miqdarı (manatla)
105
105
105
116
- 36 -
Qəbul edilən proqramların, görülən işlərin hər birinin ali məqsədi Azərbaycan
Respublikasında vətəndaşların rifah halının yüksəldilməsi, onlara layiqli həyat
səviyyəsinin təmin edilməsindən ibarətdir.
Dövlət proqramları regionun sosial-iqtisadi inkişafı üçün hədəflənən kompleks bir
sistemdir. Proqramda müəyyən olunmuş hədəflərə nail olmaq üçün dövlətin
planladığı səmərəli yol və vasitələrin rolu böyükdür.Ümumiyyətlə xarici təcrübədə
sosial-iqtisadi inkişaf proqramı bir plan sistemi olaraq aşağıdakı müddətlərdə olur:
•
strateji
•
uzunmüddətli
•
orta müddətli
•
cari
Respublikamızda dövlət proqramlar daim davamlı inkişaf edir.Belə ki,hər il
sonunda, hazırkı proqramın icrası yekunlaşdırılır və yeni proqramın icrası başlayır.
Bu yanaşmanın həyata keçirilməsi regionun iqtisadiyyatının inkişafı üçün icra və
qanunvericilik hakimiyyət orqanlarının davamlılığını təmin etməyə, regionun
iqtisadi-sosial prioritetlərinin formalaşmasına , bölgənin inkişafının tarixi təcrübəsinə
və regional sosial-iqtisadi planlaşdırmanın inkişafında mühüm rol oynayır.
Regionların sosial-iqtisadi inkişafında dövlət proqramları ilə yanaşı bələdiyyə
qurumlarının yerli əhəmiyyətli sosial-iqtisadi inkişaf proqramlarının da rolu
böyükdür. “Bələdiyyələrin statusu haqqında” qanuna görə, Azərbaycanda yerli
özünüidarə orqanlarının yerli sosial müdafiə, sosial və iqtisadi inkişaf, ekoloji
xarakterli proqramlar hazırlamaq hüququ var.
Yerli sosial müdafiə
proqramları vaistəsilə yerli özünüidarə orqanları müəyyən
kateqoriyaya malik vətəndaşlara dövlətin sosial təminatından əlavə sosial təminatlar
verir.Məsələn,bələdiyyələr öz ərazisi daxilində vətən uğrunda şəhid və əlil olanların
ailələrinə,valideynlərinə və ya uşaqlarına dövlət yardımından əlavə yardımlar təyin
edə bilərlər.
- 37 -
Dostları ilə paylaş: |