Tədqiqatın predmeti və obyekti.
Tədqiqat işinin obyekti olaraq Azərbaycan
Respublikasının regionları götürülüb. İşin predmeti isə regional inkişaf prosesində
yaranan sosial-iqtisadi əlaqələrin və sosial-iqtisadi prioritetlərin həyata keçirilməsidir.
Tədqiqat işinin strukturu və həcmi.
Tədqiqat işinin strukturu giriş, üç fəsil,
nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.İşin yazılmasında mövzuya
uyğun olaraq 9 cədvəl, 4 sxem, 1 şəkildən istifadə edilmişdir.
Dissertasiya işi nəticə
ilə tamamlanır. Burada hər üç fəsildə əldə olunan
məlumatlar ümumiləşdirilmiş və təcrübi tövsiyyələrin tətbiqi haqqında nəticə
formalaşdırılmışdır.
- 6 -
FƏSIL 1. REGIONUN SOSIAL-IQTISADI INKIŞAFININ NƏZƏRI-
METODOLOJI ƏSASLARI
1.1
Sosial-iqtisadi inkişaf siyasəti, mahiyyəti və istiqamətləri
Müasir cəmiyyətin inkişafı üçün hər zaman yaxşı idarəetmə sisteminə ehtiyac var.
Belə bir sistemin əsas komponentlərindən biri regional sistemdir ki,regional sistemlər
həmişə bazarın özünüidarəetməsi əsasında inkişaf edə bilmir. Təcrübə göstərir ki,
regionların inkişafına dövlətin müdaxiləsi labüddür. Məhz bu səbəbdən regional
inkişaf siyasəti dövlətin əsas funksiyalarından biri hesab olunur.
Regional siyasəti bir növ hər bir dövlətin taktikası hesab olunur. Bu baxımdan,
müxtəlif ölkələrdə regional siyasətin məqsədləri və vəzifələri fərqlidir.Buna
baxmayaraq bir çox ölkədə ümumi qəbul olunmuş məqsədlər mövcuddur ki, bu
məqsədlər aşağıdakılardan ibarətdir:
-
vahid bir iqtisadi məkanın yaradılması və onun möhkəmləndirilməsi ;
-
regionlar arası iqtisadi imkanlardan aslı olmayaraq əhalinin minumum sosial
standartlarının təmin edilməsi və vətəndaşların konstitusiyada müəyyən
olunmuş sosial hüquqlarının təminatı;
-
regionlar arası fərqlərin minumuma endirilməsi;
-
strateji cəhətdən əhəmiyyətli regionların üstün inkişafı;
-
regionların resuslarından və təbii ehtiyyatlarından maksimum səmərəli istifadə;
-
ətraf mühitin çirklənmədən qorunması,regionların kompleks ekoloji
mühafizəsi.
Regional inkişaf siyasətinin mahiyyətinin daha yaxşı anlamaq üçün əvvəlcə
“regional inkişaf” və “region” anlayışına diqqət yetirmək lazımdır.İqtisadiyyatda
“region” anlayışı böyük şəhərdəki kiçik rayondan başlayaraq qitənin böyük bir
hissəsinə kimi ən müxtəlif ölçüyə malik ərazini adlandırmaq üçün istifadə olunur.
Çox zaman region bu və ya digər milli dövlətin müəyyən hissəsi ilə əlaqələndirilir.
Həmçinin tətqiqatçılar hesab edirlər ki,dünyanin bircins xüsusiyyətlərə və müəyyən
- 7 -
sərhədlərə malik hissəsi kimi region yalnız dövlətin deyil,həmçinin qlobal sistemin
bir hissəsidir.
Müxtəlif tətqiqatçılar region anlayışına müxtəlif cür tərif veriblər. Məsələn, ən
çox istifadə olunan tərif belədir: “Region-təbii,sosial-iqtisadi,milli-mədəni və digər
şərtlərin ümumiliyinə malik ərazi hissəsidir” [18,s.686].
Bəzən region dedikdə müəyyən bir ərazidə yaranan şərtləri nəzərə alaraq xüsusi
subyektlər başa düşülür ki,buda aşağıdakı şərtlərdən ibarət olur.
İqtisadi əsas kimi ərazinin kompleks inkişafı.
Bazar mexanizimləri ilə müəyyən edilmiş daxili və xarici iqtisadi
münasibətlərin xarakteri və inkişaf dərəcəsi.
Bölgədə iqtisadi,sosial və ictimai-siyasi vəzifələrin həll edilməsi yolları.
Ərazinin effektiv idarə olunması imkanı.
S.S.Şatalin isə hesab edir ki, “region” anlayışı müəyyən sosial-iqtisadi orqanizmi
xarakterizə və onun strukturu ictimai istehlak fondlarından istifadənin səmərəliliyinin
yüksəldilməsini, sosial və istehsal infrastrukturun inkişafını təmin etməlidir. Bu halda
regionun inzibati strukturla eyniləşdirilməsi mümkündür[27]. Siyasətçi K.Deutschə
görə “region” dedikdə-digər ölkələrlə müqayisədə müxtəlif komponentlərdə eyni olan
ölkə qrupları nəzərdə tutulur. Tətqiqatçı M.Rasset isə əsas meyarları ümumiləşdirərək
“region” anlayışını aşağıdakı kimi müəyyən etməyə çalışmışdır.
Regionlar sosial və mədəni cəhətdən homogendir.
Region oxşar siyasi xüsusiyyətlərə malik dövlətin bir hissəsidir.
Siyasi cəhətdən bir-birinə bağlı olan regionlar milli və hökümətlərarası
qurumlarla əlaqələnir.
İqtisadi cəhətdən bir-birinə bağlı bölgələr regionlararası ticarət ilə bir-birinə
bağlıdır.
- 8 -
Hal-hazırda regionların təsnifatına coğrafi,siyasi,sosial-iqtisadi,ekoloji,informasiya
və digər yanaşmalar müvcuddur.Ümumiyyətlə regionlar iki hissəyə bölünür:homojen
və funksional regionlar.
a)Homojen regionlar da öz növbəsində aşağıdakı xüsusiyyətlərə malikdir.
Ümumi topoqrafik,iqlim və digər təbiət xüsusiyyətləri ilə müəyyən edilən təbii
bölgələr.
Ümumi mədəni və tarixi məskunlaşması güclü olan bölgələr.
İqtisadi cəhətdən güclü inkişaf etmiş bölgələr hansı ki,ümumi istehsal növləri
ilə fərqlənirlər.
b)funksional regionlar dedikdə elə ərazilər nəzərdə tutulur ki, bu ərazilər daxili
münasibətlərin qarşılıqlı təsirindən və inteqrasiya prosesindən yaranır.Nəticədə bir
araya toplanan ərazi komponentləri qarşılıqlı şəkildə bir-birini tamamlayır.
N.Viqeland funksional yanaşma əsasında bölgələri funksional,mədəni və inzibati
bölgələrə ayırırdı:
Funksional region xüsusi məqsədi olan və qarşılıqlı regional əməkdaşlıq
(ticarət,gömrük,təhsil və s.) vaistəsilə müəyyən bir sektorda faydalar əldə
etməyə yönəlir.
Mədəni region (ümumi irs,dil və s.) müəyyən bir əraziyə yönəlmiş homogenlik
təşkil edir.
İnzibati region dövlətin inzibati idarəetmə quruluşuna aid olur.
Beləliklə,regionun əsas xüsusiyyətləri və təsnifatları bu konsepsiyanı əhatə edən
çoxtərəfli və kompleks reallığı əks etdirir.B.Hettne və F.Soderbaum regionun fərqli
bir şərhini verdi.Onların fikrincə, “region” üç mərhələdən ibarət olan regional inkişaf
prosesidir.
Regionlaşmadan əvvəl-bölgənin sosial-coğrafi hissəsi əsas götürülür.
Regionlaşma-regional əməkdaşlıq üçün rəsmi və qeyri-rəsmi yollar axtarır və
bu regionların inkişafında mühüm amil hesab olunur.
- 9 -
Regionlaşmanın nəticəsi-bölgənin bütövlüyü və formalaşması xüsusiyyətləri
yaranır.
Regionların öyrənilməsində amerikalı alim M. Porterin nəzəriyyəsi olan klaster
təhlil nümunəsini də göstərə bilərik. Bu nəzəriyyə mürəkkəbdir və iki əsas ideyanı
bir araya gətirir:
1.
klaster siyasətin reallaşdıran zaman rəqabət qabiliyyətli regionların seçilməsi.
2.
klasterləri
stimullaşdırmaq və dəstəkləməklə rəqabətli xarici mühit yaratmaq.
Alim həmçinin regionun (ölkənin) rəqabət üstünlüklərini dörd qrupa ayırmışdır:
1) istehsal amillərinin parametrləri;
2) daxili tələbatın parametrləri;
3) rəqabətli və ya stimullaşdırıcı sənayelərin mövcudluğu;
4) daxili bazarda rəqabətin xüsusiyyətlərini müəyyən edən şərtlər.
Regional siyasət dövlətin iqtisadi siyasətinin vacib hissəsidir.Məhsuldar qüvvələrin
yerləşdirilməsi prosesini tənzimləmək məqsədi ilə mərkəzi və yerli hakimiyyət
orqanları tərəfindən həyata keçirilən müxtəlif qanunvericilik, inzibati və iqtisadi
tədbirlər kompleksini əhatə edir.Regional siyasət sosial və iqtisadi inkişafın milli
strategiyasının tərkib hissəsidir və aşağıdakı əsas sahələri əhatə edir:
1)regional inkişafın hərəkətverici qüvvələrinin nisbətinin müəyyən edilməsi və
onların qarşılıqlı əlaqələrinin təmin edilməsi;
2)inkişafın milli və regional aspektlərinin, iqtisadi idarəetmənin mərkəzi və regional
səviyyələrinin nisbəti;
3)zəif inkişaf etmiş regionların iqtisadi bərpası və yeni sahələrin və resursların
inkişafı;
4)Milli iqtisadi məsələlər;
5)Urbanizasiya problemləri.
- 10 -
Regional siyasətin strukturunu regionların inkişafı və idarə olunmasının bütün
əsas hissələri və subyektləri əhatə edir. Eyni zamanda, həm də struktur elementlərin
qarşılıqlı təsirini xarakterizə edir. Bu struktur modeli dünyanın müxtəlif ölkələrində
hər hansı bir regiona və istənilən müddətə tətbiq oluna bilər(sxem 1.1).
Sxem 1.1:Regional siyasətin strukturu.
Regional siyasət üçün vasitələr dövlətin regional problemləri - vergi stimulları,
subvensiyalar,kreditlər,dövlət sifarişlərini həll etmək üçün istifadə etdiyi yol və
vasitələrdən ibarətdir.
Regional siyasətin həyata keçirilməsi ərazinin sosial-iqtisadi inkişafının əsas
istiqamətlərini müəyyənləşdirmək üçün müvafiq sənədlərin hazırlanmasını nəzərdə
tutur. Bunlara qısa müddətli,orta müddətli və uzunmüddətli proqnozlar,ən aktual
Metodologiya
Təcrübə
Hədəf bölgələrin
regional siyasəti
Regional Siyasət
Regionun
metod,analiz və
proqnozu
Strategiya və
məqsəd
Dövlət proqramları
Qanunvericilik.
Regionların
inkişaf
nəzəriyyəsi.
Regional
siyasətin alətləri
Normativ hüquqi aktlar
Ölkənin əsas
qanunu(Konstitusiya)
Regionların
idarəetmə
nəzəriyyəsi
- 11 -
problemlər üzrə ayrı-ayrı hədəf proqramlar daxildir. Bu sənədlər direktiv xarakter
daşımır,lakin uzun müddətdə region iqtisadiyyatının ehtimal olunan sistemli bir
mənzərəsini əks etdirir.
Regional siyasət dövlətin aqrar,demoqrafik və digər tədbirlərinin regional
aspektlərini də əhatə etməlidir. Regionlarda,həm dövlət,həm də regional və yerli
hakimiyyət orqanları tərəfindən sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün
müəyyən tətbirlər görmək lazımdır. Regionların inkişafında sosial-iqtisadi vəziyyətin
müqayisəli təhlilin aparmaq,regiona dəstək verən qərarların vaxtında verilməsi və
regionun inkişaf səviyyəsini qiymətləndirmək üçün metod və metodların müəyyən
olunması vacibdir. Bu gün qarşımızda duran əsas məqsədlərdən biri sosial-iqtisadi
inkişafın cari və uzunmüddətli problemlərinin həllinin mümkünlüyünü təhlil
etməkdir.
Regionun sosial-iqtisadi səviyyəsinin qiymətləndirilməsinin əsas prinsipləri
aşağıdakılardan ibarətdir:
mürəkkəblik prinsipi - Regional subyektlərinin sosial və iqtisadi inkişaf
səviyyəsini xarakterizə edən bütün göstəricilərin tam əhatə olunmasını təmin
etmək;
sistemlilik prinsipi - regional inkişafın tərkib hissəsi üçün bir birinə bağlı əsas
və fərdi göstəricilər sisteminin yaradılmasını nəzərdə tutan sistem;
təmsilçiliyi prinsipi- sosial-iqtisadi inkişafın əsas aspektlərini qiymətləndirmək
üçün göstəricilərin nümunəsini hazırlamaq;
uyğunlaşdırma prinsipi - mövcud statistika hesabatlarının imkanları üçün
istifadə edilən göstəricilərin sistemini, regionların sosial və iqtisadi inkişafının
monitorinqi və proqnozlaşdırma vəzifələrinə uyğunlaşdırmaq.
Hal-hazırda metodik materialların hazırlanmasında və regional təhlilin və
regionlararası müqayisələrin aparılmasında müəyyən bir müsbət təcrübə
formalaşdırılmışdır. Lakin regionların sosial-iqtisadi vəziyyətinin qiymətləndirilməsi
üçün qəbul edilmiş metodologiya yoxdur və reytinqin nəticələri olduqca subyektivdir.
- 12 -
İqtisadi ədəbiyyatda iqtisadi və riyazi üsullarla regionun inkişaf səviyyəsinin
qiymətləndirilməsinin müxtəlif yolları və üsulları var: bölgənin inkişaf reytinqinin
müəyyənləşdirildiyi regionun ümumi göstəricilərinin hesablanması; inkişaf
səviyyəsinin kəmiyyət qiymətləndirilməsi və digər bir sıra ekonometrik modellərin və
onların xüsusiyyətlərinin istifadəsi;
Regionların inkişaf səviyyəsinin qiymətləndirilməsi üçün ən ümumi yanaşma
regionun inkişafının bəzi ümumi qiymətləndirmələrinə və digər bölgələrin inkişafının
eyni mürəkkəb göstəriciləri ilə müqayisə edilməsinə yönəlmiş yanaşmadır. Bu
vəziyyətdə kompleks bir alqoritm qurmaq lazımdır. Analitiklər nisbi göstəriciləri
müəyyən etmək üçün belə alqoritmlərdən istifadə edirlər ki, onların fikrincə bu
alqoritimlər sosial-iqtisadi inkişaf səviyyəsini ən uyğun şəkildə əks etdirir. Daha
sonra bu göstəricilərə görə, hər bölgə üçün kompleks göstəricilər hesablanır və
müqayisə edildikdə, müqayisənin nəticələri regionların hansı hissələrinin inkişafının
digər bölgələrindən qabaqda olduğunu göstərməyə imkan verir.Regionun reytinqi
müəyyənləşdirilir. Qeyd edək ki, regionun inkişafı kompleks göstəricisinin
hesablanması üsulu həm göstəricilərin tərkibində, həm də hesablama prosedurunda öz
əksini tapır. Bölgənin sosial və iqtisadi inkişaf səviyyəsinin vahid qiymətləndirilməsi
üçün parametr kimi, aşağıdakı göstəricilər ən çox seçilir:
1) adambaşına düşən ümumi milli məhsul;
2) adambaşına düşən əsas kapitala olan investisiyaların həcmi;
3) adambaşına düşən xarici ticarət dövriyyəsinin həcmi;
4) adambaşına düşən alıcılıq qabiliyyəti nəzərə alınaraq regionun maliyyə
təhlükəsizliyi;
5) kiçik müəssisələrdə çalışan işçilərin orta sayının payı;
6) qeydiyyatdan keçmiş şəxslərin işsizlik səviyyəsi;
7) adambaşına düşən pul gəlirlərinin və yaşayış minimumunun nisbəti;
9) adambaşına pərakəndə satış, iaşə və pullu xidmətlərin ümumi dövriyyəsi;
- 13 -
11) yol sıxlığı əmsalı;
12) dörd əsas göstərici əsasında hesablanmış sosial infrastruktur sektorlarının inkişaf
səviyyəsinin göstəricisi:
• məktəbəqədər təhsil müəssisələrinin yaradılması,
• ali və orta ixtisas təhsili müəssisələrinin məzunları,
• Əhalinin ambulator və poliklinika müəssisələri ilə təmin edilməsi,
• həkimlərin və tibb bacılarının mövcudluğu.
Müasir dövrdə rəqabətlilik və davamlılıq məşhur ifadələrə çevrilmişdir.Bu
anlayışlar həmçinin Aİ əsas siyasətinin təməlini təşkil edir. Rəqabətin mikro və
makro səviyyəli təhlili mürəkkəb bir tərifə malikdir. Regionlar üzrə Aİ altıncı Dövri
Hesabatda rəqabət qabiliyyəti dedikdə "bir bölgənin xarici rəqabətə uyğunlaşması,
yüksək gəlir və məşğulluq yaratma qabiliyyəti" kimi başa düşülür. Başqa sözlə, bir
regionun rəqabət qabiliyyətli olması üçün işləri keyfiyyət və kəmiyyət cəhətdən
təmin etmək vacibdir.
Lengyel (2003) regional rəqabəti belə şərh edirdi: “Ərazi vahidləri arasında
regional və yerli iqtisadiyyatın dəstəklənməsi ilə yerli sakinlərin rifahının
yaxşılaşdırılmasını nəzərdə tutan vacib prosesdir”. Bu proses "açıq və ya gizli şəkildə
digər regionları ilə rəqabət şəraiti yaradır və müxtəlif qruplara təsir edir”.
Ümumiyyətlə regionların rəqabət qabiliyyətini yaxşılaşdırılmaq üçün 3 mühüm
aspekt mövcuddur:
1. İqtisadi məhsuldarlığın artırılması
2. Davamlı iqtisadi inkişaf
3. Açıq bazar iqtisadiyyatı
Regionlarda iqtisadi məkanın sistemlərinin öyrənilməsi müvafiq makroiqtisadi
göstəricilərin seçilməsini, bir sıra yeni göstəricilərin tətbiq edilməsini və onların
- 14 -
iqtisadi məkanın keyfiyyətinə dair kriteriyalara uyğun olaraq bölüşdürülməsini tələb
edir.
Region iqtisadiyyatının nəzəriyyəsi nöqteyi-nəzərindən bölgənin iqtisadi
məkanının keyfiyyəti aşağıdakı parametrlər ilə müəyyən edilir: sıxlıq, yer, əlaqə. Bu
meyarlara görə,bölgənin iqtisadi məkanının keyfiyyətinin qiymətləndirilməsi üçün
əsas göstəricilərin formalaşdırılması lazımdır[17,s.2495].
Bu istiqamət xüsusilə iqtisadiyyatın qeyri-bərabər inkişafı və aşağı texnoloji
strukturları olan sənaye iqtisadiyyatının strukturunda yüksək nisbətdə olması ilə
əlaqəli resurs mərkəzli regionların iqtisadi inkişafının qiymətləndirilməsi üçün
xüsusilə vacibdir.
Tədqiqat prosesində müəlliflər resurs mərkəzli iqtisadi sahənin keyfiyyətinin
qiymətləndirilməsinə yeni bir yanaşma təklif etdilər. Bu yanaşma iqtisadiyyat
sektorunda yüksək texnoloji strukturların inkişafı, sıxlığı, yerləşmə yerlərinin və
təsərrüfat subyektlərinin birləşdirilməsi prinsiplərinə əsaslanır və regionun
iqtisadiyyatının milli və dünya bazarlarında rəqabət qabiliyyətini və innovativ
məzmununu təmin edir.
Bölgənin məkan xüsusiyyətlərinin keyfiyyətinin qiymətləndirilməsinə dair bu
yanaşma regionun iqtisadiyyatını iqtisadi münasibətlərin obyekti kimi
qiymətləndirməyə imkan verəcəkdir. Onun rəqabətqabiliyyətliliyini təmin etmək
üçün ərazinin xammaldan asılılığını aradan qaldırmaq, perspektivli idxal layihələrini
və innovativ sənayelərin inkişaf etdirilməsi istiqamətlərini daha effektiv şəkildə
müəyyən etmək imkanı yaradacaqdır.
Milli iqtisadiyyatın innovativ inkişaf yoluna keçid şəraitində resurs mərkəzli
iqtisadi sahənin təşkili və keyfiyyətinə dair yeni tələblərə gəldikdə iqtisadi sahənin
keyfiyyətini və bu regionların iqtisadiyyatının texnoloji vəziyyətini qiymətləndirmək
üçün kritik bazanı genişləndirmək lazımdır.
- 15 -
Aydındır ki, Respublikamız müstəqillik əldə etdikdən sonra dövlət idarəetmə
sistemini yeniləşdirməyə başlanmışdır. Əlbəttdə ki,yeni sistemin qurulmasıda inkişaf
etmiş ölkələrin təcrübəsindən istifadə olunmuşdur.Beynəlxalq təcrübəyə diqqət
yetirsək görərik ki,son illər “rayonlaşma”nın nəzəri problemlərinə maraq xeyli
artmışdır. Əksər dövlətlərdə rayonlaşma ölkənin ərazisinin iki bir-birinə əks olan
rayonlara bölgüsü ilə eyniləşdirilir. Məsələn;Böyük Britaniyada daha çox işsiz olan
rayonlar “depressiv”, Almaniyada ən aşağı iqtisadi artım templəri və çox işsiz olan
rayonlar “fəlakət” rayonları adlandırılır. Alman tətqiqadçısı E.Ditrix bu məsələ ilə
bağlı “problem rayon” termin əlavə etmişdir. Bu termin Qərb ölkələrinin
rayonlaşmaya münasibətinin açıq aydın göstərir:əvvəlcə ərazidə kiçik problemlər
yaranır,daha sonra bu problemlər böyüyür.
Hazırda,ölkəmizin ərazisi 10 iqtisadi rayona bölünür.İqtisadi rayonlar qonşuluq
prinsipinə görə müəyyən inzibati rayonları özündə cəmləşdirir.Belə regionlar iqtisadi
təhlilin,statistik müşahidənin,proqnozlaşdırmanın obyektləri hesab olunurlar.
Beləliklə, region anlayışı regional iqtisadiyyatın əsas anlayışı hesab olunmaqla
yanaşı regional iqtisadiyyatda metodoloji yanaşmanın əsasının təşkil edir.
Dostları ilə paylaş: |