İlham
Əliyevin
Fərmanı ilə Maliyyə Sabitliyi
Şurası yaradıldı. Maliyyə və fiskal siyasətlərin koordinasiyası üçün şuranın tərkibinə
maliyyə və fiskal siyasətə cavabdeh olan qurumların rəhbərləri daxil edildi.
Dünya
təcrübəsində Maliyyə Sabitliyi Şuraları ABŞ(2010),İsveç(2012)
Almaniya(2013) və.s ölkələrdə yaradılmışdır.Bu ölkələrdə aparılan təhlillər göstərir
- 42 -
ki, iqtisadi siyasətin ayrı-ayrı istiqamətlərinə cavabdeh olan qurumların bir
platformadan birləşməsi müsbət səmərə verir.
Özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatlar. Ölkəmiz
müstəqillik qazandıqdan sonra rəqabətə əsaslanan iqtisadi sistemə keçid bilavasitə
mülkiyyət münasibətlərində dəyişiklik və iqtisadiyyatın liberallaşdırılması
məsələlərini zəruri edirdi. Bu baxımdan qəbul olunmuş hədəf üzrə aşağıdakı prioritet
istiqamətlər seçilmişdir:
İqtisadiyyatda dövlət sektorunda səmərəliliyin artırılmasına dair ümumi
yanaşmanın koordinasiyası.
Prioritet sektorlarda özəlləşdirmənin reallaşdırılması və onun uğurlu icrası.
Özəlləşdirmə və birbaşa xarici investisiya üçün uyğun investorların cəlbi.
Təhlillər göstərir ki, özəl sektorun xüsusi payının artırılması investisiyaların cəlbi
üçün kapitala çıxış imkanlarına şərait yaradır. Həmçinin dövlət əmlakının
özəlləşdirilməsi zamanı ilkin olaraq regionda rəqabət potensialı yüksək olan və
sosial-iqtisadi inkişafa dəstək verəcək fəaliyyətsiz müəssisələrin özəlləşdirilməsinə
üstünlük verilir.
İnsan kapitalının inkişafı. İnsan amili zəngin kapital olduğundan dünya innovasiya
sistemində mühüm rola malikdir. Məhz bu səbəbdən inkişaf etmiş ölkələrdə davamlı
inkişafı təmin etmək üçün əsas amillərdən biri möhkəm elmi bazanın
mövcudluğudur. Təsadüfi deyil ki, ölkəmizin əsas diqqət mərkəzində olan sahələrdən
biri kimi elmi göstərə bilərik. Son illərdə bu sahədə həyata keçirilən tətbirlərin
məntiqi nəticəsi olaraq elmin inkişaf tempi artmışdır.İnsan kapitalının inkişaf
etdirilməsi məqsədilə aşağıdakı 2 əsas prioritet müəyyən edilmişdir:
Təhsilin bütün pillələrində keyfiyyətin artırılması.
Əmək məhsuldarlığının yüksəldilməsi üçün insan kapitalının inkişafının
stimullaşdırılması.
- 43 -
2018-ci ildə Bakı şəhəri ilk dəfə olaraq daxil olduğu dünyanın ən iri maliyyə
mərkəzlərinin reytinq cədvəlində 95-ci olub.Qeyd edək ki,
Qlobal Maliyyə
Mərkəzləri İndeksi (Global Financial Centres İndex) adlanan reytinq cədvəli ildə iki
dəfə hazırlanır.
Reytinqdə maliyyə,biznes mühiti ,insan kapitalı və infrastruktur kimi
amillər nəzərə alınır.
Təhsil sahəsində son illər həyata keçirilən islahatlar nəticəsində mühüm
dəyişikliklər baş vermişdir. İqtisadiyyata qoyulan sərmayələrin həcminin artırılması
nəticəsində elm və təhsilin, sosial sahə və institutların inkişafı sürətlənmiş, müxtəlif
sahələr üçün yararlı, yüksək səviyyəli kadr potensialı formalaşdırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş «Təhsilin
inkişafı üzrə Dövlət Strategiyası» təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsilin
idarəetmə sisteminin təkmilləşdirilməsi, insan resurslarının inkişaf etdirilməsi
baxımından mühüm addım hesab etmək olar.
Əhalinin doğum dərəcəsini artırmaq, sağlamlığını yaxşılaşdırmaq və ölümləri
azaltmaq, vətəndaşların sağlam həyat tərzi və yaradıcılıq fəaliyyətinin təbliğ edilməsi,
yüksək keyfiyyətli təhsil və yüksək gəlirlərə imkan verən şərait yaratmaq üçün
effektiv mexanizmlərin hazırlanması vacibdir.
Əlverişli biznes mühitinin inkişafı. Artıq təsdiqini tapmışdır ki, sabit əlverişli
makroiqtisadi mühit dayanıqlı iqtisadiyyatın əsasını təşkil edir.Respublikamızda
həyata keçirilən çoxsaylı iqtisadi islahatların nəticəsi olaraq ölkəmiz Dünya İqtisadi
Forumun Qlobal Rəqabətlilik Hesabatında dünyanın 10 ən sabit makroiqtisadi mühitə
malik ölkələrindən birinə çevrilmişdir.Əlbəttdə ki qarşıdakı illərdə də bu göstəricini
saxlamaq əsas prioritet məsələlərdən biri hesab olunur.Əlverişli biznes mühitini
inkişaf etdirmək üçün aşağıdakı iki əsas məsələnin həyat keçirilməsi lazımdır:
Əlverişli biznes mühitinin yaradılmasında dövlətin rolunun artırılması.
Təşviqedici mühitin yaxşılaşdırılması vasitəsilə biznesin davamlılığının
möhkəmləndirilməsi.
- 44 -
Ölkəmizdə əlverişli rəqabət mühitinin yaradılması xarici investorlar üçün səmərəli
biznes şəraiti ilə yanaşı, yerli şirkətlərin də fəaliyyətində canlanma yaradacaqdır.
Həmçinin səmərəli infrastruktura investisiya qoyuluşunun həyata keçirilməsi ilə
ölkəmizin geosiyasi və iqtisadi mövqeyi əhəmiyyətli dərəcədə artacaqdır. Gürcüstan,
Türkiyə və İranın dəmir yol şəbəkələri ilə Bakı-Tbilisi-Qars və Astara-Astara
layihələri vasitəsilə birləşdirilməsi, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarət tikintisi
buna nümunədir.
Regionların davamlı inkişafına keçid sabit iqtisadi artımın təmin edilməsi,
innovasiyanın stimullaşdırılması,investisiyaların cəlb edilməsi və yeni biznes
xəttlərinin inkişafı üçün lazımi idarəetmə metodları və vasitələrini axtarılması
baxımında mühüm əhəmiyyət daşiyir.Buna görə də,regionlarda xammal istehsalında
regionun inkişafı üçün strateji planlaşdırma, regional marketinq, regional sənaye
siyasəti,regiona investisiyaların cəlb edilməsi üsulları və sair kimi müasir
texnologiyaların istifadəsi ön plana çıxır [8,s.46].
Regionların iqtisadi inkişaf strategiyası,dövlətlərin sosial-iqtisadi inkişafının
uzunmüddətli hədəflərinin həyata keçirilməsinə yönəldilmiş tədbirlər sistemidir.
Qeyd edək ki, dövlətin inkişafının müəyyən bir mərhələsində,dövlət və onun əraziləri
arasında yaranan əlaqələr, xarici iqtisadi vəziyyət regionların sosial-iqtisadi inkişaf
strategiyasından asılıdır.
Nəticədə, dövlətin hər regiondakı sosial-iqtisadi regional inkişaf strategiyası
müxtəlifdir ki, bu da resursların təmin edilməsi, iqtisadiyyatın strukturu,
iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf səviyyəsi, bazar iqtisadiyyatına daxil
olmaq şərtləri arasında fərqlərin olması ilə izah olunur.
Təcrübə göstərir ki, regionun sosial və iqtisadi inkişaf strategiyasını yerinə
yetirmək üçün iki funksiyadan istifadə etmək lazımdır:
1) regionların inkişafının əsas məqsəd və vəzifələrini müəyyənləşdirmək;
- 45 -
2) Regionların iqtisadi inkişaf strategiyaları arasında balanslaşdırılmış struktur
formalaşdırmaq;
Aparılmış təhlillər göstərir ki, sosial-iqtisadi sistemlərin davamlı inkişafının idarə
edilməsində ən vacib element effektiv monitorinqin təşkilidir. Beləliklə, dünyanın
aparıcı ölkələrində artıq keçən əsrin sonlarında monitorinq davamlı inkişaf sistemində
real idarəetmə vasitəsidir. Hər hansı yeni fəaliyyət sahəsi kimi, davamlı inkişafın
monitorinqi onun həyata keçirilməsi üçün konseptual çərçivələrin, metodik və
təşkilati yanaşmaların inkişafını tələb edir.Lakin davamlı inkişaf üçün monitorinq
sistemlərinin yaradılmasına dair yanaşmaların təhlili onların tamamlanmamış
olduğunu göstərdi. Qeyd edək ki, sosial-iqtisadi sistemlərin davamlı inkişafının
səmərəliliyini qiymətləndirərkən, monitorinq üçün informasiya dəstəyi ilə əlaqədar
bir sıra problemlər yaranır. Hal-hazırda informasiya çeşitliliyinə və mövcudluğuna
baxmayaraq,informasiyanın toplanması,saxlanması,emalı və xüsusilə müxtəlif
müəssisələrin iqtisadi fəaliyyətinin təmin edilməsi ilə əlaqədar problemlər var.
Sosial-iqtisadi inkişafın davamlı göstəriciləri və ya onun artıqlığının, vaxtında qəbul
edilməsinin, monitorinqə metodik dəstəyin olmaması və digər mənfi amillər barədə
qeyri-dəqiq məlumatlar sosial-iqtisadi sistemlərin davamlı inkişafını hərtərəfli
qiymətləndirməyə çətinləşdirir.
Davamlı inkişafın monitorinqi sosial-iqtisadi sistemlərin səmərəli fəaliyyətinin və
o cümlədən sistemin vəziyyətində dəyişikliklərin dinamikasını izləyən məlumatların
toplanması prosesidir.İqtisadi nəzarət,kompleks sistem təhlili,planlaşdırma və
proqnozlaşdırma,idarəetmə,marketinq,informasiya
texnologiyaları
sahəsində
səmərəliliyin əldə olunması üzrə elmi metodikaya əsaslanır.
Beləliklə, regionun sosial-iqtisadi inkişaf strategiyasını hazırlayarkən, regionun
vəziyyətinə dair məlumatların sistematik şəkildə əldə edilməsi, istifadəsi və
saxlanılması vasitəsilə proqramların həyata keçirilməsinin monitorinqinə xüsusi
diqqət yetirmək lazımdır.
- 46 -
Dostları ilə paylaş: |