Magistratura məRKƏZİ Əlyazması hüququnda


Suda həll olan üzvi və qeyri-üzvi birləşmələr



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə12/48
tarix05.01.2022
ölçüsü1,22 Mb.
#51018
1   ...   8   9   10   11   12   13   14   15   ...   48
Qas-mov-Hikm-t

Suda həll olan üzvi və qeyri-üzvi birləşmələr 

↓ 

Qənd, sidikcövhəri 



↓ 

üzviturşular 

↓ 

zülal maddələr 



↓ 

 qeyri-üzvi duzlar 

 

𝐒𝐮𝐝𝐚𝐡ə𝐥𝐥 𝐨𝐥𝐦𝐚𝐲𝐚𝐧 𝐪𝐞𝐲𝐫𝐢 − ü𝐳𝐯𝐢 𝐛𝐢𝐫𝐥əş𝐦ə𝐥ə𝐫 



↓ 

Sement, toz, hiss 

↓ 

Qum və gillər 



 

Suda həll olmayan qeyri-polyar üzvi birləşmələr 

↓ 

Karbohidrogenlər, benzin, kerosin, mazut, sürtkü yağları,asfalt qətran maddələr 



↓ 

Boya və laklar 

↓ 

Bitki və heyvan yağları 



 

Suda həll olmayan polyar üzvi birləşmələr 

↓ 

Yağ turşuları  



 

Çirk  bəzən  göstərilən  bu  maddələrin  qarışığından  ibarət  olur.  Yağ  və  üzvi 

turşulardan  ibarət  olan  çirk  hissəcikləri  digər  çirk  növlərinə  nisbeten  parçanın 

lifləri arasına daxil olur və orada möhkəm yer tutub otururlar.[13] 

Bədəndən  ayrılan  tər  insan  bədənini  və  paltarını  çirkləndirən  başlıca  mənbələrdən 

biridir.  İnsanın  orqanizmində  tər  ifraz  olunarur,  və  insan  dərisinin  məsəmələri  

vasitəsilə  ayrılan  müxtəlif  qeyri-üzvi    və  üzvi    maddələrin  qarışığından 



18 

 

ibarətdir. Tər ifraz olunan  zaman insanın tərində olan üzvi turşular, sidik cövhəri, 



müxtəlif  duzlar  və  yağlı  maddələr  dərinin  üzərinə  çökərək  onun  məsamələrinin 

doldurur.  İnsan  bədənində  əmələ  gələn  çirkin  çox  hissəsi  paltarlara  keçir  və  onun 

məsamələrinə hopur,  orada möhkəmcə oturur. 

Paltar  üzərinə  çirklərin,  ləkələrin  hopmasıp  və    orada  möhkəm  qalması 

üçünhissəciklər ilə paltarın səthi arasındakı məsafə çox balaca olmalıdır. 

Bu  məsafəböyük  olduqca  parçadan    çirk  hissəcikləri  asanlıqla  qopur  və 

təmizlənir.Deməli, yuyulan maddə ilə çirk hissəciklərinin səthi arasındakı məsafəni 

artırmaq  üçün  oraya  digər  bir  əlavə  maddə,  misal  üçün    su  molekulları  daxil 

olmalıdır.  Həmin  bu  vəziyyəti  əldə  etmək  üçün  oraya  daxil  edilən  su  molekulları 

yuyulan maddəni islatmalıdır. 

Amma əlavə edilən  su bütün maddələri eyni dərcədə islada bilmir;  çünki su 

molekulları bəzi maddələri yaxşıca  islada bildiyi  halda, bəzi maddələri pis və ya 

heç islada bilmir. 

Bildiyimiz  kimihis,  mineral  yağlar  ve  tordan  ibaret  çirk  növleri  ile 

çirklenmiş  parçanı  ilıq su  ilə  islatdıqda  və  yuduqda  bəzən  çirk  hissəcikləri  nəinki 

parçadan  yuyulub  getmir,  hətta  onun  məsamələrinə  hoparaq  orada  davamlı  çirk 

örtüyü emele  getirir. Göstərdiyimiz  çirk  növleri suda hell olmadığına  görə onları 

parçadan təkcə su vasitəsilə çıxartmaq mümkün olmur.[5] 

Suda yaxşı həll olub islanmasına görə maddələr 2 (iki)  cür olur; 

1.  Suda  həll  olmayan  maddələr:  (suda  həll  olmayan  maddələrə  hidrofob 

(yunanca hidro-su, fobos- qorxu deməkdir) maddələrə deyilir) 

2.  Suda  asan  həll  olan  maddələr:  (suda  həll  olan  maddələrə  isə  hidrofil 

(yunanca fileo-sevirəm deməkdir) maddələr deyilir). 

Məlum  olmuşdur    ki,  piylər,  naften  turşuları,  bitki  və  heyvan  lifləri,  yağlar, 

qətranlar,  süni  və  sintetik  liflər  və  s.  suda  həll  olmayan  maddələr,  yəni    hidrofob 

maddələr  olduğu  üçün  su  həmin  maddələri  ya  heç  islatmır,  ya  da  pis  isladır. 

Hidrofil  maddələrə  isə  misal  olaraq  nişasta,  qələvilər,  jelatin  və  s.  maddələri 

göstərmək olar. 

 



19 

 

Adətən  hidrofob  növlü  maddələrin  suda  pis  islanmasının  səbəbini 



səthigeriləmə hadisəsi ilə izah edirler. 

Mayenin  səthinə    xaricdən  hər  hansı  bu  və  ya  digər  kənar  qüvvə  ilə  təsir 

edib, onun səthinin artırmağa çalışırsa,  maye  həmin bu qüvvəyə qarşı  müqavimət 

gösterir. Mayenin göstərdiyi bu əks-qüvvəyə sethi gerilme qüvvesi deyilir. 

“b” ilə səthi gəriləmə qüvvəsiniişarə edib,ölçü vahidi “din/sm” ilə ölçülür. 

Səthi  gəriləməni  erq-lə  də  ölçmək  olar.  Belə    halda  maye  sethini  1 

sm

2

artırmaq üçün serf olunacaq iş, sethi gerilmə olur. 



Suyun səthi gerilmesini azaldan maddelere sethi aktiv maddeler deyilir. 

Tədqiqatçıların  müasir nəzəriyyəsinə əsasən belə hesab edilirr ki, hər hansı 

yuyucu  maddədə  başlıca  olaraq  iki  xassə:  səthi  aktiv  olmalı;elastiki,  özlü  və  həm 

də möhkəm absorbsiya pərdəsi əmələ gətirə bilməlidir. 

Alimlərin  tədqiqatları  nəticəsində  müəyyən  olunmuşdur    ki,  spirtlər,yağ 

turşuları,  aminlər  və  s.  səthi  aktiv  maddələr  adsorbsiyaedici  pərdə  yarada 

bilmədiyinə  görə  yuma  xassəsinə  malik  deyildir.  Həmçinin  bir  sıra  yaxşı 

adsorbsiyaedici  pərdə  əmələ  gətirən  maddələr  də  vardır  ki,  onların  səthi  aktivlik 

xassəsi olmadığına görə onlar yuyucu maddə hesab edilmir. 

Yuma  prosesində  adsorbsiya  başlıca  məsələlərdən  biri  hesab  edilir.  Səthi 

aktiv  maddə  molekullarının  çirki  adsorbsiya  etməsi  neticesinde  çirk  hissecikləri 

liflərdən qoparaq təmizlənir.Yuma prosesinin bütün  mərhələlərinionun  köməyi  ilə 

həyata  keçirilmiş  olur.  Köpük  ilə  yanaşı  çirk  hissəcikləri  səthdən  qopub  məhlula 

keçməyə başlayır. Belə sistem adətən emulsiya, və yaxud suspenziya adlanır. 

Emulsiya  elə  bir  sistemdir  ki,  burada  bir  –  biri  iləqarışmayan,  yəni  hell 

olmayan  iki  mayenin  qarışığından  biri,  digərində  xırda  damcılar  şeklinde  asılı 

halda qalmış olur.[19] 

Məişət  kimya  mallarının  yuyucu  tesirinden  danışdıqda,  biz  bilməliyik  ki,  

köpük  nədir,  yuma  prosesi  zamanı  o  necə  yaranır  və  yuma  zamanı  onun  rolunun 

nədən ibarət olduğunun izah etməliyik. 

Ətrafı  səthi  aktiv  maddenin  molekulları  ilə  əhatə  olunmuş  hava 

qabarcıqlarının yığınından köpük əmələ gəlir. Məhlulçalxalandıqda və ya

 

 



20 

 

qarışdırıldıqda  məhlulun  səthində  köpüklər  əmələ  gəlir.Köpük  ilə  örtülmüş 



havaqabarcığında perdenin daxili hissəsi hidrofob, xaricic hissəsi isə hidrofıl olur. 

Köpüklə  çörtülmüş  bu  cür    hava  qabarcığı  yüngül  olduğundan  təbii  ki,  məhlul 

üzərində  üzməyə  çalışacaqdır.  Amma  bu  qabarcıqlar    məhlulun  səthinə  çatdıqda, 

səth özü də sabun pərdəsi ilə ortulu olduqundan, o 2-ci  bir örtüyə bürünmüş olur. 

Bunun nəticəsində köpük məhluldan tamamilə ayrıla bilmir. 

Məhlulun  daxilindən  gərilmiş  qabarcıqda  sabun  molekulunun  hidrofob 

hissəsi  daxilə  doğruəgər  məhlulda  yönəlmişdirsə,  2-ci  örtükdə  tərsinə  olaraq, 

xaricə doğru yönəlmiş olur. Nəticədə hər 2 yuyucu təbəqədən 2 pilləli örtük əmələ 

gəlmiş olur ki,  bu da  iki divarlıq örtüyün hər 1-nin  daxili hissəsi hidrofob olub, 

havaya doqru çıxmış olur. Bu qayda ilə məhlulun sethinə bir neçə yuyucu qabarcıq 

toplaşdıqda, həmin qabarcıqlar 1-1-lə toqquşur və nəticədə köpük əmələ gəlir. 

Havada  olan  qabarcıq  pərdəsi  ilə  məhlulun  daxilində  olan  hava  qabarcığı 

pərdəsi  1-1-dən  fərqli olur.Qeyd etmək  lazımdır  ki, yuyucu  maddənin köpüyündə 

və o cümlədən,  pərdəsində yuyucunun qatılığı sulu məhlulundakına nisbətən xeyli 

artıqdır.[6] 

Tədqiqatların aparılması nəticəsində müəyyən olunmuşdur ki, qatılığı 0,6% 

olan  yuyucu  vasitənin    əmələ  gətirdiyi  köpükdə  sabunun  miqdarı  29  %-dən  artıq 

olur. Köpüklənmə dərəcəsinin çox olması yuma prosesində vacibdir. 

Yuxarıda  qeyd  edilənlərdən  əlavə  yuma  prosesinin  təsir  mexanizmi 

haqqında    yuyucu  maddənin  sulu  məhlulda  flotasiya  etmək  təsirini  də  göstərmək 

vacibdir. 

Berk  halda  olan  çirk  növlərinnin  çoxu  başlıca  olaraq,  hidrofob  olmaqla, 

onların sethinde müeyyen miqdarda  hidrofıl sahelər olur. Amma  elə çirk növləri  

də vardır ki, bütövlükdə hidrofıldir. 

Belə  halda  yuyucu  vasitələrin  hidrofob  hissələri  suya  doğru  yönəldilmiş 

olur.  Bu  cür  hidrofob  hissəciklər  məhlulun  səthinə  doğru  üzməyə  başlayır  və 

nəticədə  sabun  köpüyündə  ilişib  qalmış  halda  olur.  Bu  prinsipə  filotasiya  prosesi 

də əsaslanır. 

 



21 

 

Beləliklə, yuyucu vasitələrin yuyulma mexanizmini müvəssəl olaraq, bu cür 



izahını vermək olar. 

Sethi  aktiv  maddələri  suda  həll  edərkən  suyun  səthi  gerilməsi  azalır  və 

neticede  yuyucu  vesaitli su,  hidrofob çirk  hissəciklərinin  yaxşı  yaxşı  isladır. Kafi 

qatılıqlı  yuyucu  məhlula çirkli,  ləkəli  parçaları  saldıqda  isə  parça dərhal islanıb 

şişir  və  neticede  çirk  hissəcikləri  ilə  parçanın  lifləri  arasındakı  rabitə  zəifliyir  və 

bunun nəticəsində  çirk parçadan asan ayrılır. 

 


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin