında olur. 

İqtisadiyyat  inkişaf  etdikcə,  yeni-yeni  tədqiqatlar  aparılır  və  daha  da 

təkmilləşmiş yuyucu vasitə reseptləri tədqiq olunur, nəticə etibarilə  fiziki kimyəvi 

tərkibləri,  funksional  və  istismar  xassələri  daha  da  yüksək  olan  məhsullar  əldə 

edilir. [15] 

Toz halında olan sintetik  yuyucu vasitələrin tərkibidə 14-27 faiz üzvi səthi 

aktiv  maddələr,  26-41  faiz  trinatripolifosfat  və  ya  onun  əvəzediciləri,  0,1  –  25,0 

faiz  perboratnatrium,    3,0  –  10,2  faiz  metasilikat  Na,  0,6-1,2  faiz  karbooksimet 

sellülozanın  natgrium  duzu,  5,1  –  25,2  faiz  H

2

SO



  natrium  vardır.    SYV-in 

tərkibində  bunlardan  əlavə    olaraq,    fermentlər  seolitlər,  rütubət  kompleks  əmələ 

gətiricilər,  ağardıcılar , ətirli maddələr,  hidrotrop maddələr, boyayıc maddələr, və 

müəyyən başqa qatqılar da qatılır. 

Yağ  sabunları  kimi  hal-hazırda  istehsal  oluna  müasir  yuyucu  vasitələr  də 

aktiv  maddə  olub,  möhkəm  adsorbsiya  pərdəsi  yaratmaq,  istifadə  olunan  suda 



25 

 

yarım  kolloid  məhlul,    köpük  əmələgətirmə  xüsusiyyətinə  malikdirlər.  Amma 



sintetik yuyucu vasitələri yağ sabunlarından fərqləndirən bəzi cəhətlər vardır. 

1. 


Sintetik  yuyucu  vasitələr  cod  suda  həll  olmayan  çöküntü  əmələ 

gətirmir,  kalium  və  maqnezium  duzları  ilə  heç  qarşılıqlı  əlaqədə  olmur  və  buna 

görə də cod suyu yumşalmağa ehtiyac olmur 

2. SYV  codluğu  10-20  dərəcə  olan,    hətta  daha  artıq    codluğu  olan  suda 

özyuyuculuq təsirini itirmir (bildirək ki, sabunlarda bu xassə yoxdur) 

3. Istehsal  olunan  müasir  SYV  yuyulma  prosesi    zamanı  parçanın  rənginə 

heç  bir  mənfi  təsir  göstərmir.SYV  tərkiblərindəki  maddələrdən  asılı  olaraq  çirki 

həm  zəif  əsası  mühitdə,  həm    neytral,  hətta  turş  mühitdə  də  yuyub  təmizləmək 

qabiliyyətinə malikdir. Bu xassə də toxuculuq sənayesi üçün olduqca vacibdir 

4. Istehsal  olunan  müasir  SYV  aşağı  temperatur  da  olsa  belə  palrarlarda 

yaxşı  yuyuculuq  təsiri  göstərir,  amma  yağ  sabunlarında  prosesin  effektiv  olması 

üçün 60 – 80 dəerəcə tempetarur tələb olunur. 

5.  Yağ  sabunlarına  nisbətəndə  müasir  sintetik  yuyucu  vasitələrin  köməyilə 

çirkin təmizlənməsi daha az zaman tələb edir. 

Aparılan  tədqiqatlardan  məlum  olmuşdur  ki,  sintetik  yuyucu  vasitələrin 

müxtəlif  codluğu  sularda  əmələ  gətirdiyi  köpük,  yağ  sabununa  nisbətən  artıq 

olmaqla, xırda, sıx və davamlıdır. Bi qayda olaraq sintetik yuyucu vasitələrin aşağı 

temperaturda cod suda əmələ gətirdiyi köpüyün həcmi və davamlılığı uzunmüddət 

dəyişmədən  qalır;  həmin  bu  şəraitdə  yağ  sabunlarının  köpüyü  isə  zəif  olub, 

çalxaladıqda dərhal dağılır. [16] 

Sintetik  yyucu  vasitələrin də tərkibi  üzvi birləşmələrdən  ibarətdir. Bunların 

molekulunun  bir  hissəsi  karbohidrogen  zəncirindən  (hidrofob  hissə),  digər  hissəsi 

isə  hidrofil  (polyar)  qrupundan  ibarətdir.  Sintetik  yuyucu  vasitələrdəki  polyar 

qrupların quruluşu sulfoqrut, sulfoester,  ammonium xlorid qalığı və s. ola bilər. 

Müəyyən  olunmuşdur    ki,  bu  növ  hidrofil  qruplarının  polyarlıq  dərəcəsi 

karboksil  qrupuna  baxanda  daha  güclüdür.  Bu  səbəbdən  də  zəncirində  13-19 

karbon  atomu  olan  karbohidrogen  radikalı  ilə  bu  qrupdan  ibarət  olan  maddənin 

dissosiasiya  dərəcəsi  yüksək    olmaqla  bərabər,  onların  duzları  sulu  məhlulda, 




26 

 

demək olar ki, hidroliz olunmur. [19] 



SYV-in 

tərkibində  olan  səthi  aktiv  maddələr  sulu  məhlulda 

özünüaparmasına görə aşağıdakı kimi bölünür; 

a)  İonlaşan səthi aktiv maddələr 

b)  İonlaşmayan səthi aktiv maddələr 

c)  Amfolit səthi aktiv maddələr 

İonlaşan  səthi  aktiv  maddələr  suda  həll  olur  və  bir  qədər  dissosiasiya  edir. 

Bu  maddələr    suda  dissosiasiya  edən  zaman  əmələ  gətirdiyi  səthi  aktiv  yükündən 

asılı olaraq 2 yerə bölünür. 

İonlaşmayan  SYV  isə    suda  həll  olur  və  ionlara  ayrılmır.  Amfolit  SYV 

turş  mühitdə  kationu  aktiv  SYV    kimi,  əsası  mühitdə    isə  anionu  aktiv  SYV 

kimi özünü aparır.  Bioloji cəhətdən qeyri-üzvi maddələrə qədər parçalanmanın 

SYV    istifadə  etdikdən  sonra  təmizləyici  qurğudan  keçir  və  su  hövzəsinə 

tökülür.  Buna    görə  də  bioloji  cəhətdən  bu  maddələrin  parçalanmasının  böyük 

əhəmiyyəti vardır. Bu baxımdan onlar üç  əsas sinfə bölünürlər: 

1.  80 faizə  qədər 

bioloji 

parçalanan 

SYV-lər, 

bura  


tetraprorilenbenzolsulfonat və alkilfenol daxildir. 

2.  80 


faizdən  çox  bioloji 

parçalanan  SYV-lər,  bura  xətti 

alkilbenzolsulfonatlar aiddir. 

3. tam 


bioloji  parçalanan  SYV,  bura  alkilsulfat,  alkansulfonat, 

olefinsulvonatlar daxildir. 

Demək  olar  ki,    SYV-in        tərkibində  30  faizdən    50  faizə  qədər  fosfatlar 

olur.  Onların  başlıca  vəzifəsi  yuyucu  məhlulda  olan  ağır  metal  ionlarını  tutub 

saxlamaqdan,  və    yenidən  parça  üzərinə  çökməsinin  qarşısını  almaqdan  ibarətdir. 

Əlavə  olaraq,    fosfatlar  suyu  yumşalır,  kritik  mitsel  əmələ  gəlməsinin  qarşısını  

alır,    mühitin  pH-1  tənzimləyir,  bunun  üçün  pirometa,  orto  və  polifosfatlardan 

istifadə edilir. 

SYV-in  əsasının  səthi  aktiv  maddələr  təşkil  etdiyindən  bütün  qabaqcıl 

dövlətlərin    alimləri  bu  barədə  daim    böyük  tədqiqat  işləri  aparırlar.  Almaniya 

alimlərindən  N.Kristsian,  N.  Fesler,  S.Fann,  N.Kraus  dodesulfat  Na  tərkibli  səthi 



27 

 

aktiv  maddələrin  yuyuculuq  xassələrini    tədqiq  etmişdilər.  Amerika  alimləriindən 



T.Donald, H.Ceym  isə  səthi aktiv  maddə  kimi bromlaşmış polizobutilenlə 2-etil-

2okzasolinin  texnikada  syv    kimi  tətbiqini  müəyyən  etmişdilər.  Çexoslavakiya 

alimləri  olan    K.Frantişek,  V.Zdensk,  S.Sstanislav  Na  alfa-olefınsulfanatın 

alınması  üsullarını  müəyyən  etmişdilər.  Rus  alimləri    İ.A.Volkov,  V.Q.Pravdin, 

D.İ.Zimenko9v,    V.A.Podustov  sulfonatın  alınma  üsullarını  işləmişlər  və 

buprosesin  iqtisadi  cəhətdən  uzuz  başa  gəlməsini  və  bu  vaxt  xarici    mühitin 

qorunması, ekoloji xassələri önə çəkmişlər. Amerika alimləri B.Robert,  Lö Martin, 

M.Raumond,  O.Antoni  səthi  aktiv  maddə  kimi  fosfıtaini  əldə  etmiş,  onların 

kompleks  xassələrini  və  üstün  cəhətlərini  öyrənmişlər.    Amerikanın    alimi  R.Con 

2-  oksi-pentahidroperfloralkilamin  səthi  aktiv  maddəni  kəşf  etmiş,  yüksək 

yuyuculuq xassələri olduğunu sübuta yetirmişdir. [1] 

Bildiyimiz    kimi  üzvi  kompleks  əmələ  gətiricilər  SYV  -in  tərkibində  olur. 

Fosfotların bir çox faydalı  xassələrinin olmasına baxmayaraq onlar su hövzələrini 

çirkləndirir,  çaylarda,    göllərdə  olan  balıq  və  başqa  canlı  orqanizmlərə  pis  təsir 

göstərir.  Bu  mənfi  göstəricilərin    qarşısını  almaq  üçün  SYV-in  tərkibinə 

hidrokietan  difosfon  turşusu,  aminotrimetil  fosfan  turşusu,  amino  trisir  turşusu, 

limonturşusu, poliakril, politetrametil endikarbon turşuları əlavə olunur.  Xammal 

bazası kimi neft və kimya məhsullarından istifadə edilir.Onlar  məhluldan kalsium 

ionlarını  ayırır. 

Fosfatlar  su  hövzələrində  vacib  proses  olan  oksidləşməni  ləngidir.  Bunun 

qarşısını  almaqdan  ötrü  SYV  -  in  tərkibinə  həm  də    seolitlər  də  əlavə  olunur. 

Məhlulda  seolit  süzgəc  rolunu  oynayır.Süzgəc  vasitəsilə  kalsium  və  magnesium 

kationları tutulur. 

 Paltardan  ayrılmış  çirkin  yenidən  onun  üzərinə  çökməməsinin  qarşısını 

almaqdan ötrü  SYV-in tərkibinə antiresorbentlər qatılır. Bu məqsədlə natrikarbok 

simetilsellülozadan istifadə edilir. [17] 

Ləkələri  aradan  qaldırmaqdan  ötrü  SYV-  in  tərkibinə    zülal  tərkibli 

proteolitik  və  amilolitik  fermentlər  də  əlavə  olunur.  Bu  məqsədlə  perlaza, 

protomezentlərin, protosubtilin və sairə  istifadə edilir. 



28 

 

SYV-in    tərkibinə  mühit  tənzimləyicilər  əlavə  olunur.  Bu  zaman  qələvi 



mühitdə  yuyuculuq  xassəsi  xeyli  miqdarda  artır.  SYV-nin  tərkibinə    qələvi 

mühityaratmaq üçün natrium karbonat, Na bikarbonat, Na silikat da əiavə olunur. 

Xoşa  gələn    qoxu  almaq  üçün    SYV-in  tərkibinə  ətrili  maddələr  də  əlavə 

edilir. Əlavə olunan ətrili maddələrin hər birinin spesefık iyi vardır və bundan ötrü  

onların  tərkibinə  pinen,  linalol,  qeraniol,  sitronellol,  feniletil  spirti, 

sikloasetan,dietilftalat, kumrain, sitral, fenil sirkə aldehidi və sairə maddələr qatılır.  

Aktiv  maddələrin  suda  və  qeyri-üzvi  duzların  məhlulunda  həll  olma 

qabiliyyətinin  artırmaqdan  ötrü  SYV-in  tərkibinə  həmçinin  hidrotrop  maddələr 

əlavə edilir.  Bu maddələr həm də  özlülüyün azalmasına da xidmət edir. Hidrotrol 

maddələr  kimi  Na  toluol  sulfonat,  karbolid,  metilatsetamid,  oksitilalkilfenol, 

alkanol və sairə  istifadə edilir. Lakin hidrotrop effektinin mexanizmi hələ də axıra 

qədər öyrənilməmişdir. 

SYV-in  üstün  cəhətlərilə  yanaşı  bir  çox  çatışmayan  cəhətləri  də  vardır. 

Buraya  SYV-in  əllərə  və  üz  dərisinə  qıcıqlandırıcı  təsir  göstərməsini,    həm  də 

istifadədən  sonra    kanalizasiyaya  axıdılan  tullantıların  səthi  aktiv  maddələrdən 

çətin təmizlənir. Bu da ətraf mühitə dənizlərə, çaylara və göl sularındakı canlılara 

mənfi təsir göstərir. Bir çox nümunələrdə  antiseptik, dezinfeksiya eliyən, bakteriya 

əleyhinə  olan bir sıra sintetik  yuyucu vasitələrin üsulları göstərilmişdir. 

Rus alimlərindən  E.Y.Tişenko,   L.Q.Podunova, İ.V.Plankina bütün  bunlarla 

yanaşı  SYV-in  çatışmayan  cəhətlərini  tədqiq  etdikdən  sonar    əhali  arasında  bir 

sorğu  aparmışlar  .    Anket  sorğuda  iştirak  edənlərdən  16  faizi  SYV-dən  istifadə 

edərkən    asqırdıqlarını,  15  faizi  qripə  yoluxduqlarını,      8,5  faizi  gözlərinin 

sulandığını,  40  faizi  isə  əl  dərilərinin  quruduğunu,  qızarmasını,  qaçındığını 

bildirmişlər.  Tədqiqatlar  vasitəsilə    göstərilən    çatışmayan  cəhətlərin  aradan 

qaldırması  və    onların    əmələ  gəlmə  səbəbləri    araşdırılır  və  ləğv  edilməsi  üçün 

yeni-yeni  təkliflər də irəli sürülür.

 

 



29 

 


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin