- 59 -
Dünyanın hər yerində regional fərqləri azaltmaq üçün sıx səylər göstərilir.
Qloballaşma dövründə hər sahədə olduğu kimi, idarəetmə sahəsində də dəyişikliklər
olmuşdur.Bu prosesin formalaşdırılmasına istiqamətlənən yeni idarəetmə yanaşmaları
regional fərqlilikləri həll etmək və yerli sosial iqtisadi inkişafın təmin edilməsi üçün
regional inkişaf agentliklərinin yaradılmasını nəzərdə tutur.
İnkişaf Agentliklərinin səmərəli olmasına mane olan bir çox problem və
çatışmazlıq var. İnkişaf Agentliklərinin ən əsas problemi təşkilatlanma sistemidir.
İnkişaf Agentliyi daha çox ölkənin ehtiyaclarına cavab verməklə yenidən təklif edilən
modeldə daha aktiv və daha sürətli olacaqdır.
Xüsusilə İkinci Dünya Müharibəsindən sonra regional siyasətdə baş verən
dəyişikliklər Regional İnkişaf Agentliklərinin Avropada yayılmasını
təmin
etmişdir.Əvvəlcə Qərbi Avropada bölgə iqtisadiyyatını canlandırmaq və davamlı
inkişafı təmin etmək məqsədi ilə qurulan İnkişaf Agentlikləri 1990-cı illərdən
etibarən Aİ-nin regional inkişafın qeyri-bərabərliyini azaltmaq üçün istifadə etdikləri
vasitələrdən birinə çevrilmiş və Orta Avropa ölkələrində də qurulmuşdur.
İnkişaf Agentlikləri Aİ struktur fondlarından istifadə etməyə başlandıqları üçün
onların sayı, həcmi və səlahiyyətləri də sürətlə artmışdır. Avropa inkişaf
agentliklərinin əksəriyyəti mühüm xarici mərkəzlərdə,
xüsusilə Brüsseldə, həmçinin
Avropada 150 üzvü olan nümayəndələrə malikdir. Avropa Regional İnkişaf
Agentlikləri Assosiasiyası, regional inkişafda fərqləri azaltmaq üçün əsas hədəf kimi
Aİ-də regional inkişaf agentliklərinin bilik və təcrübəsinin paylaşılmasında mühüm
rol oynayır.
Xarici ölkələrin təcrübəsi göstərir ki, regional inkişafın idarə olunmasında
yerli
özünüidarəetmə orqanları böyük rol oynayırlar. Konstitusiya və yerli özünüidarəetmə
haqqında qanunvericilik bələdiyyə hakimiyyətini dövlətdən ayırmaqla ayrıca yerli
özünüidarəetmə sistemi yaratmışdır. Bu gün istənilən regionun ərazisində sosial-
iqtisadi proseslərin üç əsas iştirakçısı mövcuddur: yerli icmalar (yerli özünüidarəetmə
- 60 -
orqanları ilə təmsil olunur), müəssisələr və dövlət (dövlət icra hakimiyyəti orqanları
ilə təmsil olunur). Bu iştirakçılardan hər biri öz hüquqlarına, öz maraqlarına və öz
resurslarına malikdir. Bu gün dövlət yalnız ehtiyatların bir hissəsinin sahibidir.
Bundan başqa regionun inkişafını müəyyən edən
konkret layihələrin yerinə
yetirilməsi ilə bağlı ayrı-ayrı məsələlər üzrə qərar qəbul etmək hüququ dövlətə yox,
bilavasitə müəssisələrə və ya yerli özünü idarəetmə orqanlarına məxsusdur.Onların
vasitəsilə sosial proqramların həyata keçməsi xüsusi əhəmiyyət verir.
Regionlar arası fərqləri azaltmaq baxımından yerli özünüidarəetmə orqanlarının
əhəmiyyəti böyükdür.
Bölgələrin sosial-iqtisadi inkişaf səviyyəsindəki fərqləri
azaltmaq regionların inkişafı və bütövlükdə ölkəmiz üçün prioritet vəzifələrdən
biridir.
Bələdiyyələrin inkişafında mövcud boşluqlar vahid regional sosial-iqtisadi
siyasətin həyata keçirilməsini və formalaşmasını çətinləşdirir. Bundan əlavə, iqtisadi
böhranların və sosial risklərin artması təhlükəsi var.
Mövcud
şərtlərə uyğun olaraq,
idarəetmə qərarlarının qəbuluna təsir edən yerli şəraitin müxtəlifliyinin nəzərə
alınması və bu proseslərin öyrənilməsi üçün metodik yanaşmanın hazırlanması
zəruridir.
Təklif olunan yeni metodoloji yanaşma regionda bələdiyyələrin sosial-iqtisadi
inkişafının fərqləndirilməsinin hərtərəfli təhlilini aparmaq məqsədi daşıyacaq.
Bu
yanaşma problemlərin həllinə yönəlmiş üç mərhələdən ibarətdir.
Dostları ilə paylaş: