- 66 -
rəqabət qabiliyyətini artırmaq üçün effektiv hədəflənmiş proqramlar hazırlamaq
imkanı verir. Dövlətin, bölgənin, fərdi ərazinin iqtisadiyyatı üçün klasterlər daxili
bazarda, innovasiya və investisiya siyasətində vasitə olan "inkişaf nöqtələr" rolunu
oynayırlar.
Regionda klaster siyasətinin formalaşdırılması və həyata keçirilməsinin əsas
məqsədi, klaster layihələrinin seçiciliyi,resursların cəlb edilməsi və klaster siyasətinin
nəticələrinin qiymətləndirilməsi ilə birlikdə, klasterin inkişafını stimullaşdırmaq
(regionun inkişafının əsas nöqtələrini nəzərə alaraq) prioritetlərini müəyyən
etməkdən ibarətdir.Regional klaster siyasəti klasterlərin yaradılması və inkişafının
bütün mərhələlərini əhatə edir. Onun tətbiqi üçün ümumi alqoritm Şəkil 3.1-də
göstərilmişdir.
Şəkil 3.1. Regionda klaster siyasətini həyata keçirmək üçün alqoritm.
Klaster siyasətinin
formalaşması və inkişafı
üçün yüksək potensiala
malik sahələrin
müəyyənləşdirilməsi
Birgə layihələrin
həyata keçirilməsi
üçün öz-özünü
maliyyələşdirmə
Birgə (çoxsaylı)
layihələrin
rəqabətli seçimi
Ortaq layihələrə
dövlət dəstəyi
Monitorinq və
qiymətləndirmə.
Dostları ilə paylaş: