Magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə7/48
tarix05.01.2022
ölçüsü1,22 Mb.
#51018
1   2   3   4   5   6   7   8   9   10   ...   48
Qas-mov-Hikm-t

I FƏSİL. NƏZƏRİ HİSSƏ 

1.1.MƏİŞƏT KİMYA MALLARI  HAQQINDA ÜMUMİ MƏLUMAT 

 

Məişət kimya mallarının (yuyucu vasitələrin)  istehsalı  və çeşidləri son illər 

ərzində,  xüsusilə də demək olar ki, II dünya müharibəsindən sonra  bütün 

ölkələrdə geniş yayılmışdır. Misal olaraq göstərmək oloar ki,  Amerikada 1939-cu 

ildən 2018-ci ilədək yuyucu vasitələr çeşidinin istehsalı keçən zaman ərzində  50 

dəfəyə qədər artmışdır.[1] 

Məişət  kimya  malları  sabuna  nisbətən  son  illərdə  geniş  tetbiq  edilir  ve 

sabunu    rəqabətdə  daha  çox  sıxışdırmışdır.  Aparılan  tədqiqat  işlərindən  məlum 

olmuşdur ki,  sabunun sulu  məhsulunun fiziki  və kimyəvi  xassələri  üzərində təbii 

piylər əsasında alınan sabun növlərinin bir sıra başlıca qusurları vardır. 

Cod  sudan  və  dəniz  suyundan  istifadə  edərkən,  həmin  qüsurlar    əsasən  

daha da  aşkar nəzərə çarpır, təbii piylərdən istehsal olunan sabunları bu səbəbdən 

də  tam  keyfiyyətli  yuyucu  vasitə  hesab  etmək  olmaz.  Məlum  olmuşdur  ki,  yuma 

zamanı  sabunun  sulu  hidroliz  olunaraq  sərbəst  əsas  əmələ  gətirir  və  nəticədə 

məhsulda  əsasi  reaksiya  yaranmış  olur.    Yuma  zamanı    belə  məhlul  pambıq  və 

kətan parçalara düzdür  zərərli təsir etmir, amma  ipək, yun, neylon, kapron, terilen 

kimi zerif və qiymetli parçalara çox zerer verir. [1] 

Biz  bilirik    ki,  codluq  yaradan  elementlərin  təsirinə  qarşı  sabunun  sulu 

məhlulu  çox  davamsızdır,  onlarda  suda  həll  olmayan  kalsium  və  maqnezium 

duzları  əmələ  gətirir.  Bu  cür  duzlar  isə  nisbətən  yapışqan  və  özlü    olduğundan, 

təmizlənən    parçaların  üzərinə  çökür  və  onu  daha  da  çirkləndirir.  Çirklərin 

təmizlənməsi  üçün  həmin  əlavə  sabunlardan  istifadə  edilmiş  olur.  Deməli,  dəniz 

suyunda  və  cod  suda  məişət kimyası  mallarından  (yuycu  vasitədən)  istifadə  edən 

zaman  parçaları  yuduqda,  xüsusilə  codluq  15-17  dərəcə  olur,    Dərəcə    artıq 

olduqda isə  müəyyən  hissə sabun çirkin turşuluğunun neytrallaşmasına və heç bir 

yuyuculuq qabiliyyəti  olmayan  yağ turşularının kalsium  və  maqnezium  duzlarının 

əmələ gəlməsinə sərf edilir.[3] 

Belə nəticəyə gəlinir ki,  işlədilən külli miqdarda yağ və piy sabun istehsal 

 



 

etmək üçün düzgün istifadə edilməmiş olur. Göstərilən bu qüsur həm yağ  və həm 



də piy əsasında alınan sabunların  tətbiq dairəsini   məhdudlaşdırır. Paltarlar dəniz 

suyunda,  yəni  cod  suda  yuyulduqda  bir  yuyucu  vasitə  kimi  onun  qiyməti  aşağı 

düşür.  Son  illərdə bununla əlaqədar olaraq, senaye  miqyasında suları evvelceden 

yumşaldan məişət kimyası malları, yəni sintetik yuyucu vasiteler istehsal edilir. 

Məişət  kimya  mallarının  (sintetik  yuyucu  vasitələr)    istehsalı  və  istifadə 

həddinin  genişləndirilməsinə  səbəb  təkcə  yeməli  piy  və  yağlara    qənaət  etmək 

deyil,  hem  de  bu  nov  yuyucu  vasitelerin  bir  sıra  üstün  xususiyyətlərə  malık 

olmasıdır. 

Yuyucu  vasitelerin  istehsalında    sethi  aktıv  maddelerın  səmərəli  olaraq 

istifadə  edilməsi  üçün  onda  optimal  yuyuculuq  və  təmizləyicilik  təsiri  yaratmaq 

lazımdır. Bunun  üçün bir sıra yararlı əlavələrdən, meselen: tripolifosfat, natrium-

metasilikat, karboksimetilsellüloza və s. istifadə edilir. 

Sethi  aktiv  maddelerin  istehsal  hecmi  çeşidli  yararlı  əlavəlerin  hecminə 

uyğun olmalıdır. 

MDB    (Müstəqil    Dövlətlər  Birliyində)  dövlətlərində  1985-ci  ilə  qədər 

məişət kimya mallarının istehsalı (yuyucu vasitələrin istehsalı) həcmi süretle artmış 

və 1,2 mln  tona çatmışdır. Bazar iqtisadiyyatına keçid şeraitinde  yenidenqurma və 

respublikalar  arası  teserrüfat  elaqelerinin  kesilmesi  neticesinde  ehalinin  böyük 

tələbi olan bu məhsulların istehsalı azalmağa başlamışdır.[3] 

2002-ci  ildə  Amerika  Birləşmiş  Ştatlarında    son  illərin  məlumatlarına  görə 

istehsal  olunan  bütün  meişet  kimya  mallarının  75%-ni    sintetik  yuyucu  vasitələr 

teşkil  edir.  Digər  ölkələrdə  də,  elavə  olaraq,    yağlar  esasında  istehsal  olunan 

yuyucu  vasitələrin  hecminin  azalması  və  sintetik  yuyucu  vasitelerin  istehsal 

hecminin artması müşahide olunur. 

Sintetik yuyucu vasitə olan sabunun  istehsalında işlədilən yağların sintetik 

yağ əvəzedicilərdə ödənilməsi iki istiqamətdə aparılır: 

-  ətir  və  paltar    istehsalı  üçün  işlədilən  yeyinti  yağları  parafin,  neft, 

karbohidrogenlərin  oksidleşmesinden  alınan  sintetik  yağ  turşuları  ilə  evez 

olundu; 



 

-  bir sıra maye ve  toz  yuyucu vasiteler, neft məhsullarının kimyəvi işlənməsi 



və digər kimyevi mehsullar esasında istehsal olunmağa başladı. 

Sintetik  əvəzedicilərin  istehsalında  qeyd  etmək  lazımdır  ki,  neftin  parafın 

karbohidrogenləri  əsas  xammal  menbelerinden  biri  hesab  edilir.  Bu  məqsed  üçün 

hal  hazırda  parafin  karbohidrogenlərinin  işlenmesi  prosesi  5  (beş)  müxtəlif  yolla 

aparılır: 

 


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin