- 52 -
iqtisadi, ekoloji və ərzaq təhlükəsizliyinin təmin edilməsi nəzərə alınmaqla
xarici iqtisadi əlaqələrin tənzimlənməsi;
daxili bazarın sabitliyini təmin etmək;
Kəndin aqro-sənaye kompleksinin yenidən qurulması və sosial inkişafının
vacib istiqamətlərindən olan maliyyə və kredit dəstəyi.
Ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq
məqsədilə həyata keçirilən əsas tətbirlərdən biri kimi Prezident İlham
Əliyevin
sərəncamı ilə yaradılan “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar
Cəmiyyətini göstərmək olar.Səhmdar Cəmiyyəti yarandığı
ildən infrastruktur
sahəsində ciddi işlər görülür, paytaxda 2680 m
2
anbar funksiyası daşıyan paylayıcı
mərkəz yaradılıb.Həmçinin bölgələrdə 2
regional bölmə,rayon mərkəzlərində 12
regional anbar və 46 rayonda dayaq məntəqəsi fəaliyyət göstərir.Xüsusi logistika
infrastrukturu vaistəsilə gündəlik tələbat olunan ərzaq məhsulları
regional anbarlara
oradan da dayaq nöqtələrinə catdırılır.
Son 14 il ərzində kənd təsərrüfatının inkişafı üçün böyük meliorativ tədbirlər
həyata
keçirilib, Tovuzçay, Şəmkirçay, Göytəpə və Taxtakörpü kimi iri su anbarları
tikilib.Bu anbarlar və onlardan çəkilmiş kanallar vaistəsilə
on minlərlə hektar əkin
sahəsi suvarılıb.Həmçinin 2017-ci ildə 100 min hektardan çox suvarılmayan ərazilərə
su xətləri cəkilib ki,bu da kənd təsərrüfatının inkişafında böyük rol oynayıb.
Son illər ərzində ölkəmizdə kənd təsərrüfatının mexanikləşməsi və
elektronlaşması istiqamətində mühüm tətbirlər həyata keçirilib.Belə tətbirlərdən biri
kimi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemini göstərmək olar.Həmçinin
2014-2017-ci illər ərzində dünyanın ən qabaqcıl ölkələrindən
ən müasir texnikalar
alınmaqla,kənd təsərrüfatı texnika parkı yenilənmişdir. 2014-cü ildə kənd təsərrüfatı
texnikalarının elektron qeydiyyat sistemi yaradılıb.Növbəti illərdə texnikaların peyk
sistemi vasitəsilə izlənməsi gündəmdə olan məsələlərdən biridir.