- 41 -
Əlbəttdə ortamüddətli və uzunmüddətli dövrdə neftin dəyərinin hansı istiqamətə
dəyişəcəyini proqnoz etmək cətindir. Bu səbəbdən neft gəlirlərini daha ehtiyatla
istifadə etmək lazımdır ki,burada da “qızıl qayda” prinsipinə ehtiyac yaranır.Bu
prinsipinin mahiyyəti ondan ibarətdir ki, neftin satışından əldə ediləcək mənfəət
Dövlət Neft Fondunda saxlanılır və dövlət büdcəsi neft gəlirlərindən yalnız müəyyən
qədər istifadə edə bilir.Dünya təcrübəsində bu prinsipdən geniş istifadə olunur
nümunə olaraq Norveçin neft fondunu göstərmək olar ki,
fond hər il dövlət büdcəsinə
öz gəlirlərinin 4 % yönəldir. “Qızıl qayda” prinsipinin həyata keçirilməsi ölkəmiz
üçün aşağıda göstərilən bir çox üstünlüklər yaradacaq:
Milli valyutanın məzənnəsinin proqnozlaşdırılmasını sadələşdirəcək.
Dövlət xərclərinin effektivliyini yüksəltəməyə və daha uzunmüddətli planlar
qurmağa imkan yaradacaq.
Dövlət Neft Fondu daha mənfəətli və uzunmüddətli investisiyalar həyata
keçirəcək.
Transfertlərin məhdudlaşdırılması ilə fondun gələcək nəsillər üçün nəzərdə
tutulmuş yığımları artacaq.
Ölkəmizdə dövlət sektorunda məhsuldarlığı təmin etmək məqsədilə səmərəli və
effektiv xərc siyasətinin həyata keçirilməsi labüddür.Bu məqsədlə digər prioritet
məsələ, büdcə intizamının təminatı üçün mexanizmin yaradılmasıdır.Bu mexanizm
zəruri texnoloji yüksəliş və insan kapitalının inkişafı baxımından vacib layihələrin
seçilməsində mühüm rol oynayacaq.
Təcrübə göstərir ki, qiymət sabitliyinin təmin edilməsi dayanıqlı iqtisadi artım və
məşğulluğun dəstəklənməsi üçün ən optimal yoldur.
Bu məqsədlə ölkəmizdə
Azərbaycan Respublikasının Prezidenti
Dostları ilə paylaş: